Əfrahim hüseynli



Yüklə 2,29 Mb.
Pdf görüntüsü
səhifə88/111
tarix02.01.2022
ölçüsü2,29 Mb.
#2556
1   ...   84   85   86   87   88   89   90   91   ...   111
 
ANADI 
   
Bizi xəlq eyləyən, bizi yaradan 
Göylərdə Tanrıdı, Yerdə anadı. 
Külli-kainatda müqəddəs varlıq 
Allahdı, atadı, bir də anadı. 
   
Canını südüylə veribdi bizə, 
Yeganə dərmandı hər bir mərəzə, 
Elə bir çiçəkdi – həmişə təzə, 
Güllər arasında tər də anadı. 
   
Ana – çox ucadı, dağlar boydadı, 
Onun hər kəlməsi şəkər, bal dadır, 
Ana-bayatıdı, ana-layladı, 
Dastan da, nağıl da, şeir də anadı. 
   
Səcdə eylə belə müqəddəs ada, 
Ananı dəyişmə özgəyə, yada, 
Ondan qiymətlisi varmı dünyada?! 
Qızıl da, almaz da, zər də anadı. 
   


171 
 
Anaya borcludu anadan olan! 
İstəsən səni də sevsin öz balan
Məmmədyar, ananın başına dolan, 
Müqəddəs ocaq da, pir də anadı. 
   
 
SEVGİLİM MƏNİM 
   
Bir ömür yol gəldim mən sənə kimi, 
Divanə yox məntək divanə kimi, 
Çırpıldım oduna pərvanə kimi, 
Çırağım, ağ şamım, nur selim mənim, 
Sevdalım, nazənin sevgilim mənim. 
   
Dünya bir çəməndir, var, gəz nə qədər... 
Bənövşə nə qədər, nərgiz nə qədər, 
Qoxlamaq istəsən dər, üz nə qədər, 
Solmaz çiçəyimsən, ağ gülüm mənim
Sevdalım, nazənin sevgilim mənim. 
   
Xumar gözlərində sirr-duvalanıb, 
Göylər sərxoş olub, yer havalanıb, 
Könül tellərində yar, yuvalanıb – 
Sevgi məmləkətim, eşq elim mənim, 
Sevdalım, nazənin sevgilim mənim. 
   
 
 


172 
 
Məni sehrlədin saldın ovsuna, 
Bu can şikar sənə, bu can ov sənə
Sənsiz dünya yalan, dünya əfsanə, 
Sənsən sonum mənim, əzəlim mənim, 
Sevdalım, nazənin sevgilim mənim. 
   
Səndən yana mənnən gözəllər küsün
Sənlə nəfəs alır Məmmədyar miskin, 
Əllərin darağım, gözlərin güzgüm, 
Birdənəm, dürdanəm, yazgülüm mənim, 
Sevdalım, nazənin sevgilim mənim. 
   
ƏLVİDA 
   
Mən səni seçmişdim güllər içində, 
Şəkər sözlü tuti dillər içində, 
Məni xar eylədin ellər içində
Əlvida, əlvida, gözəl, əlvida! 
   
Kimiydi telindən qız, öpüb getdi, 
Çəkildi hüsnündən yaz, ötüb getdi, 
Bulaq gözlərimi buz örtüb getdi, 
Əlvida, əlvida, gözəl, əlvida! 
   
Məni o qılıqlı əllər ovutmaz, 
Məsum gözlər ağlar, sellər ovutmaz, 
Ruhumun qibləsi tellər ovutmaz, 
Əlvida, əlvida, gözəl, əlvida! 


173 
 
  Sevgimizdən acı xatirə qaldı, 
Qalan xatirə də xətirə qaldı, 
Süzüldü misraya, sətirə, qaldı... 
Əlvida, əlvida, gözəl, əlvida! 
   
Yığışdır yollardan, çək gözlərini
Hönkür, bulud-bulud tök gözlərini, 
Qara yaylıqlarla bük gözlərini, 
Əlvida, əlvida, gözəl, əlvida! 
   
Məhəbbət deyən şey zəhrimar dadır, 
Ümidli bir cığır, çəhlim hardadı? 
Könlü zorlamağa təhrim hardadı? 
Əlvida, əlvida, gözəl, əlvida! 
   
Tanrıya yalvardım mən dönə-dönə, 
Ürəyim gəlmədi imana, dinə, 
Könlüm sənə sarı inanma dönə, 
ƏLVİDA, ƏLVİDA, GÖZƏL, ƏLVİDA! 
   
   
 
 


174 
 

Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin