HEYDƏR ƏLİYEV FONDUNUN
BEYNƏLXALQ ƏLAQƏLƏRİ
2005ci il dekabrın 9da BMTnin İnkişaf Proqramı ilə Heydər Əliyev Fon
du arasında saziş imzalanmışdır.
Fondun icraçı direktoru Anar Ələkbərov mərasimi açaraq bildirdi ki, iki
qurum arasında görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan
insanlar üçün informasiya kommunikasiya texnologiyalarına çıxışın təmin edil-
məsinə dair əməkdaşlıq sazişi və layihə sənədi imzalanacaqdır.
Sənədləri Heydər Əliyev Fondunun prezidenti, UNESCOnun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva və BMTnin Azərbay-
candakı rezidentəlaqələndiricisi Marko Borsotti imzaladılar.
Mehriban xanım Əliyeva imzalanmış sənədi qiymətləndirərək demişdir:
“Bu gün Heydər Əliyev Fondu ilə BMT İnkişaf Proqramı arasında çox önəmli
bir saziş imzalandı. Ölkəmizdə kor və görmə qabiliyyəti zəif olan insanların
informasiya kommunikasiya texnologiyalarına çıxışını təmin edən layihə artıq
həyata keçirilməyə başlanır. Azərbaycanda 320 min əlil insan yaşayır. Onlar-
dan 40 mini kor və görmə qabiliyyəti zəif olan şəxslərdir. Layihə bu insanların
həyata qoşulmasına, onların informasiya kommunikasiyaları vasitələri ilə bilik
və məlumat əldə etmək imkanlarının genişləndirilməsinə, onların məşğulluğu-
nun artırılmasına, ümumən bu insanların yaşayış tərzini yaxşılaşdırmağa xid-
mət edəcəkdir. Bu saziş Heydər Əliyev Fondu ilə BMTnin İnkişaf Proqramı
arasında əməkdaşlığın ilk təməlidir. Heydər Əliyev Fondu yaradıldığı ilk gün-
dən cəmiyyətimizin ən zəif təbəqələrinə böyük diqqət və qayğı ilə yanaşır.
Artıq bu gün hamıya tanış olan fəaliyyətimiz bunu sübut edir. “Diabetli uşaq-
lara ən yüksək qayğı”, “Talassemiyasız həyat”, “Yeniləşən Azərbaycana yeni
məktəblər”, “Uşaq evi və internat məktəblərinin inkişafı” proqramları qısa bir
zamanda həyata keçirilmişdir və nəticədə minlərlə insana yardım göstərilmiş,
kimsəsiz uşaqlara qayğı artırılmış, mühüm sosial problemlər həllini tapmışdır.
Məhz bu fəaliyyətinə görə Heydər Əliyev Fondu Azərbaycanda böyük hörmətə
malik olan və ölkənin ictimai həyatında mühüm rol oynayan bir qurumdur.
Bu gün Heydər Əliyev Fondu beynəlxalq səhnəyə çıxır. Dünyanın ən
mötəbər, ən nüfuzlu təşkilatı olan Birləşmiş Millətlər Təşkilatı ilə birgə
fəaliyyətə başlayır. Mən əminəm ki, bu gün başladığımız layihə çox böyük
uğurla nəticələnəcək, əldə olunan təcrübə kor və görmə qabiliyyəti zəif olan
insanların imkanlarını genişləndirmək üçün hazırlanan yeni strategiyaya yar-
dım göstərəcəkdir”.
BMTnin Azərbaycandakı rezidentəlaqələndiricisi cənab Marko Borsotti
çıxış edərək demişdir: “Mənə elə gəlir ki, bu gün BMTdə çalışan hər bir mütə
33
xəssis, əməkdaş üçün çox əlamətdar gündür. Çünki BMT olaraq biz Heydər
Əliyev Fondu ilə birgə çox önəmli bir addım atdıq. Bunun nəticəsində kor və
görmə qabiliyyəti zəif olan insanlara lazımi xidmətlər göstəriləcəkdir. Bir çox
ölkələrdə rəqəmsal fərqin aradan qaldırılmasından ötrü müxtəlif tədbirlərin
həyata keçirilməsi BMTnin İnkişaf Proqramı üçün mühüm bir məsələdir. Bu
məsələyə əvvəlcə hörmətli şəxsiyyət Heydər Əliyev, daha sonra isə cənab Pre-
zident İlham Əliyev tərəfindən göstərilən maraq bizim üçün çox mühüm oldu.
Azərbaycanın Tunisdə keçirilən son konfransdakı iştirakı isə onun bu sahəyə
marağının nə qədər böyük olmasına bir sübut idi. Burada əsas məqsəd və əsas
yekun ondan ibarət idi ki, bu cür inkişaf edən ölkə üçün heç kəs diqqətdən
kənarda qalmamalıdır. Bu layihənin həyata keçirilməsi təkcə Azərbaycana xid-
mət etməyəcək, həm də digər ölkələrə böyük bir nümunə olacaqdır. Mən tam
əminəm ki, bu layihə çox səmərəli olacaq, müsbət nəticələrini verəcək və biz
növbəti istiqamətlərdə əlaqələrimizi, əməkdaşlığımızı möhkəmləndirəcəyik”.
İmzalanan saziş layihələri BMTnin “Minilliyin Bəyannaməsi”ndə döv-
lət və hökumət başçıları tərəfindən yeni texnologiyaların, xüsusilə informasi-
yakommunikasiya texnologiyalarının (İKT) hamı üçün təmin olunması barədə
götürülmüş öhdəliyə və Azərbaycan hökumətinin İKT üzrə Milli Strategiyasına
uyğun hazırlanmışdır. Bu layihə üç mərhələdə həyata keçiriləcəkdir. İlk mər-
hələ kor və görmə qabiliyyəti zəif olan insanların İKTyə ehtiyaclarını müəy-
yən etmək, onlar üçün rəqəmsal fərqin aradan qaldırılması üzrə ayrıca proqram
layihəsi hazırlamaqdan ibarətdir. Bu məqsədlə sorğular, müzakirələr keçiril-
məli, təcrübə mübadiləsi aparılmalı, alınacaq avadanlığın növləri müəyyən
edilməlidir. İkinci mərhələdə kor və görmə qabiliyyəti zəif olan uşaqlar üçün
internat məktəbində model İKT sinfinin yaradılması istiqamətində işlər aparı-
lacaqdır. Burada kompüter avadanlığının alınıb quraşdırılması, proqram təmi-
natının lokallaşdırılması, internetə çıxışın təmin edilməsi və xüsusi tədristəlim
proqramlarının hazırlanması başlıca vəzifələr olacaqdır.
Audiokitabxanaların hazırlanması, təlim mərkəzlərinin yaradılması, kitab
xana fondunun audioformata çevrilməsi üçün səsyazma studiyasının qurulması,
bu studiyanın yardımı ilə mövcud kitabxanalarda Brayl şriftli və audiokitabla-
rın bərpası, internetə çıxış, informasiya texnologiya əsaslı təlim kursları, inter-
netdə informasiyanın tapılması, əldə edilməsi kimi xidmətləri təmin edən kom-
püter mərkəzinin yaradılması, təlim kurslarında dərs deyəcək müəllimlərin,
təlimçilərin hazırlığı üçüncü mərhələdə həyata keçiriləcəkdir.
Səkkiz ay müddətində həyata keçiriləcək layihənin ümumi dəyəri 418 min
ABŞ dolları təşkil etmişdir.
2006cı il fevralın 1də Heydər Əliyev Fondunda Rusiyanın “Puşkin kitab
xanası” Fondundan kitabların hədiyyə edilməsi mərasimi keçirilmişdir.
34
“Пушкинская библиотека” Fondunun baş direktoru Mariya Vedenyapina
səmimi sözlərə görə Mehriban xanım Əliyevaya təşəkkür edərək demişdir:
“Mən həqiqətən hesab edirəm ki, kitab ən yaxşı hədiyyədir, çünki “Puşkins-
kaya biblioteka” Fondu, ilk növbədə, kitablar və kitabxanalarla işləyir. İkin-
cisi, demək istərdim ki, ölkələr arasında münasibətlərdə kitab ən xeyirxah və
etibarlı səfirdir. Ona görə mənə çox xoşdur ki, məhz bugünkü hadisə – “Пуш
кинская библиотека” Fondunun Heydər Əliyev Fonduna kitablar hədiyyə
etməsi Azərbaycanda Rusiya ilinin açılışının başlanğıcı olacaqdır. Həqiqətən
hesab edirəm ki, ən başlıcası, ən vacibi və faydalısı birbirimizə olan marağı
itirməməkdir. Əgər bu meyar varsa, əgər tələbələrə və müəllimlərə rus dilində
ədəbiyyat lazımdırsa, biz onlara həvəslə kömək edirik. Əslində, bu, yardım
deyil, birgə layihədir.
Mən “Пушкинская библиотека” Fondu haqqında bir neçə kəlmə demək
istərdim, çünki burada məndən soruşurlar ki, SanktPeterburqdakı Puşkin evinə
bizim hansı aidiyyətimiz var. Biz Puşkin evi deyilik, baxmayaraq ki, onunla
çox yaxşı və sıx əməkdaşlıq edirik. “Пушкинская библиотека” Fondunun əsas
qayğısı kəndlərdəki, məktəblərdəki kiçik kitabxanalarından başlayaraq, federal
və ali məktəb kitabxanalarınadək Rusiya kitabxanalarıdır. Biz fondları kom
plektləşdirir, həm universitet kitabxanaları, həm də kütləvi kitabxanalar üçün
müxtəlif tipli kataloqlar buraxırıq. Eyni zamanda kitabxana işinin dəstəklənmə-
sinə yönəldilmiş müxtəlif sosial layihələr həyata keçiririk, bu isə mahiyyət eti-
barilə elmin, təhsilin, mədəniyyətin dəstəklənməsi deməkdir. Odur ki, biz artıq
federal hökumət tərəfindən də dəstəklənən ayrıca böyük layihə həyata keçiririk.
Bu, “Kənd kitabxanaları” layihəsidir. Cari ildən həqiqətən böyük problemləri
olan məktəb kitabxanalarının komplektləşdirilməsinin yenidən qurulmasına
dair təzə layihənin gerçəkləşdirilməsinə başlamışıq. Doğrudan da, əvvəllər
deyirdik ki, biz ən çox mütaliə edən millətik, kitab ən yaxşı hədiyyədir. Ancaq
hazırda, yeni informasiya texnologiyalarının dünyanı fəth etdiyi dövrdə, təəssüf
ki, kitab nüfuzunu itirir.
Başqa bir proqramımız – mütaliənin dəstəklənməsinə və genişləndirilmə-
sinə yönəldilmiş “Mütaliə edən Rusiya” proqramıdır. Biz bunu əsas layihəmiz
sayırıq, çünki həqiqətən, kitabsız savadlı nəsil tərbiyə etmək olmaz. Ona görə
də çox ümid edirəm ki, bugünkü tədbir ölkələrimizin rifahı naminə, başlıcası
isə, uşaqlarımızın həqiqətən savadlı, mədəni böyüməsi və bizim onlarla fəxr
edə bilməyimiz naminə əməkdaşlığın möhkəm bünövrəsini qoyacaqdır”.
Mehriban xanım Əliyeva hədiyyə olunan kitablara baxmış və qonaq-
ları da Heydər Əliyev Fondunun fəaliyyətə başladığı dövrdən nəşr etdirdiyi
kitablarla tanış etmişdir.
Mehriban xanım Əliyeva 2007ci il aprelin 27də İSESCOnun Baş direk-
toru Əbdüləziz bin Osman əlTüveycri ilə görüşmüşdür.
35
Mehriban xanım 51 müsəlman dövlətinin təmsil olunduğu nüfuzlu bey-
nəlxalq mədənihumanitar qurum olan İslam Ölkələri Elm, Təhsil və Mədəniy-
yət Təşkilatının – İSESCOnun rəhbərini salamlayaraq, onun yenidən Azərbay-
cana gəlməsindən məmnunluğunu söyləmişdir. Dövlətimizin yüksək mükafatı
– “Şöhrət” ordeni ilə təltif edilməsi münasibətilə Baş direktoru təbrik edən
Mehriban xanım Əliyeva özünün də xoşməramlı səfiri olduğu İSESCOnun
dünyada nüfuzunun getdikcə artmasından, islam ölkələrində gördüyü geniş-
miqyaslı işlərdən qürur duyduğunu bildirdi.
İSESCOnun Baş direktoru Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü-
nün böyük təsir bağışladığını, rəhbərlik etdiyi təşkilatın ölkəmizlə əməkdaşlığa
xüsusi önəm verdiyini, Heydər Əliyev Fondu ilə əlaqələrin genişlənməsindən
məmnunluğunu vurğuladı. Fondun elm, təhsil, mədəniyyət və digər sahələrdə
həyata keçirdiyi layihələri yüksək qiymətləndirən Əbdüləziz bin Osman əl
Tüveycri İSESCOnun ilk qadın xoşməramlı səfiri kimi Mehriban xanımın bu
şərəfli missiyanın yerinə yetirilməsində şəxsi nümunə göstərdiyini bildirmişdir.
Mehriban xanım Əliyeva və Əbdüləziz bin Osman əlTüveycri Heydər Əliyev
Fondu ilə İSESCO arasında əməkdaşlıq haqqında Protokol imzalamışlar. 5 il
müddətinə əməkdaşlığın əsas prinsiplərini tənzimləyən Protokol elm, mədəniy-
yət, təhsil sahəsində əlaqələrin inkişafını, birgə layihələrin işlənib həyata keçi-
rilməsini, fəaliyyətin əlaqələndirilməsini nəzərdə tutmuşdur.
2007ci il mayın 31də Heydər Əliyev Fondunun prezidenti, UNES-
COnun və İSESCOnun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehri-
ban xanım Əliyeva MDB Yəhudi İcmaları Federasiyasının və “OrAvner”
Beynəlxalq Fondunun prezidenti Lev Levayevin rəhbərlik etdiyi nümayəndə
heyəti ilə görüşmüşdür.
Mehriban xanım qonaqlara Heydər Əliyev Fondunun yaranma tarixi, məq
sədləri, fəaliyyəti barədə məlumat verdi. Bildirdi ki, Fond yarandığı vaxtdan
Azərbaycanın mədəniyyəti və tarixinin geniş təbliği, əhalinin sağlamlığının
mühafizəsi, ekoloji mühitin sağlamlaşdırılması, informasiya texnologiyalarının
tətbiqi, sosial problemlərin həlli ilə əlaqədar bir sıra genişmiqyaslı layihələr hə
yata keçirmişdir. Son iki ildə respublikanın bütün regionlarında, ən ucqar kənd-
lərdə Fondun təşəbbüsü ilə 200ə yaxın müasir tipli məktəb tikilib istifadəyə
verilmiş, bütün lazımi avadanlıqla təmin edilmişdir. Beynəlxalq təşkilatlarla
sıx əməkdaşlıq edən Fond BMTnin İnkişaf Fondu ilə birlikdə “Kor və görmə
qabiliyyəti zəif olan insanların İnformasiya Texnologiyalarına çıxışının təmin
edilməsinə dair” layihəni uğurla başa çatdırmışdır. Ötən il Latın Mədəniyyəti
Akademiyası və Vaşinqton Elmlər Akademiyası ilə birgə keçirilən konfranslar
da səmərəli olmuşdur. Fond Pakistanın zəlzələdən zərər çəkmiş Müzəffərabad
şəhərində qızlar üçün müasir təhsil kompleksi inşa etməklə yanaşı, Fransanın
Versal sarayında və parkında iki abidənin də bərpa işlərini aparır. Fondun “Dini
36
tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində Bakıda Pravoslav kil-
səsinin, məscidlərin yenidən qurulması başa çatdırılmışdır.
Mehriban xanım Əliyeva dünyanın ən inkişaf etmiş xalqlarından biri olan
yəhudilərin Azərbaycanda qədim tarix və mədəniyyətinin mövcudluğunu
xatırladaraq, yəhudi uşaqları üçün təməli qoyulan təhsil mərkəzinin inşasının
da ölkəmizdə tolerantlığın yeni bir təzahürü olduğunu bildirdi. Bundan əvvəl
də dünya yəhudilərinin nüfuzlu təşkilatları ilə Fond arasında əlaqə yaradıldı-
ğını bildirdi, “OrAvner” Beynəlxalq Fondu ilə əməkdaşlığın da səmərəli ola-
cağını söyləmişdir.
Lev Levayev Azərbaycan Prezidenti ilə görüşlərinin qəlbində silinməz iz
qoyduğunu bildirmiş və Mehriban xanımın rəhbərlik etdiyi Fondun ölkə daxi-
lində və xaricdə kifayət qədər nüfuzlu bir qurum kimi tanındığını, qəbul edildi-
yini vurğuladı. O, rəhbərlik etdiyi qurumun Heydər Əliyev Fondu ilə əməkdaş-
lığa xüsusi əhəmiyyət verdiyini söyləmişdir.
Heydər Əliyev Fondu ilə “OrAvner” Fondu arasında 3 il müddətində təh-
sil, səhiyyə, mədəniyyət, sosial təyinatlı obyektlərin tikintisi, yenidən qurul-
ması, maddi təchizatı sahəsində əməkdaşlığı nəzərdə tutan saziş imzalanmışdır.
Lev Levayev Azər TACın müxbirinə müsahibəsində qeyd etmişdir ki, gör
kəmli siyasi xadim Heydər Əliyevin adını daşıyan Fondun fəaliyyətini yüksək
qiymətləndirirəm, Bakıda təməli qoyulan yəhudi təhsil mərkəzinin xalqlarımız
arasında dostluq münasibətlərinin inkişafına səmərəli kömək göstərəcəyinə
inanır və imzalanan sazişin real nəticələri olacağına əminəm. O, əlavə etdi ki,
rəhbərlik etdiyi qurum 1992ci ildə yaradılmışdır, Rusiyada fəaliyyət göstərir.
Heydər Əliyev Fondu kimi genişmiqyaslı layihələr həyata keçirməsə də, MDB
ölkələrində xeyli sayda təhsil kompleksi inşa etmiş, səhiyyə və sosial yönümlü
layihələri reallaşdırmışdır.
2007ci il iyunun 18də Heydər Əliyev Fondunda BMTnin Təhsil, Elm və
Mədəniyyət Məsələləri Təşkilatı – UNESCO, Azərbaycan Hökuməti və Hey-
dər Əliyev Fondu arasında ölkəmizdə peşə təhsilinin inkişafını nəzərdə tutan
layihənin icra planına dair saziş imzalanmışdır.
UNESCO və İSESCOnun xoşməramlı səfiri, Milli Məclisin deputatı Meh-
riban xanım Əliyeva rəhbərlik etdiyi Fondun təhsil sahəsinə xüsusi əhəmiy-
yət verdiyini, bu istiqamətdə bir sıra layihələr həyata keçirdiyini bildirmişdir.
Bundan əvvəl BMT və UNESCO ilə əməkdaşlıq çərçivəsində birgə layihələrin
uğurla yerinə yetirildiyini vurğulayan Azərbaycanın birinci xanımı, ölkəmizdə
peşə təhsilinin inkişafını dəstəkləməyi nəzərdə tutan layihənin əhəmiyyətini
qeyd etmiş, imzalanacaq sazişin də uğurla reallaşacağına inandığını söylə-
mişdir. 2005ci il avqustun 24də “Gülüstan” sarayında keçirilən “UNESCO
Azərbaycan: gələcəyə körpü” mövzusunda konfransda UNESCOnun Baş
di rektoru Koiçiro Matsuuranın da iştirak etdiyini, tədbirdə Azərbaycanın təh-
37
sil sistemində aparılan islahatlardan söhbət getdiyini, Avropa təhsil sisteminə
inteqrasiya və digər məsələlərin müzakirə olunduğunu, birgə memorandum im
zalandığını xatırlatmışdır. Mehriban xanım Əliyeva demişdir ki, gələn ilin
yayında ölkəmiz UNESCO ilə birlikdə təşkil olunacaq “Təhsil hamı üçün”
konfransına ev sahibliyi edəcəkdir. Konfransın keçirildiyi günlərdə UNES-
COnun Baş direktorunun iştirakı ilə Bakıda Beynəlxalq Muğam Mərkəzinin
açılışı da olacaqdır.
UNESCOnun Moskva ofisinin baş direktoru Dendev Badarç Heydər Əli-
yev Fondunun və onun prezidenti Mehriban xanımın genişmiqyaslı ictimai,
xeyriyyəçilik fəaliyyətinin nüfuzlu beynəlxalq qurumlar tərəfindən yüksək
dəyərləndirildiyini vurğulayaraq, yeni əməkdaşlığın da səmərəli nəticələr verə-
cəyinə əminliyini söyləmişdir.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycanda xüsusi qayğıya eh
tiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi tikilməsi ilə bağlı 2007ci il
noyabrın 5də Heydər Əliyev Fondunun prezidenti, UNESCOnun və İSES-
COnun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva
layihənin maliyyə dəstəyini öz üzərinə götürən Rusiyanın “Uralsib” maliyyə
korporasiyasının nümayəndələri ilə görüşmüşdür.
Mehriban xanım Əliyeva Fondun fəaliyyəti barədə danışaraq demişdir ki,
onun əsas məqsədi görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrən-
mək və təbliğ etməkdən, Azərbaycanın sosialiqtisadi, mədəni tərəqqisinə
yö nəl
miş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda
əyani təsəvvür yaratmaqdan, ölkəmizin mədəniyyəti və tarixinin geniş təbliği
ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir. Bildirilmişdir ki,
Heydər Əliyev Fondu təhsil, səhiyyə və digər sahələrdə irimiqyaslı layihələr
həyata keçirir, UNESCO və İSESCO ilə sıx əməkdaşlıq edir. Eyni zamanda
Meh riban xanım Azərbaycanda hələ də xüsusi qayğıya ehtiyac duyan çoxlu
sayda uşaqların olduğunu təəssüflə vurğulamışdır.
2008ci il yanvarın 16da Heydər Əliyev Fondu, BMTnin Əhali Fondu
(UNFPA) və Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Ko
mitəsi arasında “XXI əsrdə qadınlara qarşı zorakılıq əleyhinə” birgə la yi həyə
dair sənədlərin imzalanma mərasimi olmuşdur.
Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCOnun xoşmə-
ramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva imzalanmış
sənədi bu cür qiymətləndirmişdir: “Bildiyiniz kimi, Heydər Əliyev Fondu qısa
bir zamanda ölkəmizdə böyük hörmətə malik olan təşkilata çevrilibdir. Əlbəttə,
bu hörmət və dəstək Heydər Əliyev Fondunun fəaliyyəti ilə qazanılıbdır. Hey-
dər Əliyev Fondu ölkəmizdə elmin, təhsilin, mədəniyyətin inkişafı naminə, so
sial problemlərin həlli naminə çox fəal işlər görür, bir sıra irimiqyaslı humani-
tar layihələr həyata keçirir.
38
Yəqin ki, siz bilirsiniz, “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çər-
çivəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə ölkədə 200 yeni məktəb inşa
olunmuş, ən müasir avadanlıqla təmin edilmişdir. Heydər Əliyev Fondunun bu
təşəbbüsü dövlət tərəfindən dəstəklənib və 3 il ərzində ölkəmizdə 1300 yeni
məktəb inşa olunubdur.
“Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı” çərçivəsində ölkə-
mizdə 30 uşaq evi və internat məktəbi əsaslı təmir olunub və bu müəssisələrdə
yaşayan uşaqların problemlərini biz daim diqqət mərkəzində saxlayırıq.
Səhiyyə sahəsində bir çox tədbirlər həyata keçirilmişdir. “Talassemiyasız
həyat” layihəsi çərçivəsində ölkəmizdə böyük Talassemiya Mərkəzi inşa olu-
nur. O da ən müasir avadanlıqla təmin ediləcəkdir. “Diabetli uşaqlara ən yük-
sək qayğı” layihəsi çərçivəsində ölkəmizdə diabetdən əzab çəkən 14 yaşına
qədər hər bir uşaq yüksək keyfiyyətli insulinlə təmin olunur.
Bununla yanaşı, Heydər Əliyev Fondu beynəlxalq fəaliyyətini də səmərəli
qurur. Dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları ilə bizim əməkdaşlığımız var.
Mədəniyyət sahəsində UNESCO və İSESCO ilə əməkdaşlıq edirik, BMT
nin İnkişaf Proqramı ilə biz çox vacib layihə həyata keçirmişik. “Kor və görmə
qabiliyyəti zəif olan insanların İKTyə çıxışının təmin edilməsi” adlı bu layihə
çərçivəsində həmin insanlar üçün Bakıda yeni bir mərkəz inşa olunub, audio
kitabxana hazırlanıb və ən müasir kompüter avadanlığı alınıbdır.
Bir sözlə, Heydər Əliyev Fondu ölkəmizin ictimai həyatında, sosial prob-
lemlərin həllində çox fəal iştirak edir. Bu gün Azərbaycanın yüksək sürətlə
həm iqtisadi, həm sosial inkişafı imkan yaradır ki, hər bir ailənin bütün ehti-
yacları təmin olunsun və hər bir ailə üzvünün hüquqları qorunsun. Ölkəmizdə
qadınların və uşaqların hüquqlarının qorunması istiqamətində son illər bir sıra
mühüm tədbirlər həyata keçirilibdir. Xüsusilə Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsi yaradılıb və o, bu istiqamətdə dövlətin siyasətini həyata
keçirir. Digər dövlət qurumları – Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Gənclər
və İdman Nazirliyi bu istiqamətdə proqramlar hazırlayıb həyata keçirirlər.
Çox sevindirici haldır ki, hazırda Azərbaycanın həm siyasi, həm də ictimai
həyatında qadınların rolu və sayı ildənilə artır. Amma bununla yanaşı, qadın-
lara qarşı zorakılıq, ailə zəminində qadınlara, uşaqlara qarşı zorakılıq faktları
da qeydə alınır və əlbəttə, bu bizdə narahatlıq doğurur. Siz yəqin bilirsiniz ki,
son illər məişət zəminində zorakılıq, ailə zorakılığı bütün dünyada çox ciddi
müzakirə olunur və bir sıra beynəlxalq təşkilatların diqqət mərkəzindədir. Hər
bir zorakılıq – məişət zəminində, ailədə zorakılıq insan hüquqlarının ciddi
pozulmasıdır. Nəticədə zərər çəkən insanlar öz hüquq və azadlıqlarından isti-
fadə edə bilmir, öz potensiallarını reallaşdırmağı bacarmırlar.
Biz hamımız yaxşı bilirik ki, Azərbaycan öz zəngin ailə ənənələri ilə seçilən
bir ölkədir, dünyada tanınan ölkədir. Böyüklərə hörmət, qadınlara, anaya hör-
39
mət, uşaqlara qayğı xalqımızın ən gözəl keyfiyyətlərindən biridir. Bu olan
halda, əlbəttə, hər hansı bir ailədə qadına qarşı zorakılıq faktı nəinki qanun-
lara zidd, hesab edirəm ki, həm də etik normalardan kənar bir hərəkətdir. Bu
faktları araşdırmaq və problemi aradan qaldırmaq üçün bu gün Heydər Əliyev
Fondu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMTnin
Əhali Fondu arasında çox vacib bir layihə imzalanır”.
Bildirildi ki, 20 ay müddətində həyata keçirilməsi nəzərdə tutulan layihə
Azərbaycanın bütün ərazisini əhatə edir. Bakı şəhəri, Lənkəran, Gəncə və
Naxçıvan MR bölgələri layihənin icrası üçün mərkəz regionlar kimi seçilmiş-
dir. Layihənin əsas məqsədi əhalinin maarifləndirilməsi, qadın və uşaqların
məişət zorakılığından müdafiə olunması, ənənəvi Azərbaycan ailəsinə zidd
olan stereotiplərin aradan qaldırılması, erkən nikahların qarşısının alınması və
ailədə baş verən zorakılığın uşaqlara təsirinə yol verilməməsidir. Layihə çər-
çivəsində beynəlxalq təcrübənin öyrənilməsi, o cümlədən layihəyə beynəlxalq
ekspertlərin cəlb edilməsi, əhali arasında insan hüquqları və gender bərabər-
liyi ilə bağlı genişmiqyaslı məlumatlandırma kampaniyasının, regional semi-
narların təşkili, müvafiq çap məmulatlarının hazırlanması, orta məktəblərdə
insan alverinə və erkən nikahlara dair maarifləndirmə tədbirlərinin təşkili, küt-
ləvi informasiya vasitələrində maarifləndirmə xarakterli proqramların hazır-
lanması, gender əsaslı zorakılıq qurbanları üçün xidmətlər üzrə strategiyanın
işlənməsi, zorakılıqdan zərər çəkmiş şəxslərə xidmət göstərən mütəxəssislər
üçün tədris proqramlarının hazırlanması və təlimlərin keçirilməsi, onların
sosial və psixoloji reabilitasiyasını təmin edən mərkəzlərin şəbəkəsinin yara-
dılması və s. nəzərdə tutulmuşdur.
Layihə çərçivəsində görülən işlər barədə ictimaiyyətin məlumatlandırılması
üçün ayrıca internet saytı yaradılmışdır.
BMTnin Bakıdakı rezidentəlaqələndiricisi, UNFPAnın Azərbaycandakı
nümayəndəsi Bruno Pueza qadınlara qarşı zorakılıq məsələlərinə diqqətlə ya
naşdığına görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanıma təşək-
kür edərək demişdir: “Azərbaycan iqtisadiyyatının qeyriadi inkişaf sürəti
problemlərin həllinə böyük imkanlar açır. 2000ci ildə bütün dövlət başçıları,
o cümlədən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən
imzalanmış Minilliyin Bəyannaməsinə, xüsusilə də gender bərabərliyinə aid
Minilliyin İnkişaf Məqsədinə dair Azərbaycan Respublikasının üzərinə götür-
düyü öhdəliklərə uyğun olan və İnsan Hüquqlarına dair Ümumi Bəyannamə-
nin 60cı ildönümü qeyd edildiyi ildə həyata keçirilməyə başlayan layihə Azər-
baycanda qadınların insan hüquqlarının daha da yaxşı müdafiəsi üçün əlverişli
şərait yaradacaqdır”.
2008ci il yanvarın 25də Heydər Əliyev Fondu ilə ABŞın “Uşaqların
Xilası” (Save the Children) təşkilatı arasında Azərbaycanda uşaqlar üçün inki-
40
şafa doğru yönəlmiş səylərin birləşdirilməsini nəzərdə tutan Anlaşma Memo-
randumu imzalanmışdır.
Fondun tarixi və fəaliyyəti ilə tanış olan qonaqlara bildirilmişdir ki, 2004
cü ilin mayında yaradılmış Heydər Əliyev Fondu Azərbaycanın ən tanınmış
qeyrihökumət təşkilatıdır. Ümummilli Lider Heydər Əliyevin xatirəsinə ehti-
ram əlaməti olaraq yaradılmış Fond mədəniyyət, təhsil, sosial həyat, səhiyyə və
ekologiya sahələrində mühüm layihələr həyata keçirir.
Cef Cakomini imzalanma mərasimindən sonra jurnalistlərə müsahibəsində
bildirmişdir ki, artıq 15 ildir ki ölkəmizdə fəaliyyət göstərən təşkilatın məqsədi
qaçqınköçkün ailələrindən olan və ehtiyac içində yaşayan uşaqların sosial
həyat, səhiyyə, təhsil sahəsində ehtiyaclarını təmin etməkdir. Bu niyyətlə Hey-
dər Əliyev Fondu ilə ilk dəfə əməkdaşlıq edildiyini söyləyən C.Cakomini birgə
səylərlə bu sahədə irəliləyişə nail olunacağına əminliyini söyləmişdir.
Xatırladaq ki, “Uşaqların Xilası” dünyanın 40dan çox ölkəsində ehtiyac
içində yaşayan uşaqların həyatında uzunmüddətli müsbət dəyişikliklərə nail
olmağa çalışan aparıcı beynəlxalq yardım və inkişaf təşkilatıdır.
Heydər Əliyev Fondu ilə imzalanmış Anlaşma memorandumu uşaqların
fiziki və psixososial kömək vasitəsilə müdafiəsi, onlara zəruri qayğının göstə-
rilməsi, təhsil almasının təmin edilməsi, sağlamlığı və keyfiyyətli qidalanması
sahəsində birgə fəaliyyəti nəzərdə tutmuşdur.
2010cu il iyulun 12də Heydər Əliyev Fondu ilə Litvanın Azərbaycan-
dakı səfirliyi arasında humanitar sahədə əməkdaşlığa dair Anlaşma Memo-
randumu imzalanmışdır.
Sənədi Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti,
UNESCOnun və İSESCOnun xoşməramlı səfiri, Milli Məclisin deputatı
Mehriban xanım Əliyeva və Litvanın Azərbaycandakı səfiri Kestutis Kudz-
manas imzalamışlar.
Mehriban xanım Əliyeva mədəniyyət, təhsil, səhiyyə, hüquq sahələrini
əhatə edən əməkdaşlığın rəsmiləşdirilməsindən məmnunluğunu bildirmişdir.
Bununla ikitərəfli əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu deyən Heydər
Əliyev Fondunun prezidenti sənədin gələcəkdə yeni birgə layihələrin həyata
keçirilməsinə zəmin yaradacağına ümidvar olduğunu söyləmişdir.
Səfir Kestutis Kudzmanas Heydər Əliyev Fondunun fəaliyyəti ilə yaxın-
dan tanış olduğunu bildirərək, Fondun gördüyü işləri, reallaşdırdığı mühüm
layihələri yüksək qiymətləndirmişdir.
Litva səfiri Fondun uşaqlarla bağlı çox mühüm layihələr həyata keçirdiyini
deyərək, imzalanan memorandumun azərbaycanlı gənclər üçün yeni imkanlar
açdığını söyləmişdir. Belə ki, memorandum çərçivəsində bu il xüsusi istedada
malik 20 azərbaycanlı gənc Litvanın aparıcı universitetlərində ödənişsiz əsas-
larla təhsil almaq hüququ qazanacaqdır.
41
42
43
44
45
|