Əfrahim hüseynli



Yüklə 2,29 Mb.
Pdf görüntüsü
səhifə71/111
tarix02.01.2022
ölçüsü2,29 Mb.
#2556
1   ...   67   68   69   70   71   72   73   74   ...   111
 
NİKBİNLİK 
   
Mən çox nikbin bir insanam, çox mətin insan, 
hələ neçə ər doğacaq mərd Azərbaycan. 
Mən aləmə haqq səsimi qaldıracağam, 
sabahımın Xətaisi doğulan zaman. 
   
Bəşər daim inkişafda, yeniləşmədə, 
mən tarixə həm dərs deyib, həm dərs almışam. 
Məni heç vaxt qorxutmayıb iğtişaş, hədə, 
uduzduğum anlarda da məğrur olmuşam. 
   
Zaman gələr, ağlar gözüm kiriyər, gülər, 
torpağımın hər qarışı səngərə dönər. 
Nə qədər ki, içimizdə yurd yanğısı var, 
Xətailər çadırda da doğula bilər. 
   
30.12.2003 
   
 
 


134 
 
YAXŞIDIR 
   
Dünya elə yaranışdan yaxşıdır, 
yaxşı səma, yaxşı Günəş, yaxşı Ay. 
Ömrümüzün, bəxtimizin naxışıdır 
yaxşı sutka, yaxşı həftə, yaxşı ay. 
   
Xoş günlərin carçısıdır, əl eylər, 
dağda-daşda cığır salar, yol eylər. 
Nemət adlı ruzisini bol eylər 
yaxşı payız, yaxşı bahar, yaxşı yay. 
   
Bardan qalar onsuz bostan, bağ, zəmi, 
elimizin, obamızın zəmzəmi. 
İsti gündə təşnəmizin məlhəmi 
yaxşı bulaq, yaxşı kəhriz, yaxşı çay. 
   
Bir dəmət tut bağından gül dərilsə, 
sözdən yarat, ömür qəsrin hörülsə. 
Müdriklikdir, təmannasız verilsə 
yaxşı bəxşiş, yaxşı sovqat, yaxşı pay. 
   
Ay Fəxrəddin, ötüşdükcə ruzgar
hər arzudan, kaş doğa bir xoş qərar. 
Nə yaxşı ki, hələ vardı yaxşılar, 
yaxşıların yaxşısını yaxşı say! 
   
06.09.98 


135 
 
AYRILIQ 
(Xumar Qədimova musiqi bəstələmişdir). 
   
Dad sənin əlindən, aman, ayrılıq, 
məndən can cövhəri uman ayrılıq. 
Qəlbimi zülmünlə ram eylədikcə, 
içimdə inləyən kaman ayrılıq, 
aman, ay ayrılıq, aman, ayrılıq! 
           
Gör, mən nə sayırdım, fələk nə saydı, 
bəlkə bu, bəxtimə kəsilən paydı? 
Sən mənim yaramı sızlatmasaydın, 
məni sındırmazdı zaman, ayrılıq, 
aman, ay ayrılıq, aman, ayrılıq! 
     
O getdi, dərdimin dərmanı getdi, 
gələn xoş günümün fərmanı getdi. 
Olum yollarının qurbanı, getdi, 
doldu gözlərimə duman, ayrılıq, 
aman, ay ayrılıq, aman, ayrılıq! 
   
Mən son nəfəsdəyəm, sən can həvəsdə
mən qan ağlayıram, sən kam həvəsdə. 
Qəlbim səksəkədə, qulağım səsdə, 
sın, ey çərxi fələk, dayan, ayrılıq, 
dayan bircə anlıq, bir an, ayrılıq, 
aman, ay ayrılıq, aman, ayrılıq, 
aman, ay ayrılıq, aman, ayrılıq! 
  27.09.99 


136 
 
NƏ GÖZƏL 
   
Ömrü məftunluqla yaşa dünyada, 
hər ağlı çaşdıran rəna nə gözəl. 
Min istək yaradar lal baxışında, 
hilal qaşındakı məna nə gözəl. 
   
Yoxdur bu səltənət meydə, məzədə, 
göz yum içindəki o xoş həsədə. 
Ürəyin çoxuna meyl eyləsə də
bəxtini biriylə sına, nə gözəl.   
   
Qəmzəsi qədərsiz, qəmi az ola, 
incə ruhlu ola, xoşavaz ola. 
Gözəldə gərəkdir işvə, naz ola, 
girə gündə on cür dona, nə gözəl. 
   
Davrana, danışa utancaq kimi, 
yığıla boynunda tər muncuq kimi. 
Dodağı çırtlaya tumurcuq kimi
üzü lalə kimi yana, nə gözəl. 
   
Sürə dövranını bəxtəvər kimi, 
ona vurğunluqdan bixəbər kimi. 
Gedəsən yanına müzəffər kimi, 
şux qəddin önündə sına, nə gözəl. 
   
 


137 
 
Deyə bilmirsənsə ürək sözünü, 
ha gözlə gözünə görünən günü. 
Elə mərhəm et ki, ona özünü 
gəlsin dərd-bəlası sana, nə gözəl. 
   
Fəxrəddin, eşqində Kərəm deyilsən
şadlan qurban getsən, sevin, əyilsən. 
Ona ürəyini ver, verə bilsən, 
yetsin intizarın sona, nə gözəl. 
  26.01.1998 
   
SƏNSƏN 
   
Mən səni görəndən hüsnünə heyran
sən mənim əzizim, mehribanımsan. 
Sən mənə duyğumu bəxş edən insan, 
sən mənim ikinci yaradanımsan. 
   
Sən mənim qəlbimdə ilahi istək
fikir-xəyalımda gəzdirdiyim tac. 
Ay məni eşqində sınayan mələk, 
mən sənin bir adi sözünə möhtac. 
   
Bu sevgi qəlbimdən əskilməz bir dəm, 
gündə yüz yol alan canımı, sənsən. 
Dövrümün ən bədbəxt kişisi mənəm, 
dünyanın ən gözəl xanımı sənsən. 
  17.07.1999 


138 
 

Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin