157
HAQQ BİLİR
Bu yaşacan nə yaşadım, nə qalıb?
Mən bilirəm,
kim bilməsə, Haqq bilir!
Saçlarımda fələyin tərs sığalı,
Mən bilirəm, kim bilməsə, Haqq bilir!
Nə qazandım, nə itirdim – yarıdı,
Yaman dostlar yaxşı günün yarıdı.
Yarımadım, çoxu məndən yarıdı,
Mən bilirəm, kim bilməsə Haqq bilir!
Yurd itirdim,
el itirdim bu yaşda,
Çəmən tapdım, Gül itirdim bu yaşda.
Körpü saldım,
yol itirdim bu yaşda,
Mən bilirəm, kim bilməsə, Haqq bilir!
Bu yaşacan dağ aşmışam, düz qalıb,
Yanağımda
yaş quruyub, duz qalıb.
Neçə arzum qız qarıyıb-qız qalıb,
Mən bilirəm, kim bilməsə. Haqq bilir!
Dolu döyə,
bağban yana,
bar yana
Gurşad düşə Ağrı dağda qar yana.
Qarmaq nədir, balıq nədir,
dərya nə,
Mən bilirəm, kim bilməsə, Haqq bilir.
158
Nə Günəşəm, nə də günəbaxanam!
mənə bəsdir bu ocağım, bu xanam!
Daha Tanrı dərgahına yaxınam!
Mən bilirəm!
Kim bilməsə,
HAQQ bilir!
Dostları ilə paylaş: