BMT-nin Baş Məclisinin 2006-ci il
dekabrın 20-də qəbul etdiyi qətnaməyə
əsasən Dünya Diabet Günü 2007-ci
ildən başlayaraq BMT-nin rəsmi günü
elan edilib. Noyabrın 14-ü Fredirik
Bantinqin anadan olduğu gündür. Bu
görkəmli insan Çarlz Best ilə 1922-
ci ildə insulini kəşf etməklə diabetli
insanların müalicəsində yeni bir eranın
başlanğıcını qoyublar.
AzərTAc xəbər verir ki, bu barədə
noyabrın 14-də “Qorqud” hotelində
Azərbaycan Diabet Cəmiyyəti (ADC) və
Azərbaycan Endokrinologiya, Diabetolo-
giya və Terapevtik Təlimat Assosiasiya-
sının BMT-nin Bakı ofisinin rəhbərliyinin
iştirakı ilə keçirdiyi tədbirdə məlumat ve-
rilib.
ADC-nin sədri Möminat Ömərova bil-
dirib ki, tədbirin əsas məqsədi uşaq
və
yeniyetmələrdə
şəkərli
diabet
xəstəliyinə qarşı mübarizə istiqamətində
görülən və gələcəkdə nəzərdə tutu-
lan tədbirlər haqqında ictimaiyyəti
məlumatlandırmaqdır. O, ölkəmizdə
səhiyyəyə göstərilən dövlət qayğı-
sından, şəkərli diabetlə bağlı görülən
işlərdən və bu xəstəliyin müalicəsində
əldə olunan son nailiyyətlərdən söhbət
açıb. Prezident İlham Əliyevin səhiyyəyə
göstərdiyi xüsusi diqqət və qayğının bu
sahədə xeyli irəliləyişlərə səbəb olduğu
xüsusi qeyd edilib. Diqqətə çatdırılıb ki,
bir sıra dövlət proqramlarının reallaş-
dırılmasında Heydər Əliyev Fondunun
prezidenti, UNESCO-nun və İSESCO-
nun xoşməramlı səfiri, Milli Məclisin de-
putatı Mehriban xanım Əliyevanın böyük
xidmətləri vardır.
Eyni zamanda, əsrin bəlası olan dia-
betin yaratdığı problemlərdən danışılıb,
bu xəstəliyin müalicəsinə profilaktikasın-
dan daha çox xərc çəkildiyi bildirilib.Ağır
fəsadlar törədən şəkərli diabetlə bağlı
əhalini maarifləndirməyin vacibliyi də
vurğulanıb.
Tədbirdə diabetlə mübarizədə qarşıda
duran vəzifələrlə bağlı müzakirələr apa-
rılıb.
u
Dostları ilə paylaş: |