168
GECİKMİŞ MƏHƏBBƏT
Ömrün payızında çıxdın qarşıma,
Çətin bu sevdanın bəhrəsin görək.
Yaramın qaysağın didib-qaşıma,
Bu yaşda məhəbbət nəyimə gərək?!
Nə qədər rəngləsək saçı, birçəyi,
Soyuq gözlərimiz şavaq götürməz,
Gecikmiş məhəbbət – payız çiçəyi,
Ətirsiz gülləri meyvə gətirməz.
Sən ümüd bəsləmə gecikmiş gülə,
Bağımın çiçəyin don vuracaqdı,
Ya dəli eyləyib salacaq çölə,
Ya da ki başıma qan vuracaqdı.
Nə qədər görməyib dünyanın qarın,
Tələf edək eşqin tumurcuqların...
Dostları ilə paylaş: