11
söhbət əsnasında dəyərləndirici sözlərdən istifadə etmir və qəti fikir
söyləmir.
U
İlk məsləhətvermə 30-40 dəqiqə müddətində aparılır.
Məsləhətvermə zamanı:
►
Anamnez toplanır
həyat anamnezi. Keçirilmiş xəstəliklərə xüsusi diqqət yetirilir
(hipertenziya, psixi xəstəliklər, onkoloji xəstəliklər, şəkərli diabet,
autoimmun xəstəliklər, irsi xəstəliklər, cərrahi müdaxilələr). Ailə
anamnezi;
ginekoloji anamnez. Menarxe, axırıncı aybaşı vaxtı, əvvəlki
hamiləliklərin, doğuşların sayı, gedişi (preeklampsiya, 3
və ya daha
artıq özbaşına düşük, gec düşük), mamalıq əməliyyatları, doğuş
zamanı və doğuşdan sonrakı dövrdə qanaxma, uşaqlıq yolunun III
dərəcəli cırığı, qıcolma, ölüdoğulma və ya yenidoğulmuşun
doğulduqdan sonra I sutkada ölümü, əvvəlki hamiləliklər, doğuş və
doğuşdan sonrakı dövrdə psixoz, uşaqda anadangəlmə inkişaf
qüsurları, bətndaxili inkişafın ləngiməsi;
zərərli vərdişlərin mövcudluğu və qadının əmək fəaliyyətinin növü
barədə məlumat. Sosial-iqtisadi amillər;
Rubella, HİV, hepatit B, sifilis aşkar etmək məqsədilə
müayinələrin aparılması barədə məlumat
►
Birinci gəliş zamanı qadına hamiləliyin fizioloji gedişi və
hamiləlik dövründə orqanizmdə gedən dəyişikliklər barədə
məlumat verilir. Hamilənin ev kartası və onun doldurulma
qaydaları ilə hamiləni tanış etmək lazımdır.
►
Axırıncı aybaşı tarixinə əsasən doğuşun güman edilən vaxtı təyin
olunur. Əgər sonuncu aybaşının
tarixi məlum deyilsə, hamilə
qadından dölün ilk tərpənməsini nə vaxt hiss etdiyini soruşmaq
və uşaqlıq dibinin hündürlüyünü ölçmək lazımdır (hamiləliyin
16-18-ci həftəsinə qədər USM hestasiya müddətini dəqiqləşdirə
bilər). Hamilə qadına doğuşun güman edilən vaxtının təxmini
olduğu barədə məlumat vermək lazımdır.
►
Növbəti gəlişin vaxtı və hansı hallarda təxirə salmadan tibb
müəssisəsinə müraciət etməyin vacib olduğu barədə məlumat
vermək.
12
Aşağıdakı hallarda təxirə salmadan tibb müəssisəsinə müraciət
etmək lazımdır:
uşaqlıq yolundan qanaxma
qıcolma tutması
görmənin pozğunluğu ilə müşayiət olunan güclü baş ağrıları (D)
yüksək hərarət və ya üşütmə
qarın nahiyəsində intensiv ağrı
epiqastral və ya sağ qabırğaaltı nahiyədə ağrı
təngnəfəslik və ya çətinləşmiş tənəffüs
sidik ifrazının azalması (sutka ərzində 400 ml-dən az)
dölün hərəkət aktivliyinin kəskin dəyişməsi
qəflətən meydana çıxan ödemlər, xüsusilə üz və oma nahiyəsində (D)
►
Risk qrupuna daxil olan hamilələrə fərdi protokol üzrə əlavə
qulluq tələb olunur. Risk qrupuna daxildir:
Dostları ilə paylaş: