HEYDƏR ƏLİYEV FONDUNUN TƏŞKİL ETDİYİ
BEYNƏLXALQ KONFRANSLAR
2005ci il avqustun 24də “Gülüstan” sarayında “UNESCOAzərbaycan:
gələcəyə körpü” mövzusunda konfrans keçirilmişdir. Bu, UNESCOnun xoş-
məramlı səfiri Mehriban xanımın təşəbbüsü ilə Təhsil Nazirliyinin UNESCO
ilə birgə keçirdiyi ikinci konfransdır. İlk tədbir Parisdə olmuşdur. UNESCOnun
tarixində ayrıca bir ölkəyə həsr olunmuş belə tədbirlər ilk dəfə məhz Azərbay-
canla bağlı keçirilmişdir.
Bildirilmişdir ki, Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən əsası qo
yulmuş və hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu
siyasət nəticəsində təhsil sahəsində də ciddi irəliləyişə nail olunmuş, xüsusilə
beynəlxalq əlaqələrimiz xeyli genişlənmişdir. Hazırda Azərbaycanın ali mək-
təblərində 41 ölkədən 3500dək tələbə təhsil alır. Dünyanın aparıcı universitet-
lərində Azərbaycanın orta məktəblərini bitirmiş 3000dən artıq gənc ölkəmiz
üçün zəruri ixtisaslara yiyələnir. Təhsil Nazirliyi dünyanın 30dək ölkəsi ilə
əlaqələr yaratmışdır, 20dən artıq beynəlxalq təşkilatla 60dan çox birgə layihə
və proqramlar həyata keçirir.
Azərbaycan təhsilinin inkişafına mənfi təsir göstərən səbəblərdən danışan
M.Mərdanov Ermənistanın Azərbaycana hərbi təcavüzünün ağır nəticələrini
xüsusi vurğuladı. Bildirdi ki, bu təcavüz nəticəsində işğal edilmiş ərazilərdə
ümumilikdə 1000ə yaxın təhsil müəssisəsi dağıdılmış, 115 min şagird, 16
minə yaxın müəllim məcburi köçkün düşmüşdür. Dünya praktikasında Azər-
baycan yeganə ölkədir ki, böyük çətinliklərə baxmayaraq, işğal edilmiş əra-
zilərdə mövcud olmuş təhsil infrastrukturunu qoruyub saxlamış və zəruri şərait
yaratmaq mümkün olmasa da, ölkənin müxtəlif bölgələrində həmin məktəblə-
rin fəaliyyətini və köçkün uşaqların təhsilini təşkil etmişdir.
Hələ 1999cu ildə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən təsdiq
edilmiş “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı”nın
həyata keçirilməsindən söhbət açan nazir dedi ki, hazırda proqramın III mər
hələsində nəzərdə tutulan tədbirlər reallaşdırılır. 2002ci ildən başlayaraq
təhsilin ən ciddi problemləri ilə bağlı inkişaf proqramlarının işlənib hazır-
lanması və həyata keçirilməsinə üstünlük verilir. Hazırda təhsil sisteminin
müxtəlif sahələri üzrə ümumilikdə 15 proqram mövcuddur. Onlardan 6sı hə
yata keçirilir, 3ü təsdiq, 6sı hazırlanma mərhələsindədir.
19982005ci illərdə 50219 yerlik 201 yeni məktəb binası tikilmişdir.
UNESCOnun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü və təş-
kilatçılığı ilə xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldığı 23 müəssisə
əsaslı şəkildə bərpa edilmişdir. Heydər Əliyev Fondu kənd rayonlarında yer-
47
ləşən və qəza vəziyyətində olan 132 məktəb üçün yeni binaların tikilməsi üzrə
xüsusi proqram hazırlamışdır və bu istiqamətdə intensiv işlər gedir.
Ümumtəhsil məktəblərinin IXI sinif şagirdləri dərsliklərlə pulsuz təmin
edilmişdir. Bununla da postsovet məkanında Azərbaycan, şagirdlərin dərslik-
lərlə pulsuz təmin edilməsini reallaşdıran yeganə ölkə olmuşdur.
İslahat çərçivəsində ümumtəhsil məktəblərinin maliyyələşdirilməsi sahə-
sində eksperimentlərə başlanmışdır. 59 pilot məktəbinə maliyyə müstəqilliyi
verilmişdir, adambaşına maliyyələşdirmə mexanizmi sınaqdan keçirilir. Eks-
perimentin nəticələrinə əsasən, bu yeniliyin təhsilin keyfiyyətinin yüksəldilmə-
sinə real təsiri yoxlanılacaq, müsbət nəticələr əldə olunarsa, ikinci mərhələdə
bu təcrübənin coğrafiyası genişlənəcək, üçüncü mərhələdə isə maliyyə islahatı
bütün ölkəni əhatə edəcəkdir.
Nazir çıxışının sonunda əmin olduğunu vurğulamışdır ki, UNESCO ilə im
zalanacaq Memorandum təhsil sahəsində AzərbaycanUNESCO əməkdaş lığında
yeni mərhələnin başlanğıcı olacaqdır. Memoranduma əsasən Təhsil Nazirliyi
və UNESCOnun birgə komissiyası yaradılacaq və o, prioritet is ti qa mətlər üzrə
səmərəli əməkdaşlığın həyata keçirilməsi ilə məşğul olacaqdır.
BMTnin Azərbaycandakı rezident əlaqələndiricisi Marko Borsotti çıxışında
vurğulamışdır ki, təhsillə yoxsulluğun azaldılması arasında aşkar əlaqə vardır.
Çünki təhsil səviyyəsi artdıqca, işsizlik azalır. Azərbaycanın istər elmdə, istərsə
də təhsildə çox gözəl və müsbət tarixi ənənələri vardır. Məsələn, Dövlət Neft
Akademiyası və Bakı Dövlət Universiteti dünya miqyasında şöhrət qazanmış
tədris ocaqlarıdır. Azərbaycan cəmiyyətində həmişə təhsilə çox böyük diqqət
yetirilmiş, burada çox böyük mədəni mühit yaradılmışdır.
Hazırda Azərbaycan dünyada ən sürətlə inkişaf edən bir ölkədir.
Cənab Prezident tərəfindən təhsil komissiyasının yaradılması, sözsüz ki,
gələcəkdə bu sahədə işlərin aparılması üçün çox gözəl zəmin yaradır. Təhsi-
lin keyfiyyətinin artırılması ciddi məsələdir. Azərbaycanın say göstəriciləri
çox gözəldir. Lakin indi keyfiyyətə fikir verilməlidir. Bu baxımdan idarəetmə-
nin yaxşılaşdırılması əsas prinsiplərdən biridir. Təhsil sistemində idarəetməyə
diqqət yetirilməsi və bu sistemin daha səmərəli, daha yüksək nəticələrə yönəl-
dilməsi, zənnimcə, böyük önəm kəsb edir.
İqtisadi sistemin tələblərinə uyğun olaraq təhsil sisteminin yenidən qurul-
ması məsələsi çox vacibdir. Bu müxtəlif amillərin iqtisadi tələblərə uyğun
olaraq nəzərə alınması ölkənin xeyrinə olacaqdır. Azərbaycan üçün bəzi
mə sələlər birinci dərəcəli məqsəd deyildir. Məsələn, ibtidai məktəblərə uşaq-
ların az gəlməsi Azərbaycan üçün elə bir problem deyildir. Lakin bununla
belə təhsil sahəsində problemlər mövcuddur. Ancaq orta məktəblərin şagird-
lərinin sayında qızların səviyyəsinin saxlanması çox vacibdir. Çünki açıq eti-
raf etməliyəm ki, ölkənin bəzi rayonlarında qızların məktəblərdən tez çıxa-
rılması özünü büruzə verir.
48
Eyni zamanda tədris proqramlarının təkmilləşdirilməsi mühüm məsələlər-
dəndir. Bu, qlobal iqtisadiyyata inteqrasiyanın çox vacib amillərindən biridir.
Bundan əlavə, informasiya texnologiyalarının təhsilin bütün sahələrində, bütün
mərhələlərdə tətbiq edilməsi ölkənin və iqtisadiyyatın gələcək ehtiyaclarını
ödəmək üçün çox vacibdir. Universitetlərlə tədqiqat mərkəzləri arasında əmək-
daşlıq yeni təkan almalıdır. Azərbaycandan xaricə göndərilən tələbələrin sayını
artırmaq lazımdır. Bu da ölkənin gələcək inkişafına müsbət təsir göstərər.
Gözəl ənənələrə malik ölkə kimi Azərbaycanın gələcəkdə öz təhsil və mə
dəni səviyyəsini daha da artırması üçün bütün imkanlara malik olduğunu vur-
ğulayan cənab Borsotti dedi ki, bu, gələcəyə nikbin baxmağa imkan verir.
Bununla yanaşı, digər ölkələrin də bu sahədə təcrübəsinə diqqət yetirilməlidir.
Çünki təhsil gələcək nəsillərin yaradılmasına yönəldilmiş əsas sahədir.
Lakin şəraitin dözülməzliyinə baxmayaraq, məcburi köçkün şagirdlərin
təhsilə həvəsi yüksək olaraq qalır. Məhz bunun nəticəsidir ki, məcburi köçkün
məktəblərinin məzunları arasında ali və orta ixtisas təhsili ocaqlarına qəbul
olunanların sayı digər məktəblərlə müqayisədə heç də aşağı səviyyədə deyil-
dir. Təkcə keçən ildə 4 min nəfərdən çox qaçqın və məcburi köçkün uşağı ali
məktəbə daxil olmuşdur. İlkin hesablamalara görə, bu il onların sayı 5 min
nəfərdən çoxdur. Bizim düçar olduğumuz problemin dünyada analoqu olmadığı
kimi, müasir tələblərə cavab verməyən məktəblərdə təhsil alan qaçqın və məc-
buri köçkün uşaqlarının təhsildə yüksək göstəricilər əldə etməsinin də, yəqin
ki, dünyada analoqu yoxdur. Bunun özü Azərbaycan gənclərinin təhsilə olan
marağına əyani sübutdur.
Natiq daha sonra dedi ki, Heydər Əliyev Fondu fəaliyyətə başladığı vaxt-
dan qaçqın və məcburi köçkünlərin üzləşdikləri çoxsaylı problemlərin dünya
ictimaiyyətinə çatdırılmasına və onların həllinə daim diqqətlə yanaşır. Bu gün
keçirilən konfrans da bunun konkret ifadəsidir. Bu diqqət və qayğıya görə,
məcburi köçkünlər adından Fondun prezidenti, UNESCOnun xoşməramlı
səfiri Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildirir, ona gələ-
cək fəaliyyətində yeniyeni uğurlar diləyirik. Azərbaycanda təhsilin prob-
lemlərinə diqqət yetirdiyinə görə UNESCOnun baş direktoru cənab Koiçiro
Matsuuraya bir daha təşəkkür edir və ümidvar olduğumu bildirirəm ki, ölkə-
mizdəki qaçqın və məcburi köçkün uşaqların təhsil problemlərinin həllində
bugünkü tədbir əhəmiyyətli rol oynayacaq və UNESCO da bu mühüm işdə
bizə daim yardımçı olacaqdır.
Sonra cənab Koiçiro Matsuura və nazir Misir Mərdanov UNESCO ilə Azər-
baycan arasında təhsil sahəsində əməkdaşlığa dair Memorandum imzaladılar.
Heydər Əliyev Fondunun prezidenti, UNESCOnun xoşməramlı səfiri Meh-
riban xanım Əliyeva demişdir: “Bu gün biz Azərbaycan təhsilinin problemlə-
rini birlikdə müzakirə edərək fikir birliyi nümayiş etdirdik. Mən inanıram ki,
49
bu fikir birliyi bizə gələcəkdə bütün problemlərin həllində yardım edəcək,
ümumi işimizdə böyük rol oynayacaqdır”.
2006cı il iyunun 12də Bakıda Heydər Əliyev Fondunda bu qurumun və
Vaşinqton Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən “Orta əsr
əlyazmalarında tibb və əczaçılıq” mövzusunda I Beynəlxalq konfrans keçi-
rilmişdir.
Müxtəlif ölkələri təmsil edən qonaqlar dahi şəxsiyyət Heydər Əliyevin
həyatının müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv
bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı fotoşəkillərə, dünyanın ta
nınmış siyasi xadimlərinin ona bəxş etdikləri hədiyyələrə, ulu öndərimiz
haqqında kitablara, onun müxtəlif ölkələrin liderləri, elm, mədəniyyət və in
cəsənət xadimləri ilə çəkilmiş şəkillərinə baxmışlar.
Qonaqlar əsas məqsəd və vəzifəsi Heydər Əliyev tərəfindən yaradılmış azər-
baycançılıq ideologiyasını təbliğ etmək və gələcək nəsillərə çatdırmaq, ölkə-
mizdə həyata keçirilən irimiqyaslı layihələrə dəstək verməkdən ibarət olan
Fondun fəaliyyətini yüksək dəyərləndirmişlər.
Heydər Əliyev Fondunda təşkil edilmiş qədim əlyazmalar və kitablar sər-
gisi də qonaqlarda böyük maraq doğurmuşdu.
Məlumat verilmişdir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Əlyaz-
malar İnstitutunda saxlanılan 11 minə qədər əlyazmanın 364ü tibbə aiddir. Həmin
əlyazmalardan xüsusi əhəmiyyət daşıyan 3ü UNESCOnun Dünya Yaddaşı
Proqramının Beynəlxalq registrinə daxil edilmişdir. Bunlar XI əsrdə yaşamış
Əbülqasim Zəhrəvinin “ƏlMəqalət əsSəlasun” (“Cərrahiyyə və alətlər haq
qında”) çoxcildlik əsərinin 13cü hissəsi, Əbu Əli ibn Sinanın XII əsrdə Bağ-
dadda üzü köçürülən “ƏlQanun fit Tibb” (“Tibb qanunları”) kitabının 2ci
cildi və Rüstəm Cürcaninin XII əsrdə yazdığı, XVII əsrdə üzü köçürülmüş
“ZahireyiNizamşah” (“Nizamşahın ehtiyatları”) əlyazmasıdır. Ümumbəşəri sər-
vət olan və dövrün məşhur xəttatları tərəfindən üzü köçürülmüş bu mədəni irs
nümunələri Əlyazmalar İnstitutunda qorunub saxlanılır.
“Orta əsr əlyazmalarında tibb və əczaçılıq” mövzusunda I Beynəlxalq kon-
fransın açılış mərasimində ABŞ, Almaniya, Böyük Britaniya, Belçika, Bəh-
reyn, Estoniya, Gürcüstan, İran, İsrail, Misir, Rusiya, Suriya, Türkiyə, Ukrayna,
Yunanıstan və digər ölkələrdən 50dən çox nümayəndə, bir sıra beynəlxalq təş-
kilatların təmsilçiləri, Azərbaycanın dövlət və hökumət rəsmiləri, Milli Məclisin
deputatları, tanınmış elm xadimləri, xarici ölkələrin səfirləri iştirak etmişdirlər.
Konfrans çərçivəsində Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Yaşa-
yan tarix” filminin təqdimatı olmuşdur. Film Azərbaycan tarixi, mədəniyyəti,
abidələri, eləcə də bunların qorunub saxlanmasına Azərbaycan Prezidenti
İlham Əliyevin göstərdiyi ardıcıl diqqət və qayğı, UNESCOnun xoşməramlı
səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fondun ulu öndər Hey-
50
dər Əliyev ideyalarının həyata keçirilməsinə verdiyi töhfələr, qurumun bey-
nəlxalq əlaqələri barədə geniş təsəvvür yaradır. Xüsusilə ölkəmizdə xalq
təbabətinin qədim tarixi, ənənələri, Azıx mağarasından tapılan əşyalar,
Qəbələ, Təbriz, Şamaxıda VIIXIV əsrlərdə mövcud olan əczaxanalar, tibb
məktəbləri, alimhəkimlər, Azərbaycanın flora və faunası, dərman bitkiləri,
onlardan istifadə qaydaları, mineral ehtiyatları barədə verilən elmitarixi məlu-
matlar konfrans iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.
Tibb elminə və əczaçılığa həsr olunmuş bu birinci beynəlxalq konfrans
yazılı irsin qorunmasının vacibliyini diqqətə çatdırmaq üçün mühüm fürsət
kimi dəyərləndirilmişdir.
Vaşinqton Elmlər Akademiyasının vitseprezidenti, Ümumdünya Tibb Ta
rixçiləri Cəmiyyətinin baş katibi Alen Tuveyd çıxış edərək demişdir: “Heydər
Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu konfransda iş tirakı
onun bu tədbirə böyük əhəmiyyət verdiyini göstərir. Burada iştirak etməsinə və
xüsusi qayğısına görə ona dərin minnətdarlığımı bildirirəm.
Mən burada UNESCOnun bu işə verdiyi əhəmiyyət barədə deyilən söz-
ləri dinlədim və hesab edirəm ki, Azərbaycanın 3 nadir əlyazmasının Dünya
Yaddaşı Proqramının siyahısına daxil edilməsi əlamətdar hadisədir. Biz yazılı
tarixi irsin qorunub saxlanması və təşviq olunmasına diqqətlə yanaşmalıyıq.
Zənnimcə, Azərbaycanda bu cür tədbirin keçirilməsi ölkənin rəhbərliyinin bu
istiqamətə, bu sahəyə xüsusi önəm verdiyini göstərir. Konfrans bu sənədlərin
UNESCO ilə əməkdaşlıq çərçivəsində təbliğinə və onlara marağın artma-
sına xidmət edəcəkdir. Bu, sadəcə tarixi və ya arxeoloji iş deyildir. Biz hamı-
mız bu sahədə səylərimizi birləşdirməliyik və bütün cəmiyyət bu əlyazmalar
barədə məlumatlandırılmalı və onların qorunub saxlanmasında iştirak etmə-
lidir. Bu sahədə müasir texnologiyalardan da istifadə edilməlidir. Bu tarixi
sənədlər ölü bir sənəd kimi qəbul edilməməlidir. Tarixçilər bu əlyazmaları
müəyyən kataloqlara daxil edərək, onlar barədə məlumatları cəmiyyətə çat-
dırırlar. Lakin bu, işin bir hissəsidir. Digər sahələrdə çalışan alimlər də bu işə
öz töhfələrini verməlidirlər.
Zənnimcə, bu konfrans çox səmərəli olacaqdır. Artıq indidən konfrans iş tirakçı-
larının bu tədbirə maraqla yanaşdıqlarını hiss edirəm. Buna görə də UNESCOnun
nümayəndəsinə və doktor Mehriban xanım Əliyevaya bildirmək istəyirəm ki,
mən üzvü olduğum qurumu burada təmsil etməkdən qürur duyuram və eyni
zamanda sizə əməkdaşlıq təklif etmək istəyirəm. Sizin birgə tədqiqat proqram-
larınızda iştirak etmək istəyirəm. Bu, qədim yazıların qorunub saxlanmasına
yönəldilmiş çox vacib işdir və bu baxımdan biz bütün vasitələrdən müasir tex-
nologiyalardan, internetdən istifadə etməklə bunu yaymağa, öz təhlillərimizi
aparmağa, tövsiyələrimizi verməyə və daha çox insanların, elmi işçilərin bu işə
cəlb olunmasına çalışmalıyıq. Hesab edirəm ki, Heydər Əliyev Fondu ilə belə
51
əməkdaşlıq tibb sahəsində tədqiqat proqramına nümunə ola bilər. Zənnimcə,
digər ölkələrdə fəaliyyət göstərən qurumlar da bizimlə əməkdaşlıq edə bilər.
Əgər belə bir işbirliyi alınarsa, əsrlərdən qalmış nadir yazıların bəşəriyyətin
inkişafında vacib rol oynamasına nail ola biləcəyik”.
Sonra Ümumdünya Tibb Tarixçiləri Cəmiyyətinin prezidenti Afanasios
Diamandopoulos çıxış edərək demişdir: “Mənim buraya gəlməyimin iki əsas
səbəbi var idi. Burada böyük bir cəmiyyəti təmsil etmək və ölkənizdə səfərdə
olmaq mənim üçün şərəfdir. Əminəm ki, siz hamınız bu konfransdan bəh-
rələnəcəksiniz. İkinci səbəb təsisatla bağlıdır. Ümumdünya Tibb Tarixçiləri
Cəmiyyətinin prezidenti kimi bu proqram məni çox ruhlandırdı. Çünki siz
burada tibbə dair əlyazmaları araşdırırsınızsa, tibb tarixinin bununla birbaşa
əlaqəsi vardır və mən bu konfransın iştirakçıları qarşısında çıxış etmək imkanı
yaranmasından çox şad oldum. Bizim cəmiyyət də bu sahədə bir çox işlər gör-
müşdür. Biz Qərb ilə Şərq arasındakı sərhədləri keçərək, dünyanın müxtəlif
ölkələrinin tarixi sənədləri ilə tanış olmaq imkanı əldə etmişik.
Dünya əhalisinin 70 faizi Asiyada yaşayır. Onların əksəriyyəti səfalət və
yoxsulluq içindədir. Bu səbəbdən də onlar öz yazılı tarixi abidələrinin qoru-
nub saxlanmasını təmin etmək imkanlarına malik deyillər. Buna görə də ətrafa
baxıb, kimin bizə nümunə ola biləcəyini axtarmalıyıq. Azərbaycanı misal gətir-
mək olar. Çünki Azərbaycan hələ qədimdən alimləri, tibbi araşdırmaları ilə
tanınmışdır. Bu baxımdan tədbirin xüsusi əhəmiyyətini qeyd etmək istəyirəm”.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov
demişdir: “Heydər Əliyev Fondu ilə Vaşinqton Elmlər Akademiyası tərəfin-
dən təşkil edilmiş bu beynəlxalq konfransın iştirakçılarını Azərbaycan Milli
Elmlər Akademiyasının Rəyasət heyəti adından ürəkdən salamlayır, konfran-
sın səmərəli və uğurla keçməsini arzu edirəm. Mehriban xanım Əliyevanın və
onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun səmərəli səyləri nəticəsində
Bakıda ilk dəfə olaraq, qədim tibb və əczaçılıq üzrə beynəlxalq konfrans keçi-
rilir. Bu konfransa dünyanın 20dən çox ölkəsindən nümayəndələr, tanınmış
alimlər gəlmişlər. Burada bir çox beynəlxalq və milli təşkilatların nümayəndə
ləri iştirak edirlər. Məsələn: UNESCO, Ümumdünya Tibb Tarixçiləri Cəmiy-
yəti, İngiltərə Tibb Tarixi Cəmiyyəti, Türkiyə Tibb Tarixi Cəmiyyəti, Azərbay-
can Tibb Tarixçiləri Birliyi, Vaşinqton Elmlər Akademiyası, Azərbaycan Milli
Elmlər Akademiyası, Beynəlxalq Əczaçılıq Tarixi Cəmiyyəti, Beynəlxalq İslam
Təbabəti Cəmiyyəti və bir çox başqa qurumlar təmsil olunur. Konfrans çox
mühüm bir hadisəyə həsr edilmişdir. Keçən il Azərbaycan Milli Elmlər Aka-
demiyasının Əlyazmalar İnstitutunda mühafizə olunan orta əsr tibb əlyazmaları
kolleksiyası UNESCOnun Dünya Yaddaşı Proqramına daxil edilmişdir.
Azərbaycan xalqının qədim və zəngin mədəniyyəti var. Bizə gəlib çatmış
qədim əlyazmalar bunu tam aydınlığı ilə sübut edir. Azərbaycan Milli Elmlər
52
Akademiyasının Əlyazmalar İnstitutunda 11 mindən çox qədim əlyazma qoru-
nur. Onlar müxtəlif zamanlarda, müxtəlif dillərdə, müxtəlif müəlliflər tərəfin-
dən yazılmışdır. Bu əlyazmaların arasında şeir və nəsr əsərləri, eləcə də müxtə-
lif mövzularda kitablar vardır. O cümlədən tibb və əczaçılığa aid 360dan çox
əlyazma qorunur. UNESCO bu əlyazmalardan üçünü seçib dünya yaddaşı
siyahısına daxil etdi. Bunlar Əbu Əli İbn Sinanın, Əbülqasim Zəhrəvinin və
Rüstəm Cürcaninin əsərlərinin əlyazmalarıdır. Bu üç əlyazma, həqiqətən də,
ümumdünya əhəmiyyəti kəsb edir. Məsələn, İbn Sinanın Azərbaycanda qoru-
nan əsəri onun dünyada mövcud olan ən qədim əlyazmalarından biridir. Zəhrə-
vinin əlyazmasında yüzlərcə cərrahiyyə aləti təsvir edilmişdir. Rüstəm Cürcani-
nin əlyazması isə, ümumiyyətlə, Azərbaycandan başqa heç yerdə yoxdur.
Qədim Azərbaycan təbabəti və əczaçılığının çoxəsrlik irsini araşdırmaq və
müasir tibb elminin istifadəsinə qaytarmaq alimlərimizin vacib vəzifələrin-
dən biridir. Hazırkı konfrans bu istiqamətdə atılmış mühüm addımlardan biri-
dir. İndi öz tariximizə yeni gözlə baxdığımız, elmi və mədəni dəyərlərimizin
qaynaqlarını daha obyektiv meyarlarla araşdırmağa başladığımız bir vaxtda
bugünkü konfrans sanki bizim zəngin keçmişimizə açılan pəncərədir”.
UNESCOnun İnformasiya cəmiyyəti bölməsinin direktoru Əbdüləziz Abid
çıxış edərək demişdir: “Bu konfrans sizin bu sahəyə verdiyiniz əhəmiyyə-
tin bariz nümunəsidir. Mən sizə məlumat vermək istəyirəm ki, Dünya Yaddaşı
Proqramı UNESCOnun dünyanın bütün xalqlarının irsinin qorunması sahəsində
həyata keçirdiyi dünyamiqyaslı bir proqramdır. Bizim işimiz bununla bitmir.
Bu proqramın uğurlu olması üçün işlərimizi davam etdirməliyik. Bu proq-
ram 1992ci ildən gerçəkləşdirilir. Təbii fəlakətlər, müharibələr və münaqişələr
nəticəsində bir çox mühüm tarixi sənədlər məhv olmuşdur. Lakin bu proqramın
həyata keçirilməsi sayəsində qiymətli əlyazmalar rəqəmsal formata keçirilmişdir.
Beynəlxalq məşvərət komitəsi 69 ölkədə öz ofisini açmışdır. Əminəm ki,
Azərbaycanda da komitənin ofisi açılacaqdır. Komitənin əsas məqsədi UNES-
COnun üzvü olan ölkələrə mədəni və tarixi irsin qorunması sahəsində öz töv-
siyələrini verməkdir. Biz bu yaxınlarda Asiya və Sakit okean regionu, habelə
Latın Amerikası və Karib dənizi ölkələrində regional layihələrin reallaşdırıl
ması üçün bir sıra tədbirlər keçirmişik. Onlardan öz tarixi sənədlərini beynəl
xalq siyahıya təqdim etmələri xahiş olunmuşdur. Bu siyahı üç hissədən ibarət-
dir. Sənədlərin siyahıya salınması onların təşviq olunmasına xidmət edir.
Sənədlər məşvərət komitəsinin iclasının qərarı əsasında beynəlxalq siyahıya
salınır. Bu, UNESCOnun mədəni irsin qorunması ilə bağlı digər proqramlarına
bənzəyir. Hazırda beynəlxalq siyahıya 77 ölkədən tibb elminə və əczaçılığa aid
120dən çox mühüm əlyazma daxil edilmişdir.
Azərbaycan Milli Elmlər Akademiyası da bu sahəyə öz töhfəsini vermişdir.
Hazırda Azərbaycanda ən mühüm əlyazmalardan ibarət milli registrin yara-
53
dılmasına başlanmışdır. Biz bunu çox yüksək dəyərləndiririk. Bu siyahıla-
rın tərtib olunması tarixi sənədlərin qorunub saxlanmasına böyük əhəmiyyət
verildiyini göstərir.
Dünya Yaddaşı Proqramına təqdim olunan sənədlər müxtəlif meyarlar baxı
mından öyrənilir və sonra məşvərət komitəsi tərəfindən nəzərdən keçirilir.
Siyahı olduqca mühüm siyahıdır və hər hansı sənədin oraya daxil edilməsi o qədər
də asan prosedura deyildir. Bu proqram bir sıra pilot layihələrlə başlanmışdır
və bunlardan əsas məqsəd sənədlərin saxlanmasının müasir və ənənəvi metod-
larının öyrənilməsi, onların vebsaytlara çıxarılması, dərc olunması yollarının
araşdırılmasıdır. Bir çox sahələrdə proqramlarımız var. Məsələn, 67 il bundan
əvvəl Praqada əlyazmalar rəqəmsal formata salınmışdır. Hazırda orada 30 min
tarixi əlyazma rəqəmsal formada saxlanılır.
Digər layihəni Yəməndə həyata keçirmişik. Bu layihə çərçivəsində müqəd-
dəs Quranın əlyazmasının müasir üsullarla qorunub saxlanmasına yönəldil-
mişdi. İstanbul Universitetində də mühüm layihə həyata keçirmişik. Burada da
əlyazmaların saxlanması üsulları müzakirə edilmişdir.
Qahirədə İslam dininə aid sənədlərin qorunub saxlanması ilə əlaqədar
layihə həyata keçirmişik. Bu sənədlər kompakt disklərə köçürülmüş və çox
yüksək keyfiyyətlə arxivləşdirilmişdir. Bu sənədlərdə islam alimlərinin tibb
sahəsinə töhfələri əksini tapmışdır.
Hindistanın Mədrəs şəhərindəki institutda da bir layihə həyata keçirmişik.
Oradakı sənədlərdə otlarla ənənəvi müalicə üsulları göstərilir. Özbəkistanda
ƏlBiruni institutunda saxlanılan XIVXVII əsrlərə aid əlyazmalarla bağlı
layihə həyata keçirilmişdir”.
Mehriban xanım Əliyeva bildirmişdir ki, konfrans təkcə Bakı şəhə-
rində keçirilmir, iyunun 14də Yevlax şəhərində də davam edəcəkdir. Hesab
edirəm ki, bu çox yaxşı haldır, çünki qonaqlarımız regionlarla, bölgələrlə də
tanış olacaqlar.
2006cı il noyabrın 1də “Gülüstan” sarayında “Gənclər sivilizasiyaların
alyansı naminə” beynəlxalq konfrans başlanmışdır.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNES-
COnun və İSESCOnun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban
xanım Əliyevanın himayəsi ilə keçirilən konfransda Qətər Dövləti Əmirinin
xanımı Şeyxa Moza bint Nasir əlMisnəd və bir sıra beynəlxalq təşkilatın rəh-
bərləri iştirak etmişlər.
Konfrans “Gənclər sivilizasiyaların alyansı naminə: arzular həyata keçir”
filminin nümayişi ilə başlanmışdır. Filmdə Azərbaycanda mədəniyyətə göstə-
rilən diqqət və qayğıdan bəhs olunur, sivilizasiyalar arasında ittifaqın yaradıl-
ması təşəbbüsünün əsas məqsədləri vurğulanır.
54
İslam Konfransı Təşkilatının Gənclər Forumunun baş katibi Elşad İsgən-
dərov konfransın dəyərini qiymətləndirərək demişdir: “Çətin anlarda mötəbər
təşəbbüslərin həyata keçirilməsi və qeyridüzgün konsepsiyanın, ədavət və
nifrətin aradan qaldırılması üçün böyük qarşılıqlı etimad və birbirimizə inam
lazımdır. Mədəniyyətlərarası dialoqun qurulmasında Gənclər Forumunu tanın-
mış şəxsiyyətlər dəstəkləmişlər. Ona görə də biz bunu xüsusi vurğulayır və
onların bu gün burada iştirakını yüksək dəyərləndiririk.
Xanım Mehriban Əliyeva da bizim dəvətimizi xeyirxahlıqla qəbul etdi və
idarə heyətinin üzvü oldu. Bu, bizim fəaliyyətimizin ilkin mərhələsində oldu
və təbii ki, təşəbbüsün həyata keçirilməsinə, ümumiyyətlə, təşkilatımıza böyük
töhfə verdi. Ona görə mən bu təşəbbüsün bu gün gözəl səviyyədə təşkil edilmə-
sinə görə Mehriban xanıma bir daha öz minnətdarlığımı bildirirəm.
Biz böyük fərəh hissi ilə ilk sözü Heydər Əliyev Fondunun prezidenti,
UNESCOnun və İSESCOnun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya
veririk. O, sivilizasiyalararası ittifaqın daha qlobal səviyyəyə qaldırılmasında
öz rolunu oynamışdır.
Sonra çıxış edən Qətər Dövlətinin birinci xanımı Şeyxa Moza bint Nasir
ƏlMisnəd Sivilizasiyalararası İttifaqın əhəmiyyətindən danışdı, yaradıcı və
innovasiyaya meyilli gənclərin görəcəyi işlərin vacibliyini vurğulayaraq demiş-
dir ki, bizim bacarığımıza, imkanlarımıza olan inamımız birbirimizi daha
yaxından öyrənməyə imkan yaradır. İnamın olmaması isə qorxu üçün əsasdır.
Qorxu da dialoqa mane olur. Bu məsələdə gənclərin üzərinə böyük iş düşdü-
yünü bildirən Şeyxa Moza bint Nasir əlMisnəd vurğuladı ki, biz keyfiyyətə
və bərabərliyə əsaslanan qlobal mədəniyyət uğrunda mübarizə aparmalıyıq.
Vətəndaşların ehtiyaclarını qabaqlaya bilən yaxşı cəmiyyət modeli yaradılma-
lıdır ki, o, ölkəyə sədaqətlə xidmət etsin, birliyi möhkəmləndirsin, ümumbəşəri
prinsiplərə sadiq olsun.
İslam dininin mütərəqqi ideyalarından danışan Qətər Əmirinin xanımı onun
düzgün təbliğində gənclərin rolundan bəhs etdi, müsəlman gənclərə tövsiyə
kimi dedi ki, yeni nəsil özündən əvvəlki nəslin səhvlərini təkrar etməməlidir.
Müasir gənclik əvvəlki nəslin görə bilmədiyi işləri həyata keçirməlidir. İslam-
dan şəxsi məqsədlər üçün istifadə edilməsi pislənilməlidir. Düşünürəm ki,
bugünkü gənclik mədəniyyətlərarası əməkdaşlıq yolu ilə qloballaşan dünyaya
dəyərli töhfələr verəcəkdir.
Gənclər hərəkatına dəstəyinə görə Azərbaycan Prezidentinə və onun xanı-
mına təşəkkürünü bildirən İSESCOnun baş direktoru Əbdüləziz Bin Osman
ƏlTüveycri indi dünyada baş verən proseslərin gənclərin birliyini aktuallaşdır-
dığını, bu baxımdan da gənclər arasında dialoqun vacib olduğunu vurğulamışdır.
O, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun gücləndirilməsinin zəruri-
liyini xatırladaraq dedi ki, bu baxımdan indiki konfrans çox əhəmiyyətlidir.
55
BMTnin Azərbaycandakı rezident əlaqələndiricisi Bruno Pueza müzakirə
olunan mövzunun vacibliyinə toxundu, qloballaşma ilə bağlı fikirlərini açıqla-
mış, müxtəlif mədəniyyətlərin, sivilizasiyaların birbirinə yaxınlaşmasının fay-
dasından danışmışdır.
Konfransda bildirilmişdir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti, UNESCOnun və İSESCOnun xoşməramlı səfiri, Milli
Məclisin deputatı Mehriban xanım Əliyeva təhsil, elm, gənclər, mədəniyyət-
lərarası dialoq sahəsində və Azərbaycan mədəniyyətinin dünyada təbliğində
xidmətlərinə görə İslam Konfransı Gənclər Forumunun “Gəncliyin inkişafı
uğrunda Qlobal Səfir” adına layiq görülmüşdür. Bununla əlaqədar Mehriban
xanıma plaket təqdim olundu.
İSESCOnun baş direktoru Əbdüləziz bin Osman əlTüveycri konfransın
müsbət nəticələr verəcəyinə əminliyini bildirərək, qarşıda duran vəzifələrin
yerinə yetirilməsi, çətinliklərin aradan qaldırılması üçün birgə səylərin vacibli-
yini vurğulamışdır.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın himayəsi
ilə təşkil olunmuş bu mötəbər tədbirdə Gənclər Səyyar Cavabvermə komanda-
sının təqdimatı olmuşdur.
Portuqaliyanın sabiq prezidenti, BMT baş katibinin Sivilizasiyaların İtti-
faqında yüksək nümayəndəsi Jorj de Sampayo konfransın yüksək səviyyədə
təşkilinə, göstərilən qonaqpərvərliyə və gənclər hərəkatına verdiyi dəstəyə görə
Azərbaycan Prezidenti İlham Əliyevə və onun xanımı Mehriban Əliyevaya
minnətdarlığını bildirmişdir. O, Bakıda müzakirə olunan məsələlərin, o cüm-
lədən mədəniyyətlərarası dialoqun, əldə olunan razılaşmaların dünya üçün fay-
dalı olduğunu söyləmişdir.
2008ci il mayın 14də Bakının “Gülüstan” sarayında Dünyada Savadlı-
lığın Dəstəklənməsi üzrə UNESCOnun Regional Konfransları silsiləsindən
“Avropada subregional çərçivədə savadlılıq problemlərinə baxış: tərəfdaşlıq
əlaqələrinin qurulması və innovativ yanaşmaların tətbiqinə dəstək” mövzu-
sunda konfransı keçirilmişdir.
UNESCOnun, Heydər Əliyev Fondunun və Respublika Təhsil Nazirli
yinin təşkilatçıları olduğu konfrans Heydər Əliyev Fondunun prezidenti,
UNESCOnun və İSESCOnun xoşməramlı səfiri, Milli Məclisin deputatı
Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycanda keçirilir. Konfransda UNES-
COnun baş direktoru Koiçiro Matsuura, Hollandiya şahzadəsi xanım Lauren-
tien, UNESCOnun xoşməramlı səfirləri İordaniya şahzadəsi xanım Ferial
və İslandiyanın sabiq prezidenti xanım Viqdos Finboqadottir, habelə bir sıra
öl kələrin təhsil nazirləri və çoxsaylı mütəxəssisləri, Azərbaycan hökumətinin
nümayəndələri, xarici ölkələrin Bakıdakı səfirləri iştirak etmişdilər.
56
“Gülüstan” sarayında mövzu ilə bağlı “BMTnin Savad Onilliyi” mövzu
sunda sərgi də təşkil olunmuşdur. Sərgidə VIII əsrdən XX əsrin əvvəllərinə
qədər məktəb və mədrəsələrdə dərs vəsaiti kimi istifadə edilən müqəddəs
“QuraniKərim”in müxtəlif dövrlərə aid nüsxələri, habelə Azərbaycanda möv-
cud qədim kitablar və yeni dərs vəsaitləri, müxtəlif illərə aid ensiklopediyalar,
əlifba kitabları və lüğətlər, ümumilikdə 18 adda qədim kitab və 183 dərs vəsa-
iti nümayiş etdirilmişdir.
Konfrans mayın 15də işini davam etdirmişdir. İlk olaraq “Müasir dünyada
savad konsepsiyası, onun inkişafı və yaşlıların təlimi” mövzusunda “dəyirmi
masa” keçirilmişdir. UNESCOnun Ömürboyu Təhsil İnstitutunun direktoru
Adama Ouen müzakirələri açaraq demişdir ki, əsas diqqət Avropada savad
anlayışı, onun inkişafı, ömürboyu öyrənmə perspektivində böyüklərin təhsili
kimi məsələlərə yönəldiləcək, səslənən fikirlərdən siyasət və strategiyaların
işlənib hazırlanması zamanı istifadə olunacaqdır. Bu, cəmiyyətin bütün üzvlə
rinə əsas bacarıqların əldə edilməsində kömək göstərəcək və inkişafa təkan
verəcəkdir. Hazırda Avropa ölkələrində savadla bağlı vəziyyəti nəzərə alaraq,
böyüklər üçün savad proqramlarına diqqət artırılır. Uğurlu və məsuliyyətli bir
həyat sürmək, cəmiyyətin həyatında səmərəli iştirak etmək, müasir dövrün və
gələcəyin tələblərinə cavab vermək üçün əlavə bacarıqların lazım olduğunu
vurğulayan A.Ouen demişdir ki, bu baxımdan savad və böyüklərin öyrədilmə-
sinin əsas məqsədi fərdlərdə dəyərləndirmə, idarəetmə, inteqrasiya olunma və
qarşılıqlı təsir üçün başlıca bacarıqların inkişaf etdirilməsidir. Əlbəttə ki, bu
bacarıqlara oxu, yazı, elmi savad, riyazi bilik, dil bilmək kimi koqnitiv kom-
ponentlər daxil deyildir. Bununla belə, sürətli sosial və texnoloji dəyişikliklə-
rin tələbi, iqtisadiyyat və mədəniyyətin qloballaşması, müxtəlifliyin artması,
rəqabət və liberallaşma, sosial bərabərsizlik, münaqişələr və yoxsulluğun
bütün formaları insanlardan elə bacarıqlar tələb edir ki, bunlar texniki ünsiy-
yət bacarıqları çərçivəsindən kənara çıxır. Bacarıqların potensial bəhrələri
insanlara əmək bazarında, siyasi proseslərdə və sosial şəbəkələrdə uğurla işti-
rak etməyə imkan verir. Vurğulanmışdır ki, fundamental insan hüququ kimi
savad özlüyündə məqsəd deyil, fərdi və ictimai həyatda fəal iştirak, sosial
həyata müdaxilə, iqtisadi və humanitar inkişaf üçün, o cümlədən özünəinam
və qərarlar qəbulu üçün bir vasitədir.
Bildirilmişdir ki, Avropada 80 milyon aşağı təhsilli fəhlə var və onların sayı
ümumi işçi qüvvəsinin üçdə birini təşkil edir. Hesablamalar göstərir ki, 2010
cu ilədək ibtidai təhsili olanlar yeni yaradılacaq iş yerlərinin yalnız 15 faizində
çalışa biləcəklər. İş yerlərinin 50 faizi isə yüksək ixtisaslı işçilər tələb edəcək-
dir. Bu vəziyyət Aİ ölkələrində insanların xeyli hissəsinin hüquqlarının pozul-
masına yol açır. Müasir əmək bazarı savadlılığı aşağı olan insanlara çox məh-
dud miqdarda iş yeri təklif edir. Hər bir kəsin baza vərdişlərinə yiyələnməsinin
57
həqiqətən mümkünlüyünü təmin etmək Təhsil Şurasının 2010cu ilədək təhsil
və təlim iş proqramının ən əsas məsələlərindəndir. Avropada böyüklərə baza
vərdişlərini yüksəltmək və təsdiqləmək imkanını təmin etmək məsələsi də
Avropa Komissiyasının böyüklərin təhsili üzrə Fəaliyyət planının mövzula-
rından biridir.
Həmin gün UNESCOnun baş direktorunun müavini Nikolas Börnetin sədr-
liyi ilə “Savad səviyyələrinin və təməl bacarıqların müəyyən edilməsi və dəyər-
ləndirilməsi” mövzusunda ikinci “dəyirmi masa” keçirilmişdir.
N.Börnet vurğulamışdır ki, savadın qiymətləndirilməsi üzrə müasir me
yarlar diqqəti yalnız məktəb və savad proqramlarında iştirak edənlərin qeydiy
yatını aparmağa deyil, vərdişlərin müxtəlif səviyyə və növlərinin, bacarıq
ların gündəlik həyatda tətbiqinin qiymətləndirilməsinə yönəldir. Bu cür vərdiş
insanın sadəcə oxuyubyazmaq üçün zəruri bacarıq və vərdişlərə malik
olubolmamasını müəyyənləşdirməkdən müasir elmi cəmiyyətlərdə düzgün
istiqamətlənmək bacarığının öyrənilməsinə doğru yönəlir. Deməli, savadın
qiymətləndirilməsində yalnız savadlısavadsız mövqeyindən çıxış etmək ki
fayət etmir, digər məqamlar da nəzərə alınmalıdır. Savad səviyyəsinin qiy-
mətləndirilməsi həm də müxtəlif əhali qruplarının təhsilə ehtiyacları barədə
informasiyanın əldə olunmasını təmin etməlidir.
“Dəyirmi masa” da Kanada Statistika İdarəsinin təmsilçisi İvan Klermont,
Latviyadan Andres Kanqro, Fransadan Jan Pyer Janto, Rusiyadan Marina Kuz-
netsova, Polşadan İreneuş Bialetski mövzu ilə bağlı təqdimatlarla çıxış etmiş,
savadın ölçülməsi məsələsinin işlənib hazırlanması və istifadəsi haqqında təc-
rübələrdən danışmışlar. Subregionlarda həyata keçirilmiş qiymətləndirmənin
nəticələrindən nümunələr gətirilmiş, siyasətin və fəaliyyətin çərçivəsinin müəy
yənləşdirilməsində savad proqramlarından necə istifadə edilməsi, hansı əlavə
məlumatların tələb olunması məsələlərinə toxunulmuşdur. Avropa regionunda
savadın qiymətləndirilməsi üzrə məlumatların yaradılması və istifadəsi üzrə
gələcək beynəlxalq və yerli planlar da müzakirə edilmişdir.
Mayın 16da konfrans başa çatmışdır. Günün birinci yarısında konfrans
“Pedaqoji yanaşmalar: keyfiyyətli təməl təliminin inkişaf etdirilməsi” mövzu-
sunda “dəyirmi masa” ilə davam etmişdir. Müzakirələri açan UNESCOnun
Moskva ofisinin direktoru Mark Riçmond demişdir ki, keyfiyyətli ibtidai təhsili
təmin etmək üçün ilkin şərt savad, böyüklərin ibtidai təhsili və peşəkar təlim
proqramları vasitəsilə yaxşı hazırlıq keçmiş mütəxəssislərdir. Lakin bir çox hal-
larda təlim qısa və səthi aparılır. Digər vacib məsələ dərs proqramıdır. Keyfiy-
yətli dərs proqramlarının tərtibi üçün, ilk növbədə, öyrəncilərin tələblərini təh-
lil etmək lazımdır.
İngiltərədən Con Vorhauz “Böyüklərin savad pedaqogikasına dair tədqiqat:
böyüklərin yazma, oxuma və hesab öyrənməsi üçün milli tədqiqat və hazırlıq
58
mərkəzi” mövzusunda çıxışında demişdir ki, tədrisin keyfiyyəti və pedaqoji
təcrübədən səmərəli istifadə savadsızlığın aradan qaldırılmasında əsas amil-
lər kimi nəzərə alınmalıdır. O bildirmişdir ki, 2001ci ildə ingilis dilini ikinci
dil kimi öyrənənlər arasında aparılan araşdırmalar göstərmişdir ki, bu sahədə
qısa vaxt ərzində nailiyyət qazanılması üçün tədrisin metodikasında müasir ele-
mentlər öz əksini tapmalıdır.
Hamburqdakı (Almaniya) Böyüklərin Təhsili İnstitutunun direktoru
Nüsl fon Ekkexard, Polşadan Eva Prjibilska çıxışlarında savadsızlığın
aradan qaldırılması, insanların, o cümlədən miqrantların cəmiyyətə daha
sürətlə inteqrasiya olunması üçün müxtəlif layihələr həyata keçirilməsinin
əhəmiyyətindən danışmışlar.
2008ci il iyunun 10da Bakıdakı “Gülüstan” sarayında “Mədəniyyətləra-
rası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda ikigünlük bey-
nəlxalq forum işə başlamışdır.
Heydər Əliyev Fondunun təşəbbüsü, UNESCOnun və İSESCOnun dəs
təyi ilə keçirilən forumda dünyanın müxtəlif ölkələrindən 300dən çox nü ma
yəndə, o cümlədən bir neçə ölkənin birinci xanımları, İSESCOnun baş di rek-
toru, UNESCOnun xoşməramlı səfirləri iştirak etmişdirlər.
Qonaqları Bakıda salamlamaqdan məmnunluğunu bildirən Mehriban xanım
Əliyeva dedi ki, bu forum Heydər Əliyev Fondunun, UNESCOnun və İSES-
COnun birgə səyləri ilə həyata keçirilir. Mən həmin təşkilatlara və onların rəh-
bərliyinə – UNESCOnun baş direktoru cənab Koiçiro Matsuuraya və İSES-
COnun baş direktoru cənab Əbdüləziz bin Osman ƏlTüveycriyə öz dərin
minnətdarlığımı bildirmək istəyirəm.
Mehriban xanım Əliyeva bildirdi ki, son 15 ildə alimlər və yazıçılar, din
xadimləri və siyasətçilər çox sadə səslənən bir suala cavab axtarırlar: Dialoq,
yoxsa qarşıdurma? Bu problem bir çox beynəlxalq forumların və konfransların
əsas mövzusu olubdur. Zənnimcə, hər bir belə toplantı özlüyündə dialoq olaraq
müxtəlif ölkələrin və mədəniyyətlərin təmsilçilərini bir araya gətirməklə böyük
əhəmiyyət kəsb edir. Belə görüşlər ən azı insanların birbirini daha dərindən
tanımasına, fikir və təcrübə mübadiləsinin aparılmasına xidmət edir.
Bu gün biz mədəniyyətlər və sivilizasiyalararası dialoq probleminə qadın-
ların gözü ilə baxmalıyıq, qadın mövqeyini qabartmalıyıq. Qadın olan yerdə
həmişə səmimiyyət var, sevgi var, məhəbbət var. Qadın olan yerdə düşmənçi-
liyə, qarşıdurmaya, nifrətə yer yoxdur. Zənnimcə, qadınlar əzəldən bəri dialoq
tərəfdarıdırlar. Məhz ona görə də qadın potensialı dialoqun möhkəmlənməsində
böyük rol oynaya bilər. Mən ümidvaram ki, konfransımız səmərəli keçəcək, iki
gün ərzində müxtəlif fikir və təkliflər səslənəcək və konfransımızın nəticələri
mədəniyyətlərarası dialoqun möhkəmlənməsinə layiqli töhfəsini verəcəkdir.
59
İSESCOnun baş direktoru Əbdüləziz Bin Osman ƏlTüveycri çıxış edərək
Heydər Əliyev Fondunun Prezidenti, UNESCOnun və İSESCOnun xoşmə-
ramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanı, forumun işti-
rakçılarını salamlamış və mədəniyyətlərarası dialoqa dair tədbirlərin keçirilmə
sinə göstərdiyi yüksək dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə
min nətdarlığını bildirmişdir.
Qadınlar mədəniyyətlərin dialoqunun inkişaf etdirilməsində çox mühüm rol
oynayırlar. Onlar gənc nəslin tərbiyəçisidirlər, cəmiyyəti quran ailənin özəyi-
dirlər. Onlar gənc nəslə ideal dəyərlər və ali prinsiplər aşılayırlar.
Mədəniyyətlər və sivilizasiyalararası dialoqun hamının işi olduğunu bildi
rən Əbdüləziz bin Osman ƏlTüveycri diqqətə çatdırdı ki, bu sahədə qadınların
rolu danılmazdır. Bunun üçün qadınlar ilk növbədə savadlı olmalı, mükəmməl
təhsil almalıdırlar. Lakin bu o demək deyildir ki, qadınların fəaliyyəti ev işləri
və ya təhsillə məhdudlaşır. Əlbəttə, qadınlar fəaliyyət üçün daha çox im kana
malikdirlər. Təhsil dedikdə, biz mədəniyyətlərin dialoqundakı dəyərlərə əsasla-
nan təhsili nəzərdə tuturuq.
Bu forumda yaradılan imkandan istifadə edərək hamını mədəniyyətlərin
dialoqunda və millətlər arasında anlaşmanın inkişaf etdirilməsi istiqamə-
tində birlikdə çalışmağa, bununla da sülhün və insanların dinc yanaşı yaşa-
masının düşmənlərinin irqi, dini və mədəni ayrıseçkiliyə çağırışlarının qar-
şısını birlikdə almağa çağırıram.
Forumda UNESCOnun baş direktoru Koiçiro Matsuuranın videomüraciəti
nümayiş olundu. Koiçiro Matsuura əvvəlcə forumun yüksək səviyyədə təşki-
linə görə Azərbaycan dövlətinə, xüsusilə də Azərbaycanın birinci xanımı Meh-
riban Əliyevaya öz minnətdarlığını bildirdi və qeyd etdi ki, bu forumun keçi-
rilməsi gender bərabərliyinin inkişafına təkan verəcəkdir. Gender bərabərliyi
UNESCOnun 20082010cu illər üçün qlobal prioritetidir. Ümid edirəm ki,
bizim təş kilatımız gələcəkdə bu istiqamətdə yeni mexanizmin yaradılmasında
mühüm rol oynayacaqdır.
Türkiyə Baş nazirinin xanımı Əminə Ərdoğan çıxışında bu cür mötəbər
tədbirin keçirilməsinə göstərdiyi dəstəyə görə Heydər Əliyev Fondunun Prezi-
denti, UNESCOnun və İSESCOnun xoşməramlı səfiri, Milli Məclisin depu-
tatı Mehriban xanım Əliyevaya, UNESCOya və İSESCOya, Azərbaycan döv-
lətinə xüsusi minnətdarlığını bildirdi. Ə.Ərdoğan bildirdi ki, hazırda dünyada
baş verən proseslərdə qadınların rolu artır. Cəmiyyətin təkanverici qüvvəsi olan
qadınların rolunun daha da artması üçün səyləri birləşdirməliyik.
ABŞın Texas ştatının birinci xanımı Anita Perri beynəlxalq Bakı forumu-
nun təhlükəsizliyin artırılması, qadınlara qarşı diskriminasiya ənənələrinə son
qoyulması istiqamətində mühüm addım olduğunu söyləmişdir.
60
Forumda çıxış edən ABŞın Con Hopkins Universitetinin professoru Fren-
sis Fukuyama ilk dəfə Bakıda 20 il öncə olduğunu söylədi, budəfəki gəlişində
böyük dəyişikliklərin şahidi olduğunu qeyd etdi.
Qlobal tendensiyaların inkişaf etdiyi cəmiyyətdə qadınların rolunun artdı-
ğını vurğulayan professor, müxtəlif ölkələrdə qadınlara yanaşmada fərqlərin
mövcudluğunu diqqətə çatdırmışdır.
Yaponiyanın Şizuoka Prefektura Universitetinin professoru Yoko Hirosi
müasir dünyadakı problemlərdən danışmış, onların həllində qadınların rolunu
qeyd etmişdir.
Rusiya Elmlər Akademiyası Sosiologiya İnstitutunun ailə və gender məsə
lələri şöbəsinin müdiri Tatyana Qurko demişdir ki, Azərbaycanın birinci xanımı
Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən beynəlxalq forum həm bu, həm də
digər problemlərin həllində mühüm rol oynayacaq, qadınların rolunun artma-
sına təkan verəcəkdir.
Böyük Britaniyada nəşr olunan “Şərq Maqazin” jurnalının baş redaktoru
Rim Məğribi isə bildirmişdir ki, qadınlar hər zaman mədəniyyətlərarası dia-
loqda mühüm rol oynamışlar, lakin tarixən formalaşmış stereotiplər əsasında
hərəkət qadınların ailədə davranışına mənfi təsir göstərir. Bu cür tədbirlər mənfi
baxışları dəyişdirəcəkdir.
Amsterdam Universitetinin Avropa tədqiqatları üzrə professoru Kornelia
Verteg sosial həyatda qadınların və kişilərin arasındakı qeyribərabərlikdən da
nışmış, bu sahədəki Avropa təcrübəsindən bəhs etmişdir.
Belçika Senatının üzvü xanım AnnaMari Lizinin sədrliyi ilə keçirilən dör-
düncü sessiyada “Şərq və Qərb: Biz birbirimizi necə görürük” mövzusunda
müzakirələr olmuşdur.
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru xanım
İrina Kudryaşova təhsil sahəsində çalışan qadınların problemlərinə toxuna-
raq demişdir ki, siyasi dözümsüzlük, münaqişələr elmə və təhsilə mənfi təsir
göstərir. Bunun qarşısını almaq üçün İslam dəyərlərinin sosial həyata göstərdiyi
təsir Avropa gənclərinə daha geniş şəkildə öyrədilməlidir. İslam dəyərləri bütün
cəmiyyətlərin inkişafının təməlini təşkil edə bilər.
İrlandiyanın Dublin Triniti Kollecinin professoru Roland Hil çıxışında
demişdir ki, mədəniyyətləri öyrənmək, tədqiq və təbliğ etmək sivilizasiyalara-
rası toqquşmanın qarşını almağa kömək edə bilər. Bunun üçün digər xalqların
milli ənənələrinin, ədəbiyyatının, maddi mədəniyyət nümunələrinin öyrənil-
məsi çox vacibdir. Ümid edirik ki, bu forum sivilizasiyalararası dialoqu daha
da inkişaf etdirəcəkdir.
ABŞın Corctaun Universitetinin Avrasiya, Rusiya və Şərqi Avropa Təd
qiqatları Mərkəzinin direktoru xanım Ancela Stent Bakıda ikinci dəfə olduğunu
bildirmiş, ötən müddət ərzində baş vermiş dəyişiklikləri, sürətli inkişafı yük-
61
sək qiymətləndirmişdir. O, qadınların sülhə necə nail olunması istiqamətindəki
fəaliy yətinə dair tədqiqatlar aparıldığını qeyd etmiş və qadınların müxtəlif döv-
lət vəzifələrində çalışmalarının mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir.
Almaniyalı qrafinya Anna Beatriça Şlik demişdir ki, bu forum beynəlxalq
aləmdə Azərbaycanın imicinin daha da yüksəlməsinə təsir göstərəcəkdir. Meh-
riban xanım Əliyeva Azərbaycan mədəniyyətinin inkişafına xüsusi diqqət və
qayğı göstərir və biz hamımız onunla qürur duyuruq.
Beynəlxalq forumun yekun sənədi – Bakı Bəyannaməsi qəbul olunmuşdur.
Bəyannamədə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın qadınların
sivilizasiyalararası dialoqa töhfəsinə həsr olunan forumu keçirmək təşəbbüsü
alqışlanır. Bildirilir ki, Bakı forumu İnsan Hüquqları üzrə Dünya Bəyannamə-
sinin 60cı ildönümünə təsadüf edir. Bu da insan hüquqları, mədəniyyət müxtə-
lifliyi, mədəniyyətlərarası dialoq və gender bərabərliyi arasında əlaqə yaratmaq
haqda düşünməyə imkan verir. Bəyannamədə dünya dövlətləri münaqişələrin
həllində və sülhməramlı proseslərdə qərarların qəbulunda qadınların iştirakının
artırılmasına çağırılır.
İslam Konfransı Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu çıxışında bil-
dirmişdi ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti,
UNESCOnun və İSESCOnun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəb-
büsü ilə “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi”
mövzusunda keçirilən bu forum qloballaşan dünyada sivilizasiyalararası dia-
loqa təkan verəcəkdir.
Sonda Ekmələddin İhsanoğlu Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyevaya “İKTnin humanitar məsələlər
üzrə xüsusi elçisi” statusuna dair diplomu təqdim etmişdir.
2009cu il martın 18də AMEAnın Milli Azərbaycan Tarixi Muzeyində
“Muğam aləmi” Beynəlxalq festivalı çərçivəsində beynəlxalq elmi simpoziu-
mun açılışı olmuşdur.
Beynəlxalq festivalın prezidenti, Azərbaycanın birinci xanımı, Heydər
Əliyev Fondunun prezidenti, UNESCOnun və İSESCOnun xoşməramlı səfiri
Mehriban Əliyeva simpoziumu açaraq demişdir: “UNESCOnu təmsil edən, o
cümlədən Beynəlxalq Musiqi Şurasının muğam bölməsində fəaliyyət göstərən
qonaqlarımızı xüsusi salamlayıram. Muğamın təhlili, təbliği ilə məşğul olan
məşhur alimləri, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşlarını, muğam
ustadlarımızı, bütün muğamsevərləri bu gün bu möhtəşəm tədbirdə görməyə
çox şadam. Ümidvaram ki, muğamla bağlı möhtəşəm tədbirin keçirilməsi
muğam sənətinin tarixində yeni bir mərhələnin başlanğıcına çevriləcəkdir. Eyni
zamanda muğam sənətinə həsr olunmuş və belə yüksək səviyyədə keçirilən
beynəlxalq simpozium muğamın təkcə Azərbaycanın mədəniyyəti və elmi üçün
yox, bütün dünya musiqi ictimaiyyəti üçün nə qədər dəyərli, nə qədər maraqlı
62
olduğunun göstəricisidir. Biz azərbaycanlılar hamımız, haqlı olaraq, öz doğma
muğamlarımızla fəxr edirik. Hər bir azərbaycanlı üçün muğam xüsusi əhəmiy-
yət daşıyır. Qərblə Şərq arasında, Böyük İpək yolu üstündə yerləşən Azərbay-
can sivilizasiyaların qovuşduğu bir məkanda əsrlər boyu öz mədəniyyətini for-
malaşdırmışdır. Bəzi dövrlərdə biz müxtəlif imperiyaların daxilində yaşasaq da,
dinimiz, milli dəyərlərimiz, dilimiz, mədəniyyətimiz bizi bir xalq kimi, millət
kimi qoruyub saxlamışdır.
Azərbaycanın zəngin mədəniyyətinin və tarixinin ən gözəl incilərindən
biri olan muğam, muğam sənəti bizim milli sərvətimizdir. Muğam Azərbaycan
xalqına xas olan ən gözəl xüsusiyyətlərin daşıyıcısıdır. Torpağa, köklərə bağlı-
lıq, vətənpərvərlik, milli ləyaqət hissi, qonaqpərvərlik, xeyirxahlıq, mərhəmət,
emosional zənginlik – bütün bu hisslər muğam fəlsəfəsinin əsasındadır. Odur
ki, desəm, muğam gözəlliyin və məhəbbətin rəmzidir – səhv etmərəm. Bildiyi-
niz kimi, 2003cü ildə UNESCO tərəfindən Azərbaycan muğamı bəşəriyyətin
qeyrimaddi irsinin inciləri siyahısına salınıbdır. Bizim üçün muğam sənətinin
tarixinin hər bir səhifəsi, hər bir anı çox əzizdir, çox doğmadır. Əsrlər boyu for-
malaşan bu sənət XX əsrin əvvəllərində xalq şənliklərindən, toylardan, bay-
ramlardan ayrılmayaraq, konsert salonlarında səslənməyə başladı. Həmin döv-
rdə mərhum Üzeyir Hacıbəyli ənənəvi muğamla müasir Azərbaycan musiqisi
arasında körpü yaratdı. Məhz muğamın dərin bilicisi olan bu dahi bəstəkar
Şərqin ilk operası olan və keçən il təntənəli şəkildə UNESCO çərçivəsində 100
illiyi qeyd olunan “Leyli və Məcnun” operasını yaratdı. Bununla da, muğam
opera teatrı səhnəsinə qədəm qoydu. Eyni zamanda Üzeyir Hacıbəyli Azər-
baycan xalq musiqisinin əsaslarına həsr olunmuş nadir bir əsər yazdı və bu da
muğamın qarşısında yeni imkanlar açdı. Muğam prinsiplərinin əsasında musiqi
bəstələmək qaydaları aşkar olundu və bununla da muğamın zəngin xəzinəsi
Azərbaycan bəstəkarlarının ilham mənbəyinə çevrildi. Bütövlükdə, demək olar
ki, muğam Azərbaycanın musiqi mədəniyyətinin bütün janrlarına təsir göstərdi.
Bütün bunlar Fikrət Əmirovun, Niyazinin simfonik muğamlarına, Qara Qara-
yevin simfonizminə yol açdı və biz XX əsrdə bu uğurları müşahidə etdik.
Bu gün biz tarixə nəzər salsaq görərik ki, Azərbaycanın musiqi mədə-
niyyətində elə bir janr yoxdur ki, orada muğamın təsirini görməyək. Balet,
opera, estrada janrı, mahnı janrı, caz – hamısında biz muğamla sintezi, muğa-
mın təsirini hiss edə bilirik.
Eyni zamanda, muğam özlüyündə yalnız tarixdə yaşayan bir sənət deyil,
muğam özü də inkişaf edir, zənginləşir. Son illər ölkəmizdə muğamın inkişa-
fına, təbliğinə, genişlənməsinə, yayılmasına və qorunmasına dair bir çox işlər
həyata keçirilibdir. Mən bu gün çox böyük fəxr hissi ilə demək istəyirəm ki,
həm Heydər Əliyev Fondu, həm Azərbaycan Mədəniyyətinin Dostları Fondu
bu sahədə öz layiqli töhfəsini vermişdir. Bildiyiniz kimi, son illər biz bir sıra
63
irimiqyaslı layihələr həyata keçirmişik: muğam müsabiqələri, “Qarabağ xanən-
dələri” musiqi albomunun buraxılması, “Muğam” jurnalının nəşri və sair. Bu
sırada “Muğam ensiklopediyası”nın nəşri xüsusi yer tutur. Mən inanıram ki,
Azərbaycan muğamına həsr olunmuş bu nəşrin gələcək buraxılışı daha da zən-
gin, daha da maraqlı olacaqdır”.
Simpoziumun açılış mərasimində çıxış edən UNESCOnun nümayəndəsi,
Paris Milli Elmi Araşdırmalar Mərkəzinin professoru Jan Dürinq Bakıda belə
bir beynəlxalq festivalın keçirilməsini yüksək qiymətləndirmişdir. O demiş-
dir ki, Fransa muğamla ilk tanışlıqdan bu musiqiyə valeh olmuşdur. Ənənəvi
Musiqi üzrə Beynəlxalq Şuranın vitseprezidenti Vim Van Zanten muğamın
incəliklərindən, bu sahədə aparılan tədqiqatlardan danışmışdır. Qonaq demişdir
ki, musiqi festivalının və simpoziumun keçirilməsinin səbəbi odur ki, Azərbay-
canın ən böyük dəyərlərindən biri olan muğam bəşəriyyətin qeyrimaddi irsinin
inciləri siyahısına düşmüşdür. İnanırıq ki, Azərbaycan musiqisi, mədəniyyəti
bundan sonra digər xalqlar tərəfindən daha da yaxından öyrənilərək seviləcəkdir.
AMEAnın prezidenti, akademik Mahmud Kərimov vurğulamışdır ki,
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın muğamın təbliği
sahəsində başladığı işlər bəşəri mədəniyyət proqramına çevrilmişdir.
Sonra simpoziumun geniş iclası olmuşdur. İclasda Azərbaycan, Almaniya,
Çin, Özbəkistan, Kanada və Tacikistandan olan tanınmış alimlərin muğamla
bağlı müxtəlif mövzularda məruzələri dinlənilmişdir.
2009cu il oktyabr ayının 22də Bakıda, “Gülüstan” sarayında Azərbaycanda
Uşaq ilinə və BMTnin Uşaq Hüquqları haqqında Konvensiyasının 20 illiyinə həsr
olunmuş “Azərbaycanda uşaqların müdafiəsi islahatı” üzrə milli konfrans keçiril-
mişdir. Azərbaycan hökuməti, Heydər Əliyev Fondu və BMTnin Uşaq Fondunun
(UNİCEF) və “Azercell” şirkətinin təşkilatçılığı ilə keçirilən konfransda Azərbay-
canın birinci xanımı Mehriban Əliyeva iştirak etmişdir.
Dövlət qurumlarının, beynəlxalq təşkilatların, Milli Məclisin deputatlarının
qatıldığı konfransı Baş nazirin müavini Elçin Əfəndiyev açaraq bildirmişdir ki,
son illər ərzində ölkənin iqtisadisosial vəziyyətində böyük və əsaslı dəyişik-
liklər baş vermişdir. Azərbaycan dayanıqlı iqtisadi inkişafa qədəm qoymuş və
bununla da insanların layiqli həyatı üçün münbit zəmin yaradılmışdır. Bütün
bunlar ilk növbədə ölkədə uşaq hüquqlarının həyata keçirilməsi, xüsusən də
uşaqların müdafiəsi sahəsində konkret addımların və ümumilikdə uşaqların və
ziyyətinin yaxşılaşdırılmasına zəmin yaratmışdır.
Ötən dövrdə uşaqların müdafiəsi mexanizminin müəyyən edilməsi və yeni
alternativ qayğı formalarının yaradılması sahəsində yaxşı irəliləyişlər əldə
edilmişdir. Bu baxımdan Azərbaycan Prezidentinin 2006cı il 29 mart tarixli
Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında dövlət uşaq müəs-
sisələrindən uşaqların ailələrə verilməsi (deinstitusionalizasiya) və alternativ
64
qayğı Dövlət Proqramı”nın (20062015ci illər) qəbul edilməsi böyük əhəmiy-
yətə malikdir. Bu proqramdan irəli gələn vəzifələrin icrası istiqamətində atılan
mühüm addımlar xüsusi yer tutur. Prosesin uğurla həyata keçirilməsinə Azər-
baycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCOnun
və İSESCOnun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva
hərtərəfli dəstək verir.
Elçin Əfəndiyev diqqətə çatdırmışdır ki, ikigünlük milli konfrans zamanı
Azərbaycanda uşaqların müdafiəsi sistemində islahatlara cavabdeh olan əsas
dövlət qurumlarının Təhsil Nazirliyinin, Əmək və Əhalinin Sosial Müda-
fiəsi Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin,
digər qurumların, o cümlədən İnsan Hüquqları üzrə Müvəkkilin, UNİCEFin
regional ofisinin, beynəlxalq və yerli qeyrihökumət təşkilatlarının, ekspert-
lərin məruzələri dinləniləcəkdir. Bundan başqa, uşaqların müdafiəsi sistemi
sahəsində mühüm mövzuların işçi qruplarda müzakirə olunması və konfrans
bəyannaməsinin qəbul edilməsi nəzərdə tutulmuşdur.
UNİCEFin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard uşaq
problemlərinin həlli üçün ölkədə fəaliyyət göstərən bütün əlaqədar qurumla-
rın səylərinin birləşdirilməsinin vacibliyini vurğulamışdır. O, Azərbaycanda
uşaq məsələləri ilə bağlı inkişafın müşahidə olunduğunu, bunun qanunverici-
likdə əksini tapdığını qeyd etmişdir. Bildirmişdir ki, bir sıra vətəndaş cəmiyyəti
təşkilatları və beynəlxalq təşkilatlar aztəminatlı qruplardan olan uşaqları yeni
alternativ qayğı xidmətləri ilə təmin edir. Bu xidmətlər Azərbaycanın müxtəlif
yerlərində ehtiyac içərisində yaşayan uşaqları həyati əhəmiyyət kəsb edən yar-
dım ilə təmin etməklə yanaşı, ölkədə alternativ qayğı sistemlərinin daha geniş
miqyasda inkişaf etdirilməsinə töhfələr verir.
UNİCEFin Heydər Əliyev Fondu və Azərbaycan hökuməti ilə sıx fəaliyyət
göstərdiyini söyləyən BMTnin Uşaq Fondunun Azərbaycandakı nümayəndəsi
alternativ qayğı sistemləri barədə ətraflı məlumat vermişdir.
Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Res-
publikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (deins-
titusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı”nın (20062015ci illər)
əhəmiyyətini xüsusi vurğulayan UNİCEFin nümayəndəsi bildirmişdir ki, prob-
lemin həlli istiqamətində dövlət, qeyrihökumət və vətəndaş cəmiyyəti qurum-
larının birgə fəaliyyəti təmin olunmalıdır. Burada dövlətin əsas funksiyası ha zır-
lanacaq layihələrə dəstəyin təmin edilməsindən ibarətdir.
Konfransın qarşısında duran vəzifələrə toxunan Mark Herevard müzakirələr
nəticəsində uşaqların hüquqlarının müdafiəsinin təşkili ilə bağlı strategiyanın
müəyyən olunmasının vacibliyini qeyd etmişdir.
BMTnin Uşaq Fondunun Azərbaycandakı nümayəndəsi Mark Herevard
Azər baycanda uşaqların müdafiəsi sahəsindəki nəcib fəaliyyətinə görə Mehriban
65
xanım Əliyevaya UNİCEFin xüsusi mükafatını təqdim edərək demişdir: “Hör-
mətli Mehriban xanım, mən çox böyük şərəf hissi ilə konfrans iştirakçılarının
təklifi ilə çox kiçik bir çıxış edəcəyəm. İcazə verin, Sizə uğurlu fəaliyyətinizə
görə təşəkkürlərimizi bildirim, uşaqların müdafiəsi sahəsində işinizi davam
etdirməyinizi arzulayım. Sizə bir daha təşəkkürlərimizi bildirəm”.
2010cu il mayın 24də Bakının “Gülüstan” sarayında Avropa Şurasının
qadınlar və kişilər arasında bərabərlik məsələlərinə məsul nazirlərinin “Gender
bərabərliyi: deyure və defakto gender bərabərliyinin təmin olunması” mövzu-
sunda VII konfrans keçirilmişdir.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNES-
COnun və İSESCOnun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban
Əliyeva açılış mərasimində çıxış etmişdir.
Konfransda çıxış edən Avropa Şurasının baş katibinin müavini xanım Mod
de Bur Bukikkio vurğulamışdır ki, real həyatda ən çox kişilər rəhbər vəzifələri
tuturlar. Qadınlar isə ikinci dərəcəli rol oynayırlar. Çox hallarda qadınlar əhali-
nin zəif kateqoriyası kimi qiymətləndirilirlər.
Qadınlar və kişilər arasında bərabərliyin əslində insan hüquqlarının və de
mokratiyanın ən vacib şərtlərindən biri olduğunu diqqətə çatdıran Avropa Şurası-
nın baş katibinin müavini bildirmişdir ki, gender bərabərliyi qadın və kişilər ara-
sında imkanların bütün sahələrdə bərabər tətbiq olunmasından ibarətdir.
Son illər ən böyük bərabərsizliklərin aradan qaldırıldığını deyən Avropa
Şurasının rəsmisi bildirmişdir ki, qadınlar çox vaxt öz hüquqlarından lazımi
səviyyədə istifadə edə bilmirlər. Bir sıra bərabərsizliklər əlbəttə ki, qadınla-
rın insan hüquqlarının müdafiə olunmasında öz əlamətlərini göstərir. Bəzən
qadınlar müxtəlif proseslərdə qurbana çevrilirlər. Onlar həm ictimai, həm də
siyasi proseslərdə işsizlik və ya digər çətinliklərlə üzləşirlər. Onlara kişilərlə
müqayisədə eyni dəyərli iş üçün daha az məvacib ödənilir. Məhz buna görə
də Avropa Şurası bu məsələləri təhlil etməklə bərabərliyi təmin etmək üçün
bir sıra tədbirlər görür. Qadın və kişi arasında gender bərabərliyini təmin
etmək üçün layihələrin həyata keçirilməsi çox vacibdir. Bu, strategiyanın
əsasını təşkil edir.
Mod de Bur Bukikkio vurğulamışdır ki, qadınlara və kişilərə fərqli müna-
sibət bəsləyərkən biz, həmçinin genderlə bağlı struktur stereotiplərin aradan
qaldırılmasına nail olacağıq. Konkret tədbirlər görülməlidir ki, həm təhsildə,
həm KİVlərdə bu cür dəyişikliklərin həyata keçirilməsi, gender bərabərliyinin
təmin edilməsi mümkün olsun.
Gender stereotiplərinə qarşı mübarizədə təhsilin rolundan danışan Avropa
Şurasının baş katibinin müavini vurğulamışdır ki, cəmiyyətin hər bir üzvü
bərabər təhsil imkanları, peşəkar fəaliyyət və həyat tərzi ilə təmin olunmalıdır.
66
Bakıda keçirilən konfransda iştirak etməkdən məmnun olduğunu bildirən
BMT baş katibinin müavini xanım Aşa Rouz Migiro belə bir aktual mövzu-
nun müzakirəsi üçün yaradılmış şəraitə və qonaqpərvərliyə görə Azərbaycan
hökumətinə minnətdarlıq etmişdir.
Bakının həm qədim, həm də müasir şəhər olduğunu qeyd edən BMT baş
katibinin müavini demişdir ki, Azərbaycan çox müsbət və çox perspektivli
gələcəyi olan bir ölkədir. Bu, ölkənin bütün vətəndaşları üçün böyük imkanlar
yaradacaqdır.
Qadınların həyatda, cəmiyyətdə çox vacib roluna toxunan xanım Aşa Rouz
Migiro təmsil etdiyi təşkilatın gender bərabərliyi istiqamətindəki fəaliyyətin-
dən söz açaraq demişdir ki, BMT bu prosesin həyata keçirilməsi üçün bir sıra
layihələr icra edir.
Qadınların sülhün və inkişafın təmin olunmasında oynadığı rolu qeyd edən
BMT baş katibinin müavini demişdir ki, bu konfrans problemləri müzakirə
etmək və onların həlli yollarını axtarmaq baxımından bizə geniş imkan yarat-
mışdır. Bəzi ölkələr ayrıseçkilik yaradan qaydaları və qanunları dəyişmişdir.
Biz bunu müsbət əlamət kimi qiymətləndiririk.
Xanım Aşa Rouz Migiro bir sıra ölkələrdə təhsil sahəsində aparılan müs-
bət dəyişikliklərin qadınların imkanlarını daha da genişləndirdiyini vurğulamış,
ana ölümünün səviyyəsinin aşağı salınmasının vacibliyini söyləmişdir. Bəzi
istiqamətlərdə nailiyyətlər əldə olunsa da, görüləsi işlər hələ çoxdur. Bizim
üçün çox vacib məsələ ondan ibarətdir ki, gender stereotipləri, həmçinin qadın-
lara və qızlara qarşı ayrıseçkilik aradan qaldırılsın. Qərarların qəbul edilməsi
prosesində qadınların iştirakını genişləndirməliyik.
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndəsi Xose
Mendes Bota çıxış edərək Azərbaycanda olmağından böyük şərəf duyduğunu,
konfransın yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Azərbaycan
hökumətinə təşəkkürünü bildirmişdir. O, təmsil etdiyi qurumda gender bərabər-
liyinin təmini sahəsində bir çox işlərin görüldüyünü demişdir.
Xose Mendes Bota qeyd etmişdir ki, bu yaxınlarda AŞPAda qəbul edilən
qərar qadınlarla kişilərin eyni hüquqa malik olması ilə bağlı boşluğu ara-
dan qaldırmağa yönəlmişdir. AŞPAda yaradılmış şəbəkənin isə əsas məqsədi
qadınlara qarşı zorakılıq hallarının aradan qaldırılmasıdır.
Avropa Şurası Konqresinin Yerli və Regional Hakimiyyətlər Konqresinin
sədri Yan Mikkalef bildirmişdir ki, bu konfrans gender bərabərliyi məsələsində
dialoq və qlobal təcrübə mübadiləsinə imkan yaradır. Müasir Avropa cəmiyyə-
tində qadın bütün ictimai sahələrdə, siyasətdə və biznesdə iştirak edir. Lakin bu
müsbət dəyişikliklərə baxmayaraq, hələ də gender bərabərliyi məsələsində boş-
luqlar vardır. Hələ bir sıra tövsiyə və qətnamələr yerinə yetirilməmişdir. Ona
görə də gender bərabərliyi problemləri bir tərəfdən müasir cəmiyyət üçün çox
67
vacib məsələdir, digər tərəfdən isə əldə olunmuş nailiyyətlərin daha da inkişaf
etdirilməsinə ehtiyac vardır. Demokratik ölkədə gender bərabərliyi fundamen-
tal tələbdir. Bunu təmin etmək üçün stereotiplər aradan götürülməlidir.
Avropa Şurasının QHTlər Konfransının nümayəndəsi Karin Nordmeyer
müzakirə olunan mövzu ilə bağlı təmsil etdiyi qurumda görülən işlərdən danış-
mışdır. Qonaq vurğulamışdır ki, dünyada elə bir şərait yaradılmalıdır ki, qadın-
lar öz potensialından tam istifadə edə bilsinlər.
K.Nordmeyerin sözlərinə görə, bir çox ölkələrdə ayrıseçkilik qanunverici
liklə qadağan olunmuşdur. Lakin qəbul edilən qərarların praktikada tam reallaşdı-
rılması üçün birgə səyləri artırmaq vacibdir. Avropa Şurası ictimai həyatın bütün
sahələrində qadın və kişilərin iştirakını balanslaşdırmaq üçün ayrıseçkiliklə müba-
rizə aparmağa çalışır. Bugünkü konfransın əsas məqsədi də deyure və defakto
gender bərabərliyinin təmin olunması məsələlərini müzakirə etməkdir.
Konfrans işini “Defakto gender bərabərliyinə nail olmaq üçün müsbət təd
birlərin həyata keçirilməsi və gender amilinin daxil edilməsi” mövzusunun
müzakirəsi ilə davam etdirmişdir. Çıxış edənlər Avropanın bir hissəsi kimi Azər-
baycanın gender məsələlərinə xüsusi diqqət ayırmasını yüksək qiymətləndirmiş-
lər. Vurğulanmışdır ki, bu gün Azərbaycanda təhsil, məşğulluq və ailə sahəsində
gender bərabərliyi geniş təbliğ edilir.
İrlandiyanın təhsil və elm departamentinin baş inspektoru Maurin Bohan
gender stereotiplərinə qarşı mübarizədə təhsilin böyük rolunu vurğulamışdır.
Bir sıra ölkələrin təcrübəsini misal gətirən M.Bohan bu sahədə təhsilə lazımi
diqqətin ayrılmaması nəticəsində yaranan problemlərdən danışmışdır. Hollan-
diyanı təmsil edən xanım Cok Hermes isə stereotiplərlə mübarizədə medianın
rolu mövzusunda çıxış etmişdir. O, medianın bu məsələyə təsirinin çox güclü
olduğunu söyləyərək mətbuatın həmin sahədə lazımi tədbirlərin həyata ke çi-
rilməsinin vacibliyini qeyd etmişdir. KİVlər ailə və qadın prob lemlərinin həl-
lində də yaxından iştirak edən mühüm vasitələrdir. Televiziya və radio kanal-
larının, mətbuat orqanlarının monitorinqi gös tərir ki, tamaşaçıların, oxucuların
diqqətinə aktual problemlərin həllinə, o cümlədən gender stereotiplərinin ara-
dan qaldırılmasına həsr olunmuş materiallar, reportajlar, verilişlər təqdim edilir.
Bu baxımdan gender stereotiplərinə qarşı mübarizədə medianın rolu danılmazdır.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım
Əliyevanın təşəbbüsü ilə 2010cu il iyunun 29da Bakıda “Qloballaşma şərai-
tində mədəniyyətlərin dialoqu” mövzusunda forum işə başlamışdır.
Çoxsaylı alim və ziyalıların iştirak etdikləri Bakı forumunu açan Azərbay
can Milli Elmlər Akademiyasının prezidenti, akademik Mahmud Kərimov
Rusiyadan gəlmiş qonaqları salamlayaraq, tədbirin ənənəvi xarakter aldığını
söyləmişdir. O, forumun əhəmiyyətini qeyd edərək xatırlatmışdır ki, ulu öndər
Heydər Əliyev müstəqilliyimizin ilk illərindən qloballaşmaya doğru istiqamət
68
götürərək, elmin inkişafına xüsusi diqqətlə yanaşmışdır. Ümummilli Liderin
siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev “Azərbaycan Res-
publikasında 20092015ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nın və
“Azərbaycan Respublikasında 20092015ci illərdə elmin inkişafı üzrə Milli
Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın təsdiq edilməsi
haqqında” Sərəncam imzalamışdır.
Rusiya Elmlər Akademiyası Fəlsəfə İnstitutunun direktoru, akademik Əb
dülsəlim Hüseynov forumun təşkilinə görə ölkəsinin alimləri adından minnət-
darlığını bildirərək, “Qloballaşma şəraitində mədəniyyətlərin dialoqu” möv-
zusu ilə bağlı fikirlərini söyləmişdir. O demişdir ki, biz mədəniyyətlərimizin
rəngarəngliyini dəyərləndiririk və qloballaşma şəraitində onu qoruyub saxla-
mağa çalışmalıyıq. Forum bu məsələləri müzakirə edib, həll yollarını tapmaq
üçün yaxşı fürsətdir.
O, postsovet məkanında Azərbaycan və Rusiya alimləri arasında əlaqələrin
daha açıq şəkildə inkişafından məmnunluğunu bildirmişdir.
M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının rektoru,
professor Nərgiz Paşayeva XXI əsrdə mədəniyyətlərarası dialoq mövzusu-
nun aktuallığını vurğulamışdır. O demişdir ki, XXI əsrdə humanitar, sosial,
əxlaqimədəni və iqtisadi problemlərin həllində ümumi yanaşmalar tələb
olunduğundan belə konfransların keçirilməsi çox aktualdır. Bu cür tədbirlərdə
alimlər bir araya gələrək, cəmiyyətin inkişafına aid məsələlərlə bağlı konkret
qərarlar axtarıb tapa bilərlər.
Professor Nərgiz Paşayeva vurğulamışdır ki, belə konfranslar əməkdaş-
lıq əlaqələrinin daha da möhkəmləndirilməsi üçün çox vacibdir. Çünki dia-
loq yalnız insanların və xalqların biribirinə etimadı olduğu halda mümkün-
dür. İnsanın cəmiyyətdə yeri, dəyəri və fəlsəfənin bu kimi klassik suallarını
cavablan dırmaq hələ də aktualdır. Biz bəşəriyyəti təhsil, zəngin mənəvi
potensial va si
təsilə anlayırıq. Hər bir savadlı insan fəlsəfəyə meyllidir,
özünü və ətrafdakıları dərk etməyə çalışır. Ona görə də biz dünyanın daha
yaxşı olması üçün əlimizdən gələni etməliyik.
Forumda çıxış edən tanınmış rusiyalı alim, professor Yuri Pompeyev təd-
birə dəvət olunduğuna görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirmişdir.
Ölkəmizə bundan əvvəlki səfərlərini xatırladan qonaq Naxçıvanda, Gəncədə
ol duğunu söyləyərək, Azərbaycan alimləri və ziyalıları ilə əlaqələrindən danış-
mışdır. Alim ölkəmizdə milli mədəniyyətimizə və ailəyə olan münasibəti xüsusi
qeyd etmişdir. Bildirmişdir ki, elm insanların birləşməsinə töhfə verməlidir.
Rusiyalı alim demişdir ki, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev
17 il əvvəl Prezident seçilərkən ziyarət etdiyi ilk təşkilat Elmlər Akademiyası
olmuşdur. Bu böyük şəxsiyyət alimləri bir araya gətirdi. Çünki yalnız görkəmli
siyasi xadimlər elmin cəmiyyətdəki mühüm əhəmiyyətini anlayırlar.
69
Rusiya Hökuməti yanında Maliyyə Akademiyası fəlsəfə kafedrasının mü
diri, professor Aleksandr Çumakov RusiyaAzərbaycan münasibətlərini başqa
ölkələrə nümunə kimi dəyərləndirmişdir. Bildirmişdir ki, forum ünsiyyət üçün
çox gözəl imkanlar yaradır. O, qloballaşmanın mədəniyyətə təsirindən danış-
mışdır.
2010cu il noyabrın 22də “Gülüstan” sarayında Heydər Əliyev Fondunun
dəstəyi, Təhsil Nazirliyi, UNESCO, “Mikrosoft” korporasiyası və “İntel” şirkə-
tinin təşkilatçılığı ilə “Təhsil və texnologiya vasitəsilə iqtisadi inkişaf” mövzu-
sunda beynəlxalq konfrans keçirilmişdir.
Konfrans çərçivəsində Azərbaycan Dillər Universiteti, 132134 nömrəli
təhsil kompleksi və Elitar gimnaziyada mövzu ilə bağlı seminarlar da təşkil
edilmişdir.
Macarıstan, Norveç, Böyük Britaniya və digər ölkələrdən olan nümayən-
dələrin iştirak etdiyi konfransın açılışında çıxış edən təhsil naziri Misir Mər-
danov demişdir ki, Prezident İlham Əliyevin, bilavasitə rəhbərliyi ilə Azərbay-
canda təhsil sahəsində informasiyakommunikasiya texnologiyalarının tətbiqi
üzrə geniş tədbirlər həyata keçirilmişdir. Respublikada ümumtəhsil məktəb-
lərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı proqramı
(20052007ci illər) çərçivəsində 3 min 693 məktəbdə iş aparılmışdır. Bu müd-
dətdə məktəblərə 30 mindən çox kompüter verilmiş, 1722 təhsil ocağında kom-
püter sinfi yaradılmışdır. Bakı, Sumqayıt və Gəncədə 7 min 500dən çox mək-
təb müəllimi treninqlərə cəlb olunmuşdur.
“20082012ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin infor-
masiyalaşdırılması üzrə Dövlət Proqramı” isə təhsil sistemində İKT infrastruk-
turunun inkişafı, təhsildə elektron idarəetmə məsələsinin həlli, müəllimlərin
İKT bacarıqlarının artırılması, normativ hüquqi bazanın daha da təkmilləşdiril-
məsi və s. məsələləri özündə ehtiva etmişdir.
Dövlət proqramı çərçivəsində 30 tədris müəssisəsində “elektron məktəb”
pilot layihəsi həyata keçirilməyə başlamışdır. 2010cu ilə qədər 55 min 680
müəllim İKT vərdişlərinə yiyələnmişdir. Proqramın sonunadək bu rəqəmin 114
min nəfərə çatdırılması planlaşdırılmışdır.
UNESCOnun İKT üzrə məsləhətçisi Marius Lukosiunas “Müəllimlərin
savadlılığı üzrə UNESCO proqramı” barədə danışmışdır. O, təşkilat tərəfindən
bütün dünyada İKT üzrə yaradılan 700dən çox mərkəzdə 1 milyondan çox
adamın təlim keçdiyini söyləmişdir.
|