169
AĞLAYIRAM MƏN
Körükdə bişmişəm, isti dəmirəm,
Dağların özün də dağlayıram mən.
Dostlarım,
mən sizə şeir demirəm,
Mərsiyə deyirəm, ağlayıram mən.
Sınaqdan
keçirdim mən illər boyu,
Yanğını söndürməz
hər gölün suyu,
Şirin su verməz hər qazılan quyu,
Sısqa bulaq kimi çağlayıram mən.
Dedimmi tay tutub qatma xıltına,
Birin
dəyişmərəm neçə altuna,
Götürüb gedəcəm yerin altına-
Dərdimi içimdə saxlayıram mən.
GÖZƏLLƏR
Nəşə kimi könülləri məst edən,
Su kimi qəlblərə axan gözəllər.
Şikarını tora salıb, astadan
Ürəyini şişə taxan gözəllər.
Söz-söhbəti şirin-şəkər bal dadır,
Görünməyən əsil üzü daldadı,
“Nərbalanı bir dartuman aldadır”,
İgidlərin evin yıxan gözəllər.
170
Dərmanı tapılmaz
qada verdiniz,
Bəs dedim ruhuma
qida verdiniz,
Məmmədyarı nahaq
bada verdiniz,
Ömrümün sonuna çıxan gözəllər.
Dostları ilə paylaş: