Əfrahim hüseynli



Yüklə 2,29 Mb.
Pdf görüntüsü
səhifə83/111
tarix02.01.2022
ölçüsü2,29 Mb.
#2556
1   ...   79   80   81   82   83   84   85   86   ...   111
 
QALACAQ 
   
Musa Urud, hər nə varsa
Səndən sonra da qalacaq. 
Dərdin ağırı yaxına, 
Yüngülü yada qalacaq. 
   
Ömür arxdı dolub gedir, 
Quşdu, lələk salıb gedir.   
Hərə bir pay alıb gedir, 
Şairə qada qalacaq. 
   
Var-dövlət öləri şeydi, 
Şan-şöhrət sənə ögeydi. 
Söz haqdır, sözə baş əy ki, 
Sözün dünyada qalacaq. 
   
   
 
 


159 
 
HƏR ŞEY NİSBİDİ, QARDAŞIM... 
   
Hər şey nisbidi, qardaşım, 
Azadlıq da nisbidi. 
Burnu dünyasının divarına dirənib, 
Şüşənin o üzündə ölümə dayanıb. 
   
Nisbidi, bəzək balıqlarının 
Akvarium azadlığı da, 
Nisbidi, bəzək balıqlarının 
Azad olmaq həsrəti də! 
   
*** 
Adamsız adam yoxdu dünyada
Kimsəsizlər qəribləridi dünyanın. 
Buludlu gecənin ulduzu kimi 
Qəribdi hamı dünyada. 
Qəribliyini bilmir hamı 
Dünyanın ən duru adamıdı 
Ən qərib adamı. 
   
*** 
  Mənim sevgim köz kimidi, 
Saxlaya bilməyəcəksən ovuclarında, 
Gizləyə bilməyəcəksən 
Əlindəki yanıq yerini! 
   
 


160 
 
*** 
Təyyarədən yerə baxıram, 
Evlərə, yollara, çaylara. 
Məndən aşağıda ölüm dayanıb, 
Məndən yuxarıda Allah! 
*** 
Tikan kimi 
Ürəyimə batıb bu eşq, 
Çıxardıram-qanayır, 
Çıxartmıram-ağrıyır! 
   
*** 
Yazı gözləyən qaranquş kimi 
Gözləyirsən məni. 
Yollara baxınca, 
Yağan qara baxsana... 
   
*** 
Ruhumu sevdin, canımı yox, 
Sözümü sevdin, dodağımı yox. 
Lənət bizi ayırma! 
Bir kimsə utanırmı, yox! 
   
Gözüm qalan gilası sərçələr yedilər, 
Gözüm qalan qızı dustaq elədilər, 
Gözüm qalan torpaqda qəbiristan saldılar, 
Gözümdən düşənlər... 
...sağdılar, sağdılar, sağdılar! 


161 
 
*** 
Dənizdəki yelkən kimi 
Tək tənhayam. 
Ümidini mənə bağlayıb   
Bir gəmi. 
Bir gəmilik adam. 
Görən bilirlərmi ki,   
Yaxşı küləklərin əlində   
Bir parça ağam. 
   
*** 
Çıxıb getmək istəyirəm... 
Ulamaq istəyirəm... 
Seir yazmaq istəyirəm... 
Səni tapmaq istəyirəm... 
Ehtiyac qədər heç nə yatmır canıma. 
   
*** 
Yaxşı ki, kürü tökmür
Diri bala doğur balinalar. 
Yoxsa, 
Nə çoxdu burnundan irəlini görməyən   
Adamlar. 
Kürü ikən, 
Bir uzaq əyalətdə akvariuma salıb 
Qoymazdılar 
Bəzək balıqlarından artıq böyüməyə   
Balinaları. 


162 
 
*** 
Ömür quş kölgəsitək 
Keçib getdi üstümdən 
Səssiz-səmirsiz. 
Saralmış otlar qədər   
İzim qalmadı yurdda! 
   
*** 
Otları nə tez uzandı 
Əsir torpaqların. 
Uşaqları nə tez qocaldı 
Qaçqın ataların? 
Sərgərdan ruhumuztək 
Yurdumuz darmadağın. 
Ahımız – 
Zülmət gecədə 
Bayquş qışqırığı – 
Tənha, qorxunc, dərdli, ağır. 
   
*** 
Senanın “Royal”ında, 
Yuva quran göyərçin 
Görən bilirmi dünyada 
Araz çayı var, 
Üstündə də Xudafərin. 
   
 
 


163 
 
*** 
Üzümüzə açılan pəncərələr 
Dünyanın əlifba kitabıdı, 
Açırıq hər səhər
Örtürük hər axşam... 
...Oxuya bilmirik axıracan. 
   
*** 
Ay pişik, 
Çıxma qarşıma yazıqsan. 
Uğurum ağırdı, ayağım ağırdı. 
Əllərim yüngüldü. 
Əllərimi nəyin üstünə qoyurlarsa, 
Aparırlar. 
   
*** 
Təşnə torpaqlar üçün   
Bir əlçim buluddan yağan yağışı 
Qurutmağa nə var ki
Bir içim su. 
Eh, sənin üçün məni unutmağa nə var ki,   
bir içim su. 
   
*** 
Heç kəs çatlayıb ölmür, 
Atlardan savayı. 
Hərəni bir dərd öldürür, 
Hərəni bir əcəl aparır. 


164 
 
Sonra sağ qalanlar
Gözəl-gözəl nekroloqlar yazırlar, 
Sağlığında sevmədikləri dostlarına. 
   
*** 
Bilirəm, bu saat   
Acımış xəmir kimisən 
Təndirə yapılmağın həsrətində. 
Bu taxta, bu oxlov. 
Bu odun, bu təndir. 
...Dincəldinmi? 
 
 


165 
 

Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin