Əfrahim hüseynli


BÖYÜK OĞLUM HÜMBƏTLƏ SÖHBƏTİM



Yüklə 2,29 Mb.
Pdf görüntüsü
səhifə81/111
tarix02.01.2022
ölçüsü2,29 Mb.
#2556
1   ...   77   78   79   80   81   82   83   84   ...   111
BÖYÜK OĞLUM HÜMBƏTLƏ SÖHBƏTİM 
       
Oğlum, imdadına daim haqq çatsın, 
Səndəki saflığa vurulmuşam mən. 
Atan daha coşqun təblə yaratsın, 
Sanma ahıllaşıb, yorulmuşam mən. 
       
 
Əyrini düz kəsmiş, kəsəcək ancaq
Bu ömrü sanmayaq oyun-oyuncaq, 
Gəl qatı zülmətdə qoşa nur saçaq
Şir bürcündənik biz, şir olmuşam mən. 


153 
 
Nələr görməyibdir, gözlərim nələr... 
Bunu bəndə deyil, bir Allah bilər, 
Uydurmaram köpükləmiş kəlmələr- 
Çalxanıb ümman tək durulmuşam mən. 
         
Sən babam Hümbətin adaşı oldun, 
Atam İsmayılın sirdaşı oldun, 
Əslimin, nəslimin yaddaşı oldun, 
Təməlindən möhkəm qurulmuşam mən. 
       
Amansız həyatda ciddi ol hər an
Təslim idrakına yer-göy, asiman, 
Tarix bizdən sərt götürür imtahan, 
Hər çətin sınaqda doğrulmuşam mən. 
       
Allahlıdır könlümün eşq-həvəsi, 
Allahlıdır dost-həmdəmi, hər kəsi... 
Ovulmazdır mənliyimin nüvəsi, 
Təpədən dırnağa nur olmuşam mən. 
   
Birdir toxuma da, nüvə də, gen də, 
Sənin tək çılğındım gənclikdə mən də. 
Mən ata, sən oğul, sən məndən öndə, 
Uğrundan şadlanıb var olmuşam mən. 
   
Atan haqdan yanır, alışır, oğlum! 
Onunla dağ-dəniz danışır, oğlum! 
Bəşər hümmət olub barışır, oğlum! 
Misri tək qınından sıyrılmışam mən. 


154 
 
Açıq söylə böyük qardaş sözünü
Toğrulumun aç həyata gözünü, 
Gülövşəmin qüssəsiz gör üzünü, 
Ayağın altında yer olmuşam mən. 
   
Atan könüllərə çoxdan köçübdü
Ölçən ölçüb, biçən gözəl biçibdi. 
Sizi mənə Allah övlad seçibdi, 
Adəmdən-Xatəmə sirr olmuşam mən. 
   
Söz sərrafı dönməz heç vaxt acizə, 
Bağlanmışam qeybdən gələn haqq səsə
Fəzail, son sözü, di söylə kəsə
İsrafil çaldığı Sur olmuşam mən! 
     
*** 
Adım rəhmətlə anılar, 
Axır-güman, övladlarım. 
Anım qərinə sanılar, 
Uçur zaman, övladlarım. 
   
Nə nisgil, nə hicran olun, 
Üç ürəkdə bir can olun, 
Vahid Azərbaycan olun! 
Könlü ümman övladlarım! 
   
 
 


155 
 
Bir haqqı uca sayın siz, 
Alnı açıq yaşayın siz, 
Atanıza oxşayın siz, 
Hər vaxt, hər an, övladlarım. 
   
Elm, helm zənginlikdir, 
Əbədi bir ənginlikdir, 
Bu dünyası beş günlükdür – 
Bilmir insan, övladlarım. 
   
Haqq önündə üzü ağam
Cövhəri sağ, sözü sağam, 
Ölümdən də çox uzağam, 
Mənəm Turan, övladlarım. 
   
Bəlli deyil köçmək vədəm
Əcəl camın içmək vədəm, 
Fəzailəm fəzilətəm, 
Fəzlim Quran, övladlarım. 
   
   
   
   

Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin