BAKILI 21 NƏFƏR
1992-ci ilin yay aylarında Bakıdan Xocalıya iyirmi bir nəfərdən ibarət könüllü dəstə gəldi. Onların
komandiri Aqil Quliyev idi. Ermənilər bu 21 nəfər gələndən sonra daha da vahiməyə düşdülər. Tofiq,
[15-16]
Baba Nəzərlinin oğlu Hikmət, balaca Elçin, böyük Elçin, İlqar, Cabbar, Vidadi, Cəbrayıl, «vəhşi» ləqəbi ilə
tanınan Fikrət, Hafiz, İsmayıl, Azər, həkim Elşən, Məlikağa, «Axund» ləqəbli Mübariz, uzun İsmayıl, Fariz,
İlham, Azad, Nizami—hərəsi bir orduya bərabər oğlanlar idi. Azərbaycan deyilən yeddi milyonluq bir
məmləkətdən Xocalıya kömək edən bu iyirmi bir nəfər idi. Onlar xocalılarla qaynayıb-qarışmışdı. Tez-tez
ətraflara hücum edir, erməni tikililərini darmadağın edirdilər. Bir dəfə Xankəndindən gələn 366-cı alayın üç
BTR-ni və sursat dolu maşınlarını ələ keçirdilər. Bundan acıqlanan 366-cı polkun komandiri böyük bir dəstə ilə
Xocalı milis şöbəsinə soxuldu və növbədə dayanan üç-dörd milisi tərk-silah edib Yerə uzandırdılar. Aqilin
dəstəsi və Xocalı milli batalyonu şöbəni mühasirəyə alıb, 366-cı polkun əsgərlərini də tərk-silah edərək əsir
götürdülər. Bəli, təkcə ermənilər yox, 366-cı polk da xocalılardan it kimi qorxurdu. Sonra İcra hakimiyyəti
başçısının müavini Göyüş Həsənov BTR-ləri və silahları ruslara qaytardı. Bildirdi ki, Dadaş Rzayevin əmridir.
Guya, Dadaş Rzayev deyib ki, onlar bizim Gəncə diviziyasının texnikasıdır. Qaytarılan sursat və BTR-lər ruslar
tərəfindən ermənilərə bağışlandı.
Zeynalov Zeynal bu cavanlara atalıq, Zeynalova Şövkət isə analıq edirdi. Onları korluq çəkməyə
qoymur, paltarlarını yuyub təmizləyirdilər.
Bir dəfə isə ermənilərin bir ağ «Niva»sı aylardan bəri erməni maşını keçə bilməyən Xocalının içi ilə
gəlib keçdi. Bu hamını dilxor etdiyi kimi 21 nəfəri də sarsıtdı.
Dostları ilə paylaş: |