Əfrahim hüseynli



Yüklə 2,29 Mb.
Pdf görüntüsü
səhifə79/111
tarix02.01.2022
ölçüsü2,29 Mb.
#2556
1   ...   75   76   77   78   79   80   81   82   ...   111
MƏNDƏN XƏBƏRİN 
OLDUMU 
     
Yadındamı 
O axşam?- 
Sənə zəng eləmişdim... 
-Unut məni, unut hər şeyi.- 
Deyib, 
Asmışdım dəstəyi. 
...Dönürdüm evə sarı, 
açılmaq istəmirdi 
metro stansiyasının 
qapıları... 


149 
 
Hər gün   
Endiyim pilləkənlər 
Tanımırdı ayaqlarımı. 
Qatarın səsi 
Deşırdi qulaqlarımı. 
Gedırdim üzü küləyə,- 
Çıxmaq istəyirdim 
Küçəyə. 
Ekskalator da işləmirdi... 
Elə bil   
Var imiş kini. 
Gözlərimin içinə baxırdı 
Tavandan 
asılan yazılar – sual kimi. 
...O gecə pəncərəmi 
səhərədək külək döydü. 
Çaşıb, qonşu Muradın 
Qapısını döydüyümsayaq   
Doğma qapı da 
Üzümə ağ idi, ağ. 
...Yadındamı o axşam? – 
Sənə zəng eləmişdim; 
–Unut məni, unut hər şeyi, – 
deyib 
asmışdım dəstəyi... 
Doğru de, 
Gözlərin doldumu?.. 
Eh... məndən xəbərin oldumu?   


150 
 
ATAM GƏLƏCƏK 
 
Hər axşam yatanda elə bilirəm 
Bu gecə yuxuma gələcək atam. 
Gözümün içində gizlətdiklərim 
Dərdimi-sərimi biləcək atam. 
 
   
Yenə dönəcəyəm bir az gec evə, 
Gəlib görəcəyəm hələ oyaqdı. 
Torpaq soyuqdusa...mənə deyəcək, – 
Bir az qalın geyin, oğul, soyuqdu. 
   
Görəcək, yolumu gözləyir anam
Payımsa qalıbdı hələ qazanda. 
Bağrıma basdığım paltarlarının 
Yeri boş qalıbdı “paltarasan”da. 
   
Yenə də bacımı döyüb qardaşım, 
Qaçıb gizlənməyə macal axtarır. 
Təzədən qaralıb bəyaz saçlarım   
Bu gecə özünə sığal axtarır. 
   
Ay qardaş, başını yenə uca tut, 
Dərdə biganə ol, dərd bilən gəlib! 
Açın qapıları, açın taybatay, – 
Qonağın səsinə səs verən gəlib! 
   
Hər axşam yatanda elə bilirəm 
Bu gecə yuxuma gələcək atam. 
Gözümün içində gizlətdiklərim 
Dərdimi-sərimi biləcək atam.   


151 
 
  MƏNSİZ YAŞAMAĞI ÖYRƏDİM SƏNƏ 
 
Bir az dinən daşın dilini öyrən
Bir az gözyaşının sirrini öyrən, 
Bir az da kədərin yerini öyrən, 
Dərdi daşımağı öyrədim sənə. 
   
Qaldı uzaqlarda, ünyetməzdə yaz, – 
Qalan ömür-günü qar-sazağa yaz! 
Yolların çovğunu, dumanında az, – 
Qaya-dağ aşmağı öyrədim sənə. 
   
Bir arzudan ötrü yollar seçimdə, 
Ulduzlar yox olsun bulud köçündə. 
Uzun gecələrdə güman içində 
Azıb dolaşmağı öyrədim sənə. 
   
Bu ömür yollara göz dikməkdisə, 
Axırı arzudan əl çəkməkdisə, – 
Beləcə yaşamaq bir küsməkdisə
Bəlkə barışmağı öyrədim sənə. 
   
Çox şeyi demədik, qaldı gizlicə, 
Yollar uzaq düşdü buz əriyincə. 
Gedim uzaqlara, gedim bir gecə, 
Mənsiz yaşamağı öyrədim sənə. 
   
   


152 
 

Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin