MƏNDƏN XƏBƏRİN
OLDUMU
Yadındamı
O axşam?-
Sənə zəng eləmişdim...
-Unut məni, unut hər şeyi.-
Deyib,
Asmışdım dəstəyi.
...Dönürdüm evə sarı,
açılmaq istəmirdi
metro stansiyasının
qapıları...
149
Hər gün
Endiyim pilləkənlər
Tanımırdı ayaqlarımı.
Qatarın səsi
Deşırdi qulaqlarımı.
Gedırdim üzü küləyə,-
Çıxmaq istəyirdim
Küçəyə.
Ekskalator da işləmirdi...
Elə bil
Var imiş kini.
Gözlərimin içinə baxırdı
Tavandan
asılan yazılar – sual kimi.
...O gecə pəncərəmi
səhərədək külək döydü.
Çaşıb, qonşu Muradın
Qapısını döydüyümsayaq
Doğma qapı da
Üzümə ağ idi, ağ.
...Yadındamı o axşam? –
Sənə zəng eləmişdim;
–Unut məni, unut hər şeyi, –
deyib
asmışdım dəstəyi...
Doğru de,
Gözlərin doldumu?..
Eh... məndən xəbərin oldumu?
150
ATAM GƏLƏCƏK
Hər axşam yatanda elə bilirəm
Bu gecə yuxuma gələcək atam.
Gözümün içində gizlətdiklərim
Dərdimi-sərimi biləcək atam.
Yenə dönəcəyəm bir az gec evə,
Gəlib görəcəyəm hələ oyaqdı.
Torpaq soyuqdusa...mənə deyəcək, –
Bir az qalın geyin, oğul, soyuqdu.
Görəcək, yolumu gözləyir anam,
Payımsa qalıbdı hələ qazanda.
Bağrıma basdığım paltarlarının
Yeri boş qalıbdı “paltarasan”da.
Yenə də bacımı döyüb qardaşım,
Qaçıb gizlənməyə macal axtarır.
Təzədən qaralıb bəyaz saçlarım
Bu gecə özünə sığal axtarır.
Ay qardaş, başını yenə uca tut,
Dərdə biganə ol, dərd bilən gəlib!
Açın qapıları, açın taybatay, –
Qonağın səsinə səs verən gəlib!
Hər axşam yatanda elə bilirəm
Bu gecə yuxuma gələcək atam.
Gözümün içində gizlətdiklərim
Dərdimi-sərimi biləcək atam.
151
MƏNSİZ YAŞAMAĞI ÖYRƏDİM SƏNƏ
Bir az dinən daşın dilini öyrən,
Bir az gözyaşının sirrini öyrən,
Bir az da kədərin yerini öyrən,
Dərdi daşımağı öyrədim sənə.
Qaldı uzaqlarda, ünyetməzdə yaz, –
Qalan ömür-günü qar-sazağa yaz!
Yolların çovğunu, dumanında az, –
Qaya-dağ aşmağı öyrədim sənə.
Bir arzudan ötrü yollar seçimdə,
Ulduzlar yox olsun bulud köçündə.
Uzun gecələrdə güman içində
Azıb dolaşmağı öyrədim sənə.
Bu ömür yollara göz dikməkdisə,
Axırı arzudan əl çəkməkdisə, –
Beləcə yaşamaq bir küsməkdisə,
Bəlkə barışmağı öyrədim sənə.
Çox şeyi demədik, qaldı gizlicə,
Yollar uzaq düşdü buz əriyincə.
Gedim uzaqlara, gedim bir gecə,
Mənsiz yaşamağı öyrədim sənə.
|