178
Əlim əlinə çatacaq,
Adım dilinə yatacaq...
Yuxum gözünü tapacaq;
–nə ac, nə tox?!
Yol
gedib yolu gətirər,
Boz bulud – dolu gətirər.
Verən əl
dolu gətirər;
–nə az, nə çox?!
HƏYAT BAZARLIĞI
Saçlarımı vaxt darağı
Daradı-bivaxt daradı.
Axır ki, çıxdım qaradan
Saqqalın ağaran vaxtı.
Görən neçə gecəm qalıb
Ömrümün bu üzündə?!
Neçə səhər açasıyam
Dirigözlü gözümlə.
Zaman
yenə oyun qurub,
Öz-əlinə oynayır.
Əvvəl yorur, əldən salır,
Sonra əlindən salır.
179
Ömrün içindəki ölüm–
Hər addımbaşı bir tələ.
İndi nə gecik, nə tələs,
Ömür sür “ölə-ölə”....
PRELÜD
Başlanğıc.. Yayın sonu...
ağaclar soyunub donunu...
hər yan sarı üzüntü...
Qəfil telefon zəngi...
dəstəyin o başında
tanış bir səs:
“Gəl...” – deyir,
“gəl, unutduğun gəncliyi apar...
gəl
öyrən sevməyi,
baxmadan görməyi,
qaranlıqda
günəşi
–necə gözləməyi öyrən,
Sevməyi öyrən” – deyir...
SON.. Xəbərin varmı? –
sarı çiçəklərin sarısından
ayırmaq olarmı
–ac arını?
Dostları ilə paylaş: