HeydəR ƏLİyev fondu miLLİ yaddaşin keşİYİNDƏ II ciLD


HEYDƏR ƏLİYEV FONDUNUN AMERİKA



Yüklə 33,31 Mb.
Pdf görüntüsü
səhifə25/57
tarix02.01.2022
ölçüsü33,31 Mb.
#2598
1   ...   21   22   23   24   25   26   27   28   ...   57
HEYDƏR ƏLİYEV FONDUNUN AMERİKA 
BİRLƏŞMİŞ ŞTATLARINDAKI NÜMAYƏNDƏLİYİNİN FƏALİYYƏTİ
Heydər Əliyev Fondunun ABŞ­dakı nümayəndəliyi 2008­ci ilin avqust ayında 
açılmışdır. Nümayəndəliyin rəhbəri Paşayeva Seyidzadə Cəmilədir. 
Nümayəndəlik  Azərbaycan  Respublikasının  beynəlxalq  nüfuzunun  artırıl­
ması ilə bağlı tədbirlərin həyata keçirilməsinə, Azərbaycan həqiqətlərinin dün
ya  ictimaiyyətinə  çatdırılmasına  yardım  göstərir, Azərbaycan  mədəniyyətinin 
geniş təbliği ilə bağlı aparılan işlərə kömək edir, xüsusi qayğıya ehtiyacı olan 
insanlara  kömək  göstərir,  digər  fondlar,  QHT­lər,  ictimai  təşkilatlarla,  təhsil 
müəssisələri ilə əməkdaşlıq edir.
Heydər Əliyev Fondu və ABŞ Konqresinin kitabxanası arasında əməkdaşlı­
ğın əsasını qoymaq üçün, eyni zamanda Dünya Elektron Kitabxanası təşəbbü-
sünə  qoşulmaq  məqsədilə  2009­cu  ildə  Heydər  Əliyev  Fondunun  ABŞ­dakı 
nümayəndəsi ilə kitabxananın yüksək rütbəliləri arasında bir sıra görüşlər keçi-
rilmişdir. Aprel ayında Fondun nümayəndəsi ilə Konqresin kitabxanaçısı cənab 
Ceyms  Bilinqton  görüşmüş,  Azərbaycanda  geniş  spektrli  fiziki  və  elektron 
kitabxananın yaradılmasını və Konqresin kitabxanası tərəfindən lazımi texniki 
dəstəyin təmin edilməsini müzakirə etmişlər. 
Qısa  müddətdən  sonra  Dünya  Elektron  Kitabxanasının  Baş  Məsləhətçisi 
Con Van Oudenaren ilə görüş keçirilmiş və bu görüşdə Azərbaycana məxsus 
olan  çox  nadir  sənədlərin  və  nəşrlərin  dünya  ictimaiyyətinə  açıq  şəkildə  təq-
dim  olunması  layihəsinin  yaradılması  imkanları  müzakirə  edilmişdir.  Dünya 
Elektron  Kitabxanası  (DEK)  təşəbbüsü  Azərbaycanın  mədəni  irsinin  təşviqi 
üçün yüksək potensiala malik olduğu üçün görüşün əsas müzakirə mövzusu idi. 
Bundan başqa ölkədə yalnız Dünya Elektron Kitabxanası üçün deyil, həm də 
milli və beynəlxalq layihələr, xüsusi materialların hazırlanması üçün elektron-
laşdırma mərkəzinin yaradılması da müzakirə edilmişdir.
Görüşlər zamanı Dünya Elektron Kitabxanası təşəbbüsünə qoşulma məsələ-
sində  Azərbaycanın  birinci  xanımı,  Heydər  Əliyev  Fondunun  prezidenti, 
UNESCO­nun və İSESCO­nun xoşməramlı səfiri Mehriban Əliyevanın xüsusi 
rolu qeyd edilmişdir. DEK təşəbbüsü Konqresin Kitabxanası və UNESCO tərə-
findən  başlanan  təşəbbüsdür.  Fondun  nümayəndəsi  xüsusi  olaraq Azərbayca-
nın birinci xanımının Azərbaycanın mədəni irsinin yenidənqurması və qorun-
masında əvəzolunmaz rolunu qeyd etmişdir. Bu qorunub saxlanan irsin xüsusi 
nümunələri DEK­in məzmununu zənginləşdirə bilər. Əlavə olaraq Fondun nü­


193
mayəndəsi təşkilatın fəaliyyəti və onun səhiyyəyə, mədəniyyətə, elmə və Azər-
baycanın sosial həyatına verdiyi töhfədən danışmışdır. Konqres kitabxanasına 
Fondun  nəşrlərindən  olan  eksklüziv  kitab  və  musiqi  kolleksiyaları  hədiyyə 
olunmuşdur.
Onu da qeyd etmək lazımdır ki, DEK təşəbbüsü mədəniyyətlərarası anla-
yışın təşviqinə, internetdə mədəni məzmunun həcminin və müxtəlifliyinin ge­
nişləndirilməsinə,  ictimaiyyət  və  elmi  institutlar  üçün  resursların  təmin  edil-
məsinə və ölkələr arasında elektron bölgünün azaldılması məqsədilə partnyor 
institutların potensialının gücləndirilməsinə yönəlmişdir. Kitabxananın məqsədi 
internetdə  ödənişsiz,  çoxdilli  formatda  dünyanın  müxtəlif  mədəniyyətlərindən 
götürülən əlyazmaları, nadir kitabları, xəritələri, yazıları, filmləri, fotoları, arxi-
tektura  xəritələrini  və  başqa  önəmli  mədəni  resursları  dünyaya  açıq  təqdim 
etməkdir. DEK dünyanın 30 əsas milli kitabxanası və tanınmış dünya institut-
ları ilə əməkdaşlıq edir. 


194

Yüklə 33,31 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin