OLAN OLDU, KEÇƏN KEÇDİ
Aşıq Alıya
Nə qalmısan tənha, könlüm,
Gələn gəldi, köçən köçdü.
Bal süzülən çiçəklərə
Qonan qondu, uçan uçdu.
Gəzirəm məni duyanı,-
Dar günümdə dostlar hanı?
Qəlbim bir sınaq meydanı,
Qalan qaldı, qaçan qaçdı.
Görməyələr bu günümü,
Seçəmmirəm zili, bəmi.
Mən yazığa dərdi, qəmi
Əkən əkdi, biçən biçdi.
Niyə belə yatdı baxdım,
Yatıb məni atdı baxdım.
Hanı qız bəyənən vaxtım?
Alan aldı, seçən seçdi.
Rafiq, dərd-qəm yesən də sən, –
Düz qəddini əysən də sən,
Yüz başına döysən də sən,
Olan oldu, keçən keçdi.
1984.
|