HEYDƏR ƏLİYEV FONDUNUN
RUSİYA NÜMAYƏNDƏLİYİNİN FƏALİYYƏTİ
Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi 2007ci
ilin may ayından açılmışdır. Nümayəndəliyin rəhbəri Leyla Əliyevadır. Azər-
baycan Respublikasının Prezidenti İlham Əliyevin qızı, Rusiya Azərbaycanlı
Gənclər Təşkilatının (RAGT) sədri, İslam Konfransı Təşkilatının Gənclər Fo
rumunun baş əlaqələndiricisi Leyla İlham qızı Əliyeva 3 iyul 1986cı ildə ana-
dan olmuşdur.
Leyla Əliyeva İsveçrədə və Böyük Britaniyada təhsil alıb, Moskva Dövlət
Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) (rusca: Московский Госу
дарственный Институт Международных Отношений – МГИМО) magistr
dərəcəsi almışdır.
2006cı il aprel ayının 30da Rusiyanın tanınmış iş adamı Araz Ağalarovun
oğlu Emin Ağalarov ilə ailə həyatı qurub. 1 dekabr 2008ci il tarixində əkiz
oğlan uşaqları dünyaya gəlib. Uşaqlarının adı Mikayıl və Əlidir.
Heydər Əliyev Fondu təşkilatçılığı ilə 2007ci il may ayının 10da Rusiya
Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda
(Universitetində) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 84cü il
dönümünə xatirə gecəsi keçirilmişdir.
Heydər Əliyev Fondu tərəfindən MDBMİnin foyesində Ümummilli Li
derin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotosərgi təşkil
olunmuşdu.
MDBMİ (U)nun prorektoru İvan Tyulin gecənin məhz bu ali məktəbdə
keçirilməsinin rəmzi məna daşıdığını vurğulayaraq bildirdi ki, Heydər Əliyev
Moskvada işləyərkən onun inkişafına böyük diqqət yetirirdi. O xatırlatdı ki,
böyük dövlət xadimi Heydər Əliyevin xidmətlərini nəzərə alaraq, vaxtilə ona
MDBMİnin Fəxri doktoru adı verilmişdi. İ.Tyulin vurğuladı ki, Azərbaycan
Prezidenti İlham Əliyev MDBMİni bitirmişdir, hazırda isə burada Heydər Əli-
yevin nəvəsi Leyla Əliyeva təhsil alır. Prorektor dedi: “Hazırda MDBMİdə
Azərbaycandan yüzdən çox gəncin təhsil aldığını qeyd etməyə bilmərəm.
MDBMİ onlar üçün doğma evə çevrilmişdir”.
Leyla Əliyeva babasının həyat və fəaliyyətindən, onun Azərbaycanın müa-
sir tarixindəki rolundan və şəxsən onun üçün necə böyük əhəmiyyət daşıdı-
ğından söz açaraq bu böyük insanın müstəqil Azərbaycanın Prezidenti olarkən
indiki müasir, güclü və iqtisadi baxımdan inkişaf etmiş ölkə üçün baza yaratdı-
111
ğını, Heydər Əliyev Fondunun üç il ərzində ölkə əhalisinin bütün təbəqələrini
dəstəklədiyini və etimadını qazandığını qeyd etmişdir.
Leyla Əliyeva çıxışında demişdir: “Bu gün Heydər Əliyev haqqında təkcə
siyasi xadim və ictimai lider kimi danışmaq mənim üçün bir qədər çətindir,
çünki o, mənə doğma, yaxın və sevimli İnsan idi. Ürəyimi aça biləcəyim bir
İnsan. O, həmişə məni dəstəkləyir, məsləhət verir, başa salır və sakitləşdirirdi.
İşinin həddən artıq çoxluğuna, ağırlığına baxmayaraq, o, həmişə ailəsi üçün
vaxt tapırdı. O, mənim babam, dostum, dəstəyim və dayağım idi. Mən onun
yoxluğunu həmişə hiss edəcəyəm. Bəzən deyirlər ki, əvəzolunmaz adamlar
yoxdur. Ancaq mən bu fikirlə razı deyiləm, o, əvəzolunmaz insan idi”.Gecədə
Beynəlxalq Aviasiya Komitəsinin sədri Tatyana Anodina, tarixçi və tədqiqatçı,
“Taleyin dolanbacları. Heydər Əliyev” kitabının müəllifi Nikolay Zenkeviç,
Rusiya Federasiyasının UNESCOdakı komissiyasının sədri, senator Aleksandr
Dzasoxov, Rusiya Dövlət Duması Mədəniyyət Komitəsinin sədri İosif Kob-
zon Heydər Əliyev şəxsiyyətinin miqyasından və onun ölkələrimizin ən yeni
tarixindəki misilsiz rolundan danışmışlar.
2007ci il sentyabr ayının 28də Heydər Əliyev Fondunun Rusiya Federa-
siyasındakı rəsmi nümayəndəsi Leyla xanım Əliyeva Tver vilayətinin vitse
qubernatoru K.Buyeviç, Tver şəhərinin meri O.Lebedev, gənclər komitəsinin
sədri xanım O.Sukova ilə rəsmi görüşlər keçirmişdir. Adı çəkilən regionda 25
min nəfərə yaxın azərbaycanlı yaşayır.
Fondun bilavasitə yardımı ilə azərbaycanlı gənclərin Azərbaycanda gedən
proseslərdən geri qalmamaları, ən vacibi isə Azərbaycan dilini unutmamaları
üçün respublikamız və xalqımız haqqında doğma dildə kitablarla təmin olun-
maları, Tver şəhərinin meri ilə əldə edilmiş razılığa əsasən “Bazar Günü” mək-
təbinin açılması, Tverdə yaşayan azərbaycanlı gənclərin internet səhifəsinin
yaradılması qərara alınmışdır.
2007ci il oktyabr ayının 15də Heydər Əliyev Fondunun Rusiya Fede-
rasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyeva Moskvadakı
Azərbaycan və gürcü etnikmədəni təhsil komponentli 1331 №li məktəbə
səfər etmişdir.
Leyla xanım Əliyeva məktəbin müəllim və şagirdləri ilə görüşmüş, Heydər
Əliyev Fondunun ölkəmizin təhsil sisteminin inkişafı sahəsində fəaliyyəti, Fon-
dun Rusiyadakı nümayəndəliyinin xaricdəki Azərbaycan məktəblərinin dəstək-
lənməsinə yönəlmiş işləri barədə məlumat vermişdir. Leyla xanım Əliyeva ilk
dəfə gəldiyi bu məktəbi bundan sonra daim diqqət mərkəzində saxlayacağını,
qarşıya çıxan problemin həllinə lazımi kömək göstərəcəyini bildirmişdir.
Gürcü dilində təhsil qrupunun müəllimləri Heydər Əliyev Fondunun nü ma
yəndəliyinin bu məktəbə göstərdiyi diqqətdən məmnun olduqlarını bildirmiş,
azərbaycanlı uşaqların yüksək səviyyəsini vurğulamışlar.
112
Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması məqsədi ilə Leyla xanım
Əliyeva məktəbin kitabxanası və muzeyinə Heydər Əliyev Fondu haqqında
kitabın suvenir nəşrini və nəfis tərtibatlı “Qarabağ xanəndələri” musiqi albo-
munu hədiyyə etmişdir.
Həmin il oktyabrın 19da İvanovo vilayətinə səfər edən Heydər Əliyev Fon-
dunun Rusiyadakı nümayəndəliyinin rəhbəri, Rusiyadakı azərbaycanlı gənc-
lərin lideri Leyla Əliyeva burada gənclər siyasəti, gənc azərbaycanlılar klubu-
nun yaradılması məsələlərini müzakirə etmiş və Rusiyanın digər regionlarında
da cəmiyyətdə tolerantlığın formalaşmasına, xalqlarımızın mədəniyyətlərinin
yaxınlaşmasına xidmət göstərən klubların yaradıldığını nəzərə çatdırmışdır.
Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin baş-
çısı, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Azər-
baycan klubunun lideri Leyla Əliyeva 2007ci il oktyabrın 26da RFnin Tula
vilayətində L.N.Tolstoy adına Tula Pedaqoji İnstitutuna getmiş, bu ali mək-
təbdə təhsil alan gənclərlə, o cümlədən azərbaycanlı tələbələrlə görüşmüşdür.
O, burada Heydər Əliyev Fondunun fəaliyyətindən, xüsusən Fondun Rusiya-
dakı nümayəndəliyinin məqsəd və vəzifələrindən söz açaraq bildirmişdir ki,
Fondun Rusiyadakı nümayəndəliyi ölkənin bütün regionlarında azərbaycanlı
gənclərin Azərbaycan klubları yaratmasına və gənclərin həmin klublarda birləş-
məsinə kömək etmək niyyətindədir və bu məqsədlə də Tula vilayətinin quber-
natoru Vyaçeslav Dudka və şəhər administrasiyasının başçısı Albert Ukolov ilə
müzakirələr aparmışdır.
Leyla Əliyeva bu səfərin Tula vilayətində yaşayan gənc soydaşlarımızla,
Azərbaycan diasporu ilə sıx əlaqə yaratmaq, Fondun RusiyaBakı nümayəndə-
liyinin qarşısında Azərbaycanın mədəniyyətini, tarixini, elmini bu ölkədə təbliğ
etmək və bununla da Azərbaycan və rus xalqları arasında dostluğun və qarşılıqlı
anlaşmanın möhkəmlənməsinə kömək etmək məqsədi daşıdığını bildirmişdir.
Leyla Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu “Təhsilin dəstək-
lənməsi” layihəsi çərçivəsində mühüm aksiyalar həyata keçirməklə Mosk-
vada azərbaycanlı uşaqların da təhsil aldığı ümumtəhsil məktəbləri ilə Fondun
əməkdaşlığını fəallaşdırmağa nail olmuşdur. Belə ki, Heydər Əliyev Fondunun
RFdəki nümayəndəliyinin rəhbəri Leyla Əliyeva 2007ci il noyabrın 16da
Moskvadakı 544 nömrəli orta məktəbdə olaraq orada təhsil prosesi ilə tanış
olmuş, məktəbin müəllim kollektivi və şagirdləri ilə görüşmüşdür. O, Heydər
Əliyev Fondunun və onun Rusiyadakı nümayəndəliyinin fəaliyyəti, ölkəmizdə
ümumtəhsil sisteminin inkişaf etdirilməsi sahəsindəki planlar, Azərbaycanda
və xarici ölkələrdə soydaşlarımızın da təhsil aldığı orta məktəblərin hərtərəfli
dəstəklənməsinə yönəlmiş iş barədə məlumat verərək demişdir: “Fond millə-
tin təhsilinə böyük əhəmiyyət verir. Son illərdə təkcə “Yeniləşən Azərbaycana
yeni məktəb” layihəsi çərçivəsində Azərbaycanda 200dən çox müasir tipli
113
ümumtəhsil məktəbi tikilmiş və yenidən qurulmuşdur və bu proses davam edir.
Kitabxanalara əlavə ədəbiyyat verilməsi, təlimin keyfiyyətinə təsir göstərən
problemlərin həllinə kömək məsələləri də Fondun diqqət mərkəzindədir”. Ley
la Əliyeva bu fikirlərin təsdiqi kimi, Heydər Əliyev Fondunun dəstəyi sayə-
sində nəşr edilmiş Azərbaycan ədəbiyyatı nümunələrini, o cümlədən Nizami
Gəncəvinin, Mirzə Şəfi Vazehin, Səməd Vurğunun, Mir Cəlalın əsərlərinin
xeyli nüsxəsini 544 nömrəli məktəbə hədiyyə etmişdir.
Məktəbin rəhbərliyi və şagirdləri, o cümlədən burada təhsil alan 24 azər-
baycanlı şagird Heydər Əliyev Fondunun RFdəki nümayəndəliyinin bu mək-
təbə diqqətinə görə, Azərbaycan xalqının qədim və zəngin mədəniyyətini daha
yaxşı öyrənməyə və başa düşməyə kömək edəcək nəşrlərə Azərbaycan ədəbiy-
yatının gözəl nümunələrinin məktəbə hədiyyə edilməsinə görə Leyla Əliyeva-
nın fəaliyyətini yüksək qiymətləndirmişlər.
2007ci il noyabr ayının 28də Moskvadakı “Mir” kinokonsert salonunda
Rusiyanın 40 regionunu təmsil edən gənclər təşkilatlarının fəalları, diaspor
rəhbərləri, Ümumrusiya Azərbaycan Konqresinin və Federal millimədəni
muxtariyyətin 200dən çox nümayəndəsinin iştirakı ilə Heydər Əliyev Fondu-
nun Rusiya Federasiyasındakı nümayəndəliyi tərəfindən tədbir keçirilmişdir.
Tədbirdə Heydər Əliyev Fondunun Moskvadakı nümayəndəliyinin fəaliyyəti
nəticəsində Rusiyanın müxtəlif ali məktəblərində azərbaycanlı gənclər klub-
ları yaradıldığı, bununla bağlı olaraq bir sıra regionlarda yerli administrasiya
və diasporlarla görüşlər keçirildiyi, Azərbaycan mədəniyyətinin nailiyyətlərinin
nümayiş etdirildiyi, Rusiyadakı azərbaycanlı gənclərin sıx birləşməsi istiqamə-
tində təqdirəlayiq işlərin görüldüyü, Azərbaycan və Rusiya xalqları arasında
dostluğun möhkəmləndirilməsinə xidmət edən digər tədbirlərin təşkili yüksək
qiymətləndirilmişdir.
Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru Eldar Quliyev qeyd
etmişdir ki, Azərbaycan diasporunun sıx birləşdirilməsi ideyası xalqımızın
Ümummilli Lideri böyük Heydər Əliyevə məxsusdur. Bu ideyanın reallaşdı-
rılması ÜAKın yaradılması ilə nəticələnmişdir və bu gün Konqresin gördüyü
işlər Ulu Öndərimizin ideyalarının təcəssümüdür.
Rusiyanın müxtəlif regionlarını təmsil edən gənclər Fondun Rusiyadakı
nümayəndəliyinin gənclərin sıx birləşməsini və onların Rusiya cəmiyyətinə
inteqrasiya etməsini dəstəklədiyinə, müxtəlif layihələrin həyata keçirilməsinə
köməyinə, azərbaycanlı gənclərin Rusiyanın ictimaisiyasi həyatında rolu-
nun və nüfuzunun artmasına şərait yaratdığına görə nümayəndəliyə təşəkkür
etmişlər. Regionların kitabxana və məktəblərinin zəruri ədəbiyyat, dərsliklər
və müxtəlif vəsaitlərlə təmin olunmasında Fondun fəal iştirakı xüsusi olaraq
dəstəklənmişdir.
114
Leyla Əliyeva Heydər Əliyev Fondunun Rusiyada fəaliyyətinin əsas pri-
oritetləri barədə söhbət açaraq xüsusi vurğulamışdır ki, müasir dünyada anla-
şılmazlıqlar, fikir ayrılıqları və saxta stereotiplər çoxdur. Bu şəraitdə mədəni
dialoq bir sıra problemlərin həllinin universal açarıdır. Nümayəndəliyin pri-
oritet vəzifələrindən biri də Azərbaycan ilə Rusiya arasında mədəni dialoqun
inkişaf etdirilməsi və genişləndirilməsidir. Bununla əlaqədar RusiyaAzərbaycan
münasibətlərindən bəhs edən Leyla Əliyeva qeyd etmişdir ki, bu münasibət-
lər bir sıra istiqamətlər üzrə dinamik inkişaf edir və dövlətlərimizin başçı-
ları onu strateji tərəfdaşlıq münasibətləri hesab edirlər. O, bu münasibətlərin
inkişaf etdirilməsində gənc nəslin xüsusi rol oynamasını vurğulayaraq demiş-
dir ki, azərbaycanlı gənclər Rusiya cəmiyyətinə hərtərəfli inteqrasiya etməli,
onun ictimaisiyasi həyatına fəal cəlb edilməli, lakin, eyni zamanda öz milli
mədəniyyətini qoruyub saxlamalıdırlar. Azərbaycan klublarının, bazar günü
məktəblərinin və digər mədəni mərkəzlərin əhatə dairəsinin genişləndiril-
məsi vacibdir, azərbaycanlı tələbələr bu mərkəzlərdə öz dilini, mədəniyyətini
öyrənmək, eyni zamanda, Azərbaycanda baş verən prosesləri izləmək imka-
nından istifadə etməlidirlər.
Leyla Əliyeva Rusiyada Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) yara-
dılmasına böyük ümidlər bəslədiyini bildirərək demişdir: “İnanıram ki, RAGT
elə bir vahid məkan yaratmağa nail olacaq ki, orada azərbaycanlı gənclərin hər
bir nümayəndəsi özünə münasib maraqlı ideyalar tapacaq, yeni dostlar qazana-
caqdır. Biz istəyirik ki, bu təşkilat birbirini sevmək, dostluq etmək, ünsiyyət
saxlamaq, Azərbaycan ilə Rusiya arasında dostluq münasibətlərinin inkişafına
öz töhfəsini vermək istəyənlərin hamısı üçün bir növ körpü olsun”.
“Единая Россия” Partiyası Ali Şurası katibinin müavini, RF Dövlət Duma-
sında “Единая Россия” fraksiyasının sədr müavini Valeri Ryazanski demişdir
ki, azərbaycanlı gənclərin forumu Rusiya üçün və “Единая Россия” üçün çox
məsul bir məqamda – Dövlət Dumasına seçkilər ərəfəsində keçirilir. Ona görə
də bu aksiyanın ucsuzbucaqsız ölkənin bütün guşələrindən buraya toplaşmış
azərbaycanlı gənclər tərəfindən dəstəklənməsi xüsusi əhəmiyyət kəsb edir.
2007ci il oktyabr ayının 12də Moskvada Heydər Əliyev Fondunun Rusiya
Federasiyasındakı nümayəndəliyinin dəstəyi ilə “İnterfaks” informasiya agent-
liyi tərəfindən nəşr edilmiş, agentliyin xəbər lentləri materialları əsasında Azər-
baycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 19902003cü illərdəki
çıxışları və bəyanatları toplanmış “Heydər Əliyev haqqında teleqraf mətni ilə”
kitabının təqdimatı keçirilmişdir. Təqdimat mərasimində Heydər Əliyev Fon-
dunun RFdəki nümayəndəliyinin rəhbəri Leyla Əliyeva, RF TicarətSənaye
Palatasının (TSP) prezidenti Yevgeni Primakov, Azərbaycan Prezidentinin İcra
Aparatının sektor müdiri Fuad Axundov iştirak etmişlər.
115
RF TSP prezidenti Yevgeni Primakov təqdimatı keçirilən kitabın təkcə Azər-
baycan miqyasında deyil, həm də dünya miqyasında böyük insan, dahi siyasi
xadim və şəxsiyyət olan Heydər Əliyevin irsinin öyrənilməsi üçün mühüm
tarixi sənəd olduğunu bildirmiş və əminliklə vurğulamışdır ki, əgər Azərbay-
canın müstəqilliyinin ilk illərində hakimiyyət sükanı Heydər Əliyevin əlində
olsaydı, o, qan tökülməsinə və münaqişənin hərbi mərhələyə çatma sına yol
verməzdi. O demişdir: “Böyük sürətlə inkişaf etməkdə olan müasir Azərbay-
canın indi malik olduğu dəyərlər Heydər Əliyevin gərgin zəhmətinin bəhrəsi-
dir. Müasir Azərbaycanın həyatın bütün sahələrində qazandığı böyük uğurlar
onunla bağlıdır ki, ölkənin indiki Prezidenti İlham Əliyev Heydər Əliyevin
xəttini inamla davam etdirir. Respublikada görülən işlər buna sübutdur. Bütün
bunlar onu göstərir ki, İlham Əliyevin siyasəti Azərbaycanı daha böyük
tərəqqiyə doğru aparır”.
Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əli-
yeva qeyd etmişdir ki, “Heydər Əliyev haqqında teleqraf mətni ilə” kitabının
xüsusi dəyəri və maraqlı olması onunla bağlıdır ki, bu kitabda məşhur siyasət-
çinin və görkəmli insanın ən dramatik dövrlərindən biri – 1990cı il yanvarın
20də Bakıda törədilmiş qanlı hadisələrlə əlaqədar dövrü təsvir edilir. O vaxt
Heydər Əliyev öz xalqı ilə həmrəy olaraq, “İnterfaks” agentliyinə gəlmiş və
tarixi bəyanatla çıxış etmişdir. Agentliyə təzyiq göstərilməsinə baxmayaraq,
həmin bəyanat yayılmışdır. O dövr üçün bu, cəsarətli addım idi, xüsusən ona
görə ki, sovet rəhbərliyi bu agentliyi bağlamağa və söz azadlığını boğmağa
çalışırdı. Jurnalistlər riskə gedərək, bəyanatın tam mətnini dərc etmişlər. Hey-
dər Əliyev “İnterfaks” jurnalistlərinin cəsarətini və prinsipiallığını çox yüksək
qiymətləndirmişdi”. Bununla yanaşı, Leyla Əliyeva Heydər Əliyev haqqında
kitab yazmaq niyyətində olduğunu da bildirmişdir.
2007ci il dekabr ayının 20də Moskvada, “RittsKarlton” mehmanxanası
nın dəbdəbəli salonunda Azərbaycandan və onun paytaxtından, ölkəmizin
zəngin və qədim mədəniyyətindən, ənənələrindən və müasir nailiyyətlərindən
söhbət açan “Bakı” jurnalının birinci nömrəsinin təntənəli təqdimatı olmuşdur.
Moskva elitasının toplaşdığı mərasimdə Azərbaycanın birinci xanımı, Heydər
Əliyev Fondunun prezidenti, UNESCO və İSESCOnun xoşməramlı səfiri, Milli
Məclisin deputatı Mehriban Əliyeva iştirak etmişdir.
Yeni nəşrin konsepsiyasını jurnalın baş redaktoru və naşiri, Heydər Əliyev
Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin başçısı Leyla Əliyeva
bu hadisənin əhəmiyyətini belə qiymətləndirmişdir: “Biz heyranlıq doğuran
faktların, şəxsi səciyyəli müsahibələrin və qeyriadi tarixçələrin təqdim olun-
duğu yeni və orijinal mənbə yaradırıq. Bütün bunları qısa “Baku” kəlməsi bir-
ləşdirəcəkdir. “Baku” jurnalının təqdimatı mənim üçün çox fərəhli, eyni za
manda həyəcan doğuran hadisədir. Çünki biz bu jurnal vasitəsilə şəhərimizin
116
bütün gözəlliyini və qədimliyini göstərməyə çalışmışıq. Bu gün Bakı iqtisadi
inkişaf, müasirliklə qovuşmuş milli ənənələr, zəngin mədəni dəyərlər demək-
dir. Bakı həmişə tolerantlığı, qonaqpərvərliyi ilə seçilmişdir. O ən müxtəlif
millətlərin nümayəndələri üçün doğma şəhərdir. Bu gün biz bu jurnalın təq-
dimatı ilə Azərbaycanın qədim mədəniyyətinin bir zərrəsini Rusiya paytax-
tına gətirməyə çalışmışıq və sizin üçün milli musiqidən ibarət maraqlı konsert
hazırlamışıq. “Ümidvaram ki, “Baku” jurnalı Azərbaycanla Rusiya arasında
mədəni dialoqu daha da inkişaf etdirəcək, həm ölkəmizdə, həm də Rusiyada
maraqlı informasiya mənbəyi olacaqdır”.
“Baku” jurnalının nəşrinin əhəmiyyəti haqqında Azərbaycanın birinci xa
nımı Mehriban Əliyeva demişdir: “Mən bu gün ikiqat sevinc içindəyəm, çünki
mənə doğma olan insanların bu əlamətdar hadisəyə birbaşa aidiyyatı vardır.
Layihənin məharətlə həyata keçirilməsi münasibətilə Leyla Əliyevanı və onun
komandasını ürəkdən təbrik edirəm. Nəşriyyat işində ikinci dərəcəli məsələlər
olmur, jurnalistlərin işindən tutmuş material və fotoşəkil seçiminə, tərtibata-
dək bütün işlər vacibdir. Bir sözlə, bu prosesdə hər şey çox mühüm rol oyna-
yır. Zənnimcə, bu gənc komanda çox qısa müddətdə böyük zövqlə gözəl və
maraqlı jurnal yarada bilmişdir. Yəqin, Leylanın dediyi kimi, onlar bu işə qəl-
bən yanaşmışlar və təbii ki, nəticədə çox gözəl və ciddi bir jurnal ərsəyə gəl-
mişdir. Oxucu auditoriyası formalaşdıraraq, uzun illər öz oxucusunu axtaran
bir çox nəşrlər var, lakin “Baku” jurnalının vəziyyəti tamamilə başqadır: böyük
auditoriya uzun illər öz nəşrini gözləmiş və nəhayət, istədiyinə çatmışdır. Mən
inanıram ki, bu jurnal təkcə Bakı ilə Moskva arasında deyil, həm də Rusiyanın
müxtəlif regionları arasında özünəməxsus körpü yaradacaqdır. Ümidvaram ki,
“Baku” təkcə Rusiyada yaşayan azərbaycanlıların deyil, həm də Azərbaycanı
sevən, ölkəmizlə, onun mədəniyyəti və tarixi ilə maraqlananlar, bir sözlə, bütün
dostlarımız üçün sevimli nəşrlərdən birinə çevriləcəkdir”.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva “Baku” adlı yeni jurnalın
birinci nömrəsinin nəşri ilə bağlı Rusiya və Azərbaycanın mətbuat nümayən-
dələrinin suallarına cavab verərək demişdir: “Azərbaycanla Rusiya arasında,
iki dövlətin başçıları arasında münasibətlər strateji tərəfdaşlıq kimi qiymətlən-
dirilir. Bu o deməkdir ki, biz fəaliyyətimizin, əslində, bütün sahələrində əmək-
daşlıq edirik. Bu, həm siyasi, həm iqtisadi, həm də mədəni əməkdaşlıqdır. Bil-
diyiniz kimi, 2005ci il Rusiyada Azərbaycan İli, 2006cı il isə Azərbaycanda
Rusiya İli elan edilmişdi. Bu mədəni mübadilə çərçivəsində həm Moskvada,
həm də Bakıda çoxlu tədbirlər, konsertlər, sərgilər təşkil olundu. Ölkələrimizi
uzun illər ərzində mehriban qonşuluq münasibətləri bağlayır və mən çox şadam
ki, bu gün həmin ənənələr davam etdirilir.
Jurnal mədəni dialoqun inkişafında çox böyük rol oynayacaqdır. Bildiyiniz
kimi, hazırda Azərbaycan olduqca dinamik inkişaf edən ölkədir, regionda lider-
117
dir və iqtisadi artım sürətinə görə dünyada aparıcı yer tutur. Bütün bu prosesləri
əyani şəkildə görmək üçün Bakıya gəlmək lazımdır. Bakıda böyük tikinti işləri
gedir, körpülər salınır, məktəblər inşa olunur, tarixi abidələr, teatrlar, muzey-
lər bərpa edilir. Zənnimcə, bütün bunlar jurnalın səhifələrində əksini tapacaq-
dır. Ümidvaram ki, bütün bunlar təkcə xaricdə yaşayan həmvətənlərimiz üçün
maraq doğurmayacaq, həm də rusiyalı oxucunun da diqqətini cəlb edəcəkdir.
Nəşrin konsepsiyası təkcə Bakı və Moskvadakı hadisələri işıqlandırmağı deyil,
həm də bütövlükdə Rusiyanın və Azərbaycanın mədəni həyatında baş vermiş
hadisələri əhatə etməyi nəzərdə tutur. Azərbaycan oxucusu ölkəmizin hüdud-
larından kənarda baş verən hadisələri maraqla izləyəcəkdir. Bir sözlə, “Baku”
jurnalının gələcəyi böyükdür”.
Mehriban xanım Əliyeva Azərbaycanın turizm perspektivlərini şərh edərək
bildirmişdir ki, nadir təbiəti olan ölkəmizdə dünyadakı 11 iqlim qurşağından
9u var. Birinci xanım vurğulamışdır: “Bakı dünyanın dəniz sahilində yerlə
şən az sayda paytaxt şəhərlərdən biridir. Əlbəttə, bütün bunlar turizmin inki-
şafı üçün böyük imkanlar açır. Hazırda Azərbaycanda turizm sahəsi fəal inki-
şaf edir, mehmanxanalar tikilir, turizm bazaları açılır və zənnimcə, bu sahənin
böyük gələcəyi vardır. İnanıram ki, Azərbaycanda güclü turizm sənayesi yara-
dılacaq və bu mövzu da “Baku” jurnalında öz əksini tapacaqdır”.
Azərbaycan Prezidenti İlham Əliyev “Baku” jurnalının redaksiyasına ün
vanlanmış təbrik məktubunda “Baku” adlı yeni jurnalın birinci nömrəsinin nəş-
rini belə dəyərləndirmişdir: “Baku” adlı yeni jurnalın birinci nömrəsinin nəşri
münasibətilə redaksiyanın bütün əməkdaşlarını təbrik edirəm. Jurnal paytaxtı-
mızın şərəfinə adlandırılmışdır. Bu, məsuliyyət deməkdir, axı, Bakı nadir şəhər-
dir, onun müasir siması, qədim küçələrinin gözəlliyi, Bakı buxtasının misilsiz
mənzərəsi Bakıda, heç olmazsa, bircə dəfə olan insanların yaddaşından uzun
müddət silinmir. Bu, Bakının son dərəcə gözəlliyinin abhavası jurnalda çox
yaxşı əksini tapmışdır. Onun səhifələrində tariximizdən faktlar, bizim günlərin
daha parlaq hadisələri ahəngdarlıqla uzlaşır. Zənnimcə, Azərbaycan sakinləri
və diasporumuzun nümayəndələri, turistlər gözəl hədiyyə almışlar. Ümidvaram
ki, istər Azərbaycanda, istərsə də onun hüdudlarından kənarda jurnalın oxucu
dairəsi daim genişlənəcəkdir.
Bu gün Azərbaycan dinamik inkişaf edir, müxtəlif sahələrdəki nailiyyətləri-
miz bir çox yazılarda və nəşrlərdə öz əksini tapır. Lakin indiyədək Azərbaycan
haqqında rus dilində obyektiv informasiya verən illüstrasiyalı jurnalımız yox
idi. Jurnal, şübhəsiz, bu informasiya boşluğunu aradan qaldıracaqdır. Bununla
yanaşı, onun səhifələrində Rusiyada yaşayan azərbaycanlılarla tanış olmaq,
onların nailiyyətləri və problemləri barədə daha çox məlumat almaq imkanı
verilir. Əminəm ki, “Baku” jurnalı tezliklə başqa dillərdə də çıxmağa başlaya-
caq, müxtəlif ölkələrdə yaşayan həmvətənlərimizi öz ətrafında birləşdirəcəkdir.
Bu nəşrin ərsəyə gəlməsinə kömək edənlərin hamısına xoşbəxtlik, cansağlığı
və firavanlıq arzulayıram.
118
Xatırladaq ki, “Baku” jurnalının ərsəyə gəlməsinə “Krokus İntənəşnl” şir
kətinin kommersiya direktoru Emin Ağalarov da əhəmiyyətli töhfə vermişdir.
Artıq 2008ci ildən başlayaraq Leyla Əliyevanın rəhbərliyi ilə Heydər Əli-
yev Fondunun Rusiyadakı nümayəndəliyinin fəaliyyəti genişmiqyas alaraq
daha uğurlu layihələr həyata keçirməyə başladı. Təqdirəlayiq məsələ isə, bu
layihələrdə Rusiya tərəfinin marağının artması idi. SanktPeterburqun quber-
natoru Valentina Matviyenko 2008ci il fevralın 2də Fondun Rusiyadakı nü
mayəndəliyinin rəhbəri Leyla Əliyeva ilə görüşdə demişdir: “Biz humanitar
əməkdaşlığa xüsusi əhəmiyyət verilən birgə fəaliyyətdə – təhsil, mədəniyyət,
tarixin öyrənilməsi və başqa layihələrdə ən fəal şəkildə iştirak etməyə hazırıq.
Biz təklif etmək istərdik ki, SanktPeterburq Fondun gələcək fəaliyyəti üçün
dayaq meydançası olsun, çünki bundan ötrü çox böyük potensial var”. Hey-
dər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva
isə bu xüsusda demişdir: “Heydər Əliyev Fondunun fəaliyyəti genişlənir və
bütün dünyanı əhatə etməyə başlayır, lakin Rusiya ilə əlaqələr xüsusi əhəmiy-
yət kəsb edir. Biz Fondun fəaliyyətinin təkcə Azərbaycanla məhdudlaşa bil-
məyəcəyini və onun öz əhatə dairəsini genişləndirməli olduğunu başa düşəndə,
təbii ki, əməkdaşlıq üçün ilk məkanlardan biri Rusiya oldu”. O, ətraflı məlu-
mat verərək vurğulamışdır ki, Fondun təşəbbüsü ilə son üç ildə Azərbay-
canda 300ə yaxın məktəb tikilmiş və təmir edilmişdir, bu proses davam
edir. Artıq Fransada, Rumıniyada, Böyük Britaniyada və Türkiyədə Fondun
filialları açılmışdır və onun fəaliyyət coğrafiyası genişlənməkdə davam edir.
Fond səhiyyə sahəsində, xüsusən talassemiya və diabet kimi ağır xəstəliklərə
qarşı mübarizə üzrə bir sıra mühüm layihələr həyata keçirir. Fondun təşəb-
büsü ilə Talassemiya Mərkəzi tikilir, xəstə uşaqlara kömək üçün bir sıra başqa
layihələr həyata keçirilir. Fevralın 10da Fond Moskvada əlil uşaqlar üçün
xeyriyyə konserti təşkil edəcəkdir.
Muğam mərkəzi tikilir, istedadlı gənclər, rəssamlar, artistlər dəstəklənir.
Ümumiyyətlə, Fondun mövcud olduğu dörd ilə yaxın müddətdə çox işlər gö
rülmüşdür və biz öz fəaliyyətimizin bütün məsuliyyətini hiss edirik”.
Heydər Əliyev Fondu ilə Rusiya Milli Kitabxanası arasında əməkdaşlıq
haqqında sazişin imzalanması SanktPeterburqun və Azərbaycanın mədəni hə
yatında çox mühüm hadisə olmuşdur. Bu sənədi Leyla Əliyeva və kitabxana-
nın baş direktoru Vladimir Zaytsev imzalamışlar. Leyla Əliyeva Fondun adın-
dan kitabxanaya Heydər Əliyev Fondunun dəstəyi ilə çap olunmuş Azərbaycan
kitablarını hədiyyə etmişdir. O bildirmişdir ki, Fond kitab nəşrinə çox böyük
əhəmiyyət verir, xüsusən internetin və elektron KİVin inkişaf etdiyi, adamların
çoxunun bədii ədəbiyyat oxumağı tərgitdiyi indiki vaxtda bunu vacib hesab edir.
Leyla Əliyeva KİV nümayəndələri ilə söhbətində imzalanmış sənədin əhə-
miyyətindən danışarkən Fond və onun Rusiyada cəmi bir il bundan əvvəl açıl-
119
mış nümayəndəliyi Azərbaycan ilə Rusiya arasında mədəni dialoqu inkişaf
etdiyini bildirmişdir. Leyla Əliyeva demişdir: “Mədəni dialoq xüsusən gənclər
üçün ən vacib məsələdir. Güman edirəm ki, bu kitabxana vasitəsilə biz mədəni
dialoqun genişlənməsinə nail ola biləcəyik. Bu, çox zəngin kitabxanadır. Xoşa-
gələn haldır ki, burada Azərbaycan dilində bu qədər kitab var və onları qay-
ğıkeşliklə qoruyub saxlayırlar. Ümidvaram ki, gələcəkdə kitabxana ilə müna-
sibətlərimiz daha da inkişaf edəcək, biz kitab mübadiləsi edəcək, buraya yeni
nəşrlər göndərəcəyik. Cəmi bir ay bundan əvvəl “Baku” jurnalının ilk nömrəsi
çapdan çıxmışdır. Bu nəşri Moskva və SanktPeterburq oxucuları da görəcək-
lər. Jurnal onların ölkəmiz haqqında daha çox məlumat əldə etməsinə imkan
verəcəkdir. Ölkələrimiz arasında həmişə çox yaxşı mədəni münasibətlər olmuş-
dur. Azərbaycanda rus mədəniyyətinə, rus ədəbiyyatına həmişə yaxşı bələd
olmuş, onları sevmişlər. Azərbaycan məktəblərində rus dilinin tədrisi indi də
tam həcmdə davam edir”.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev 1994cü ildə
M.F.Axundov adına Milli Kitabxanaya öz şəxsi kitabxanasından 400dən çox
nəşr hədiyyə etmiş, bununla da kitaba qayğı ilə yanaşmaq nümunəsi göstərmiş-
dir. Bu gün də bu ənənəni Heydər Əliyevin nəvəsi, onun adını daşıyan Fondun
nümayəndəliyinin rəhbəri davam etdirir.
Leyla Əliyeva və V.Zaytsev Rusiya Milli Kitabxanasında təşkil edilmiş
Azərbaycan ədəbiyyatı sərgisini açmışlar. Heydər Əliyev Fondunun RFdəki
nümayəndəliyinin rəhbəri Azərbaycan kitablarının nadir nüsxələrinin nümayiş
etdirildiyi sərgi ilə tanış olmuşdur.
Leyla Əliyeva SanktPeterburq ictimaiyyətinin nümayəndələri qarşısında
çıxış edərək, demişdir: “SanktPeterburq qəribə şəhərdir, o, insanı daim hey-
rətləndirir, biz də öz tərəfimizdən qədim Azərbaycan mədəniyyətinin bir zərrə-
sini sizlərə bəxş etmək, adət və ənənələrimiz barəsində söhbət açmaq və bizim
istedadları sizlərə təqdim etmək üçün əlimizdən gələni etməyə çalışmışıq.
Azərbaycan çox qədim tarixə və çox zəngin mədəniyyətə malik olan bir ölkə-
dir, böyük şairlərin, bəstəkarların və yazıçıların vətənidir. Harada olmasından
asılı olmayaraq, hər bir azərbaycanlı üçün Qarabağ bülbülləri oxuyur, Abşeron
günəşi onun üçün parlayır, Xəzərin dalğaları onun üçün səslənir. Azərbaycan-
lılar çox qonaqpərvər xalqdır, bu gün də çoxsaylı millətlərin və dini məzhəb-
lərin nümayəndələri ölkəmizdə sülh və dostluq şəraitində yaşayırlar. Bizə çox
xoşdur ki, RusiyaAzərbaycan münasibətləri günbəgün möhkəmlənir və bir sıra
sahələrdə bu münasibətlər yüksək səviyyəyə çatmışdır. Azərbaycan məktəblə-
rində rus dilinin tədrisi tam həcmdə davam edən az sayda dövlətlərdən biridir,
Bakıda Slavyan Universiteti, Rus Dram Teatrı fəaliyyət göstərir. Bu gün bizim
qarşımızda, Rusiyada yaşayan gənclər qarşısında bir məsələ durur: bu münasi-
bətləri daha da möhkəmlətmək və vətənimizi ləyaqətlə təmsil etmək”.
120
2008ci il fevralın 3də Leyla Əliyevanın SanktPeterburqa səfəri çərçi
vəsində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin Sankt
Peterburqda ucaldılmış abidəsini ziyarət edərək demişdir ki, Nizami dünyaya
“Leyli və Məcnun”, “Xosrov və Şirin”, “İsgəndərnamə” kimi və başqa misilsiz
əsərlər bəxş etmiş dahi şair və mütəfəkkirdir. Nizami həmişə Azərbaycan xalqı-
nın fəxri olaraq qalacaqdır. Bu böyük insana dünyanın ən gözəl şəhərlərindən
birində abidə qoyulması Azərbaycanla Rusiya arasında olan böyük dostluğu və
qarşılıqlı hörməti bir daha sübut edir.
Böyük Nizamiyə SanktPeterburqda abidə qoyulması və öz mədəniyyətinə
qayğıkeş münasibət Azərbaycan diasporuna başucalıq gətirməsi və mədəniy-
yətlərin qarşılıqlı zənginləşməsi prosesinə çox güclü təsir göstərməsi xüsusi
olaraq vurğulanmışdır.
Leyla Əliyeva başda olmaqla Azərbaycan nümayəndə heyətinin üzvləri
Qoroxovaya küçəsindəki, 6 nömrəli binada Ümummilli Lider Heydər Əliye-
vin xatirə lövhəsini də ziyarət etmişlər. Xatırladaq ki, 1940cı illərin axırları –
1950ci illərin əvvəllərində Heydər Əliyev həmin binada yerləşən SSRİ Dövlət
Təhlükəsizliyi Nazirliyinin rəhbər heyət məktəbində təhsil almışdır.
Rusiyada Azərbaycan gəncləri hərəkatının lideri Leyla Əliyeva gəncləri
RFnin ictimaisiyasi həyatında daha fəal iştirak etməyə, Rusiya cəmiyyətinə
daha sıx inteqrasiyaya və bununla bərabər, Azərbaycanın milli mədəniyyətinə
qayğıkeşliklə yanaşmağa, onu qoruyub saxlamağa və yaymağa çağırmışdır. O
bildirmişdir ki, indi Fondun əsas vəzifələrindən biri regionlarda Azərbaycan
dilində bazar günü məktəblərinin açılmasıdır. Fond bu cür məktəblərin açılma-
sını təşviq edir və onların tədris ədəbiyyatı, kompüterlərlə təchiz olunmasına
kömək edir. Fond indiyə qədər İvanovo, Tula, Tver və Surqut şəhərlərindəki
bazar günü məktəblərinə kömək etmişdir. Bununla yanaşı, müxtəlif xeyriyyə
tədbirləri, o cümlədən əlil uşaqlar üçün “Biz həyatı sevirik” adlı konsert, bir
neçə kitabın təqdimat mərasimləri hazırlanır. Bu günlərdə təşkilatın internet
saytı açılacaqdır, gənclər bu saytda Azərbaycanın gerçəklikləri barədə məlumat
ala biləcəklər. Ayda bir dəfə çıxacaq “Baku” jurnalı da xalqımızın mədəniyyəti,
incəsənəti və ənənələri barədə ictimaiyyəti məlumatlandırmaq məqsədi daşıyır.
Belə bir jurnal yox idi, onu hamı gözləyirdi, indi isə onu Rusiyada da almaq
mümkün olacaqdır.
Gənclərin nümayəndələri Heydər Əliyev Fonduna gənclər siyasətini dəstək-
ləyərək bildirmişlər ki, Leyla Əliyevanın başçılıq etdiyi təşkilat yaradılandan
sonra gənclər onu özlərinə arxa hesab edir və birləşmə hərəkatı fəallaşmışdır.
4 fevral 2008ci ildə Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı
nümayəndəliyinin rəhbəri Leyla Əliyeva SanktPeterburqa səfəri çərçivə-
sində Primorski inzibati rayonundakı uşaq evməktəbində olmuşdur. Leyla
Əliyeva məktəbin şagirdləri qarşısında çıxışında demişdir ki, təhsilə və mək-
121
təblərə kömək Fondun fəaliyyətinin üstün istiqamətlərindən biridir. O xüsusi
vurğulamışdır ki, Azərbaycan uşaqları da biliklərə yiyələnməyə, təhsilə can
atırlar. O, gənclərə hansı ixtisası seçmələrini məsləhət görməyi barədə suala
cavabında media sahəsinin adını çəkərək demişdir ki, bu, çox perspektivli və
maraqlı işdir.
Məktəb rəhbərliyi Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi-
nin rəhbərinə rusiyalı uşaqlara diqqətinə görə təşəkkür edərək demişdir ki, bu
səfər gələcək dostluğun və əməkdaşlığın təməli olacaqdır. Uşaq diplomatiyası
ən güclü diplomatiyadır və biz ümid edirik ki, Azərbaycanla daha yaxından
tanış olacağıq.
2008ci il fevral ayının 4də Heydər Əliyev Fondunun Rusiya Federasiya-
sındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın baş redaktorluğu ilə yeni,
nəfis tərtibatlı “Baku” jurnalının Rusiyanın şimal paytaxtında keçirilmiş təqdi-
mat mərasimi mühüm hadisə olmuşdur.
Həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda geniş oxucu audi-
toriyası üçün nəzərdə tutulmuş bu jurnalın təqdimatının şəhərin mərkəzində
yerləşən, Şərq üslubunda tərtib olunmuş gözəl “Baku” restoranında keçirilməsi
rəmzi məna daşıyır. Mərasimdə SanktPeterburqda akkreditə edilmiş diplo-
matik missiyaların rəhbərləri, tanınmış mədəniyyət xadimləri və ictimaiyyə-
tin nümayəndələri, şəhərin biznes elitasının, eləcə də Azərbaycan diasporunun
təmsilçiləri iştirak etmişlər.
“Baku” jurnalının naşiri və baş redaktoru Leyla Əliyeva bu nəşrin konsep-
siyası və məqsədləri barədə məlumat verərək demişdir: “Baku” jurnalı geniş
auditoriya üçün nəzərdə tutulmuşdur. Biz bu jurnal vasitəsilə şəhərimizin bütün
gözəlliklərini və hərarətini oxuculara çatdırmağa çalışmışıq. Bakı deyəndə göz-
lərimiz önündə mülayim iqlimli, günəşli bir şəhər, onun zəngin mədəniyyəti və
qədim tarixi canlanır. Güman edirəm ki, bu jurnal Azərbaycanla Rusiya ara-
sında dostluğun möhkəmlənməsinə, mədəni dialoqun inkişafına kömək edəcək-
dir. Ümidvaram ki, xalqların qarşılıqlı sevgisindən, tarixindən və dostluğundan
bəhs edən bu jurnalı hamı məmnuniyyətlə oxuyacaqdır”. O, xüsusi vurğuladı
ki, bu jurnal siyasi nəşr deyil, burada əsasən mədəniyyət, tarix, müxtəlif ma
raqlı şəxsiyyətlər haqqında söhbət açılır və başlıca vəzifə ondan ibarətdir ki,
bu nəşr Azərbaycanı sevən, ölkəmiz haqqında daha çox məlumat əldə etmək
istəyən hər kəs üçün maraqlı olsun. “Baku” jurnalının təkcə Azərbaycan üçün
nəzərdə tutulmadığını bildirən Leyla Əliyeva dedi ki, Azərbaycan tolerant döv-
lətdir, bu ölkədə çoxsaylı millətlərin nümayəndələri yaşayır. Bu jurnal həm də
onlar üçün, eləcə də bütün başqa millətlər və xalqlar üçündür. Jurnalın növbəti
nömrəsi martın 15də çapdan çıxacaq və güman edirəm ki, arzu edənlərin hər
biri onu əldə edə biləcəkdir. Mən çox istərdim ki, “Baku” jurnalı bütün Rusi-
yada, gələcəkdə isə bütün MDB məkanında populyar olsun”.
122
Dünya şöhrətli böyük rus müğənnisi, SSRİ xalq artisti, Lenin mükafatı və
SSRİ Dövlət mükafatı laureatı Yelena Obraztsova “Baku” jurnalının nəşrini
çox mühüm hadisə adlandıraraq, onun səhifələrində SanktPeterburq barəsində
də materiallar dərc edilməsi arzusunu bildirdi ki, bakılılar bu şəhərin mədəniy-
yəti barədə daha çox məlumat əldə etsinlər. SanktPeterburq administrasiyası-
nın mədəniyyət komitəsinin sədri Nikolay Burov öz çıxışında dedi ki, jurnal
gözəl tərtib olunmaqla bərabər, məzmunca da zəngindir. İctimaisiyasi, ədəbi
bədii nəşr üçün çox düzgün istiqamət seçilmişdir. Orada hər şey var – bir qədər
reklam, çoxlu tarixi məlumat, tanınmış mədəniyyət xadimlərinin gözəl fotoşə-
killəri... Jurnalın rus dilində nəşr edilməsi isə çox mühümdür.
Tarixi abidələrin qorunması üzrə komitənin sədr müavini Olqa Taratı-
nova, Ukraynanın baş konsulu Nikolay Rudko, tatar diasporunun nümayən-
dəsi Əlfiyyə Raxmatulina, “Yevropa” hotelinin baş direktoru Tomas Noll və
başqaları öz çıxışlarında demişdirlər ki, “Baku” jurnalının təqdimatı Sankt
Peterbur qun mədəni həyatında mühüm hadisə kimi mədəni dialoqun inki-
şafı üçün çox böyük əhəmiyyət kəsb edr. “Baku” jurnalı iki şəhər arasında
əlaqələndirici körpü rolu oynayacaq, onun sayəsində iki dost xalq birbirinə
daha da yaxınlaşacaqdır. Arzu edirik ki, bu jurnal vasitəsilə rusiyalılar Azər-
baycanı tanısın, azərbaycanlılar isə öz ölkələri ilə SanktPeterburq arasında
sıx dostluq əlaqələri barədə, bu şəhərin həyatı və mədəniyyəti barədə daha
çox informasiya əldə etsinlər.
Qonaqlara “Baku” jurnalının nüsxələri təqdim edildi, eləcə də jurnala abunə
yazılmaq üçün vizit vərəqələri arasında “uduş tirajı” keçirilmiş və “Mebel İspa-
nii” şirkətinin baş direktoru Yevgeni Simonov jurnala pulsuz abunə yazılmaq
hüququ qazanmışdır.
11 fevral 2008ci il tarixdə Heydər Əliyev Fondunun Rusiya Federasiyasın-
dakı nümayəndəliyi Rusiya Azərbaycan Gəncləri Təşkilatının (RAGT) və “Zəif
eşidənlər dünyası” adlı Rusiya ictimai gənclər təşkilatının iştirakı ilə Moskvada
əlil uşaqlar üçün geniş xeyriyyə tədbiri keçirmişdir. Tədbirə fiziki qüsurları
olan 300dən çox uşaq və onların ailə üzvləri dəvət edilmişdi.
“Biz həyatı sevirik” devizi altında keçirilmiş xeyriyyə aksiyasında Rusiya
ictimaiyyətinin nümayəndələri, parlament üzvləri, mədəniyyət və incəsənət
xadimləri, Rusiyadakı Azərbaycan diasporunun və müxtəlif milli diasporların
nümayəndələri iştirak etmişdirlər.
Aksiyanın təşəbbüsçüsü və təşkilatçısı, Heydər Əliyev Fondunun RFdəki
nümayəndəliyinin rəhbəri Leyla Əliyeva Heydər Əliyev Fondunun Azərbay-
canda sosial sahədə, təhsil və səhiyyə sahələrində geniş iş apardığını, mədəniy-
yətin inkişafı və mədəni irsin qorunub saxlanması məsələlərinə, müasir məktəb-
lərin tikintisinə, tarixi abidələrin bərpasına, kitab nəşrinə və başqa humanitar
məsələlərə böyük diqqət yetirdiyini bildirmişdir.
123
Fondun Rusiyadakı nümayəndəliyinin bayram abhavası yaratmaq üçün
lazım olan hər şeyi etməyə çalışdığını bildirən Leyla Əliyeva demişdir: “Mən
bu salonda çoxlu gözəl, şən və ilhamlı uşaqlar görürəm. Arzu edirəm ki, onlar
həmişə belə həyatsevər və mərd olsunlar. Biz də öz tərəfimizdən mümkün olan
hər şeyi edəcəyik ki, Rusiya torpağında sizin arzularınız reallığa çevrilsin”.
RF Dövlət Dumasının Ailə, Qadın və Uşaq məsələləri komitəsi sədri-
nin müavini Natalya Karpoviç xeyriyyə aksiyasının təşkilatçılarına təşəkkü-
rünü bildirərək demişdir: “Heydər Əliyev Fondu çox böyük və bizim hamımız
üçün yaxşı işlər görür. Belə tədbirlər həm fiziki qüsurları olan insanları, həm
də dolğun həyat sürənləri birləşdirir. Bu isə çox vacibdir. Bu aksiya bizim bir
birimizə daha yaxın olmağımıza, bu salondakı uşaqlardan hər birinin faciəsini
başa düşməyə və onu öz faciəmiz kimi qəbul etməyimizə kömək edir. Bu da
çox vacibdir ki, bu tədbir həmin uşaqların böyük ölkəmizin tamdəyərli vətən-
daşları olduqlarını başa düşməsinə imkan verir”.
Bayrama qonaq kimi dəvət edilmiş məşhur rusiyalı rəqqas, Böyük Teatrın
solisti, Maris Liyepa adına Xeyriyyə Fondunun idarə heyətinin sədri Andris
Liyepa müştərək xeyriyyə layihələrinin əhəmiyyətini dəyərləndirmişdir. O
demişdir ki, rəqs dili zəif görən və zəif eşidən uşaqların öz hisslərini daha
tam ifadə etmələrinə kömək edə bilər.
Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əli-
yeva KİV nümayəndələrinə müsahibəsində Moskvada keçirilmiş aksiyanın
əhəmiyyətini vurğulayaraq demişdir ki, “Fond Rusiya paytaxtında ilk dəfədir
ki, bu cür geniş xeyriyyə tədbiri keçirir. Bu cür aksiyalar çox vacibdir. Fond
Azərbaycanda buna oxşar tədbirləri çox keçirmişdir. Fondun Rusiya nümayən-
dəliyi də müxtəlif tədbirlər keçirmiş, məktəblərə, internatlara baş çəkmişdir,
lakin hamının bir yerə yığılması birinci dəfədir və güman edirəm ki, bu, bizim
axırıncı xeyriyyə aksiyamız olmayacaqdır. Fondun Rusiyadakı nümayəndə-
liyi cəmi yarım ildir ki, Moskvada fəaliyyət göstərir. Bunlar hələ yalnız baş-
lanğıcdır. Heç şübhəsiz, gələcəkdə bu cür tədbirlərin sayı qatqat çox olacaq,
çünki onlar çox əhəmiyyətlidir. Mən indicə konsertdən çıxmışam, hisslərim
aşıb daşır. Uşaqları öz yanında görəndə, onların sevinməsini, çöhrələrindən nur
yağmasını görəndə başa düşürsən ki, bütün başqa məsələlərin əhəmiyyəti azdır.
Əsas məsələ budur ki, uşaqlar görsünlər ki, onları xatırlayırlar, sevirlər və onlar
da bütün başqa uşaqlar kimidirlər. Bu gün həmin uşaqlar bunu öz yaradıcılığı
ilə sübut etdilər. Onların bəzi qüsurlarının olmasını hiss etmələrinə yol vermək
olmaz, onlara ümid vermək, diqqət göstərmək lazımdır, çünki onlardan ötrü
əsas məsələ maddi dəyərlər deyil, diqqətdir”.
“Xocalı faciəsi öz miqyasına və qəddarlığına görə bəşəriyyət əleyhinə ən
ağır cinayətlərlə bir sıraya qoyula bilər.” Heydər Əliyev Fondunun RFdəki
nümayəndəliyinin rəhbəri Leyla Əliyeva bu sözləri Heydər Əliyev Fondunun
124
Rusiyadakı nümayəndəliyi tərəfindən 2008ci il fevralın 27də Moskvada təşkil
edilmiş “Xocalı. 16 il sonra” mövzusunda elmipraktik konfransda demişdir.
Leyla Əliyeva qeyd etmişdir ki, Xocalı faciəsi ErmənistanAzərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli səhifəsi olmuşdur. Bu münaqişə nə
ticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal edilmişdir. O demişdir: “1992
ci il fevralın 25dən 26na keçən gecə erməni təcavüzkarları Azərbaycanın
Xocalı şəhərini zəbt etmiş və şəhərin 613 dinc sakinini, o cümlədən 106 qadını,
63 uşağı və 70 nəfər ahıl insanı amansızlıqla qətlə yetirmişlər. Xocalı yaraları
hər bir azərbaycanlının ürəyində əbədi qalacaqdır.
Azərbaycan üçün çox ağır və çətin illər arxada qalıb və indi ölkəmiz gün-
bəgün inkişaf edir, çiçəklənir. Azərbaycan iqtisadi artım sürətinə görə dalbadal
üçüncü ildir ki, dünyada birinci yeri tutur, insanların həyat səviyyəsi yaxşılaşır,
əhalinin əmək haqqı və pensiyaları artır, işsizlik və yoxsulluq azalır.
Ölkədə bir milyona yaxın qaçqın və məcburi köçkün olmasına baxmayaraq,
bu gün bircə çadır şəhərciyi də qalmamışdır, qaçqınların və məcburi köçkünlə-
rin hamısı üçün normal həyat şəraiti yaradılmışdır.
Artıq 15 ildir ki, ErmənistanAzərbaycan, Dağlıq Qarabağ münaqişəsinin
həlli üzrə danışıqlar prosesi gedir. Biz çox ümid edirik ki, dünya birliyi səsi-
mizi eşidəcək və bu problem tezliklə öz ədalətli həllini tapacaqdır, çünki bu
gün dünyada özgə torpaqlarının işğalına, təcavüzə və kütləvi qətllərə yer yox-
dur. Mən inanıram ki, azərbaycanlılar lap yaxın gələcəkdə öz doğma torpaqla-
rına qayıdacaqlar”.
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu, MDU, Seçenov adına
Tibb Akademiyası və Moskva Dövlət Linqvistika Universiteti kimi tanınmış
ali məktəblərin tələbələri, aspirantları və magistrləri ErmənistanAzərbaycan
münaqişəsinin tarixihüquqi və siyasi aspektləri, bu münaqişənin nəticələri
haqqında məruzələrlə çıxış etmişdirlər. Konfrans iştirakçıları tələbələrdən Olqa
Kuraşın “80ci illərin axırları – 90cı illərin əvvəllərində Qarabağ münaqişəsi
nin tarixi”, Andrey Kurakinin “Xocalı soyqırımı beynəlxalq cinayət kimi”,
Natiq Əliyevin “ErmənistanAzərbaycan münaqişəsinin siyasihüquqi aspekt-
ləri”, Ceyhun Hüseynovun “Qarabağın tarixi”, Anarə Axundovanın “90cı
illərdə Qarabağ haqqında jurnalist işlərinin nümunələri” və Əşrəf Həsənovun
“Xocalı soyqırımının azərbaycanlı qaçqınlar üçün nəticələri” mövzusunda
məruzələrini böyük maraqla dinləmişdirlər.
Tədbirdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə çəkilmiş Xocalıda azərbay-
canlıların soyqırımı haqqında qısametrajlı sənədli film nümayiş etdirilmişdir.
Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin təşəb-
büsü ilə Azərbaycanın RFdəki səfirliyində Böyük Vətən müharibəsi veteran-
ları ilə qeyrirəsmi dostluq görüşü keçirilmişdir.
125
Veteranlar qeyrirəsmi görüşün təşkilinə, onlara göstərilən diqqət və qay-
ğıya görə dərin minnətdarlıqlarını bildirərək qeyd etmişdirlər ki, belə əlaqələr
xalqlarımız və ölkələrimiz arasında dostluq və əməkdaşlığın möhkəmlənmə-
sinə xidmət edir. Öz xatirələrini bölüşən veteranlar azərbaycanlıların rəşadətini
və qəhrəmanlığını, faşizm üzərində Qələbədə bütövlükdə ölkəmizin rolunu xü
susi vurğulamışdırlar.
Azərbaycanın paytaxtına Döyüş Şöhrəti Şəhəri adının verilməsi, Moskva
torpağında həlak olmuş azərbaycanlı döyüşçülərin xatirəsini əbədiləşdirmək
təklif edilmişdir.
Məşhur Rusiya Dövlət Kitabxanası (keçmiş Lenin adına kitabxana) Hey-
dər Əliyev Fondunun nəşr etdirdiyi Azərbaycan kitabları ilə zənginləşmişdir.
Fondun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva
kitabxanaya kifayət qədər Azərbaycan dilində kitablar hədiyyə etmişdir. Bu
kitablar Şərq ədəbiyyatı salonundakı xüsusi Azərbaycan nəşrləri sərgisinə əlavə
olunmuşdur.
Leyla Əliyevanın bu xidmətlərini Rusiya Dövlət Kitabxanasının direk-
toru Viktor Fyodorov belə qiymətləndirmişdir: “Bu, çox fərəhli hadisədir və
şübhəsiz, iki ölkə arasında mədəni əlaqələrin möhkəmlənməsində mühüm
rol oynayacaqdır”.
Heydər Əliyev Fondunun Moskva nümayəndəliyinin təşəbbüsü ilə Rusiya
Federasiyası SanktPeterburq şəhəri Primorsk rayonundakı 46 saylı uşaq evi
məktəbinin yetirmələri və müəllim heyəti 2008ci il avqustun 17də Fondun
Moskva nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın SanktPeterburq şəhə-
rinə səfəri zamanı vilayətin qubernatoru Valentina Matvienko ilə qarşılıqlı
razılaşma əsasında təşkil olunmuş yay tətili günlərində Azərbaycana dəvət
edilmişdirlər.
10 günlük səfər çərçivəsində rusiyalı qonaqlar Bakı şəhərindəki Nizami ra
yonunun yeni təmir olunmuş 1 saylı uşaq evində və Şüvəlan qəsəbəsindəki yay
düşərgəsində istirahət etmişdirlər. Proqram çərçivəsində səmərəli istira hətlə
yanaşı, onların şəhər və şəhərətrafına gəzintisi, qədim və zəngin mədəniyyə-
timizlə, tarixi abidələrimizlə tanışlığı, idman və əyləncəli oyunlarda iştirakı
təmin olunmuşdur.
Rusiyalı qonaqlar Suraxanıda, Yanardağda, Atəşgahda olmuş, tariximədəni
abidələr haqqında ətraflı məlumat almışlar. Tarix muzeyi və Xalça muzeyi ilə
tanışlıqdan sonra “Azəriilmə” şirkətində olan uşaqlar dünya şöhrətli xalçaları-
mız haqqında maraqlı məlumat əldə etmişlər.
Avqustun 27dək davam edən səfər zamanı uşaq evinin yetirmələri Qobus-
tan Dövlət Qoruğu, Pir Həsən ziyarətgahı, eləcə də Mərdəkan, Ramana, Qala
qəsəbələrində tarixi abidələrlə tanış olmuş və Amburan əyləncəistirahət mər
kəzində dincəlmişlər.
126
Səfər proqramı Azərbaycan və qonaqsevər xalqımız, qədim və zəngin mə
dəniyyətimiz haqqında dolğun təəssüratın yaranması ilə yanaşı, xalqlararası
münasibətlərin yaxınlaşmasını, anoloji qurumlarla əməkdaşlıq münasibətinin
qurulmasını əsas məqsəd daşımışdır.
Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin sifarişi ilə əfsanəvi
Azərbaycan geoloqu, Sibir neftinin ilk kəşfiyyatçısı Fərman Salmanovun büs
tü hazırlanmışdır. F.Salmaov 1928ci ildə Şəmkir rayonunda doğulmuşdur.
1954cü ildə Azərbaycan Sənaye İnstitutunun geoloji kəşfiyyat fakültəsini dağ
mühəndisigeoloq ixtisası üzrə bitirmişdir. 19571962ci illərdə Yuqansk və
Surqut neft kəşfiyyatı ekspedisiyalarının rəisi işləmişdir. 1970ci ildə Lenin
mükafatı laureatı, 1976cı ildə Sosialist Əməyi Qəhrəmanı olmuşdur. Fərman
Salmanov 19701978ci illərdə Tümen Baş Geologiya İdarəsinin neft və qaz
üzrə baş geoloqu olmuş, 1978ci ildən idarə rəisi işləmişdir. F.Salmanovun, bi
lavasitə iştirakı ilə Mamontovsk, Megion, Pravdinsk, UstBalık neft yataqları
kəşf edilmişdir.
F.Salmanov 2002ci ildən Rusiyanın “İtera” NeftQaz Şirkətinin Direktorlar
Şurası sədrinin müşaviri işləmişdir.
Heydər Əliyev Fondu tərəfindən Fərman Salmanovun büstü onun uzun illər
işlədiyi Surqut şəhərinə hədiyyə edilmişdir. Büst Surqut şəhərində ilk cığıraçan
geoloqların xatirə kompleksinə qoyulmuşdur. Büstün müəllifi tanınmış hey-
kəltəraş, Ümummilli Lider Heydər Əliyevin SanktPeterburqdakı Qoroxovaya
küçəsi, 6 nömrəli evin (Ulu Öndər 19491950ci illərdə burada oxumuşdur) fa
sadında qoyulmuş barelyefini düzəltmiş Y.Neymandır.
15 dekabr 2008ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnsti
tutunda (MDBMİ) Azərbaycan klubu Heydər Əliyev Fondunun RFdəki nü ma
yəndəliyinin dəstəyi ilə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım
gecəsini keçirmişdir.
Qeyd etmək lazımdır ki, bir neçə il əvvəl Ulu Öndərə Rusiyanın bu mötəbər
ali məktəbinin fəxri doktoru adı verilmişdi. Həmin gün də XX əsrin görkəmli
siyasi xadiminin xatirəsini anmaq üçün buraya tələbələr, professormüəllim
heyəti, Azərbaycan səfirliyinin nümayəndələri gəlmişdilər.
Xatirə gecəsində Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi tərə-
findən təqdim olunmuş və Ümummilli Liderin həyatının müxtəlif mərhələlərini
əks etdirən sənədli film nümayiş edilmişdir.
Gecəyə dəvət olunmuş dramaturq Rüstəm İbrahimbəyov, Heydər Əliyevin
köməkçisi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavininin müşaviri Yuri
Soloduxin, Nazirlər Şurası Sədri Katibliyinin müdir müavini Vladimir Uxov,
DTKnın polkovniki Georgi Pozdorovkin dahi siyasi xadim və nurlu insan
barədə unudulmaz xatirələrini bölüşmüş, Ulu Öndərlə işlədikləri vaxtlarda
onun həyatından maraqlı epizodlar danışmışlar.
127
2009cu il fevralın 26da Heydər Əliyev Fondunun Rusiyadakı nümayən-
dəliyinin dəstəyi ilə Azərbaycanın Rusiyadakı səfirliyində Xocalı faciəsinin 17ci
ildönümü ilə əlaqədar “Xocalı: iddia müddəti bitmir” xatirə gecəsi təşkil edil-
mişdi. Tədbirdə Heydər Əliyev Fondunun RFdəki nümayəndəliyinin rəh-
bəri Leyla Əliyeva, Milli Məclisin deputatı Dünyamin Xəlilov, Türkiyə, İraq,
Özbəkistan, Tacikistan, Mali, Sudan, Qırğızıstan səfirləri, Qazaxıstan, Misir,
Fələstin səfirliklərinin əməkdaşları, habelə Rusiya elmi ictimaiyyətinin, Azər-
baycan diasporunun və gənclərin nümayəndələri, politoloqlar, mətbuat işçiləri
iştirak etmişdilər.
Görkəmli ictimai və siyasi xadimlər Heydər Əliyev Fondunun RFdəki nü
mayəndəliyinin rəhbəri İslam Konfransı Təşkilatının Gənclər Forumunun baş
əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsünü xüsusi vurğulayaraq bildirmiş-
lər ki, bu qurumun gənclər qanadı Xocalı faciəsi və ErmənistanAzərbaycan
münaqişəsi haqqında həqiqəti dünya ictimaiyyətinə çatdırmaq üçün eyni vaxtda
dünyanın bir neçə iri ölkəsində aksiyalar keçirir. Bu, bir daha təsdiq edir ki,
böyüməkdə olan nəsil Azərbaycanı bütün dünyada tanıdacaq və Azərbaycan
xalqımızın üzləşdiyi faciələrin unudulmasına imkan verməyəcəkdir.
Heydər Əliyev Fondunun RFdəki nümayəndəliyinin rəhbəri Leyla Əli-
yeva demişdir: “Bu faciə Azərbaycan tarixinə ən dəhşətli və qara səhifələr-
dən biri kimi həmişəlik yazılmışdır. 1992ci il fevralın 25dən 26na keçən
gecə erməni işğalçıları Azərbaycanın Xocalı şəhərini tutmuşdur. Nəticədə
şəhərin 613 nəfər dinc sakini, o cümlədən 106 qadın, 70 ahıl yaşlı insan, 63
uşaq amansızcasına öldürülmüş, 155 nəfər itkin düşmüşdür. Bu qəddarlığın,
bu vəhşiliyin səbəbi nə idi?
Lakin zaman göstərdi ki, Azərbaycan xalqının əzmi qırılmamışdır və heç
vaxt qırıla bilməz. Dəhşətlisi odur ki, belə bir faciə XX əsrin axırlarında törə-
dilmiş və indiyə qədər beynəlxalq birlik tərəfindən bu fakta siyasihüquqi və
ən başlıcası, mənəvi qiymət verilməmişdir. Biz xalqımızın məruz qaldığı qəd-
darlığa və haqsızlığa qarşı etiraz səsini ucaltmış bütün insanlara, o cümlədən
rusiyalılara minnətdarıq. Azərbaycan torpaqları 20 ildən çoxdur ki, işğal altın-
dadır, ölkədə 1 milyon qaçqın və məcburi köçkün var. Azərbaycan hökuməti bu
insanlara çox böyük diqqət yetirir. Çətinliklərə baxmayaraq, Azərbaycanda bir
dənə də çadır şəhərciyi qalmamışdır, bütün qaçqın və məcburi köçkünlər üçün
normal həyat şəraiti yaradılmışdır.
Heydər Əliyev Fondu bu problemə çox böyük diqqət yetirir, hər il bu möv-
zuda kitablar çap edilir, filmlər çəkilir, fotosərgilər və digər aksiyalar təşkil edi
lir. Bu gün Fondumuz dünyanın 50 ölkəsində Xocalı faciəsinin ildönümünə həsr
edilmiş tədbirlər keçirir. Bu tədbirlərə alimlər, tarixçilər, kulturoloqlar, gənclər
və kütləvi informasiya vasitələri cəlb olunur. İslam Konfransı Təşkilatının Mə
dəni Dialoq üzrə Gənclər Forumunun baş əlaqələndiricisi kimi mən 2008ci il
mayın 8də “Xocalıya ədalət” aksiyası keçirilməsi təşəbbüsünü irəli sürmüşəm.
128
Bu aksiyanın məqsədi faciə haqqında məlumatı beynəlxalq birliyə çatdırmaq-
dır. Bu gün dünyanın bir sıra ölkələrində “Xocalıya ədalət” vebsaytının təq-
dimat mərasimləri keçirilir. Bu saytda faciə haqqında mötəbər məlumatlar tap-
maq mümkündür”.
Xatirə gecəsində Heydər Əliyev Fondunun köməyi ilə çəkilmiş, günahsız
qurbanların işıqlı xatirəsinə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.
Səfirliyin foyesində fotosərgi təşkil edilmiş, Xocalı hadisələrinə dair müxtəlif
nəşrlər, “İRSNaslediye” jurnalının nüsxələri paylanmışdır. Jurnalın bu nömrə-
sində o qanlı qırğını törətmiş hərbi canilərin adları ilk dəfə dərc edilmişdir.
2009cu il fevral ayının 27də Heydər Əliyev Fondunun Rusiya nümayən-
dəliyi İslam Konfransı Təşkilatının Gənclər Forumu ilə birlikdə Moskvanın
“Bakı” kinokonsert kompleksində Xocalı faciəsinin 17ci ildönümü, habelə
“Xocalıya ədalət” informasiya kampaniyasının vebsaytının təqdimatı ilə əla
qədar genişmiqyaslı aksiya keçirmişdir.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, İslam Kon
fransı Təşkilatının Dialoq və Əməkdaşlıq Uğrunda Gənclər Forumunun mədə-
niyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyeva tədbiri açaraq
demişdir ki, 17 il əvvəl Xocalı faciəsi baş vermiş, günahsız insanlar – qadınlar,
uşaqlar, qocalar kütləvi surətdə qətlə yetirilmişlər. O, bu faciəni erməni işğalçı
larının suveren Azərbaycan ərazisində həyata keçirdiyi təcavüzkar, millətçi və
etnik təmizləmə siyasətinin nəticəsi, bəşəriyyətə qarşı cinayət adlandırmışdır.
Leyla Əliyeva bu xüsusda demişdir: “Bütün müharibələr dəhşətlidir, yüzlərlə
və minlərlə insana bədbəxtlik, müsibət gətirir. Lakin müharibədə günahsız in
sanların qətlə yetirilməsi, xüsusilə dəhşətli və faciəlidir. Xocalı şəhərində məhz
bu baş vermişdir: erməni silahlı qüvvələri heç bir hərbi təhlükə törətməyən,
şəhəri tərk edən dinc sakinləri – qadınları, qocaları və uşaqları bilərəkdən qətlə
yetirmişlər. Bu insanlar hiyləgərliklə tələyə salınmış və amansızlıqla güllələn-
mişlər. Heç bir günahı olmayan bu insanlar yalnız etnik mənsubiyyətinə görə
məhv edilmişlər. Bu, Azərbaycan xalqına qarşı əsl soyqırımı, atalarımıza, ana-
larımıza, bacı və qardaşlarımıza qarşı şüurlu surətdə törədilmiş qırğın idi. Eyni
zamanda bu, düşünülmüş kütləvi qorxutma aksiyası idi. Lakin tarix göstərdi ki,
Azərbaycan xalqının iradəsi o vaxt da qırılmadı və heç vaxt qırılmayacaqdır.
Xocalı faciəsi Azərbaycanın tarixinə ən dəhşətli və qara səhifələrdən biri kimi
yazılsa da, xalqımızın gücünün, möhkəm iradəsinin nümunəsidir.
Azərbaycan xalqı əzəli torpaqlarının işğal altında qalması ilə heç vaxt barış-
mayacaq və ölkənin ərazi bütövlüyünün bərpasına nail olacaqdır.
Bu gün biz ErmənistanAzərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticə-
sində həlak olmuş soydaşlarımızın, Xocalı faciəsi qurbanlarının xatirəsini yad
edir və bir daha dünya birliyini bu faciəyə hüquqi və mənəvi qiymət verməyə
çağırırıq. XXI əsrdə kiminsə qərəzli və millətçi niyyətlərinə görə dinc insanla-
129
rın qətlə yetirilməsi yolverilməzdir və bizim məqsədimiz bu münaqişə barədə
həqiqəti dünya ictimaiyyətinə çatdırmaqdır”.
Leyla Əliyeva bildirmişdir ki, İslam Konfransı Təşkilatının Gənclər Foru-
munun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi kimi o, ötən il
mayın 8də “Xocalıya ədalət” kampaniyasının keçirilməsi təşəbbüsünü irəli
sürmüşdü. Aksiyadan məqsəd bu faciə və ümumən münaqişə barədə dünya bir-
liyini düzgün məlumatlandırmaqdır. Bu gün burada həmin aksiya barədə ətraflı
öyrənmək, habelə “Xocalıya ədalət” vebsaytını görmək olar. Hazırda bir çox
ölkələrdə kampaniyanın və saytın təqdimatı keçirilir. Doğma torpaq uğrunda
həlak olmuş heç bir azərbaycanlı unudulmayacaqdır. Azərbaycanın ərazi bütöv-
lüyü bərpa olunacaq və beləliklə də ədalət zəfər çalacaqdır.
Ermənilərin Xocalıdakı cinayətlərinə qarşı etirazını bildirən ilk rusiyalı
yazıçı, “Qarabağ qan içində” kitabının müəllifi Yuri Pompeyev demişdir: “Düşü-
nürəm ki, hər bir faciədə, xüsusilə azərbaycanlıların başına gətirilən bu geniş-
miqyaslı xalq faciəsində ədalətin axtarılması asan deyil, ancaq bu 17 il ərzində
böyüyən nəsil buna qadirdir. Bu hadisələrin şahidləri Azərbaycan xalqının
gücünü nümayiş etdirirlər”. Yazıçı vurğulamışdır ki, vətənpərvər yazıçı Musa
Mərcanlı 17 il ərzində ilk dəfə “İRSNaslediye” jurnalında 1992ci il fevralın
26na keçən gecə Xocalıda törədilmiş soyqırımında, bilavasitə iştirak etmiş 38
nəfərin soyadını dərc etdirmişdir. Zənnimcə, ədalətin bərpa olunması bu qır-
ğında, bu quldurluqda təqsiri olanlar üçün ən böyük cəzadır”.
2009cu il aprelin 18də Moskvada Rusiyanın Azərbaycanlı Gənclər Təşki-
latının (RAGT) təsis konfransı keçirilmişdir.
Konfransda Rusiyanın 60dan çox regionunda fəaliyyət göstərən 83 Azər-
baycan gənclər klubundan və təşəbbüs qruplarından 300dək nümayəndə, habelə
Bakıdan dəvət olunmuş qonaqlar və Rusiyanın rəsmi şəxsləri iştirak etmişlər.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva
konfransda çıxış edərək demişdir: “Bu gün bu salonda RAGTnin məqsədlərini
dəstəkləyən və Rusiya Federasiyasının, demək olar ki, bütün regionlarını əhatə
edən Azərbaycanlı Gənclər Təşkilatı çərçivəsində bizim fəaliyyətimizin daha
da inkişaf etdirilməsinə tərəfdar olan Rusiya gənclərinin 300ə yaxın nümayən-
dəsi toplaşmışdır.
İndiyə qədər ciddi işlər görülmüşdür. Bu təşkilat gənclərin təkcə Moskvada
deyil, həm də müxtəlif regionlarda fəaliyyət göstərən təşəbbüs qruplarını sıx
birləşdirmişdir. İşin gedişində müxtəlif tədbirlər, konsertlər, sərgilər, görüşlər,
birbaşa dialoqlar təşkil edilmiş, xeyriyyə işləri görülmüşdür.
Bu gün Rusiyanın hər yerində Azərbaycan gənclər klubları açılmışdır.
Onlar uğurla fəaliyyət göstərir və ölkəmizi ləyaqətlə təmsil edir. Sizin çoxunuz
ümumi işimizin inkişafına öz töhfənizi vermisiniz. Bu gün bu salonda çoxlu
tanış simalar görürəm, qonaqlarımızın çoxu növbəti məsul addım atmaq və
130
RAGTnin rəsmən təsis olunması haqqında qərar qəbul etmək üçün uzaq regi-
onlardan buraya gəlmişlər”.
Beləliklə, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının yaradılması ilə bağ
lı səsvermə keçirilmiş, qurumun nizamnaməsi qəbul edilmişdir.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliye
vanın təşkilatın sədrliyinə namizədliyi irəli sürülmüş və təklif yekdilliklə
qə bul edilmişdir.
Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyeva Rusiyanın
Azərbaycanlı Gənclər Təşkilatının yaradılmasının əhəmiyyəti haqqında demişdir:
“Bizim təşkilatda hansısa vəzifələrin əhəmiyyəti yoxdur, başlıcası odur ki,
biz hamımız Azərbaycanın hüdudlarından kənarda yaşayan, öz ölkəsini sevən,
onun qədim tarixinə, zəngin mədəniyyətinə hörmət bəsləyən və öz Vətəninə
faydalı olmağı arzu edən Azərbaycan gənclərinin bir hissəsiyik.
Milliyyətindən, yaşından, dini etiqadından və başqa fərqlərdən asılı olma-
yaraq, RAGTdə hamıya yer var. Mən bu təşkilatın bütün üzvlərini, Azərbayca-
nın imicini saxlamaq üçün iş görən, səy göstərən, Vətənimizi ləyaqətlə təmsil
edən insanların hamısını salamlayıram.
Bununla bərabər, mən RAGTyə daxil olmasalar da, Azərbaycan mədəniy-
yətinin təbliğinə kömək edən bütün təşkilatlara dərin hörmət bəsləyirəm. Mən
onların seçiminə hörmət edirəm onlarla işləməyə, əməkdaşlıq etməyə, əlimdən
gələn kömək və dəstəyi göstərməyə hazıram.
Zənnimcə, belə desəm səhv etmərəm ki, Azərbaycanın bütün gəncləri öz
Vətəni ilə fəxr edir. Azərbaycan zəngin mədəniyyətə, qədim tarixə və böyük
istedadlara malik olan ölkədir. Müstəqil dövlət kimi hələ çox gənc olmağı-
mıza baxmayaraq, qısa müddət ərzində ölkəmiz çox böyük nəticələrə nail ola
bilmişdir. Yəqin hamınıza məlumdur ki, Azərbaycan iqtisadi inkişafın sürə-
tinə görə dalbadal bir neçə ildir dünyada liderdir. Ölkəmizdə nəqliyyat və
energetika sahələrində iri regional layihələr həyata keçirilir. Sosial problemlər
həll edilir. Belə bir misal göstərmək kifayətdir ki, son beş ildə ölkədə yoxsul-
luğun səviyyəsi 49 faizdən 13 faizə düşmüşdür. Əlbəttə, bu, son hədd deyil-
dir. Ümumiyyətlə, yoxsulluq olmamalıdır. Biz buna çalışırıq və mən inanıram
ki, buna nail olacağıq.
Azərbaycan təhsil sahəsinə böyük sərmayə qoyur. Son dörd ildə ölkədə
1700 yeni məktəb tikilmişdir. Hər bir məktəbin öz kompüter sinfi var. Mədə-
niyyətin inkişafı Azərbaycan dövlətinin fəaliyyətinin prioritet istiqamətidir.
Tarixi abidələr, binalar bərpa olunur, muzeylər, teatrlar təmir edilir və eyni za
manda yeniləri tikilir.
Mən xüsusi vurğulamaq istəyirəm ki, bütün bunlar təkcə Azərbaycanın pay-
taxtında deyil, bütün regionlarda da baş verir. Bir sözlə, həyatın bütün sahələ-
131
rində inkişaf və yeniləşmə prosesi hiss edilir. Lakin təəssüf ki, ölkəmizin qar-
şısında hələ həll edilməmiş problemlər də var. Bu problemlərin ən böyüyü
öl kəmizin ərazisinin 20 faizinin işğal olunması ilə nəticələnmiş Ermənistan
Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Ölkədə bir milyon qaçqın və məc-
buri köçkün var. Azərbaycan rəhbərliyi və xalqımız dəfələrlə vurğulamışdır
ki, münaqişənin beynəlxalq hüquq əsasında və Azərbaycanın ərazi bütövlüyü
çərçivəsində dinc yolla həllinə tərəfdardır. Danışıqlar prosesi 15 ildən çoxdur
davam edir və mən inanıram ki, bu münaqişə yaxın vaxtlarda öz ədalətli həl-
lini tapacaqdır. Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək, bütün qaçqınlar
və məcburi köçkünlər öz doğma yurdlarına qayıda biləcəklər. Zənnimcə, belə
desəm, səhv etmərəm ki, bu, hər bir azərbaycanlının ən böyük arzusudur.
Bu gün biz Rusiyada ölkəmizi təmsil edirik. Bizi birbirimizə çox şeylər –
tarixi və mədəni əlaqələr, ortaq keçmişimiz bağlayır. Azərbaycanda zəngin rus
mədəniyyətinə, böyük rus dilinə çox qayğı ilə yanaşırlar. Qeyd etmək lazımdır
ki, müstəqillik dövründə Azərbaycanda rus məktəblərinin heç biri bağlanma-
mışdır, Bakı Slavyan Universiteti, Rus Dram Teatrı fəaliyyət göstərir. Lakin ən
başlıcası isə, insanlarımız arasında, xalqlarımız arasında dostluq münasibətləri
mövcuddur. Biz Rusiyaya minnətdarıq ki, burada özümüzü rahat hiss edirik,
dünyada ən yaxşılardan sayılan təhsil almaq imkanımız var”.
Həmin gün Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayən-
dəliyinin başçısı, “Baku” jurnalının baş redaktoru Leyla Əliyeva “Rossiya”
televiziyasının “Vesti” xəbərlər kanalına müsahibə verərək Fondun çoxşaxəli
fəaliyyəti, özünün təşəbbüsü ilə yaradılan Rusiyanın Azərbaycanlı Gənclər Təş-
kilatının vəzifələri haqqında məlumat verərək yaratdığı təşkilatın məqsədinin
Rusiyada yaşayan azərbaycanlı gəncləri birləşdirmək, onların Rusiya cəmiyyə-
tinə inteqrasiyasına kömək göstərmək, habelə Azərbaycan mədəniyyətini təb-
liğ etmək olduğunu bildirmişdir. Leyla xanım ölkəmizin tarixi və mədəniyyəti
haqqında, dünyanın müxtəlif guşələrində yaşayan istedadlı həmvətənlərimiz
barədə geniş oxucu auditoriyasına söhbət açmış, “Baku” jurnalından danışar
kən demişdir ki, Azərbaycan haqqında bütün informasiyanı əhatə edən, Bakı
haqqında nəfis jurnal buraxmaq onun çoxdankı arzusu idi.
Leyla Əliyeva gənclər məsələsinə toxunaraq bildirmişdir ki, Azərbaycan
gəncləri Rusiya gənclərindən heç nə ilə fərqlənmir, Azərbaycanda isə Şərq ilə
Qərb arasında böyük fərq hiss edilmir.
Azərbaycan Respublikası Prezidentinin mətbuat xidmətinin köməyi ilə
hazırlanmış layihə əsasında “İzvestiya” qəzetinin 2009cu il 30 aprel tarixli
nömrəsində Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının fəaliyyətinə, ölkə-
mizdə uşaqlara və gənclərə dövlət qayğısına həsr olunmuş tematik əlavə veril-
mişdir. Sözü gedən materialı oxuculara çatdırmağı vacib hesab etdik. Çünki
burada Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin
132
başçısı, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri, “Baku” jurnalının
baş redaktoru Leyla Əliyevanın fəaliyyətinə obyektiv şəkildə nəzər salınmışdır.
“Sülalə telləri ilə bağlı olan nüfuzlu və tanınmış siyasətçi nəsillərinə dün-
yanın hər bir dövlətində rast gəlmək olar. Əliyevlər ailəsi müasir Azərbay-
canın aparıcı sosialsiyasi və mədəni sülalələrindən biridir. Əlbəttə, hər bir
ölkə üçün yüksək elitanın tanınmış soyadlarını daşıyan üzvlərinin vətəndən
kənarda irəli getməsi, müvəffəqiyyət qazanması ictimai diplomatiyanın xey-
rinədir, iki ölkənin birlikləri arasında sosialhumanitar əlaqələr yaradılmasına
kömək edən qeyriformal resursları gücləndirir. Heydər Əliyev Fondunun
Rusiyadakı nü ma yəndəliyinin rəhbəri, Azərbaycan Prezidenti İlham Əliye-
vin qızı, “Baku” jurnalının baş redaktoru və RAGTnin rəhbəri Leyla Əliyeva
məhz bu cür, iki ölkəni birləşdirən şəxsdir. O, məlahətli gənc qadın, maraqlı
müsahib və parlaq şəxsiyyət olmaqla yanaşı, həm də Azərbaycanın və Rusiya-
nın gənclər siyasətinin elçisidir.
RAGTnin yaradılması Rusiya kimi böyük bir ölkənin müxtəlif guşələrində
yaşayan, işləyən və təhsil alan, lakin tarixi vətənləri ilə sıx əlaqələri qoruyub
saxlamağa çalışan gənc azərbaycanlıları birləşdirmək üçün Leyla Əliyevanın
komandasının uzun müddət ərzində apardığı gərgin işin yekunu olmuşdur.
Moskvada keçirilən təsis konfransına azərbaycanlı gənclərin 80dən yuxarı
klub və təşəbbüs qrupunu təmsil edən 300ə yaxın nümayəndə gəlmişdi.
Onların buraya toplaşmaqda məqsədi nə idi? RAGTnin Rusiya gənclərinin
müxtəlif etnik qrupları arasında tolerantlıq və qarşılıqlı anlaşma mühiti yarat-
maq çağırışı bütün rusiyalılara ünvanlanmışdır. Məhz bu səbəbdən Rusiyanın
ən ucqar regionlarından gəlmiş gənc nümayəndələr Rusiyada yaşayan bütün
millətlərdən olan gənclərə müraciətlərində bir neçə mühüm məqamı vurğula-
mışlar. Birincisi, RAGT bu qəbildən olan bütün tolerant ictimai təşkilatlar üçün
açıqdır və RAGTnin üzvləri birgə layihələrdə iştirak etməyə hazırdırlar. İkin-
cisi, RAGTnin üzvləri savadlılıq, uğurlu fəaliyyət nümunəsi olmağa, Rusiya-
nın ictimai həyatında fəal iştirak etməyə hazır olmağa çalışacaqlar. Bu, özlü-
yündə heç də az əhəmiyyət kəsb etmir. Üçüncüsü, aydındır ki, RAGT həmfikir
və dost insanların kollektividir. Lakin bu təşkilatda birləşən gənclər, ilk növ-
bədə, Rusiyanın məsuliyyətli və vətənpərvər əhvalruhiyyəli vətəndaşları kimi
göstərməyə çalışacaqlar.
Bu çağırış Azərbaycanın ənənəvi diaspor təşkilatlarının nümayəndələri tərə-
findən əvvəllər də bu və ya digər formada səslənmişdir. Lakin indiki halda söh-
bət sovet mentallığı, habelə Rusiya ilə müttəfiq respublika kimi Azərbaycanın
qarşılıqlı münasibətlərinin əvvəlki tarixi ilə demək olar ki, əlaqəsi olmayan yeni
nəsildən gedir. Ona görə də çağırış indi daha səmimi və ümidverici səslənir.
Konfransda və qeyrirəsmi görüşlərdə Azərbaycanın Rusiyadakı imici haq
qında çox söhbətlər olmuşdur. Leyla Əliyeva yeni təşkilatın üzvlərini salamla-
133
yaraq, diqqəti Azərbaycanın humanitar sahədə irəliləməsi mexanizmlərinin tək-
milləşdirilməsi məsələsinə yaradıcılıqla yanaşmağın zəruriliyinə cəlb etmişdir.
RAGTnin lideri qeyd etmişdir ki, Azərbaycan mədəniyyətinin daha adekvat
təbliğ edilməsi üçün yeni üsullar fikirləşib tapmaq lazımdır, RAGT Rusiya ilə
Azərbaycanın bu istiqamətdə qarşılıqlı fəaliyyətinin yeni ideyalarının mənbə-
yinə çevrilə bilər. Leyla Əliyeva demişdir: “İnanıram ki, RAGT fəal struktur
olacaq, bizim bütün ideya və planlarımız gənclərimizin sıx birləşməsinə, Azər-
baycan və Rusiya xalqları arasında dostluğun möhkəmlənməsinə xidmət edən
konkret layihələr şəklində gerçəkləşəcəkdir”.
Konfransda çıxış edən nümayəndələrin əksəriyyəti qızlar idi. Onların
çıxışlarında müsbət enerji, işin uğuruna inam hiss olunurdu. Məsələn, İva-
novo vilayətindən gəlmiş Failə Quliyeva qeyd etmişdir ki, yeni təşkilatın
bu vilayətdə fəaliyyəti yerli sosial layihələrin həyata keçirilməsinə kömək
etməyə yönəlmişdir və bütün işlər uğurlu nəticələr verir. “Gəlinlər şəhəri”nin
nümayəndəsi RAGTnin internet saytının yaradılmasını da yüksək qiymətlən-
dirərək demişdir ki, bu sayt azərbaycanlı gənclərin regionlar arasında əlaqələ-
rin tənzimlənməsinə yönəlmiş səylərini birləşdirməyə şərait yaradacaqdır.
RAGTnin Vladivostokdakı təşəbbüs qrupunun nümayəndəsi Adım Qazıyev də
əmindir ki, gənclərin işində çox şey bu və ya digər regionda fəaliyyət göstərən
diaspor təşkilatlarından asılıdır. O demişdir: “Vətəndən uzaqda olsaq da, hər
birimiz öz köklərimizə sıx bağlıyıq”.
Gənclər təşkilatının bütün fəalları öz qarşılarında ilk baxışda birbirinə zidd
olan iki məqsəd görürlər: gənc həmvətənlərinin Rusiya cəmiyyətinə inteqrasi-
yasına kömək etmək və Azərbaycan mədəniyyətini, Azərbaycan dilini, Azər-
baycan ənənələrini qoruyub saxlamaq. Bütün bunlar inteqral şəkildə əlaqələn-
dirilə bilər. Xüsusən ona görə ki, gənclər başa düşürlər: əgər sən öz tarixi
vətəninlə əlaqələri itirmirsənsə, bu, çox yaxşıdır, lakin bundan daha vacibi –
həmin vətənin Rusiyada səlahiyyətli təmsilçisi olmaqdır.
Çox şey gənclər mühitində formalaşan əhvaliruhiyyədən asılıdır. Bu halda
şəxsi şəbəkə əlaqələri, formal maneə və məhdudiyyətləri aradan qaldıran inter-
net kimi qeyriformal kommunikasiya kanalları mühüm rol oynayır. Leyla Əli-
yeva hazırda təhsil aldığı Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutun-
dakı azərbaycanlı gənclər klubuna rəhbərlik edir. Prezident qızının Rusiyanın
müxtəlif ali məktəblərində təhsil alan və müxtəlif şəhərlərdə yaşayan azərbay-
canlı gəncləri öz ətrafında cəmləşdirən şəxsə çevrilməsi qanunauyğun haldır.
O, həm də bir etnik submədəniyyətin məhdudiyyət çərçivələrini aradan qaldı-
ran körpü yaradır. Heydər Əliyev Fondunun Moskvadakı, Leyla Əliyevanın
başçılıq etdiyi nümayəndəliyi və RAGT Rusiya və Azərbaycan ali məktəbləri
arasında əlaqələrin möhkəmlənməsinə birlikdə kömək edəcəkdir, gələcəkdə isə
134
onlar rusiyalı tərəfdaşları ilə birlikdə Rusiya məktəblilərini və tələbələri Azər-
baycanla, azərbaycanlı məktəbli və tələbələri Rusiya ilə tanış etmək formatında
mədəni mübadilə proqramlarını həyata keçirmək niyyətindədirlər. Şübhəsiz,
perspektivdə bu fəaliyyət ölkələrimizin qarşılıqlı münasibətlərində hələ möv-
cud olan bir sıra neqativ stereotipləri aradan qaldırmağa kömək edəcəkdir”.
“Heydər Əliyev ölkəni xilas etmiş və müasir Azərbaycanın təməlini qoy-
muşdur. Bu gün dövlətimizin başçısı İlham Əliyev Ulu Öndərin başladığı işləri
uğurla davam etdirir. Azərbaycan ən qabaqcıl ölkələrlə bir sırada durur. Bütün
bunlar böyük Heydər Əliyevin xalqı bir araya gətirməsi, ölkəni səfərbər etməsi
sayəsində mümkün olmuşdur.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümlərinin keçi-
rilməsi Fondun dəstəyi ilə dünyanın bir sıra böyük şəhərlərində olduğu kimi
Moskvada ənənə şəklini almışdır. 13 may 2009cu il tarixdə Heydər Əliyev
Fondunun Rusiyadakı nümayəndəliyinin təşkilatçılığı ilə Rusiya Dövlət Kitab
xanasının Şərq Ədəbiyyatı Mərkəzində Ümummilli Lider Heydər Əliyevin ana-
dan olmasının 86cı ildönümünə həsr olunmuş gecə keçirilmişdir.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü şərəfinə belə
bir tədbirin Rusiya kitabxanasında keçirilməsi rəmzi xarakter daşımışdır, çünki
Heydər Əliyev mədəniyyətin, mənəvi kamilliyin inkişafına, vahid mədəni mə
kanın saxlanılmasına böyük töhfələr vermişdir.
Heydər Əliyevin böyüklüyü onun bir dövlət xadimi kimi mədənimənəvi
əlaqələrin inkişafının əhəmiyyətini başa düşməsində idi. Azərbaycanın mədəni
mənəvi əlaqələri qoruyub saxlaması Heydər Əliyevin dövlət xadimi, yeni
demokratik Azərbaycanın qurucusu kimi böyük xidmətidir. Onun rus dili və
mədəniyyətinə münasibəti, Bakı Slavyan Universitetinin yaradılması, Rusiya
Dilçilik Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılması
Heydər Əliyevin unudulmaz xatirələrinə ən gözəl abidələrdir.
Rusiya Dövlət Kitabxanasının direktoru Viktor Fyodorov gecəni açaraq bil-
dirmişdir ki, Heydər Əliyev həm SSRİ, həm Azərbaycan üçün, həm də Rusiya
Azərbaycan münasibətlərinin möhkəmlənməsi üçün çox işlər görmüşdür. Hey-
dər Əliyevin fəaliyyətinə necə yüksək qiymət verilirsəverilsin, yenə də azdır,
çünki ən yüksək qiyməti tarixin özü verir. O demişdir: “Artıq aydındır ki, Hey-
dər Əliyev tərəfindən qoyulmuş təməlin əsasında həm müasir geosiyasi vəziy-
yəti ən incəliyinə qədər bilən dövlət xadiminin, həm də öz vətənini ürəkdən
sevən bir insanın müdrikliyi durur”.
Rusiyanın görkəmli elm xadimləri insanların ürəklərində silinməz izlər
qoymuş Azərbaycan xalqının Ulu Öndərini sonsuz səmimiyyət və məhəbbətlə
xatırlayaraq bildirmişlər ki, Heydər Əliyevlə görüşmək və onunla ünsiyyətə
girmək həyatlarında ən parlaq və unudulmaz məqamlar olmuşdur.
135
Azərbaycanın və Rusiyanın əməkdar incəsənət xadimi Janna Dozortseva
demişdir: “Heydər Əliyev yüksək mədəniyyətə malik son dərəcə gözəl insan
olmaqla yanaşı, həm də səmimi və mehriban idi. O, intellektinə, ziyalılığına və
zəngin biliyinə görə bənzərsiz şəxsiyyət idi”.
Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində
işləyərkən onun köməkçisi olmuş Yuri Soloduxin bu böyük insanı xatırlaya-
raq demişdir: “Heydər Əliyevlə işləmək hamı üçün məktəb idi. O, fəaliyyətinin
əməli nəticələri, xüsusi iş üslubu olan siyasi xadim idi. Böyük, nadir intellek-
tual potensialı da onun geniş dünyagörüşündə özünü büruzə verirdi. Heydər
Əliyev mədəniyyətə və mənəvi inkişafa böyük diqqət yetirirdi. Onun kino
sənayesi üçün büdcədən pul ayrılmasına nail olmasını və Tretyakov qalereya-
sının yeni binasının tikintisinin başa çatmasına kömək etməsini hamı xatırlayır.
O, böyük siyasi xadim idi. Heydər Əliyev dahiliyi sağlığında etiraf edilmiş şəx-
siyyətlərdən idi”.
“Exo planetı” jurnalının baş redaktorunun müavini Valeri Calaqoniya Hey-
dər Əliyevin KİV nümayəndələrinə münasibətindən danışaraq bildirmişdir ki,
heç bir sovet xadimi jurnalistlərə bu qədər diqqət ayırmırdı. Heydər Əliyev
KİVin rolunu Kremldəki həmkarlarından daha yaxşı başa düşürdü.
Şərq Ədəbiyyatı Mərkəzinin salonunda Ümummilli Lider Heydər Əliyevin
həyat və fəaliyyətinə həsr olunmuş fotosərgi, iki ekspozisiyadan – onun həyat
və fəaliyyətindən söhbət açan və Heydər Əliyev Fondu tərəfindən buraxılmış
kitablardan ibarət sərgi açılmışdır.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi 28 May Respublika günü-
nün Rusiyada qeyd olunmasını dəstəkləyərək Azərbaycanın dövlətçilik dəyər-
lərinin zənginliyinin təbliğ edilməsi istiqamətində mühüm tədbirlər həyata
keçirmişdir. Belə ki, 2009cu il may ayının 28də Moskvada Heydər Əliyev
Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva, Rusiya Xarici İşlər
nazirinin müavini Aleksandr Yakovenko, Rusiya Federal Məclisinin və Dövlət
Dumasının üzvləri, ictimaisiyasi xadimlər, xarici ölkələrin səfirlərinin iştirakı
ilə 28 May Respublika gününə həsr edilmiş mərasim keçirilmişdir.
Rusiya Xarici İşlər nazirinin müavini Aleksandr Yakovenko çıxışında bay-
ram münasibətilə Azərbaycan xalqını təbrik edərək vurğulamışdır ki, Rusiya
Azərbaycanla bütün sahələrdə əməkdaşlıq etməkdə maraqlıdır və bu əlaqələrə
böyük dəyər verir.
Heydər Əliyevin həyatında çox şey Moskva ilə bağlı olmuşdur. Burada o,
güclü dəstək almış, siyasi və dövlət fəaliyyətində yüksəlmiş və son nəticədə
sovet rəhbərlərinin ikiüzlülüyü və ədalətsizliyi ilə qarşılaşmışdır. Heydər Əli-
yev bu çətinlikləri ona xas olan insani və vətəndaş dəyanəti ilə qarşılamış və
doğma respublikaya qayıtdıqdan sonra qüvvəsini, istedadını və biliyini bütün-
lüklə dövlət müstəqilliyi yoluna qədəm qoymuş Azərbaycan xalqına həsr et
mişdir. Heydər Əliyev şəxsiyyətinin miqyası o qədər geniş idi ki, onun intellek
136
tual və insani keyfiyyətləri Azərbaycan sərhədlərindən çoxçox uzaqlarda
tanınmış, beynəlxalq aləmdə qiymətləndirilmişdir.
Heydər Əliyev onun taleyinə düşən əzablı yolları və şəxsi iztirabları şərəflə
dəf edən müdrik və uzaqgörən siyasi xadim kimi qəbul olunmuşdur. Heydər
Əliyevin ətrafında MDBnin siyasi, dövlət elitasında layiq olduğu əsl hörmət
və ehtiram mühiti yaranmışdı.
Heydər Əliyev dərin ensiklopedik biliyə malik insan, bədii istedadların
mahir hamisi olmuşdur. Azərbaycan ədəbiyyatı, incəsənəti və memarlığının əsl
intibahı onun adı ilə bağlıdır. Heydər Əliyevin şəxsiyyəti rus və Azərbaycan
xalqlarının dostluğunun, milli mədəniyyətlərinin, əbədi əlaqələrinin təcəs-
sümü idi. Həm sovet və həm də postsovet dövründə Heydər Əliyevin həyatının
mənası və məqsədi yalnız yaratmaq idi. O, ölkəsini hərtərəfli coşqun inkişaf
yoluna çıxarmış, kiçik respublikanı energetika dövləti səviyyəsinə yüksəltmiş,
Azərbaycanın siyasi təsiri regional çərçivədən çıxaraq beynəlxalq əhəmiyyətə
malik olmuşdur. O, öz xalqına zəngin irs qoymuşdur və belə oğulları yetirən
ölkə daim bəxtiyar olacaqdır.
2009cu ildə 15 iyun – Milli Qurtuluş günü ilə əlaqədar Moskvada Azər-
baycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş
“Qloballaşma dövründə mədəniyyətlərin qarşılıqlı təsiri” mövzusunda bey-
nəlxalq konfrans keçirilmişdir. Konfrans Heydər Əliyev Fondunun Moskvadakı
nümayəndəliyi, Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutu, M.V.Lomono-
sov adına MDUnun qlobal proseslər fakültəsi, AMEA Fəlsəfə, Sosiologiya və
Hüquq İnstitutu və Rusiya Fəlsəfə Cəmiyyəti tərəfindən təşkil edilmişdir.
Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əli-
yeva Azərbaycan xalqının 15 iyun tarixini Milli Qurtuluş günü kimi qeyd etmə-
sini vurğulayaraq demişdir: “Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra
ciddi iqtisadi və siyasi problemlərlə qarşılaşdı. İqtisadi tənəzzül keçirən, Ermə-
nistan tərəfindən hərbi müdaxiləyə məruz qalan Azərbaycan Vətəndaş müha-
ribəsi astanasında idi. Çoxdan gözlənilən müstəqillik təhlükə qarşısında qal-
mışdı. Yalnız Heydər Əliyevin 1993cü il iyunun 15də hakimiyyətə qayıdışı
vəziyyəti kökündən dəyişdirməyə imkan verdi, suveren Azərbaycan dövlətinin
əsası qoyuldu. Heydər Əliyev bütün ömrünü öz ölkəsinə, vətəninə həsr etmişdi,
onun müdrik siyasəti sayəsində Azərbaycan bu gün inkişaf edir və çiçəklənir.
Azərbaycan iqtisadi inkişaf sürətinə görə bir neçə ildir ki, lider mövqeyindədir,
ölkədə nəqliyyat, energetika sahələri üzrə iri regional layihələr həyata keçirilir,
sosial problemlər həll olunur. Bir sözlə, həyatın bütün sahələrində inkişaf aydın
hiss edilir.
Bu gün Heydər Əliyev cismən aramızda yoxdur, lakin müstəqil Azərbaycan
yaşayır, Ümummilli Liderin bütün həyatını həsr etdiyi iş, onun ideyaları yaşa-
137
yır, bu il yaradılmasının beş ili tamam olmuş Heydər Əliyev Fondu yaşayır. Bu
dövr ərzində Heydər Əliyev Fondu Azərbaycan xalqının, demək olar ki, bütün
təbəqələrinin etimadını və dəstəyini qazanmışdır. Bu gün Fond təkcə Azərbay-
canda deyil, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərir və təməli Heydər
Əliyev tərəfindən qoyulmuş xeyirxah işləri davam etdirir.
Mənim üçün xoşdur ki, qloballaşan dövrdə mədəniyyətlərin qarşılıqlı təsiri
mövzusunda keçirilən bugünkü konfrans Heydər Əliyevin xatirəsinə həsr edil-
mişdir. Nadir geosiyasi mövqeyə malik, Qərblə Şərq arasında əsl körpü olan və
qədim İpək yolunda yerləşmiş Azərbaycan, həm Şərq və həm də Qərb mədə-
niyyətini özündə əks etdirir. Xalqımız əsrlər boyu tolerantlıq və dözümlü lük
ruhunda tərbiyə edilmişdir. Biz adət və ənənələrimizi dərindən qiymətləndirir,
eyni zamanda dünya ölkələrinin birbirindən fərqli mədəniyyətlərinə böyük
hörmət bəsləyirik. Bu gün kifayət qədər mükəmməl dünya birliyində Azər-
baycan tolerantlıq nümunəsi ola bilər. Bugünkü mövzu – qloballaşma möv
zusu kifayət qədər genişdir və birmənalı deyildir. Şübhə doğurmayan yalnız
odur ki, müasir dünya inteqrasiya edir və qloballaşma dünyanın demək olar
bütün ölkələrinə və xalqlarına təsir göstərir. Əminəm ki, bugünkü konfrans çox
maraqlı və səmərəli olacaqdır. Sevindirici haldır ki, konfrans Azərbaycanın milli
bayramı ilə eyni vaxta düşmüşdür və mən bunda rəmzi xarakter və xoş məna
görmək istərdim. Bütün iştirakçılara konfransın işində uğurlar arzulayıram”.
Konfransda MDUnun fakültə dekanı, tarix elmləri doktoru Georgi Alekse-
yev, AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru İlham Məm-
mədzadə, MDUnun qlobal proseslər fakültəsinin dekanı İlya İlin, RF hökuməti
yanında Moskva Turizm Akademiyasının kafedra müdiri Olqa Çistyakova,
Rusiya Fəlsəfə Cəmiyyətinin birinci vitseprezidenti, fəlsəfə elmləri doktoru,
professor Aleksandr Çumakov, RF XİN Diplomatiya Akademiyasının kafedra
müdiri, fəlsəfə elmləri doktoru, professor Konstantin Dolqovun və digər alim-
lərin çıxışları dinlənilmişdir.
Konfransın nəticəsi olaraq iştirakçılar işçi qaydada qətnamə qəbul etmişlər.
Qətnamədə mövzunun aktuallığı və əhəmiyyəti vurğulanmış, hər il Azərbaycan
xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş Əliyev qira
ətlərinin, habelə sosialsiyasi, fəlsəfi qiraətlərin keçirilməsi təklif olunmuşdur.
2009cu il iyun ayının 16da Heydər Əliyev Fondunun Moskva nümayən-
dəliyinin başçısı Leyla Əliyevanın rəhbərlik etdiyi Rusiyanın Azərbaycanlı
Gənclər Təşkilatı (RAGT) hər il iyunun 14də qeyd olunan Ümumdünya Qan
Donoru gününə həsr edilmiş “Qanın milliyyəti yoxdur” adlı növbəti xeyriyyə
aksiyasını keçirmişdir.
RAGT İ.M.Seçenov adına Moskva Tibb Akademiyasının (MTA) Azərbay-
canlı Gənclər Klubunun dəstəyi ilə “Qanın milliyyəti yoxdur, həyat bəxş elə –
138
donor ol!” devizi altında qanvermə xeyriyyə aksiyasına start vermişdir. Aksiya
paytaxtın ali məktəblərindəki azərbaycanlı tələbə klublarının iştirakı ilə Seçe-
nov adına MTAnın həmyerlimiz Əliheydər Rəhimovun başçılıq etdiyi kliniki
hematologiya və transfuziologiya kafedrasında keçirilmişdir. Təxminən 100
dək azərbaycanlı tələbə hemofiliya, talassemiya və digər qan xəstəliklərindən
əziyyət çəkənlər üçün qan vermişlər.
Heydər Əliyev Fondu dini dəyərlərə böyük hörmətlə yanaşan və tollerant-
lığa əsaslanan bu dəyərlərin yayılması işində fəal mövqe nümayiş etdirən bir
qurum kimi tanınmışdır. Ölkəmizdə əsas din islam dinidir, əhalinin böyük
əksəriyyəti bu dinə etiqad edir, buna baxmayaraq, Azərbaycanda islamla bəra-
bər bütün dinlərə böyük hörmət və ehtiram bəslənilir, bütün dindarlar bərabər
hüquqlara malikdirlər. Xüsusən son illərdə Azərbaycanda müsəlman məscidləri
ilə yanaşı, kilsələr, məbədlər, sinaqoqlar da tikilir və bərpa edilir. Məlumdur ki,
Bakıda katolik kostyolu tikilmişdir. Onun planı şəxsən Roma Papası ilə razılaş-
dırılmışdır. Buna görə də deyə bilərik ki, bu gün Azərbaycan cəmiyyəti həm-
rəylik, sülh, qarşılıqlı hörmət və tolerantlıq şəraitində yaşayır.
2009cu il sentyabr ayının 16da Moskva hökumətinin, “Nadejda” Mədə-
niyyət və Təhsil Fondunun, habelə Azərbaycan Respublikasının Rusiya Fede-
rasiyasındakı səfirliyinin dəstəyi ilə Rusiya Müftilər Şurası və Rusiyanın Azər-
baycanlı Gənclər Təşkilatı (RAGT) tərəfindən “Poklonnaya Qora”da yerləşən
məscidin yaxınlığında açılmış “Ramazan çadırı”nda iftar süfrəsi açılaraq Azər-
baycan Respublikası gecəsi keçirilmişdir.
Rusiyanın bütün regionlarında gənclər RAGTın yaradılmasını və irimiq-
yaslı fəaliyyətini alqışlayırlar. Ulu Öndər diasporumuzun problemlərinə həmişə
çox diqqətlə yanaşırdı. Dünya Azərbaycanlılarının I qurultayı Heydər Əliyevin
təşəbbüsü və iştirakı ilə keçirilmişdir. Bu gün həmin xətti Azərbaycan Prezi-
denti İlham Əliyev uğurla davam etdirir və təkcə Rusiyada deyil, bütün dün-
yada Azərbaycan diasporu ilə bağlı məsələləri diqqət mərkəzində saxlayır.
Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəsi Rusiyada
təhsil alan həmvətənlərimizin daima diqqət və qayğı altında saxlayır və onlarla
mütəmadi olaraq görüşlər keçirtməkdədir. Belə görüşlərdən biri də 2009cu
il oktyabr ayının 28də Moskvada, “Yunost” mehmanxanasında Heydər Əli-
yev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri, Rusiyanın
Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla Əliyevanın Moskvanın
və Rusiya regionlarının ali təhsil məktəblərinin azərbaycanlı birinci kurs tələ-
bələri ilə görüşü olmuşdur.
RAGTın sədri Leyla Əliyeva ali təhsil ocaqlarında tədris ilinin başlaması
münasibətilə onları təbrik edərək bildirmişdir ki, Rusiya ali məktəblərində təh-
sil almaq imkanı onların gələcəyini qurmaq üçün güclü başlanğıc, əsaslı baza-
dır. Təkcə təhsil prosesi deyil, öz nəslinin nümayəndələri ilə ünsiyyət, dostluq,
139
həmrəylik, dostların və mehriban insanların dəstəyini və qayğısını hiss etmək
də vacibdir. Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının məhz bu məqsədlə
yaradıldığını xüsusi vurğulayan Leyla Əliyeva, qurumun Rusiyanın 60 regio-
nundan gənclərin iştirakı ilə keçirilən təsis qurultayından ətraflı söhbət açmışdır.
Gənclər təşkilatının başçısı bildirmişdir ki, RAGT fəal və uğurlu iş aparır.
O demişdir: “Gənclərimizin ünsiyyət saxlamaları, müsabiqələrdə iştirak etmə
ləri, maraqlı xəbərlərin müzakirələrinə qatılmaları üçün qurumun saytı yara-
dılmışdır. RAGT Rusiya ali məktəblərinin rəhbərliyi ilə yaxından əməkdaşlıq
edir. Onların əksəriyyətində, özü də təkcə Moskvada deyil, Rusiyanın bir çox
regionlarında da azərbaycanlı tələbə klubları artıq fəaliyyət göstərir və açıl-
maqdadır. Hərəkatımız daim inkişaf edir, dostlarımızın və məsləkdaşlarımızın
sayı getdikcə artır. Məqsədimiz Rusiyada yaşayan gənclərimizin Azərbaycanın
zəngin mədəniyyətini, qədim tarixini, milli ənənələrini layiqincə təmsil etmələ-
rinə nail olmaqdır”. Leyla Əliyeva diqqəti belə bir fakta yönəltmişdir ki, hər
il Rusiyanın bir çox ali məktəblərində Azərbaycan mədəniyyəti və tolerantlıq
günləri, həftələri, konfranslar keçirilir, konsertlər, fotosərgilər təşkil olunur.
RAGT hər il Xocalı faciəsinə həsr olunmuş konfranslar keçirir.
RAGTın xeyriyyəçiliyə böyük diqqət yetirdiyini bildirən Leyla Əliyeva
iki dəfə təşkil olunmuş və indən belə hər il keçiriləcək “Qanın milləti yoxdur”
aksiyasını, gənclərin uşaq evlərinə, qocalar və əlillər üçün evlərə baş çəkdiklə-
rini xatırlatmışdır. O demişdir: “Heç şübhəsiz, gənclərin idman və intellektual
nailiyyətləri, ŞHK komandalarının çıxışları, nərd turnirləri, “Nə? Harada? Nə
vaxt?” oyunu qurumun diqqət mərkəzindədir. Baharın sonunda Heydər Əliyev
kuboku uğrunda minifutbol çempionatı keçirmişik. Çempionatda Moskvanın
16 ali məktəbi iştirak etmişdir. Bu turnir hər il keçiriləcəkdir”.
Azərbaycan dili, tarixi, ədəbiyyatı, milli rəqsləri siniflərinin, habelə Mos-
kvada Azərbaycan məktəbinin açılması planlarından söz açan Leyla Əliyeva
demişdir: “Bugünkü görüş belə bir əminlik yaradır ki, biz vahid komanda ola
bilərik və birlikdə xeyli faydalı və xeyirxah iş görə bilərik, çünki sıralarımız
getdikcə genişlənir. Təkcə Moskvada RAGT üzvlərinin sayı artıq mini ötmüş-
dür, bütün Rusiyada isə minlərlə məsləkdaşımız vardır. RAGT qurumun üzvü
olan və olmayan azərbaycanlı gənclərin hamısına kömək etməyə hazırdır. Biz
bütün ideyalarınızı, təşəbbüsləri dəstəkləməyə hazırıq. Tələbələrimiz üçün
əlavə stimul kimi əlaçıların mükafat fondunu təsis etmişik. Mükafatlar təhsil
ilinin sonunda veriləcəkdir”.
MDBMİnin xarici tələbələrin təhsili kafedrasının dekanı Vladimir Şış-
kin, Seçenov adına Moskva Tibb Akademiyasının prorektoru Renat Alyautdin,
Moskva Dövlət Hüquq Akademiyasının beynəlxalq əlaqələr şöbəsinin rəisi
140
Nikolay Molçanov çıxış edərək, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının
və ali məktəblərdəki azərbaycanlı tələbə klublarının fəaliyyətini yüksək qiy-
mətləndirmişlər.
V.Şışkin bildirmişdir ki, RAGT Azərbaycan mədəniyyətini, milli adət
ənənələrini və xalqımızın həyatını rusiyalılara daha yaxşı çatdırmaq üçün bun-
dan da çox iş görə bilər. O demişdir: “RAGTnin fəaliyyəti bu yolda tədricən
bərpa olunan beynəlmiləlçilik ideyasının təcəssümüdür”.
2009cu il noyabr ayının 27də Moskvadakı “Manej” Mərkəzi Sərgi Salo-
nunda məşhur fotorəssam Georgi Pinxasovun “Bakıya məhəbbətlə” adlı fo to
sərgisinin təntənəli açılış mərasimi olmuşdur. Fotosərgini “Baku” jurnalı “Mos-
kovski dom fotoqrafii” muzeyi, Moskva Hökuməti və Moskvanın Mədəniyyət
Departamenti ilə birlikdə təşkil etmişdir.
Moskva fotoqrafiya evinin direktoru Olqa Sviblova gecəni layihənin təşəb-
büskarı olan “Baku” jurnalının bayramı adlandırmışdır.
“Baku” jurnalının baş redaktoru, Heydər Əliyev Fondunun Rusiya Fede-
rasiyasındakı nümayəndəliyinin başçısı, Rusiyanın Azərbaycanlı Gənclər Təş-
kilatının (RAGT) sədri Leyla Əliyeva tədbiri açaraq demişdir: “Artıq iki ildir
“Baku” jurnalını təsis etmişik. İstəyirik ki, o, şəhərimizin misilsiz abhavasını
hiss etməkdə və sevməkdə oxuculara kömək etsin. Jurnalımızın səhifələrində
ölkəmizin və paytaxtımızın müasir simasında mədəniyyətdən, adətənənələri
mizdən və tariximizdən söhbət açırıq. Ən başlıcası isə qeyriadi taleyi olan
böyük insanlardan, böyük istedad və zəka sahiblərindən, habelə sadə, eyni za
manda çox maraqlı taleyi olan insanlardan danışırıq. Bir sözlə, biz bakılılardan
danışırıq. Biz bakılılar öz şəhərimizi hədsiz sevdiyimiz üçün, onun barəsində
həmişə məhəbbətlə söz açırıq. Bugünkü gecə bunu təsdiq edir.
Bakının alleqorik adları çoxdur: “Küləklər şəhəri”, “Odlar yurdu”, “Xəzərin
incisi” və s. Azərbaycanın paytaxtı haqqında deyilən bütün bu sözlər həqiqət-
dir. Bakı çox müxtəlifdir: burada qədimlik və müasirlik, geniş prospektlər və
dar, dolanbac küçələr, Qız qalası və ultramüasir tikililər, urbanizasiyaya aid
tipik mənzərələr və ənənəvi həyat tərzi yanaşıdır. Bakı, əslində, bütün iri şəhər-
lər kimi bəzən hayküylü, tələskən və narahat, eyni zamanda çoxəsrlik tarixi
ilə cəzb edən sirlisehrli möhtəşəm bir şəhərdir. Bakı haqqında saatlarla danışa
bilərəm, lakin “yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır” məsəli ilə
tam razıyam”.
Tanınmış fotorəssam, məşhur “Maqnum Fotos” agentliyində çalışan yeganə
rusiyalı maestro Georgi Pinxasov bildirmişdir ki, Bakı həqiqətən çox gözəl,
günəşli və ecazkar şəhərdir və o, hamını buna inandırmağa çalışmışdır. Dünya
şöhrətli foto ustası demişdir: “Əgər buna nail olmuşamsa, çox xoşbəxtəm”.
141
Onun sözlərinə görə, ilk dəfə Bakıda 1976cı ildə olsa da, burada qısa müddət
işləmişdir. G. Pinxasov demişdir: “Bu, may ayında 10 gün çəkən çox qısa dövr
idi. Düşündüklərimi həyata keçirə bilməyəcəyim məni çox həyəcanlandırırdı.
Lakin gördüyünüz kimi, artıq nəticə vardır və bu uğur təkcə mənə aid deyildir.
Mən “Baku” jurnalına, özündə bu layihəni həyata keçirmək cəsarəti tapmış baş
redaktor Leyla Əliyevaya və həmin layihədə iştirak edən bütün insanlara min-
nətdarlığımı bildirmək istəyirəm”.
Fotosərgidə Bakı baharını əks etdirən 60 əsər nümayiş etdirilmişdir. Rusiya
ictimaiyyəti tanınmış ustadın qayğı və məhəbbətlə yaratdığı fotoşəkillərdə
Azərbaycan paytaxtının gözəlliyini “Baku” jurnalının sayəsində duya bilmişlər.
2009cu il noyabr ayının 28də Heydər Əliyev Fondunun Rusiya Federa-
siyasındakı nümayəndəliyi Moskvada Rusiya Müftiləri Şurası ilə birlikdə
müqəddəs Qurban Bayramı münasibətilə xeyriyyə tədbiri keçirmişdir.
Fondun və Şuranın nümayəndələri 43 nömrəli ixtisaslaşdırılmış uşaq
evinə, azərbaycanlı və rus müharibə veteranlarının yaşadıqları evlərə qurban
əti paylamışlar.
Uşaq evinin rəhbərliyi Heydər Əliyev Fondunun Rusiya Federasiyasın-
dakı Nümayəndəliyinin rəhbəri Leyla Əliyevaya və qurumun nümayəndələrinə
uşaqlara göstərilən qayğı və diqqətə görə dərin minnətdarlığını bildirmiş, bu
xeyriyyə tədbirini humanizm, mərhəmət və qayğı aksiyası kimi qiymətləndir-
mişdir. Qeyd edilmişdir ki, aksiya yüksək mənəvi ideallara gözəl nümunədir və
mənəvi əlaqələrimizi möhkəmləndirir.
2009cu il noyabrın 30da Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı –
RAGT İ.M.Seçenov adına Moskva Tibb Akademiyasının Azərbaycan klubunun
köməyi ilə “Sağlamlığına əmin ol, xəstəliyə yox de!” devizi altında xeyriyyə
aksiyası keçirmişdir.
Piroqov adına Rusiya Tibb Universitetinin urologiya kafedrasının profes-
soru Səfər Həmidovun başçılıq etdiyi “İntelMed” özəl klinikasında həmvətən-
lərimiz və rusiyalılar pulsuz müayinə olunmuşlar. Aksiya RAGTın Azərbaycan
klubları nümayəndələrinin klinikanın həkimləri tərəfindən hərtərəfli müayinə
olunması məqsədi daşımışdır. Yüksək ixtisaslı həkimlərin (uroloq, terapevt,
dermatoloq, stomatoloq, kardioloq, endokrinoloq, bütün orqanların ultrasəs
müayinəsi, periferiya damarlarının dupleks skanlaşdırılması, ExoKQ və EKQ)
müayinəsindən 70dən yuxarı aksiya iştirakçısı keçmişdir.
İ.M.Seçenov adına Moskva Tibb Akademiyasının aspirantı, RAGTın nə za rət
təftiş komissiyasının üzvü Samir Əliyev bildirmişdir ki, aksiya RAGTın sədri,
Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin başçısı Leyla Əliyeva-
nın rəhbərliyi və dəstəyi ilə təşkil olunmuşdur. O bildirmişdir ki, Azərbaycan
gənclərinin sağlamlığına qayğı göstərilməsi RAGTın xüsusi diqqət yetirdiyi
prioritet istiqamətlərdən biridir.
142
Bu aksiya gənclər təşkilatının hamı üçün açıq olduğunu bir daha nümayiş
etdirmişdir. Həm həmvətənlərimiz, həm də Rusiya vətəndaşları pulsuz müa-
yinə olunmaq imkanı qazanmışdırlar. Hər bir aksiya iştirakçısı bir neçə həkim
tərəfindən müayinə olundu və ixtisaslı məsləhətlər aldı. Həmin gün 200dək
müxtəlif tibbi müayinə aparılmışdı.
Şübhəsiz, Rusiyanın tibb və səhiyyə sahəsində xeyli azərbaycanlı həkimin
çalışması, onların böyük uğurlar qazanması və yüksək peşəkar səviyyədə iş lə
məsi əlamətdar faktdır. Hazırda Azərbaycanda başqa sahələrlə yanaşı, səhiyyə
və tibb sahəsi də fəal inkişaf edir – son texniki avadanlıqla təchiz edilmiş
yeni xəstəxanalar, poliklinikalar, tibbi mərkəzlər tikilir. Rusiya və Azərbayca-
nın tibb və səhiyyə işçiləri arasında təcrübə mübadiləsi və daimi əlaqələr bu
baxımdan xüsusi əhəmiyyət kəsb edir və Heydər Əliyev Fondunun RFdəki
nümayəndəliyi ilə sıx əməkdaşlıq bu məsələnin həlli ilə əlaqədar münasibətlə-
rin inkişafına təkan verir.
2009cu il dekabrın 3də Azərbaycanın Rusiyadakı səfirliyində Rusiyanın
səhiyyə və tibb sistemində işləyən azərbaycanlılarla görüş olmuşdur. Heydər
Əliyev Fondunun RFdəki nümayəndəliyi, Rusiyanın Azərbaycanlı Gənclər
Təşkilatı (RAGT) və ölkəmizin Rusiyadakı səfirliyi tərəfindən təşkil edilmiş
tədbirdə səhiyyə sahəsinin 50yə yaxın işçisi iştirak etmişdir.
Heydər Əliyev Fondunun RFdəki nümayəndəliyinin rəhbəri, RAGTnin
sədri Leyla Əliyeva çıxışında peşəsi insan həyatını xilas etmək olan adamlarla
görüşlərin xüsusi əhəmiyyətini vurğulamışdır. O, görüş iştirakçılarına müraciət
edərək demişdir: “Siz insanlara ümid bəxş edir, onlara böyük kömək göstərir-
siniz. Həkim peşəsi ən mühüm və məsul peşələrdən biri olmaqla bərabər, həm
də ən vacib və ən çox ehtiyac olan peşələrdən biridir. Bu nəcib işinizə görə sizə
təşəkkür edirəm”.
Leyla Əliyeva Heydər Əliyev Fondunun RFdəki nümayəndəliyinin geniş
fəaliyyəti haqqında məlumat vermişdir. Onun sözlərinə görə, Heydər Əliyev
Fondunun Rusiyadakı nümayəndəliyinin yaradılmasından iki ildən çox keçir.
Bu müddətdə mədəniyyət, elm, idman və təhsil sahələrində fəal iş aparılmış-
dır və indi də aparılır, lakin Fondun fəaliyyətinin əsas istiqamətlərindən biri,
heç şübhəsiz, səhiyyə sahəsidir. Leyla Əliyeva xüsusi vurğulamışdır ki, Heydər
Əliyev Fondu Azərbaycanda həm müstəqil şəkildə, həm də Səhiyyə Nazirliyi
ilə birgə müxtəlif proqramlar və layihələr işləyib hazırlayır və həyata keçirir,
xüsusi qayğıya ehtiyacı olan insanlara, ən zəif müdafiə olunan sosial qruplara –
uşaqlara, yeniyetmələrə, habelə uşaq evlərinə, qocalar evlərinə, qaçqın və məc-
buri köçkün ailələrinə, aztəminatlı ailələrə və müxtəlif xəstəliklərdən əziyyət
çəkən uşaqlara kömək edir.
Leyla Əliyeva Heydər Əliyev Fondunun fəaliyyətinin tibbi istiqaməti barədə
məlumat vermiş və bu sahədə bir neçə layihənin adını çəkmişdir. Məsələn,
143
o qeyd etmişdir ki, Fond 2004cü ildən “Şəkərli diabetdən əziyyət çəkən uşaq-
lara ən yüksək qayğı” proqramını həyata keçirir. Bu proqram çərçivəsində yaş-
lılara da ciddi kömək göstərilir; 2005ci ilin fevralından “Talassemiyasız həyat
naminə” proqramı həyata keçirilir, Bakıda müasir Talassemiya Mərkəzi tiki-
lib istifadəyə verilmişdir; yeni səhiyyə obyektləri tikilir, mövcud müəssisələr
yenidən qurulur, bu il Uşaq Psixonevroloji Mərkəzi açılmışdır; Xəzər rayonu-
nun Türkan qəsəbəsindəki poliklinika, Şüvəlan qəsəbəsindəki xəstəxana, Zirə
qəsəbəsindəki müalicədiaqnostika mərkəzi təmir edilmiş və lazımi avadan-
lıqla təchiz olunmuşdur, 2008ci ilin aprelində Qala qəsəbəsində müasir tibb
mərkəzi tikilmişdir, 20072009cu illərdə “Təbəssüm” uşaq sanatoriyası əsaslı
təmir edilmiş, avadanlıqla təchiz olunmuş, bir sıra digər işlər görülmüşdür.
Heydər Əliyev Fondu dünyanın bir sıra məşhur şirkətləri ilə əməkdaşlığı inki-
şaf etdirir və genişləndirir.
Beş il müddətində Heydər Əliyev Fondu tərəfindən Azərbaycanın 10 min-
dən çox sakininə tibbi yardım göstərilmiş, 763 cərrahiyyə əməliyyatı aparılmış,
100ə yaxın xəstə müayinə və müalicə üçün xaricə göndərilmişdir. Leyla Əli-
yeva demişdir: “İstərdik ki, ümumiyyətlə xəstələr olmasın, lakin təəssüf ki, bu
mümkün deyil. Heydər Əliyev Fondu əldə edilən nailiyyətlərlə kifayətlənmək
fikrində deyil, o, bütün dünyada, o cümlədən Rusiyada yaşayan azərbaycanlı-
lara kömək göstərməkdə davam edəcəkdir”.
Heydər Əliyev Fondunun RFdəki nümayəndəliyinin rəhbəri Leyla Əliyeva
Rusiya tibbi ictimaiyyətinin nümayəndələrinə fəxri fərmanlar təqdim etmişdir.
Səhiyyə və təhsil sisteminin görkəmli işçilərinə – professorlara, akademiklərə,
praktiki həkimlərə, habelə tibb sahəsində perspektivli gənc mütəxəssislərə
“Kadrların hazırlanmasına və RAGTnin humanitar aksiyalarının təşkilinə fəal
kömək etdiklərinə görə” təşəkkür edilmişdir. Təşəkkürnaməyə layiq görülənlər
arasında akademik Valeri Sandrikov, Dövlət Dumasının Sağlamlığın Qorun-
ması Komitəsinin sədrinin köməkçisi, tibb elmləri doktoru Yevgeni Gelfqard,
professorlar – Əliheydər Rəhimov, Aleksandr Yeremenko, Yuri Barsukov, Adil
Məmmədov, Səfər Həmidov, İsmixan Qəhrəmanov, Kima Abdullayeva, gənc
mütəxəssislər – Samir Əliyev, Pərviz Səfərov və Əşrəf Həsənov da olmuşdur.
2009cu il dekabr ayının 17də Rusiya Federasiyası Xarici İşlər Nazirliyi-
nin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (Universitetində)
(MDBMİ (U)) Naxçıvan Muxtar Respublikasının 85 illik yubileyinə həsr edil-
miş konfrans keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Azərbaycanın ayrılmaz bir hissəsidir. Bu
qədim diyar Azərbaycana və bütün dünyaya Ümummilli Lider Heydər Əli-
yev kimi böyük şəxsiyyəti bəxş etmişdir. Son 1012 ildə Naxçıvan bütün
sahələrdə uğurla inkişaf edir.
144
Naxçıvan Muxtar Respublikasının yubileyinin Moskvada keçirilməsi əla
mətdar hadisə idi, çünki Rusiya bizim böyük qonşumuz, strateji tərəfdaşımız-
dır. Rusiyada çoxsaylı Azərbaycan diasporu yaşayır və Rusiyanın rifahı naminə
çalışır. Diaspor Azərbaycanla bağlı bütün məsələlərə ciddi maraq göstərir.
Rusiyada əslən Naxçıvandan olanlar da çoxdur.
Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla xanım
Əliyeva NMRin yubileyinin Moskvada qeyd olunmasının əhəmiyyətini vurğu-
layaraq demişdir: “Bu gün biz Heydər Əliyev Fondunun dəstəyi ilə bu yubileyi
Moskvada qeyd edir və bizə verilmiş imkana görə Moskva Dövlət Beynəlxalq
Münasibətlər İnstitutunun rəhbərliyinə təşəkkürümüzü bildiririk. Bu yubiley
Azərbaycan xalqı üçün çox əzizdir. Biz haqlı olaraq bununla fəxr edirik. Biz öz
mədəni və tarixi köklərimizi, adət və ənənələrimizi öyrəndikcə, müasir dövrün
gerçəklikləri və birbirimizin uğurları ilə tanış olduqca, qarşılıqlı anlaşmaya və
qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmağı öyrənirik.
Naxçıvan Azərbaycanın ayrılmaz tərkib hissəsidir. O, ilk növbədə, yaşı
minilliklərlə hesablanan, tarixi maraqlı faktlarla zəngin olan qədim diyardır.
Əminəm ki, bu gün Naxçıvanın təbiəti haqqında, onun tarixi və müasir döv-
rdə inkişafı haqqında çox sözlər deyiləcəkdir. Siz bu Muxtar Respublikanın
üzləşdiyi çətinliklər haqqında, naxçıvanlıların qismətinə düşmüş ağır sınaq-
lardan ləyaqətlə çıxması haqqında eşidəcək, öyrənəcəksiniz. Konfransda siz
Naxçıvan sakinlərinin Azərbaycan tarixinə verdiyi dəyərli töhfələr haqqında
eşidəcəksiniz. Naxçıvandan olan azərbaycanlıların şöhrəti hamıya məlum-
dur. Bu gün siz Naxçıvanın – qədim tarixə malik bu bərəkətli diyarın müasir
siması ilə tanış olacaq, onun büllur kimi saf havası ilə nəfəs alacaq, əzəmətli
dağlarının gözəlliyindən zövq alacaq, canlı əfsanə ilə təmasda olacaqsınız.
Çünki Naxçıvan torpağı Nuh peyğəmbərin dəfn olunduğu yer və bir sıra
başqa sirli məqamlar məkanıdır”.
NMR baş nazirinin müavini Təranə Quliyeva “Naxçıvanın sosialiqtisadi
inkişafı” mövzusunda, tarixçi professor Rudolf İvanov “Görkəmli naxçıvanlı-
lar Rusiya dövlətinin tarixində”, MDU yanında Postsovet Məkanını Öyrənən
Mərkəzin baş direktorunun müavini Aleksandr Karavayev “NMR regional
siyasətdə” mövzularında məruzələrlə çıxış etmişlər.
Tanınmış yazıçıpublisist, Milli Məclisin deputatı, “Heydər Əliyev. Şəx
siyyət və zaman” adlı çoxcildliyin müəllifi Elmira Axundovanın şərti olaraq
“Naxçıvan Heydər Əliyevi xilas etdi, Heydər Əliyev Azərbaycanı xilas etdi”
adlandırdığı məruzəsi xüsusi maraqla qarşılandı. E.Axundova Ümummil li
Lider Heydər Əliyevin 19901993cü illərdə siyasi fəaliyyətinin əsas mər hə
lələri, onun Naxçıvana qayıtması, daha sonra dövlətimizi xilas etmək naminə
145
Bakıya gəlməsi faktları üzərində dayanmış, ölkəmizin tarixində Heydər Əli
yevin şəxsiyyətinin rolu və onun irsi barədə ətraflı məlumat vermişdir.
2010cu il fevralın 16da Londonda məşhur rusiyalı fotoqraf Georgi Pinxa-
sovun fotolarından ibarət “Bakıya sevgi ilə” adlı sərgi keçirilmişdir. Sərgi Hey-
dər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, “Baku” jurnalının
təsisçisi və baş redaktoru Leyla xanım Əliyevanın, Azərbaycanın Böyük Brita-
niyadakı səfirliyinin və “Maqnum” agentliyinin təşkilatçılığı ilə baş tutmuşdur.
İngiltərənin məşhur “Maqnum Fotos” agentliyinin dünya şöhrətli fotoqrafı
Georgi Pinxasovun Bakı ilə bağlı 2009cu ildə çəkdiyi 60a yaxın foto paytax-
tımız haqqında London sənətsevərlərinə kifayət qədər maraqlı məlumat verir.
Bu fotolarda Xəzərin sahilində yerləşən, həm Şərqin, həm də Qərbin ovqatın-
dan yoğrulan füsunkar Bakı mənzərələri vardır.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, “Baku” jurna-
lının təsisçisi və baş redaktoru Leyla xanım Əliyevanın təşəbbüsü ilə Avropa
insanına təqdim olunan bu son dərəcə maraqlı, özündə kifayət qədər kolorit
daşıyan fotolar bir daha Azərbaycan paytaxtının tükənməyən gözəlliklərindən
xəbər verir. Elə paytaxtımızı gəzən Pinxasov da avropalı turistlərin çoxuna
məlum olmayan maraqlı anları çəkmişdir. Qafqazın ən böyük şəhəri olan Bakı
bu fotolarda nəhəng neftqaz yataqlarına malik Azərbaycanın paytaxtı və əsas
liman şəhəri, çimərlikləri, təbii və mədəni sərvətləri, turizm potensialı olan
nəhəng bir dünya kimi təqdim olunur: qala divarları, tarixi məkanları, mən-
zərəli labirintləri ilə diqqəti çəkən İçərişəhər, dar küçələr, qədim binalar. Məhz
bu dərin təəssüratın nəticəsidir ki, Pinxasovun Bakı silsiləsi müxtəlif mövzu-
ları, memarlıq abidələrini, limanın səsküyündən sakit şəhər kənarınadək hər
bir məqamı əhatə edir. Bir sözlə, bu fotoların baş qəhrəmanı hər şeyi ilə, bütün
yaşadıqları və yaşananları ilə doğma Azərbaycanın döyünən ürəyi – Bakıdır.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, “Baku” jurna-
lının təsisçisi və baş redaktoru Leyla xanım Əliyeva tədbirin əhəmiyyətindən
danışaraq bildirmişdir ki, “Bakıya sevgi ilə” adlanan sərgidə salamlayım və
“Xoş gəlmisiniz” deyim. Vaxt tapıb gəldiyinizə görə sizə təşəkkür edirəm. İki
il öncə Moskvada “Baku” jurnalını təsis etdik. Məqsədimiz əziz oxucularımıza
gözəl paytaxtımız haqqında daha çox məlumat vermək, Bakının ab havasını
çatdırmaq, onlarda Bakıya məhəbbət yaratmaq və Azərbaycan paytaxtının sirli
tərəflərini onlara sevdirmək idi. Biz jurnalımızın səhifələrində mədəniyyə-
timizi, adətənənələrimizi təqdim edirik. Biz təkcə Azərbaycan tarixinə nəzər
salmırıq, həmçinin onu XXI əsrin ölkəsi kimi təqdim edirik. Uzun əsrlər boyu
Azərbaycanın paytaxtı Bakıya müxtəlif adlar verilib: “Küləklər şəhəri”, “Odlar
diyarı”, “Xəzərin mirvarisi”. Bakının bir neçə siması var: qədim və müasir –
onun geniş prospektlərindən tutmuş, dar orta əsr dalanlarınadək, orta əsrlərə aid
Qız qalasından başlayaraq, ən müasir şəhər mənzərələrinədək. Bakı dünyanın
146
iri şəhərləri kimi qaynayır, amma qədim sərvətə sahib Qobustanın timsalında o,
həm də sirlidir.
Mən saatlarla Bakı haqqında danışa bilərəm. Amma bunun əvəzində, icazə
verin, sizi bizim şəhəri öz gözlərinizlə görməyə, çox istedadlı fotoqraf Georgi
Pinxasovun gözəl əsərlərinə baxmağa dəvət edim. Gördüyünüz kimi, bu foto-
lar yüksək incəsənət nümunələridir və bizim üçün onun fotolarını London kimi
gözəl bir şəhərdə təqdim etmək çox xoşdur. O şəhər də ki mən ömrümün bir
neçə xoş ilini burada keçirmişəm”.
2010cu il may ayının 4də Heydər Əliyev Fondunun Rusiya nümayəndəli-
yinin dəstəyi ilə Moskvada “Qloballaşma şəraitində mədəniyyətlərin qarşılıqlı
fəaliyyəti” kitabı çapdan çıxmışdır. Kitab ərsəyə gəlmişdir.
Nəşr Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə
həsr olunmuş və 2009cu il iyunun 15də Rusiya Elmlər Akademiyasının Fəl-
səfə İnstitutunda keçirilmiş beynəlxalq elmi konfransın materialları əsasında
hazırlanmışdır.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliye-
vanın kitaba yazdığı ön sözdə deyilir ki, Azərbaycan 1991ci ildə müstəqilli-
yini bərpa etdikdən sonra ciddi iqtisadi və siyasi problemlərlə üzləşmiş və yal-
nız 1993cü il iyunun 15də Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra
vəziyyət kökündən dəyişmiş, Ulu Öndər suveren Azərbaycan dövlətinin yara-
dılmasının əsasını qoymuşdur. Heydər Əliyev Fondunun Rusiya nümayəndəli-
yinin rəhbəri yazır: “Heydər Əliyev bütün həyatını öz ölkəsinə həsr etmişdir.
Onun müdriklüyü, siyasi uzaqgörənliyi sayəsində bu gün Azərbaycan tərəqqi
edir... Bu gün Heydər Əliyev sıralarımızda yoxdur, lakin müstəqil Azərbaycan
yaşayır, onun bütün həyatını həsr etdiyi iş yaşayır. Onun ideyaları yaşayır...”.
Kitabda REAnın üzvü, MDUnun professoru Əsgər Akayevin “Şəxsiy-
yət fenomeni inkişafın və mədəniyyətlərin qarşılıqlı fəaliyyətinin əbədi amili
kimi”, REA Fəlsəfə İnstitutunun direktoru Əbdülsalam Hüseynovun “Mədəniy
yətlərin qarşılıqlı fəaliyyətinin humanist əsası”, A.Utkin və V.Fedotovun
“Azərbaycan bizim məhəbbətimizdir” mövzularda, habelə digər Azərbaycan
və Rusiya filosofalimlərinin maraqlı məruzələri yer almışdır. Kitaba Azərbay-
can filosofları – AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru,
professor İlham Məmmədzadənin “Heydər Əliyevin mənəvi irsi və vətənpər-
vərlik”, “fəlsəfə elmləri doktoru Tamilla Əhmədovanın “Qloballaşma şəra-
itində Azərbaycan mədəniyyəti”, REA Fəlsəfə İnstitutunun doktorantı Ariz
Gözəlovun “Cəmiyyətin qloballaşması və transformasiyası” və digər alimlərin
məruzələri daxil edilmişdir.
Tanınmış Rusiya alimləri qlobal proseslərə öz yanaşmalarını təqdim et
mişlər. Rusiya Fəlsəfə Cəmiyyətinin vitseprezidenti, fəlsəfə elmləri dok-
147
toru, professor Aleksandr Çumakovun “Mədəniyyətin inkişafında qlobal və
regional əsaslar”, Rusiya Təbiət Elmləri Akademiyasının akademiki, fəlsəfə
elmləri doktoru İqor Liseyevin “Qloballaşmanın kulturoloji konteksti” və
müasir Rusiya fəlsəfi təfəkküründən bəhs edən digər məruzələr xüsusi maraq
doğurmuşdur.
Ümumiyyətlə, elmi nəşrdə tarixi şəxsiyyətin formalaşmasında, müasir dün-
yada mədəniyyətlərin qloballaşması və konvergensiyası proseslərinin qarşılıqlı
münasibətlərdə, sosial, siyasi, iqtisadi, texnoloji qurumlarda baş verən dəyişik
liklərin insanın həyat fəaliyyətinə təsirində, qlobal və regional səviyyələrdə
cəmiyyətin davamlı inkişaf problemlərində kulturoloji amillərin rolu barədə
materiallar toplanmışdır. Azərbaycanda qlobal proseslərin təzahürünə xüsusi
diqqət ayrılmışdır.
Unutmamalıyıq ki, Heydər Əliyevin yorulmaz fəaliyyəti sayəsində beynəl
xalq aləmdə layiqli yer tutan suveren Azərbaycan dövləti təşəkkül tapmışdır.
Ümumxalq sevgisindən başqa heç nəyi olmayan böyük siyasi xadim dağıl-
maq və vətəndaş müharibəsi təhlükəsi qarşısında olan Azərbaycana çox ağır
bir dövrdə başçılıq edərək, onu parçalanmaqdan xilas etmişdir. Onun başlıca
si lahı həmişə xalqın sevgisi olmuşdur. Heydər Əliyev müasir Azərbaycanın
qeydşərtsiz memarıdır. Xalqımız üçün o, daim yaşayacaqdır.
2010cu il mayın 10da Azərbaycan Respublikasının Rusiya Federasiyasın-
dakı səfirliyinin qonaq evində xalqımızın Ümummilli Lideri, görkəmli siyasi və
dövlət xadimi Heydər Əliyevin anadan olmasının 87ci ildönümünə həsr edil-
miş təntənəli qəbul təşkil edilmişdir.
MDBnin icraçı katibi Sergey Lebedev, ictimai xadim Ramazan Abdulati-
pov, RF Federasiya Şurasının üzvü Aleksandr Dzasoxov, Konstitusiya Məh-
kəməsinin sabiq sədri Marat Baqlay və başqaları XX əsrin görkəmli siyasi
xadimi barədə xoş xatirələrini bölüşərək bildirmişlər ki, Ulu Öndər xalqına və
ölkəsinə həmişə qəlbən bağlı olmuş, onun təəssübünü çəkmişdir. Heydər Əli-
yev onların müdrik müəllimi və gözəl insan olmuşdur. Natiqlər xüsusi vurğu-
lamışlar ki, Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyevin layiqli siyasi
varisidir. Azərbaycanın beynəlxalq aləmdə və ölkə daxilində qazandığı böyük
nailiyyətlər, onun dinamik sosialiqtisadi inkişafı bunu bir daha təsdiqləyir.
Heydər Əliyev Naxçıvanın Muxtar Respublikaya rəhbərlik etdiyi iki ildən
də az müddətdə əsas məqsədə – Naxçıvanı işğaldan xilas etməyə, sərt bloka-
danı aradan qaldırmağa, sakinləri aclıqdan və soyuqdan xilas etməyə nail
olmuşdur. Sonra o, bütün ölkəni fəlakətdən xilas etmişdir. Buna görə də bu gün
biz respublikada bir cümləni teztez təkrar edirik: “Naxçıvan Əliyevi xilas etdi,
Əliyev də Azərbaycanı”. Heydər Əliyev Vətənə qayıdandan sonra təkcə Naxçı-
148
vanın deyil, bütün Azərbaycanın xilaskarı oldu. Bugünkü müstəqil Azərbaycan
dövləti Heydər Əliyev dühasının məhsuludur.
Naxçıvan ərazisinin müdafiəsində xalqımızın Ümummilli Lideri Heydər
Əliyevin xidmətləri çox böyükdür və Azərbaycan öz böyük vətənpərvər oğlu-
nun bu rolunu heç vaxt unutmayacaqdır.
14 may 2010cu il tarixdə Rusiyanın şimal paytaxtındakı tarixi binaların
birində – SanktPeterburq Qanunverici Məclisinin yerləşdiyi Mariinsk sarayı-
nın böyük salonunda Naxçıvan Muxtar Respublikasının yaradılmasının 85 illi-
yinə həsr edilmiş “RusiyaAzərbaycan münasibətləri: keçmişi, bu günü, gələ-
cəyi” mövzusunda konfrans keçirilmişdir. Ulu Öndər Heydər Əliyevin ad günü
ilə bir vaxta düşən bu tədbir SanktPeterburq Qanunverici Məclisi, Heydər
Əliyev Fondunun Rusiya Federasiyasındakı Nümayəndəliyi və Azərbaycanın
SanktPeterburqdakı baş konsulluğu tərəfindən təşkil edilmişdir.
SanktPeterburq parlamentinin foyesində Azərbaycan xalqının böyük
oğlu Heydər Əliyevə həsr edilmiş “Heydər Əliyev Azərbaycan xalqının bir-
liyinin və dövlət müstəqilliyinin rəmzidir” adlı fotosərgi, habelə “Naxçı-
van Muxtar Respublikasının tarixi abidələri və müasir həyatı” mövzusunda
stendlər təşkil edilmişdir.
Naxçıvan haqqında konfransın SanktPeterburq Qanunverici Məclisinin bina-
sında keçirilməsi dostluq və tərəfdaşlıq xarakteri daşıyan Rusiya Azərbaycan
dövlətlərarası münasibətlərinin yüksək səviyyədə olmasını göstərir.
Bununla yanaşı, qeyd etmək lazımdır ki, görkəmli siyasi xadim Heydər
Əliyev uzun illər boyu təhsil aldığı və işlədiyi Rusiyaya bağlı olmuş Heydər
Əliyevin sayəsində Rusiyada Naxçıvan Muxtar Respublikasını yaxşı tanıyırlar.
SanktPeterburqda keçirilən konfrans Azərbaycan və Rusiya arasında münasi-
bətlərin inkişaf etməkdə olmasına daha bir sübutdur.
2010cu il mayın 17də Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi
nin əməkdaşları Böyük Vətən müharibəsində qələbənin 65ci ildönümü mü
nasibətilə Moskvada yaşayan azərbaycanlı veteranları evlərində təbrik et
mişlər. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla
Əliyevanın adından veteranlara hədiyyələr, habelə Fondun dəstəyi ilə nəşr
olunmuş kitablar təqdim olunmuşdur. Veteranlara Heydər Əliyev Fondunun
məqsəd və və zi fələri, habelə humanitar sahədə həyata keçirilən layihələr
barədə məlumat verilmişdir. Qeyd olunmuşdur ki, Azərbaycanda ahıllara daim
böyük hörmət və ehtiram göstərilir. Veteranlara qayğı və diqqətlə ya naşmaq
isə hər birimizin borcudur.
Veteranlar Qədriyə Səlimova, Abdul Hüseynov, Hüseyn Axundov, Müse-
yib və Zoya Əliyevlər, Qasım Kərimov onlara göstərilən qayğıya və vətən qar-
şısında xidmətlərinə verilən qiymətə görə Heydər Əliyev Fondunun Rusiya
nümayəndəliyinə, onun rəhbəri Leyla Əliyevaya minnətdarlıqlarını bildirmiş-
149
lər. Veteranlar evlərinə gəlib onları təbrik edən Fondun əməkdaşlarına da təşək-
kür etmişlər.
2010cu il oktyabr ayının 11də Azərbaycanın RFdəki səfirliyi və YUNEYDS
(BMTnin İÇV/QİÇS üzrə birgə proqramı) tərəfindən təşkil edilmiş İ.M.Seçe-
nov adına Moskva Tibb Akademiyasının (MTA) binasında İÇV/QİÇSə qarşı
mübarizə probleminə həsr edilmiş konfrans keçirilmişdir.
Konfransda müzakirə edilən mövzu müasir gənclərin ən ağrılı və ciddi
problemlərindən olmuşdur. Konfrans gəncləri QİÇSin təhlükəli xəstəlik ol
ması barədə məlumatlandırmağa kömək etmək məqsədi daşımışdır.
Konfransda iştirak edən Leyla Əliyeva əksər hallarda gənclərin mübtəla
olduğu bu xəstəliyin yayılması barədə statistik məlumatları açıqlamışdır.
Leyla Əliyeva demişdir: “Aşkardır ki, QİÇS səhiyyənin ciddi problemlərin-
dən biridir və onun həllini axtarmaq zəruridir. Heydər Əliyev Fondu Azərbay
canda sə hiyyə məsələlərinə çox böyük diqqət yetirir. Fondun təşəbbüsü ilə
respublikada bir neçə müasir tibbi mərkəz tikilmişdir, Beynəlxalq Diabet
Federasiyası ilə fəal əməkdaşlıq edilir, talassemiya kimi təhlükəli xəstəlik-
lərə qarşı mübarizə məsələsinə böyük diqqət yetirilir. Heydər Əliyev Fondu
UNESCO, İSESCO, YUNEYDS və digər beynəlxalq təşkilatlarla da səhiyyə
sahəsində fəal əməkdaşlıq edir. Azərbaycan Səhiyyə Nazirliyi ilə birlikdə
uşaqlar arasında qızılca, məxmərək və digər xəstəliklər əleyhinə kütləvi im
munlaşdırma tədbirləri həyata keçirilmişdir. Bu ilin baharında isə Azərbay-
canda QİÇS barədə məlumatın insanlara çatdırılması məqsədilə “Uşaq göy
qurşağı” layihəsi həyata keçirilmişdir.
“Sağlam olduğunu yəqin et. Xəstəliyə yox de” layihəsi çərçivəsində həm-
vətənlərimiz pulsuz müayinə edilmişlər. Hər il “Qanın milləti yoxdur” donor
aksiyası keçirilir.
RAGTnin regional bölmələri də QİÇSin təhlükəli xəstəlik olması, onun
qarşısının alınması və profilaktikası, eləcə də narkotiklərin, tütünün və alkoqo-
lun zərəri barədə gəncləri məlumatlandırmaq üçün böyük işlər aparırlar.
Biz sağlam həyat tərzini və gənclərin idman təşəbbüslərini həmişə alqışla-
yırıq. Bugünkü konfrans QİÇS təhlükəsi barədə məlumatlandırma üzrə növbəti
layihəmizdir. Əminəm ki, səylərimiz sayəsində gənclərin bilikləri artacaq və
neçəneçə insanın həyatı xilas ediləcəkdir. Bu isə o deməkdir ki, gördüyümüz
bütün işlər çox vacibdir və biz bu istiqamətdə işi davam etdirməliyik”.
Bununla yanaşı qeyd etməliyik ki, Leyla Əliyevanın rəhbərlik etdiyi Rusi-
yanın Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) “QİÇSə və narkomaniyaya qar
şı əlbir olaq” adlı yeni layihə həyata keçirmiş, iki aya yaxın davam edən bu ak
siya 2010cu il dekabrın 1də Ümumdünya QİÇSə qarşı mübarizə gününə həsr
edilmiş tədbirlə başa çatmışdır.
150
Layihənin məqsədi əhalini İÇV/QİÇS və narkomaniya barədə vaxtında və
anlaşıqlı şəkildə məlumatlandırmaq, uşaqlarda və gənclərdə narkotiklərə ikrah
hissi formalaşdırmaq, gənclər və məktəblilər arasında sağlam həyat tərzini təb-
liğ etməkdən ibarət olmuşdur. Layihə çərçivəsində bu xəstəlik, onun yoluxma
yolları və profilaktika metodları, narkotiklərdən istifadə etməyin zərəri haq
qında maksimum informasiya təqdim edilmişdir. Rusiyanın Azərbaycanlı Gənc-
lər Təşkilatı İÇV/QİÇSə qarşı mübarizədə təbabətin imkanları və psixoloji
yardım barədə söhbət açmağı, müxtəlif treninqlər, narkomaniyaya qarşı müba-
rizəyə çağıran təşviqat plakatları müsabiqəsi keçirməyi, xüsusi videoçarxlar
nümayiş etdirməyi, üzərində RAGTnin, YUNEYDSin emblemləri olan infor-
masiya bukletləri, maykalar, qələmlər və təqvimlər paylamışlar.
14 oktyabr 2010cu il tarixdə Heydər Əliyev Fondunun Rusiya nümayəndə-
liyinin rəhbəri, “Baku” jurnalının baş redaktoru Leyla Əliyeva, Arzu Əliyeva,
Fyodor Bondarçuk, Yuli və Mixail Qusman qardaşları, Leonid Portnoy, Rusi-
yada fəaliyyət göstərən xarici ölkələrin səfirləri iştirakı ilə “Baku” jurnalının
dəstəyi ilə Moskvada Stalik Xankişiyevin Azərbaycan mətbəxinə həsr edilmiş
“Kazan, baran i dastarxan” kitabının təqdimat mərasimi keçirilmişdir.
Mahir manqal və şiş ustası S.Xankişiyevin qələmindən çıxan və Azərbay-
can mətbəxinin zənginliyindən bəhs edən kitabda daha çox manqal üzərində
hazırlanan təamlardan söz açılmışdır. Kitabın giriş hissəsində müəllif azərbay-
canlı və əcnəbi aşbaz dostlarının Azərbaycan mətbəxi barədə fikirlərinə yer
vermişdir. Kitabda vurğulanan əsas fikirlərdən biri də odur ki, süfrənin gözəl-
liyi və yaddaqalan olması üçün hazırlanan hər bir təama xüsusi zövq və fan-
taziya ilə yanaşılmalıdır. Müəllif bir daha əminliklə hər bir insanın gözəl əl
qabiliyyətinə malik olduğunu söyləsə də, bu məharətdən hər kəsin yararlan-
madığına təəssüf edir.
Müəllifin Azərbaycan mətbəxinin zəngin olmasından, hazırlanan hər bir
təamın özünəməxsus və əvəzolunmaz dadının olmasından söz açmışdır.
Tibb elmləri doktoru Yakov Brand bildirmişdir ki, mən uzun müddətdir həm
“Baku” jurnalı, həm də Heydər Əliyev Fondu ilə dostluq edirəm. Fond Azərbay-
canda böyük işlər görür. Mən Fondun səhiyyə və təhsillə bağlı layihələri ilə
tanışam. Əminəm ki, dünyada məsələlərə belə ciddi yanaşan və ölkəsi üçün bu
qədər böyük işlər görən ikinci Fond yoxdur.
Mossovet Teatrının aktyoru Aleksandr Lenkov tədbirlə bağlı təəssüratla-
rını bölüşərək demişdir ki, belə buludlu bir gündə “Baku” jurnalı gözəl, günəşli
axşam təşkil edərək, bizə növbəti bayram hədiyyə etmişdir. Gözəl Azərbaycan
xalqı ilə bağlı bütün işlər bu qədər gözəl keçir.
Tanınmış müğənni Diana Qurskaya qeyd etmişdir ki, Leyla xanım çox
gözəl insandır, o, böyük işlər görür, təşəbbüslərə dəstək olur. İndiki zamanda
məhz belə insanlar çatışmır.
151
Beləliklə, “Baku” jurnalının dəstəyi ilə keçirilən “Kazan, baran i dastarxan”
kitabının təqdimat mərasimi Azərbaycan mətbəxinin dünyada daha da yaxşı
tanıdılması istiqamətində vacib bir addım olmuşdur.
2010cu il oktyabr ayının 16da Moskvadakı “Bakı” kinoteatrında Hey-
dər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, Rusiyanın Azərbay-
canlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla Əliyevanın və Ümumrusiya
Azərbay canlıları Konqresinin (ÜAK) rəhbərlərinin Rusiya ali məktəblərində
təhsil alan azərbaycanlı tələbələrlə görüşü keçirilmişdir. Görüşdə Azərbaycan
gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı, habelə ÜAK xətti ilə Mosk-
vanın və Rusiya regionlarının ali məktəblərinə daxil olmuş azərbaycanlı tələ-
bələr iştirak etmişlər.
Görüşdə ÜAKın prezidenti, Rusiya Tibb Elmlər Akademiyasının akade-
miki Məmməd Əliyev Azərbaycan rəhbərliyinin gənclərin xaricdə, o cümlədən
Rusiyada təhsilinə, habelə ÜAK xətti ilə Rusiya ali məktəblərinə daxil olmuş
tələbələrə diqqət və qayğısından danışmışdır.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi Moskvada və Rusiyanın
regionlarında təhsil alan aztəminatlı ailələrdən olan 10 tələbəyə sosial təqaüd
ayırmış, bir neçə tələbəyə isə ÜAKın, “Lukoyl” Xeyriyyə Fondunun və Aydın
Qurbanov Fondunun adlı təqaüdləri təqdim olunmuşdur.
2010cu il noyabrın 15də Heydər Əliyev Fondunun, Azərbaycanın Böyük
Britaniyadakı səfirliyinin və “Baku” jurnalının birgə təşkilatçılığı ilə Londonda
Azərbaycan xalçalarının “Azərbaycan: uçan xalçalarla nağıllar aləminə” adlı
sərgisi açılmışdır.
Sərgidə coğrafi mövqeyinə, naxış kompozisiyasına, rəng həlli və texniki
xüsusiyyətlərinə görə Azərbaycan xalçaçılıq məktəbinin bütün istiqamətləri
təmsil olunmuşdu. Burada nümayiş etdirilən Quba, Abşeron, Şirvan, Gəncə,
Qazax, Qarabağ və digər xalçaçılıq məktəblərinin nümunələri sərgiyə gələn-
lərdə böyük maraq doğurmuşdur. Sərgidə yer alan Qarabağ xalçaçılıq məktəbi-
nin nümunələri Qarabağın əzəli Azərbaycan torpağı olduğunu bir daha hamının
diqqətinə çatdırmışdır.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva
sərginin açılışında iştirak etmişdir.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva
tədbirdə çıxış edərək sərginin min bir gözəllik diyarı olan Azərbaycanın qədim
və heyrətamiz nağıl aləmi ilə tanışlıq baxımından əhəmiyyətini vurğulamışdır.
Leyla Əliyeva xalqımızın xalçaçılıq sənətinin tarixindən söz açmış, Azər-
baycanın əfsanəvi İpək yolu üzərində yerləşdiyini, bu yolun isə təkcə ticarət
yolu deyil, eyni zamanda dəyərlərin və mədəniyyətlərin mübadiləsi üçün geniş
bir dəhliz olduğunu vurğulamışdır.
152
Böyük Britaniyanın Mədəniyyət naziri Ed Vaizey Azərbaycan ilə İngiltərə
arasında mədəni əlaqələrdən danışmış, sərginin ölkələrimizin münasibətlərinin
daha da güclənməsinə xidmət etdiyini demişdir.
Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri, Heydər Əli-
yev Fondunun RFdəki nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü
ilə 24 noyabr 2010
-
cu il tarixdə RAGT Birləşmiş Millətlər Təşkilatının İÇV/
QİÇS üzrə Birgə Proqramı (UNAİDS) ilə birlikdə Smolensk vilayətində “İÇV/
QİÇSə qarşı birlikdə” adlı aksiya keçirmişdir.
100dən çox məktəblinin iştirak etdiyi tədbirdə şagirdlərə mühazirələr oxun-
muş, mövzuya aid elmikütləvi film nümayiş etdirilmişdir.
Bədən tərbiyəsisağlamlıq dispanserinin nümayəndəsi Tatyana Lebe-
deva mühazirə ilə çıxış etmişdir. Sağlam həyat tərzinin müxtəlif aspekt-
ləri barədə ətraflı söhbət açmış mühazirəçi şagirdlərə Rusiyada millətin
sağlamlığının qo runması sahəsində həyata keçirilən hökumət proqramları
barədə məlumat vermişdir.
2010cu il dekabrın 3də Heydər Əliyev Fondunun Rusiya Federasiya-
sındakı nümayəndəliyinin rəhbəri, Rusiyanın Azərbaycanlı Gənclər Təşki-
latının (RAGT) sədri Leyla Əliyeva Sverdlovsk vilayətinin Yekaterinburq
şə hərində olmuşdur.
Səfər çərçivəsində L.Əliyeva Rusiyanın Ural Federal Dairəsində – Sverdlovsk,
Çelyabinsk və Tümen vilayətlərində RAGTnin regional bölmələrinin nüma
yəndələri ilə görüşmüşdür.
Leyla Əliyeva RAGTnin fəaliyyəti, məqsədləri və yaxın perspektiv üçün
vəzifələri barədə gənclərə məlumat vermiş, gənclər təşkilatı tərəfindən həyata
keçirilmiş iri aksiyalar və tədbirlər barədə, birlikdə həyata keçirməli olan yeni
layihələr haqqında söhbət açmışdır.
Leyla Əliyeva demişdir: “Burada gənclərlə əlaqədar çox maraqlı hadisələr
baş verir, festivallar, konfranslar, konsertlər və digər tədbirlər keçirilir. Əmi
nəm ki, bizim gənclər RAGTnin dəstəyi ilə müxtəlif mədəni tədbirləri daha
fəal həyata keçirəcək və vətənimizi ləyaqətlə təmsil edə biləcəklər. RAGTnin
coğrafiyası daim genişlənir və bu, bizi sevindirir. Rusiyanın bir sıra tədris
müəssisələrində azərbaycanlı gənclər klubları fəaliyyət göstərir və RAGT ilə
birlikdə çoxlu mədəni tədbirlər – konsertlər, fotosərgilər, konfranslar, seminar-
lar, Azərbaycan Mədəniyyəti Günləri və Həftələri keçirilir”.
Leyla Əliyeva “Xocalıya ədalət” adlı beynəlxalq kampaniyanı RAGT tərə-
findən Heydər Əliyev Fondu ilə birlikdə həyata keçirilən ən mühüm aksiyalar-
dan biri adlandırmışdır. Bu kampaniyanın məqsədi Azərbaycanın bu şəhərinin
sakinlərinə qarşı ermənilər tərəfindən törədilmiş soyqırımı haqqındakı həqiqəti
dünya ictimaiyyətinə çatdırmaqdır. Onun sözlərinə görə, RAGT gənclərin hə
yatının bütün sahələrini əhatə etməyə çalışır – idman tədbirləri, xeyriyyə aksi-
153
yaları keçirir, tələbələrimizin təhsil almasına kömək edir. RAGT başçısı demiş-
dir: “Bu yaxınlarda 18 tələbəyə “RAGT əlaçısı” mükafatı təqdim edilmişdir.
Ümid edirəm ki, gələn il bu cür tələbələrin sayı daha çox olacaqdır. Bununla
bərabər, tezliklə RAGT jurnalının ikinci nömrəsi çapdan çıxacaqdır. Biz bu
nömrədə gənclər üçün ən maraqlı mövzuları işıqlandırmağa çalışmışıq. Əgər
kiminsə maraqlı məqalələri varsa, onları bizə göndərin, biz ən yaxşılarını hök-
mən jurnalda dərc edəcəyik”.
Mən böyük inamla deyə bilərəm ki, bu illər ərzində bizim birgə səyləri-
miz, təşəbbüskarlıq və vətənə sevgimiz sayəsində RAGT çox işlər görməyə,
böyük uğurlar qazanmağa nail olmuşdur. Lakin qarşıda görüləsi işlər, la yi
hələr çoxdur və mən əminəm ki, biz birlikdə çox yaxşı işlər görə, vətənimizi
layiqincə təmsil edə bilərik”.
RAGTnin Çelyabinsk və Tümen vilayətləri üzrə regional bölmələrinin rəh-
bərləri, müxtəlif ali məktəblərin tələbələri öz çıxışlarında gənclər təşkilatlarının
aktual problemlərinə toxunmuş, perspektiv planlar barədə danışmışlar. Onlar
Leyla Əliyevaya Azərbaycan gənclərinə göstərdiyi qayğı və diqqətə görə, eləcə
də RAGT rəhbəri tərəfindən bu təşkilatın Sverdlovsk regional bölməsinə hə
diyyə edilmiş milli geyimlərə görə ona təşəkkür etmişlər.
4 dekabr 2010cu il tarixdə Heydər Əliyev Fondunun Rusiya Federasiya-
sındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva Yekaterinburqdakı 1 nömrəli
vilayət kliniki xəstəxanasının (VKUX) uşaq onkohematoloji mərkəzində olmuş
və müasir xüsusi tibbi avadanlıqla təchiz edilmiş “Sobol” markalı təcili yardım
maşınını Heydər Əliyev Fondu adından həmin mərkəzə hədiyyə etmişdir.
Qeyd etmək lazımdır ki, Yekaterinburqdakı uşaq onkohematoloji mərkəzi
Uralda onkoloji və hematoloji xəstəliklərdən əziyyət çəkən uşaqlara yüksək
texnoloji səviyyədə tibbi yardım göstərən ilk klinikadır. Beynəlxalq müalicə
protokollarının tətbiq edilməsi sayəsində uşaqların 70 faizini sağaltmaq müm-
kün olmuşdur. Bu xəstəxananın həkimləri onkoloji xəstəliklərin müalicəsində
qazandıqları uğurlarla şöhrətlənmişlər. Onların çoxu dünyanın ən yaxşı klinika-
larında – ABŞda, Almaniyada, Avstriyada, İsraildə öz ixtisaslarını artırmışlar.
Leyla Əliyevanı Sverdlovsk vilayətinin səhiyyə naziri Arkadi Belyavski,
vilayət qubernatorunun müavini Vadim Dubiçev və xəstəxananın baş həkimi
Sergey Boyarski qarşılamışlar. Onlar Leyla Əliyevanın şəxsində Heydər Əliyev
Fondunun RFdəki nümayəndəliyinə uşaqların sağlamlığı problemlərinə göstə-
rilən qayğı və diqqətə görə dərin təşəkkürlərini bildirmişlər.
Sverdlovsk vilayətinin səhiyyə naziri Arkadi Belyavski, 1 nömrəli vilayət
kliniki xəstəxanasının baş həkimi Sergey Boyarski və mərkəzin rəhbəri Larisa
Feçina uşaq onkohematoloqlarının işi barədə məlumat vermişlər. Balaca xəs
tələrin müalicəsi üçün yaradılmış ən müasir və rahat şərait, yüksək texnologi-
yalara əsaslanan əməliyyat və laboratoriya bloku – bütün bunlar Heydər Əliyev
154
Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva-
nın marağına səbəb olmuşdur. Məsələn, o, laboratoriyaların fəaliyyəti ilə tanış
olarkən çoxlu sual vermişdir: “Həkimlər gövdə rüşeymlərini tiplərə ayırmağa
necə nail olurlar?”, “Konkret donorun münasib olubolmaması necə aydınlaşdı-
rılır?”, “Terapiyanın uğurlu olubolmaması necə izlənilir?” və s. Ley la Əliyeva
klinikanın səviyyəsini, burada tətbiq edilən və işlənib hazırlanan yeni metodi-
kaları qiymətləndirərək ümid etdiyini bildirmişdir ki, Azərbaycan onkoloqları
urallı həmkarları ilə əməkdaşlıq edəcəklər.
Leyla Əliyeva demişdir: “Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi
artıq dörd ildir ki, fəaliyyət göstərir. Fond səhiyyə məsələlərinə böyük diqqət
yetirir. Azərbaycanda xeyriyyəçilik ianələri hesabına Fond xəstəxanalar tikdi-
rir, diabetli uşaqlara kömək edir, təhlükəli xəstəliklərə qarşı vaksinləri xeyriy-
yəçilik yolu ilə paylayır, bir sıra başqa tədbirlər həyata keçirir. Buna görə də
Yekaterinburqdakı xəstəxanaya baş çəkmək bizim üçün vacib idi. Uşaq onko-
loji mərkəzi mənə çox yaxşı təsir bağışladı. Burada hər şey funksional olmaqla
bərabər, həm də qəşəng, təmiz, çox müasirdir. Lakin əsas məsələ bu deyil, mənim
üçün ən əhəmiyyətlisi buradakı auradır. Auranı isə burada böyük bir ailə kimi
işləyən insanlar yaradırlar. Həkimlərin hər bir uşağa öz övladı kimi münasibət
bəsləməsi, məncə ən başlıca məsələdir”.
Azərbaycanın Yekaterinburqdakı baş konsulu Sultan Qasımov azərbay-
canlı bəstəkar və müğənni Emin Ağalarovun xeyriyyə konserti barədə məlu-
mat verərək vurğulamışdır ki, həmvətənimizin konserti böyük uğurla keçmiş,
konsertdən əldə edilən vəsait Yekaterinburqdakı 6 nömrəli uşaq evinin hesabına
köçürüləcəkdir.
Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəh-
bəri Leyla Əliyeva həyat yoldaşı Emin Ağalarovla birlikdə Sverdlovsk vilayət
diyarşünaslıq muzeyində də olmuşdur. Burada onları diyarın qədim və zəngin
tarixi ilə tanış etmişlər.
5 dekabr 2010cu il tarixdə Heydər Əliyev Fondunun Rusiya nümayən-
dəliyinin rəhbəri Leyla Əliyeva Leninqradın müdafiəsi zamanı həlak olmuş
azərbaycanlı döyüşçülərin xatirə lövhəsinin təntənəli açılış mərasimində
iştirak etmişdir.
Xatirə lövhəsinin açılışı “Nevski pyataçok” Əsgəri Memorialın Beynəlmiləl
şöhrət və xatirə xiyabanında olmuşdur. Abidənin yaradılması layihəsi Heydər
Əliyev Fondunun Rusiya nümayəndəliyinin hamiliyi altında SanktPeterburq
vilayəti hökumətinin dəstəyi ilə həyata keçirilmişdir.
Leyla Əliyeva Leninqradın müdafiəsi uğrunda gedən döyüşlərdə həlak
olmuş azərbaycanlı əsgərlərin xatirəsini anmaq üçün “Nevski pyataçok”a top-
laşmış tədbir iştirakçılarına səmimi qəlbdən minnətdarlığını bildirərək demişdir
ki, keçmiş Sovet İttifaqı xalqlarının Böyük Vətən müharibəsi illərində göstər-
155
diyi rəşadətin bəşəriyyət tarixində tayıbərabəri olmamışdır. Hitler faşizmi üzə-
rində qələbəyə Azərbaycan xalqı böyük töhfə vermişdir. Döyüş meydanlarında
300 mindən çox azərbaycanlı həlak olmuşdur. O demişdir: ”Təyyarəçi Hüseyn
bala Əliyevin göstərdiyi hünər məlumdur. O, Leninqrad ətrafında döyüşlərdə
bir uçuşda 2 düşmən təyyarəsini, o cümlədən ikincisini ölümcül yaralanmış
vəziyyətdə məhv etmişdir. Bu qəhrəmanlığına görə ali hökumət mükafatına –
“Lenin ordeni”nə layiq görülmüşdür. Leninqradın mühasirəsi 900 gün davam
etmişdir. Aclıq, soyuq və bombardmanlar üzündən yüz minlərlə insan həlak
olmuşdur. Amma nə artilleriya atəşləri, nə də daimi ölüm qorxusu leninqradlı
ların dəmir iradəsini və vətənpərvərlik ruhunu qıra bilmədi. Şəhər davam
gətirdi və bu gün inkişafda olan SanktPeterburq dünyanın mədəni paytaxtı sta-
tusunu təsdiq edir”.
Leyla Əliyeva bildirmişdir ki, Azərbaycan Respublikasının Xatirə Kita-
bında Leninqradın faşistlərin mühasirəsindən azad edilməsi uğrunda Nevski
pyataçokda və Sinyavinsk yüksəkliklərində gedən döyüşlərdə həlak olmuş
850 azərbaycanlının adı yer almışdır. O demişdir: “Nevski pyataçok” döyüş
meydanı hərb tarixinin ən rəşadətli və faciəli səhifələrindən biridir. Döyüş
meydanının müdafiəçilərinin tərkibi, demək olar, hər gün büsbütün yenilənirdi
– həlak olanları yeni döyüşçülər əvəz edirdi. Artıq peterburqlu heykəltəraş
tərəfindən abidə hazırlanmışdır və gələn il Fondun nümayəndəliyinin hamiliyi
altında, Leninqrad vilayəti hökumətinin dəstəyi ilə Sinyavinsk yüksəkliklə-
rində ucaldılacaqdır. Döyüşçülərin rəşadəti gələcək nəsillərin xatirəsində əbə
di yaşayacaqdır. Sevindirici haldır ki, bu gün mərasimdə çoxlu gənc iştirak
edir. Onların vətən uğrunda canlarından keçmiş ata və babalarının xatirəsini
uca tutmaları çox vacibdir. Xalqlarımızın birliyi və dostluğu sayəsində biz
Böyük Qələbə qazana bildik. Bu Qələbə belə bir danılmaz həqiqəti təsdiq etdi
ki, biz sülhə, əminamanlığa və vətəndaşlarımızın xoşbəxt gələcəyinə ancaq
bir yerdə nail ola bilərik”.
Leyla Əliyeva, həmçinin “Leninqrad blokadasının yarılması” qoruqmu
ze yində olmuşdur. Qoruğun işçiləri muzeyin mərkəzi ekspozisiyasından –
Leninqradın müdafiəsi tarixində dönüş yaratmış 1943cü il hadisələrini canlan-
dıran dioramdan danışmışlar.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin başçısı həlak olmuş
qəhrəmanların nurlu xatirəsinə qayğıkeş münasibət göstərdiklərinə görə muze-
yin əməkdaşlarına minnətdarlığını bildirmiş, Heydər Əliyev Fondunun dəstəyi
ilə nəşr edilmiş, Leninqrad uğrunda döyüşlərdə canlarından keçmiş azərbay-
canlıların (850 nəfər) adbaad siyahısı olan “Leninqradın faşist blokadasından
azad edilməsi uğrunda qəhrəmancasına həlak olmuş azərbaycanlılar” kitabını
muzeyə hədiyyə etmişdir.
156
25 fevral 2011ci il tarixdə Azərbaycanın Rusiyadakı səfirliyi, Heydər Əli-
yev Fondunun Rusiyadakı nümayəndəliyi, Ümumrusiya Azərbaycanlılar Kon
qresi, Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) İslam Konfransı Təşki-
latının Gənclər Forumu ilə birlikdə “Xocalıya ədalət” beynəlxalq informasiya
kampaniyası çərçivəsində ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdik-
ləri faciənin 19cu ildönümünə həsr edilmiş konfrans keçirmişlər.
“Prezidenthotel” mehmanxana kompleksinin “Bolşoy Petrovski” zalında
keçirilmiş konfransda Xocalı faciəsi haqqında həqiqətin, bu barədə obyektiv
informasiyanın dünya ictimaiyyətinə çatdırılmasına və təqsirkarların məsuliy-
yətə cəlb edilməsinə yönəlmiş “Xocalıya ədalət” kampaniyası çərçivəsində gö
rülmüş işlər müzakirə edilmişdir.
“Xocalıya ədalət” beynəlxalq kampaniyasının məqsədi təkcə Xocalı faciəsi-
nin deyil, başqa etnik təmizləmələrin də qurbanları üçün ədalətə nail olmaqdır.
Leyla Əliyeva qeyd etmişdir ki, Xocalının dinc sakinlərinə qarşı törədilmiş,
günahsız insanların, o cümlədən uşaqların, qadınların və qocaların həyatına son
qoymuş soyqırımı aktı yaddaşımızda ErmənistanAzərbaycan, Dağlıq Qara-
bağ münaqişəsinin tarixində ən dəhşətli və qanlı faciə kimi həmişəlik qalacaq-
dır. Onun sözlərinə görə, bu gün bu zalda iştirak edənlər, eləcə də “Xocalıya
ədalət” beynəlxalq kampaniyasını dəstəklədiklərini bildirən milyonlarla insan
bu faciəyə beynəlxalq birlik tərəfindən hansı hüquqi, mənəvi və insani qiymət
verilməsinə əsla biganə qala bilməz. Leyla Əliyeva demişdir ki, Xocalıda törə-
dilmiş cinayətin icraçıları və sifarişçilərinin indiyə qədər layiqli cəza almaması
dəhşətli haqsızlıqdır.
Bizim kampaniyanın məqsədi ErmənistanAzərbaycan, Dağlıq Qarabağ
münaqişəsi, qaçqınların və məcburi köçkünlərin düşdüyü ağır vəziyyət haq
qında bütün həqiqəti dünya birliyinə çatdırmaqdır. Torpaqlarımız hələ də işğal
altındadır, erməni cəlladlar öz tamahkar məqsədlərinə çatmaq üçün günahsız
insanları amansızcasına qətlə yetirmişlər. Xocalı faciəsinin beynəlxalq birlik
tərəfindən insanlığa qarşı cinayət və soyqırımı aktı kimi tanınmasına nail olmaq
hər bir azərbaycanlının vəzifəsi, o cümlədən mənim də vəzifəmdir. Bu cinayət
bir daha təkrarlanmamalıdır.
Leyla Əliyeva bildirmişdir ki, Heydər Əliyev Fondu dalbadal neçənci ildir
ki, dünyanın 70 ölkəsində Xocalı faciəsinə həsr edilmiş tədbirlər keçirir. Fond
konfranslar, xatirə gecələri təşkil edir, kitablar, bukletlər dərc edir, DVD disk-
lər buraxır, filmlər çəkir. 2008ci ildə başlanmış “Xocalıya ədalət” beynəlxalq
kampaniyası çərçivəsində bütün dünyada yüzlərlə aksiya keçirilir. Avropa İtti-
faqının üzvü olan dövlətlərin, demək olar ki, hamısında, MDB, Asiya, Cənubi
və Şimali Amerika ölkələrində konfranslar, seminarlar, piketlər keçirilir. Bu
kampaniya sayəsində bir sıra beynəlxalq forumlar Xocalı faciəsini tanımışlar.
İKT Gənclər Forumunun təşəbbüsü ilə 31 ölkənin deputatları Xocalı faciəsini
insanlığa qarşı cinayət kimi tanımışlar. Bu gün dünyanın 20 ölkəsində aparıcı
157
universitetlər arasında gənclərin fleşmobları keçirilir. Bununla bərabər, keçən il
bizim kampaniyanın yeni mərhələsi – dövlət və hökumət başçılarına, ATƏTin
Minsk qrupuna, AŞPAya, BMT Baş Katibliyinə, dünya parlamentlərinə və
beynəlxalq təşkilatlara ünvanlanmış, bu faciəni soyqırımı aktı və insanlığa qar
şı cinayət kimi tanımaq tələbi irəli sürülən petisiya və müraciətlər yayılması
mərhələsi başlanmışdır.
Tədbir iştirakçıları www.justiceforkhojaly.org saytında yerləşdirilmiş peti-
siya ilə tanış olmuş və elə oradaca həmin sənədi imzalamışlar.
Tədbirdə 600dən çox qonaq, o cümlədən Türkiyənin və Paraqvayın RFdəki
səfirləri, Moskvada akkreditə edilmiş diplomatik missiyaların, Rusiya XİNin,
ziyalıların, paytaxtın elmi və yaradıcı dairələrinin, Azərbaycan diasporunun,
KİVin nümayəndələri, habelə Moskva və regionların ali məktəblərinin tələ-
bələri iştirak etmişlər.
Onu da qeyd etmək lazımdır ki, gənclər Heydər Əliyev Fondunun və
RAGTnin təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyasını Rusiyanın 27 regio-
nunda davam etdirmişlər.
Elə həmin gün SanktPeterburqun M.Qorki adına Mədəniyyət Evində Hey-
dər Əliyev Fondunun Rusiya Federasiyasındakı Nümayəndəliyi və Baş Konsul
luğun birgə təşkilatçılığı ilə XX əsrin ən qanlı faciəsi olan Xocalı soyqırımı-
nın 19cu ildönümünə həsr olunmuş “Xocalıya ədalət!” elmipraktiki konfrans
keçirilmişdir.
Tədbirə 600dən çox soydaşımız qatılmışdır. Konfransda Sankt Peterburq
ictimaiyyətinin nümayəndələri, bir sıra ali təhsil ocaqlarının müəllimləri, nü
fuzlu iş adamları, tələbələrimiz və kütləvi informasiya vasitələrinin nü ma
yən dələri iştirak etmişlər.
Tanınmış yazıçı, professor Yuri Pompeyevin şəxsi xatirələri əsasında yazıl-
mış “Qarabağ gündəliyi” və Robert Arakelovun “Erməni ziyalısının etirafı” ki
tablarının təqdimatı keçirilmişdir. Xocalıda törədilmiş vəhşilikləri əks etdirən
fotosərgi nümayiş olunmuş, tədbir iştirakçılarına Heydər Əliyev Fondu tərəfin-
dən hazırlanmış “Qarabağ həqiqətləri” məlumat toplusu təqdim edilmişdir.
Konfransda yenilənmiş justiceforkhojaly.org saytının təqdimatı keçirilmiş-
dir. İştirakçılara saytdan istifadə qaydaları barədə geniş məlumat verilmişdir.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva-
nın təşəbbüsü ilə Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) və Ümumru-
siya Azərbaycan Konqresi ilə birlikdə Moskvada və Rusiyanın bir sıra region-
larında Yeni il bayramı ərəfəsində irimiqyaslı xeyriyyə aksiyaları keçirilmişdir.
Belə ki, 27 dekabr 2011ci il tarixdə Heydər Əliyev Fondunun Rusiya nü
mayəndəliyinin əməkdaşları və RAGTnin üzvləri Moskvanın bir neçə uşaq
158
evində, bərpa mərkəzində olmuşlar. Uşaqlar üçün Şaxta baba, Qar qız və digər
nağıl qəhrəmanlarının iştirakı ilə bayram tədbirləri təşkil olunmuşdur.
Xeyriyyə aksiyaları Moskvanın 43 və 11 nömrəli bərpa mərkəzlərində, 12
nömrəli uşaq evində, Rusiya Tibb Elmləri Akademiyasının B.V.Petrovski adına
Elmi Cərrahiyyə Mərkəzində, habelə “Yujnoye Butovo” əlil uşaqların Sosial
Reabilitasiyası Mərkəzində keçirilmişdir.
Rusiyanın digər regionlarında – SanktPeterburqda, Yekaterinburqda, Vla-
dimir, Tula, Kaluqa, Tver, Kirov, Voronej, Çelyabinsk, Lipetsk, Tümen, Yaroslavl
vilayətlərində, habelə Udmurtiyada da bu cür xeyriyyə aksiyaları keçirilmişdir.
Aksiyalarda Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əmək-
daşları ilə yanaşı, Leyla Əliyevanın bir il əvvəl yaratdığı Rusiya Azərbaycanlı
Gənclər Təşkilatının üzvləri də fəal iştirak etmişlər.
2011ci il may ayının 17də Moskvada Azərbaycan Respublikasının müs tə
qilliyini yenidən bərpa etməsinin 20ci ildönümünə həsr olunan “Azərbaycan
gecəsi” adlı təntənəli mərasim keçirilmişdir. Heydər Əliyev Fondunun təşəb-
büsü, ölkəmizin Rusiyadakı səfirliyinin dəstəyi ilə baş tutan və Dövlət Kreml
Sarayında keçirilən mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti, UNESCOnun və İSESCOnun xoşməramlı səfiri, Milli
Məclisin deputatı Mehriban Əliyeva və Rusiyanın birinci xanımı Svetlana
Medvedeva iştirak etmişlər.
Burada Azərbaycanın və Rusiyanın birinci xanımları “Karl Faberje və daş
oyma ustaları. Rusiyanın əlvan dəfinəsi” adlı sərgiyə baxdılar. Ekspozisiyada
görkəmli rus zərgərı Karl Faberjenin şah əsərləri nümayiş etdirilir. Bütün dün-
yada tanınan zərgər Karl Faberje 1846cı ildə SanktPeterburqda zərgər ailə-
sində dünyaya gəlmişdir. Faberje Zərgərlik Evi rus çar ailəsi üçün özünəməx-
sus tərzdə zinət əşyalarının istehsalı sayəsində məşhurlaşmışdır. Bu zərgərlik
məmulatları virtuoz hazırlanma tərzi və ideyanın orijinallığı ilə seçilir.
Mehriban Əliyeva və Svetlana Medvedeva sərgidə Faberje ilə eyni döv-
rdə yaşayan və imperator sarayı üçün zinət əşyaları hazırlayan zərgərlərin,
Ural sənətkarlarının işləri ilə də tanış oldular. Ekspozisiyada İmperator,
Yekaterinburq, Peterqof və Kolıvan fabriklərində istehsal edilən əsərlər də
nümayiş etdirilir.
Dövlət Kreml Sarayında “Azərbaycan gecəsi” çərçivəsində Heydər Əli-
yev Fondunun ən uğurlu layihələrindən olan “Azərbaycan” nəşrinin rus dilin-
dəki versiyasının təqdimatı oldu. Oxuculara odlar yurdu Azərbaycan haqqında
müfəssəl məlumat vermək məqsədilə ərsəyə gətirilən nəşrdə toplanan 1000dən
çox şəkil xalqımızın qədim tarixini, ənənələrini, mədəniyyətini, etnoqrafik xü
susiyyətlərini əks etdirməklə yanaşı, ölkəmizin keçmişini və bu gününü, müa-
sir simasını da təcəssüm etdirir. Bu kitab oxucuda ölkəmiz haqqında əyani
159
təsəvvür yaratmaq, onu tanımaq və sevmək baxımından çox böyük əhəmiyyətə
malikdir. Kitabda paytaxt Bakı ilə bərabər, bütün bölgələr barədə şəkillər və
materiallar əksini tapmışdır. Ölkəmizin qədim tarixinin, memarlığının, mədə-
niyyətinin bütün tərəfləri ilə əks olunduğu “Azərbaycan” nəşri ilə tanışlıq res-
publikamız və paytaxt Bakı haqqında dolğun təəssürat yaratmaqla, onun mədə-
niyyətlər və sivilizasiyaların qovuşuğunda yerləşməsindən xəbər verir.
Bu gecəyə Azərbaycan xalçalarının sərgisi də xüsusi ovqat gətirdi. Coğrafi
mövqeyinə, naxış kompozisiyasına, rəng həlli və texniki xüsusiyyətlərinə görə
Azərbaycan xalçaçılıq məktəbinin bütün istiqamətlərinin təmsil olunduğu bu
sərgidə 80dən çox xalça nümunələri nümayiş etdirilir. Sərgidə yer alan Qara-
bağ xalçaçılıq məktəbinin nümunələri Qarabağın əzəli Azərbaycan torpağı
olduğunu bir daha hamının diqqətinə çatdırır.
Azərbaycanda xalçaçılıq məktəbi özünün inkişaf dövrünü yaşayır. Xalqı-
mızın milli sərvəti olan bu sahənin inkişafı ilə bağlı ölkədə həyata keçirilən
tədbirlər ilk növbədə bu qədim el sənətinin yaşadılmasına göstərilən diqqət-
dən irəli gəlir. Hazırda özünün yeni inkişaf mərhələsinə daxil olan xalçalarımız
Azərbaycan mədəniyyətinin ən böyük hamisi olan Heydər Əliyev Fondunun
həyata keçirdiyi layihələrlə daha da zənginləşir.
Azərbaycan xalçalarının Dövlət Kreml Sarayında nümayişi böyük maraqla
qarşılandı. Xalqımızın milli kimliyinin, soydaşlarımızın arzu və istəklərinin əks
olunduğu bu xalçalar hər bir azərbaycanlının qəlb döyüntüsünü Moskva audito-
riyasına uğurla çatdırdı.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə çıxış etdi. Təd-
birə gələnləri salamlayan Mehriban Əliyeva Azərbaycan gecəsində iştirak etdi-
yinə görə Rusiya Prezidentinin xanımı Svetlana Medvedevaya xüsusi min-
nətdarlığını bildirdi. Azərbaycanın birinci xanımı “Eurovision2011” mahnı
yarışmasında ölkəmizi təmsil edən Eldar Qasımov və Nigar Camal cütlüyünə
səs verənlərə təşəkkürünü çatdırdı. Vurğuladı ki, bu günlərdə Azərbaycanda
hamı bu qələbə, gənclərimiz və ölkəmiz ilə fəxr edir. Heydər Əliyev Fondu-
nun prezidenti müsabiqədə səsvermə zamanı Azərbaycana ilk 12 balı verən
Rusiyaya təşəkkürünü bildirdi. Azərbaycan dövlətçiliyinin qədim tarixindən
danışan Mehriban Əliyeva ölkəmizin həmişə Şərqlə Qərbi, Şimalla Cənubu
birləşdirdiyini vurğuladı. Bildirdi ki, Azərbaycanda həmişə bütün xaqlar
sülh şəraitində yaşamışlar.
Mehriban xanım Əliyeva Azərbaycanın müsəlman Şərqində ilk parlament
respublikası olduğunu, burada ilk opera və baletin yarandığını bildirdi, qazanı-
lan uğurları qeyd etdi. Sovet dövründə neft sahəsinin inkişafı, faşizm üzərində
qələbənin qazanılmasında Azərbaycanın rolu barədə danışan Mehriban Əliyeva
bildirdi ki, biz ölkəmizin əldə etdiyi nailiyyətlərlə fəxr edirik.
160
Azərbaycanın birinci xanımı AzərbaycanRusiya əlaqələrinə toxundu, bu
gün ölkəmizdə orta və ali təhsilin ana dili ilə yanaşı, rus dilində də tədris olun-
duğunu, Bakı Slavyan Universitetinin, Lomonosov adına Moskva Dövlət Uni-
versitetinin filialının, Rus Dram Teatrının fəaliyyət göstərdiyini bildirdi.
Azərbaycanın birinci xanımı ötən il Bakıda AzərbaycanRusiya humanitar
forumunun keçirildiyini, bu il Rusiya ilə birgə beynəlxalq humanitar forumun
təşkil olunacağını diqqətə çatdırdı.
“Mədəni müxtəliflik qədim mədəniyyət və tarixə malik Azərbaycan xalqı
üçün ənənəvidir”, – deyən Mehriban xanım Əliyeva müstəqil dövlət kimi ölkə-
mizin 20 il mövcud olduğunu və bu qısa vaxtda böyük uğurların qazanıldığını
vurğuladı. Azərbaycanın iqtisadi sahədə əldə etdiyi nailiyyətlər haqqında danı-
şan Heydər Əliyev Fondunun prezidenti ölkəmizin irimiqyaslı layihələr həyata
keçirdiyini, dövlət siyasətinin sosialyönümlü olduğunu, 900 min yeni iş yeri-
nin yaradıldığını, yoxsulluğun səviyyəsinin azaldıldığını, ölkədə yeni təhsil və
səhiyyə ocaqlarının inşa edildiyini, parkların, teatrların yaradıldığını və yeni-
dən qurulduğunu diqqətə çatdırdı. Bildirdi ki, yalnız bu il Bakıda beşulduzlu
altı otelin açılması planlaşdırılır.
ErmənistanAzərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən
Azərbaycanın birinci xanımı vurğuladı ki, ölkəmiz bu məsələnin beynəlxalq
hüquq normaları çərçivəsində həll olunacağına və ərazi bütövlüyümüzün bərpa
ediləcəyinə ümid edir. “Bu gün bizim vizit kartımız – zəngin mədəni irsimiz-
dir”, – deyən Mehriban Əliyeva hamını Azərbaycana dəvət etdi. “Sizi görmək
biz azərbaycanlılara həmişə xoş olacaq”, – deyən Azərbaycanın birinci xanımı
Rusiya xalqına sülh, əminamanlıq və firavanlıq arzuladı.
Beləliklə, bu gün Rusiya ilə Azərbaycanın münasibətlərində ictimai diplo-
matiyanın rolu ilbəil artır. İki ölkənin humanitar qarşılıqlı fəaliyyət prosesləri,
politologiya dilində desək, softpower mexanizmləri artıq dövlətlərin siyasi
səylərinin sadəcə əlavəsi deyil, məmləkətimizi vətəndaş cəmiyyəti səviyyə-
sində birləşdirən müstəqil prosesə çevirmişdir.
Bu işdə Azərbaycanın birinci xanımı, UNESCOnun və İSESCOnun xoş-
məramlı səfiri Mehriban Əliyevanın başçılıq etdiyi Heydər Əliyev Fondu fəal
iştirak edir. Fondun Rusiyada həyata keçirdiyi təşəbbüslərin əlaqələndiricisi
prezident ailəsinin böyük qızı Leyla Əliyeva olmuşdur.
RAGT Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatıdır. Bu birlik ölkənin Mos-
kva və SanktPeterburqdan tutmuş Primorsk diyarınadək müxtəlif ali məktəb-
lərdə təhsil alan azərbaycanlı tələbələrdən ibarət klubları bir araya gətirmişdir.
RAGTnin Rusiyada 60dan çox regional şöbəsi vardır. Onun fəaliyyətinin pri-
oritet istiqaməti gənc azərbaycanlıların yaşadıqları, təhsil aldıqları və çalışdıq-
ları çoxmillətli Rusiyanın reallıqlarına inteqrasiyasına kömək etməkdir. Qonşu
xalqların adətənənələrinə hörmət ruhunda tərbiyə olunmuş Azərbaycan gənc-
161
ləri Rusiya mühitinə asanlıqla alışırlar. RAGT Azərbaycan gənclərini birləşdi-
rir, cəmiyyətdə layiqli yer tutmalarına, Azərbaycanın hüdudlarından kənarda da
vətənə faydalı olmalarına kömək edir. Gənclər təşkilatı ehtiyacı olan hər kəsə,
xüsusən, uşaqlara və xəstələrə yardım göstərir. RAGT görüşlərin təşkilini, ide-
yaların əlaqələndirilməsini və əməli sahibkarlığı dəstəkləyir, həm Rusiyada, həm
də Azərbaycanda gənc azərbaycanlıların məşğulluq səviyyəsinin daha yüksək
olmasına çalışır. RAGTnin vəzifəsi gənclərdə həyata nikbin münasibət və doğ
ru seçim etmək bacarığı formalaşdırmaqdır.
Azərbaycanın Rusiyada imicinin formalaşmasında və inkişaf etdirilmə-
sində informasiyanın və praktiki tərkib hissənin güclənməsi Rusiyanın Azər-
baycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın fəaliyyətinin sanballı
nəticəsi ol muşdur. Mübaliğəsiz deyə bilərik ki, Leyla Əliyeva öz vətəninin soft
powerinin həyata keçirilməsi üçün bir növ nadir, postsovet məkanında ana-
loqu olmayan mexanizm yaratmışdır. Məhz onun təşəbbüsü ilə təsis edilmiş
“Baku” jurnalı istedadlı qələm sahiblərinin yazdığı dolğun, maraqlı mətnlərin
və yüksək keyfiyyətli fotoşəkillərin dili ilə həm Azərbaycanın ənənəvi mədə-
niyyəti haqqında, həm də ölkə həyatının müasir meyilləri və xüsusiyyətləri
barədə söhbət açır. Jurnalda həm də tanınmış rusiyalı müəlliflərin oçerkləri
dərc edilir. Bu materiallarda azərbaycanlıların dünyagörüşü, Bakı şəhər mədə-
niyyətinin koloriti heyrətamiz dərəcədə dəqiq və eyni zamanda obrazlı şəkildə
təsvir edilir. Bununla da oxucu Azərbaycan dünyasının rəngarəng reallıqlarına
dərindən bələd olmaq imkanı əldə edir.
Lakin Leyla Əliyevanın ən mühüm layihəsi Rusiyanın Azərbaycanlı Gənc-
lər Təşkilatı (RAGT) adlanan ictimai qurumdur. RAGT Azərbaycan diasporu
nun mədəni həyatının inkişafında keyfiyyətcə yeni mərhələ, gənclərə doğru
atılan cəsarətli addım olmuşdur. Bu layihədə təkcə diasporun həyatı deyil,
Rusiyanın özünün gənclər siyasətinin bir sıra cəhətləri əhatə edilir.
Nəhayət, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin məxsusi fəa-
liyyəti barədə. Əgər Azərbaycanın beynəlxalq ictimaisiyasi tədbirlərinin bütün
spektrinə və ya Azərbaycan mədəniyyətində baş vermiş mühüm hadisələrlə
əlaqədar təşkil edilmiş ayrıayrı tədbirlərə nəzər salsaq, heç şübhəsiz, Rusiya
ictimai məkanında Azərbaycanın sosial və mədəni təşəbbüslərinin əsas əla qə
ləndiricisi rolunda məhz Heydər Əliyev Fondu çıxış edir.
Azərbaycanın “mülayim qüvvə” siyasəti hansı istiqamətlərdən ibarətdir?
Ölkənin hüdudlarından kənarda Azərbaycanın mədəni təsirini dəstəkləməyə
qabil olan üç sahə məlumdur. Bunlardan birincisi çoxsaylı Azərbaycan dias
porunun özüdür. Burada bir neçə mədəniyyət və informasiya istiqamətini
fərqləndirmək lazımdır. Əvvələn, öz mədəni irsinə biganə qalmayan hər hansı
ölkə kimi Azərbaycan da diasporun özündə ana dilinin öyrənilmə sinə kömək
162
etməyə yönəlmiş təşəbbüsləri dəstəkləməyə çalışır. Doğma vətənlə əlaqə sax-
lamaq hər bir milli diaspora münasibətdə istənilən dövlət üçün ənənəvi və zi
fədir. Lakin rusiyalı azərbaycanlılara münasibətdə Bakı hər şeydən əlavə, on
ların Rusiya cəmiyyətinə daha keyfiyyətli inteqrasiyası üçün şərait yaratmağa
çalışır və beləliklə, miqrantları qəbul edən dövlətin funksiya larının bir qis-
mini öz üzərinə götürür.
Rusiya azərbaycanlıları müxtəlif yaşlı, müxtəlif dünyagörüşlü, təhsil stan-
dartları müxtəlif olan, sosial proseslərə müxtəlif dərəcədə cəlb edilmiş insan-
lardır. Azərbaycanın müxtəlif regionlarından olan bu insanlar Rusiyanın müxtə-
lif regionlarında məskunlaşmışlar. Bütün bunları nəzərə almaq zəruridir. Digər
tərəfdən, ruslarda və Rusiyanın digər vətəndaşlarında Azərbaycanın həyatı və
mədəniyyəti barədə daha keyfiyyətli informasiya formalaşdırmaq məqsədilə
əzmlə iş aparmaq lazımdır.
Son illərdə məhz bu missiya Heydər Əliyev Fondu – RAGT tandeminin əsas
məqsədinə çevrilmişdir. Rəmzi bayram tarixlərinin məzmununu Rusiya cəmiy-
yətinin fəal hissəsinə çatdırmaq və ölkənin müasir tarixindəki faciəli hadisələri
tarixi mövqedən savadlı şərh etmək onların işinin prioritet istiqamətinə çevril-
mişdir. Oxucuların yaşlı nəslinin yadındadır: burada söhbət mahiyyət etibarilə
xarici ölkələrlə dostluq cəmiyyətlərində sovet dönəmində aparılan işdən gedir.
Azərbaycanın xarici aləmə mədəni inteqrasiyasının ikinci, birincidən heç də
az əhəmiyyətli olmayan amili daim Rusiyanın informasiya məkanında olmaq-
dır. Bu halda söhbət təkcə Azərbaycan haqqında rəngarəng materiallar çap edən
“Baku” jurnalı, yaxud “GEO” və “Vokruq sveta” kimi nəşrlərdə dərc edilən
məqalələrdən getmir. Rusiya mətbuatının səhifələrində davamlı və müsbət
informasiya mövqeyinə malik olmaq artıq qazanılmış nəticədir. Heydər Əli-
yev Fondu indi daha da irəli gedir. Qarşıya Azərbaycanın kütləvi mədəniyyə-
tini və şoubiznes subyektlərini Rusiya mədəni məkanına daha çox cəlb etmək
vəzifəsi qoyulmuşdur.
Burada müxtəlif iş formalarından istifadə edilə bilər: Azərbaycan ərazisində
müxtəlif simfonik, caz və folklor festivallarının keçirilməsi, ayrıayrı musiqiçi
lərin və kollektivlərin Rusiyaya səfərləri – bütün bu tədbirlər nəticəsində iki
ölkənin mədəni birlikləri birbiri ilə nəinki tanış olur, qarşılıqlı zənginləşir,
həm də Azərbaycan incəsənətinin pərəstişkarlarının, onun həqiqi sərraflarının
davamlı birliyi formalaşır.
Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycan musiqi sənəti (musiqinin
bütün istiqamətləri – cazdan və klassik simfoniyadan başlamış, müasir rəqs
ritmlərinə qədər) artıq çoxdan öz auditoriyasını qazanmışdır. Rusiya cəmiyyə-
tində bu sənət hələ sovet dövründən yüksək qiymətləndirilir. Eyni sözlər Azər-
baycanın müasir təsviri incəsənətinə, kino sənayesinə, ədəbiyyatına da aiddir.
163
Üçüncü sahə RusiyaAzərbaycan ziyalı forumlarını, tanınmış liderlərin gö
rüşlərini, görkəmli ictimai xadimlərin iştirak etdiyi sair tədbirləri əhatə edir.
Azərbaycanın tanınmış yazıçıları, rəssamları, rejissorları, aktyorları, musiqi-
çiləri, idmançıları Azərbaycanın ictimai diplomatiyasına getdikcə daha fəal cəlb
edilir. Fond bu cür tədbirlərin əsas təşkilatçısıdır.
Deyə bilərik ki, RAGTni formalaşdıran dəstək və birlik hissi Rusiya-
dakı azərbaycanlı gənclərə fəal həyat mövqeyi aşılayan kifayət qədər güclü
sosial psixoloji stimulyatordur. Fəal vətəndaş mövqeyi peşəkarlığın, özünü
təmin etmək qabiliyyətinin və ölkə qarşısında, cəmiyyət qarşısında mənəvi
məsuliy yətin təməlidir. Bunu sübut etmək üçün hər hansı xüsusi dəlillər
axtarmağa ehtiyac yoxdur.
2010cu ilin may ayında Moskvada Rusiyanın bütün bölgələrində altmış
yerli regional bölməni birləşdirən bu güclü təşkilatın ikinci konfransı keçiril-
mişdir. Forum Rusiyadakı azərbaycanlı gənclərin yüksək dərəcədə hazırlıqlı
və mütəşəkkil olmasını göstərdi. Forumun seksiyalarında nümayiş etdirilmiş
qeyri standart qərarlar qəbul etmək bacarığı, öz fikrini sərbəst ifadə etmək, ste-
reotiplərdən asılı olmamaq kimi keyfiyyətlər ümid etməyə əsas verir ki, Rusiya
ilə Azərbaycan arasında qarşılıqlı faydalı əlaqələrin daha da inkişaf etdirilmə-
sinə ləyaqətlə xidmət edəcək, kreativ təfəkkürlü gələcək liderlərin keyfiyyətcə
yeni nəsli formalaşmaqdadır.
RAGTnin lideri Leyla Əliyevanın çıxışının əsas tezisləri mənəviyyatlılıq,
vətənpərvərlik, nikbinlik və birlik kimi yeni sosialsiyasi dəyərlərin formalaş
ması problemləri ilə bağlıdır. Bunların hamısı Rusiya cəmiyyətinin bütün
subyektləri üçün həyati əhəmiyyətli oriyentirlərdir. Məhz onlar müasir dün-
yada fərdin ahəngdar inkişafının rəhni və Rusiyada Azərbaycan diasporunun
səmərəli fəaliyyətinin qarantıdır.
RAGTnin hər bir üzvü ölkənin intellektual kapitalı, Rusiyada öz vətən-
daş potensialını reallaşdırmağa qabil olan güclü diaspordur. Məhz bu səbəb-
dən RAGTnin fəaliyyəti və gələcək inkişafı çox böyük əhəmiyyət kəsb edir.
RAGT milli diaspor siyasətini tamamlamaqla bərabər, həm də humanitar diplo-
matiyanın davamıdır.
Ulyanovsk şəhərindəki orta ümumtəhsil məktəbi Heydər Əliyev Fondunun
dəstəyi ilə əsaslı şəkildə yenidən qurulmuşdur. Bu, Rusiyanın sosial məkanında
Azərbaycanın humanitar təsirinin genişlənməsinin daha bir təzahürü olmuşdur.
Maraqlıdır ki, Azərbaycanın bu cür təşəbbüsləri Moskvadan kənarda da çox
sürətlə inkişaf etməkdə, bütün Rusiyada dərinləşməkdə və genişlənməkdədir.
Məsələn, 2010cu ildə RAGTnin regional bölməsi tərəfindən Udmurtiya-
nın İjevsk şəhərindəki 66 nömrəli ümumtəhsil məktəbi bazasında Azərbaycan
164
bazar günü məktəbi açılmışdır. Bu məktəbdə Azərbaycan dili və Azərbaycan
tarixi fənləri tədris edilir.
Bütün bunlar azərbaycanlıların və rusiyalıların qarşılıqlı sosiomədəni fəa-
liyyətinə yeni təkan verir. Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi
çərçivəsində Ulyanovskda Rusiyanın adi bir məktəbinin yenidən qurulması
əyani şəkildə göstərir ki, ölkələrimizin qarşılıqlı humanitar fəaliyyəti keyfiy-
yətcə yeni mərhələyə qədəm qoymuşdur. Bu həm də Heydər Əliyev Fondu-
nun və RAGTnin Rusiya məkanında kompleks, səmərəli və birgə fəaliyyətinin
göstəricisidir. Məlum olduğu kimi, bu iki qurumu birləşdirən onların ideologi-
yasının oxşar olmasıdır: Fond Azərbaycanın sosial və mədəni təşəbbüslərinin
təbliğ edilməsi üçün maliyyə və insan resurslarını akkumulyasiya edir, RAGT
isə gənclərin vətəndaşlıq təşəbbüslərini əlaqələndirir. Bu qurumların təşkilatçı-
larının başının ucalığıdır ki, onlar sosial işin çox dəqiq və olduqca uğurlu vek-
torunu – azərbaycanlı gəncləri Rusiyanın vətəndaş cəmiyyətinin fəal üzvləri
rolunda çıxış etməyə həvəsləndirməyi və istiqamətləndirməyi seçmişlər. Əgər
əvvəl onların keçirdiyi tədbirlər diasporun obrazını dəyişməyə yönəlmişdi və
kifayət qədər məhdud dairənin marağını cəlb edirdisə, indi buraya Rusiyanın
sosial həyatında fəal iştirak etmək iddiasında olan daha bir tərkib hissə əlavə
olunmuşdur. Ulyanovskdakı məktəbin açılışından sonra (xatırladaq ki, bu la
yihənin ümumi dəyəri 25 milyon rubl olmuşdur) onu da qeyd etmək lazımdır
ki, Heydər Əliyev Fondu və RAGT daha sadəcə olaraq, Rusiyanın “xeyirxah
qonaqları” deyildir, onlar ümumi evin inşa edilməsində, rusiyalıların həyat key-
fiyyətinin artırılmasında və birbirinin yeni müsbət obrazının formalaşmasında
tərəfdaş qurumlara çevrilir.
Bu aksiyanın digər nəticəsi Rusiyadakı gənc azərbaycanlıların özlərinə is ti
qamətlənmişdir. Heydər Əliyev Fondunun proqramları çərçivəsində iş prose-
sində başqa millətlərin nümayəndələrində rusiyalılarla çiyinçiyinə çalışmaq,
onların ümumi ölkəsinin sosial məkanında mütərəqqi dəyişikliklər istiqamə-
tində birgə səy göstərmək bacarığı tərbiyə olunur. Qeyd edək ki, yuxarıda adı
nı çəkdiyimiz Ulyanovsk məktəbi “Azərbaycan məktəbi”, yəni etnikmədəni
komponentli təlim proqramını həyata keçirən ümumtəhsil məktəbi deyildir.
Ulyanovskdakı adi ümumtəhsil məktəbində şagirdlərə Azərbaycanın tarixi və
mədəniyyəti ilə əyani şəkildə tanış olmaq imkanı verən zallar yaradılmışdır.
Təbii ki, bu, Azərbaycanı daha yaxşı tanımağa kömək edəcək, həmin biliklər
isə, öz növbəsində, gələcəkdə ölkələrimiz arasında mehriban qonşuluq atmos-
ferinin qorunub saxlanmasının rəhni olacaqdır.
Məktəbdə yaradılmış 3 kompüter sinfinə Azərbaycanda “Gələcək üçün təh-
sil 1:1” layihəsi çərçivəsində (bu layihə də Heydər Əliyev Fondunun himayəsi
ilə həyata keçirilmişdir) istehsal edilən, İnternet şəbəkəsinə naqilsiz qoşulmaq
165
üçün qurğularla, zərbəyə davamlı örtüklə və lisenziyalı proqram təminatı ilə təc-
hiz edilmiş 20 ədəd NEXUS noutbuku verilmişdir. Bunların sayəsində rusiyalı
yeniyetmələr hələ ibtidai məktəbdə oxuyarkən Azərbaycan haqqında, Cənubi
Qafqazda yerləşən bu dövlətin sənaye, o cümlədən texnoloji cəhətdən də inki-
şaf etmiş, Rusiyaya dost ölkə kimi təsəvvürə malik olacaqlar.
Gənclərlə iş, hətta bu iş ayrıayrı tədbirlərdən başlandıqda belə, öz mən-
tiqinə görə gectez inkişaf edərək konstruktiv vətəndaş fəallığına çevriləcək,
səmimi volonterlik və könüllülük nümunələri göstərəcəkdir. Yalnız bu əsasda
həmin iş uğurlu ola bilər. RAGT də məhz özünün güclü təşkilati resurslarından
istifadə etməklə gənclərə bu cür təkan vermək, onlardan əsl vətəndaşlar yetiş-
dirmək, müsbət həyat mövqeyi, real işlər görmək üçün əsl vətəndaş istəyi for-
malaşdırmaq, onları dünyanı yaxşılığa doğru dəyişməyi bacaracaqlarına inan-
dırmaq əzmindədir. Buna görə də təsadüfi deyildir ki, Rusiyanın digər gənclər
təşkilatları, məsələn, “Rossiya Molodaya” təşkilatı RAGTnin uğurlarına diqqət
yetirir (bu iki təşkilat arasında tərəfdaşlıq sazişləri imzalanmışdır).
Gənclik problemlərinə həsr edilmiş çoxsaylı tədqiqatlar göstərir ki, Rusiya
gəncləri haqqında hələlik tam təsəvvür formalaşmamışdır. Eyni qayda ilə gənc-
lərdə də gələcək həyat yolu barədə təsəvvür çətinliklə formalaşır. “Zəmanəmi-
zin qəhrəmanı, nümunə götürməyə layiq olan kumir necə insandır?”, “gəncləri
hərəkətə gətirən oriyentirlər hansılardır, merkantil praqmatik maraqlar gəncliyə
xas olan romantik idealları tam üstələmişdirmi?”, – bu kimi mühüm suallara
hələlik dəqiq cavab yoxdur. Nəhayət, ən mühüm sual – çoxmillətli ölkəmizdə
gənclərin nəzərində yeni rusiyalının dolğun obrazı mövcuddurmu, yoxsa bu
obraz ayrıayrı etnik seqmentlərə parçalanır? Həmin suallara necə cavab veril-
məsindən və Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı etnik mənşəyindən asılı
olmayaraq, Rusiya vətəndaşının inkişaf “sexinə”, tolerant və fəal vətəndaşın
formalaşdığı məkana çevrilə bilər.
Real işlər, həyata keçirilmiş ideyalar, nail olunmuş məqsədlər əminliklə
de məyə imkan verir ki, RAGT özünü təsdiq etmiş birlikdir. Hazırda RAGT
Azərbaycandan kənarda ən fəal gənclər təşkilatıdır. Üzvlərimizin sayı bir ilə bir
neçə dəfə artmışdır. Təşkilatın artıq 60dan çox bölməsi vardır. Regional təş-
kilatlar fəallıqlarına görə heç də mərkəzdən geri qalmırlar. Bir il ərzində biz
təkcə Moskvada və Bakıda deyil, həm də SanktPeterburqda, Tverdə, İvano-
voda, Smolenskdə, Murmanskda və Yekaterinburqda xeyli tədbirlər, görüşlər,
aksiyalar keçirmişik.
Təşkilatın fəaliyyətimizin prioritet istiqamətləri mədəniyyətlərarası dialo
qun qurulması, Azərbaycanın zəngin mədəni və tarixi irsinin təbliği, müasir
Azərbaycan reallıqlarının Rusiya cəmiyyətinə çatdırılması, habelə elm və təhsil
sahələridir. Bir də əlbəttə, Rusiya Federasiyasında yaşayan və təhsil alan Azər-
baycan vətəndaşları, tələbələri və gənclərinə qayğı göstərilməsidir.
166
Təşkilatın fəaliyyətinin mühüm tərkib hissələrindən biri Heydər Əliyev
Fondu ilə birlikdə “Xocalıya ədalət” beynəlxalq kampaniyasının keçirilməsi
dir. Bu kampaniya çərçivəsində dünyanın müxtəlif ölkələrində 70dən çox
aksiya keçirilmişdir. Kampaniyanın məqsədi 1992ci ilin fevral hadisələri
barədə dünyanın bütün qitələrinə məlumat çatdırmaqdır. Xocalı bizim dər-
dimizdir və dünya birliyinə bu faciə, ümumilikdə ErmənistanAzərbaycan
münaqişəsi ba rədə məlumat verilməsi çox vacibdir. Bu münaqişə ədalətli
həll olunanadək, Azərbaycanın ərazi bütövlüyü bərpa edilənədək təşkilat bu
istiqamətdə fəaliyyət göstərəcəkdir.
RAGT mədəniyyəti bütün dialoqların universal açarı hesab edir. Moskvada
və Rusiyanın digər şəhərlərində Azərbaycan mədəniyyəti günləri və həftələri
keçirmiş, musiqi gecələri, fotosərgilər, filmlərin nümayişi təşkil olunmuş, zən-
gin Azərbaycan mədəniyyətini layiqincə təmsil etməkdədir.
RAGT humanitar və sosial sahələrdə də xeyli iş görmüş, köməyə ehtiyacı
olanlara konkret yardımlar etmiş, məsələn, uşaq evlərində, xəstəxanalarda
uşaqlara böyük qayğı göstərmişdir. Xəstə uşaqlar üçün “Qanın milləti yoxdur”
devizi altında dərin rəmzi məna daşıyan qanvermə aksiyasını xüsusi qeyd
etmək olar. Bu, göstərir ki, Azərbaycan və Rusiya gənclərinin həyat dəyərləri
eynidir. RAGTnin təşəbbüsü ilə tütünün və alkoqolun insan orqanizminə təsiri
barədə reklammaarifləndirmə kampaniyası keçirilmişdir. “Əmin ol ki, sağ-
lamsan” və “Xəstəliyə “yox” de” proqramları çərçivəsində Azərbaycandan və
Moskvadan yüzlərlə adam pulsuz müayinə olunmuşdur.
RAGT idmanda da parlaq nəticələr əldə etmişdir. 2009cu ildən Moskvada
Rusiyada təhsil alan azərbaycanlı tələbələrdən ibarət 16 komandanın iştirakı ilə
minifutbol çempionatı keçirilir. Regionlar bu ideyanı dəstəkləmişlər və bu il
çempionatda artıq 24 komanda iştirak etmişdir. Bu, gənclərimizin idmana olan
böyük marağından xəbər verir.
RAGTnin rəsmi saytı yenilənmişdir və gənclərimiz ünsiyyət bağlaya,
maraqlı informasiyaları müzakirə, müsabiqələrdə iştirak etmək imkanına
malik olmuşlar.
“Baku” jurnalı qədim olduğu qədər də çox gənc bir şəhərin bütün gözəlli
yini əks etdirir. Bu gün Bakı müasirliklə ayaqlaşan zəngin mədəni dəyər-
lər, milli ənənələr şəhəridir. Bu jurnal Rusiyada Azərbaycan mədəniyyətin-
dən, adətənənələrindən söz açan yeganə illüstrasiyalı nəşrdir. Oxucular onun
köməyi ilə Azərbaycanı kəşf edir, onun zəngin mədəniyyəti və tarixinə bələd
olurlar. Jurnal Odlar Yurdunun Yer kürəsinin müxtəlif guşələrində yaşayıb
yaradan ən layiqli nümayəndələri ilə rusiyalıları tanış edir. “Baku” jurnalı orta
əsr şəhərinin qədim küçələrinə və inkişafda olan dövlətin müasir paytaxtı nın
gur işıqlandırılmış geniş prospektlərinə səyahətə dəvət edir. “Baku”nun sə hi
167
fələrində Abşeron çimərlikləri, Lənkəran və Naxçıvanın ecazkar təbiəti, Qafqaz
dağları əks olunmuşdur. Jurnalın səhifələrində Üzeyir Hacıbəylinin və Niyazi
nin musiqisinə, Müslüm Maqomayevin və Rəşid Behbudovun nəğmələrinə,
Banişevskinin və Tofiq Bəhramovun futboluna rast gəlirsən. “Baku”nun redak-
siyası məzmunlu aksiya və təqdimatlar təşkil edir, sevimli şəhər barədə canlı
boyalarla maraqlı söhbət açmağa, rusiyalı oxucularda Bakının və Azərbaycanın
unudulmaz obrazını yaratmağa çalışır.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2012ci il iyunun 5də Sankt
Peterburqda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik
yubileyi münasibətilə onun adını daşıyan bağın təntənəli açılışı olmuşdur. Açı-
lış mərasimində Heydər Əliyev Fondunun vitseprezidenti Leyla Əliyeva işti-
rak etmişdir.
Leyla Əliyeva mərasimi açaraq bildirmişdir ki, Nizami Gəncəvi adına
bağın açılışı Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi ilə SanktPeter-
burq Administrasiyasının daha bir layihəsidir. O demişdir: “2002ci il iyunun
9da XII əsrin dahi Azərbaycan şairi və mütəfəkkirinin SanktPeterburqda
abidəsinin açılışında prezidentlər Heydər Əliyev və Vladimir Putin iştirak
etmişdilər. Bakıda hazırlanmış abidə Azərbaycan xalqının SanktPeterburqa
hədiyyəsi olmuşdur.
Nizaminin obrazını Azərbaycan heykəltəraşı, V.Muxina adına Leninqrad
Ali Rəssamlıq Məktəbinin məzunu Qəyruş Babayev yaratmışdır. Bu il şairin
anadan olmasının 870 illiyi tamam olur. Bununla əlaqədar, fondun nümayən-
dəliyinin hamiliyi ilə bağda qranitdən nadir skamyalar və Nizaminin əsərlə-
rindən fraqmentlər təsvir edilmiş pannolar qurulmuş, şairin abidəsi bərpa
olunmuşdur. SanktPeterburq qubernatorunun qərarı ilə bu gözəl bağa Nizami
Gəncəvinin adı verilmişdir.
Qeyd etməliyik ki, SanktPeterburq ziyalıları Böyük Vətən müharibəsinin
ən ağır illərində dahi şairin 800 illik yubileyini qeyd etmişlər. Böyük Nizamiyə
bu qayğıkeş münasibəti Azərbaycan xalqı heç vaxt unutmayacaqdır. Heydər
Əliyev Fondunun təşəbbüsü ilə SanktPeterburq şəhərində dahi Azərbaycan
şairi və mütəfəkkiri Nizami Gəncəvinin xatirəsinə ucaldılmış abidə və salınmış
bağ Azərbaycanın möhtəşəm qədim tarixə və zəngin irsə malik olan mədəniy-
yətini təcəssüm etdirir.
168
169
170
171
172
|