Əfrahim hüseynli



Yüklə 2,29 Mb.
Pdf görüntüsü
səhifə78/111
tarix02.01.2022
ölçüsü2,29 Mb.
#2556
1   ...   74   75   76   77   78   79   80   81   ...   111
ÖMRÜ HAMITƏK YAŞASAN 
   
Cavan bilir, qoca bilir, – 
Hamı taxtı uca bilir. 
Əyri qapı aça bilir, 
Doğru-düz elə-belədi. 
   
Ömür nağılsayaqdısa, – 
Bilən yox kim oyaqdısa, 
Ürəyimiz soyuqdusa, 
Şaxta-buz elə-belədi. 
   
Hər yükü çəkib daşısan, 
Deyəcəklər ki, naşısan. 
Ömrü hamıtək yaşasan, 
Səksən, yüz elə-belədi.   
   
 
BU ŞƏHƏR 
 
Varmadım işlərin əyri-düzünə, 
İnandım çoxunun şirin sözünə. 
Gecəsi bənzədi göyün üzünə; – 
Sandım kəhkəşanda təkdi bu şəhər. 
   
Dedim düzü düzdü, dedim ağı ağ, – 
Çörək kəsdiklərim dayaqdı, dayaq. 
Neçə sadəlövhü çəkdiyi sayaq 
Məni də qoynuna çəkdi bu şəhər. 


148 
 
Gecəli-gündüzlü umdu dostlarım... 
Çağırdım, gözünü yumdu dostlarım. 
Gözümdə sınmazdı, sındı dostlarım, – 
Dərdi küçə-küçə əkdi bu şəhər. 
       
Kimə inanasan, deyəsən, sirri? 
Doğrunun, əyrinin bilinmir yeri. 
Gələndə yüyürdün, ayağım, yeri! – 
Çiynimin üstündə yükdü bu şəhər. 
       
...Bu yerlər dumanmış, duman, gəlirəm, 
Çək gözünü yoldan, sonam, gəlirəm! 
Sözünə baxmadım, anam, gəlirəm, 
Daşı ətəyimdən tökdü bu şəhər.   
 
 
   

Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin