http://www.amu.edu.az
15 noyabr 2014-ъц ил
u
14 noyabr – Ümumdün-
ya Diabet Günüdür. Bu-
nunla əlaqədar “Qafqaz
Point” mehmanxanasında “Sağlam
qidalanma səhər yeməyindən
başlayır “ şüarı altında tədbir
keçirilib. Səhər yeməyində Milli
Məclisin deputatları və tibb
mütəxəssisləri iştirak ediblər.
AzərTAc xəbər verir ki, tədbirdə
çıxış edən Səhiyyə Nazirliyinin ictimai-
səhiyyə mərkəzi layihələrin əlaqələndirmə
şöbəsinin müdiri Səbinə Babazadə bil-
dirib ki, dünyada ildən-ilə diabetə olan
münasibət müsbət istiqamətdə dəyişir.
Qeyd etdi ki, dünyada diabetin yayılma-
sı artıq epidemiya kimi qəbul olunur. Bu
qeyri-yoluxucu xəstəliyin statistikası-
nı təhlil edəndə yoluxucu xəstəliklərlə
müqayisədə ölümlə nəticələnən fəsadlara
görə diabet birinci yerdədir.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə
və İslahatlar Mərkəzinin (İSİM) direkto-
ru Ceyhun Məmmədov diqqətə çatdırdı
ki, bəşəriyyətin diqqətini şəkərli diabetlə
bağlı problemlərə yönəltmək məqsədilə
1991-ci ildən ÜST-nın və Beynəlxalq Dia-
bet Federasiyasının tövsiyələrinə görə bu
tarix Ümumdünya Diabet Günü kimi qeyd
edilir. 2007-ci ildən isə 14 noyabr BMT
günü elan edilərək bütün üzv dövlətlərdə
xüsusi qeyd edilir. Dünya Diabet Gününün
(DDG) emblemi olan mavi dairə şəkərli
diabet ətrafında hamının birləşməsini
simvolizə edir.
Bildirildi ki, İSİM Azərbaycanda dia-
bet xəstələrinə qayğı göstərilməsi, bu
xəstəliyin qarşısının alınması üçün müm-
kün olan addımları atır. Qeyd edildi ki, son
illər bu xəstəliyin aradan qaldırılması üçün
dövlət səviyyəsində tədbirlər görülür,
büdcədə bununla bağlı maliyyə vəsaitin
ayrılması nəzərdə tutulur ki, bu da müsbət
haldır.
Tədbir
iştirakçılarından
səhər
yeməyindən qabaq və sonra qanda
şəkərin yoxlanılması analizi alınıb, DDG-
nin emblemi paylanılıb, sağlam qida
barədə məsləhətlər verilib.
1. Qan dövranını sürətləndirmək
və saç köklərini canlandırmaq
üçün zeytun yağı və ya hindistan
qozu yağı ilə saç dərinizi masaj
edin. Saçlarınızı duruladıqdan
sonra ilıq su ilə masaj etmək saç
tökülməsinin
qarşısını
almaq
və saçlarınızın uzanması üçün
olduqca faydalıdır.
2. Saç tökülməsinin müalicəsində
istifadə olunan əsas üsullardan
biri də alma püresi ilə hindistan
qozunun yağından hazırlanmış
qarışıqdır. Bu qarışıq saçların
uzanması, quru və qaşınan saç
dərisinin müalicəsi üçün istifadə
edilir. Qarışığı saçınıza vurduqdan
sonra başınızı bağlayın və sabaha
qədər gözləyin. Səhər yüngül bir
şampun ilə saçlarınızı yuyun və
soyuq su ilə durulayın. Bu işi hər
həftə təkrarlayın və nəticəni öz
gözlərinizlə görəcəksiniz.
3. Gücsüz və tez-tez qırılan
saçların müalicəsində ən çox
sardinya bitkisinin yarpaqlarından
istifadə edilir. Sardinya bitkisinin
yarpaqlarını 15-30 dəqiqə qaynar
suyun altında ağarana qədər
saxlayın. Sardinya yarpağının
suyunu süzün və bu su ilə həftədə
ən azı iki dəfə saçlarınızı şampun
ilə yuduqdan sonra durulayın.
4. İnanılmaz saç gücləndirici
təsiri olan xına (çini) Hindistanda
yetişən bir bitkidir. Hindistanda
gözəl, güclü, daha havalı saçlara
malik olan qadınların əksəri bu
bitkidən hazırlanan saç şampunu
və dərmanlarından istifadə edir.
5. Yonca suyu uzun illərdir istifadə
edilən saç baxımı dərmanıdır. Saç
köklərinin
qidalandırılmasında
və saçların incəlməsinin və
seyrəlməsinin
qarşısının
alınmasında istifadə edilir.
6. Tərkibi kükürdlə zəngin
olan soğan bitkisinin saçların
çoxalmasında güclü təsiri olduğu
çoxlarına
məlumdur.
Soğanı
sıxaraq bir neçə yemək qaşığı
soğan suyu əldə edin və saçlarınızı
yumaqdan qabaq bir saat soğan
suyu ilə masaj edin. Bu proseduru
davamlı təkrar etdikdə güclü,
sağlam və yeni saçlara malik ola
bilərsiniz.
Dostları ilə paylaş: