HEYDƏR ƏLİYEV
FONDUNUN NƏŞRLƏRİ
10 may 2006cı il tarixdə Fondun fəaliyyətə başlamasının 2 illiyinə həsr
olunmuş, Azərbaycan və ingilis dillərində olan iki kitabdan ibarət yeni nəşr –
“Heydər Əliyev Fondu” kitabı nəşr edilmişdir.
Birinci kitabda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən,
Heydər Əliyev Fondunun iki il ərzində müxtəlif sahələrdə həyata keçirdiyi
layihələrdən bəhs olunur.
Kitab Heydər Əliyev Fondunun prezidenti, UNESCOnun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın giriş sözü ilə açılır.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Fondun qarşıya
qoyduğu məqsəd və vəzifələrin əhəmiyyətinə və miqyasına görə ölkəmizdə
analoqu olmayan yeni tipli qurum kimi səciyyələndirir və qurumun geniş icti-
maiyyətlə əlaqələri möhkəmləndirməklə Heydər Əliyev ideyalarının həyata
keçirilməsinə yardımçı olmaq məqsədi daşıyan fəaliyyətini daha da təkmilləş-
dirəcəyinə və Azərbaycanın hərtərəfli inkişafı, ölkəmizdə vətəndaş cəmiyyəti-
nin bərqərar edilməsi işinə köməyinin ilbəil artacağına inandığını bildirir. Hey-
dər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ömrünü xalqımızın
gələcəyinə həsr etmiş dahi şəxsiyyətin ideyalarının həyata keçirilməsi kimi
şərəfli işdə hamını Heydər Əliyev Fondu ilə əmakdaşlığa dəvət edir.
Kitabın “Heydər Əliyevin həyat və fəaliyyəti” adlanan bölməsində ulu ön də-
rin həyatı və fəaliyyəti barədə ətraflı məlumat verilir, Heydər Əliyevin 1969cu
ildən başlayaraq respublikaya rəhbərlik etdiyi dövr ərzində həyata keçirdiyi iri-
miqyaslı işlərdən söhbət açılır. Bildirilir ki, Heydər Əliyev Moskvada işlədiyi
vaxtlarda da həmişə Azərbaycanı düşünmüş, onun taleyi ilə yaşamış, doğma
respublikasının yalnız keçmiş SSRİ məkanında deyil, həm də dünyada tanıdıl-
ması üçün əlindən gələni etmişdir. Ulu öndərin bu yöndə fəaliyyəti Azərbaycan
müstəqillik əldə etdikdən sonra da davam etmişdir. Qeyd olunur ki, Müstəqil
Azərbaycan dövlətinin memarı və qurucusu kimi Heydər Əliyevin fəaliyyətinin
çoxəsrlik dövlətçiliyimizin tarixində müstəsna yeri vardır.
Kitabın “Heydər Əliyev Fondunun məqsədləri” adlı bölməsində Fondun
məqsədləri geniş şəkildə işıqlandırılmışdır. Burada qeyd olunur ki, Heydər
Əliyev Fondu bu dahi insanın milli dövlətçilik, azərbaycançılıq məfkurəsinin
həyata keçirilməsini, onun zəngin nəzərifəlsəfi, siyasi irsinin dərindən öyrə-
nilməsini özünün başlıca məqsədi, vəzifəsi hesab edir. Fondun yaradılmasının
əsas məqsədlərindən biri məhz Heydər Əliyevin müstəqil dövlətimizin möh-
kəmlənməsinə xidmət edən zəngin irsinin hərtərəfli öyrənilməsinə və təbliğinə,
Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə ondan istifadə olunmasına
71
yönələn genişmiqyaslı proqramların və tədbirlərin həyata keçirilməsidir. Bun-
dan başqa, Fondun əsas məqsədləri kimi bunlar göstərilir: beynəlxalq miqyaslı
iqtisadi layihələrin həyata keçirilməsini dəstəkləmək və onlarda yaxından işti-
rak etmək, elm, təhsil və mədəniyyətin, səhiyyə və idmanın inkişaf etdirilməsi
məqsədilə layihələr həyata keçirmək, qaçqın və məcburi köçkün ailələrinin,
eləcə də valideyn himayəsindən məhrum olan uşaqların problemlərini diqqətdə
saxlamaq və həllinə kömək etmək, Azərbaycanın beynəlxalq aləmdə tanınma-
sına, ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına, Azər-
baycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin keçirilməsinə
yardım göstərmək.
Kitabın “Heydər Əliyev Fondunun 20052006cı illərdəki fəaliyyətinin əsas
istiqamətləri” adlı bölməsində Fondun həyata keçirdiyi müxtəlif la yihələrdən
söhbət açılır. Bildirilir ki, ölkəmizin bütün guşələrində, hətta ən ucqar kənd-
lərdə yararsız vəziyyətdə olan 132 məktəb üçün yeni binaların inşasını nəzərdə
tutan “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi 2005ci ildə həyata keçiri
lən ən mühüm və uğurlu layihədir.
Kitabın “Heydər Əliyev Fondunun təhsil sahəsindəki fəaliyyəti” adlı böl-
məsində “Uşaq evləri və İnternat Məktəblərinin İnkişafı Proqramı”, “Yeniləşən
Azərbaycana yeni məktəb”, kor və görmə qabiliyyəti zəif olan insanlar üçün
İKTyə çıxışın təmin edilməsi” layihələri haqqında məlumat verilir. Burada
“Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində tikilən məktəblə-
rin siyahısı da verilmişdir.
Kitabın “Heydər Əliyev Fondunun səhiyyə sahəsindəki fəaliyyəti” adla-
nan bölməsində bildirilir ki, səhiyyə sahəsində problemlərə diqqət 2005ci ildə
Fondun fəaliyyətində xüsusi yer tutmuşdur. Səhiyyə sahəsində həyata keçirilən
“Diabetli uşaqlara ən yüksək qayğı” layihəsinin əsas məqsədi ictimaiyyətin,
yerli və xarici şirkətlərin diqqətini ölkəmizdəki diabetli uşaqların problemlə-
rinə yönəltmək, həllinə kömək etmək və Beynəlxalq Diabet Federasiyasının bu
sahədə iştirakını fəallaşdırmaqdan ibarətdir. Səhiyyə sahəsində həyata keçirilən
digər bir layihə “Talassemiyasız həyat naminə” adlanır. Bu proqram çərçivə-
sində müasir avadanlıqla təchiz olunmuş Talassemiya Mərkəzinin yaradılması
qərara alınmışdır. Bundan başqa, 2005ci ildə Metropolitenin “Bakı Soveti”
stansiyasında baş vermiş qəza nəticəsində xəsarət almış insanların müalicə
olunmasını Heydər Əliyev Fondu öz üzərinə götürmüş, həlak olanların ailələ-
rinə və xəsarət alanlara maddi yardım göstərmişdir.
Kitabın “Heydər Əliyev Fondunun mədəniyyət sahəsindəki fəaliyyəti” adlı
bölməsində qeyd olunur ki, Fond ötən illər ərzində Azərbaycanın milli musiqi-
sinin incilərindən olan muğamın inkişafı və təbliği ilə bağlı mühüm işlər gör-
müşdür. Bunlardan biri Bakıda Beynəlxalq Muğam Mərkəzinin təməlinin qo
yulmasıdır. Azərbaycan muğam sənətinin inkişafı və qorunması istiqamətində
növbəti tədbir “Azərbaycan muğamları” layihəsi çərçivəsində “Qarabağ xanən-
72
dələri” musiqi albomunun nəfis şəkildə nəşr olunması və “Gülüstan” sara-
yında təqdimat mərasiminin keçirilməsidir. Qeyd olunanlardan başqa 2005ci
ildə Heydər Əliyev Fondunun köməyi ilə Azərbaycanın görkəmli yazıçı və
pedaqoqu Abdulla Şaiqin ev muzeyində təmirbərpa işləri aparılmış, Gəncə-
nin sonuncu xanı Cavad xanın qəbri üzərində türbə ucaldılmış, Gəncə şəhə-
rində VII əsrdə yaşamış, öz xeyirxahlığı ilə el arasında böyük hörmət qazan-
mış Comərd Həsənin məzarı və məzarüstü türbəsi bərpa olunmuş, Həzrəti
Zeynəb, İmam Rza məscidləri və Pir Həsən ziyarətgahında yenidənqurma
işləri aparılmışdır.
Kitabın “Heydər Əliyev Fondunun elm və texnologiya sahəsindəki fəaliy-
yəti” adlı bölməsində bildirilir ki, Fond informasiyakommunikasiya texnologi-
yaları ilə bağlı layihələrin həyata keçirilməsinə xüsusi əhəmiyyət verir. 2005ci
ildə Ümummilli Liderimiz Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olun-
muş internet portalı, Heydər Əliyev Fondunun internet səhifəsi, Azərbaycan
haqqında “Azərbaycan” portalı yaradılmışdır.
Kitabın “Heydər Əliyev Fondunun nəşrləri” adlı bölməsində Fondun nəşr-
ləri haqqında məlumat verilir.
“Xatirə Kitabından səhifələr” adlanan ikinci kitabda Fondu ziyarət etmiş
dövlət və hökumət başçılarının, dünyada tanınmış elm, mədəniyyət və incəsənət
xadimlərinin, beynəlxalq təşkilatların rəhbərlərinin bir qisminin təəssüratları
verilmişdir. Onu da deyək ki, xatirə kitabına ilk sözləri 2004cü il mayın 10da,
Fondun açılışı günü Azərbaycan Prezidenti İlham Əliyev yazmışdır.
Nəfis şəkildə tərtib edilmiş və yüksək poliqrafik səviyyədə çap olunmuş
kitablarda zəngin fotoşəkillər verilmişdir.
Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən “Hərbi vətənpərvər-
lik təbliğatının aparılması” layihəsi birbaşa olaraq Silahlı Qüvvələrin şəxsi
heyətinə, orta məktəblərin yuxarı sinif şagirdlərinə yönəldilib və mərhə lə
lərlə davam etməkdədir. Bu layihə çərçivəsində Ümummilli Lider Heydər
Əliyevin ordu quruculuğu ilə bağlı kəlamlarının, dövlət atributlarımız və
tariximizlə bağlı məlumatların, o cümlədən hərbçilər üçün yararlı olacaq bil-
gilərin yer aldığı “Hərbçilərin qeyd və yaddaş kitabçası” çap olunub. Bun-
dan əlavə Ümummilli Liderimiz Heydər Əliyevin vətən haqqında kəlamları
və qeydlər aparmaq üçün olan kitabça hərbçinin gündəlik istifadə edə bilə-
cəyi vəsaitə çevrilib.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi hissələrində xidmət
etməyə gələn gənc əsgərlər hərbi xidmət dövründə bu kitabçadan yararlanır və
hərbi xidmətdən sonrakı dövrdə Ümummilli Lider Heydər Əliyevin kəlamları
ilə zənginləşdirilmiş kitabçanı qiymətli xatirə kimi qoruyub saxlayırlar. Kitab-
çaların Silahlı Qüvvələrin şəxsi heyəti və orta məktəblərin yuxarı sinif şagird-
ləri arasında pulsuz paylanması davam etməkdədir.
73
Layihənin digər hissəsinə uyğun olaraq Heydər Əliyev Fondunun dəstəyi ilə
hərbivətənpərvərlik qəzeti olan “Hərbi and” yeniyetmə və gənclər, o cümlədən
əsgərlər arasında hərbivətənpərvərlik ideyalarının təbliği üçün uşaq evlərinə,
internat məktəblərinə, orta məktəblərin kitabxanalarına və hərbi müəllimlərə
pulsuz olaraq yayılır. Həftəlik nəşr edilən “Hərbi and” qəzetinin əsas məqsədi
gənc nəsildə hərbivətənpərvərlik hisslərinin yüksəldilməsi, Ümummilli Lider
Heydər Əliyevin ideyalarının, Silahlı Qüvvələrin, dövlət atributlarının və rəmz-
lərinin təbliği, hərbçi peşəsinin sevdirilməsindən ibarətdir.
Hər bir insanın probleminə, ictimaiyyətdə baş verən hadisələrə həssaslıqla
yanaşan Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu
mütəmadi olaraq müxtəlif sahələrə aid yeni layihələr hazırlayıb həyata keçi-
rir. 2006cı il yanvar ayının 24də nəşr edilmiş “Qarabağ həqiqətləri” bukletlər
toplusu həyata keçirilmiş layihələr sırasında xüsusi əhəmiyyətə malikdir.
UNESCOnun xoşməramlı səfiri kimi bu təşkilatın bütün tədbirlərində qaç
qın və məcburi köçkün ailələrindən olan uşaqların təhsili və işğal olunmuş
Azərbaycan torpaqlarında dağıdılan tarixi abidələrlə bağlı problemlərə toxuna-
raq beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycan ərazisinin 20%nin Ermə-
nistan tərəfindən işğal olunması məsələsinə yönəldən Mehriban xanım Əliye-
vanın rəhbərliyi ilə hazırlanan bu layihə əzəli Azərbaycan torpağı olan Qarabağ
haqqında həqiqətləri dünya ictimaiyyətinə olduğu kimi çatdırmaq məqsədi ilə
həyata keçirilmişdlir.
“Qarabağ həqiqətləri” silsiləsi aşağıdakı beş bukletdən ibarətdir:
1. “Qarabağın tarixi haqqında qısa məlumat”;
2. “Qarabağ münaqişəsinin başlanması”;
3. “Xocalı soyqırımı”;
4. “Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti”;
5. “Azərbaycana qarşı erməni təcavüzünün nəticələri”.
Qarabağın tarixi, ErmənistanAzərbaycan, Dağlıq Qarabağ münaqişəsinin
başlanması, onun nəticəsində ölkəmizə dəyən ziyan, xalqımızın yaddaşından
heç vaxt silinməyəcək Xocalı faciəsi, ermənilərin dünyanın müxtəlif ölkələ-
rində törətdiyi terror aktları haqqında faktları əks etdirən bukletlər beynəlxalq
ictimaiyyət üçün nəzərdə tutulduğu üçün ingilis, fransız, alman, rus və macar
dillərində nəşr olunmuşdur.
Nəfis şəkildə tərtib edilmiş və yüksək poliqrafik səviyyədə çap olunmuş
bukletlər fotoşəkillərlə zəngindirlər. Bütün bukletlərdə Azərbaycanın xəritəsi
verilmiş və burada Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan əraziləri
göstərilmişdir. Eyni zamanda burada münaqişə nəticəsində dəymiş ziyan, işğal
aktının qurbanları və s. məlumatlar yer almışdır.
“Qarabağın tarixi haqqında qısa məlumat” adlı buklet Heydər Əliyev Fon-
dunun prezidenti, UNESCOnun xoşməramlı səfiri Mehriban xanım Əliyeva-
74
nın “Azərbaycan dilindən “Qara Bağ” kimi tərcümə olunan “Qarabağ” sözünün
özü bu diyarın əzəli Azərbaycan torpağı olduğunu sübut edir.
Burada Qarabağın tarixi haqqında qısa informasiya yer almışdır. Burada
bildirilir ki, Qarabağ nəinki Azərbaycanın, hətta bütün dünyanın ən qədim tor
paqlardan biri olmaqla bütün tarix boyu Azərbaycanın ayrılmaz hissəsi olmuş-
dur. Bildirilir ki, 1920ci il aprelin 28də Azərbaycanda Sovet dövlətinin bər
qərar olmasından bir neçə il sonra, 19201923cü illərdə həyata keçirilmiş
məqsədyönlü tədbirlər nəticəsində keçmiş Qarabağ xanlığının tərkibində olmuş
Azərbaycan torpaqları özlərinin ənənəvi tarixi və geocoğrafi bütövlüyünü itirdi.
Beləliklə, Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ süni şəkildə aran və
dağlıq hissələrə bölündü. Beləliklə, erməni separatçıları öz mənfur siyasətlərini
həyata keçirməyə və bununla da Azərbaycana ciddi ziyan vurmağa başladılar.
SSRİnin süqutu ərəfəsində onlar öz fəaliyyətini sürətləndirdilər və Azərbay-
cana qarşı təcavüzkar müharibə başlandı.
Heydər Əliyev Fondunun prezidenti, UNESCOnun xoşməramlı səfiri Meh-
riban xanım Əliyevanın “Xalqımıza qarşı dəfələrlə soyqırım törətmiş erməni
lər, nəhayət, XX əsrin sonunda Azərbaycana qarşı silahlı təcavüzə başlamış-
lar. Bu münaqişə nəticəsində Azərbaycan ərazisinin təxminən beşdə bir hissəsi
işğal olunmuş və ölkə əhalisinin hər səkkiz nəfərindən biri məcburi köçkün və
qaçqına çevrilmişdir.....” sözləri ilə başlayan “Qarabağ münaqişəsinin başlan-
ması” adlı bukletdə hadisələr xronoloji ardıcıllıqla verilmişdir.
“Xocalı soyqırımı” adlanan bukletin birinci səhifəsində Heydər Əliyev Fon-
dunun prezidenti, UNESCOnun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın
faciə haqqında fikirləri yer almışdır: “Dünyanın müxtəlif ölkələrində yaşayan
hər bir azərbaycanlının ürəyinə dağ çəkən və yaddaşından heç vaxt silinməyə-
cək bir hadisə var. Bu, erməni millətçilərinin Azərbaycan xalqına qarşı törətdiyi
və yüzlərlə günahsız insanın ölümü ilə nəticələnən Xocalı soyqırımıdır. Xocalı
faciəsi XX əsrdə insanlığa qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biridir.
Arzu edirəm ki, heç bir xalq öz tarixində belə bir faciə ilə üzləşməsin”.
Bukletdə xalqımızın dəhşətli faciəsi – Xocalı faciəsi haqqında dolğun in for
masiya verilir. Bildirilir ki, Ermənistan bu hadisədə məsuliyyət daşıyır və
Er mənistanın məsuliyyətini nəinki Azərbaycan Respublikasının hüquqmühafizə
orqanlarında olan əhəmiyyətli faktlar, həmçinin, bir çox beynəlxalq mənbələr,
o cümlədən bu faciənin şahidləri və Xocalının işğalında iştirak etmiş erməni
hərbçilərinin ifadələri təsdiq edir.
Bukletdə həmçinin Xocalı faciəsini əks etdirən fotoşəkillər yer almışdır.
“Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti” adlı buklet
Heydər Əliyev Fondunun prezidenti, UNESCOnun xoşməramlı səfiri Meh-
riban xanım Əliyevanın terror haqqında fikirləri ilə başlayır: “Müasir dövrdə
bəşəriy yətin üzləşdiyi ən böyük təhlükə terrorizmdir. Dünyanın heç bir ölkəsi
bu bəlaya məruz qalmayacağına zəmanət verə bilməz. Azərbaycan terrorizm-
75
dən əziyyət çəkən ilk ölkələrdən biridir. Ona görə də ölkəmiz beynəlxalq ter-
rorizmə qarşı qlobal mübarizəyə birincilər sırasında qoşulmuşdur. Antiterror
koalisiyasında fəal iştirak etməklə yanaşı, biz erməni millətçilərinin azərbay-
canlılara qarşı törətdikləri qanlı terror əməlləri barədə həqiqəti dünya ictimaiy-
yətinə tam şəkildə çatdırmaq üçün bütün imkanlardan istifadə etməliyik”.
Bu bukletdə Ermənistanın xüsusi xidmət orqanları və müxtəlif erməni ter-
ror təşkilatlarının Azərbaycan ərazisində törətdikləri terror aktlarından söhbət
açılır, erməni terror təşkilatlarının müxtəlif dövrlərdəki fəaliyyəti işıqlandırılır.
“Azərbaycana qarşı erməni təcavüzünün nəticələri” adlı buklet Heydər
Əliyev Fondunun prezidenti, UNESCOnun xoşməramlı səfiri Mehriban
xanım Əliyevanın bu barədə söylədiyi fikirlərlə başlayır: “Bir milyondan
çox soyda şımızın doğma yurdyuvasından didərgin düşməsinə səbəb olan
ErmənistanAzərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizə həm də çox
böyük maddi və mənəvi ziyan vurmuşdur. İşğal edilmiş torpaqlarımızda
900dək ya şayış məntəqəsi da ğıdılmış, məktəblər, xəstəxanalar, kitabxana-
lar, muzeylər talan olunmuş, qədim tarix və mədəniyyət abidələrimiz məhv
edilmiş, çadır şəhərciklərində sı ğınacaq tapmış soydaşlarımızın övladları
normal şəraitdə təhsil almaq imkanından məhrum olmuşdur. Beynəlxalq icti-
maiyyətin diqqətini bu məsələyə cəlb etmək, əsl həqiqəti dünyaya çatdırmaq
məqsədi ilə qətiyyətlə, ardıcıl və məq sədyönlü fəaliyyət göstərməliyik”.
Burada Ermənistanın Azərbaycan ərazilərinin işğalı nəticəsində dəymiş
ziyan haqqında məlumat verilir.
Heydər Əliyev Fondunun həyata keçirdiyi bu layihə Ermənistanın Azərbay-
cana qarşı həyata keçirdiyi işğalçılıq siyasətinin ifşa olunmasında əhəmiyyətli
rol oynayacaqdır.
Heydər Əliyev Fondu Azərbaycan oxucusu üçün əhəmiyyətli sayıla biləcək
bir sıra xarici nəşrlərin dilimizə tərcümə edilərək çap olunması kimi mühüm bir
layihə həyata keçirir. Bu layihə çərçivəsində türkçülük, azərbaycançılıq məf-
kurəsinin təbliği sahəsində dəyərli nəşrlərdən biri olan Murad Adcının “Türklər
və dünya: munis tariximiz” adlı kitabı dilimizə çevrilib nəşr edilmişdir.
Bu kitabda türk tarixinin qlobal məsələləri ilə bir sırada adi məlumatlar da
var. Bu adi məlumatlar yad qələm sahiblərinin türk haqqında formalaşdırdığı
yanlış təsəvvürləri dağıdır.
Kitabda kazaklar haqqında söhbət açan müəllif qeyd edir ki, kazaklar dö
yüşkən zümrə olublar. Kazak öz əsgəri vəzifəsini şərəflə icra edib, o, həmişə
döyüşdən qalib çıxıb: kazak düşmən ordusu ilə də qəhrəmanlıqla vuruşub, çara
qarşı tətilə qalxan, siyasi üsyan qaldıran fəhlələri, zəhmətkeşləri də qəddarlıqla
susdurub. Üzbəüz gələndə kazak rusa da, rus olmayana da qarşı amansız olub.
Kazakı rəsmi dövlət rus elan edib. Rus da bilib ki, kazak rus deyil, kazak özü
də bilib ki, o, rus deyil. Bəs geniş kazak kütləsi kim olduğunu bilibmi? Ancaq
kazakın ziyalıları, oxumuşları biliblər ki, onlar nəslən türkdürlər. Maraqlıdır:
76
rus bu tarixi niyə danıb? Görünür, kazakın zümrəvi igidliyini özününkü kimi
təqdim etmək istəyib. Yaxud digər bir məsələ. Sibir türkün qədim yaşayış
ocağı və qədim mədəniyyət abidələrinin ən çox yeraltı və qismən də yerüstü
muzeyidir. Arxeoloji tədqiqatlarında Sibirin e.ə. yüzyüz əlli min illik tarixini
öyrənən A.Okladnikov Avropa mədəniyyətinin Sibirdən başlandığını deyir.
Bəs niyə rus belə zəngin tarixli Sibiri sürgün yeri kimi məşhurlaşdırıb? Ola
bilsin ki, məhz bu yeraltı və yerüstü muzeylərdən diqqəti yayındırmaq istə-
yib. Bu muzeyin müəllifinin, yaradıcısının tanınması, yəqin ki, ona əl vermir.
Murad Adcı əsərində belə həqiqətləri ustalıqla verir. SibirAvropa, Avrasiya,
Yaxın ŞərqUzaq Şərq, Çin, Monqolustan və Orta Şərq bu, türkün ixtisarla
təsir dairəsidir, yığcam coğrafiyasıdır.
Heydər Əliyev Fondunun dilimizə çevirib nəşr etdiyi digər mühüm əsər
Amerika Birləşmiş Ştatlarının Mərkəzi Asiya Qafqaz İnstitutu İpək Yolu
Araşdırmalar Proqramı çərçivəsində S.Frederik Starr və Svant E.Kornellin
“BakıTbilisiCeyhan boru kəməri: Qərbə açılan neft pəncərəsi” kitabıdır.
Kitabda BakıTbilisiCeyhan neft boru kəmərinin geostrateji əhəmiyyəti,
iqtisadi əhəmiyyəti, Azərbaycan üçün əhəmiyyəti, Gürcüstan üçün əhəmiyyəti,
Türkiyə üçün əhəmiyyəti, kəmərin ekoloji və sosial aspektləri kimi məsələlər 7
əsas fəsildə müxtəlif mütəxəssislər tərəfindən araşdırılmışdır.
Fondun birgə layihələr çərçivəsində Azərbaycan dilində çap etdirdiyi xarici
nəşrlərdən biri də Linda Li Rattonun “Yuxuların çin olduğu yerdə” adlı kitab-
dır. Kitabın nəşrində məqsəd fiziki cəhətdən qüsurlu uşaqların cəmiyyətdə bə
rabərhüquqlu üzv kimi qəbul edilməsinə kömək etməkdir.
Heydər Əliyev Fondu tanınmış rus alimi, yazıçıtarixçi, professor Rudolf
İvanovun “Əlahəzrətin generaladyutantı. Hüseyn xan Naxçıvanski haqqında
dastan” kitabını nəşr etmişdir. Kitab Rusiyanın 20 mükafatı və 9 xarici orden
ilə təltif olunmuş, rus ordusunun qocaman və adlısanlı alaylarına komandanlıq
etmiş görkəmli həmyerlimizin həyatı və əsgəri rəşadətindən bəhs edir.
Kitab müəllif Rudolf İvanovun ön sözü ilə başlayır. Müəllif qeyd edir ki,
özünün 34 illik hərb və döyüş həyatında Hüseyn xan kornetdən general kavale-
rinə qədər yol keçmiş və ən böyük hərbi rütbəyə – Əlahəzrətin generaladyutantı
rütbəsinə layiq görülmüşdür. Hüseyn xan 20 il At polkunda xidmət göstərmiş,
RusiyaYaponiya müharibəsində 2ci Dağıstan At polkuna, müharibədən sonra
isə əfsanəvi 44cü Nijeqorodski polka rəhbərlik etmişdir. Birinci Dünya müha-
ribəsi general Hüseyn xan Naxçıvanskidə yeni sərkərdəlik istedadını meydana
çıxardı. O həmişə döyüşlərin ön cəbhəsində olur və uğurlu komandirlik edirdi.
Müəllif qeyd edir ki, tabeliyində olanlara qarşı nəzakətli, ciddi və xeyirxah
münasibətinə görə Hüseyn xan Naxçıvanski hərbçilər tərəfindən sevilirdi və
tabeçiliyində olanlar döyüş tapşırığını şərəflə yerinə yetirirdilər. General Hü
seyn xan Naxçıvanskinin rəhbərliyi altında gələcəyin tarixi şəxsiyyətləri də var
idi. Ağ hərəkatın liderləri olacaq P.N.Vranqel, A.İ.Denikin, A.M.Kaledin, məş-
77
hur dövlət xadimləri Ukraynanın getmanı P.P.Skoropadski, Finlandiyanın feld-
marşalı və Prezidenti K.K.Mannerqeym belə şəxsiyyətlərdəndir.
Hüseyn xan Naxçıvanski “qırmızı terrorun” qurbanı olmuşdur. Hüseyn xan
Petroqradda FKnın sədri M.S.Uritskinin verdiyi orderə əsasən həbs edilmiş-
dir. Hüseyn xan bir müddət Petroqrad şəhər türməsində olur. Amma 1918ci
ilin sentyabrından sonra onun haqqında məlumat yoxdur. FTXnin arxivlərində
aparılmış axtarışlar da bir nəticə verməmişdir. Müəllif qeyd edir ki, Azərbaycan
tarixçiləri generalın 1919cu ilin əvvəlində güllələnməsini iddia edirlər. Amma
FTXnin arxivlərindəki sənədlər bunu təsdiq etmir. Ola bilsin ki, lazımi sənəd-
lər arxivlərdə mühafizə olunmayıb və ya araşdırılmayıb.
Müəllif yazır ki, böyük fəxrlə bu fövqəladə sərkərdənin həyat və qəhrəman
lıqlarını qələmə alarkən generaladyutant Hüseyn xan Naxçıvanskinin taleyi-
nin naməlum olması kimi qəmgin bir fakt ilə rastlaşacağını gözləmirdi. Amma
müəllif bu məsələdə optimist olduğunu bildirir və qeyd edir ki, Hüseyn xan
Naxçıvanskinin fəal, fədakar və rəşadətli fəaliyyəti, onun qüsursuz, əxlaqi
mənəviyyatı heç bir cəmiyyətə, o cümlədən bizim cəmiyyətə də Rusiya İmperi-
yasının bu mühüm, görkəmli fiqurunun taleyinin naməlum qalmasına göz yum-
maq hüququ vermir.
Bu əsər nadir arxiv sənədlərinə əsaslanır və Azərbaycan gənclərinin hərbi
vətənpərvərlik tərbiyəsi üçün böyük əhəmiyyət daşımaqdadır.
Heydər Əliyev Fondunun dəstəyi ilə görkəmli yazıçı, ədəbiyyatşünas alim
və pedaqoq Mir Cəlal Paşayevin “Dirilən adam”, “Açıq kitab” romanları,
“Göylər adamı”, “İdxal xəstəlik”, “Möhür və eşq” hekayə kitabları Türkiyədə
nəfis tərtibatla nəşr edilərək türk oxucularına təqdim olunmuşdur.
28 aprel 2007ci il tarixdə 5 kitabda toplanmış roman və hekayələri türk
dilinə Əli Əkbər Əliyev və Azad Ağayev tərcümə etmişlər. Kitabların üz qabı-
ğında əsərlərdəki personajlara uyğun şəkillər və yazıçının həyat, yaradıcılıq
yolunu əks etdirən yığcam məlumatlar verilmişdir.
Həmin məlumatlarda qeyd edilir ki, Mir Cəlal Paşayev Azərbaycan ədə-
biyyatında roman janrının bünövrə daşlarını qoyanlardan biri olmuşdur. Yaz-
dığı 6 roman və yüzlərlə hekayələri ilə yanaşı, onun böyük Azərbaycan şairi
Məhəmməd Füzuli yaradıcılığının ən dərin bilicisi və tədqiqatçısı olduğu da
vurğulanır. Yaradıcılığında həmişə zülmə, ədalətsizliyə qarşı mübarizə prin-
siplərini ön plana çəkən yazıçı bir qayda olaraq cəsarətli, mübariz insanları
əsərlərinə qəhrəman seçir, bədbinliyi tənqid atəşinə tuturdu. Sovet rejimi
çərçivəsində irticanın meydan suladığı çağlarda belə quruluşun insanlığa nə
qədər yabançı olduğunu ayrıayrı fakt və detallarla, obrazların dili ilə özü
nəməxsus məharətlə oxucuya çatdırırdı.
Bu kitablar həm də görkəmli yazıçı və alim Mir Cəlal Paşayevin 100 illik
yubileyinə dəyərli töhfədir.
Azərbaycan ədəbiyyatının ən gözəl nümunələrinin xarici ölkə oxucularına
çatdırılmasına və eyni zamanda müxtəlif xalqlara məxsus ən dəyərli əsərlərin
78
dilimizə çevrilib nəşr edilməsinə daim yardımçı olan Heydər Əliyev Fondu-
nun bu təşəbbüsü də olduqca təqdirəlayiqdir. Bunu türk oxucularının bu əsər-
lərə, Mir Cəlal yaradıcılığına dərin marağı, kitabların qısa vaxtda qardaş ölkədə
geniş populyarlıq qazanması bir daha sübut edir.
Azərbaycan Mədəniyyətinin Dostları Fondunun təsis etdiyi “Muğam” jur-
nalının ilk nömrəsi və “MuğamAntologiya” layihəsi çərçivəsində Səfiyəddin
Urməvinin (12171294) “Şərəfiyyə risaləsi” və “Kitabülədvar”, Fətullah Şir-
vaninin (14171486) “Musiqi məcəlləsi” əsərləri işıq üzü görmüşdür.
2 iyul 2007ci il tarixdən “Muğam” jurnalının baş redaktoru, Azərbaycan
Mədəniyyətinin Dostları Fondunun (AMDF) prezidenti Mehriban xanım Əliye-
vadır. AMDF nəzdindəki “Muğam Mərkəzi”ndə tərtib edilmiş və “ŞərqQərb”
mətbəəsində Azərbaycan, ingilis və rus dillərində çap olunmuş jurnalın birinci
nömrəsinin “Ön söz” hissəsində Mehriban xanım Əliyeva nəşrin konsepsiyası
haqqında məlumat verir.
Jurnalda Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları
Fondunun muğamla bağlı keçirdiyi müxtəlif tədbirlərin, UNESCOnun Bey-
nəlxalq Muğam Mərkəzinin təməlinin qoyulması mərasiminin, Ümummilli
Liderimiz Heydər Əliyevin görkəmli musiqiçilərlə görüşünün əks olunduğu
fotoşəkillər yer almışdır. Oxucular jurnalda görkəmli bəstəkar Fikrət Əmirovun
simfonik muğamları haqqında Cəmilə Həsənovanın məqaləsi, Azərbaycan Bəs
təkarlar İttifaqı idarə heyətinin sədri, xalq artisti, professor Firəngiz Əlizadə-
nin və qədim xalq çalğı alətləri ansamblının bədii rəhbəri Məcnun Kərimovun
müsahibələri, xalq artisti Alim Qasımov və zəmanəmizin görkəmli violonçel
ustalarından biri YoYoMa haqqında məqalələr ilə tanış ola bilərlər.
Bundan əlavə, klassik muğamların məzmunu və strukturuna aid ayrıca
məqalənin yer aldığı jurnalın “Tarixin səhifələri” bölməsində müxtəlif illərə tə
sadüf edən və muğamla bağlı olan hadisələr haqqında xülasə verilir. “Qədim
dövrlərdən xəbər verən musiqi” məqaləsində Şərq vokal məktəbindən bəhs
olunur. Jurnalda milli musiqi alətlərimiz tar və qaval haqqında danışılmış, xalq
şairi Bəxtiyar Vahabzadənin “Muğam” poemasından parçalar verilmişdir.
Səfiyəddin Urməvinin “Şərəfiyyə risaləsi” və “Kitabülədvar”, Fətullah
Şirvaninin “Musiqi məcəlləsi” kitabları haqqında da qısa xülasələrin veril-
diyi jurnalın ilk nömrəsinin son səhifələrində “Biz muğam haqqında nə bili-
rik və onun gələcəyi varmı?” sorğusuna müxtəlif peşə sahiblərinin cavabları
da dərc olunmuşdur.
11 iyun 2007ci il tarixdə “Heydər Əliyev Fondu” kitabının növbəti nəşri
Azərbaycan və ingilis dillərində nəfis tərtibatda çapdan buraxılmışdır. Fondun
bu nəşri də iki kitabdan ibarətdir.
Birinci kitabda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, Heydər
Əliyev Fondunun müxtəlif sahələrdə həyata keçirdiyi layihələrdən bəhs olunur.
Fondun fəaliyyətinin üçillik dövründən bəhs edən kitab Heydər Əliyev Fon-
dunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, UNESCO
79
və İSESCOnun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım
Əliyevanın “Ön Söz”ü ilə açılır. Heydər Əliyev Fondunun prezidenti Mehriban
xanım Əliyeva bildirir ki, xalqımızın yetirdiyi görkəmli siyasi və dövlət xadimi
Heydər Əliyevin adını daşıyan Fondun yaranmasından üç il keçir. Fond ictimai
təşkilat kimi, yarandığı gündən Heydər Əliyev ideyalarının reallaşmasına öz
töhfəsini verməyə çalışır.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva qeyd edir
ki, Fondun fəaliyyət coğrafiyası artıq ölkəmizin sərhədlərini aşmışdır. Dünya-
nın bir çox ölkələrində layihələrin reallaşması Fondun beynəlxalq aləmdə artan
nüfuzunun göstəricisidir.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Fondun geniş
ictimaiyyətlə əlaqələrini möhkəmləndirməklə fəalliyyətini daha da təkmilləş-
dirəcəyinə və Azərbaycanın hərtərəfli inkişafı, ölkəmizdə vətəndaş cəmiyyəti-
nin bərqərar edilməsi işinə öz töhfəsini verəcəyinə inandığını ifadə edir.
Kitabın ilk bölməsi “Heydər Əliyevin həyat və fəaliyyəti” adlanır. Burada
zəngin, mənalı ömür yolu keçmiş dahi şəxsiyyətin həyatının ayrıayrı dövrləri
gözlərimiz önündə canlanır. Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə ölkə-
mizin sosialiqtisadi, mədəni yüksəlişi, xalqımızın maddi rifahının yaxşılaş-
ması, ötən yüzillikdə yenidən müstəqilliyinə qovuşmuş ölkəmizin parçalanıb
məhv olmaq təhlükəsindən qurtularaq, dünya birliyində öz layiqli yerini tut-
ması sahəsində ulu öndərin gördüyü nəhəng işlər ətraflı təhlil olunur.
“Heydər Əliyev Fondunun məqsədləri” adlanan ikinci bölmədə xüsusi
vurğulanır ki, ulu öndər Heydər Əliyevin zaman, məkan anlayışına sığmayan
həyat amalı azad və müstəqil bir dövlət qurmaq idi. Heydər Əliyev ömrü Azər-
baycan xalqının XX əsr tarixinin 35 illik ən məsuliyyətli, çətin və şərəfli bir
dövrünün salnaməsidir. Ona görə də ulu öndərin adını daşıyan Fondun yaran-
ması həm də xalqın öz dahi oğluna sonsuz ehtiramının ifadəsidir. 2004cü il
mayın 10dan fəaliyyətə başlayan Heydər Əliyev Fondu ulu öndərin həyat və
fəaliyyət fəlsəfəsinin, elminəzəri irsinin, azərbaycançılıq ideologiyasının öyrə-
nilməsi, təbliği, gələcək nəsillərə çatdırılması yolunda üzərinə götürdüyü şərəfli
missiyanın uğurla həyata keçirilməsi üçün səylə çalışmaqdadır.
İctimai təşkilat olan Heydər Əliyev Fondu qarşıya qoyduğu, reallaşdırdığı
məqsəd və vəzifələrin əhəmiyyətinə, miqyasına görə ölkəmizdə analoqu olma-
yan yeni tipli qurumdur, ardıcıl və məqsədyönlü fəaliyyəti nəticəsində Fond
həm respublikamızda, həm də xaricdə, nüfuzlu beynəlxalq qurumlarda böyük
hörmət qazanmışdır. Fondun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban
Əliyeva çoxcəhətli fəaliyyətinə görə bir sıra nüfuzlu beynəlxalq təşkilatların
mükafatlarına layiq görülmüşdür.
Mehriban xanım Əliyeva “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı-
nın ikinci mərhələsinin təqdimatına həsr olunmuş “dəyirmi masa” da çıxışında
demişdir: “Müasir dünyada hər bir ölkənin inkişafı, onun dünya birliyinə inteq-
80
rasiyası üçün təhsilin rolu əvəzsizdir. Məhz buna görə Heydər Əliyev Fondu
yarandığı ilk gündən təhsilə yardımı öz fəaliyyətinin prioritet istiqaməti
elan etmişdir”.
Fondun rəhbəri 2005ci ilin əvvəlində Bakıda və əksər rayonlardakı uşaq
evləri və internat məktəblərində olduqdan sonra “Uşaq evləri və internat mək-
təblərinin inkişafı proqramı”nın hazırlanıb həyata keçirilməsini məqsədəuyğun
hesab etmişdir. Ölkədəki uşaq evləri və internat məktəblərində mövcud prob-
lemlərin həllinə yönələn bu proqram ötən illər Heydər Əliyev Fondunun fəa-
liyyətinin başlıca istiqamətlərindən birinə çevrilmişdir. 29 uşaq müəssisəsində
yenidənqurma və tikintitəmir işləri aparılmışdır. Bu zaman onların zəruri ava-
danlıqla təmin edilməsi, yeni ədəbiyyatla zəngin kitabxanaların yaradılması,
informasiya texnologiyalarının tətbiqi, sinif otaqlarının interaktiv təhsil üçün
uyğunlaşdırılması da diqqət mərkəzində olmuşdur. Əlavə yardımçı binalar,
sanitargigiyenik normalara cavab verən müasir tipli yeməkxanalar, yataq otaq-
ları, həkim və psixoloq otaqları, idman meydançaları və salonları yaradılmış,
yay istirahət düşərgələri inşa edilmişdir.
Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı təhsilin səviyyə-
sinə birbaşa təsir edən problemlərin həllinə – tədris prosesinin günün tələbləri
səviyyəsində qurulmasına imkan verən müasir məktəb binalarının inşasına is
tiqamətlənmiş, respublikada məktəb binalarının vəziyyəti yoxlanılmışdır. Nə
ticədə Azərbaycanın ən müxtəlif bölgələrində tam yararsız hesab olunan 132
məktəb müəyyənləşdirilmiş, mütəxəssislərin rəyinə görə, onların yenidən inşası
problemin ən optimal həlli kimi qiymətləndirilmişdir.
Fond tərəfindən son 3 ildə müxtəlif beynəlxalq qurumlarla əməkdaşlıq çər-
çivəsində respublikamızın ali məktəblərinə müxtəlif adda 10 min nüsxə kitab,
dərslik alınıb paylanılmışdır.
“Heydər Əliyev Fondunun səhiyyə sahəsindəki fəaliyyəti” bölməsində bu
sahədə görülən işlərdən bəhs olunur. Fondun səhiyyə ilə bağlı ilk tədbirlərindən
biri “Diabetli uşaqlara ən yüksək qayğı” layihəsi olmuşdur.
2004cü il dekabrın 4də layihənin təqdimatından sonra Heydər Əliyev
Fondu Azərbaycan Diabet Cəmiyyəti və Danimarkanın yüksək keyfiyyətli in
sulin istehsalı sahəsində dünyada lider olan “Novo Nordisk” şirkəti ilə birgə
onun icrasına başlamışdır. Layihənin əsas məqsədi ictimaiyyətin, yerli və xarici
şirkətlərin diqqətini ölkəmizdəki diabetli uşaqların problemlərinə yönəltmək,
bunların həllinə kömək etmək və Beynəlxalq Diabet Federasiyasının bu sahədə
iştirakını fəallaşdırmaqdır.
Azərbaycanda bu xəstəliyə tutulmuş 14 yaşınadək uşaqların insulinlə təmi-
natında əvvəllər böyük çətinlik mövcud idi. Layihə çərçivəsində həmin uşaq-
lara yarımillik insulin preparatları və şprisqələmlər verilmişdir. 2005ci ilin
may ayından başlayaraq, Heydər Əliyev Fondu tərəfindən hər növbəti yarım il
81
üçün insulin preparatları və şprisqələmlər paylanılır və bu iş indi də müntəzəm
davam edir.
Fondun təşəbbüsü ilə ölkəmizdə talassemiyalı xəstələrin sayı, vəziyyəti,
müalicə imkanları ilə bağlı müvafiq informasiya toplandıqdan sonra, 2005ci
ilin fevralında “Talassemiyasız həyat naminə” mövzusunda keçirilən “dəyirmi
masa”da ictimaiyyət nümayəndələri, beynəlxalq təşkilatlar, o cümlədən Bey-
nəlxalq Talassemiya Federasiyası ilə birgə əməkdaşlıq imkanları müzakirə
olunmuşdur. Dünya Səhiyyə Təşkilatının proqnozlarına görə, lazımi tədbirlər
görülməsə, 45 il ərzində ölkəmizdə bu xəstələrin sayı 16 minə çata bilər. Ona
görə də müasir avadanlıqla təchiz olunmuş Talassemiya Diaqnostika Mərkəzi-
nin və Qan bankının yaradılması qərara alınmışdır. Mərkəz ilin sonunadək isti-
fadəyə veriləcəkdir.
Fondun təşəbbüsü ilə İsmayıllıda və Bakının Xəzər rayonunda poliklinika,
təcili yardım stansiyası, apteklər tikilmişdir.
Almaniyanın tanınmış “Fresenius Medical Care” və “Karl Storz” şirkətlə-
rinin Fondla əməkdaşlığı çərçivəsində humanitar yardım kimi 130 min avro
dəyərində 2 ədəd autoqemotransfuziya və 4 ədəd dərman preparatlarının dəqiq
doza ilə ötürülməsini təmin edən aparat alınmışdır. Bunlar, habelə ötən il Fonda
verilmiş 200 min avro dəyərində 10 ədəd hemodializ aparatı Səhiyyə Nazirli-
yinə bağışlanmışdır.
Oxucular “Heydər Əliyev Fondunun mədəniyyət sahəsindəki fəaliyyəti” böl-
məsində Fondun mədəniyyət sahəsindəki fəaliyyəti ilə də tanış ola biləcəklər.
Azərbaycan muğam sənətinin inkişafı və onun ənənələrinin qorunub saxlan-
masını nəzərdə tutan “Azərbaycan muğamları” layihəsi çərçivəsində 2005ci
ildə Parisdə – UNESCOnun qərargahında 24 muğam ustasının ifasında səs-
lənmiş muğamların toplandığı “Qarabağ xanəndələri” musiqi albomunun təq-
dimatı keçirilmişdir.
Fondun prezidentinin təşəbbüsü ilə UNESCO Azərbaycan muğamını bəşə-
riyyətin şifahi və qeyrimaddi irsinin şah əsərləri siyahısına daxil etmişdir.
Azərbaycan və dünya musiqisinin incisi olan muğamların qorunub saxlanması
və inkişafı, dünyada yayılması və beynəlxalq muğam tədbirlərinin keçirilməsi
məqsədi ilə Bakıda Beynəlxalq Muğam Mərkəzi inşa edilir.
Dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 120 illiyi münasi-
bətilə bir il davam edən muğam telemüsabiqəsi keçirilmiş, Heydər Əliyev
adına Sarayda müsabiqə iştirakçılarının və muğam ustadlarının konserti təş-
kil edilmişdir.
Kitabın “Beynəlxalq əməkdaşlıq” adlı bölməsində qeyd olunur ki, Fondun
beynəlxalq əməkdaşlığı ilbəil genişlənir. 2005ci ildən başlayaraq BMTnin
İnkişaf Proqramı ilə əməkdaşlıq çərçivəsində “Kor və görmə qabiliyyəti zəif
olan insanların informasiyakommunikasiya texnologiyalarına çıxışının təmin
edilməsi” Proqramına start verilmişdir. Respublikamızda kor və ya görmə qabi-
82
liyyəti zəif olan şəxslərin sayı təxminən 40 min nəfərdir. Heydər Əliyev Fondu
onlara əlavə imkanlar yaratmaq mexanizmi kimi informasiyakommunikasiya
texnologiyalarından (İKT) istifadəni zəruri saymışdır.
Fondun UNESCO ilə birgə keçirdiyi “UNESCOAzərbaycan: gələcəyə
körpü” mövzusunda konfransda Azərbaycanın təhsil sistemində aparılan isla-
hatlar, Avropa təhsil sisteminə inteqrasiya və digər məsələlər müzakirə olun-
muşdur. Azərbaycanın tarixi və mədəni ənənələrini, mövcud tolerantlığını
nəzərə alaraq, Latın Mədəniyyəti Akademiyası özünün sayca XIII konfransını
2006cı il aprelin 24də Bakıda Heydər Əliyev Fondu ilə birgə keçirmişdir.
“Avrasiyada mədəniyyət müxtəlifliyi: Azərbaycan – sivilizasiyalararası dia-
loqun keçmişi və bu günü” mövzusunda konfransda iştirak edən xarici qonaq-
lar ölkəmizdə dini etiqad azadlığının, dini dözümlülüyün yüksək səviyyədə
olduğunu, Azərbaycanın Şərq və Qərb sivilizasiyalarının ən yaxşı ənənələrini
özündə birləşdirdiyini faktlarla vurğulamışlar.
“Orta əsr əlyazmalarında tibb və əczaçılıq” mövzusunda birinci beynəlxalq
konfrans da Bakıda keçirilmişdir. Əlyazmalar İnstitutunda saxlanılan qədim
təbabətə dair 3 nadir tibb əlyazması Fondun dəstəyi ilə konfrans ərəfəsində
UNESCOnun Dünya Yaddaşı Proqramının Beynəlxalq Siyahısına daxil edil-
mişdir. Vaşinqton Elmlər Akademiyası ilə birgə təşkil edilmiş konfransın açılış
mərasimi 2006cı il iyunun 12də Heydər Əliyev Fondunda keçirilmişdir. Kon-
fransın keçirildiyi günlərdə Fondda qədim əlyazmaların sərgisi təşkil olunmuş-
dur. Konfransın növbəti iclasları Yevlax və Şəki şəhərlərində keçirilmişdir.
İSESCO ilə əməkdaşlıq da uğurla inkişaf edir. Ötən il Mehriban xanım
Əliyeva islam dünyasının bu nüfuzlu qurumunun ilk qadın xoşməramlı səfiri
seçilmişdir. Heydər Əliyev Fondu ilə İSESCO arasında əməkdaşlıq haqqında
protokol imzalanmışdır.
Azərbaycan həqiqətlərinin yayılmasına həmişə xüsusi önəm verən Fond
bu ilin əvvəlindən etibarən Xocalı faciəsinin 15ci ildönümü ərəfəsində
xüsusi layihə həyata keçirmişdir. 16 ölkədə anma tədbirləri təşkil olunmuş,
erməni fa şizminin iç üzünü açıb göstərən “Qarabağ həqiqətləri” toplusu və
onun elektron versiyaları yayılmış, “Xocalı soyqırımı” filmi nümayiş etdiril-
mişdir. Real faktlara, fotosənədlərə istinadla aparılan bu təbliğat kampaniyası
on minlərlə avropalıya Qarabağ həqiqətləri, Xocalı soyqırımı, Ermənistanın
ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkar işğalçılıq siyasəti haqqında əsl
həqiqətləri çatdırmışdır.
Sosial sahə Heydər Əliyev Fondunun fəaliyyətində əhəmiyyətli yer tutur və
“Heydər Əliyev Fondunun sosial sahədəki fəaliyyəti” adlı bölmədə əks olun-
muşdur. Qaradağ rayonunun Lökbatan qəsəbəsində 20 min sakinin su təminatı-
nın yaxşılaşdırılmasına imkan verən boru kəməri çəkilmişdir.
Şamaxı şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün
16 mənzilli bina əsaslı təmir olunmuş, ev əşyaları və avadanlıqla təmin edil-
83
mişdir. 19411945ci illər müharibəsində qələbənin 60 illiyinə həsr olunmuş
mərasim keçirilmiş, Xəzər rayonunun Türkan qəsəbəsində abidə ucaldılmışdır.
Kimsəsiz, qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlar üçün hər il ölkə-
nin ən iri saraylarında Yeni il və Novruz şənlikləri təşkil edilir.
Ekologiya sahəsində 2007ci ilin Novruz bayramı ərəfəsində Fond Bakı
ətrafındakı istifadəsiz sahələrdə 20 min həmişəyaşıl tingin əkilməsi ilə “Hərə-
miz bir ağac əkək!” layihəsinə start vermişdir. Qısa zamanda respublikanın
bütün şəhər, qəsəbə və kəndlərində vətəndaşlar, ayrıayrı kollektivlər bu çağı-
rışa qoşularaq, yaşıllaşdırma kampaniyasına başlamışlar. Ətraf mühitin sağlam-
laşdırılmasına, təmiz hava, təmiz ekologiyaya töhfə olan layihə çərçivəsində
respublikanın hər yerində yüz minlərlə yeni ağac əkilmiş, təzə parklar, bağlar,
yaşıl xiyabanlar salınmışdır. Təşəbbüsün hər il mövsümi olaraq davam etdiril-
məsi nəzərdə tutulur.
Fond elm və texnologiya sahəsində fəaliyyətə də böyük əhəmiyyət verir.
2005ci ildə Mehriban xanımın təşəbbüsü ilə respublikanın internet məka-
nında məlumat bazasının zənginliyinə görə analoqu olmayan “Azərbaycan”
portalı yaradıldı. 12 bölmədən ibarət 4 min səhifəlik portalda toplanmış
konkret məlumatlar Azərbaycanla bağlı istənilən mövzuda informasiya əldə
etməyə imkan verir.
Fondun nəşrlərinə “Qarabağ həqiqətləri” toplusu, “Azərbaycana qarşı
mü haribə: mədəni irsin hədəfə alınması”, “Müharibə və tariximədəniyyət
abidələrimiz”, xarici nəşrlərdən tərcümə edilmiş Murad Adcinin “Türklər
və dünya: munis tariximiz”, ABŞın Mərkəzi AsiyaQafqaz İnstitutu – İpək
Yolu Araşdır malar Proqramının rəhbərləri Frederik Starr və Svante Kornellin
“BakıTbilisiCeyhan boru kəməri: Qərbə açılan neft pəncərəsi”, “Azərbay-
can təbiəti”, Linda Li Rattonun “Yuxuların çin olduğu yerdə”, Rudolf İvano-
vun “Bəyazidin müdafiəsi: həqiqət və yalan”, “Əlahəzrətin generaladyutantı”
kitabları bu qə bildəndir. Dünya şöhrətli musiqiçi M.Rostropoviçə və xanımı
Q.Vişnevskayaya həsr edilmiş musiqi albomu da populyarlıq qazanmışdır.
İSESCO ilə birlikdə görkəmli şərqşünas alim Aida İmanquliyevanın “Yeni ərəb
ədəbiyyatının korifeyləri” kitabı ərəb dilində nəşr edilmişdir.
“Xatirə Kitabından səhifələr” adlanan ikinci kitabda Fondu ziyarət etmiş
dövlət və hökumət başçılarının, dünyada tanınmış elm, mədəniyyət və incə
sənət xadimlərinin, beynəlxalq təşkilatların rəhbərlərinin bir qisminin təəssürat-
ları verilmişdir.
Heydər Əliyev Fondu nəfis tərtibatda “Fəxri xiyaban” kitabını nəşr etmiş-
dir. Etiraf etmək lazımdır ki, xarici ölkələrdən gələn qonaqların hər zaman üz
tutduğu Fəxri xiyaban haqqında belə elmikütləvi nəşrə böyük ehtiyac duyu-
lurdu və Fond bu boşluğu doldurmuşdur.
Soraq kitabında toplanmış, Azərbaycan və ingilis dillərində hazırlanmış ma
teriallar ulu öndər Heydər Əliyevin nəsillərə örnək olan həyat yolu haqqında
84
yığcam məqalə ilə başlayır. Burada xalqımızın dahi oğlunun Fəxri xiyabandakı
qəbirüstü abidə kompleksinin şəkli də dərc olunmuşdur.
Digər materiallar isə ensiklopedik qaydada əlifba sırası ilə verilmişdir. Təbii
ki, Azərbaycan oxucularının bir qismi, xüsusilə yaşlı və orta nəslin nümayən-
dələrinin Fəxri xiyabanda dəfn olunmuş insanların çoxu barədə məlumat-
ları vardır. Ancaq gənc nəsli və ölkəmizə gələn xarici qonaqları nəzərə alsaq,
deməliyik ki, Heydər Əliyev Fondu bu təşəbbüsü ilə çox böyük maarifləndirici
və təbliğat işi görmüşdür.
Azərbaycanın görkəmli maarifçi, yazıçı və şairlərindən Cəlil Məmməd
quluzadə, Həsən bəy Zərdabi, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid
Ordubadi, Süleyman Sani Axundov, Cəfər Cabbarlı, Abdulla Şaiq, Əli Nəzmi,
Səməd Vurğun, Süleyman Rəhimov, Rəsul Rza, Vahid, Mirzə İbrahimov,
Mehdi Hüseyn, Süleyman Rüstəm, Əli Vəliyev, İsmayıl Şıxlı, Sabit Rəhman,
Cabir Novruz, İlyas Əfəndiyev, Xəlil Rza Ulutürk, Məmməd Araz, Nəbi Xəzri,
Yusif Səmədoğlu və başqalarının tərcümeyihalı, yaradıcılığı haqqında verilən
məlumatlar çox qısa, informasiya xarakteri daşısa da, ümumi təsəvvür yaradır.
Fəxri Xiyabanda dəfn edilənlər içərisində mədəniyyət və incəsənət xadim-
ləri üstünlük təşkil edir. Bu siyahıda birinci yeri, şübhəsiz ki, xalqımıza böyük
şöhrət gətirmiş, Şərqdə, o cümlədən Azərbaycanda professional musiqinin,
opera və baletin banisi, əsərləri bir çox dillərə tərcümə olunaraq dünya musiqi
mədəniyyətinin qızıl fonduna daxil olmuş dahi bəstəkar Üzeyir Hacıbəyli tutur.
Müslüm Maqomayev, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Mikayıl
Abdullayev, Qəmər Almaszadə, Rəşid Behbudov, Leyla Bədirbəyli, Bəşir
Səfəroğlu, Bülbül, Cahangir Cahangirov, Səid Rüstəmov, Vasif Adıgözəlov,
Həqiqət Rzayeva, Hüseynqulu Sarabski, Mərziyə Davudova, Fuad Əbdür-
rəhmanov, Mehdi Məmmədov, Seyid Şuşinski, Ələsgər Ələkbərov, Şövkət
Ələkbərova, Tofiq Quliyev, Süleyman Ələsgərov, Kamil Əliyev, Mirzağa Əli-
yev, Hüseyn Ərəblinski, Sidqi Ruhulla, Mikayıl Hüseynov, Lətif Kərimov,
Hökumə Qurbanova, Soltan Hacıbəyov, Əzim Əzimzadə, Sara Qədimova,
Leyla Vəkilova, Nəsibə Zeynalova və başqalarının adı xalqımızın yaddaşına
əbədi həkk olunmuşdur. Onların adı, sənəti mədəniyyət tariximizdə əbədi
yaşayacaq, nəsillərə örnək olacaqdır.
Oxucular dövlət xadimləri və ictimai xadimlərdən Əziz Əliyev, İmam Mus-
tafayev, Seyidcəfər Pişəvəri, Şıxəli Qurbanov, Afiyəddin Cəlilov, Arif Hey-
dərov, Kamran Hüseynov, Əliş Ləmbəranski, Süleyman Vəzirov, əmək qəhrə-
manları Qurban Abbasov (Neftçi Qurban), Ağa Nemətulla, Bəsti Bağırova, Əli
Əmirov və başqaları haqqında da yığcam məlumat ala biləcəklər.
Xalqımızın yetirdiyi alimlər zamanzaman ölkəmizdə və onun hüdudların-
dan kənarda elmi ixtiraları, sanballı tədqiqatları ilə özlərinə və mənsub olduq-
ları diyara şərəfşöhrət qazandırmış, elmitexniki tərəqqiyə töhfələrini ver-
mişlər. Akademiklər Zərifə Əliyeva, Heydər Hüseynov, Yusif Məmmədəliyev,
85
Azad Mirzəcanzadə, Həsən Abdullayev, Ziya Bünyadov, Məmməd Arif, Mus-
tafa Topçubaşov və başqaları belələrindəndir.
Azərbaycan xalqı həmişə özünün qəhrəman oğulları ilə fəxr etmişdir. İkinci
Dünya müharibəsində və dinc quruculuq dövründə igidliyi, şücaəti, sərkərdə-
lik qabiliyyəti ilə seçilmiş generallar Akim Abbasov, Mahmud Əbilov, Səlahəd-
din Kazımov, Məlik Məhərrəmov, Hüseyn Rəsulbəyov, Hacıbaba Zeynalov
və başqaları haqqında verilmiş məlumatlar, heç şübhəsiz, gənc nəslin hərbi
vətənpərvərlik tərbiyəsi baxımından da faydalıdır.
Erməni millətçilərinin əzəli torpağımız olan Dağlıq Qarabağı ələ keçir-
mək niyyəti ilə başladıqları silahlı təcavüz nəticəsində on minlərlə vətən oğlu
torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərdə həlak olmuşdur. Azərbayca-
nın tanınmış oğullarının bəziləri isə ermənilərin fitnəkar qəsdlərinin qurbanı
olmuşlar. Onların bir qrupu – 1991ci il noyabrın 20də Dağlıq Qarabağda –
Qarakənd yaxınlığında vurulmuş vertolyotda həlak olanlar – sabiq daxili işlər
naziri, generalmayor Məhəmməd Əsədov, Azərbaycanın ilk dövlət katibi,
istedadlı alim Tofiq İsmayılov, Baş prokuror İsmət Qayıbov, dövlət xadimləri,
Nazirlər Soveti sədrinin müavini Zülfi Hacıyev, Vəli Məmmədov, tanınmış
publisistjurnalist Osman Mirzəyev və başqaları Fəxri Xiyabanda dəfn edilmiş-
lər. Kitabda onların hər biri haqqında qısa məlumat verilmişdir.
Fəxri Xiyaban haqqında kitabı vərəqlədikcə xalqımızın tolerantlığı,
müxtəlif din və dillərə mənsub insanlara eyni dərəcədə xoş münasibəti, hör-
mət və ehtiramla yanaşması, humanizmi də aydın görünür. Fəxri Xiyabanda
müxtəlif millətlərin nümayəndələri dəfn olunmuşdur və kitabda onların
haqqında məlumat vardır.
Ümumiyyətlə, “Fəxri xiyaban” kitabında 242 nəfər haqqında məlumat top-
lanmışdır.
Kitabın yüksək poliqrafik səviyyədə nəşr edilib ictimaiyyətə çatdırılması
ulu öndərin adını daşıyan Fondun xalqımızın tərəqqisinə xidmətinin, zən-
gin tarix və mədəniyyətinə hörmət və ehtiramının nümunəsi, qurumun bu
istiqamətdə ardıcıl fəaliyyətinin, nəcib təşəbbüslərinin növbəti təzahürüdür.
Heydər Əliyev Fondu “Qarabağ haqqında həqiqətlər” seriyasından “Azər-
baycana qarşı müharibə: mədəni irsin hədəfə alınması” (“War Against Azerbai-
jan: Targeting Cultural Heritage”) kitabını hazırlamışdır.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və Heydər Əliyev Fon-
dunun birgə hazırladığı kitab işğalçı Ermənistanın Azərbaycan mədəniyyətinə,
maddimənəvi irsimizə qarşı məqsədyönlü şəkildə həyata keçirdiyi vandalizm
siyasətindən və onun acı nəticələrindən bəhs edir.
İngilis dilində olan kitab yüksək poliqrafik səviyyədə nəşr olunmuşdur.
Kitab “Qafqaz albanlarının dini memarlıq irsi” və Azərbaycanın işğal altındakı
bütün rayonlarında mədəni irsimizin məruz qaldığı erməni vəhşiliklərindən
bəhs edən yazılı və illüstrativ materiallardan ibarətdir.
86
Giriş hissədə Azərbaycan tarixi haqqında qısa arayış verilir. Burada
uzun illər ərzində ölkəmizdə arxeoloji qazıntılar nəticəsində əldə olunmuş
maddimədəniyyət nümunələri xatırladılır, yer üzündə qədim insan məskən-
lərindən biri olan Azərbaycan ərazisində meydana gəlmiş erkən sivilizasi-
yadan, əcdadlarımızın yaratdığı rəngarəng memarlıq abidələrindən söhbət
açılır. Azərbaycanda qədim dövlətçilik ənənələri barədə məlumat verilir,
ötən nəsillərin hər birinin mədəni irsimizdə öz payı olduğu vurğulanır.
Azərbaycan ərazisində müxtəlif dinlərin – bütpərəstlik, zərdüştilik və xris-
tianlığın yaranması tarixindən danışılır, bunların hər birinin mədənimənəvi
irs xəzinəsinə töhfə verdiyi bildirilir. Kitabda ərəb istilasından sonra Qafqaz
Albaniyası əhalisinin əsasən islamı qəbul etməsi, bəzi dağlıq bölgələrdə isə
xristianlığın qalması vurğulanır. Sonrakı dövrlərdə yaranmış Salarilər, Şəd-
dadilər, Atabəylər, Hülakülər (Elxanilər), Qaraqoyunlular, Ağqoyunlular və
Səfəvilər kimi tarixi Azərbaycan dövlətlərindən bəhs olunur. Bildirilir ki,
XIX əsrin əvvəllərində Azərbaycanın şimal ərazilərinin Rusiya tərəfindən
işğalından sonra çarizmin mürtəce demoqrafik siyasəti nəticəsində bu yer-
lərə İran və Türkiyədən on minlərlə erməninin köçürülməsi, əslində, gələcək
dramatikfaciəvi hadisələrin əsasını qoymuşdur. Rusiyada bolşeviklərin haki-
miyyətə gəlməsindən sonra Azərbaycanın tarixi torpaqları hesabına Ermə-
nistan Respublikası yaradılmışdır. Bundan daha da şirnikən ermənidaşnak
millətçiləri Azərbaycana qarşı ərazi iddialarını davam etdirmiş, keçmiş SSRİ
rəhbərliyi bu işdə faktiki olaraq onlara himayədarlıq etmişdir.
“Qafqaz albanlarının dini memarlıq irsi” adlanan bölmədə Qafqaz Alba-
niyası dövrünə aid abidələrdən geniş bəhs olunur. Bu da təsadüfi deyildir.
Çünki tarixi faktları saxtalaşdırmağa adət etmiş ermənilər indi də Qafqaz
Albaniyası dövlətinin erməni etnosu tərəfindən yaradılması və deməli, həmin
dövrə aid xristian abidələrinin də ermənilərə mənsub olması kimi sərsəm
təbliğatla məşğuldurlar. Azərbaycan tarixçilərinin bu məsələ ilə bağlı bəya-
natında deyilir: “Qarabağın yüz ildən çox müddət ərzində arxeoloji tədqiqi
prosesində nə dağlıq, nə də düzən Qarabağda heç bir erməni yaşayış yeri,
nekropolu, qalası və s. aşkar olunmamışdır. Azərbaycan arxeoloqlarının on
illər boyunca apardıqları arxeoloji qazıntılar nəticəsində Qarabağ ərazisində
paleolit dövrünə aid Azıx, Tağlar, Zar mağara düşərgələri, eneolit dövrünə
aid Çalağantəpə, Leylatəpə və s. abidələr, ilk tunc dövrünə aid Xankəndi,
Üçoğlan, Göytəpə, Qarahacılı abidələri, orta tunc və son tunc dövrlərinə aid
Üzərliktəpə, Xocalı, Dovşanlı, Axmaxı, Sırxavənd, Sarıçoban, Qarabulaq abi-
dələri, habelə antik dövrə və ilk orta əsrlərə aid Covurqala və digər çoxsaylı
abidələr aşkar edilmişdir. Dünya elmi ictimaiyyəti, o cümlədən erməni alim-
lərinin özləri də bütün bu tarixi abidələrin Azərbaycanın qədim sakinlərinə
məxsus olduğunu birmənalı şəkildə qəbul etmişlər”.
87
Kitabda qeyd olunur ki, Qafqaz Albaniyası cənubda Araz çayından tut-
muş, şimalda Dərbəndə kimi ərazini əhatə edirdi. Baxmayaraq ki, Alba-
niyada xristianlıq IV əsrdə dövlət dini elan edilmişdir, onun təbliği hələ I
əsrdə başlamışdı. İndiki Şəki rayonunun Kiş kəndindəki kilsə Alban kil-
sələrinin anası hesab olunurdu. Bu təkcə Albaniya ərazisində deyil, eyni
zamanda Cənubi Qafqazda ilk kilsə idi.
Sonralar Albaniyanın birinci paytaxtı olan Qəbələdə, indiki Oğuz, Qax,
Zaqatala, Balakən rayonları ərazisində və başqa yerlərdə kilsələr tikilmişdi.
Kitabda Şimali Azərbaycan xanlıqları Rusiyaya birləşdirildikdən sonra
erməni Qriqorian kilsəsinin Alban kilsəsinə qarşı məkrli siyasətindən və nə
hayət, Peterburq Sinodu vasitəsilə onun fəaliyyətinə son qoyulmasından geniş
bəhs olunur. Eyni zamanda vurğulanır ki, Qriqorian kilsəsinin bu siyasəti həm
də xristian albanların və onların abidələrinin erməniləşdirilməsi siyasəti ilə
müşayiət olunurdu. Lakin albanların çoxu buna qarşı çıxmış və islamı qəbul
etmişdilər. Bu fakt XIX əsrə aid statistik məlumatlarla da sübut olunur. Həmin
faktlar Rusiya imperiyasının nümayəndələri tərəfindən toplanılmış və çap
etdirilmişdir. Özü də albanların islamı qəbul etməsi elə bir dövrdə baş verirdi
ki, o vaxt Rusiyada müsəlmanların vəziyyəti xristianlara nisbətən çox əlveriş-
siz idi. Bununla belə, albanlar erməniləşməyə yox, müsəlmanlığı qəbul edib
alban olaraq qalmağa üstünlük verirdilər. Eyni zamanda, erməni kilsəsinin
bütün təzyiqlərinə baxmayaraq, Azərbaycanın indiki Qəbələ və Oğuz rayon-
larında yaşayan udinlərin o vaxtkı nəsilləri erməniləşmədilər, öz dillərini və
adətənənələrini saxladılar.
Kitabda işğal olunmuş rayonlar üzrə abidələrin, mədəniyyət ocaqlarının
siyahısı, xəritələr verilmişdir. Bu siyahılara Şuşa rayonundan 279, Kəlbəcər
rayonundan 255, Laçın rayonundan 345, Qubadlı rayonundan 209, Zəngilan
rayonundan 171, Cəbrayıl rayonundan 169, Füzuli rayonundan 148, Xocavənd
rayonundan 76, Xocalı rayonundan 62, Ağdam rayonundan 126, Tərtər rayo-
nundan 18 obyekt daxil edilmişdir.
Kitabda, eyni zamanda işğal altındakı bölgələrimizdə və Ermənistan əra-
zisindəki tarix və mədəniyyət abidələrimizin əvvəlki və indiki vəziyyəti haq
qında materiallar yer almışdır. Kitabda vurğulanır ki, ermənilərin bu gün də
davam edən dağıdıcılıq siyasəti Azərbaycan mədəniyyətinə zərbə vurmaq
məqsədi daşıyır. Qarabağın işğal altındakı şəhər və qəsəbələrində, o cümlədən
Şuşada abidələrin dağıdılması, onların memarlıq əlamətlərinin dəyişdirilməsi,
“arxeoloji qazıntılar” pərdəsi altında “erməniləşdirilməsi” bu ərazilərin və abi-
dələrin Azərbaycana məxsusluğuna dair bütün əlamətlərin məhvinə yönəlmiş
uzunmüddətli hədəflərdir. 1994cü ildə imzalanmış atəşkəs sazişindən keçən 13
ildə baş verənlərin təhlili göstərir ki, bu müddət ərzində ermənilərin dağıtdığı
abidələrin sayı hərbi əməliyyatların getdiyi illərdə dağıdılmış abidələrin sayın-
dan çoxdur. Nadir kolleksiyası olan Kəlbəcər tarixdiyarşünaslıq muzeyi, Şuşa,
88
Laçın, Ağdam muzeyləri və başqaları dağıdılmış, onların eksponatları dünyanın
müxtəlif ölkələrində satışa çıxarılmışdır. Məsələn, Natəvanın, Üzeyir Hacıbəy
linin Bülbülün güllələnmiş tunc heykəlləri Şuşadan aparılaraq, sonradan Gür-
cüstanda satışa çıxarılmış və Azərbaycan hökuməti bunları 500 min dollara
alıb Bakıya gətirmişdir. Londondakı Sotbi hərracında Laçın tarixdiyarşünaslıq
muzeyinə məxsus eksponat 80 min dollara satılmışdır.
Kitabda qeyd olunur ki, ermənilərin işğal olunmuş ərazilərdə həyata ke
çirdikləri vəhşiliklərindən biri də tarixi abidələrdə və ayrıayrı tikililərdə
Azərbaycanmüsəlman elementlərini erməni xaçı və yazıları ilə əvəz etmələridir.
Kitabda işğal olunmuş rayonların tarixmədəniyyət abidələrinin bir çoxu-
nun əvvəlki görünüşünü və indiki dağılmış vəziyyətini əks etdirən fotoşəkillər
geniş yer tutur. Eyni zamanda hər bir rayonun abidələri olan ərazilərin kosmos-
dan çəkilmiş şəkilləri verilmişdir.
Kitabda indiki Ermənistan ərazisindəki Azərbaycan abidələri, o cümlədən
Urud kəndindəki məşhur kitabələr, İrəvandakı Sərdar sarayı, Göy məscid, Şah
İsmayıl məscidi və s. azərbaycanlıların tarixietnik torpaqlarından deportasiyası
barədə geniş məlumat da əksini tapmışdır.
Kitabın daha bir üstünlüyü ona buradakı materialların əks olunduğu bir
multimedia və bir video diskin əlavə olunmasıdır.
İlk növbədə beynəlxalq ictimaiyyət üçün nəzərdə tutulmuş bu kitabın
ölkəmizin işğal olunmuş torpaqlarında, eləcə də indiki Ermənistan ərazisin-
dəki tarix və mədəniyyət abidələrini məhv etməklə bu yerlərin azərbaycanlı-
ların tarixietnik torpaqları olmasını təsdiqləyən izləri itirmək məqsədi daşı-
yan erməni millətçidaşnak siyasətinin mahiyyətini ifşa etmək baxımından
müstəsna əhəmiyyəti vardır. Bu qiymətli nəşr erməni vandalizmi nəticəsində
məhv olunan mədəni sərvətlərimiz haqqında dünya ictimaiyyətinə dolğun
mə lumat çatdırmaqla yanaşı, gələcək nəsillərin də həmin həqiqətləri bilməsi
üçün sənədli mənbədir.
Onu da qeyd edək ki, yeni nəşrlə bağlı www.war-culture.az domeni olan
internet səhifəsi də yaradılmışdır.
Heydər Əliyev Fondu Azərbaycanın xalq artisti, görkəmli muğam ifaçısı,
professor Arif Babayevin 70 illik yubileyinə həsr olunmuş “Arif Babayev 70”
musiqi albomu hazırlamışdır. Alboma Azərbaycan və ingilis dillərində nəfis tər-
tibatda nəşr edilmiş kitab və xanəndənin xalq mahnıları, təsniflər və muğamlar-
dan ibarət 4 ədəd kompakt diski daxildir.
Ümummilli Lider Heydər Əliyevin 1998ci ilin bahar bayramı şənliyində
ədəbiyyat və incəsənət xadimləri ilə söhbəti zamanı dediyi “...Arif bizim böyük
müğənnimizdir” kəlamı ilə başlayan kitab Arif Babayevin ulu öndər Heydər
Əliyev, Prezident İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti, UNES-
COnun və İSESCOnun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban
xanım Əliyeva ilə birgə çəkdirdiyi şəkillərlə zəngindir.
89
Kitabda Mehriban xanım Əliyevanın muğam ifaçıları ilə görüşlərini, Arif
Babayevin səhnədə canlandırdığı rolları əks etdirən, sənətkarın müəllimləri,
tələbələri və ailəsi ilə çəkdirdiyi şəkillər də yer almışdır.
Nəşrdə görkəmli muğam ifaçısı Arif Babayevin ömür yoluna, yaradıcılığına
nəzər salınmış, onun muğam sənətinin inkişafındakı xidmətlərindən bəhs olun-
muşdur. Bildirilmişdir ki, gənc yaşlarından fitri istedadı ilə diqqəti cəlb edən
Arif Babayev qısa müddətdə xalq arasında böyük rəğbət qazanmışdır. 1964cü
ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti olan
gənc müğənni 1966cı ildə xalq artisti Əfrasiyab Bədəlbəylinin dəvəti ilə Azər-
baycan Dövlət Akademik Opera və Balet Teatrında fəaliyyətə başlayıb. 2006cı
ilədək bu teatrda çalışan Arif Babayev müxtəlif illərdə “Leyli və Məcnun”,
“Əsli və Kərəm” operalarında Məcnun, Kərəm, “Aşıq Qərib”də Qərib, “Şah
İsmayıl”da Şah İsmayıl, “Gəlin qayası”nda Camal rollarının ən mahir ifaçıla-
rından olmuşdur. Onun iştirakı ilə “Leyli və Məcnun”, “Əsli və Kərəm” və s.
opera tamaşaları bu gün də musiqimizin qızıl fondunda saxlanılır.
Kitabda qeyd olunur ki, Arif Babayev mahir muğam ifaçısı kimi təkcə
Vətəni Azərbaycanın deyil, bütün Şərqin xanəndəsidir. Ustad sənətkarın oxu-
duğu “Şur”, “Rast”, “BayatıŞiraz”, “Çahargah”, “Mirzə Hüseyn segahı”, “Za
bul segah”, “Segah” muğamları, xalq mahnıları, təsniflər, bəstəkar mahnıları
artıq musiqi mədəniyyətimizin xəzinəsinə daxil olmuşdur.
Kitabda Arif Babayevin pedaqoji fəaliyyətindən də bəhs edilmişdir. Vur-
ğulanmışdır ki, xanəndə Azərbaycan Dövlət Konservatoriyasının muğam sin-
finin ilk müəllimlərindən biri olmuşdur. Azərbaycan muğam ifaçılarından ilk
dəfə professor elmi dərəcəsinə layiq görülmüş Arif Babayev hazırda Azərbay-
can Milli Konservatoriyasında muğam kafedrasının müdiridir. Onun yetirmələ-
rinin çoxu respublikamızın tanınmış, adlısanlı xanəndələridir. Xalq artistləri
Nəzakət Teymurova, Aygün Bayramova, əməkdar artistlər Könül Xasıyeva,
Gülüstan Əliyeva, Fehruz Səxavət, Cabir Abdullayev, opera teatrının solisti
Səbuhi İbayev məhz ondan dərs almışlar.
Kitabda məlumat verilir ki, yüksək səhnə mədəniyyətinə sahib olan Arif
Babayev dünyanın 60dan çox ölkəsində qastrol səfərində olmuş, muğam-
larımızın, milli musiqimizin təbliğində, sevilməsində çox böyük xidmətlər
göstərmişdir.
Kitabda Arif Babayevin 2005ci və 2007ci illərdə Heydər Əliyev Fondu-
nun prezidenti, UNESCOnun və İSESCOnun xoşməramlı səfiri, Milli Məcli
sin deputatı Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə keçirilən, bütün
dünya azərbaycanlılarının sevəsevə izlədikləri muğam müsabiqələrində daimi
və ədalətli bir münsif kimi böyük hörmət qazanmasından söz açılmışdır.
Qeyd olunmuşdur ki, sənətkarın Opera və Balet Teatrının solisti və muğam
ifaçısı kimi səmərəli xidmətləri dövlətimiz tərəfindən layiqincə qiymətləndiril-
mişdir. O, 1978ci ildə əməkdar, 1989cu ildə respublikanın xalq artisti fəxri
90
adlarına layiq görülmüş, Ümummilli Lider Heydər Əliyevin Fərmanı ilə 1998ci
ildə “Şöhrət” ordeni ilə təltif olunmuşdur. 2002ci ildən Azərbaycan Respubli
kası Prezidentinin təqaüdçüsü olan Arif Babayev Prezident İlham Əliyevin
2008ci il 15 fevral tarixli Sərəncamı ilə Azərbaycan muğam sənətinin inkişa-
fındakı böyük xidmətlərinə görə “İstiqlal” ordeni ilə təltif edilmişdir.
Kitabdakı “Könlüm keçir Qarabağdan” bölməsində xanəndənin yaradıcılığı
ətraflı təhlil olunmuşdur.
Heydər Əliyev Fondu “Muğamı yaşadanlar” adlı buklet nəşr etmişdir.
Buklet Heydər Əliyev Fondunun muğamın qorunması və daha geniş miq-
yasda təqdim olunması istiqamətində həyata keçirdiyi layihələr haqqında
geniş məlumatı əks etdirir.
Buklet Heydər Əliyev Fondunun prezidenti, UNESCOnun və İSESCOnun
xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın giriş
sözü ilə başlayır.
Mehriban xanım Əliyeva Azərbaycan musiqi sənətinin zəngin və möhtəşəm
abidəsi olan muğamın uzun tarixi bir yol keçərək əbədiyyətə qovuşduğunu,
milli və dünya mədəniyyəti üçün zəngin, mötəbər və mühüm bir abidə kimi
UNESCOnun “Bəşəriyyətin şifahi və qeyrimaddi irsinin şah əsərləri” siyahı-
sına daxil edildiyini diqqətə çatdırır.
Mehriban xanım Əliyeva milli mənəvi dəyərlərimizin, həmçinin muğamın
qorunması, inkişafı və təşviqi, onun zənginliyinin və dərin fəlsəfəsinin gələcək
nəsillərə çatdırılması məqsədilə Heydər Əliyev Fondunun bir sıra uğurlu la
yihələr həyata keçirdiyini qeyd edir.
Bukletdə Heydər Əliyev Fondunun muğamın qorunması və daha geniş miq-
yasda təqdim olunması məqsədilə həyata keçiridiyi layihələr – “Azərbaycan
muğamları” layihəsi çərçivəsində “Qarabağ xanəndələri” musiqi albomu, Bey-
nəlxalq Muğam Mərkəzi, Muğam Müsabiqəsi Proqramı layihələri haqqında
geniş məlumat öz əksini tapmışdır.
Bukletə “Muğam televiziya müsabiqəsi–2007” qaliblərinin qalakonsertindən
ibarət DVD də daxildir.
Heydər Əliyev Fondu Azərbaycanın musiqi mədəniyyəti tarixində xüsusi
yeri olan xalq artisti, cazmen, pianoçu, bəstəkar Rafiq Babayevin yaradıcılığını
əhatə edən musiqi albomu hazırlamışdır.
Layihənin təşəbbüsçüsü, Heydər Əliyev Fondunun prezidenti, UNES-
COnun və İSESCOnun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban
xanım Əliyevadır.
MDB ölkələrinin və Azərbaycanın dövlət arxivlərindən toplanmış materi-
allar əsasında hazırlanmış alboma Rafiq Babayevin həyat və yaradıcılığından
bəhs edən və yüksək poliqrafik səviyyədə buraxılmış kitab, nadir videoyazılar
olan 2 DVD və sənətkarın əsərlərindən ibarət 8 CD daxildir. Disklər “SONY”
firmasının Avstriyadakı studiyasında müasir texnologiya əsasında təmizlənərək
91
yazılmışdır. Kitabdakı mətnlər üç dildə – Azərbaycan, rus, ingilis dillərində
verilmişdir. Kitab sənətkarın həyatının müxtəlif anlarının əks olunduğu fotoşə-
killərlə zəngindir.
İstedadlı cazmen, pianoçu və bəstəkar Rafiq Babayevin həyat və yaradıcı-
lığından bəhs edən kitabda bildirilir ki, Maestronun caz kompozisiyaları boş
yerdə yaranmırdı. Azərbaycan xalqına xas olan tolerantlıq, digər millətlərə,
dinlərə qarşı qeyriadi dözümlülük, başqa mədəniyyətləri həssaslıqla qavra-
maq, çox güman ki, Maestronun yaradıcılığında özünü aydın göstərən Qərb caz
intonasiyası ilə Şərq muğam mədəniyyətinin yüksək səviyyədə birləşməsini
mümkün etmişdir.
Qeyd olunur ki, Rafiq Babayev caz kompozisiyalarını qapalı sovet qada-
ğaları çərçivəsində bəstələməyə başlamışdı. Bunu yalnız cəsarətli və dərin
mənəvi mədəniyyətə malik şəxsiyyətlər bacarırdı.
Kitabda Rafiq Babayevin ömür və yaradıcılıq yolu geniş şəkildə işıqlandırı-
lır. Bildirilir ki, Rafiq Babayev bütün yaradıcılığı dövründə müxtəlif kollektiv-
lərlə dünyanın bir çox ölkələrinə qastrol səfərləri etmişdir. Onun fəaliyyətinin
əsas amallarından biri nadir Azərbaycan musiqisini şöhrətləndirmək və xarici
ölkələrin dinləyicilərinə çatdırmaq idi. Caz Rafiq Babayev üçün sadəcə həyat
tərzi, özünü duymaq və ya yaradıcılıq imkanlarının təcəssümü deyildi. Bu həm
də sonsuz, dərin tədqiqat, diqqətlə öyrənmə obyekti, onun kökünə, heç nəyə
bənzəməyən musiqi dilinə nüfuz etmək idi. Bu mənada caz ondan ötrü özündə
həqiqi və doğrudüzgün olanı açmağa qadir olan yeganə qüvvə idi.
Kitabda qeyd olunur ki, hər şeydən əvvəl, Rafiq Babayev bu gün Azərbay-
can cazının tarixi və ənənəsidir.
Rafiq Babayev 1994cü il martın 19da erməni terror təşkilatlarının Bakı
Metropolitenində törətdiyi birinci terror aktı nəticəsində faciəvi surətdə həlak
oldu. Bu albom həm də Ermənistanın xüsusi xidmət orqanlarının əli ilə törədil-
miş terror aktının qurbanı olan Rafiq Babayevin simasında erməni təcavüzü və
terroru nəticəsində həlak olmuş bütün insanların xatirəsinə həsr edilir.
Heydər Əliyev Fondu tərəfindən hazırlanan bu albom böyük sənətkar Rafiq
Babayevin yaradıcılıq irsinin qorunması və təbliğində böyük rol oynayacaqdır.
Heydər Əliyev Fondunun Azərbaycan muğam sənətinin inkişafı və qorun-
ması istiqamətində tədbirlərindən biri “Azərbaycan muğamları” layihəsi çərçi-
vəsində “Qarabağ xanəndələri” musiqi albomunun nəfis şəkildə nəşr olunması
və “Gülüstan” sarayında təqdimat mərasiminin keçirilməsidir.
Alboma “Qarabağ xanəndələri” adlı Azərbaycan, ingilis, rus, fransız
dillərində olan kitab və 24 sənətçinin ifasında muğam parçalarından ibarət
12 disk daxildir.
Kitabın ilk səhifəsindəki “Qarabağ muğam məktəbi” başlıqlı yazıda layihə-
nin müəllifi və rəhbəri Heydər Əliyev Fondunun prezidenti, UNESCOnun və
İSESCOnun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əli-
92
yevanın Qarabağ muğam məktəbi haqqında fikirləri yer almışdır. Burada bil-
dirilir ki, Azərbaycan muğamı UNESCOnun qərarı ilə dünya mədəniyyətinin
misilsiz dəyərə malik şifahi, mənəvi sərvətləri sırasına daxil edilmişdir.
Azərbaycanda muğamın tarixindən söz açan müəllif qeyd edir ki, muğam
bütün ölkədə yayılsa da, onun əsas ocaqları özlərinin müstəqil məktəblərini
yaratmış əsas muğam yaradıcılığı mərkəzləri kimi Bakı, Şamaxı, Gəncə, Nax-
çıvan və Şuşa sayılır. Qarabağ muğam məktəbindən bəhs edən müəllif qeyd
edir ki, bu məktəbin nümayəndələri Azərbaycan xalqının musiqi mədəniyyə-
tini inkişaf etdirməklə, öz həmvətənlərinin ağıllarına, hiss və duyğular aləminə
nəcib təsir göstərmişlər.
Mehriban xanım Əliyeva bu layihənin də musiqi ənənələrinin qorunub sax-
lanması və zənginləşdirilməsinə sanballı töfhə verəcəyini vurğulamışdır.
Kitabın “Qarabağ xanəndələri” adlı hissəsində Qarabağ xanəndələri haq
qında ayrıayrılıqda dolğun məlumat verilmişdir. Kitabda Qarabağ xanəndələri-
nin şəkilləri də yer almışdır.
Albomda Şərqin bənzərsiz muğam ustalarından 24 sənətçinin – Cabbar
Qaryağdıoğlunun, Keçəçi oğlu Məhəmmədin, Məşədi Məhəmməd Fərzəliye-
vin, Məcid Behbudovun, Seyid Şuşinskinin, Xan Şuşinskinin, İslam Abdulla-
yevin, Bülbülün, Zülfü Adıgözəlovun, Əbülfət Əliyevin, müasir muğam usta-
larının ifasında səslənən muğam parçaları ürəkləri riqqətə gətirir, xalqımızın
qədim və zənqin mədəniyyəti barədə dinləyicidə əyani təsəvvür yaradır.
Xüsusilə, əlamətdardır ki, Fondun bu layihəsi məhz Qarabağ xanəndələrinə
həsr olunmuşdur. Bu, həm də Qarabağ torpağının acısını, Azərbaycanın haqq
səsini muğam vasitəsilə bütün dünyaya çatdırmaq məqsədi daşıyır, hər bir azər-
baycanlıya bu fikri aşılayır ki, belə nadir sənətkarlar yetirən, belə möcüzəli
musiqinin beşiyi olan Qarabağ torpağı yağı tapdağında, işğal altında, düşmən
əlində qala bilməz.
2005ci ilin mart ayında UNESCOnun qərargahında xoşməramlı səfirlərin
illik toplantısında təqdimatı olmuş “Qarabağ xanəndələri” musiqi albomu çox
böyük diqqət cəlb etmişdir.
Heydər Əliyev Fondu muğamı qorumağı, inkişaf etdirməyi, muğamın
gözəlliyini, onun dərin fəlsəfəsini gələcək nəsillərə çatdırmağı özünün
mənəvi borcu sayır.
Heydər Əliyev Fondu Azərbaycan Respublikasının xalq artisti, böyük
sənətkar, virtuoz kamançaçalan Habil Mustafa oğlu Əliyevin 80 illik yubile-
yinə həsr olunmuş musiqi albomu hazırlamışdır.
Alboma kitab və kamança ustadının ifasında xalq, bəstəkar mahnıları, mu
ğamlardan və sənətkarın özünün bəstələdiyi musiqi parçalarından ibarət 4 ədəd
kompakt disk daxildir. Kitab Azərbaycan və ingilis dillərində nəfis tərtibatda
nəşr edilmişdir.
93
Kitabda Habil Əliyevin ulu öndər Heydər Əliyev, Prezident İlham Əliyev,
Heydər Əliyev Fondunun prezidenti, UNESCOnun və İSESCOnun xoşmə-
ramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva ilə birgə çəkdir-
diyi şəkillər yer almışdır. Kitab, həmçinin sənətkarın həyat və yaradıcılığının
müxtəlif dövrlərini əks etdirən fotoşəkillər, müxtəlif tədbirlərdə, qastrollarda
ailə və sənət dostları ilə çəkdirdiyi şəkilllərlə də zəngindir.
Kitab Ümummilli Lider Heydər Əliyevin Habil Əliyev haqqında dediyi
“...Hər adam mühəndis də, həkim də, müəllim də, tacir də ola bilər, hamı tar,
kamança çala bilər, ancaq sənin kimi çala bilməz. Ona görə də sən bu sənəti
seçməyinlə fəxr edə bilərsən. Biz də sənin kimi kamança çalan Habillə fəxr
edirik” dəyərli sözləri ilə başlayır. Bu səhifədə Ümummilli Liderimiz Heydər
Əliyev tərəfindən 1997ci il 28 may tarixli fərman ilə Habil Əliyevə təqdim
olunmuş “Şöhrət” ordeni diplomunun surəti də əks olunmuşdur.
Kitbda daha sonra Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım
Əliyevanın Habil Əliyevə ünvanladığı təbrik məktubunun surəti verilmişdir.
Sənətkarı 80 illik yubileyi və “İstiqlal” ordeni ilə mükafatlandırılmağı müna-
sibətilə təbrik edən Mehriban xanım Əliyeva sənətkarın Azərbaycan musiqisi-
nin inkişafındakı xüsusi rolunu qeyd etmiş və bundan sonra da xalqımızın xoş
gələcəyi uğrunda yaşayıbyaradacağına inandığını bildirmişdir.
Kitabın “Habil Əliyev”, “Habil Kaman” başlıqlı yazılarında sənətkarın
ömür və yaradıcılıq yolu işıqlandırılmışdır. Qeyd olunur ki, Habil Əliyev tək
cə doğma Azərbaycanın deyil, Şərqin, bütün türk dünyasının sevilən, seçilən
sənətkarıdır. Habil Əliyev dünyanın bir çox ölkələrində Türkiyədə, İranda,
Misirdə, Bolqarıstanda, Əlcəzairdə, İtaliyada, Fransada, ABŞda, İngiltərədə,
Tunisdə, Suriyada, Hindistanda, Yaponiyada və s. ölkələrdə qastrol səfərlə-
rində Azərbaycan musiqisini dünya xalqlarına sevdirmişdir. Ustad sənətkarın
ifa etdiyi “Sarı gəlin”, “Qaragilə”, “Dilbərim”, “Apardı sellər Saranı”, “Sona
bülbüllər”, “Sarıköynək”, “Yaxan düymələ”, “Tello”, “İrəvanda xal qalmadı”
kimi xalq mahnıları, “Ana”, “Ay qız” (C.Cahangirov), “Sənsən” (Ə.Tağıyev),
“Həkim qız” (S.Rüstəmov), “Cücələrim” (Q.Hüseynli) və b. onlarca bəstəkar
nəğmələri tamam başqa tərzdə, ifa əlvanlığı ilə səslənir. Habil Əliyevin ka man-
çada çaldığı “Segah”, “BayatıŞiraz”, “Cahargah”, “Dilkəş”, “Dügah” özü
nə məxsus üslubda, yeni çalarda, təzə ovqatda oldu. O, kimsəni təkrar etmədi,
ancaq özünü ifadə elədi.
Kitabda qeyd olunur ki, Habil Əliyev təkcə muğam və xalq mahnılarımı-
zın mahir ifaçısı deyil, həm də gözəl, yaddaqalan mahnıların yaradıcısıdır. O,
on beşdən artıq mahnının müəllifidir. Onun “Gülüm yatsın”, “Şəhla gözlüm”,
“Vəfa”, “İlk məhəbbət”, “Güləsən gərək” və s. mahnıları ən görkəmli müğən-
nilərimizin ifasında eşidilmişdir və eşidilməkdədir.
94
Kitabda Habil Əliyevin pedaqoji fəaliyyətinə toxunulur və qeyd olunur
ki, sənətkar pedaqoji fəaliyyətlə məşğul olmasa da, özündən sonra gələn bir
çox kamança ifaçılarının ustadıdır. Çünki Habil Əliyevin sənəti böyükdür və
danılmazdır.
Heydər Əliyev Fondu Azərbaycan musiqi mədəniyyətinin görkəmli nü
mayəndəsi Əlibaba Məmmədovun həyat və fəaliyyətinə həsr olunmuş musiqi
albomu hazırlamışdır. Alboma Azərbaycan və ingilis dillərində nəşr edilən
kitab və xanəndənin xalq mahnıları, təsniflər və muğamlardan ibarət 4 ədəd
kompakt diski daxildir. Kitab Əlibaba Məmmədovun “Şöhrət” ordeni ilə təltif
edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 4
fevral 2000ci il tarixli fərmanı ilə başlayır. İkinci səhifədə Ümummilli Lide-
rin Əlibaba Məmmədova təbrik məktubu yer almışdır. Əlibaba Məmmədovu
70 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edən ulu öndər sənətkarın
yaradıcılığına yüksək qiymət vermiş və yeni xanəndələr nəslinin yetişdirilməsi,
muğam ifaçılığı məktəbinin daha da inkişaf etdirilməsi yolunda ona uğurlar
arzulamışdır.
Kitab Əlibaba Məmmədovun Ümummilli Lider Heydər Əliyevlə, Prezident
İlham Əliyevlə, Heydər Əliyev Fondunun prezidenti, UNESCOnun və İSES-
COnun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva ilə
görüşlərini əks etdirən fotoşəkillərlə zəngindir.
Kitabda Əlibaba Məmmədovun həyat və yaradıcılığı haqqında dolğun in
formasiya verilmişdir. Burada göstərilir ki, sənətkarın repertuarında “Rast”,
“BayatıŞiraz”, “Dəşti”, “Rahab”, “Çahargah”, “Hümayun” muğamları başlıca
yer tutmuşdur. Qeyd olunur ki, Əlibaba Məmmədovun yaratdığı “Hümayun”
xalq çalğı alətləri ansamblı zəngin, çoxçalarlı, rəngarəng repertuarı ilə xalqımı-
zın estetik zövqünün formalaşmasında öz müsbət rolunu oynamışdır.
Kitabda Əlibaba Məmmədovun pedaqoji fəaliyyəti də işıqlandırılmışdır.
Əlibaba Məmmədov xalqımızın qarşısındakı xidmətlərinə görə 1963cü
ildə respublikanın əməkdar, 1989cu ildə isə xalq artisti fəxri adına layiq görül-
müş, “SSRİ mədəniyyət əlaçısı” fəxri döş nişanı ilə təltif olunmuş, 1992ci ildə
Əlağa Vahidin əsərlərinə yazdığı mahnı və təsniflərə görə “Vahid” adına müka-
fata layiq görülmüşdür. Ümummilli Liderimiz Heydər Əliyevin 4 fevral 2000ci
il tarixli fərmanı ilə Əlibaba Məmmədov 70 illik yubileyində ölkənin “Şöhrət”
ordeni ilə təltif edilmişdir. Əlibaba Məmmədov Azərbaycan Respublikası Pre-
zidentinin fərdi təqaüdçüsüdür.
Kitabda sənətkarın müxtəlif məclislərdə ifasının əks olunduğu şəkillər, tələ-
bələri, sənət yoldaşları, ailəsi ilə çəkdirdiyi şəkillər də yer almışdır.
Heydər Əliyev Fondu dünya şöhrətli musiqiçi Mstislav Rostropoviçin və
xanımı, məşhur müğənni Qalina Vişnevskayanın ailə həyatı qurmalarının 50 il
liyi – “Qızıl toy” münasibətilə musiqili albom hazırlamışdır. Nəfis şəkildə tər-
95
tib olunmuş kitab ingilis dilində olmaqla Maestro və xanımının həyat və yara-
dıcılığını əks etdirən fotoşəkillərlə zəngindir.
Kitabın ilk səhifəsində Mstislav Rostropoviçin və xanımı Qalina Vişnevs-
kayanın bir yerdə çəkdirdikləri fotoşəkil verilmiş və şəklin aşağısında bu söz-
lər yazılmışdır: “Qalina Vişnevskaya və Mstislav Rostropoviç 50 il bir yerdə
yaşamışlar. Vişnevskayanı XX əsrin ən böyük qadını, Rostropoviçi müasir
dövrümüzün böyük musiqiçisi adlandırırlar. Bu mənada onların 50 illik evlili-
yini xüsusi qeyd etmək lazımdır. Güman ki, bu keçən əsrin, bəlkə də elə yaşa-
dığımız əsrin ən böyük sirlərindən biridir. Biz bu nikahın uğurunun səbəblə-
rini araşdırmaq fikrində deyilik. Amma 50 illik bu tarixin bəzi səhifələrini
vərəqləməyə cəhd göstərəcəyik”.
Kitab Heydər Əliyev Fondunun prezidenti, UNESCOnun xoşməramlı sə
firi Mehriban xanım Əliyevanın “Qalina və Slava” adlı yazısı ilə başlayır.
Mehriban xanım Əliyeva yazıda sənətkarların həyatının müxtəlif məqamlarına
toxunur və vurğulayır ki, 50 illik evlilik həyatı boyunca musiqi bir növ onların
ayrılmaz ailə dostu idi. Uğurun ümumi bir düsturu yoxdur və ola da bilməz.
Amma şübhəsiz, bu cütlük özlərinin düsturunu müəyyən etmişlər və bu düstur
onların 50 il əvvəlki kimi parlaq olmalarına imkan verir.
Yazısının sonunda Heydər Əliyev Fondunun prezidenti, UNESCOnun xoş-
məramlı səfiri Mehriban xanım Əliyeva qeyd edir ki, bu layihədə təqdim olun-
muş musiqi parçaları və onları müşayiət edən fotoşəkillər bu tarixi cütlüyün
ecazkar dünyasına daxil olmağa imkan verir.
Kitabda Mstislav Rostropoviçin və Qalina Vişnevskayanın SSRİ vətəndaşlı-
ğından çıxarılması haqqında SSRİ Ali Soveti Rəyasət Heyyətinin qərarının əks
olunduğu sənədin surəti, Mstislav Rostropoviçin “Pravda”, “İzvestiya”, “Lite-
raturnaya qazeta”, “Sovetskaya kultura” qəzetlərinin baş redaktorlarına məktu-
bunun surəti, Qalina Vişnevskaya və Mstislav Rostropoviçin L.İ.Brejnevə mək-
tubunun surəti əks olunmuşdur. Bundan başqa kitabda sənətkarlara müxtəlif
vaxtlarda dövlət başçıları, görkəmli sənətkarlar tərəfindən ünvanlanmış təbrik
məktublarının surətləri də yer almışdır.
Kitabdakı “Uşaqlıq”, “Qalina səhnədə”, “Maestro”, “Dostlarımız”, “Slava
Bakıda” və s. yazılarda sənətkarların həyat və yaradıcılığı haqqında geniş in
formasiya verilmişdir.
Alboma Mstislav Rostropoviçin və xanımı Qalina Vişnevskayanın yaradıcılı-
ğını əhatə edən 8 ədəd CD, 3 ədəd DVD və 1 ədəd multimedia diski də daxildir.
Məqsədi Prezident Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ
etməkdən, onun Azərbaycanın sosialiqtisadi, mədəni tərəqqisinə yönəlmiş
genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, qonaqlarda əyani təsəvvür
yaratmaqdan, Azərbaycan mədəniyyətinin və ölkəmizin tarixinin geniş təb-
liği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən, dahi şəxsiyyətin müəllifi
olduğu beynəlxalq layihələrin həyata keçirilməsini dəstəkləməkdən ibarət olan
96
Heydər Əliyev Fondunun geniş fəaliyyətini əks etdirən “Heydər Əliyev Fondu”
kitabı çapdan çıxmışdır.
2005ci ildə nəşr olunmuş kitab Heydər Əliyev Fondunun prezidenti,
UNESCOnun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın giriş sözü ilə açı-
lır. Burada vurğulanır ki, ictimai təşkilat olan Fond qarşısına qoyduğu məqsəd
və vəzifələrin əhəmiyyətinə, miqyasına görə ölkəmizdə analoqu olmayan yeni
tipli bir qurumdur.
Fondun fəaliyyətə başlamasının bir illiyi münasibətilə buraxılmış kitab
bir neçə bölmədən ibarətdir. “Vətənə, xalqa həsr edilən ömür” adlanan birinci
bölmədə dünya şöhrətli siyasi xadimin həyat və fəaliyyətindən, respubli-
kamıza rəhbərlik etdiyi uzun illər ərzində gördüyü misilsiz işlərdən yığcam
şəkildə söhbət açılır.
“Heydər Əliyev Fondunun məqsədləri”, “Heydər Əliyev Fondunun fəaliy-
yəti – 20042005”, adlı bölmələrdə Heydər Əliyev Fondunun məqsədlərin-
dən, fəaliyyətə başladığı vaxtdan ötən bir ildə həyata keçirdiyi layihələr-
dən bəhs olunur.
“Xatirə kitabını vərəqlərkən...” adlanan sonuncu bölmədə Fondu ziyarət
edən qonaqların bir qisminin təəssüratları verilmişdir. Xatirə kitabı Azərbaycan
Respublikası Prezidenti Cənab İlham Əliyevin Fondun təqdimat mərasimi günü
– 2004cü il mayın 10da yazdığı sözlərlə açılır.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycan muğamına həsr olun-
muş “Muğam ensiklopediyası” işıq üzü görmüşdür. İki cilddən ibarət olan bu
ensiklopediya həm muğamla bağlı ətraflı məlumatları özündə cəmləşdirir, həm
də Azərbaycan muğamlarını müxtəlif xanəndələrin ifasında təqdim edir. Kita-
bın redaksiya heyətinin sədri və baş redaktoru Mehriban xanım Əliyevadır.
“Muğam ensiklopediyası” çap nəşrində böyük həcmdə informasiya,
1300ə yaxın məqalə – muğam sənətilə bağlı terminlərin şərhi, muğam ifaçı-
larının, bəstəkarların yaradıcılığı haqqında məlumatlar, antik dövrdən müasir
dövrə kimi dünyanın böyük alimləri və onların musiqiyə, muğama həsr olun-
muş elmi əsərlərinə dair bilgilər, Azərbaycanın və xarici ölkələrin mədəniy-
yət xadimlərinin muğam haqqında fikirləri, bir sıra təşkilatlara – musiqi təhsili
ocaqları, arxivlər, muzeylər, fondlar, musiqi kollektivləri ilə bağlı məlumat öz
əksini tapmışdır.
Ensiklopediyanın tərtibində Azərbaycan Milli Ensiklopediyasından, Əfrasi-
yab Bədəlbəylinin “İzahlımonoqrafik Musiqi lüğəti”ndən, “Üzeyir Hacıbəyli-
nin Ensiklopediyası”ndan, “Böyük Musiqi Ensiklopediyası”ndan, A.Doljans-
kinin “Musiqi lüğəti”ndən və s. ensiklopedik nəşrlərdən, elmi tədqiqatlardan,
şəxsi arxivlərdən istifadə olunmuşdur.
97
Ensiklopediyanın sonunda ədəbiyyat siyahısı (biblioqrafiya və notoqrafiya)
verilir, bu siyahıya Azərbaycan və xarici müəlliflərin tədqiqatları, şifahi ənənəli
musiqi nümunələrinin not nəşrləri daxildir.
“Muğam ensiklopediyası” layihəsi çərçivəsində “Azərbaycan xanəndə
ləri” adlı səs yazılarının kolleksiya nəşri həyata keçirilmişdir. Azərbaycanın
görkəmli muğam ustadlarının Azərbaycan Dövlət Səsyazıları Arxivinin, Azər-
baycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar
Cəmiyyətinin Fondunda, Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin,
Üzeyir Hacıbəylinin evmuzeyinin fondlarında, şəxsi arxivlərdə (B.Mansuro-
vun, F.Şuşinskinin) saxlanılan səsləri ilə bağlı unikal fonomaterialların rəqəm-
sal formatda qorunması üçün onlar müasir texniki vasitələrin köməyi ilə bərpa
olunmuş, səsdaşıyıcılarının bütün növlərində səs informasiyası yığılmışdır.
“Muğam ensiklopediyası”nın “Azərbaycan xanəndələri” səs kolleksiyası 6
albomdan: “Qarabağ xanəndələri”, “Muğam dəstgahları”, “Gənc xanəndələr”,
“Ustad xanəndələr” (kişi və qadın xanəndələr) adlı 5 CD albom və “Muğam
ensiklopediyası” elektron multimedia DVD nəşrindən ibarətdir.
“Qarabağ xanəndələri” albomu Qarabağ muğam ifaçılığı məktəbinə mən-
sub görkəmli Azərbaycan xanəndələrinin səsyazılarını əhatə edir. 4 CD disk-
dən (MP3 formatında) ibarət topluya XX əsrin əvvəllərində fəaliyyət göstərən
xanəndələrin qrammofon vallarında qorunub saxlanılan ifaları ilə yanaşı, bu
məktəbin ənənələrini davam etdirən orta və gənc nəsil xanəndələrinin ifasında
muğamlar, təsnif və xalq mahnıları daxil edilmişdir.
“Muğam dəstgahları” albomuna daxil olan 4 CD diskdə (MP3 formatında)
Azərbaycan şifahi ənənəli professional musiqi xəzinəsinin inciləri olan bütün
muğam dəstgahları, kiçik muğamlar, zərbi muğamlar, şikəstələr və onların rən-
garəng ifaçılıq variantları toplanmışdır. Görkəmli ustad xanəndələrin və müxtə-
lif xalq çalğı alətləri ansambllarının ifasında verilən bu səsyazıları muğam
sənətinin zəngin aləmini təcəssüm etdirir.
“Gənc xanəndələr” albomu 4 CD diskdən (MP3 formatında) ibarətdir. Bu
rada Heydər Əliyev Fondu tərəfindən keçirilən muğam televiziya müsabiqələ-
rinin (2005, 2007) laureatlarının ifasında Azərbaycan muğam dəstgahları, kiçik
muğamlar və zərbi muğamlar toplanmışdır. Muğam ansamblının müşayiəti ilə
gənc xanəndələrin səsyazıları ustad xanəndələrin ənənələrinin davam olundu-
ğunu, muğam sənətinin müasir dövrdə inkişafını əks etdirir.
“Ustad xanəndələr” albomu kişi və qadın xanəndələr adlı iki hissədən iba
rətdir. “Ustad xanəndələr” albomunun kişi xanəndələr adlı hissəsinə 4 CD disk
(MP3 formatında) daxildir. Azərbaycan muğam sənətinin inkişafında mühüm
əhəmiyyəti olan Qarabağ, Bakı, Şirvan və respublikanın digər bölgələrinin ifa-
çılıq məktəblərinin müxtəlif nəsillərinə mənsub kişi xanəndələrin yaradıcılığını
98
əks etdirən səsyazılarında muğam dəstgahları, kiçik muğamlar, zərbi muğam-
lar, şikəstələrlə yanaşı, təsniflər və xalq mahnıları öz əksini tapmışdır.
“Ustad xanəndələr” albomunun qadın xanəndələr adlı hissəsi də 4 CD disk
dən (MP3 formatında) ibarətdir. Burada ilk dəfə olaraq, Azərbaycan muğam
sənətinin inkişafında mühüm rol oynayan qadın xanəndələrin yaradıcılığını
əks etdirən səsyazıları toplanmışdır. Onların ifasında xüsusi məlahətlə səslənən
muğam dəstgahları, kiçik muğamlar, zərbi muğamlar, şikəstələrlə yanaşı, təsnif-
lər və xalq mahnıları zəngin muğam irsinin gözəl və rəngarəng nümunələridir.
Ümumilikdə bu albomlara daxil olan 20 CD disk (MP3 formatda) XX əsrin
əvvəllərindən başlayaraq XXI əsrin əvvəllərinə kimi bir əsrlik dövrün səsya-
zılarını özündə cəmləşdirir. Burada Azərbaycan muğam sənətinin inkişafında
böyük xidmətləri olan görkəmli xanəndələrin, respublikanın müxtəlif bölgələ-
rinə aid muğam ifaçılıq məktəblərinin nümayəndələrinin – ustadların və gənc
xanəndələrin ifasında muğam dəstgahları, kiçik muğamlar, zərbi muğamlar,
şikəstələr, təsniflər və xalq mahnıları öz əksini tapmışdır.
“Muğam ensiklopediyası” elektron multimedia DVD nəşri isə şifahi ənənəli
professional musiqiyə dair geniş bilgilər verən maraqlı mənbədir. Elektron nəş-
rin əsas xüsusiyyəti ondan ibarətdir ki, buradakı hər bir terminin izahı çoxtə-
bəqəli olub, digər səhifələrlə əlaqələnir, həmçinin, həmin sözü daha ətraflı
şəkildə izah etmək üçün foto, audio, video materiallardan, musiqişünasların
səslənən mühazirələrindən, not nümunələrindən istifadə olunur, təqdim olunan
şərhlər canlandırılır.
“Muğam ensiklopediyası” layihəsinin işıq üzü görməsi dünya musiqi xə zi
nəsini zənginləşdirəcək mədəni hadisə kimi böyük əhəmiyyətə malikdir. Bu
layihə “Bəşər mədəniyyətinin şah əsərləri”ndən biri olan Azərbaycan muğa-
mını dünyanın bütün muğamsevərlərinə çatdıraraq, muğamı öyrənmək, bu
sənətin dərin sirlərini əxz etmək istəyən hər bir kəs üçün böyük və ecazkar bir
dünya, möhtəşəm muğam dünyası haqqında təsəvvür yaradır.
2008ci il sentyabrın 17də “Gülüstan” sarayında Heydər Əliyev Fondunun
“Üzeyir dünyası” layihəsinin təqdimatı olmuşdur.
Azərbaycanın musiqi mədəniyyəti tarixində xüsusi yeri olan, müasir Azər-
baycan professional musiqi sənətinin və milli operanın banisi Üzeyir Hacıbəy-
liyə həsr olunmuş “Üzeyir dünyası” layihəsinə “Ömür salnaməsi”, “Üzeyir
Hacibəyli ensiklopediyası”, “Bədii və publisistik əsərləri” kitabları, “Leyli və
Məcnun”, “Koroğlu”, “O olmasın, bu olsun” operaları və musiqili komediyala-
rının klavir, libretto və CDləri daxildir.
“Ömür salnaməsi” kitabı Qulam Məmmədlinin Üzeyir Hacıbəylinin həyat
və yaradıcılığından bəhs edən kitabı əsasında hazırlanmışdır. Nəşrin birinci
hissəsində Üzeyir bəyin maraqlı həyatı və çoxsahəli yaradıcılığı konkret fakt-
larla işıqlandırılmışdır. Burada 60 illik dövrdə müxtəlif qəzet və jurnallardan,
99
kitablardan, arxiv materiallarından götürülmüş faktlar və sənədlərdə Üze-
yir Hacıbəylinin əsərləri, bu əsərlər barədə fikir və rəylər öz əksini tapmış-
dır. İkinci hissədə dahi bəstəkarın əsərləri və onun haqqında yazılan müxtəlif
materiallar toplanmış, indiyədək üzeyirşünaslığa dair nəşr olunmuş əsərlərin
tam biblioqrafiyası verilmişdir.
Kitaba ön sözü Heydər Əliyev Fondunun prezidenti, UNESCOnun və
İSESCOnun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əli-
yeva yazmışdır.
“Bədii və publisistik əsərləri” kitabında Üzeyir Hacıbəylinin operaları,
musiqili komediyaları, satirik hekayələri, səhnəcikləri, felyetonları və məqalələri
toplanmışdır.
Heydər Əliyev Fondu Qala ArxeolojiEtnoqrafik Muzey Kompleksi haq
qında buklet nəşr etmişdir.
Bukletdə dünyanın və Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri
Abşeron yarımadasının şimalşərqində yerləşən Qala kəndi və 2008ci ildə Hey-
dər Əliyev Fondunun prezidenti, UNESCOnun və İSESCOnun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbər-
liyi ilə Qala TarixEtnoqrafiya Qoruğunun ərazisində açıq səma altında yaradılan
Qala ArxeolojiEtnoqrafik Muzey Kompleksi haqqında məlumat ve rilir.
Qeyd olunur ki, kompleksin ərazisində Abşeron yarımadasında aşkar edil-
miş arxeoloji, memarlıq abidələri toplanılıb və bərpa olunub. Bu ərazidə e.ə.
IIIII minilliklərə aid kurqanlar, yaşayış və digər memarlıq abidələri ilk görü-
nüşündə olduğu kimi qurulub.
Muzey Kompleksi qədim və orta əsrlərdən üzü bəri sakinlərin məişəti,
təsərrüfatı, sənətkarlıqları haqqında ətraflı məlumat almağa imkan verir.
Bu layihə Azərbaycanın tarixi keçmişinin qorunub saxlanması ilə yanaşı,
ölkəmizdə turizmin inkişafına xidmət edəcəkdir.
Heydər Əliyev Fondunun dəstəyi ilə görkəmli yazıçı, ədəbiyyatşünas alim
və pedaqoq Mir Cəlal Paşayevin 100 illik yubileyinə həsr olunmuş “Mir Cəlal
100” fotoalbomu nəşr edilmişdir. Kitabın ilk səhifəsində filologiya elmləri dok-
toru, professor Nərgiz xanım Paşayevanın Mir Cəlal Paşayev dünyası, görkəmli
alimin həyat və yaradıcılığı haqqındakı düşüncələri yer almışdır. Nərgiz xanım
Paşayevanın da qeyd etdiyi kimi “Bu kitabda gedənlərlə qalanlar bir məkanda
və zamanda fotoşəkillərdə əks edilmişlər”.
Kitab görkəmli yazıçı, ədəbiyyatşünas alim və pedaqoq Mir Cəlal Paşa-
yevin həyat və yaradıcılığının müxtəlif dövrlərini əks etdirən fotoşəkillər,
müxtəlif tədbirlərdə, mərasimlərdə, ailə üzvləri və dostları ilə çəkdirdiyi
şəkilllərlə zəngindir.
Kitabın tərtibçisi Moskva Dövlət Universitetinin Bakı filialının rektoru,
filologiya elmləri doktoru, professor Nərgiz Paşayevadır.
100
Heydər Əliyev Fondu Şərq ölkələrinin bir çoxunda tanınan və məşhur olan
“Qabusnamə” kitabını rus dilində nəşr etmişdir.
Tərbiyə və etikanın vacib məsələlərini əhatə edən kitab yüzilliklər boyu
müdrik məsləhətləri ilə aktuallığını qoruyub saxlamışdır. 10821083cü illərdə
Cənubi Azərbaycan ərazisində yerləşən Gilan dövlətinin padşahı Keykavus
tərəfindən yazılmış “Qabusnamə” orta əsrlərdə hökmdarların, din xadimlərinin,
elm adamlarının, müəllimlərin masaüstü kitabı olmuşdur. Həmin dövrdə hər bir
savadlı və mədəni insanın ailəsində qorunub saxlanılan kitab gənc nəslin tər-
biyəsində mühüm rol oynamış, nəsildənnəsilə ötürülən mənəviyyat qaynağı və
əxlaq dərsliyi kimi qiymətləndirilmişdir.
Rus oxucusuna təqdim olunan “Qabusnamə” Şərq və onunla qırılmaz tel-
lərlə bağlı olan Azərbaycan mədəniyyəti, tarixi, fəlsəfəsi haqqında təsəvvür
yaratmağa imkan yaradır. Rəngli illüstrasiya və nəfis tərtibatlı kitab 1000 nüsxə
tirajla nəşr olunmuşdur.
Azərbaycan muğam sənətinin qorunmasına və inkişafına xüsusi diqqət və
qayğı göstərən Heydər Əliyev Fondu xalq artisti, professor Canəli Əkbərovun
70 illik yubileyi münasibətilə xanəndənin musiqi albomunu nəşr etdirmişdir.
Azərbaycan musiqi ifaçılığı məktəbinin görkəmli nümayəndəsi Canəli
Əkbərovun həyat və yaradıcılığına həsr olunmuş albom yüksək poliqra-
fik səviyyədə və nəfis şəkildə hazırlanmışdır. Musiqi albomu kitab və dörd
kompakt diskdən ibarətdir. Kitabda ustad xanəndənin uşaqlıq və gənclik
illərindən, zəngin və unudulmaz hadisələrlə yadda qalan yaradıcılıq yolun-
dan söhbət açılır. Eyni zamanda sənətkarın müxtəlif məclislərdə ifasının əks
olunduğu şəkillər, tələbələri, sənət yoldaşları, ailəsi ilə çəkdirdiyi şəkillər də
kitabda yer almışdır.
Nəşrdəki kompakt disklərdə cəmlənmiş musiqi nümunələri sənət hesabatı
kimi xanəndənin yaradıcılıq yolunu əks etdirir. Burada xanəndənin ifasında
“Zabulsegah”, “Mahurhindi” muğam dəsgahları, “Dügah”, “Şahnaz” muğam-
ları, “Simayişəms”, “Mənsuriyyə” zərb muğamları, “Qarabağ” şikəstəsi və xalq
mahnıları toplanmışdır.
Azərbaycan mədəniyyətinin inkişafına xüsusi diqqət və qayğı göstərən
Heydər Əliyev Fondu xalq artisti Ağaxan Abdullayevin anadan olmasının 60
illik yubileyi münasibətilə xanəndənin musiqi albomunu nəşr etmişdir.
Alboma Azərbaycan və ingilis dillərində, yüksək poliqrafik səviyyədə və
nəfis tərtibatda hazırlanmış, xanəndənin həyat və yaradıcılığını ətraflı əks etdirən
kitab və üç kompakt disk daxildir.
Kitabda xanəndənin uşaqlıq və gənclik illərindən, muğam dünyası ilə ilkin
tanışlığın ömürlük məhəbbət tarixçəsindən söhbət açılır. Böyük vurğunluqla
dinlədiyi ustad sənətkarların aşıladığı muğam sevgisi vaxtilə gənc Ağaxanın
həyatında böyük rol oynamışdır. Peşəkar sənətə yönələn yol A.Zeynallı adına
101
Musiqi Məktəbindən, ustadların unudulmaz dərslərindən keçmişdir. Azərbay-
can muğamının bənzərsiz gözəlliyi ömür boyu onu öz cazibəsində saxlamışdır.
Kitabda sənətkarın müxtəlif məclislərdə ifasının əks olunduğu şəkillər, tələ-
bələri, sənət yoldaşları, ailəsi ilə çəkdirdiyi şəkillər də yer almışdır.
Alboma daxil olan kompakt disklərdə toplanmış musiqi nümunələri sənət
hesabatı kimi xanəndənin yaradıcılıq yolunu əks etdirir. Burada xanəndənin ifa-
sında “Rast” dəstgahı, “Bayatıkürd”, “Zabul segah”, “Rahab”, “BayatıQacar”
muğamları, “Humayun” təsnifi və xalq mahnıları yer almışdır.
Heydər Əliyev Fondu dünya şöhrətli mütəfəkkir, ensiklopedik biliyə malik
görkəmli Azərbaycan alimi Məhəmməd Nəsirəddin Tusinin “ƏxlaqiNasiri”
kitabını latın qrafikası ilə yenidən nəşr etmişdir.
Böyük elmi miras qoyub getmiş alimin irsinin dərindən öyrənilməsi, əsər-
lərinin nəşri ulu öndər Heydər Əliyevin daim diqqət mərkəzində idi. Mütəfək-
kir alimin anadan olmasının 800 illik yubileyi ərəfəsində Ümummilli Lider 13
iyun 2000ci il tarixli fərmanı ilə yubileyin dövlət səviyyəsində qeyd olunması
ilə yanaşı, onun çoxşaxəli yaradıcılığının hərtərəfli tədqiqini vacib məsələlər-
dən biri kimi qeyd etmişdi.
Əsrlər boyu Orta və Yaxın Şərqdə mənəviyyat və əxlaq qaynağı hesab olu-
nan “ƏxlaqiNasiri” kitabında Məhəmməd Nəsirəddin Tusinin insan, ailə, cə
miyyət, əxlaq, din, ictimai münasibətlər barədə dolğun təsəvvürləri, etikfəlsəfi
fikirləri yer almışdır. Əsərin tərcüməsində müəllifin yazı ruhu mümkün qədər
qorunub saxlanmışdır.
Nəfis tərtibatla, rəngarəng miniatürlərlə nəşr olunmuş bu kitab oxuculara
Nəsirəddin Tusi dühasını tanıtmaqla yanaşı, həm də müasir cəmiyyət həya-
tında aktuallığını itirməyən mövzulara diqqət çəkmək baxımından müstəsna
əhəmiyyət daşıyır.
Azərbaycan mətbəxi dünyanın ən zəngin, ən qədim və dadlı mətbəxlərindən
biridir.
Bu yalnız xörəklər və onların hazırlanma texnikası ilə bağlı deyil. Milli
kim liyimizin əsasını təşkil edən tarix, fəlsəfə, qidalanma, pəhriz və ziyafət
ənənələri, fiziologiya, gigiyena, etika, estetika, poeziya və digər çoxsaylı as
pektləri ahəngdar formada ehtiva edən Azərbaycan mətbəxi ölkənin çoxəsrlik
mədəniyyətinin ayrılmaz parçasıdır.
Azərbaycan mətbəxi müasir Azərbaycan Respublikası, Cənubi Azərbaycan
(hazırda İranın şimal əyalətləri), İrəvan xanlığı, Zəngəzur və Göyçə (hazırkı
Ermənistan), Borçalı (Gürcüstan), Dərbənd (Dağıstan Muxtar Respublikası)
və bölgənin digər ərazilərində yaşamış əcdadlarımız tərəfindən minilliklər bo
yunca formalaşdırılmışdır.
102
103
104
105
106
|