Biri vardı, biri yoxdu... Bir
Xocalı vardı, bir də onun əzabkeş,
cəfakeş, zəhmətkeş və vətənsevər,
yurdsevər sakinləri...
Azərbaycanın ən qədim insan
məskənlərindən, yurd yerlərindən olan,
tarixi maddi - mədəniyyət nümunələrini
özündə əks etdirən, çar Rusiyasının
apardığı 1895-ci il siyahıyaalınmasına
görə 46 kişi bəyi və 44 qadın bəyinə
malik olan Xocalıda – Allahverdi bəyin
«Tut Bağı»nın yaxınlığında qaynar göz-
lü, ayna üzlü, şirin sözlü bir bulaq da
vardı. Bulağın büllur kimi saf damlaları
gözlərə məlhəm, canlara dərman idi.
Onun suyu bədəndəki zərərli və zəhərli
maddələri təmizləyir, orqanizmdəki
xolesterini
damarların
divarlarının
kirəcləşməsinə-aterosklerozuna yox,
orqanların fəaliyyətinin həyat üçün va-
cib məsələlərinə yönəldərdi. O inci su-
lardan içənlər də onun damlaları kimi
təmiz və saf olurdular. İnsanlar bulağın
qaynar gözündən su içib bir-birlərinə
«Sucan ömrün olsun!» - deyərdilər.
«Qarağac Bulağı» qoymuşdular bu
bulağın adını dədə-babalar. Bulaq hər
tərəfdən ətrafa oksigen hopmuş ətir
çiləyən irigövdəli, sərin kölgəli, yaşıl-
yarpaqlı, başı göylərə millənən qol-
budaqlı qarağaclarla, böyürtkən və mo-
ruq kolları ilə, bir-birinə sarmaşmış qız-
lar boxçası gülləri ilə əhatə olunmuş-
du. Bu ecazkar ağacların zümrüddonlu
yarpaqları, göylərə ucalan budaqları,
nəhəng gövdələri gündüzlər gün işı-
ğında, gecələr ay işığında bulaqda
bərq vuraraq sığallanar, xəfif mehdən
xoşallanaraq həzin xışıltı ilə pıçıldaşar-
dılar. Bu pıçıltıların sevgisindən vəcdə
gələrək qol götürüb süzən budaqların
ahəngdar ritmik hərəkətləri möcüzəli
məğrur düzümü ilə seçilən, əl-ələ verib
«Yallı» gedən el birliyinin təcəssümünü
xatırladardı insanlara. Bəlkə də bu
ağaclara görə belə qoymuşdular bula-
ğın adını. Allahverdi bəyin «Tut Bağın-
da» məskən salmış sülh göyərçinləri
də, cəh-cəh vuran bülbüllər də,
şanapipiklər, torağaylar və cikkildəşən
sərçələr də, böyürtkənli, moruqlu,
çiyələkli yarpaqların, şibyə budaqları
arasından hürkəkliklə boylanan əliklər,
ceyran-cüyürlər, kəkliklər, turaclar da,
şahə qalxan qızıl quşlar, şahinlər, qa-
yalarda qıy vuran qartallar da, o bula-
ğın dövrəsində fırlanar, onun suyu ilə
böyüyüb boy atar, pərvazlanaraq dün-
yaya xeyirxahlıq, bərəkət, xoşbəxtlik
toxumu səpərdilər...
Hər ilin mart ayında boynu bükük
bənövşələr kolların dibindən boyla-
nanda, Novruz gülünün ətri yamac-
lara yayılanda Novruz Bayramını
Qarağac Bulağının yanında bayram
edərdilər Xocalılar. Axır çərşənbədə
gecəni Qarağac Bulağının yanında
keçirər, Tut Bağındakı çəmənliklərdə
qurduqları çadırlarda çillə çıxarar, ba-
harın xoşqədəmli gəlişini toy-büsatla
qarşılayardılar xocalılar. Tiyanlarda
qaynadılıb çətənə üzərində süzülərək
dəmə qoyulan Bayram aşının ətri Ba-
harın ilk müjdəsinə çevrilərdi. Hamı
bir-birini təbrik edib «Novruz Bayramın
mübarək!» deyərdi. Oğlanlar at belində
oyunlar göstərər, qızlar yumurta bo-
yayıb piyalələrdəki suya iynə salar,
bəxtlərini sınayardılar. Səhər tezdən
hamı böyürtkən kolunun tağ kimi
əyilmiş budağının altından keçər, Qa-
rağac Bulağının buz kimi suyunda əl-
üzlərini yuyub arxın üstündən hoppa-
nar, «Ağırlığım burda qalsın!» - deyər,
təzə ildə təzələnər, təravətlənərdilər...
Ancaq el arasında deyirdilər ki, «Mur-
darlıq götürmür təmiz qəlbli insanlar
kimi Qarağac Bulağı». Söyləyirdilər ki,
XIX əsrin əvvəllərində - 1813 və 1828-
ci illərdə «bağlanan» «Gülüstan» və
«Türkmənçay» müqavilələrindən sonra
Azərbaycana Qriboyedovun müşayiəti
ilə köçürülənlərlə birlikdə donuz köçü
də geniş ayaq açmışdı və bir gün bu
murdar donuzlar bulağın suyundan içib
doyduqdan sonra ağnayıblar gözündə
bulağın. Dözməyib bulaq qəfil peyda
olan bu yadelli murdarlığa, götürməyib
bu haramlığı - quruyub suyu, batıb gözü
bulağın. Söyləyirlər ki, xeyirxah insan-
larla birlikdə göyərçinlər, bülbüllər,
ceyran-cüyürlər, kəkilli kəkliklər bu-
lağın yurdunu məhəbbət dolu göz
yaşlarıyla yuyub təmizləyiblər. «Alla-
hın məsəlli əla Məhəmmədin və əla
Məhəmməd» - deyib salavat çeviriblər
hər gün. Təmiz məhəbbətdən, səmimi
sevgidən təmizlənərək durulaşan bulaq
yenidən qaynamağa başlayıb, yenidən
insanlara, cəh-cəh vuran bülbüllərə,
sülh göyərçinlərinə, ceyran-cüyürlərə,
kəklikotu
ətirli
kəkilli
kəkliklərə
xoşbəxtlik bəxş edib, yenidən həyata
gəlib, yenidən aləmə ədalət toxumu,
sülh toxumu səpilməsinin mənbəyinə
çevrilib «Qarağac Bulağı».
Deyirlər ki, Xocalı adlı məkan da özü-
nün büllur gözlü bulağına bənzəyir. O
da götürə bilmədi erməni vandalla-
rı tərəfindən törədilən soyqırımı kimi
murdarlıq vəhşiliklərini. XIX əsrə qədər
xoşbəxt və firavan bir həyat sürüb
Xocalı. 1828-ci ildə qonşuluqdakı iri
dövlətlərin Azərbaycanı öz aralarında
parçalamalarından sonra ermənilərin
İrandan, digər regionlardan Qaraba-
ğa doğru başlanan kütləvi köçü po-
zub dincliyini, rahatlığını, ərşə çəkib
yuxusunu Xocalının. Son yüz ildə 3
dəfə yandırılıb lənətə gəlmiş gəlmə
erməni daşnakları tərəfindən Xoca-
lı. Əvvəlki vaxtlarda yol tapıb paklığa
çıxara bilmişdilər xocalılar «Qarağac
Bulağı»nı. «Su aydınlıqdır» - deyirlər.
O da aydınlığa çıxarmışdı Xocalını.
1992-ci ilin fevral ayının qarlı-çovğun-
lu 25-26-sı tarixlərindəki son erməni
işğalından sonra daha ağır, daha
dəhşətli soyqırıma məruz qalsalar
da, yenə də yollar axtarır dəhşətli qır-
ğından təsadüfən sağ çıxan Xoca-
lılar. Xocalılar bilir ki, hər gün, hər an
yeni murdarlıqlarla üzləşir əsirlikdə,
erməni tapdağı altında inləyən, sız-
layan «Qarağac Bulağı». İndi «Qa-
rağac Bulağı»na gedən ot basmış,
itmiş yollarını axtarırlar Xocalılar. Bu
yolları tapmaq üçün mükəmməl ordu
ilə birlikdə «Qarağac Bulağı»nı böyük
ürəklə sevə bilən gənclərin hərarətli,
sevgi dolu məhəbbətli ürəkləri lazımdı.
Məhəbbətli gənc ürəklər tapa bilər «Qa-
rağac Bulağı»nın yollarını. Müqəddəs
duyğular xilas edə bilər murdarlıqdan
«Qarağac Bulağı»nı. Xocalının, Qa-
rabağın, Şuşanın, Xankəndinin, Laçı-
nın, Kəlbəcərin, Ağdamın, Füzulinin,
Cəbrayılın, Qubadlının, Zəngilanın,
Zəngəzurun,
Göyçənin,
Vedinin,
Dərələyəzin, İrəvanın, Turşsuyun, İs-
tisuyun, İsa Bulağının da tilsimi o bu-
laqdadır. «Qarağac Bulağı»nı xilas
edən dahi xilas edəcək murdarlardan
Qarabağı da, Xocalını da, bütün Qərbi
Azərbaycan torpaqlarını da. Yol gəlir
coşqun məhəbbətli, namuslu gənclərin
qeyrət dəstələri. Bu məhəbbətdən co-
şub daşacaq təlatümlü suyu «Qara-
ğac Bulağı»nın, yuyub təmizləyəcək
yenidən Qarabağı donuz məkrlilərdən.
Qovuşacaq Qarqara, İlisə, Kürə, Ara-
za, Qudyalçaya, Həkəriyə töküləcək
yenidən Xəzərə sonucda «Qarağac
Bulağı».
...Saf duyğularla yaşayan təmizqəlbli,
xoşniyyətli təvazökar bəşər övladları
da, bütün sülhsevər insanlar da mənim
Xocalımda olan büllur damlalı, həzin
laylalı «Qarağac Bulağı» kimidirlər. Ma-
yası paklıq xəmirində yoğrulmuş belə
səmimi, etibarlı insanlar da onlara qar-
şı törədilən murdarlıqları götürmürlər.
Onların da qəlbi o qədər zərifdir ki,
onlara qarşı törədilən istənilən tipli
murdarlıqları həzm edə, ona tab gətirə
bilmirlər. Gözümüz önündə saralıb
solur, göyün ənginliklərinə çəkilirlər.
Orada mələklərə qovuşub təmizlik
rəmzinə çevrilirlər…Yaxşı ki, dünyanın
heç bir guşəsində murdarlıq götürmür
təmiz qəlbli, sədaqətli insanlar. Nə qa-
palı bir ailə çərçivəsində, nə də geniş
ictimaiyyət qarşısında! Götürmürlər
murdarlıq. Gedirlər... Gedirlər əbədiliyə
hay-küysüz, səssiz-səmirsiz...
Mənim Xocalımın «Qarağac Bulağı»
da indi yəqin ki, erməni murdarlığını,
donuz ağnamalarını götürməyərək
yenidən səmtini dəyişib, erməni
rəzalətinə xidmət etməyərək, göyün
ənginliklərinə çəkilib, gözləyir yolumu-
zu bizim. Bizim «Qarağac Bulağı»nın
gözünü donuzlardan təmizləməyimizi,
əsarətdən, işğaldan, rəzalətdən azad
etməyimizi gözləyir.
Gözlə, mənim saf qəlbli «Qarağac
Bulağım». Biz səni də, Şuşamızın
İsa Bulağını da, Turşsuyunu da, Xan
qızı Natəvanın ecazkar bulağını da,
Kəlbəcərimizin İstisuyunu, Gəlin Qa-
yasını da, Qırxqızımızın Sarı Bulağı-
nı da, Laçınımızın «Yaxşısını və Sarı
Aşığını» da, Füzulimizin Azıx Mağa-
rasını da, Ağdamımızın qədim tarixə
malik
«Qarağacı
qəbiristanlığını»
da, Xankəndinin yaxınlığındakı «Xan
Bağı»nı da, Pənah Xanın inşa etdirdi-
yi möhtəşəm Şuşa Qalası və Əsgəran
Qalasını da mütləq azad edəcəyik.
Sənin uğrunda ədalətsizliyə, işğala
qarşı mübarizə aparan Azərbaycan
sərkərdələri həmişə ayıq-sayıqdırlar.
Sən yenə də halallığa qovuşacaq,
kükrəyib-daşacaqsan. Təmizliyi görüb,
insanlara xoşbəxtlik bəxş edəcəksən.
Sən mütləq Azərbaycanın halallı-
ğının müjdəsini duyacaq, görəcək,
eşidəcəksən, sən azad olacaqsan,
Qarağac Bulağı.
Bunu, bu büllur saflığı mən görməsəm
də Azərbaycanın övladları olan
nəvələrimiz, nəticələrimiz görəcək.
Əminəm və inanıram ki, bu görüşdən
mütləq mənə də pay düşəcək, sənin
damlalarınla mənim də ruhuma müjdə
gələcək, mehriban Qarağac Bulağı.
Bu mütləq baş tutacaq. Çünki həmişə
sonda xeyir-şərə, ədalət-ədalətsizliyə,
işıq-qaranlığa, düzlük-əyriliyə, həqiqət-
yalana, səmimilik-xəbisliyə, qeyrətlik-
qeyrətsizliyə, dürüstlük-nadürüstlüyə,
mərdlik-namərdliyə qalib gəlib. Bu, indi
də belədir. Gələcəkdə də belə olacaq-
dır. Çünki yaxşı insanlar, hamıda bir
yaxşılıq axtarıb tapan insanlar həmişə
olub, var və olacaqdır.
Qürurlu qeyrətli, vüqarlı «Qarağac
Bulağı»! Xilaskar Azərbaycan ordusu
Allahın köməyi ilə tezliklə səni, işğal
altında əzilən Qarabağı, Qərbi, Şərqi,
Şimali, Cənubi Azərbaycanın yadellilər
tərəfindən zəbt edilən bütün qütblərini
zülmətlərdən nura, aydınlığa, işıqlığa
çıxaracaqdır.
Dostları ilə paylaş: |