Hamilə qadına aşağıdakı suallarla müraciət edilir:
►
Axırıncı gəlişdən etibarən indiki vaxta qədər uşaqlıq yolundan
qanlı ifrazat qeyd olunubmu?
►
Hamiləliyin 4-cü ayından başlayaraq dölün tərpənməsini hiss
edirsinizmi?
►
Dölün hərəkət aktivliyində hər hansı dəyişiklik qeyd
etmisinizmi?
►
Hər hansı əlavə sualları müzakirə etmək istəyirsinizmi?
►
Doğuş üçün hansı tibb müəssisəsinə müraciət etməyi
planlaşdırırsınız?
►
Doğuş planı müzakirə edilir.
►
Doğuşun başlandığını göstərən əlamətlər və hamilənin doğum
evinə özü ilə nə götürməli olduğu barədə məlumat verilir.
►
Alınan nəticələr və hamilənin ev kartında apardığı qeydlər təhlil
olunur.
►
Səhiyyə sisteminin hansı pilləsinin bu hamiləliyin gedişinə
nəzarət və doğuşun aparılması üçün daha məqsədəuyğun olması
müəyyən olunur.
►
Ailə planlanması barədə məlumat verilir.
Məsləhətvermə zamanı hamilə qadına təklif olunan müayinələr,
onların məqsədəuyğunluğu və bu müayinələrin necə aparılacağı
barədə məlumat verilir.
|