HEYDƏR ƏLİYEV FONDUNUN
RUMINİYA NÜMAYƏNDƏLİYİNİN FƏALİYYƏTİ
Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyi 2007ci il sentyabr
ayının 24də açılmışdır. Nümayəndəliyin rəhbəri İqbal Hacıyevdir.
Nümayəndəlik Rumıniyadakı uşaq və ahıllar evlərinə mütəmadi yardımlar
göstərir, valideyn qayğısından məhrum uşaqların cəmiyyətə reinteqrasiyasına
kömək məqsədi ilə müxtəlif layihələr həyata keçirir.
Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyinin əlaqə qurduğu
və əməkdaşlıq etdiyi qurumlar və cəmiyyətlər bunlardır:
1) Fundatia İon Pop de Popa – İon Pop de Popa Fondu.
2) Fundatia Organizatiilor Neguvernamentale Pentru Protectia Drepturile
Copiilor – Uşaq Hüquqlarının Müdafiəsi QeyriDövlət Təşkilatlarınin
Birliyi (200ə qədər təşkilat).
3) Directiile Sociale ale Primariilor din Bucuresti – Buxarest şəhəri Sosial
Yardım Departamenti.
4) Agentia Nationala Pentru Protectia Drepturilor Copiilor – Uşaq Hüquq-
larının Müdafiəsi milli agentliyi.
5) UNİCEF Romania – UNİCEF Rumıniya.
6) Primaria Sectorului 2 din Bucuresti – Buxarest şəhəri 2ci sektorunun
İcra Hakimiyyəti.
7) Fundatia İnternationala Pentru Copii si Familie – Beynəlxalq Uşaq və
Ailə Fondu.
8) Centru de Resurse pentru Profesiuni Sociale – Sosial Profesiyalar üçün
Resurs Fondu.
9) Kluj şəhəri İcra Hakimiyyəti.
10) Kluj şəhəri Sosial Yardım Departamenti.
11) Kluj şəhərində yerləşən “Prison Fellowship” Fondu.
12) Kluj Dövlət Universiteti.
13) Konstanta Dövlət Universiteti.
14) Buxarest Dövlət Universiteti.
15) Oradea şəhərində Uşaq Protezləri klinikası.
16) Turnu Severin şəhərində “Omenia” Xeyirxahlıq Fondu.
17) GOD BLESS THE CHİLDREN UK – Romania branch.
18) Rumıniyanın Mədəniyyət Nazirliyi.
174
2007ci il sentyabr ayının 24də Azərbaycan Prezidenti İlham Əliyev və
Rumıniya Prezidenti Trayan Besesku öz xanımları ilə birlikdə Buxarestin
mər kəzində Heydər Əliyev Fondunun nümayəndəliyinin açılış mərasimində
iş tirak etmişlər.
Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin açılması ilə bağlı
müvafiq sənədlər toplusu Rumıniyanın Elmi Tədqiqatlar Agentliyi, Elmlər
Akademiyasının Rəyasət heyəti, səhiyyə, xarici işlər, ədliyyə, mədəniyyət və
təhsil nazirliklərinin, Baş nazirin müavininin imzaları ilə təsdiq olunduqdan
sonra Nazirlər Kabinetinin tam tərkibli iclasında müzakirə edilərək, Baş nazirin
sərəncamı ilə müvafiq qərar qəbul olunmuşdur. Qərar Rumıniyanın rəsmi döv-
lət bülletenində çap edildikdən və Rumıniya Ali Məhkəməsinin qərarı ilə təsdiq
olunduqdan sonra qüvvəyə minmişdir.
Nümayəndəliyin humanitar fəaliyyəti ölkə ictimaiyyəti tərəfindən dəstək-
lənmişdir. Məsələn, nümayəndəlik ahıllar evlərindən birini hamiliyə götürmüş-
dür. Nümayəndəliyin Buxarestin mərkəzində yerləşən binası XX əsrin əvvə-
lində tikilmiş memarlıq abidəsidir.
Renomed Form tibb mərkəzinin rəhbəri Dayan Babesku həmin mərkəzin
nəzdində fəaliyyət göstərən, Krayova şəhərində yerləşən dializ və nevrologiya
klinikasına Heydər Əliyevin adının verilməsi barədə qərarın surətini Azərbay-
can Prezidentinə təqdim etmişdir.
2007ci ilin dekabr ayının 12də Azərbaycan xalqının Ümummilli Lideri
Heydər Əliyevin vəfatının dördüncü ildönümündə Ulu Öndərimizin xatirəsi
Rumıniyada anılmışdır. Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyi
tərəfindən təşkil olunan anma mərasiminə Parlament və Senat nümayəndələri,
ölkənin tanınmış siyasət, elm və mədəniyyət xadimləri, Rumıniyada fəaliyyət
göstərən xarici səfirlik və nümayəndəliklərin rəhbərləri, Buxarest şəhərinin 2ci
sektorun Meri Nikolay Untsyanu, RumıniyaAzərbaycan Dostluq Cəmiyyəti-
nin, AzərbaycanRumıniya Mədəniyyət və Gənclər Assosiasiyasının, Rumıniya
Azərbaycan Sənaye və Ticarət Palatasının, Buxarestdəki türk və tatar cəmiy-
yətlərinin üzvləri, Heydər Əliyev adına təqaüdə layiq görülmüş tələbələr dəvət
olunmuşlar. Tədbir iştirakçıları Buxarest şəhərindəki Heydər Əliyev Fondunun
Rumıniya Nümayəndəliyini ziyarət etmişlər.
Azərbaycan Respublikasının müstəqilliyinin möhkəmləndirilməsində,
de mokratik, dünyəvi dövlət quruculuğunda, ölkəmizdə sabitliyin bərqərar
olunmasında Heydər Əliyevin misilsiz xidmətləri yüksək səviyyədə qiy-
mətləndirilmişdir.
RumıniyaAzərbaycan Dostluq Cəmiyyətinin sədri, Professor Dimitri Balan
iki ölkə arasında dostluq və siyasi tərəfdaşlıq əlaqələrinin yaradılmasında Hey-
dər Əliyevin misilsiz rolu barədə düşüncələrini ifadə etmişdir.
175
2008ci ilin 1314 fevral tarixlərində Azərbaycan Respublikasının Rumı-
niyadakı səfiri Eldar Həsənovun rəhbərliyi ilə nümayəndə heyətinin Kluj
şəhərinə səfəri həyata keçirilmişdir. Heyətin tərkibinə Heydər Əliyev Fondu
– Ru mı niya nümayəndəliyinin direktoru İqbal Hacıyev, Rumıniya Azərbaycan
İkitərəfli Ticarət və Sənaye palatasının sədri Alev Balgi, Rumıniya Azərbaycan
Dostluq Cəmiyyətinin idarə heyətinin üzvü və RumıniyaTürkiyə İki tə rəfli
Ticarət və Sənaye palatasının sədri Tamer Atalay, RumıniyaAzərbaycan
Dostluq Cəmiyyətinin sədr müavini Ruslan Vələdov, Səfirliyin II katibi Sey-
ran Mirzəzadə daxil idi.
Qeyd edək ki, Kluj şəhəri əhalisinin sayına görə Rumıniyanın ikinci şəhəri-
dir. Ölkənin ən vacib elm, təhsil, mədəniyyət, sənaye və istehsalat mərkəzlərin-
dən, sürətlə inkişaf edən bölgələrindən biridir.
Səfər çərçivəsində Heydər Əliyev Fondu – Rumıniya nümayəndəliyi adın-
dan Kluj şəhərinin Ahıllar Evinə humanitar yardım və köməklik göstərilmişdir.
Bura şəhərin yeganə Ahıllar Evidir və orada 110 nəfərdən artıq ahıla qayğı və
xidmət göstərilir. Humanitar yardım Ahıllar Evinin rəhbərliyi tərəfindən əvvəl-
cədən təqdim edilmiş siyahı üzrə həyata keçirilmişdir. Bu siyahıya əsasən İtali-
yadan xüsusi olaraq sifariş edilmiş və Ahıllar Evinin son illərdə ən çox ehtiyac
duyduğu paltarların tez qurudulması üçün generator, dərman ləvazimatları, o
cümlədən antibiotik və vitaminlər, 110 nəfərlik yataq və çarpayı dəstləri, zəruri
qida məhsulları Ahıllar Evinə təqdim edilmişdir.
Heydər Əliyev Fondunun direktoru İ.Hacıyev yerli televiziya kanalına rumın
dilində müsahibə vermişdir. Müsahibədə İ.Hacıyev Azərbaycan xalqının Ümum-
milli Lideri Heydər Əliyevin Azərbaycan xalqının rifahı və dövlətçiliyimiz na
minə tarixi xidmətləri, Rumıniya ilə Azərbaycan arasında dostluq, əməkdaşlıq
əlaqələrinin inkişafındakı danılmaz rolu, Heydər Əliyev Fondunun Prezidenti,
UNESCOnun və İSESKOnun xoşməramlı səfiri Mehriban xanım Əliyeva-
nın rəhbərliyi ilə Fondun nəcib işləri, əsas fəaliyyət istiqamətləri, sosial, təhsil,
mədəniyyət, səhiyyə sahəsində həyata keçirilən layihələri, uşaq evləri, əqli və
fiziki çatışmazlıqları olan insanlara, kimsəsizlərə qayğısı, bu yaxınlarda Pakis-
tanda qızlar üçün orta məktəbin inşası barədə ətraflı məlumat vermişdir.
Kluj şəhərinin meri şəhərdə yeni yetimlər evinə ehtiyac duyulduğunu
nəzərə çatdıraraq, burada Heydər Əliyev Fondu tərəfindən belə bir mərkəzin
tikilməsini xahiş etmişdir. Bu məqsədlə mer tərəfindən torpaq ayrılacağını
və yetimlər evinə Heydər Əliyevin adının veriləcəyini bildirmişdir. Bunun
Kluj şəhərinin deyil, eyni zamanda hakim partiyanın mövqeyi olduğunu
diqqətə çatdırmışdır.
İ.Hacıyev Heydər Əliyev Fondu barədə dolğun məlumat verdikdən sonra,
rumın dilinə tərcümə edilmiş “Heydər Əliyev Fondu. 20042007” bro şürala
176
rını, həmçinin fond tərəfindən hazırlanmış məlumat və təbliğat vasitələrini
merə təqdim etmişdir.
2008ci ilin 26 fevral tarixində Xocalı faciəsinin 16cı ildönümü ilə bağlı
Heydər Əliyev Fondu Rumıniya Nümayəndəliyində anma mərasimi keçirmişdir.
Tədbirdə RumıniyaAzərbaycan Dostluq Cəmiyyətinin sədri və idarə heyə-
tinin üzvləri, AzərbaycanRumıniya Mədəniyyət və Gənclər Assosiasiyasının
və RumıniyaAzərbaycan Sənaye və Ticarət Palatasının üzvləri, ARDNŞnin
Rumıniya nümayəndəliyinin əməkdaşları, Rumıniyada yaşayan və təhsil alan
azərbaycanlılar, türktatar icmalarının, İran azərbaycanlılarının, Rumıniyada
fəaliyyət göstərən səfirlik və KİV nümayəndələri iştirak etmişlər.
Rumıniyanın tanınmış içtimai, siyasi xadimləri Xocalı faciəsinin Azərbay-
can tarixinin unudulmaz, dəhşətli və qanlı səhifəsi olduğunu söyləyərək, ermə-
nilər tərəfindən törədilən qırğının ağır nəticələrindən danışmış, Xocalıda baş
verən bu qətllər və qırğınların yalnız beynəlxalq hüquqa qarşı deyil, ümumiy-
yətlə, bəşəri dəyərlərə, insanlığa qarşı törədilən cinayət olduğunu vurğulamış,
bu soyqırımın dünya ictimaiyyəti tərəfindən unudulmamasının əhəmiyyətini
nəzərə çatdırmışlar.
Tədbirdə Heydər Əliyev Fondu – Rumıniya Nümayəndəliyinin direktoru
İqbal Hacıyev, səfirliyin müşaviri Tural Rzayev, RumıniyaAzərbaycan Dost-
luq Cəmiyyətinin və RumıniyaAzərbaycan Sənaye və Ticarət Palatasının üzv-
ləri, Rumıniyada yaşayan azərbaycanlılar Xocalı faciəsi ilə bağlı öz fikirlərini,
duyğu və etiraz hisslərini dilə gətirmişlər.
Tədbir iştirakçıları Heydər Əliyev Fondu tərəfindən təqdim olunan və Xo
calı faciəsinin dəhşətlərini əks etdirən “Xocalı uşaqların gözü ilə” adlı sərgi
ilə tanış olmuşlar.
Anma mərasimində tədbir iştirakçılarına Heydər Əliyev Fondu tərəfindən
hazırlanmış “Qarabağ haqqında həqiqi faktlar” və “Xocalı Soyqırımı (sənəd-
lər, faktlarda və xarici mətbuatda)” adlı kitabçalar, səfirliyin təşəbbüsü ilə
rumın dilində çapdan çıxmış “Xocalı faciəsi” və Avstriyalı yazıçı Erik Feyqelin
“Erməni Mifomaniyası” adlı kitablar, Xocalı soyqırımı ilə əlaqədar səfirliyin
pressrelizi təqdim olunmuşdur.
Xocalı faciəsinin 16cı ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının
Rumıniyadakı səfirliyi tərəfindən hazırlanmış geniş pressreliz Rumıniyada
akkreditə olunan xarici ölkələrin səfirlik və beynəlxalq təşkilatların nümayən-
dəliklərinə, Rumıniyanın nazirlik, digər dövlət qurumları, qeyrihökumət təşki-
latlarına, ölkədəki kütləvi informasiya vasitələrinə göndərilmişdir.
2008ci il mayın 28də Azərbaycan Respublikasının Rumıniyadakı səfir-
liyi tərəfindən ölkənin dövlət və hökumət nümayəndələri, deputat və senator-
ları, siyasi partiya rəhbərləri, ictimai təşkilat və fondların üzvləri, tanınmış din,
177
ədəbiyyat və incəsənət xadimləri, Buxarest şəhərində akkreditə olunan xarici
ölkələrin diplomatları, buradakı türk və tatar toplumunun təmsilçiləri, Heydər
Əliyev Fondu – Rumıniya Nümayəndəliyi, RumıniyaAzərbaycan Dostluq
Cə miyyəti, RumıniyaAzərbaycan Ticarət Palatası, ARDNŞın Rumıniyadakı
nümayəndəliyinin əməkdaşlarının, Rumıniyada təhsil alan tələbələrimizin işti-
rakı ilə rəsmi qəbul keçirilmişdir.
Azərbaycan Respublikasının 90cı ildönümü ilə əlaqədar Rumıniyanın Daxili
İşlər Nazirliyinin konsert salonunda musiqili, ədəbibədii gecə keçirilmişdir.
Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyi, Heydər Əliyev Fondu –
Rumıniya Nümayəndəliyi və Pol Polidor Fondu tərəfindən keçirilən tədbirdə
Rumıniyanın tanınmış müğənnisi Pol Polidor və Buxarest şəhərinin 50 nömrəli
məktəbinin şagirdləri rumın və Azərbaycan dillərində mahnılar oxumuş, şeirlər
söyləmiş, rəqs proqramı ilə çıxış etmişdirlər.
Bununla yanaşı, Buxarest şəhərində “Azərbaycanın dünəni və bu günü”
adlı fotoekspozisiya nümayiş etdirilmişdir. Ekspozisiyada fotoşəkillər ilə ya
naşı qonaqlara rumın dilinə tərcümə olunub çap edilmiş “KitabiDədə Qor
qud” sal naməsi, Məhəmməd Füzulinin “Leyli və Məcnun” poeması və
“Qəzəlləri”, Bəxtiyar Vahabzadənin, Anarın, Elçinin, Çingiz Abdullayevin,
Elçin İskəndərzadənin, Əli İldırımoğlunun əsərləri ilə tanışlıq imkanı yaradıl-
mışdır. Rumıniya vətəndaşı, alban əsilli tarixçialim Kopi Küçük tərəfindən
rumın dilində qələmə alınan “Azərbaycanın qısa tarixi” və Avstriyalı müəllif
Erik Feygilin rumın dilində çap olunan “Erməni mifomaniyası” kitabı da eks-
pozisiyada təqdim olunmuşdur.
Yubiley ilə əlaqədar Rumıniyanın televiziya kanallarında Azərbaycan Res
publikasının 90cı ildönümünə həsr olunmuş sənədli filmlər nümayiş etdirilmiş-
dir. Bu filmlərdə Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, özünəməxsus
memarlığı, füsunkar təbiəti, son illər əldə olunan iqtisadi nailiyyətləri öz əksini
tapmışdır. Rumıniyanın kütləvi informasiya vasitələri Şərqdə və müsəlman alə-
mində ilk respublika quruluşuna malik Azərbaycan Xalq Cümhuriyyətinin yal-
nız 23 ay yaşaya bildiyini nəzərə çatdıraraq müstəqil dövlətçi liyimizin bərpa-
sından sonra eyni təhlükələrin yenidən meydana çıxdığını və yalnız zəmanənin
görkəmli dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əli-
yevin müdrik və uzaqgörən siyasəti nəticəsində müstəqilliyin qorunduğunu və
ölkənin böhran vəziyyətindən çıxdığını vurğulamışlar. Bununla yanaşı Heydər
Əliyevin memarı olduğu BakıTbilisiCeyhan neft və BakıTbilisiƏrzurum
qaz ixrac kəmərlərinin fəaliyyətə başladığını, BakıTbilisiQars dəmir yolu
layihəsinin sürətlə həyata keçirildiyini qeyd edərək bu layihələrin uğurla başa
çatdırılmasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
xüsusi əməyi olduğunu nəzərə çatdırmışlar. Prezident İlham Əliyevin apardığı
178
ölkə daxili və xarici siyasət, iqtisadi islahatlar nəticəsində Azərbaycan nəinki
bölgənin, hətta dünyanın ən sürətlə inkişaf edən ölkəsinə çevrilmişdir.
Azərbaycan Respublikasının 90 illiyi ilə əlaqədar səfirliyin pressrelizi ha
zırlanmış və Rumıniyanın dövlət və hökumət qurumlarına, millət vəkillərinə,
siyasi partiya və ictimai təşkilatlarına, xarici ölkələrin səfirliklərinə göndəril-
mişdir. Yubiley ilə əlaqədar materiallar səfirliyimizin internet saytında da əksini
tapmışdır. Azərbaycan Respublikasının 90cı ildönümü ilə əlaqədar yubiley
tədbirləri il ərzində Rumıniyanın Konstansa, Kluj, Sibiu, Krayeva şəhərlərində
təntənəli surətdə qeyd olunmuşdur.
31 iyul 2008ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin tapşırığı əsasında Azərbaycan Respublikasının Rumıniyadakı
səfirliyinin kollektivi, Heydər Əliyev Fondu – Rumıniya Nümayəndəliyinin
direktoru İ.Hacıyev Rumıniyanın şimalında yerləşən və daşqından ağır zərər
çəkən, 4 həlak olan və minlərlə insanın evlərini tərk etmək məcburiyyətində
qaldığı Suçeava bölgəsinə səfər etmiş, yerli əhaliyə zəruri yardım ləvazimat-
ları, ərzaq və tibb məmulatları ilə yardım göstərmişlər.
Suçeava bölgəsinin prefekti, həmin bölgədən seçilmiş millət vəkilləri,
Daxili və İnzibati işlər Nazirliyinin rəhbər məsul şəxsləri, yerli idarəetmə
orqanlarının rəhbərliyi Azərbaycan Prezidentinə, dövlətinə, Heydər Əliyev
Fonduna və səfirliyin kollektivinə bu xeyirxah təşəbbüs üçün minnətdarlıq
bildirmiş və bunun ağır anlarda dostluq münasibətlərinin daha bir təzahürü
olduğunu vurğulamışlar.
2008ci il mayın 10da Azərbaycan xalqının Ümummilli Lideri Heydər
Əliyevin anadan olmasının 85ci ildönümü ilə əlaqədar Rumıniyanın paytaxtı
Buxarest şəhərində yubiley tədbirləri keçirilmişdir. Heydər Əliyevin adını da
şıyan parkda keçirilən tədbirdə Rumıniya prezident aparatı və hökumətin par-
lament və senatının nümayəndələri, ictimai təşkilatların rəhbərləri, ölkədə
akkreditə olunan xarici dövlətlərin və beynəlxalq təşkilatların rəhbərləri, Hey-
dər Əliyev Fondu – Rumıniya nümayəndəliyi, RumıniyaAzərbaycan Dostluq
Cəmiyyəti, RumıniyaAzərbaycan Ticarət Palatası, ARDNŞnin Rumıniya
Nümayəndəliyi, AzərbaycanRumıniya Gənclər və Mədəniyyət Assosiasiyası,
TürkiyəRumıniya Ticarət Palatası, Türkiyə İş Adamları Dərnəyi, Rumıniya
TürkTatar Demokrat Birliyi üzvləri, burada yaşayan, işləyən, təhsil alan həm-
vətənlərimiz, o cümlədən hərbçi kursantlarımız iştirak etmişlər.
Yubiley tədbirində Buxarest şəhəri 2ci sektorunun meri Nikolae Ontsanu
və RumıniyaAzərbaycan Dostluq Cəmiyyətinin Baş katibi, Akademik İon Pop
de Popa çıxış edərək, Heydər Əliyevin şəxsiyyətinin və siyasətinin yalnız Azər-
baycan çərçivəsində deyil, ümumiyyətlə, regional və qlobal miqyasda dəyər-
ləndirilməsinin vacibliyini nəzərə çatdırmışlar.
179
2009cu il may ayının 10da Azərbaycan xalqının Ümummilli Lideri Hey-
dər Əliyevin doğum günü münasibəti ilə Buxarest şəhərinin mərkəzində, Ulu
Öndərin adını daşıyan parkda tədbir keçirilmişdir. Tədbirdə Heydər Əliyev
Fondunun Rumıniya Nümayəndəliyi, RumıniyaAzərbaycan Dostluq Cəmiy-
yəti, RumıniyaAzərbaycan Sənaye və Ticarət Palatası, ARDNŞnin Rumıniya
Nümayəndəliyi, AzərbaycanRumıniya Gənclər və Mədəniyyət Assosiasiyası,
TürkiyəRumıniya Ticarət və Sənaye Palatası, bu ölkədə yaşayan azərbaycan-
lılar, həmçinin Rumıniya ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Elə
həmin gün Buxarestdə fəaliyyət göstərən Heydər Əliyev Fondunun Rumıniya
nümayəndəliyinin binasında Fondun yaranmasının 5ci ildönümü münasibəti
ilə tədbir keçirilmişdir.
Tədbirdə Rumıniya Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşa-
viri cənab Yulian Fota, hökumət koalisiyasında olan Sosial Demokrat Partiyası-
nın İdarə heyətinin üzvü və paytaxtın ən böyük rayonu olan 2ci sektorun meri
Nikolay Ontsyanu, hökumət koalisiyasındakı Liberal Demokrat Partiyasının
senatoru Danuts Liqa, KİV nümayəndələri və s. iştirak etmişlər.
İştirakçılar Heydər Əliyev Fondunun yarandığı gündən etibarən gördüyü
xeyirxah və nəcib işlərdən, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fon-
dunun Prezidenti, UNESCO və İSESCOnun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təhsil, səhiyyə, mədəniyyət,
sosial, idman və digər sahələrdə həyata keçirilmiş layihələrdən danışmışlar.
Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin rəhbəri İqbal Hacı-
yev nümayəndəliyin açılışından sonra keçən qısa zaman ərzində Kluj şəhərində
yerləşən “Qocalar Evinin” himayəyə alınması, 2008ci ildə seldən zərər çəkən
Suçava bölgəsinə humanitar yardımın göstərilməsi, Buxarest şəhərinin 2ci sek-
torunda yerləşən uşaqlar evinə dəstək verilməsi faktları əsasında əməli iş aparıl-
dığını bildirdi və bu işlərin bundan sonra da davam edəcəyini vurğulamışdır.
2009cu il sentyabrın 28də Azərbaycan Prezidentinin xanımı, Heydər Əli-
yev Fondunun prezidenti, UNESCOnun və İSESCOnun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Buxarestdə “Doina Levintza”
sərgi salonunda olmuşdur.
1987ci ildən fəaliyyət göstərən bu sənət ocağında Rumıniyanın tanınmış
dizaynerlərinin, moda ustalarının, rəssamların və digər sənətkarların əl işləri
nümayiş olunur. Eyni zamanda, yaradıcılıq mərkəzi kimi fəaliyyət göstərən
salonda teatr tamaşaları, kinofilmlər və müxtəlif mərasimlər üçün kostyumlar
hazırlanır. Salonun zəngin ekspozisiyasına qədim və yeni ev əşyaları, çantalar,
ayaqqabılar, bəzək ləvazimatı, aksessuarlar daxildir.
Azərbaycanın birinci xanımına yaradıcılıq evinin kataloqları hədiyyə
edilmişdir. Elə həmin gün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fon-
dunun prezidenti, UNESCOnun və İSESCOnun xoşməramlı səfiri, Milli
180
Məclisin deputatı Mehriban xanım Əliyeva Buxarestdəki Lulia Haşdeu adına
Milli Kollecdə olmuşdur.
Mehriban xanım Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin
dəstəyi ilə təşkil edilmiş kompüter otağına baxış keçirmişdir.
Qeyd edək ki, Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyi Lulia
Haşdeu adına Milli Kollecə 30 kompüter dəsti və bir proyektor hədiyyə etmiş-
dir. Kompüterlərin hamısının internetə çıxışı vardır. Kompüter otağı Azərbay-
cana aid əyani vəsaitlə təmin edilmişdir.
Məktəbin kollektivini kompüter otağının istifadəyə verilməsi münasibətilə
təbrik edən Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun Azərbaycanda
və xaricdə müxtəlif istiqamətlərdə, o cümlədən təhsil sahəsində həyata keçir-
diyi layihələr haqqında məlumat vermişdir. Mehriban xanım dedi ki, Fondun
dəstəyi ilə Azərbaycanda 300dən çox məktəb binası tikilmişdir. Lulia Haşdeu
adına Milli Kollecdə yaradılmış kompüter otağı Heydər Əliyev Fondunun bey-
nəlxalq sahədə fəaliyyətinin daha bir göstəricisidir.
Mehriban xanım Əliyeva diqqətə çatdırmışdır ki, bu, Heydər Əliyev Fondu-
nun Rumıniyada təhsillə bağlı həyata keçirdiyi sonuncu layihə deyildir. Fondun
təşkilatçılığı ilə yaxın vaxtlarda bir neçə rumın məktəbli Azərbaycana səfər edə-
cək, ölkəmizin mədəniyyəti ilə yaxından tanış olacaqdır. Azərbaycana səfər edə-
cək məktəblilər arasında Lulia Haşdeu adına Milli Kollecin şagirdləri də vardır.
Eyni qaydada, bir neçə azərbaycanlı məktəbli Rumıniyaya səfər edəcəkdir.
Buxarest meriyası ilə gənclər sahəsində əməkdaşlıqla bağlı əldə olunmuş
razılıq əsasında, Heydər Əliyev Fondunun dəvəti ilə Azərbaycana səfərə gələn
bir qrup buxarestli gənc 2009cu il noyabrın 3də Fondla tanış olmuşlar.
Qonaqlara Fondun vəzifələri və fəaliyyəti barədə məlumat verilmişdir. Bildi-
rilmişdir ki, əsas məqsədi Ulu Öndərin zəngin irsinin öyrənilməsi və təbliği olan
Fond uşaq və gənclərin sağlam, milli mənəvi dəyərlərə sadiq, hərtərəfli bilik-
lərə malik vətəndaş kimi yetişməsi işinə xidmət edir.
Müasir müstəqil Azərbaycanın banisi və qurucusu Ümummilli Liderin rəh-
bərliyi dövründə ölkə həyatının bütün sahələrində mühüm nailiyyətlər əldə
olunmuşdur. Məlumat verilmişdir ki, Ümummilli Liderin ölkəyə rəhbərlik
etdiyi dövr tariximizə sabitlik və inkişaf mərhələsi kimi daxil olmuşdur.
2009cu il sentyabrın 24də Bakıda, “Gülüstan” sarayında Heydər Əliyev
Fondunun, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Dünya gənclərinin
4cü məşğulluq Sammiti (YES) işə başlamışdır. Məqsəd gənclərin işsizlik və
səmərəli məşğulluq problemlərinin həlli istiqamətində dünyada daha fəal iş apa-
rılmasına nail olmaqdır.
Keniyanın Nayrobi şəhərində keçirilmiş 3cü sammitdə Azərbaycan nü ma
yəndə heyətinin təklifi ilə növbəti sammitin Bakıda keçirilməsi qərara alınmış
və “YES Azərbaycan2008” kampaniyasına başlanmışdır.
181
Yüzdən çox ölkədən 600 nümayəndənin qatıldığı Bakı sammitinin açılışında
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCOnun
və İSESCOnun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım
Əliyeva və Misirin birinci xanımı Syuzan Mübarək iştirak etmişlər.
Sammiti gənclər və idman naziri Azad Rəhimov açaraq qonaqları salamla-
mış, tədbirin Bakıda keçirilməsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamışdır.
Sammit çərçivəsində Azərbaycanın hökumət nümayəndələri tərəfindən ölkə-
miz haqqında təqdimatlar olmuş, “Dünya miqyasında sahibkarlıq fəaliyyətinin
təbliği”, “Ətraf mühit problemlərinin həllində gənclərin rolu”, “Sahibkarlığın
cəmiyyətin inkişafında rolu” və digər mövzularda bölmə iclasları keçirilmişdir.
24 noyabr 2009cu il tarixdə Heydər Əliyev Fondunun dəstəyi ilə yeniyet-
mələrdən ibarət 15 nəfərlik Azərbaycan nümayəndə heyəti 8 gün ərzində Rumı-
niyada səfərdə olmuşdur.
Buxarest şəhərinin 2ci sektoru meriyasının dəvəti ilə baş tutan səfər çər-
çivəsində ölkəmizi təmsil edən gənclər paytaxt Buxarestdə və digər şəhərlərdə
olmuş, Rumıniyanın tarixi və mədəni həyatı ilə yaxından tanış olmaq imkanı
qazanmışlar. Səfərin birinci günü nümayəndə heyətini Buxarest şəhərinin 2ci
sektorunun meri Nikolay Ontsyanu qəbul etmişdir. Gənclər Azərbaycanın Ru
mıniyadakı səfirliyində, Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndə-
liyində olmuş, Buxarest şəhərinin gözəl guşəsində yerləşən Heydər Əliyev par-
kında Ulu Öndərin abidəsini ziyarət etmişlər.
Rumıniyanın təhsil sistemi ilə tanışlıq “George Kosbuk”, “Mihai Viteazul”,
“Liliya Haşdeu” milli kolleclərindən başlamış, azərbaycanlı qonaqlar 2ci sek-
torun yerli gənclər Parlamentinin fəaliyyəti ilə tanış olmuşlar. Bərpa və Peşəkar
İnnovasiyalar Mərkəzində Gənc VİP Assosiasiyası üzvləri ilə görüşdə qarşılıqlı
maraq doğuran mövzular müzakirə edilmişdir.
2009cu il dekabrın 13də xalqımızın Ümummilli Liderinin vəfatının
6cı ildönümü ilə əlaqədar Buxarest şəhərinin mərkəzindəki Heydər Əliyev
xiyabanında Azərbaycanın Rumıniyadakı səfirliyi tərəfindən anma mərasimi
keçirilmişdir.
Mərasimdə Heydər Əliyev Fondunun Rumıniya Nümayəndəliyinin, Rumı-
niyaAzərbaycan Dostluq Cəmiyyətinin, RumıniyaAzərbaycan Sənaye və Ti
carət Palatasının, AzərbaycanRumıniya Mədəniyyət və Gənclər Assosiasiyası
idarə heyətinin təmsilçiləri, ARDNŞ Rumıniya nümayəndəliyinin əməkdaşları,
ölkə ictimaiyyətinin nümayəndələri, türktatar icmasının fəalları, bu rada yaşa-
yan azərbaycanlılar, KİV nümayəndələri iştirak etmişlər.
Xocalı faciəsinin 18ci ildönümü ilə əlaqədar Rumıniyada keçirilən silsilə
tədbirlər çərçivəsində 2010cu il fevralın 22də Buxarest Yazıçılar Assosiasi-
yası, Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyi təşəbbüsü və dəstəyi
182
ilə Buxarest şəhəri 2ci sektorunun Mədəniyyət Mərkəzində “Canlı alov –
Azərbaycan təəssüratları” mövzusunda konfrans təşkil olunmuşdur.
Konfransda Buxarest Yazıçılar Assosiasiyasının sədri, doktor Horia Qırbea
Azərbaycanla bağlı təəssüratlarını bölüşmüş və fotosərgi nümayiş etdirmişdir.
H.Qırbea Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün ağır nəticələrin-
dən bəhs etmiş, Xocalı soyqırımının XX əsrin ən dəhşətli faciələrindən biri
olduğunu bildirmişdir. Rumın yazıçısı, eyni zamanda 20 Yanvar hadisələri və
Qubadakı kütləvi məzarlıq haqqında faktları diqqətə çatdırmışdır.
Ölkəmizə hərbi təcavüz haqqında ətraflı məlumat verilmiş, ermənilərin
həyata keçirdikləri etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan çox azər-
baycanlının qaçqın və məcburi köçkünə çevrildiyi qeyd edilmiş, Dağlıq Qara-
bağ münaqişəsinin həllində tutduğu ədalətli mövqeyə görə Rumıniya dövlətinə
minnətdarlıq bildirilmişdir.
Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin rəhbəri İqbal Hacı-
yev “Xocalıya ədalət” kampaniyası barədə iştirakçıları məlumatlandırmış, daha
sonra Mədəniyyət Mərkəzinin əlaqələndiricisi xanım Mihaela Popesku, Buxa-
rest şəhəri 2ci sektorunun Gənclər Parlamentinin rəhbəri Aleksandra Dobra,
Rumıniya Azərbaycan Dostluq Cəmiyyətinin sədri Dumitru Balan çıxış etmişlər.
Konfransda “TVR Cultural” televiziyası, “Radio Romania”, “Romania Lite-
rara”, “Luceafarul”, “Cultura”, “Viata Romeanasca”, “Observatorul Cultural”,
“Evenimentul Zilei”, “Adevarul”, “Jurnalul National” qəzetlərinin, “Rompress”,
“Mediafax”, “Newsin” xəbər agentliklərinin nümayəndələri iştirak etmişlər.
Tədbirdə Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin dəstəyi ilə
rumın dilinə tərcümə olunmuş Azərbaycan müəlliflərinin kitabları və Heydər
Əliyev Fondu tərəfindən hazırlanmış “Qarabağ haqqında həqiqi faktlar” seriya-
sından olan kitabçalar nümayiş etdirilmiş və iştirakçılar arasında paylanmışdır.
26 noyabr 2010cu il tarixdə Heydər Əliyev Fondunun Rumıniya nümayən-
dəliyi və Azərbaycan Respublikasının bu ölkədəki səfirliyi tərəfindən Xocalı
faciəsinin 18ci ildönümü ilə bağlı anma mərasimi keçirilmişdir.
Tədbir iştirakçıları Xocalı faciəsinin Azərbaycan tarixinin unudulmaz və
qanlı səhifələrindən olduğunu vurğulamış, ermənilər tərəfindən törədilmiş qır-
ğının dəhşətli nəticələrindən danışmış, soyqırımı qurbanlarının xatirəsinin dün-
yanın bir çox ölkələrində anıldığını bildirmişlər.
Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin rəhbəri İqbal Hacı-
yev, Xocalı faciəsi barədə şeir yazmış Rumıniya Müsəlman Tatar Türkləri-
nin Demokratik Təşkilatının Buxarest üzrə sədri Kiyaseddin Uteu, keçən ilin
noyabrında Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanda səfərdə olmuş
gənclər qrupunun rəhbəri, Buxarest şəhəri 2ci sektorunun Gənclər Parlamen-
tinin sədri Aleksandra Dobra, Buxarest Yazıçılar Assosiasiyasının sədri Horia
Qırbea və digər ziyalılar Xocalı faciəsi ilə bağlı öz fikirlərini bildirmişlər.
183
Tədbir iştirakçılarına İslam Konfransı Təşkilatı Gənclər Forumunun mədə-
niyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəb-
büsü ilə başlanmış “Xocalıya ədalət” beynəlxalq kampaniyası haqqında məlu-
mat verilmişdir. Kampaniya çərçivəsində həyata keçirilən Xocalı faciəsinin
insanlığa qarşı törədilmiş cinayət kimi tanınmasına dair dünya liderlərinə
ünvanlanacaq petisiyanın imzalanması başa çatdırılmışdır.
Tədbir iştirakçıları Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Qarabağ
haqqında həqiqətlər” seriyasından olan kitabçalarla, “Xocalı soyqırımı” və rumın
dilində çapdan çıxmış “Xocalı faciəsi”, “Erməni mifi. Erməni ekstremizmi:
onun səbəbləri və tarixi məzmunu” və “Erməni (mənimsənilmiş) xalq nağıl-
ları” kitabları ilə tanış olmuşlar.
Quba kütləvi məzarlığına həsr olunmuş “Qubadakı sümüklər” şeirinin müəl-
lifi, Buxarest Yazıçılar Assosiasiyasının sədri Horia Qırbeanın nüfuzlu “Luce-
afarul” nəşrində Xocalı faciəsi ilə bağlı məqaləsi dərc olunmuşdur. H.Qırbea-
nın şəxsi internet səhifəsində Xocalı faciəsi haqqında məlumatlar və “Xocalıya
ədalət” beynəlxalq kampaniyasının internet səhifəsi ilə petisiyanın imzalanma-
sına dair linki yerləşdirmişdir.
Mərasimdə RumıniyaAzərbaycan Dostluq Cəmiyyətinin, Azərbaycan
Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyasının, RumıniyaAzərbaycan Sə
naye və Ticarət Palatasının üzvləri, ARDNŞnin Rumıniya nümayəndəliyinin
əməkdaşları, Rumıniyanın sabiq və hazırkı senatorları, deputatlar, bu ölkədə
yaşayan və təhsil alan azərbaycanlılar, türktatar icmalarının, Buxarestdə ak kre
ditə olunmuş səfirliklərin və beynəlxalq nümayəndəliklərin, qeyrihökumət təş-
kilatlarının təmsilçiləri və jurnalistlər iştirak etmişlər.
2010cu il martın 21də Heydər Əliyev Fondunun Rumıniya nümayəndəli-
yinin dəstəyi ilə Buxarestdə Novruz bayramı qeyd olunmuşdur.
Tədbirdə Novruz bayramının Azərbaycan xalqının adət və ənənələri ara-
sında özünəməxsus yer tutduğu, Novruzun xalqımızın bütün varlığını özündə
cəmləşdirən bayram olduğu iştirakçıların diqqətinə çatdırılmışdır. BMT Baş
Assambleyasında qəbul olunmuş “Beynəlxalq Novruz günü” qətnaməsinin
Azərbaycan tərəfindən irəli sürülməsinin təsadüfi olmadığını və qətnamənin
əsasında martın 21nin Beynəlxalq Novruz günü elan edildiyi bildirilmiş-
dir. Geniş mənada desək, mərasimdə iştirakçılara Novruz bayramı haqqında
ətraflı məlumat verilmişdir.
Tədbirdə Rumıniyanın Baş naziri Emil Bok, parlament sədrinin birinci müa-
vini İoan Oltean, Rumıniya Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə
müşaviri Yulian Fota, digər yüksək səviyyəli rəsmilər, tanınmış din, mədəniy-
yət və incəsənət xadimləri, Buxarest şəhərində akkreditə olunmuş xarici ölkələ-
rin səfir və diplomatları, Heydər Əliyev Fondunun bu ölkədəki nümayəndə-
184
liyi, RumıniyaAzərbaycan Dostluq Cəmiyyəti, RumıniyaAzərbaycan Ticarət
Palatasının üzvləri, ARDNŞnin Rumıniyadakı nümayəndəliyinin əməkdaşları,
burada yaşayan həmvətənlərimiz, o cümlədən bu ölkədə təhsil alan tələbələri-
miz və s. iştirak etmişlər.
29 mart 2010cu ildə Buxarest şəhərindəki Aqronomiya və Tibb Elmləri
Universitetində “Canlı alov – Azərbaycan təəssüratları” konfransı təşkil olun-
muşdur. Tədbir Buxarest Yazıçılar Assosiasiyası, Heydər Əliyev Fondunun
Rumıniya nümayəndəliyi və Azərbaycan Respublikasının Rumıniyadakı səfirli-
yinin təşəbbüsü və dəstəyi ilə keçirilmişdir.
Konfransda Buxarest Yazıçılar Assosiasiyasının sədri doktor Horia Qırbea
Azərbaycan təəssüratlarını bölüşmüş və fotosərgi nümayiş etdirmişdir. H.Qır-
bea Ermənistanın Azərbaycana qarşı təcavüzünün ağır nəticələrindən bəhs
etmiş və erməni silahlı qüvvələri tərəfindən XX əsrin ən qanlı səhifələrindən
biri adlandırdığı Xocalı faciəsi zamanı törədilən vəhşiliklərin üzərində, xüsu-
silə dayanmışdır. Rumın yazıçısı, eyni zamanda 20 Yanvar hadisələri və Quba
kütləvi məzarlığı haqqında faktları təqdim etmişdir.
H.Qırbea qeyd etmişdir ki, xristian dininin dövlət dini elan edildiyi ilk ölkə
nin Ermənistan olmadığı və Azərbaycanda daha erkən xristian abidələrinin
aşkar edilməsi haqqında onun səsləndirdiyi fikirlər Rumıniya Yazıçılar İtti-
faqındakı erməni mənşəli yazıçılar tərəfindən dərin narahatlıqla qarşılanmış və
ona bu kimi fikirləri bir daha səsləndirməməsi məqsədilə iradlar tutulmuşdur.
Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin dəstəyi ilə rumın
dilinə tərcümə olunmuş Azərbaycan müəlliflərinin kitabları və Heydər Əliyev
Fondu tərəfindən hazırlanmış “Qarabağ haqqında həqiqi faktlar” seriyasından
olan kitabçalar nümayiş etdirilmiş və iştirakçılar arasında yayılmışdır.
Elə həmin gün Buxarestdəki Avropa Nikolae Titulesku Fondunda bu ölkədə
təhsil almış azərbaycanlı tədqiqatçıların doktorluq elmi işlərindən ibarət kitab-
ların təqdimat mərasimi keçirilmişdir.
Bunlar ölkəmizin Rumıniyadakı səfirliyinin əməkdaşı Fəxri Kərimlinin
“Azərbaycan Respublikası və Rumıniya arasında münasibətlər (19932004)”,
Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin direktoru İqbal Hacıyevin
“Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasındakı əlaqələr” (19912003)”,
ARDNŞnin Rumıniya nümayəndəliyinin direktoru Həmzə Kərimovun “Neft
sənayesində investisiya qərarının əsaslandırılması” kitablarıdır.
Avropa Nikolae Titulesku Fondunun icraçı direktoru professor Corce Potra
bildirmişdir ki, üç gənc azərbaycanlı müəllifin rumın dilində elmi iş müdafiə
etmələri və kitablarının nəşri böyük əhəmiyyət daşıyır. Belə ki, onların sayə-
sində rumın ictimaiyyəti region və Azərbaycan haqqında daha geniş məlumat
almaq imkanı qazanır.
185
BabeşBolyai Universiteti Türkologiya və Mərkəzi Asiya Araşdırmalar
İnstitutunun direktoru, Rumıniyanın Azərbaycan və Türkmənistandakı keçmiş
səfiri professor Təhsin Cəmil Rumıniyanın tanınmış ali təhsil ocaqlarında dok-
torluq elmi dərəcəsinə layiq görülmələri münasibətilə gənc tədqiqatçıları bir
daha təbrik etmiş, Avropa İttifaqının üzvü olan Rumıniyanın Qafqaz və Orta
Asiya regionu, xüsusilə Azərbaycan ilə əlaqələrinin inkişafına xüsusi diqqət
yetirməsinin vacib olduğunu bildirmişdir.
2010cu il mayın 10da Rumıniyanın paytaxtı Buxarestdə Azərbaycan xal
qının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 87ci ildönümü ilə
əlaqədar mərasim keçirilmişdir.
Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda keçirilmiş mərasimdə
səfirliyin əməkdaşları, Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyi,
RumıniyaAzərbaycan Dostluq Cəmiyyəti, RumıniyaAzərbaycan Ticarət Pala-
tası, ARDNŞin Rumıniya nümayəndəliyi, AzərbaycanRumıniya Gənclər və
Mədəniyyət Assosiasiyası, həmvətənlərimiz, rumın, türk və tatar ictimaiyyəti-
nin təmsilçiləri iştirak etmişlər.
Mərasimdə çıxış edənlər Azərbaycan xalqının Ümummilli Lideri Heydər
Əliyevin həyat və fəaliyyətindən danışmış, Ulu Öndərin xalqının müstəqilliyi,
suverenliyi və tərəqqisi uğrunda ağır mübarizədə keçən məşəqqətli və şərəfli
həyat yolundan ətraflı bəhs etmişlər. Dərin tarixi köklərə malik Azərbaycan ilə
Rumıniya arasında hazırda mövcud olan strateji tərəfdaşlıq əlaqələrinin təməli-
nin Heydər Əliyev tərəfindən qoyulması xüsusi vurğulanmışdır.
Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin binasında isə Hey-
dər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotosərgi təşkil olunmuş və Ulu
Öndərə həsr olunmuş sənədli film göstərilmişdir.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə akademik Ziya Bünyadov adına
Şərqşünaslıq İnstitutunun, Rumıniyadakı Türkologiya və Mərkəzi Asiya Araş-
dırmaları İnstitutunun və Azərbaycanın Rumıniyadakı səfirliyinin təşkilatçılığı
və dəstəyi sayəsində 2010cu il iyunun 1718də Rumıniyanın təhsil mərkəzi
KlujNapoka şəhərində “Şərq və Qərb arasında dialoq” mövzusunda beynəl
xalq konfrans keçirilmişdir.
Bir sıra ölkələrin şərqşünas alimlərinin, tədqiqatçıların, elm adamlarının,
siyasətçilərin və tələbələrin qatıldığı tədbirdə Milli Məclisin deputatı, Şərq
şünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva, deputatlar Gültəkin Ha
cıbəyli, Fazil Mustafa, Şərqşünaslıq İnstitutunun alimləri və elmi işçiləri işti-
rak etmişlər.
Konfransda Rumıniya Prezidentinin müşaviri P.Kovaks, Rumıniya parla-
menti təhsil komissiyası sədrinin müavini K.İosif, Ruminiya mədəniyyət və
milli irs nazirinin müavini V.Timiş çıxış etmişlər.
186
Türkologiya və Mərkəzi Asiya Araşdırmalar İnstitutu ilə Akademik Ziya
Bünyadov adına Şərqşünaslıq İnstitutu arasında əməkdaşlıq memorandumu im
zalanmışdır. Bu memorandum yeni yaradılmış Türkologiya və Mərkəzi Asiya
Araşdırmalar İnstitutunun ilk ikitərəfli əməkdaşlıq sənədidir. Memorandumda
iki institut arasında birgə elmi tədqiqatlar və onların nəşri, türk və Mərkəzi
Asiya xalqlarının tarixi və mədəniyyəti üzrə mühazirələr oxumaq üçün alim-
lərin qarşılıqlı səfərlərinin təşkili, kitabxanalar və arxivlərdən qarşılıqlı istifadə
üçün şəraitin yaradılması, mütəxəssislərin hazırlanması və onların ixtisas kurs-
larında qarşılıqlı yardımların göstərilməsi, birgə seminar, konfrans və simpozi-
umların təşkili və bir sıra digər əməkdaşlıq sahələri əksini tapmışdır.
Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə Türkologiya və Mərkəzi
Asiya Araşdırmaları İnstitutunun fəaliyyətinin dəstəklənməsi məqsədilə Azər-
baycan dövləti adından maddi yardımın göstərilməsi konfransda açıqlanmış və
ayrılmış vəsaitin çeki institutun direktoru T.Cəmilə təqdim edilmişdir. Azərbay-
can dövlətinin instituta hərtərəfli dəstəyini tədbir iştirakçıları yüksək qiymət-
ləndirmiş və alqışlamışlar. İnstitutda fəaliyyət göstərən Avropada ilk azərbay-
canşünaslıq bölməsinin də vacibliyi diqqətə çatdırılmış, səmərəli fəaliyyətinə
əminlik ifadə edilmişdir.
Mərkəzi və Şərqi Avropada yeganə olan və yeni fəaliyyətə başlamış institut
türk irsinin, mədəniyyətinin, dilinin, incəsənətinin öyrənilməsi və təbliğ olunma-
sına, eyni zamanda Rumıniyada və türkdilli ölkələrdə yaşayan xalqlar arasında
əlaqələrin daha da yaxınlaşması və möhkəmlənməsinə səy göstərir. Heydər Əli-
yev Fondunun təşəbbüsü ilə Avropanın tanınmış ali təhsil müəssisəsində ilk dəfə
azərbaycanşünaslığın tədris və təbliğ olunması böyük əhəmiyyət kəsb edir.
Tədbirdə “ŞərqQərb qarşılıqlı əlaqəsində tarixdən ibrətlər”, “Şərq və Qərb
arasında dialoq üçün imkanlar və təhdidlər”, “Yeni beynəlxalq kontekstdə
qadın siyasətçilərin və QHTlərin iştirakı”, “Sivilizasiyalararası dialoqda elm
adamlarının rolu” mövzularında sessiyalar keçirilmişdir.
AMEAnın şərqşünaslıq institutunun rəhbəri Gövhər Baxşəliyeva “Sivi-
lizasiyalararası dialoq prosesində mədəni sintez məsələləri” mövzusunda
çıxışı zamanı Azərbaycan dövləti tərəfindən elmin inkişafı, təhsil sistemi
sahəsində həyata keçirilmiş islahatlar, həmçinin Ermənistanın Azərbaycana
qarşı təcavüzü, qaçqın və məcburi köçkünlərin vəziyyəti barədə iştirakçı-
lara dolğun məlumat vermişdir. Tanınmış azərbaycanlı şərqşünasalim Aida
İmanquliyevanın elmi irsi nümunəsində Şərq və Qərb ədəbiyyatının qarşı-
lıqlı təsirlərini təhlil etmişdir.
Millət vəkili Gültəkin Hacıbəyli Azərbaycanın Avropaya inteqrasiyası, Azər-
baycanla Rumıniya arasında qarşılıqlı əməkdaşlıq məsələlərinə toxunmuşdur.
O, “Yeni beynəlxalq kontekstdə qadın siyasətçilərin və QHTlərin iştirakı”
187
mövzusunda sessiyada çıxışı zamanı qadın siyasətçilərin rolu, Azərbaycanda
qadınların hüquqlarının təmin olunması istiqamətində aparılan islahatlar və
işlər, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNES-
COnun və İSESCOnun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban
Əliyevanın nəcib və aktiv fəaliyyəti, çoxsaylı humanist təşəbbüsləri barədə
geniş məlumat vermişdir.
11 avqust 2010cu il tarixdə Heydər Əliyev Fondunun Rumıniya nümayən-
dəliyinin təşəbbüsü və dəstəyi ilə Rumıniyanın Tekirgöl şəhərinin mərkəzi
küçələrindən birinə böyük Azərbaycan alimi, professor Bəkir Çobanzadənin
adı verilmişdir.
Açılış mərasimində çıxış edən Tekirgöl şəhərinin meri Adrian Stan Bəkir
Çobanzadənin həyat yolundan danışmış, qəbul olunmuş qərarın şəhərin türk və
tatar icmaları tərəfindən böyük məmnuniyyət hissi ilə qarşılandığını, tanınmış
alimin şərəfinə adlandırılmış küçənin şəhərin mərkəzi küçələrindən biri oldu-
ğunu bildirmişdir. Gələcəkdə bu küçədə B.Çobanzadənin büstünün də qoyula-
cağını diqqətə çatdırmışdır.
Rumıniya tatar icmasının parlamentdəki nümayəndəsi Aledin Amet təm-
sil etdiyi milli azlıq adından Azərbaycan dövlətinə, səfirliyə və Heydər Əliyev
Fonduna irəli sürülən təşəbbüsə görə təşəkkürünü bildirmiş, bənzər təşəbbüsün
Konstansa vilayətinin türk və tatar icmalarının yığcam şəkildə məskunlaşdığı
Məcidiyyə şəhərində də həyata keçirilməsinin nəzərdə tutulduğunu bildirmiş-
dir. Burada görkəmli alimin adının şəhərin əsas parklarından birinə veriləcəyi
qeyd olunmuşdur.
2010cu il oktyabrın 20də Buxarestdəki Zabitlər Sarayının Mədəniyyət
Mərkəzində “Polemos” kitab sərgisi açılmışdır.
Sərgi çərçivəsində Buxarest Yazıçılar Assosiasiyasının sədri Horia Qırb-
yanın Rumıniyanın “Top Form” nəşriyyatında çapdan çıxmış “Azərbaycan –
canlı alov”, Heydər Əliyev Fondunun Rumıniya Nümayəndəliyinin direktoru
İqbal Hacıyevin “Azərbaycan Respublikasının Mərkəzi Asiya dövlətləri ilə
əlaqələri” və respublikamızın Rumıniyadakı səfirliyinin mədəniyyət attaşesi
Fəxri Kərimlinin “Azərbaycan Respublikası və Rumıniya arasındakı münasi-
bətlər (19932004)” kitablarının təqdimat mərasimi keçirilmişdir.
Mərasimdə çıxış edən “Top Form” nəşriyyatının direktoru, nüfuzlu “Geo-
politika” toplusunun redaktoru Vasile Similyanu təqdimatı keçirilən kitabların
əhəmiyyətindən danışmış, rəhbərlik etdiyi qurumlarla Azərbaycan arasında
əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə inamını ifadə etmişdir.
O, həmçinin “Geopolitika” toplusunun növbəti nömrələrindən birinin bütöv-
lükdə Azərbaycan mövzusuna həsr olunması layihəsinin həyata keçirilməsinin
nəzərdə tutulduğunu bildirmişdir.
188
Rumıniyanın Azərbaycandakı ilk səfiri, BabeşBolyai Universitetinin Tür-
kologiya və Mərkəzi Asiya Araşdırmalar İnstitutunun direktoru, professor
Tasin Cəmil azərbaycanlı kitab müəlliflərinin elmi rəhbəri olduğunu vurğulaya-
raq, təqdim edilən nəşrlərin rumın dilində Azərbaycan və Orta Asiya haqqında
yazılmış fundamental əsərlər olduğunu diqqətə çatdırmış, ölkənin rəsmi və
elmi dairələrini bu sahədə tədqiqatların sayını artırmağa çağırmışdır.
Kitabların müəllifləri Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyat və
iqtisadiyyatı, habelə RumıniyaAzərbaycan əlaqələrinin ötən il imzalanmış
strateji tərəfdaşlığa dair müqaviləyə qədər keçdiyi yol haqqında ətraflı məlu-
mat vermişlər.
5 noyabr 2010cu il tarixində Heydər Əliyev Fondunun Rumıniya nü ma
yəndəliyinin və Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyinin təşəb-
büsü ilə Rumıniyanın KlujNapoka şəhərindəki Ahıllar üçün Qayğı və Yardım
Mərkəzinə humanitar yardım aksiyası həyata keçirilmişdir. Mərkəzin pasi-
yentlərinin hər biri üçün ərzaq, yataq və geyim dəstləri, dərman preparatları,
sanitar gigiyena ləvazimatları və zəruri məişət texnikası təqdim edilmişdir.
Qayğı və Yardım Mərkəzinin 130 sakini üçün nəzərdə tutulmuş humani-
tar yardımın təqdimetmə mərasimində Mərkəzin rəhbəri doktor Liviu Popa
çıxış edərək ömrünün ahıl yaşını yaşayan vətəndaşları unutmaması və həmişə
olduğu kimi bu il də növbəti dəfə humanitar yardım göstərilməsinə, qayğıya
və diqqətə ehtiyacı olan ahıllara qarşı xeyirxah münasibətə görə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun
Prezidenti xanım Mehriban Əliyevaya dərin təşəkkürünü bildirmiş, Fondun
KlujNapoka Qayğı və Yardım Mərkəzinə yardımlarının birinci dəfə həyata
keçirilmədiyini, bunun artıq bir ənənə halını aldığını məmnunluqla bildirmişdir.
Doktor L.Popa, KlujNapoka Qayğı və Yardım Mərkəzinin Rumıniyanın
qədim Transilvaniya bölgəsinin mərkəzlərindən hesab olunan bu tarixi şəhərdə
dövlət tərəfindən yaşlı insanlara xidmət göstərən yeganə müəssisə olduğunu,
demək olar ki, tam şəkildə yalnız dövlət büdcəsindən maliyyələşdirildiyini
xatırlatmışdır. Rumıniyada davam edən iqtisadi böhranın nəticələrinin ahıllar
evi üçün də təsirsiz ötüşmədiyini təəssüflə diqqətə çatdırmışdır. Onun sözlərinə
görə, tələbin çox olmasına baxmayaraq, Mərkəz yalnız məhdud sayda insanlara
xidmət göstərə bilir. Burada təxminən sosial xidmət əməkdaşları və tibb bacı-
ları tərəfindən gündəlik olaraq 130 ahıl insana yardım və qayğı göstərilir.
Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin direktoru İqbal Ha
cıyev Azərbaycan dövlətinin və Heydər Əliyev Fondunun ünvanına söylənilən
xoş sözlərə görə minnətdarlığını bildirmiş, Fondun Rumıniyadakı hu manitar
fəaliyyəti haqqında Mərkəzin əməkdaşlarına məlumat vermiş, Heydər Əliyev
Fondunun Prezidenti xanım Mehriban Əliyevanın göstərişinə əsasən bundan
189
sonra da KlujNapoka Qayğı və Yardım Mərkəzindəki ahıllara hərtərəfli diqqə-
tin əsirgənilməyəcəyini bildirmişdir.
10 noyabr 2010cu il tarixində Heydər Əliyev Fondunun Rumıniya nü ma
yəndəliyinin təşəbbüsü ilə Buxarest şəhərinin 2ci sektorundakı 64 saylı nata-
mam orta məktəbdə RumıniyaAzərbaycan dostluğuna həsr olunmuş tədbir
keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Violeta Daskalu (Violeta
Dascalu) Rumıniya və Azərbaycan arasında əlaqələrin qədim tarixə malik oldu-
ğunu, ölkəmizin hələ kəşf olunmamış böyük mədəni potensiala malik oldu-
ğunu bildirərək, başçılıq etdiyi məktəbin Azərbaycan ilə əlaqələrin qurulmasına
böyük önəm verdiyini qeyd etmişdir. Xanım V.Daskalu məktəb şagirdlərinin
azərbaycanlı həmyaşıdları ilə yazışmaq istəyində olduqlarını və yaxın günlərdə
onların ilk məktublarının səfirliyə təqdim olunacağını bildirmişdir.
Buxarest Yazıçılar Assosiasiyasının sədri, yazıçı və dramaturq Horia Qırbya
2009 və 2010cu illərdə Azərbaycana etdiyi səfərləri haqqında təəssüratla rını
bölüşmüş, müəllifi olduğu şəkillərdən ibarət slaydın müşayiəti ilə Azərbay-
canın tarixi, mədəniyyəti, mənəvi dəyərləri və müasir həyatı haqqında geniş
məlumat vermiş, həmçinin yenicə çapdan çıxmış “Azərbaycan – canlı alov”
kitabını təqdim etmişdir.
2010cu il dekabrın 13də Buxarestdəki RumınAmerikan Universitetində
(RAU) Azərbaycana həsr olunmuş konfrans keçirilmişdir. Tədbir Universitet
rəhbərliyinin, Buxarest Yazıçılar Assosiasiyasının, və Heydər Əliyev Fondunun
Rumıniya nümayəndəliyinin təşəbbüsü və dəstəyi ilə keçirilmişdir.
Buxarest Yazıçılar Assosiasiyasının sədri doktor Horia Qırbya tədbirdə çıxış
edərək Azərbaycan haqqında təəssüratlarını danışmış, Azərbaycana dair əlamət-
dar məqamları özündə ehtiva edən və şəxsən özünün müəllifi olduğu fotosər-
gini nümayiş etdirmişdir. H.Qırbya Ermənistanın Azərbaycana qarşı təcavüzü
nün ağır nəticələrindən bəhs etmiş və XX əsrin ən qanlı səhifələrindən biri olan
Xocalı faciəsi zamanı erməni silahlı qüvvələri tərəfindən törədilən vəhşilik-
lərin üzərində xüsusilə dayanmışdır. Rumın yazıçısı, eyni zamanda 20 Yanvar
hadisələri, azərbaycanlıların soyqırımı və Quba kütləvi məzarlığı haqqında da
ətraflı məlumat vermişdir. H.Qırbya qeyd etmişdir ki, xristianlığın dövlət dini
elan edildiyi ilk ölkə Ermənistan deyildir və Azərbaycanda daha erkən dövrlərə
aid xristian abidələrinin aşkar edilməsi bu faktı bir daha sübut edir.
2011ci il fevral ayının 26da Heydər Əliyev Fondunun Rumıniya nü ma
yəndəliyi və Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən Xocalı faciəsinin 19cu
ildönümü ilə bağlı anma mərasimi keçirilmişdir.
Mərasimdə ziyalılar, Rumıniyanın Avropa İttifaqı institutlarında, o cümlə-
dən Avropa Parlamentindəki təmsilçiləri, ölkənin sabiq və hazırkı senatorları,
190
deputatlar, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar, türktatar icmaları-
nın, Buxarestdə akkreditə olunmuş səfirliklərin və beynəlxalq nümayəndəliklə-
rin, qeyrihökumət təşkilatlarının təmsilçiləri və jurnalistlər iştirak etmişlər.
Çıxış edənlər Azərbaycanın Xocalı şəhərində ermənilər tərəfindən törədil-
miş qırğının ağır nəticələrindən danışmış, soyqırım qurbanlarının xatirəsinin
dünyanın bir sıra ölkələrində anıldığını bildirmişlər.
İştirakçılara faciə ilə bağlı Azərbaycanda və dünyanın bir çox ölkələrində
İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əla
qələndiricisi, Heydər Əliyev Fondunun vitseprezidenti Leyla xanım Əliye-
vanın təşəbbüsü ilə irəli sürülmüş “Xocalıya ədalət” Beynəlxalq kampaniyası
haqqında ətraflı məlumat verilmişdir. Kampaniyaya dair interaktiv təqdimat
nümayiş etdirilmiş və bu təşəbbüs yüksək qiymətləndirilmişdir.
Mərasim iştirakçıları Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Qara-
bağ həqiqətləri” seriyasından olan kitabçalarla, “Xocalı soyqırımı” və rumın di
lində çapdan çıxmış “Xocalı faciəsi”, “Erməni mifi. Erməni ekstremizmi: onun
səbəbləri və tarixi məzmunu” kitabları ilə tanış olmuşlar.
“Xocalı uşaqların gözü ilə” rəsm sərgisi və faciənin dəhşətlərini əks etdirən
fotosərgi də təşkil edilmişdir.
İştirakçıları Ermənistanın işğalçılıq siyasəti və onun nəticələri ilə əyani
şəkildə tanış etmək məqsədilə tədbirin keçirildiyi binalarda Xocalı faciəsinin
dəhşətlərini əks etdirən fotosərgilər təşkil edilmişdir. Tədbir iştirakçılarına,
həmçinin Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Qarabağ haqqında
həqiqi faktlar” seriyasından olan kitabçalar, ErmənistanAzərbaycan, Dağlıq
Qarabağ münaqişəsi, Xocalı soyqırımı haqqında kitablar paylanmışdır.
31 mart 2011ci il tarixində Heydər Əliyev Fondu – Rumıniya nümayəndə
liyinin, RumıniyaAzərbaycan Dostluq Cəmiyyətinin, Azərbaycan Rumıniya
Mədəniyyət və Gənclər Assosiasiyasının və ARDNŞnin Rumıniyadakı nüma
yəndəliyinin rəhbər və idarə heyəti, ölkədə yaşayan və təhsil alan azərbaycan-
lılar, İran azərbaycanlıları, KİV nümayəndələrinin iştirakı ilə Azərbaycanlıların
Soyqırımı Gününə həsr olunmuş geniş tədbir keçirilmişdir. Tədbirdə azərbay
canlıların soyqırımının tarixi, xüsusi olaraq, 19051907ci illərdə ermənilər
tərəfindən Bakı, Şuşa, Zəngəzur, İrəvan, Naxçıvan, Ordubad, Eçmiədzin, Ca
vanşir və Qazaxda törədilmiş vəhşiliklər, 275 kəndin dağıdılması, 1918ci
ilin martaprel aylarında ermənilər tərəfindən Bakı, Şamaxı, Quba, Muğan və
Lənkəran rayonlarında 50 min azərbaycanlının öldürülməsi, on minlərlə insa-
nın evlərindən didərgin düşməsi qeyd olunmuş, Qubada 122 kənd, Dağlıq Qa
rabağda 150 kənd, Zəngəzurda 115 kənd, İrəvan quberniyasında 211 kənd və
Qars vilayətində 92 kəndin dağıdıldığı vurğulanmışdır. Bundan başqa, 1918
1920ci illərdə repressiya zamanı indiki Ermənistanda yaşayan 575000 azər-
baycanlıdan 565000nin qovulduğu və öldürüldüyü nəzərə çatdırılmışdır.
191
Çıxış edənlər 19481953cü illərdəki deportasiyadan söhbət açaraq, 1946
1947ci illərdə Suriyadan, Yunanıstandan, Livandan, İrandan, Bolqarıstandan,
Fələstindən, Fransadan, ABŞdan, Misirdən, İraqdan və Rumıniyadan 86300
erməninin keçmiş SSRİ ərazisinə köçürülməsi və bununla bağlı 19481950ci
illərdə SSRİ Nazirlər Şurasının qərarları ilə 100000 azərbaycanlının öz yaşayış
yerlərini tərk etməyə məcbur olması barədə geniş məlumat vermişlər.
ErmənistanAzərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş
hadisələrdən danışaraq, Ermənistanın işğalçılıq siyasəti, 26 fevral 1992ci il
tarixində Xocalı faciəsi, 2 aprel 1993cü il tarixində Azərbaycan Respublikası-
nın Kəlbəcər rayonunun işğal olunması, onların ağır nəticələri və bu soyqırımın
mahiyyət etibarilə Ermənistanın separatçılıq, terrorçuluq siyasətinin tərkib his-
səsi olduğu barədə konkret faktlarla tədbir iştirakçılarını məlumatlandırmışlar.
Qeyd olunmuşdur ki, 26 mart 1998ci ildə Azərbaycan xalqının Ümum-
milli Lideri Heydər Əliyevin Azərbaycanlıların Soyqırımı Gününün 31 Mart
tarixində qeyd olunmasına dair verdiyi Fərman böyük tarixi əhəmiyyətə malik-
dir və azərbaycanlıların soyqırımına beynəlxalq siyasi, hüquqi qiymət veril-
məsi dövlətimizin qarşımızda qoyduğu əsas vəzifələrdən biridir.
Həmçinin, Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı səfirlik tərəfindən
hazırlanmış geniş pressreliz Rumıniyanın dövlət orqanlarına, qeyrihökumət
təşkilatlarına, Rumıniyada fəaliyyət göstərən diplomatik nümayəndəliklərə də
göndərilmişdir.
2011ci il may ayının 10da Azərbaycan xalqının Ümummilli Lideri Heydər
Əliyevin anadan olmasının 88ci ildönümü ilə əlaqədar Rumıniyanın paytaxtı
Buxarest şəhərində tədbirlər keçirilmişdir.
Tey Parkın Heydər Əliyev xiyabanında keçirilən tədbirdə bu ölkədə yaşa-
yan və təhsil alan soydaşlarımız, Heydər Əliyev Fondunun Rumıniyadakı nü
mayəndəliyi, RumıniyaAzərbaycan Dostluq Cəmiyyəti, RumıniyaAzərbaycan
Ticarət və Sənaye Palatası, RumıniyaAzərbaycan Gənclər və Mədəniyyət As
sosiasiyası, Rumıniya Müsəlman Tatar Türklərinin Demokrat Birliyi və Rumı-
niya Türk Demokrat Birliyinin üzvləri də iştirak etmişlər.
Tədbirdə dərin tarixi köklərə malik Azərbaycan ilə Rumıniya münasibətlə-
rinin müasir şəraitdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində Heydər Əli-
yevin xüsusi rolu olduğu diqqətə çatdırılmışdır. Heydər Əliyev şəxsiyyətinin və
siyasətinin yalnız Azərbaycan çərçivəsində deyil, ümumiyyətlə regional və qlo-
bal miqyasda da dəyərləndirilməsinin vacibliyi xüsusi qeyd olunmuşdur.
|