C ə d v ə lM l
tlbr
•
M
.
a
'İ
•
1
f f i ;
Əhali, min nəfərlə
1
|
R
a
y
o
n
la
n
n
sa
yı
,
əd
əd
lə
K
ən
d
sovet
lər
i
1
j
Y
a
şa
y
ış
m
əsk
ən
lə
ri
Q
əs
əb
ələ
r
V
il
ay
ət
ta
-
|
''
C
ə
m
i
-a
■
.
<5
ct>
t/>
K
ä
n
d
d
ə
1
"
■ -
.
.
1926-cı
il
(17 X11. si-
4,4
125
8,8
1116,7 ' ■
. 5.
26 •
-
1
yahiyaalınma)
■:;■„ ■
;
i
,
'* ’■
.
•?
20
1939-cü il
(17.01. siya-
hıyaalmma)
4,4
150
15,9
134,1
128
277
1
1945 dekabr
4,4
135,1
11,0
124,1
5
96
250
-
1
1959 15.01
sıyahıya-
alması
4,4
130,4
27,0
103,4
78
242
2
1
Dağlıq Qarabağda yeraltı və yerüstü su ehtiyatları
boldur. Azərbaycanm orta illik su ehtiyatlarınm 18 faizi
burada cəmləşmişdir5. Dağlıq Qarabağm çay şəbəkəsi çox
mürəkkəb dağ relyefi içərisində yerləşərək uzunluğu 10
kilometrdən artıq olän 56 çayı və uzunluğu 10
kilometrdən az olan 77 çayı əhatə edir. Buradakı 133
çaym hamısı kiçik çaylardır və öz sularmı qarışıq
mənbələrdən, xüsusilə yağışlardan alır. Vilayətdəki
çaylarm yataqları sabit olmayan çay qrupuna daxildir.
Çay şəbəkəsinin sıxlığı ayrı-ayrı çay sistemlərində 0,009-
dan 0,58-ə6 qədər dəyişir. Dağlıq Qarabağdakı bütün
çaylar sistemi aşağıdakı su axarlarmın: Incəçay, Tər-
Tərçay, Xaçınçay, Qarqarçay, Kürçay və Köndələnçay
hövzəsinə aiddir. Çaylar hidroloji və su təsərrüfatı
əhəmiyyətinə malikdir. Əsas çayları bunlardır (uzunluğu
kilometrlə): Incəçay (83), Tər-tərçay (200), Levçay (36),
Tutqunçay (33),
Qaraxançay (24), Ağdavançay (19),
Torağayçay (35), Mehmanaçay (25), Qabartıçay (28),
Xaçınçay (119),
Kolatağçay (25),
Qarqarçay (115),
Xəlfəliçay (24),
Ballıcaçay (24),
Bədərəçay
(32),
Xocahçay - (19), Xonaşençay (62), Ağcaqoşunçay (62),
Qäpartu (30), Qozluçay (28), Çərəkənçay (38), İkahçay
(20), Quruçay (62), Keçəlçay (29), Köndələnçay (89)7 və
başqaları. Çaylar arasında əsas fərq səth axımınm əmələ
gəlməsində yeralti suların iştirak edib-etməməsindən
ibarətdir, Tərtər çayınm (uzunluğu 200 km, sutoplayıcı
21
sahəsi 2650 km2, mənbəsinin yüksəkliyi 3120 metr)
hövzəsinin suayrıcısı
olan Murovdağ silsiləsi özünün
yüksəkliyinə görə ərazinin qalan çay hövzələrinin
suayrıcısmdan
kəskin
surətdə
fərqlənir.
Dağlıq '
Qarabağdakı Murovdağ silsiləsi Hinaldağ zirvəsindən
(3373
m)
başlayıb,
Şahdağin
şərq
hissəsinədək
uzanmışdır. Murovdağm
ərazisindəki
orta yüksəkliyi
3000 metr olub ən yüksək nöqtələri Gamış (3722m) və
Murov (3343 m) onun mərkəzi hissəsində yerləşir8.
Murovdağın cənub və cənub-şərq yamaclarında Levçay,
Torağayçay, İncəçay
başlayır.
Şahdağ-Murovdağ
silsiləsinin Hinaldağ zirvəsindəki yeni bir silsilə yaranır ki,
bu da Şərqi Sevan dağ silsiləsidir. Həmin silsilə isə
Ketidağ zirvəsində (3429 m)9 qurtarır. Şərqi Sevan silsiləsi
Dağlıq Qarabağm Tərtər çayının sol qollarmı Sevan qolu
hövzəsinin çayları arasındakı suayrıcım təşkil edir.
Dağlıq Qarabağda yerləşəıı Qarabağ dağ silsiləsi
ərazisinin ən böyük (geniş əhatəli) dağ sistemi hesab edilir.
Dağm yüksək zirvələri Qırx qız (2828m), Sarı Baba (2297
m), Böyük Kirs (2725 m) və Ziyarət (2450 m)10 hesab
olunur. Qarabağ dağ silsiləsinin şimal-şərq yamacı Kürün
sağ qolları (Xaçmçay, Qabartıçay, Qarqarçay), Cəııub
şərq yamacı isə Arazm sol qollarmı (Köndələnçay,
Quruçay, Qozluçay) dərələri ilə ayrılmışdır. Qarabağ
silsiləsinin
şərq
yamacları
tədricən alçalaraq Mil-
Qarabağ düzlərinə keçir.
Dağlıq Qarabağda çay şəbəkəsinin dəyişmə və
inkişaf etmə prosesi mürəkkəb quruluşa malik olub, relyef
xüsusiyyətlərindən, iqlim, torpaq, bitki, geoloji şəraitdən
və bunların qarşılıqlı əlaqəsinin təsirindən asılıdır. Dağlıq
Qarabağda çay şəbəkəsinin inkişafma təsir edən fıziki
coğrafı amillərdən ən başlıcası onun relyefidir ki, bu da
vilayət ərazisində dəniz səviyyəsindən 0,5 metr ilə 3722
22
metr arasında dəyişir11. Çayların hövzəsindəki meşələr
axımın nisbətən bərabər paylanmasına şərait yaradır və
sellərin baş verməsinə maneçilik törədir. Çaylar öz
başlanğıcını
yüksəklikdən
götürdüyündən
enerji
ehtiyatları daha çoxdur. Madagiz kəndi yaxınlığmda
Tərtərçayı üzərində tikilmiş elektrik stansiyası çox böyük
əhəmiyyətlidir.
Dağlıq Qarabağda qrunt suları çox yerdə bulaq
suları şəklində səthə çıxır və həmin sulardan həm içmək
üçün, həm də məişətdə istifadə olunur.
Dağlıq Qarabağda bir neçə seysmik ocaq vardır.
Bölgədə zəlzələnin gücü 6 baldan artıq olmur. Ən güclü
ocaq isə Şuşada fəaliyyət göstərmişdir. Belə ki, 1903 və
1932-ci illərdə Şuşäda gücü 7 bala çatan zəlzələ baş
vermişdir12.
Dağlıq Qarabağ ərazisi iqliminə görə 3 hissəyə bölünür:
mülayim-isti (1000 metr yüksəkliyədək), mülayim-soyuq
(2000 metrədək) və soyuq (2000 metrdən yuxarı) hissələr.
Mülayim isti iqlim 2 hissəyə bölünür;
1. Aşağı (450 metrədək) zona;
2. Yuxarı (450-1000 metrədək) zona13.
Aşağı zona nisbətən istidir. Burada orta illik
temperatur +13 dərəcədir. Yayda isə orta tempratur +25
dərəcə olur. Aşağı zonanm qışı-yumşaq keçir. Burada illik
yağmtının miqdari 420mm-ə çatır14. Ən aşağı yağıntı
dekäbr-fevralda, ən çox yağmtı iyun-sentyabrda düşür.
Yuxarı
yarımzonanm orta illik temperaturu +10
dərəcədir. Bu sahələrdə qış yumşaq keçir. Yuxarı
yarımzonada yağmtının miqdan 500-550 mm düşür.
Dağlıq Qarabağın mülayim-soyuq iqlimə malik
ərazisinin yayı sərin, qışı şaxtalı keçir. Orta illik
temperatur 6-9 dərəcədir. Yağıntı isə 600-650mm düşür.
23
Dağlıq Qarabäğın soyuq qurşağı Qarabağ va
Murovdağ silsilələrini əhatə edir. Bu ərazilərdə havanın
illik temperaturu 5 dərəcədən aşağı olur. İllik yağıntmın
miqdarı 700 mm-ə çatır. Havanın soyuq olması ilə bəzəri
qar 156 gün yerdə qalır15
Dünyada mövcud olan 11 iqlim tipinin 9-u
Azərbaycanda, bundan 6-sı isə Dağlıq Qarabağda
vardır16.
Dağlıq Qarabağ zəngin və tayı bərabəri olmayan
kurort-turizm ehtiyatlanna malikdir. Qnlarm əsasını şəfalı,
təmiz dağ havası, meşələr, müalicəvi əhəmiyyətli mineral
sular, bulaqlar, mənzərəli alp çəmənliklər, tarixi abidələr
və sair təşkil edir. Burada 800-1800 metr yüksəkliklər
arasında iqlim şəraitinə görə Kislovodsk, Abastumani
kimi
ən
yaxşı
kurortlara bənzəyən Şuşa və Turşsu
mövcuddur. Mədən sular "muzeyi" adlandırılan Şuşa
sağlamlıq diyarıdır. Burada orta ömür 80 ildir17. Yazıçı
S.M.Əfəndiyev, MiQorki, professorlardan Maniliyan,
Yeqorov, Eyvazov,, səyyah və yazıçılar Boris lapin, Zaxar
Xalsreviç və başqalan XX əsrin əwəllərində Dağlıq
Qarabağda olmuş, onun ən gözəl guşələrindən biri olan
Şuşanın min bir dərdin dərmanı olan gözəl bulaqları,
təmiz havası haqqmda öz fıkirlərini bildirmişdilər*
Şuşanın təmiz və saf havası, sərin sulu İsa bulağı, Cıdır
düzü,.Turşsu, Şırlan, Daşaltı və başqa təbii sərvətləri onu
bütün dünyaya tanıtmışdır. Lakin çox təəssüflər olsun ki,
bütün yuxarıda adlarını qeyd etdiyimiz kurort-turizm
ehtiyatları erməni faşistləri tərəfindən tamamilə dağıhb
məhv
çdilmiş,
talanmış,
meşələrimiz
qırılmış,
azərbaycanlıİar isə öz doğma torpağmda məcburi şəkildə
köçkünə, qaçqma çevrilmişdir.
Dağlıq Qarabağm relyefi və.iqlimi müxtəlif olduğu
kimi torpaq tipləri də müxtəlifdir. Sənaye və nəqliyyat
24
üçün adi tikinti meydançası rolunu oynayan torpaq sähəsi
kənd təsarrüfatı üçün əsas istehsal vasitəsidir. Həm də
torpaq əhalini iqtisadi cəhətdən təmin edən əvəzolunmaz
təbii ehtiyatdır. Dağlıq Qarabağın torpaqları qurşaqlar
üzrə yerləşir. Vilayətin şərq hissəsində alçaq sahələrdə
bozumtul-qəhvəyi torpaqlar; bir az yuxarıda, yəni şimal-
qərb və cənub-şərqdə dağ-qəhvəyi torpaqlar; yüksək
dağlıq ərazilərdə isə qonur dağ-meşə torpaqları və dağ-
qara torpaqları vardır.
Dağlıq Qarabağın bitki örtüyü çox müxtəlifdir. Belə
ki, torpaq örtüyündəki şaquli dəyişkənlik bitkilərə də təsir
etmişdir. 500-1100 metrlik zonada yarımçöl bitkilər, 1100-
1300 metr yüksəkliklər arasında vələs və dizilevka
kolluqları, 1300-1500 metr yüksəkliklərdə iberiya palıdı,
vələs, fısdıq ağacları və qanşıq kolluqlar, 1500-2000 metr
arasındakı joiksək sahələrdə palıd, vələs, fısdıq, tozağacı
meşələri və çəmənliklər, kserofidlər, 2300 metrdən
yuxarıdakı zonalarda isə subalp çəmənlikləri, ən yaxşı
otlaqlar və biçənəklər yerləşmişdir18.
Dağlıq Qarabağın 114 min hektar sahəsini meşələr,
57 min hektar sahəsini isə kolluqlar tutur. Həmin meşə
sahələri,
vilayətdə
belə
paylanmışdır
(hektarla);
Çıldıranda - 16724h, Madaqizdə 22625h, Sağsağanda -
25281h, Çanaxçıda 8365h, Xaçmda - lOOOh, Xəlfəlidə -
3724h, Zarslıda - 2000h, Abanskidə- 21944h, Tumanskdə
- 12337h19. Dağlıq Qarabağın meşələrində bitən əsas ağäc
növləri bunlardır: palıd, fısdıq, saqqızağacı, cökə, vələs,
çinar, göyrüş, qaraçöhrə, kol bitkiləri, qoz, alma, armud,
alça, zoğal, göyüm və sair. Burada yaşı 150-200 ilə,
hündürlüyü 25-30 metrə, gövdəsinin dövrəsi 2,5 metrə
çatan nadır ağaclar vardır20. Meşə təbiətin təkrarolunmaz
sərvətidir. Meşədən təkcə oduncaq kimi istifadə edilmir.
Meşədə heyvanlar və həşəratlar yaşayır, meşələr istiliyi,
25
rütubətliyi, su rejimini nizama salır, eyni zamanda
bütün canlılara lazım olaıı hava təbəqəsini oksigenlə təmin
edir, Çox təəssüflə qeyd etməliyik ki, 1988-ci ildən erməni
cəlladlarmm apardığı qeyri-qanuni müharibə nəticəsində
200 min hektardan artıq meşə zolağı işğal altında qalmış
və
meşələrimiz
məhv
edilmişdir.
Ağdərə
və
Xankəndindəki məhsuldar fısdıq meşələri, Laçındakı
mebel və parket üçün əvəz olunmaz palıd meşələri,
Kəlbəcərdəki yüksək:
keyfıyyətli mebel sənayesi üçün
əhəmiyyətli olan türk fmdığı meşələri doğranaraq
Ermənistaı^a daşjnır, İrana və başqa dövlətlərə satılır.
Yeri gəlmişkən onu da qeyd edək ki, Dağliq
Qarabağm meşələrində dağkeçisi, siııcab, sülöysin, ayı, tülkü,
canavar, qumsiçanı, cüyür, boz dovşan, qırqovul, turac,
kəklik, göyərçin və s. lıeyvanlar və quşlar yaşayır.
Dağlıq Qaralbağda çox böyük əhəmiyyətə malik olan
f^ydalı qazmtı ehtiyatları vardır. Belə ki, ərazidə Mezozoy
və Kaynozoy erasına aid əhəng daşları, gillər və şistlər
geniş
yayılmışdır.Tər-Tər
və
Xaçınçay
arasında
Ağdərənin Mehmanə yatağmda qalay, mis, sink, gips,
əhəngdaşı, Hadrudda qranit yataqları, dağlarda xromit,
qurğuşun, polimetal filizləri, tikinti materiallan. mərmər,
gibs, üzlükdaşı, merğellər, sement üçün əhəmiyyətli mergell
əhəng
daşlan,
oda
davamlı
gil,
təbaşir
mövcuddur21.Ağdərənin Dovşanlı kəndində bülöv daşı,
dəyirman daşı hasilatı vardır. Dağlıq Qarabağ ərazisində
dünya miqyasmda tanmmış, müalicəvi
əhəmiyyətli
hidrokarbonatlı Turşsu mıneral bulağı
daha çox
məşhurdun Bununla yanaşı ərazidə 11 növ müxtəlif
tərkibli su çeşmələri yerləşir. Bütün bu cəlbedici gözəlliklər
və təbii sərvətlər xain qonşularımizm
diqqətindən
yayınmamjşdır.
26
Bəhs edilən dövrdə Dağlıq Qarabağda əhalinin sayı
151 min nəfər olmuşdur. Əhalinin sıxhğı hər kvadrat
kilometrə 34,4 nəfər düşür. Əhalinin 47 faizi şəhərdə, 53
faizi kənddə yaşayırdı23. Vilayətdə 40-dan artıq millətin
nümayəndəsi, o cümlədən azərbaycanlı, erməni, rus,
ukraynalı, belarus, gürcü, yahudi, latış, yunan, ləzgi və
başqaları yaşayırdılar. Lakin «etnik təmizləmə» siyasətini
yeridən erməni cəlladları vilayətdə azərbaycanhları
güllələmiş, girov götürmüş və məcburi şəkildə qaçqına,
köçkünə, didərginə çevirərək "Türksüz Dağlıq Qarabağ"
yaratmışdılar. Bu isə "Türksüz və Böyük Ermənistan"
dövləti yaratmaq siyasətinin məntiqi davamı demək idi.
Ərazidə 225 yaşayış məskəni var idi ki, bunlarm 50 faizə
qədəri kiçik kəndlər hesab olunurdu.
Dağlıq Qarabağm münbit torpaqlara, əlverişli
iqlimə,
bol su ehtiyatlarma malik olması kənd
təsərrüfatınm inkişafına və yüksək məhsul əldə edilməsinə
geniş imkanlar yäratmışdır ki, bu barədə biz aşağıda geniş
bəhs edəcəyik. Ərazidə istehsal edilən məhsullarm 57 faizi
bitkiçiliyin, 43 faizi isə heyvandarlığın payına düşür25.
Vilayətdə
aqrar
sahənin
inkişafı
sənayenin
də
genişlənməsinə şərait yaratmışdır; Dağlıq Qarabağda
əhalinin sosial, mədəni-məişət sahəsindəki göstəricilər
ümum-respublika
səviyyəsindən
çox
yüksəkdə
dayanmışdır. Dağlıq Qarabağ Azərbaycanm ən gözəl və
bərəkətli guşələrindən biridir.
27
IX FƏSİL
DAĞLIQ QARABAĞIN QISA TARİXİ İCMALI
(1918-1940)
1918-ei ilin mayında Cənubi Qafqaz Seymi
dağıldıqdan sonra yeni yaranmış müstəqil dövlətlərin
sərhədlərini müəyyən etmək zərurəti meydana çıxdı1.
Erməni nümayəndələri İrəvan şəhərinin Ermənistanm
paytaxtı edilməsi üçün Azərbaycan hökümətinə müraciət
etdilər. 1918-d il mayın 29-da Azərbaycan Milli Şurası
iclas keçirdi və İrəvan şəhəri ermənilərə güzəşt edildi2.
Azərbaycan höküməti İrəvan şəhərini ermənilərə bu şərtlə
güzəştə gedir ki, ermənilər Qarabağın dağlıq hissəsinə
olan iddialarından əl çəksinlər. Azərbaycan xalqı tarixi
torpaqlarım hissə-hissə bax bu cür itirmişdir. Tarix
göstərdi ki, Azərbaycanın qədim şəhəri olan İrəvanm
ermənilərə güzəşt edilməsi yeni
yaranmış
dövlət
rəhbərliyinin kobud səhvi və ümummilli mənafeyimizə
vurulan ağır zərbə idi. Ennənilər bağlanmış müqaviləyə
dönük, naxaləf; çıxaraq, yaıanmış əlverişli beynəlxalq'
vəziyyətdən istifadə edib «Böyük Ermənistan» ideyasım
reallaşdırmaq
məqsədilə Azərbaycana
qarşı
hərbi
müdaxiləyə başladılar. Dro, Njde və Andronikin quldur
dəstələri Azərbaycanm Naxçıvan, Zəngəzur və Qarabağ
maha,llarmda yaşayan dinc müsəlmanları soyqırıma
məruz qoydular. 1918-ci ilin payızmda erməni cəlladları :
Zəngəzurda 52 kənd məhv etmiş, 32 kənddə 495 ev
yandırmış, 492 ev dağıtmış, 2254 azərbaycanlı öldürülmüş,
304 nəfər azərbaycanlı isə diri-diri yandırmışlar3. Bu vaxt
daşnaklar
tərəfmdən
Cavanşir,
Cəbrail
və
Şuşa
qəzalarında 21, İrəvan quberniyasmda 60-dan çox
Azərbaycan kəndini məhv etmiş, 100 mindən çox
azərbaycanlı öz doğma yurdlarmdan qovulmuşlar4. 1918-
28
ci ilin ortalarmda Qarabağın dağlıq hissəsində çox çətin
bir vəziyyət yarandı. Belə ki, Ermənistanm hiyləgər siyasi
təbliğatı və güclü hərbi yardımı nəticəsində Qarabağm
dağlıq hissəsində kök salmış ermənilər 1918-ci ilin iyul və
sentyabr aylarmda keçirdikləri qurultaylarda bu mahalın
müstəqilliyini elan etdilər. Bu vaxt xarici dövlətlərdən,
xüsusilə Rusiyadan hərtərəfli dəstək alan Andronik
Gorusu ələ keçirib «erməni qubernatorluğu» yaratdığmı
elan etdi. Andronikin fıkri paytaxtı Şuşa şəhəri olmaqla
«Kiçik Ermənistan» dövləti yaratmaq idi5.
Birinci
dünya
müharibəsində
Türkiyənin
məğlubiyyəti 1918-ci ilin axırlarında ermənilərin yenidən
fəallaşmasına şərait yaratdı. Artıq dövlət siyasəti
səviyyəsinə
qaldırılan
«dənizdən-dənizə
BÖyük
Ermənistan» iddiaları yerli turk əhalisinə görünməmiş
müsibətlər gətirdi. 1918-ci ilin noyabr-dekabr aylarında
Yuxarı Qarabağda ermənilərin azərbaycanlılara qarşı
həyat keçirdikləri qırğınlar xeyli genişləndi. 1918-ci il
dekabrın 2-də Gülyataq erməniləri (Ağdərədə) böyük bir
silahlı dəstə ilə Sırxavənd kəndi üzərinə hücum etdi. Bütün
gücü ilə müdafiə olunan azərbaycanlılar 1 erməni öldürüb,
6 ermənini yaralasalar da, ermənilərin apardıqları yüzlərlə
mal-qaram qaytara bilmədilər6. S.Şaumyanm «Xalq
qəhrəmanı»
adlandırdığı
Andronik
Biçeraxov
və
Denikinlə də əlaqələri var idi. O bir sıra dövlətlərdən hərbi
siyasi və maliyyə yardımı alırdı. Andronik Qarabağı ələ
keçirdikdən sonra öz quldur dəstəsi ilə Bakıya gəlmək
niyyətini alman generalı Fon-Kressə bəyan etmi
şdi7.
Qarabağın dağlıq hissəsində vəziyyət gündən-günə
gərginləşirdi. Adam öldürmək, ev yandırmaq, qulduriuq
və qarət etmək adi hala çevrilmişdi.
Rəsmi
İrəvanm
hərtərəfli
dəstəklədiyi
bölgə
ermənilərinin separatçılıq hərəkətləri, yerli müsəlman
29
əhalisinə qarşı törətdikləri zorakılıqlar, Andronikin silahlı
quldur dəstəsinin mahallara güclü hücumu ilə burada
vəziyyətin daha da ağırlaşması, həmin qəzaların Gəncə
quberniyası tərkibində olması və bununla bağlı ortaya
çıxan çətinliklər Azərbayean hökümətini qəti tədbirlər
görməsini zəruriləşdirdi. Azərbaycan Nazirlər Şurası 15
yanvar 1919-cu il tarixdə keçirdiyi iclasda Zəngəzur, Şuşa,
Cavanşir və Cəbrayıl qəzalarmı birləşdirib müvəqqəti
general
qubernatorluq
yaratmağı
qərara
aldı8.
Qubernatorluğun
mərkəzi
Şuşa
şəhəri,
general-
qubernator isə Xosrov bəy Sultanov təyin edildi. General-
quğernatorluğu fövqəladə səlahiyyətlər verilməsi nəzərdə
tutulmuşdu. Lakin bıı hadisə Zəngəzur və Qarabağda
ermənilərin
müsəlman
əhalisinə
qarşı
qırğmlarmı
genişləndirməsinə təkan verdi. Andronikin quldur dəstəsi
Qarabağın içərilərıinə doğru irəliləyərək qarşısma çıxan
bütün kəndləri talan etdi. Şuşanın 35 kilometrliyinə gələn
Andronikin qarşısmı ingilis qoşunlarmm Şuşaya daxil
olması aldı9.
1919-cu ilin aprelində Qarabağ ermənilərinin V
qurultayı keçirildi. Həmin qurultayda ermənilər Qarabağ
general qubernatorluğunun yaradılmasına etirazlarmı
bildirdilər10.
Ermənistan
hökümətidə
Qarabağ
ermənilərini dəstələyib xarici dövlətlər və beynəlxalq
təşkilatlar qarşısmda məsələ qaldırdılar ki, Qarabağ
general-qubernatorluğu ləğv olmalı, əvəzində heç olmasa
müvəqqəti ingilis general qubernatorluğu yaradılmalıdır11.
Belə
olduqda
Azərbaycan
höküməti
Ermənistan
hökümətinə onun daxili işinə qarışdığma görə etiraz
notaşı verdi. Həmçinin bölgədəki ingilislər Müvəqqəti
Qarabağ
general
qubernatorluğunu
tanıdıqlarmı
bildirdilər. İngilislər tələb etdilər ki, Andronikin quldur
dəstəsi bölgədən çıxarılmalıdır12. Lakin ingilislərin
30
bölgədə ikili siyasət yeritməsi faktları vardır. Onlar
Erməni
Milli
Şurasmmda
fəaliyyətinə
və
möhkəmlənməsinə şərait yaratmış, X.Sultanovu isə
ermənilərin pozuculuq fəaliyyətinə maneə olan qüvvə kimi
hakimiyyətdən uzaqlaşdırmağa cəhd göstərmişdir. 1919-
cu ilin iyun aymda Şuşa-Yevlax yolunun təhlükəsizliyi
üçün X.sultanov Şuşa ətrafma və yol boyunca postlar
qurulması haqda əmr vermiş, bu isə ermənilərin qəzəbinə
səbəb olmuş və onlarm silahlı basqını ilə 4 azərbaycanlı
əsgər öldürülmüşdür13. Şuşa-Yevlax yclu ilə gedib-gələn
köçlərə hücum nəticəsində isə çoxlu qarətlər və ölüm
halları qeydə almmışdır.
Azərbaycan hökümətinin Dağlıq Qarabağda yeritdiyi
sülhsevər siyasət vəziyyətin tədricən dinc məcaraya
minməsinə şərait yaratdı. Dağlıq Qarabağda yerli
ermənilərlə müsbət münasibətlər formalaşdı. 1919-cu il
avqustun 19-da Dağlıq Qarabağ ermənilərinin VII
qurultayı keçirilmiş və həmin qurultayda yerli ermənilərlə
Azərbaycan höküməti arasmda razılaşma şərtləri qəbul
edilmişdir. 26 maddədən ibarət razılaşmanm şərtlərində
göstərilirdi ki, məsələnin sülh konfransında qəti həllinə
qədər Qarabağm dağlıq hissəsinin - Şuşa, Cavanşir və
Cəbrayıl qəzalarmm erməni əhalisi həmin ərazilərin
Azərbaycan Cumhüriyyəti hüdudları daxilində olduğunu
qəbul edir. Qarabağ general qubernatorluğu nəzdində 3
erməni və 3 azərbaycanlıdan ibarət Şura yaradılması
nəzərdə tutulmuşdu14. Beləliklə, Azərbaycamn ərazi
bütövlüyünün rəsmən tanmmasmm təmin edilməsi etiraf
olunurdu. Bu isə Azərbaycan dövlətinin sülhsevərliyinə
bariz nümunədir.
Zəngəzurda isə erməni təcavüzkarlığı davam edirdi.
1919-cu ilin oktyabrında Zəngəzurun 110 böyük türk
müsəlman kəndi erməni cəlladları tərəfmdən məhv
edilmişdi. 60 min dinc əhali Qarabağa pənah gətirməyə
məcbur olmuşdu15.
1919-cu ilin dekabrm 14-21-də Bakıda keçirilən
Azərbaycan Ermənistan konfransı məsələnin qəti həlli
üçün heç bir nəticə vermədikdə 1920-ci ilin əvvəllərindən
etibarən Ermənistanm Azərbaycana qarşı yeni, daha
faciəli bir təcavüzü başlandı16.
1920-ci il martın 22-də gecə saat 3-də erməni
silahlıları Şuşa, Xankəndi, Əskəran, Xocalı və Tərtərdə
yerləşən qoşun birləşmələri üzəriııə silahlı basqınlar
etdilər17. Çoxlu ölən və yaralananlar oldu. Bu vaxt
Qarabağ üzərinə hücum üçün İrəvandan 7 min erməni
silahlısı gətirilmişdi18. Azərbaycan höküməti də müdaflə
tədbirləri görməyə məcbur olub bölgədə əlavə qüvvələr
yerləşdirdi.
1920-ci i l . aprelin 9-12-də Şuşa yaxınlığmda
Keşişkənd ətrafında gedən döyüşdə19, həmçinin həmin ilin
aprelin 24-də Kətik kəndi yaxmhğmda erməni silahlı
birləşmələri məğlub edildi20. 1920-ci il aprelin sonunadək
Azərbaycan Ordusu Dağlıq Qarabağda vəziyyəti bərpa
edərək ölkəmizin ərazi bütövlüyünü qorudu.
Qarabağdakı
erməni
təcavüzkarlığı
Sovet
Rusiyasmın Ermənistan höküməti ilə birgə hazırladığı
məkirli plan əsasmda həyata keçirilmişdi. İkitərəfli
razılığa əsasən Azərbaycan hərbi qüvvələrinin böyük bir
hissəsinin Qarabağa cəlb etmək və rus qoşunlarımn
Bakıya hücumunu yüngülləşdirmək məqsədilə 1920-ci ilin
Novruz bayramı günü ermənilərin Qarabağda üsyan
qaldırması qərara almmışdı21. Nəticədə ermənilər öz
üzərlərinə düşən vəzifələrini layiqincə yerinə yetirərək 28
may 1920-ci ildə XI Qızıl Ordunun Bakıya daxil olmasına
tam şərait yaratmış və Azərbaycan
Demokratik
32
Cumhuriyyəti hakimiyyəti erməni və ruslardan ibarət
kommunistlərə verməli olmuşdu.
Rusiya 1920-ci ilin əvvəllərində öz daxilində
müvəqqəti sakitlik yaratdıqdan sönra keçmiş imperiya
sərhədlərini bərpa etmək üçün diqqətini Azərbaycana
yönəltdi. Çünki Azərbaycan Rusiya. üçi'ın mühüm xammal
bazası olmaqla yanaşı, həm də Yaxm və Orta Şərqdə
siyasi təsirinin gücləndirilməsi iiçün mühüm strateji
əhəmiyyətə malik ərazi idi. Ona görə də XI Ordu hissələri
1920-ci il aprelin 27-də Dağıstan sərhədini keçərək
Azərbaycana daxil oldular22.
1920-ci il mayın 3-də XI Qızıl Ordunun 32-ci silahlı
dəstələri Yevlaxdan birbaşa Qarabağ üzərinə yürüş etdi.
Rus qoşunları Qarabağda yuva salmış erməııi quldur
dəstələrinin başçılarından olan Q.Mkrtıçovun, Q.Ter
Sarkisovun,
Ş.Şahnazarovun bilavasitə
köməyi ilə
Qarabağ general-qubernatoru Xosrov bəy Sultanovu
hakimiyyətdən
uzaqlaşdırıldı.
Şuşa,
Xankəndi
və
Qarabağm digər şəhər və kərıdləri rus qoşunlarmm,
erməni quldur dəstələrinin nəzarəti altma alındı23.
1920-ci il maym 12-də XI Ordunun süvari dəstələri
Şuşada
qərarlaşdı.
Həmin
gün
Şuşaya
gələn
Q.K.Orconikidze «Qarabağm
müsəlman və erməni
xalqma» müraciət etdi. Müraciətdə hakimiyyətin Hərbi
Inqilab komitəsinin əlinə keçdiyi elan edildi. Lakin Qızıl
Ordu hissələrinin özbaşınalığı, kütləvi həbslər, qarət və
qırğmlar Dağlıq Qarabağda xalq müqavimət hərəkatmm
genişlənməsinə səbəb oldu. Müqavimət hərəkatma general
Nuru Paşa, polkovnik Zeynalov, Sultan bəy Sultanov
başçılıq edirdilər26. İyunun əvvəllərində Şuşa XI Ordunun
silahlı dəstələrindən təmizləndi. Ancaq Dağlıq Qarabağa
rus və erməni quldurlarma kömək məqsədi ilə 28-ci
diviziya gətirildi ki, birləşmiş Ordu hissələri iyunun 15-də
33
Şuşada Sovet
hakimiyyətini
bərpa
etdilər27.
Hakimiyyət
B.Vəlibəyov,
S.A.Ambarsumyan,
Q.İbrahimov, K.Şahnəzərov, Q.Sarkisov, Q.Mkrtıçovdan
ibarət İnqilab Komitəsinin əlinə keçdi28. Moskvanın
bilavasitə göstərişi ilə Dağlıq Qarabağda vəziyyəti
«nizama» salmaq məqsədilə 1920-ci il iyulun 5-də AK(b)P
MK
tərəfindən
M.Çalyan,
M.Manuçaryan,
L.Arustamyan, A.Mirzoyan
və
başqaları
Şuşaya
göndərildi29.
Çar Rusiyası dövründə olduğu kimi Sovet imperiyası
dövründə də Dağlıq Qarabağda ermənilərin çoxluğunu
yaratmaq və İmperiyanm dayaqlarmı möhkəmləndirmək
məqsədilə
1920-1921-ci
illərdə
Ermənistandan
Azərbaycana 850 erməni ailəsi köçürüldü ki, bunlardan
765 ailə Dağlıq Qarabağda yerləşdirilərək, tezliklə evlə,
işlə təmin edildilər30. Dağlıq Qarabağa köçürülmüş əhaliyə
26226 desyatin torpaq sahəsi ayrıldı31. Bütün bu tədbirlər
Dağlıq Qarabağda ictimai, siyasi vəziyyəti sabitləşdirə
bilmədi. Ərzaq ehtiyatı toplamaq, ordunu və şəhər
əhalisini ərzaqla təmin etmək üçün Dağlıq Qarabağda
1920-ci il sentyabrın 24-də ərzaq sapalağı tətbiq olundu32.
Artıq məhsul kəndlinin əlindən zor ilə almdı. Məhsulu
gizlədənlər məsuliyyətə cəlb olunurdular. Belə bir dövrdə
Sovet dövlətinin həyata keçirdiyi tədbirlərə mane olan,
onun pozulmasma çalışan qüvvələrə qarşı qəti mübarizə
aparmaq məqsədilə Fövqəladə Komissiya (FK) yaradıldı.
FK terrorçu bir orqan kimi təqib və kütləvi həbslərə
başladı. Dağlıq Qarabağda ilk fövqəladə komissar
vəzifəsinə A.Karagözov təyin olundu. 1920-ci ilin sonu,
1921-ci ilin əvvəllərində FK Şuşadan 76 nəfər, Xocavənd
və Ağdərədənll2 nəfər, Hadrutdan 47 nəfər məsuliyyətə
cəlb
etdi33.
Həbs
olunanlarm
böyük
əksəriyyəti
azərbaycanlılar idi. Həmçinin ərazidə yerləşən Qızıl Ordu
34
hissələri əhali arasında iş apararkən azərbaycanlılann
adət-ənənələrinə, dininə, dilinə hörmət etmir, onlarla
vəhşicəsinə rəftar edirdilər. Ona görə də əhalinin bir
hissəsi İran və Türkiyəyə qaçmağa məcbur oldular. 1921-
ci ilin əvvəllərində Hadrut və Xocavənddə xalq hərəkatı
geniş vüsət aldı34. 94 nəfər itki verən 250. 251, 252-ci Qızıl
Ordu hissələri 1921-ci ilin fevralmda silah gücü ilə
vəziyyəti «nizama» saldılar35.
1921-ci il mayın 17-də Dağlıq Qarabağda ərzaq
sapalağı ərzaq vergisi ilə əvəz edildi. Ərzaq vergisinin
tətbiqi Dağlıq Qarabağda birtərəfli qaydada aparılmışdı.
Belə ki, aparılan araşdırmalar nəticəsində məlum olur ki,
tədarük məntəqələrində çalışanlarm böyük əksəriyyəti
ermənilər
olduğundan
onlar
verginin
çoxunu
azərbaycanlılar yaşayan
kəndlərin
üzərinə
qoyur,
ermənilərdən isə vergilər almmır və ya az tələb edilirdi36.
Beləliklə, azərbaycanlılarm qarət olunması yolu ilə 1922-ci
ildə Dağlıq Qarabağda ərzaq vergisi 200 faiz yerinə
yetirilmişdir37. Azad ticarət, möhtəkirlərin əhalini daha
çox soyub talamasma səbəb oldu. Beləliklə, bu diyarda
aqrar məsələnin həlli tam həyata keçirilmədi. 1920-ci il
aprel çevrilişindən sonrakı illərdə həyata keçirilən
tədbirlərə aid tarixi sənədlər, faktları və materialları
nəzərdən keçirərkən məlum olur ki, Dağhq Qarabağda
həyata keçirilən tədbirlərin ən başlıca yekunları Sovet
imperiyasınm müstəmləkəçilik rejiminin iqtisadi, siyasi,
ideoloji təməlinin yaradılması olmuşdur. Bu təməl xalq
təsərrüfatınm ən mühüm sahələrinin milliləşdirilməsinə,
onu Sovet imperiyasmın strategiyasma uyğun bir şəkildə
vahid
bir
mərkəzdə
birləşdirilməsinə,
siyasi
hakimiyyətdən uzaqlaşdırılmasına, iqtisadi cəhətdən
sarsıdılmış sinfin məhv edilməsi, onlarm böyük bir
hissəsinin öz doğma yurdlarmdan didərgin salınmäsına,
35
sovet dövlətinin dayaqlarmm möhkəmlənməsinə səbəb
oldu. Dağlıq Qarabağın sovet qoşunları tərəfındən
işğalmdan sonra yeni hakimiyyət orqanları yaratmaq
vəzifəsi qarşıda dururdu. Dağlıq Qarabağda yaradılmış
ilk dövlət orqanlarından biri İnqilab Komitəsi oldu. 1920-
ci il maym 26-da
Şuşamn
Tağverd kəndində Dağlıq
Qarabağ kəndlilərinin qurultayı keçirildi. Qurultayda
Dağlıq Qarabağ İnqilab Komitəsinin yaradılması elan
edildi. Komitənin sədri vəzifəsinə qatı millətçi olan Sako
Ambartsumyan seçildi38.
1920-ci
il
aprelin
27-dən
avqustun
25-dək
Azərbaycanda 16 qəza, 46 nahiyyə, 12 rayon, 435 kənd
inqilab komitəsi təşkil edilmişdir39.
Dağlıq Qarabağda yenicə yaradılmış Komitənin
işinə kömək məqsədilə 1920-ci ilin sonlarmda AK(b)P
MK-nm tapşırığı ilə Şuşaya 268 nəfər nümayəndə
göndərildi40.
Göndərilən nümayəndələrin əksəriyyəti
milliyyətcə rus və ermənilər idi. Dağlıq Qarabağda inqilab
komitələrinin
əksəriyyəti
milliyyətcə
erməni
olduqlarmdan
millətçi
qüvvələrlə
əlaqəyə
girərək
azərbaycanlılara qarşı pözuculuq işləri aparmışlar41.
Göndərilən nümayəndələr ərazidə «təmizləmə» işləri
apardılar.
Azərbaycan K(b)P MK təşkilat və siyasi bürosu
1920-ci il sentyabrm 27-də «Yoxsul və ortabab kəndlilər
üçün inqilab komitələri nəzdində məşvərətçi orqan olacaq
yoxsul komitələri təşkil etmək, itıqilab komitələrinin
tərkibini dəyişmək» haqqında qərar qəbul
edild
i42.
1920-ci ilin dekabrmda Şuşadan Bakıya verilən
məlumatda
«ərazidə
yoxsul
komitələrinin
təşkil
olunmasınm
başa
çatması»
göstərilirdi43.
Yoxsul
Komitələri
Dağlıq
Qarabağda
yerli
hakimiyyət
orqanlarınm möhkəmlənməsi, varlılara qarşı mübarizənin
36
təşkil
olunması,
milliləşdirmə,
Orduda
səfərbərlik
işlərində fəal iştirak edirdilər.
1921-ci ilin əvvəllərində bölgədə yaranan nisbi
sakitlik yoxsul komitələrindən Sovetlərə keçməyə imkan
verdi. Bu «zəhmətkeş kütlələri sovet quruculuğuna cəlb
etmək və Sovet hakimiyyətinin möhkəmlənməsi üçün
lazım idi».
Dağlıq Qarabağda Sovetlərin yaradılması
məqsədilə AK(b)P MK göstərişi ilə 105 nəfər təbliğatçı,
təşviqatçı dəstə, 5 nəfər isə seçki kompaniyasma nəzarətçi
göndərildi. 1921-ci ilin aprelində Dağlıq Qarabağda
sovetlərə seçkilər keçirildi. Bu seçkilərdə də əhalinin milli,
etnik tərkibində ayrıseçkiliyə yol verilmişdir. Məsələn,
Şuşada əhalinin cuzi bir hissəsini ermənilər təşkil etməsinə
baxmayaraq, seçilənlərin 30 faizi milliyətcə ermənilər idi46.
Ümumiyyətlə, Dağlıq Qarabağ Sovetlərinə
seçilən
deputatlarm 68,5 faizini ermənilər təşkil edirdi. Seçilən
412 nəfər deputatm 256 nəfəri kommunistlər idi. Beləliklə,
aparılan elmi araşdırmalardan, əldə olunmuş tarixi
faktlardan tam aydm olur ki, aprel çevrilişindən sonra
Dağlıq Qarabağda həyata keçirilən tədbirlərin ən başlıca
yekunları Sovet imperiyasmm müstəmləkəçilik rejiminin
iqtisadi, siyasi və idealoji təməlinin yaradılması olmuşdur.
Həmin təməl isə sovet dövbtinin Dağlıq
Qarabağda
dayaqlarınm möhkəmlənməsinə səbəb oldu.
Azərbaycanda sovet rejimi qurulduqdan sonra
ermənilərin ərazi iddiaları yenidən baş qaldırdı. Dağlıq
Qarabağın hər yerində erməni quldur
dəstələrinin
fəaJiyyəti genişləndi. Onlar yerli azərbycanlıları qırıb
talayır, ev-eşiklərini yandırır, mal-qaralarım, qoyun
süriilərini qarət edirdilər. Təkcə 1920-ci ilin avqustunda
daşnaqlar 70 nəfər azərbaycanlım qətlə
yetirmişlər47.
Erməni
quldurlarmm məqsədi Dağlıq
Qarabağda
yaşayan azərbaycanlıları tamamilə məhv etmək və bu
37
ərazini Ermənistanla birləşdirmək idi. Bu məsələyə 1921-ci
il iyunun 4-də RK(b)P Qafqaz bürosunun plenumunda,
1921 -ci il sentyabrın 26-da AK(b)P MK-mn siyasi və
təşkilat bürosunun iclasında, 1922-ci il dekabnn 24-də
RK(b)P Qafqaz bürosunun Zaqafqaziya Komitəsinin
xüsusi iclasmda,
1923-cü il iyununda
RK(b)P
Zaqafqaziya Diyar Komitəsinin plenumunda baxılmış48
və son nəticədə 1923-cü il 7 iyulda Dağlıq Qarabağ
Muxtar Vilayəti (DQMV) yaradılmışdır49.
1924-cü ilin noyabrmda Azərbaycan MİK-nin
Rəyasət Heyəti «DQMV haqqında əsasnamə təsdiq etdi.
«Əsasnamə»də DQMV-nin Azərbaycanın tərkib hissəsi
olması göstərilirdi. Eyni zamanda imperiyanm təhriki ilə
Şuşa, Xankəndi və 115 kənd, Cavanşir qəzasmdan 52
kənd, Qaryagindən 30 kənd, Qubadlıdan isə Qaladərəsi
DQMV-nə verildi50. Belə bir «səxa.vətlilik» isə xalqımıza
qarşı cinayət olmaqla Vətənimizin gələcəyinə ciddi ziyan
yurdu.
Beləliklə, Mərkəz - Azərbaycanm daxilində öz
hakimlik mövqeyini daim saxlamaq məqsədilə süni
surətdə «Dağlıq Qarabağ Muxtar Vilayəti»nin təşkilinə
nail oldu. DQMV-nin yaradılması ilə o illərin Qarabağ
problemi bir nov yekunlaşdı. Rusiyanm havadarlığı ilə
Azərbaycan ərazilərinin hissə-hissə itirilməsi üçün yenidən
bir zəmin yaradıldı. Dağlıq Qarabağm Azərbaycanm
tərkibində qalması Azərbaycanm öz torpaqlarınm
qorunması uğrunda müvəffəqiyyəti kimi qiymətləndirilsə
də, vilayət statusunun yaranması gələcəkdə erməııilərin
Azərbaycana qarşı məkrli ərazi iddiası siyasətinin
məıjbəyi olmuşdur. DQMV-nin yaradılması uzuıı illər
boyu erməni millətçilərinin planlı və vahid xətt əsasında
apardığı
siyasətin
həyata
keçirilməsi
nəticəsində,
Azərbaycana qarşı «parçala və hökm sür!» imperiya
38
siyasətinin davamı idi. XX əsrin əvvəllərində başlanan bu
siyasət yüksələn xətt üzrə davam edərək, əsrin sonlarında
ərazilərimizin 20 faizinin işğalı ilə nəticələndi.
Sovet imperiyası hakimiyyəti tam ələ aldıqdan sonra
ilk növbədə sənaye müəssisələrini bərpa etməyi və yeni
sənaye sahələri yaratmağı qarşısma məqsəd qoymuşdur.
Çünki
bunsuz
ölkənin
iqtisadi
geriliyini
aradan
qaldırmaq, sovet rejimini qoruyub saxlamaq, onun
müdafıə
qabiliyyətini
və
müstəmləkəçilik
rcjimini
möhkəmləndirmək olmazdı51. Dağlıq Qarabağ Muxtar
Vilayətində bütün yuxarıda göstərilənlərlə yanaşı həm də
yerli milli, dini ənənələri sarsıtınaq, xristian ənənələrinə
söykənən rus və erməniləşmə siyasətini həyata keçirmək
üçün lazım idi. İnqilab komitəsinin sənayenin bərpa və
inkişafı üçün ilkin tədbiri 1920-ci ilin may-noyabr
aylannda bütün sənaye sahələrinio milliləşdirilməsi
haqqmda qəbul etdiyi dekretləri olmuşdur. 1921-ci ilin
birinci
yarısmda
bölgənin
sənaye
müəssisələrində
milliləşdirmə əsasən başa çatdırıldı. Dağlıq Qarabağ
Muxtar Vilayətində sənayenin bərpa və inkişafı mürəkkəb
beynəlxalq və daxili şəraitdə davam edirdi. Belə ki, Dağlıq
Qarabağda xammal, işçi qüvvəsi, vəsait, ixtisaslı kadrlann
çatışmamazlığı ilə yanaşı daşnak quldur dəstələrinin
basqmları, qarətlər, şəhər və kəndlərdə törədilən yanğmlar
bərpa işlərini çətinləşdirirdi. Təkcə 1921-ci ildə, daşnaklar
Dağlıq Qarabağm 14 kəndində yanğmlar törətmiş, sənaye
müəssisələrini darmadağm etmişdilər52. Belə bir çətin
vəziyyətdə Bakıdan Dağlıq Qarabağa 1922-ci ilin
yanvarmda 528 pud, iyunda 600 pud ərzaq53, ilin sonunda
isə 480 min manat dəyərində ərzaq, paltar və müxtəlif
əşyalar göndərilmişdi54.
Dağlıq Qarabağ Muxtar Vilayətində sənayenin
bərpa və inkişafı üçün
1921-cı ildə Respublika
39
hökumətinin ayırdığı 100 min manat (qızıl pulla) sərf
edildi55. 1923-cü ildə isə Bakıdan Dağlıq Qarabağa 200
nəfər mütəxəssis göndərildi. Nəticədə Vilayətdə toxuculuq
müəssisələri, ipək karxanaları, dəmirçi sexləri, şərab, spirt
zavodlarınm fəaliyyətində xeyli canlanma yarandı. 1921-
1923-cü illərdə Bakıdan göndərilmiş avadanlıqlarla
Xankəndi, Xocavənd, Hadrut sement zavodu mərmər sexi
işə salındı. 1923-1929-cu illərdə isə 3 tütünçülük kombinatı
yaradıldı56. Dağlıq Qarabağda 1922-1926-cı illərdə 15 ipək
sənayesi müəssisəsi bərpa edildi. 1926-27-ci illərdə Daglıq
Qarabağda sənaye tikinti işlərinə 1.177.394 manat vəsait
sərf olunmuşdur57. 1928-29-cu illərdə isə həmin vəsaitin
həcmi 28,6 faiz artırılmışdı. Dövlət büdcəsindən Dağlıq
Qarabağın sənaye sahələrnin bərpa və inkişafma ayrılan
vəsaitin həcmi Azərbaycanm digər bölgələrinə ayrılan
vəsaitdən qat-qat çox idi. Məsələn, 1927-28-ci illərdə
Xankəndinin abadlaşdırılması üçün 60.936 manat vəsait
ayrılmışdırsa həmin vaxt Naxçıvana ayrılan vəsait 57.550
manat olmuşdur58. 1927-ci ildə Vilayətdə 400 mənzillik 56
yaşayış binası Daşaltı elektrik stansiyası Hadrut,
Banazur, Tağ spirt zavodları, Qışlaq kəndində toxuculuq
müəssisəsi tikilib istifadəyə verildi59. Həmin vaxt «Azneft»
Dağlıq Qarabağa 10 ədəd istüik elektrik mühərriki, 200
ədəd əyirici dəzgah göndərdi60. Nəticədə Vilayətdə əmək
məhsuldarlığı 1928-ci ildə 1920-ci ilə nisbətən 15 faiz
yüksəldi.
1929-cu ildə Xankəndində istifadəyə verilmiş
"Qarabağ" xalçaçılıq fabrikinin məhsulları İngiltərə,
İtaliya, İsveç, Danimarka, MƏR, Iran bazarlarmda,
habelə
beynəlxalq
sərgilərdə,
böyük
maraqla
qarşılanmışdır.
1933-1940-cı
illər
ərzində
həmin
müəssisələrdə istehsal 33 dəfədən çox artmışdır61. 1933-cü
40
ildə ipək sənayesinə 5,3 milyon manat, 1938-ci ildə isə 6,4
milyon manat vəsait ayrılmışdır62.
1920-1940-cı illərdə Dağlıq
Qarabağ
Muxtar
Vilayətində sənaye müntəzəm surətdə inkişaf edərək
genişləndi. Sənayenin inkişaf etmiş sahələrindən biri də
şərab-spirt
sənayesi
idi.
Bəhs
olunan
dövrdə
Xankəndində, Əsgəranda, Vərənddə, Tağverddə, Qırmızı
Bazarda, Daşaltıda, Hadrutda, Ağdərədə, Xocavənddə
şərab, konyak və spirt zavodları tikılib istifadəyə verildi.
Bu
müəssisələr
Qarabağ
Şərabçılıq
Trestində
(«Karvintrest») birləşdilər. Trestin 13 böyük ticarət
məntəqəsi var idi. Burada istehsal edilən məhsullar
Gürcüstana, Rusiyaya, Örta Asiyaya və Qazaxıstana ixrac
olunurdu. 1930-cu ildə Dağlıq Qarabağda şərab zavodları
9 növ adi, 3 növ şirin şərab, 6 növ koııyak spirti, 4 növ
texniki spirt, bəhməz, meyvə şirələri və s. istehsal
edirdilər.
1933-cü ildə Qarabağ Şərabçılıq
Tresti
Sovxozlar tresti ilə («Karvinsovxoztrest») birləşdi. Trest
1933-cü ildə 650 min manatlıq məhsul istehsal etmişdirsə,
1939-cu ildə bu rəqəm 26 milyon 102 min manata
çatdırıldı63.
1920-1940-cı
illərdə
Dağlıq
Qarabağ
Muxtar
Vilayətində tikinti materialları kərpic, kirəmid, mişar daşı,
üzlük tavalar, ağac materialları və s. sənaye sahələri
yaradıldı. 1930-cu ildə Araçazorda dəyirman daşı
kombinatı tikilmişdir ki, kombinatm məhsulları İran və
Türkiyədə satılırdı. 1930-cu ilin dekabrmda Dağlıq
Qarabağ Muxtar Vilayət tikinti materialları müəssisələri
birləşib
«Qarabağ
Sənət
Kooperasiyası
İttifaqı»
(«Karpromsoyuz»)
yaradıldı.
Bu
dövrdə
sənaye
sahələrinin elektrikləşməsində əhəmiyyətli dəyışikliklər
edildi. Bu məqsədlə 1927-ci ildə Qarqar çayı üzərində gücü
225 klovat olan SES tikintisinə başlandı və 1930-cu ildə
41
istifadəyə verildı64. 30-cu illərdə Dağlıq Qarabağ Muxtar
Vilayətiııdə ümumi sənaye məhsullarımn artım tempi
ildən-ilə gücləndi. Belə ki, 1928-ci ilə nisbətən 1932-ci ildə
sənaye məhsulları istehsalı 136 faiz artmışdırsa, 1933-cü
ildə 156, 1934-cü ildə 245, 1935-ci ildə 278, 1936-cı ildə
340, 1938-ci ildə isə 402 faiz artmışdır65. 1939-cu ildə
Dağlıq Qarabağ Muxtar Vilayətində sənət koperasiyası
xidmət istehsalına görə Respublikada birinci yeri
tutmuşdu66.
Beləliklə, Sovet imperiyası Azərbaycanm sərvətlərini
daha çox mənimsəmək məqsədilə Dağlıq Qarabağ
sənayesinin inkişafına xüsusi diqqət yetirir və həmin
inkişafı öz mənafeyinə uyğun birtərəfli qaydada aparırdı.
1920-40-cı illər ərzində DQMV-də sənaye, nəqliyyat və
əsaslı tikinti sahəsində xeyli müvəffəqiyyətlər əldə
edilmişdir.
Sovet dövlətinin sənayeləşmə siyasətiııin Dağlıq
Qarabağ
Muxtar
Vilayətində
həyata
keçirilməsi
nəticəsində yeni sənaye sahələrinin əmələ gəlməsi ilə
işsizlik problemi qismən aradan götürüldü və istehsalın
həcmi xeyli artdı. Sovet imperiyası isə iqtisadi təməlini
möhkəmləndirmək üçün Azərbaycam öz xammal bazasına
çevirməklə yeraltı və yerüstü sərvətlərimizin talan
edilməsini daha da sürətləndirdi.
Sovet imperiyasmm iqtisadi təməlini qurmaq üçün
fərdi kəndli təsərrüfatlarmın kollektiv təsərrüfat halında
yenidən qurulması tələb olunurdu. Dövlət bu işə təsərrüfat
sahələrinin milliləşdirilməsi ilə başladı. Azərbaycan
İnqilab Komitəsinin 15 dekabr 1920-ci il tarixli dekreti ilə
Dağlıq Qarabağda 117.560 desyatin torpaq sahəsi, 42.768
desyatindən çox otlaq, 149000 desyatin meşə sahələri
milliləşdirilərək əhalinin ixtiyarma verildi67. Lakin erməni
quldurlarmm törətdiyi
dağıntılar nəticəsində
1916-
42
1920-ci illərdə Dağlıq Qarabağda xırda baş heyvanların
sayı 2,6 dəfə, donuzların sayı 2, 3 dəfə, mal-qaranm sayı
34 faiz, at ilxıları 50 faiz azalmışdı68. Həmin dövrdə
bölgədə əkin sahələri 47,8 faiz, qoşqu qüvvələri isə 59 faiz
azalmışdı. Erməni quldurlarının yaratdıqları çətinliklərlə
yanaşı rus qoşunlarınm və FK özbaşınalıqları, İnqilab
Komitələri
və
Yoxsul Komitələrin
əhali üzərinə
qoyduqları ağır vergilər kənd təsərrüfatmda vəziyyəti
daha da ağırlaşdırdı. Bütün bunlar Dağlıq Qarabağın
azərbaycanlılar yaşayan kəndlərində aclıq, yoxsulluq və
səfaləti
1920-ci ilin iyulunda son Iıəddə çatdırdı69.
Azərbaycan
Höküməti
Dağlıq
Qarabağm
kənd
təsərrüfatmda vəziyyəti nizama salmaq üçün təcili
tədbirlər gördü. 1921 -ci ilin əvvəllərində Dağlıq Qarabağa
96.648 pud toxumluq taxıl, 217 milyard manat pul, 250
kotan,
12 ədəd toxumsəpən maşm, 500 dəryaz,
heyvandarlığm iiıkişafı üçün 18,6 milyard manatlıq vəsait
ayrıldı və kənd təsərrüfatı mütəxəssisi göndərildi70. Sovet
təsərrüfatlarınm - artel, kommuna və sovxozlarm
yaranması üçün tədbirlər görüldü. 1920-1922-ci illərdə
Dağlıq Qarabağda 6 sovet təsərrüfatı, 16 artel, 7
kommuna yaradılmışdır ki, onlarm 890 desyatin yararlı
torpağı, 2 min baş mal qarası var idi71. Beləliklə, bölgədə
əkin sahələri xeyli genişləndi. 1921-ci ildə 17220 desyatin,
1922-ci ildə isə 28 min desyatin olmuşdıır. Bu illərdə taxıl
istehsalı 17.057 puddan 17.476 puda çatdırılmışdır. Bu da
bölgədə yaşayan əhalinin tələbatmı minimum səviyyədə
belə ödəmirdi. Lakin yeni iqtisadi siyasətin tətbiqi, əkin
sahələrinin icarəyə verilməsi Respublikanm hər yerində
olduğu kimi, Dağlıq Qarabağ da kənd təsərrüfatında
canlanmaya səbəb oldu.
Dağlıq Qarabağ Muxtar Vilayətində ilk kollektiv
təsərrüfat 1925-cı ilin sonlarmda Ağdərənin Karmiravan
43
(Qırmızı kənd) kəndində yaranmışdır. 1924-1926-cı üllərdə
bölgədə əkin sahələri 58 faiz, mal-qaranm sayı 43 faiz,
texniki bitkilər səpini 32 faiz artmışdır72. 1926-cı ild ə
DQMV-də hər 100 təsərrüfata cəmi 6 kotaıı düşürdü, 48
faiz təsərrüfatm isə qoşqu qüvvələri yox idi: 1928-ci ildə
Dağlıq Qarabağda 27 kolxoz var idi. Bu da vilayətin
ümumi təsərrüfatmm 1,8 faizini təşkil edirdi. 1929-cu ildə
Dağlıq Qarabağ Muxtar Vilayətində 4,8 faizmı təşkil edən
49 kolxoz var idi.
Bu dövrdə diqqət yetirilən miıhüm məsələlərclən biri
də zorakı kollektivləşmə siyasəti, qolçomaqlarm bir sinif
kimi ləğv edilməsi pərdəsi altında həyata keçirilən
tədbirlərin
Dağlıq
Qarabağda
faciəli
ııəticələridir.
DQMV-də həyata keçirilmiş zorakı kollektivləşmə,
qolçomaqlara qarşı mübarizə siyasəti ittifaq miqyasmda
gedən sosial-siyasi proseslərin
tərkib
hissəsi olsa da, fərqli
cəhətləri də vardır. Başlıca fərq milli,
etnik
zəmin ilə bağlı
idi. Belə ki, Dağlıq Qarabağda kəndin sosialistcəsinə
yenidən qurulması ilə yanaşı azərbaycarılılarm sosial
bazasım zəiflətmək,
qeyri-azərbaycanlılarm,
xüsusilə
ennənilərin
sosial
imkanlarımn güclənməsinə və bu
zəmində
vilayətdə
siyasi
hakimiyyətin
möhkəmləndirilməsinə nail olmaqdan ibarət idi.
1931-ci ilin fevralında Hadrut rayonunda 2746
kəndli təsərrüfatmdan 136-sı, Şuşa rayonunda 2046
təsərrüfatmdan 264-ü, Ağdərə
və
Xocavənddə
5067
təsərrüfatm 45-i
varlı
kəndlilər
kimi
qeydə
almmışdır73. Qeydə alınan təsərrüfatların əks-əriyyəti
milliyyətcə azərbaycanlüar olmuş
və
onlar
Sibir,
Qazaxıstan
kimi
"kulak"
arxipelaqlarma
sürgün
edilmişlər. Dağlıq Qarabağ Muxtar Vilayətində yol
verilmiş bu aynseçkilik rəsmi, mərkəzi orqaıılar tərəfındən
təsdiq edilmişdir74. 19 3 3-cü ildə Dağlıq Qarabağda
44
təsərrüfatın
53,6
faizi
kollektiv
təsərrüfatda
birləşdirilmişdi. Bu bütün əkin sahəsinin 58 faizi,
iribuynuzlu heyvanlarm 50 faizi, bağlarm 51,8 faizini
əhatə edirdi. 1936-cı ildə 80000 hektar sahə əkildi ki, bu
da 1913-cü illə müqayisədə 2,2 dəfə çox idi75. 1940-cı ildə
Dağlıq Qarabağda 4 sovxoz, 199 kolxoz var idi ki, bu da
kəndli təsərrüfatmm 90 faizini əhatə edirdi. Bəhs edilən
dövrdə Dağlıq Qarabağda 199 traktor, 33 kombaym, 27
yiik maşını var idi76. Beləliklə, kənddə Sovet imperiyasmm
mövqelərinin möhkəmləndirilməsində kollektivləşmə xətti
mühüm rol oynadı. Kollektivləşmə ölkənin hər yerində
olduğu kimi DQMV-də əhalinin əsas kütləsinin həyat
tərzini
imperiyanın prinsipləri əsasmda dəyişdirdi.
Vilayətin milli, etnik tərkibində xeyli dəyişikliklər yarandı.
Bu da imperiyanm müstəmləkəçilik rejiminin sosial
bazasınm
yaradılması üçün
zəmin
oldu.
Dağlıq
Qarabağda kollektivləşmə siyasətini həyata keçirən
imperiya, mərkəzləşmiş nəzarət sistemi yaradaraq,
sərvətlərimizdən daha çox bəhrələnməyə başladı.
Sovet Rusiyası müstəmləkələrində möhkəmlənmək
siyasətini həyata keçirmək üçün müxtəlif peşə sahibli
mütəxəssislər
hazırlamağa
başladı.
Vilayətin
təbii
sərvətlərinin daha çox mənimsənilməsi üçün ixtisaslı
kadrlara ehtiyac olduğundan məktəb quruculuğu və
savadsızhğm ləğvi qarşıda duran mühüm vəzifələrdən idi.
1915-ci ildə Dağlıq Qarabağda 49 ibtıdai 1 orta məktəb,
79 müəllim, 3000 şagird var idi77. Daşnak silahlı
dəstələrinin törətdikləri qanlı cinayətlər nəticəsində bu
məktəblərin demək olar ki, hamısı bağlanmışdı. 1920-ci
ilin sentyabnnda N.Nərimanovun Dağlıq Qarabağa gedişi
savadsızlığm aradan qaldırılması və yeni məktəlilərin
açılmasma böyük təsir göstərdi78. Belə bir dövrdə Bakmın
Balaxam rayonu Şuşa qəzasında təhsilin inkişafı üçün
45
təhb olunan xərcləri öz üzərinə götürdü79. 1923-cü ildə
Şuşada pedaqoji kurs açıldı. Nəticədə 1923-cü ildə
bölgədə məktəblərin sayı 104-ə, orada təlısil alan
şagirdlərin sayı 6400 nəfərə çatmışdı. Təhsil azərbaycan,
rus və erməni dilində keçirilirdi80.
1923-cü ilin iyulunda Karakozovun sədrliyi ilə
savadsızlığm ləğvi üçün Xüsusi Komitə yaradıldı. 1924-cü
ildə Dağlıq Qarabağda 24 yeni məktəb fəaliyyətə başladı.
Bu vaxt Vilayətdə məktəblərin sayı 114-ə, şagirdlərin sayı
7684-ə, müəllimlərin sayı isə 220-yə çatdı81. 1925-26-cı
tədris ilində Azərbaycanda 1057 birinci dərəcəli məktəb
var idi ki, bundan 190 erməni, 132-si isə rus məktəbi idi82.
Həmin dövrdə Dağlıq Qarabağda iki texnikom fəaliyyət
göstərirdi.
1924-cü ildə Xankəndində müəllimlərin ümumi
konfransı keçirildi. Koııfransda savadsızlığı ləğv etmək
məntəqələrinin yaradılması barədə qərar qəbul edildi.
Dövlət büdcəsindən bu məqsədlə 267.184 manat vəsait
aynldı. 1929-cu ildə Dağlıq Qarabağda 50-dən çox
savadsızlığı ləğv etmə məntəqəsi yaradıldı. Həmin
məntəqədə 1020 nəfər öz savadsızlığmı ləğv edə bilmişdir.
Bunlarm çoxu isə milliyyətcə ermənilərdən ibarət idi.
Sonrakı illərdə savadsızlığı ləğv etmə məntəqələrinin
fəaliyyəti daha da genişləndirildi.
Bəhs edilən dövrdə Azərbaycan Höküməti Dağlıq
Qarabağda təhsilirı inkişafma vəsait qoyuluşunu ildən-ilə
artırdı. Belə ki, 1933-cü ildə Vilayətdə təhsilin inkişafma
5,4 milyon manat vəsait ayrılmışdırsa, 1938-ci ildə bu
rəqəm 22 milyon manata çatdırılmışdır. Ayrılmış vəsait
hesabına 1928-1938-ci illərdə Dağlıq Qarabağda 67 yeni
məktəb binası tikilib istifadəyə verildi83. 1941-cı ilin
əvvəllərində Dağlıq Qarabağda məktəblərin sayı 198-ə,
şagirdlər 40766-ya, müəllimlər isə 1696-ya çatdı84.
46
1920-ci ildən başlayaraq xalqın əsrlər boyu yaratdığı
və yaşatdığı rnilli adət-ənənələr beynəlmiləlçilik bayrağı
altmda imperiya siyasəti burulğanmda məhv edilməyə
başlandı. Bu işdə mətbuat və digər informasiya vasitələri,
mədəni-maarif müəssisələri mühüm rol oynadı. 1921-ci
ildə "Qolos Karabaxa", 1923-cii ildə "Karabaxi ixucq"
(Qarabağ kəndlisi), "Xordani Karabax" (Şuıa Qarabağı),
"Şuşa", "Aşxostosnik" (Əmək), "Barekamütyün (Dostluq),
1933-cü ildə "Koltenteskal" (Kolxozçu), 1938-ci ildə
"Sosialist maldarlığı" qəzetlərinin nəşrinə başlandı.
1930-cu ildə Şuşa və Xankəndində yeni mətbəə
yaradıldı, 1921-ci ildə Şuşada, 1924-cü ildə Xankəndində
həvəskar bəstəkar, səhnə və xor dərnəkləri ustaları
fəalıyyətə başladı85.
1930-cu ildə Moskvada SSRI xalqlarımş teatı*
olimpiadasında Şuşa və Xankəndinin səhııə ustalaıı və
xor dərnəkləri də iştirak etmişdilər86. 1923-1924-cü illərdə
Şuşada musiqi məktəbi, 1936-cı ildə isə xor dərnəyi
yaradıldı. 1920-ci ildən başlayaraq İslam dininə, şəriət
qanunlarma qarşı mübarizə başlandı87. 1924-cü ildə
yaranmış "Allahsızlaı* cəmiyyəti", 1929-cu ildə "Mübariz
allahsızlar ittifaqı" Vilayətdə milli adət-ənənələrə, milli
mərasimlərə və hətta milli musiqiyə qaı şı mübarizədə fəal
rol oynamışdılar88. 1929-1931-ci illərdə Dağlıq Qarabağda
24 məscid və dini nıərasim keçirilən evlər klublara və
anbarlara çevrildi, onlarla ibadətgahlar dağıdıldı. Bu
illərdə məhərrəmliyə, orucluq günlərinə, dini və milli
bayramlara, xüsusilə Novruz bayramına qarşı mübarizə
geniş xarakter aldı89.
Lakin
bütiin
zorakı
tədbirlər
xalqımızı
öz
əqidələrindən, milli adət-ənənələrindən döııdərə bilmədi.
Xalq öz milli, dini psixologiyasmı qoruyub saxlaya bildi.
47
1920-ci ildən etibarən sovet imperiyası Azərbaycanın
elmi potensialmı artırmaqla, sərvətlərimizdən daha çox
bəhrələnmək və buna münasib ideoloji şərait yaratmaq
üçün bütün qüvvələrindən səmərəli istifadə etməyə cəhd
göstərmişdir. Bu məqsədlə 1923-cü ildə Xankəndində
"Azərbaycanm tədqiqi cəmiyyəti"nin Qarabağ şöbəsi təsis
edildi. Həmin şöbə Dağlıq Qarabağda elmi-tədqiqat
işlərinin genişləndirilməsində, elmi biliklərin yayılmasmda
mühüm rol oynadı. 1920-1940-cı illərdə Dağlıq Qarabağ
orta hesabla hər il elmi ekspedisiyalar təşkil edilmiş,
vilayətin yeraltı və yerüstü sərvətləri, qiymətli flora və
faunası
aşkar
edilərək
mənimsənilmişdir.
Dalğıq
Qarabağda
1924-cü ildə yeni taxıl sortlarmın
yetişdirilməsi, 1925-ci ildə üzümçülüyün yeni qayda ilə
becərilməsi90,
1928-ci
ildə
Şuşada
baytarlıq
və
diaqnostika,
Xankəndində
isə
Elmi
Tədqiqat
mərkəzlərinin yäradılması91,
1929-cu ildə yeni bitki
toxumlarmm
əldə edilməsi,
1937-ci ildə Ekvalpid
bitkisinin əkilməsi, 1938-ci ildə Arıçıhq Mərkəzinin
təşkili92 Vilayətin təbii sərvətlərindən geniş istifadə
edilməsinə səbəb olmuşdur.
Dağlıq
Qarabağ
Muxtar
Vilayətində
sovet
imperiyasmm təbliğat vasitələrindən biri də kitabxana və
qiraətxanalar
olmuşdur.
Sovet hakimiyyətinin
ilk
günlərindən başlayaraq, Vilayətin şəhər və kəndlərində
kitabxanaların yaradılmasma, əhali arasında mətbuatm
yayılmasına xüsusi diqqət verilməyə başlandı. Əgər 1913-
cü ildə kitab fondu 18000, kitabxana və qiraətxanaların
sayı 25 idisə, 1926-cı ildə kitab fondu 98118, kitabxana və
qiraətxanalarm sayı 12-yə çatdı. 1940-cı ildə DQMV-də
66 müstəqil kitabxana var idi93. Bu kitabxanalardan əlavə
vilayətdə 151 klüb, 213 məktəb və 7 həmkarlar ittifaqı
kitabxanası oxuculara xidmət göstərirdi. Bu dövrdə
48
Vilayət kitabxanalarımn fondlarmın ümumi həcmi 540
min nüsxəyə çatmışdı. Həmin dövrdə Şuşada müəllimlər
İnstitutu açılmış, lakın bir müddət sonra həmin institut
Xankəndinə köçürülmüşdü. Beləliklə, Dağlıq Qarabağda
erməni və rus dilində yeni məktəblər yaradıldı,
savadsızlıq, azsavadlıhq aradan qaldırıldı, müxtəlif
ixtisasalı kadrların sayı xeyli artırıldı. 1930-1940-cı illərdə
Dağlıq Qarabağın dövlət idarə orqanlarında, təsərmfat,
mədəni-maarif ocaqlarında çalışan işçilərin
böyük
əksəriyyəti milliyyətcə qeyri-azərbaycanlılar idi. Belə bir
tədbir Sovet imperiyasmm Dağlıq Qarabağ Muxtar
Vilayətində dayaqlarımn daha da möhkəmlənməsinə ciddi
təsir göstərdi. Eyni zamanda iyirmi il ərzində zorakılıq və
ağır represiyalar yolu ilə ərazidə yeni bir cəmiyyət -
totalitar birokratik rejim bərqərar oldu.
49
|