Harvard Universitetindən təəssuratlarımız Türkiyə səfirliyinin



Yüklə 15 Mb.
Pdf görüntüsü
səhifə21/26
tarix02.01.2022
ölçüsü15 Mb.
#2554
1   ...   18   19   20   21   22   23   24   25   26
Mübariz ALLAHVERDİYEV,

İnsan anatomiyası

      kafedrasının professoru, Xocalı 

soyqırımını tanıtma  İctimai Birliyi 

Ağsaqqallar şurasının sədri, 

əməkdar müəllim

XOCALININ  «QARAĞAC  BULAĞI»

Bakıda 

Ümumdünya Diabet 

Günü qeyd olunub

Qarabağ xatirələri


15 noyabr  2014-ъц ил

http://www.amu.edu.az

7

E

bola qızdırması bu gün də həllini tapmamış, ölüm faizi yüksək 

(90%) və çox aktual bir problem olaraq qalmaqdadır. Ona görə 

də bu qənaətə gəldik ki, tək tibb işçiləri deyil, bütün zümrədən olan 

insanların  Ebola  haqqında  ümumi  məlumatını  artırmaq  hər  halda 

oxucularımızın xeyrinə olar. 

Ebola  qızdırması  viruslar  tərəfindən  törədilən,  infeksion  xəstəlik  olub  –  qəflətən 

hərarətin yüksəlməsi, ümumi zəiflik, əzələ ağrısı, boğaz ağrısı, qusma, ishal, bəzən 

də daxili və xarici qanaxmalarla müşahidə edilən, ölüm faizi yüksək (50%,  20 - 90%) 

olan xəstəlikdir.

Tarixi məlumat:  ilk dəfə 1976-cı ildə iki hadisə eyni vaxtda baş vermiş – biri Su-

danda digəri əЭƏsə Konqoda – Ebola çayı yaxınlığında baş verdiyi üçün xəstəliyin adı 

da ona uyğun Ebola qızdırması adlandırılmışdır. Birinci alovlanma Mərkəzi Afrika-

nın köhnə, uzaq kəndlərində, axırıncı alovlanma isə (2014) Cənubi  Afrikanın mərkəzi 

şəhərlərində baş vermişdir. Sonuncu alovlanma 2014-cü ilin mart  ayında daha geniş və 

ağır alovlanma olmaqla geniş ərazilərə -Qvineyadan başlayaraq Liberi, Seneqal və s. 

ölkələrə çata bilmişdir. Onu da qeyd etmək yerinə düşər ki, Səhiyyə sistemi zəif inkişaf 

etmiş ölkələr – Qvineya, Serra Leona, Liberiya və s. kimi ölkələr yoluxmaya daha şox 

məruz qalmışlar.

1,2,3-cü ştamlar Afrikanın Cənubunda bir neçə dəfə alovlanmalar törətmiş – 2014- 

cü il alovlanması  da Zair ştamları tərəfindən törədilən alovlanmalardandır.



Epidemiologiya:

  Ebola  qizdirmasının    infeksiya  mənbəyi  vəhşi  heyvanlar,  mey-

munlar, yarasalar saylır. Xəstəlik insanlara xəstələrin qanı, bioloji mayeləri, eləcə də 

virusla çirklənmiş əşya və ləvazimatlardan kontakt vasitəsilə  keçə bilir.

Yuxarıda qeyd etdiyimiz vəhşi heyvanların – antilopların, yarasaların, meymunların 

ətləri bəzi ölkələrdə delikates sayıldığı üçün bu ətlərin  yaxşı bişirilməmiş istifadəsi 

infeksiyanın yayılmasında böyük rol oynayır. Daha çox infeksiya mənbəyi xəstələrin 

qanları və ifrazatları sayılır ki, viruslar uzun muddət qalır: Məsələn –xəstə insanın 

spermasında Ebola virusları 7 həftəyə qədər qala bilir.

Klinika: 

Ebola  qızdırmasının 

gizli  dövrü    2-21  gün  davam  edir 

–  sonra  ümumi  zəiflik,  yüksək 

hərarət,  boğaz  ağrısı,  baş  ağrısı, 

səpgi,  qusma,  ishal,  xarici  və  da-

xili  (damaq,  mədə-bağırsaq)  qa-

naxmalarla  müşahidə  edilə  bilir. 

Bütün  bunlarla  bərabər  qara  ciyər 

və  böyrəklərin  funksional  pozğun-

luqları özünü göstərir. Xəstələr daha 

çox susuzlaşmadan əziyyət çəkirlər. 

Labarator  müayinələrdə  isə  ağ  qan 

hüceyrələrinin  və  trombositlərin 

azalması, qara ciyər fermentlərinin isə artması müşahidə edilir.

Müalicə:

 Hələlik Ebola qızdırmasının məlum, lisenziya almış müalicəsi və vaksina-

siyası olmasa da xəstələrdə ilkin olaraq susuzlaşmanın (dehidratasiya) qarşısı alınmalı 

– itirilmiş mayenin bərpası (rehidratasiya) – su elektrolit balansının bərpa olunması ilə 

bərabər simptomatik müalicə həyata keçirilməlidir.

Diaqnostika: 

  Ebola qızdırmasının  immunoferment analizi, test antigeni, qeyri-

düz transkriplaza (PZR), elektron mikroskopiyası və hüceyrə  kulturasında virusların 

aşkar edilməsi və s. metodlarla xəstələrin diaqnozu dəqiqləşdirilir. 

Malariya, Qarın yatalağı, Meningit və s. kimi infeksion xəstəliklərlə diferensasiya 

edilir.


Profilaktika: 

Əllərin gigiyenik  yuyulması, qoruyucu əlcək və maskaların işlənməsi 

xəstəlikdən qorunmanın vacib şərtlərindəndir. ÜST (Ümumdünya Səhiyyə Təşkilatı) 

məsləhət görür – Ebola qızdırması olan yerdə heç nəyə toxunma.

Respublikamız da bu dəhşətli xəstəliyə qarşı biganə qalmamış, ölkə başçısı Cənab 

İlham Əliyev cənablarının göstərişi ilə Ebola qızdırmasına qarşı mübarizə üçün BMT-

yə bir mln. yardım ayrılmış, eləcə də Respublikamızda şübhəli xəstələrin müayinəsinin 

ag ciyər xəstəlikləri institutunda təşkil olunması üçün müvafiq tapşırıqlar verilmişdir. 




Yüklə 15 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin