HEYDƏR ƏLİYEV FONDUNUN TÜRKİYƏ
CÜMHURİYYƏTİNDƏKİ NÜMAYƏNDƏLİYİNİN FƏALİYYƏTİ
Heydər Əliyev Fondunun Türkiyədəki nümayəndəliyi 2008ci ilin sent-
yabrında açılmışdır. Nümayəndəliyin rəhbəri Cəfərov Samirdir.
Nümayəndəlik Türkiyədə Azərbaycan həqiqətlərinin ictimaiyyətə çatdırıl
ması, Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qo
runması ilə bağlı tədbirlər, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji
sahələrə aid proqram və layihələr həyata keçirir, müxtəlif fondlar, QHTlər,
ic timai təşkilatlarla əməkdaşlıq edir, yerli əhəmiyyətli sosial problemlərin həl-
linə yardımçı olur.
20 fevral 2009cu ildə Heydər Əliyev Fondunun Türkiyə Nümayəndəliyi
Xocalı faciəsinin 17ci ildönümü ilə bağlı Uludağ Universitetində “Dünəndən
bu günə Qarabağ problemi və Xocalı faciəsi” mövzusunda elmi konfrans ke
çirmişdir. Konfransda Azərbaycanın İstanbuldakı baş konsulu, Bursa şəhəri
bələdiyyələrinin rəisləri, Uludağ Universitetinin müəllim və tələbələri, KİV
nümayəndələri iştirak etmişlər.
Uludağ Universitetinin rektorluq binasında Türkiyə və Azərbaycan himnlə-
rinin səsləndirilməsi ilə başlayan konfransı Heydər Əliyev Fondunun Türkiyə
nümayəndəliyinin rəhbəri Samir Cəfərov açdı. O, Heydər Əliyev Fondunun
Xocalı faciəsinin unudulmaması və dünya ictimaiyyətinə həqiqətlərin çatdı-
rılması istiqamətində gördüyü işlər, həmçinin Ermənistan Respublikasının və
erməni diasporunun çeşidli psixoloji müharibə fəaliyyətləri, yalan və iftiralarla
dolu təbliğatları barədə iştirakçıları məlumatlandırdı.
Konfransda çıxış edən Bursa Yıldırım bələdiyyəsinin rəisi Özgən Kəskin,
Uludağ Universiteti Beynəlxalq Əlaqələr fakültəsinin dosenti Barış Özdal,
hüquq professoru Mehmet Genç, Azərbaycanın İstanbuldakı baş konsulu Səy-
yad Salahlı Qarabağ probleminin tarixi kökləri haqqında danışaraq problemin
siyasi və hüquqi aspektdən analizini vermiş, Qarabağ münaqişəsinə dünya icti-
maiyyətinin ikili standartlarla yanaşdığını konfrans iştirakçılarının diqqətinə
çatdırmışlar. Məruzəçilər Azərbaycanın günügündən inkişaf etdiyini vurğula-
mış, ölkəmizin istər sülh, istərsə də müharibə yolu ilə öz torpaqlarını geri qay-
tarmaq qüdrətində olduğunu bildirmişlər.
31 dekabr 2009cu il tarixdə Heydər Əliyev Fondunun Türkiyə nümayəndə-
liyinin təşkilatçılığı ilə Bursadakı Uludağ Universitetində təhsil alan azərbay
canlı tələbələrin iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və
Yeni il münasibətilə tədbir keçirilmişdir.
195
Tədbirdə Bursa şəhəri Nilüfər və Osmanqazi bələdiyyələrinin nümayən-
dələri, Uludağ Universitetinin müəllim və tələbə heyəti, Bursada fəaliyyət gös
tərən ictimai təşkilatların nümayəndələri iştirak etmişlər.
2010cu il mart ayının 17də Heydər Əliyev Fondu Türkiyə Nümayəndəli-
yinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə İzmir şəhərində təhsil alan
azərbaycanlı tələbələrə ziyafət verilmişdir.
İzmir şəhərinin mərkəzində, gözə bir guşədə təşkil olunmuş və 300 nəfərin
yer aldığı tədbirdə tələbələrlə bərabər İzmir şəhərində fəaliyyət göstərən azər-
baycanlı sənətçi və elm xadimləri, İzmir bölgə valisinin birinci müavini və təh-
sil şöbəsinin müdiri, Bornova bələdiyyəsinin keçmiş başqanı, Türkmənistan və
İordaniya konsulları, Azərbaycan təhsil attaşesi, Azərbaycan diaspora qurumla-
rının nümayəndələri iştirak etmişlər.
Azərbaycan xalqının Ümummilli Lideri, dahi dövlət xadimi Heydər Əli-
yevin anadan olmasının 87ci ildönümü münasibətilə 2010cu il mayın 8 və
9da İstanbul şəhərində Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyinin
təşkilatçılığı ilə təntənəli mərasimlər keçirilmişdir. Azərbaycan Respublikası-
nın İstanbuldakı Baş konsulluğunun da dəstəklədiyi tədbirlər mayın 8də Tür-
kiyədə təhsil alan tələbələr arasında Ulu Öndərin xatirəsinə həsr olunmuş fut-
bol turniri ilə başlamışdır.
Mayın 9da isə Ümummilli Liderin adını daşıyan parkda Heydər Əliyev
Fondunun Türkiyə nümayəndəliyinin və konsulluq əməkdaşlarının, Türkiyədə
yaşayan həmvətənlərimiz və bu ölkədə təhsil alan azərbaycanlı tələbələrin işti-
rakı ilə Ulu Öndərin xatirəsi yad edilmişdir. Anma mərasimində Heydər Əliyev
Fondunun Türkiyə nümayəndəliyinin rəhbəri Ümummilli Lider Heydər Əliye-
vin Azərbaycan xalqının tarixində tutduğu şərəfli yerdən, mədəniyyətimizin,
dövlətçiliyimizin və müstəqilliyimizin inkişaf etməsi və güclənməsində göstər-
diyi əzmkar və uzaqgörən fəaliyyətindən bəhs etmişdir.
2010cu il iyun ayının 15də Heydər Əliyev Fondunun Türkiyə Təmsilçiliyi
İzmir bələdiyyəsinin salonunda 15 İyun – Milli Qurtuluş Günü münasibətilə
“TürkiyəAzərbaycan münasibətləri və Heydər Əliyev” mövzusunda elmi kon-
frans keçirmişdir.
Konfransın açılışında çıxış edən Heydər Əliyev Fondunun Türkiyə təm-
silçisi Samir Cəfərov, İzmir valisinin müavini Məhmət Ərdoğan, İzmirdəki
azərbaycanlı tələbələrin nümayəndəsi Cavid Əliyev tədbir iştirakçılarını
Milli Qurtuluş Günü münasibətilə təbrik edərək, Ulu Öndərin Azərbay-
can xalqı qarşısında xilaskarlıq missiyasından, onun “bir millət, iki dövlət”
adlandırdığı Türkiyə və Azərbaycanın gələcəyi naminə göstərdiyi səylərdən
ətraflı bəhs etmişlər.
196
İzmirdəki Doqquz Sentyabr Universitetinin iqtisadiyyat kafedrasının müdürü,
professor Rəcəb Kök “Müstəqillikdən sonra TürkiyəAzərbaycan əlaqələri”
mövzusunda məruzəsində Ulu Öndər Heydər Əliyevin “Əsrin müqaviləsi”,
habelə BakıTbilisiCeyhan əsas ixrac boru kəməri, BakıTbilisiƏrzurum təbii
qaz kəməri layihələri ilə iki qardaş ölkə arasında iqtisadi əməkdaşlığı güclən-
dirdiyini, xalqlarımızın rifahına böyük töhfələr verdiyini konkret faktlarla əsas-
landırmışdır. Ulu Öndərin siyasəti bu gün də uğurla davam etdirilir. Azərbay-
can Prezidenti İlham Əliyevin Türkiyəyə son səfəri zamanı imzaladığı enerji
sazişləri bunun bariz nümunəsidir.
Türkiyə Strateji Araşdırmalar Mərkəsinin sədri Sinan Oğan “Türkiyə
Azərbaycan əlaqələrində Heydər Əliyevin rolu” mövzusunda məruzəsində Ulu
Ön dərin hələ Naxçıvan Ali Məclisinə rəhbərlik etdiyi dövrdən, qardaş Türkiyə-
nin rəhbərləri ilə sıx əməkdaşlığından, Azərbaycan Prezidenti kimi Türkiyənin
maraqlarına cavab verən addımlarından ətraflı bəhs etmişdir.
Egey Universitetinin Türk dünyası araşdırmaları İnstitutunun nümayəndəsi,
dosent Əli Erol Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələrindən bəhs edən
məruzə etmiş, İzmir valiliyinin əməkdaşı Fadıl Ünal Ulu Öndər Heydər Əliye-
vin İzmirə səfərindən, onunla şəxsi görüşündən danışmışdır.
2010cu il 16 və 17 noyabr tarixlərində Heydər Əliyev Fondu Türkiyə Nü
mayəndəliyi müqəddəs Qurban Bayramı münasibətilə Türkiyədə təhsil alan
azərbaycanlı tələbələr üçün Azərbaycan Respublikasının Ankaradakı Səfirliyi,
İstanbuldakı Başkonsulluğu və Təhsil Nazirliyi ilə birlikdə və AİRMED firma-
sının maddi dəstəyi ilə çoxsaylı tədbirlər keçirmişdir. İstanbul, Ankara, İzmir,
Bursa, Adana, Samsun, Əskişəhər, Çanaqqala və Qocaəli şəhərlərindəki Qur-
ban bayramı proqramları çərçivəsində təhsil alan minlərlə azərbaycanlı tələ-
bəyə bayram ziyafəti verilmiş və qurban əti paylanmışdır. Nümayəndəliyin
rəhbəri Samir Cəfərov tədbirlərdə çıxış edərək tələbələri bayram münasibətilə
təbrik etmiş və onlara təhsillərində müvəffəqiyyətlər arzulamışdır. Öz növbə
sində, Türkiyədə yaşayan və fəaliyyət göstərən azərbaycanlı elm və sənət
xadimləri çıxış edərək tədbirlərin hazırlanması və həyata keçirilməsi ilə tələbə
lərə göstərdiyi yüksək münasibətə görə Heydər Əliyev Fonduna minnətdarlıq-
larını bildirmişlər.
2010cu il dekabrın 30da Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyi
İstanbuldakı “Çırağan” sarayında Dünya Azərbaycanlılarının Həmrəylik Günü
və Yeni il münasibətilə tədbir keçirmişdir.
Fondun Türkiyə nümayəndəliyinin rəhbəri Samir Cəfərov Heydər Əliyev
Fondunun prezidenti, UNESCOnun və İSESCOnun xoşməramlı səfiri Meh-
riban xanım Əliyevanın bayram təbrikini tədbir iştirakçılarına çatdırmışdır. O
197
bildirmişdir ki, Heydər Əliyev Fondu yola saldığımız ildə dünyamiqyaslı hu
manitar layihələr həyata keçirmiş, mədəni irsimizin təbliği, kimsəsiz və əlil
uşaqlara qayğı göstərilməsi istiqamətində mühüm addımlar atmışdır.
Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, Türkiyə Böyük Millət Məc-
lisi sədrinin müavini Meral Akşener, İstanbul valisi Hüseyn Avni Mutlu, ölkə-
mizin İstanbuldakı baş konsulu Həsən Zeynalov son illər regionda ən yüksək
inkişafa nail olmuş və dünyada nüfuzunu daha da artırmış Azərbaycan dövləti-
nin tərəqqisindən, Prezident İlham Əliyevin Türk və Azərbaycan diaspor təşki-
latlarının həmrəyliyinə verdiyi əhəmiyyətdən, qardaş ölkələrimizin Ulu Öndər
Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamına uyğun olaraq gündəngünə
daha da möhkəmlənən əlaqələrindən ətraflı bəhs etmişlər.
2011ci il fevral ayının 23də İzmir şəhərindəki Atatürk Mərkəzində Xo calı
faciəsinin 19cu ildönümü ilə əlaqədar Heydər Əliyev Fondu Türkiyə Nü ma
yəndəliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikası İstanbul Baş konsul-
luğu, İzmir şəhərində təhsil alan azərbaycanlı tələbələr və diaspora qurumları
ilə birlikdə elmiaktual konfrans keçirilmişdir. Tədbirdə İzmir şəhəri bələdiy
yəsi başqan vəkili, xarici ölkələrin İzmirdəki fəxri konsulları, İzmir şəhər
məclisi nümayəndələri, diaspora təşkilatları, ziyalılar və kütləvi informasiya
vasitələri nümayəndələri iştirak etmişlər.
Konfransda Türkiyənin 9 Eylül Universitetindən professor Rəcəb Kök, Girə-
sun universitetindən professor Aygün Attar, Cəlal Bayar universitetindən dosent
Nəjdat Bilgi, Azərbaycan Elmlər Akademiyası Tarix İnstitunun müdiri profes-
sor Yaqub Mahmudov Dağlıq Qarabağ münaqişəsi və Xocalı faciəsi ilə əlaqə-
dar elmi çıxışlar etmişlər. Çıxışlardan sonra azərbaycanlı tələbələrin hazırladıq-
ları “Xocalı Harayı” adlı səhnə göstərilmişdir.
2011ci il fevral ayının 25də Beynəlxalq Stratejik Araşdırmalar Mərkə-
zində (BSAM) Heydər Əliyev Fondu Türkiyə Nümayəndəliyinin və Azərbay-
can Səfirliyinin təşkilatçılığı ilə “Regional Problemlər Prizmasından Azərbay-
canın Xarici Siyasəti” mövzusunda elmi konfrans keçirilmişdir. Konfransda
Ankarada fəaliyyət göstərən xarici diplomatik korpusların nümayəndələri, icti-
mai xadimlər və nüfuzlu elmiaraşdırma mərkəzlərinin nümayəndələri iştirak
etmişlərdir. Konfransı giriş sözü ilə açan Ankaradakı səfirimiz Faiq Bağırov,
Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və Azər-
baycanın haqq işinin dəstəklənməsi istiqamətində elmi araşdırmaların önəmin-
dən bəhs etmişdir. Sonra konfransın birinci hissəsində professor Cəmil Həsənli
Azərbaycanın diplomatiya tarixindən və Qarabağ hadisələrinin tarixi köklərin-
dən, millət vəkili Qənirə Paşayeva Xocalı soyqırımının beynəlxalq ictimaiyyət
tərəfindən qəbul edilməsinin zəruriliyindən, millət vəkili Elman Məmmədov
198
Xocalı hadisələrinin canlı şahidi olaraq ermənilər tərəfindən günahsız soydaş-
larımıza qarşı törədilən dəhşətlər haqqında konfrans iştirakçılarını məlumat-
landırmışlar. Heydər Əliyev Fondu Türkiyə nümayəndəliyinin rəhbəri Samir
Cəfərov Xocalı faciəsi və ErmənistanAzərbaycan münaqişəsinin geopolitik
məsələlərini dəyərləndirmişdir. Konfransın ikinci hissəsində Beynəlxalq Araş-
dırmalar Mərkəzinin vitseprezidenti professor Kamer Qasım Dağlıq Qara-
bağ münaqişəsinin nizamlanması yollarından, professor Tayyar Arı Cənubi
Qafqazda gedən siyasi proseslərdən, dosent Barış Özdal isə Dağlıq Qarabağ və
ətraf rayonların erməni əsgərləri tərəfindən işğal olunmasından bəhs etmişlər.
2011ci il may ayının 16da Heydər Əliyev Fondunun Türkiyə təmsilçi-
liyi Türkiyənin Bursa şəhərindəki Uludağ Universiteti ilə birlikdə “Cənubi
Qafqazda təhlükəsizliyin yenidən dəyərləndirilməsi və TürkiyəAzərbaycan
əlaqələri” mövzusunda beynəlxalq konfrans keçirmişdir.
Konfransı açan Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyinin rəhbəri
Samir Cəfərov dünyanın müxtəlif ölkələrindən gəlmiş diplomat, politoloq və
elm adamlarının bu mühüm tədbirdə iştirakının əlamətdar olduğunu vurğula-
mış, Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olmasında qeyrihökumət
təşkilatlarının rolunun gücləndirilməsi baxımından bu cür müzakirələrin vacib-
liyini qeyd etmişdir. Onun sözlərinə görə, bu gün Cənubi Qafqazda destruktiv
rol oynayan Ermənistan Türkiyə, Azərbaycan və Gürcüstana qarşı əsassız ərazi
iddiaları irəli sürür. Azərbaycan və Türkiyə gəncləri humanizm və bəşəri dəyər-
lərə ehtiram ruhunda böyüyür, lakin onların Ermənistanda olan həmyaşıdlarına
qonşu xalqlara qarşı nifrət hissləri aşılanır. İşğal etdiyi Azərbaycan torpaqlarını
daxili siyasət alətinə çevirmiş Ermənistan Rusiya Xarici İşlər nazirinin də söy-
lədiyi kimi, Moskvanın forpostuna çevrilmişdir.
ABŞın Kentukki Universitetinin professoru, keçmiş səfir Keri Kavano isə
bildirmişdir ki, Sovet İttifaqı dağıldıqdan sonra Türkiyənin Cənubi Qafqaz
re gionunda təsiri və rolu artmışdır. Dahi siyasətçi Heydər Əliyevin də vurğu
ladığı kimi, “bir millət, iki dövlət” olan Türkiyə və Azərbaycan əvvəllər bir
çoxlarının inanmadığı BakıTbilisiCeyhan, BakıTbilisiƏrzurum və Bakı
TbilisiQars kimi mühüm layihələri həyata keçirməklə öz iqtisadiyyat və
nüfuzlarını artırmışlar. Bu əlaqələri ABŞ və İngiltərə xalqlarının yaxın müna-
sibətilə müqayisə edən amerikalı diplomat vurğulamışdır ki, Azərbaycan daim
Türkiyəyə güvənə bilər. Ankara da, öz növbəsində, Dağlıq Qarabağ problemi-
nin həllində daha fəal iştirak edə bilər.
ATƏTin Minsk qrupunun həmsədri olduğu dövrdə – 2001ci ilin martaprel
aylarında ABŞın Ki Vest qəsəbəsində aparılmış sülh danışıqlarında Ümummilli
Lider Heydər Əliyevin ErmənistanAzərbaycan, Dağlıq Qarabağ münaqişəsi-
199
nin həlli istiqamətində qətiyyətini vurğulayan Keri Kavano demişdir ki, sülh
onun təməl siyasəti idi. Professor bildirmişdir ki, Azərbaycan məhz Heydər
Əliyevin siyasəti sayəsində bir dövlət kimi öz varlığını qoruya bilmişdir. Bu
gün müdafiə büdcəsi Ermənistanın dövlət büdcəsini geridə qoymuş və nüfuzlu
dövlətə çevrilmiş Azərbaycan münaqişənin sülh yolu ilə həllinə dair danışıqları
davam etdirir. Regionda sülh və sabitlik bərpa olunarsa, bu vəsait inkişaf və
tərəqqiyə xərclənə bilər.
Bursa valisinin müavini Vədat Müftüoğlu və Uludağ Universitetinin rek-
toru, professor Kamil Dilək və bu ali təhsil ocağının beynəlxalq əlaqələr kafed-
rasının dekanı, professor Tayyar Arı və Azərbaycanın Türkiyədəki səfirliyinin
müşaviri Ruslan Abdullayev TürkiyəAzərbaycan əlaqələrinin inkişafından
danışmışlar. Vurğulanmışdır ki, qardaş Azərbaycanın təhlükəsizliyi Türkiyə-
nin təhlükəsizliyidir. Dağlıq Qarabağın və ətraf rayonların işğalına son qoyul-
mazsa, Ermənistanla heç bir normallaşma prosesindən danışmaq olmaz.
Sonra konfrans çərçivəsində “Cənubi Qafqazda təhlükəsizlik” mövzusunda
müzakirələr davam etmişdir. Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini, polito-
loq Elman Nəsirov, Avrasiya Strateji Araşdırmalar Mərkəzinin baş əlaqələndi-
ricisi Seyfəddin Erol, ABŞın Şimali Dakota Universitetinin professoru Tomas
Ambrosio, Gürcüstanın Biznes İdarəçiliyi Akademiyasının direktoru, professor
Kaxaber Eradze məruzələrlə çıxış etmişlər. Məruzələrdə Ermənistanın dövlət
terroru siyasətinin regionda sülhə və sabitliyə yaratdığı təhlükə, Dağlıq Qara-
bağ münaqişəsinin həlli prosesində Türkiyənin rolu, beynəlxalq hüquq kon-
tekstində Xocalı soyqırımı, Cənubi Qafqazın təhlükəsizlik məsələlərində qlo-
bal güclərin rolu, regionda iqtisadi əməkdaşlıq və həyata keçirilən transmilli
layihələr ətraflı təhlil olunmuşdur.
200
201
202
203
204
|