130
Bu qədər yaxınmış ölüm, bilmədim,
sonam, anlamadım, gülüm, bilmədim,
ayağın altında ölüm, bilmədim,
bağışla, can ana, bağışla məni.
Görüb ətrafında yurdlaşlarını,
gözün gəzib məni, qardaşlarımı...
Saxlaya bilmirəm gözyaşlarımı,
bağışla, can ana, bağışla məni.
Bir ara yanına
gələ bilmədim,
məşğuldum, vaxtımı bölə bilmədim.
Dönsün od-ocağım külə, bilmədim,
bağışla, can ana, bağışla məni.
Nə səsim çatmayır,
nə ünüm sənə,
o dünya vardısa, qoy dönüm sənə.
Nə dua, qurbandır hər günüm sənə,
bağışla, can ana, bağışla məni.
Yuxuma girirsən – görünüm, gəlim,
hardasan, can ana, sürünüm, gəlim?!
Hay ver, kəfənimə bürünüm, gəlim,
bağışla, can ana, bağışla məni.
Gəlib o yerləri gəzirəm sənsiz,
boğur qəhər məni, dözürəm sənsiz.
O ata
yurdundan bezirəm sənsiz,
bağışla, can ana, bağışla məni.
131
Ruhunmu bağlayan məni o kəndə,
xəyalən bu yolu gedirəm gündə?
Bir ana
sevgisi uyuyur məndə,
bağışla, can ana, bağışla məni.
Hərdən elə bil ki, lap yanımdasan,
burda, yaşadığım ünvanımdasan.
Sənin varlığınla barışmaq asan,
bağışla, can ana, bağışla məni.
Daşlaşmış şəklinin soyuq baxışı
axıdır gözümdən bir yaz yağışı.
Sən
ey geri dönməz səadət quşum,
bağışla, can ana, bağışla məni.
İndi məzarındır müqəddəs yerim,
o soyuq daşları qucar əllərim.
Allahmı Kərimdir, ya sənmi Kərim,
bağışla, can ana, bağışla məni,
bağışla, bağışla, bağışla məni.
08.09.97
Dostları ilə paylaş: