Azərbay can ssr dağliq



Yüklə 4,24 Mb.
Pdf görüntüsü
səhifə15/34
tarix02.01.2022
ölçüsü4,24 Mb.
#2711
1   ...   11   12   13   14   15   16   17   18   ...   34
C sdvəl M  6

T

əd

ri



il

i

Ü

m

u

m



h

si

l 

m

ək



b



ri

n

in

 

sa

y

ı

Ş

a

g

ir

d



ri

n

 

say

ı

M

ü

əl

li

m



ri

n

 

sa

y

ı



F

əh



 



nc



r

 

m



ək



b



ri

n

in

 

say

ı

O

ra

d

a

k

ı 

şa

g

ir

d



ri

n

 

say

ı

!

T

ex

n

ik

o

m

la

rın

 

say

ı

T

əl

əb

əl

ər

in

 

sa

y

ı

s

3

E

h

03

13

o

) O J D


Rj

-O

oH



  '

c / >



U

şa

q

la



n

 

sa

y

ı

T

ər

b

iy

əç

il

ər

in

 

say

ı

K

ö

rp

əl

ər

 

ev

in

in

 

say

ı

K

ö

rp

əl

ər

 

e

v

in

d

ə

k

i 

u

şa

q

la



n

 

sa



194

0/41

196

4

0

7

6

6

16

96

30

13

90

6

818

35

1

2

2

1

95

33

11

83

195

0/51

206

3

3

6

9

0

1929

36

£

0

0

1

4

827

24

694

56

20

cn

'O

Yuxarıdakı  cədvəldən  aydın  göründüyü  kimi  1940- 

1950-ci illərdə DQMV-də təhsilin inkişafı inkaredilməz bir 

həqiqətdir.  Lakin  bununla  yanaşı  DQMV-də  erməni,  rus 

millətçiliyi,  yerli  idarə  orqanlarında  çalışan  erməni 

mütəxəssislərinin  şovinist  siyasətləri,  sovet  rejiminə 

«sədaqətlə  qulluq  edən  adamlar»m  böhtançı  tədbirləri 

məktəb 


quruculuğu 

işlərinə, 

mədəni-maarif 

müəssisələrinin  fəaliyyətinə  ciddi  mane  olurdu.  DQMV- 

nin 

partiya, 



sovet 

orqanlarmda, 

mədəni 

maarif 


müəssişələrində çalışan  erməni,  rus mütəxəssisləri proletar 

beynəlmiləlçiliyi  şuarı  altmda  azərbaycanlı  mütəxəssislərə 

qarşı  gizli  mübarizə  aparırdılar.  Bu  «nəzəriyyə»  ayrı-ayrı 

sovet  orqanlarında  çalışan  bir  qrup  adamlarda,  o

85



cümlədən  DQMV-  təhsil  işçilərinə  bilavasitə  rəhbərlik 

edən  Ter-Karapetrov,  Baqdatyan,  Babayan,  Arustamova 

və  başqaları.  «Azərbaycan  dilində  təhsilin  gələcəyinin 

olmadığı»  iddiası  ilə  gördükləri  tədbirlər  vilayətdə 

azərbaycanlıların  yaşadıqları  kəndlərdə  tədris  işlərinə 

böyük zərbə vurmuşlar.

Azərbaycan  SSR  Elmlər  Akademiyasınm  1944-cü 

ildə  təşkil  olunmuş  Dağlıq  Qarabağ  şöbəsi  DQMV-nin 

tarixində  böyük  və  mühünı  bir  hadisə  olmuşdur16. 

Xankəndində  yaradılmış  bu  elmi  mərkəzin  qarşısmdan 

duran  ən  mühüm  vəzifələrdən  biri  1946-1950-ci  illərdə 

xalq  təsərrüfatmm,  xüsusilə  vilayətin  kənd  təsərrüfatımn 

yüksəldilməsi  işinə  kömək  edə  bilən  elmi  tövsiyələr  irəli 

sürməli  idilər.  Bəhs  edilən  dövrdə  Akademiyanm  elmi 

işçiləri  bir  sıra  elmi  tədqiqat əsərlərini  başa çatdırdılar  və 

həmin  əsərlər  praktikada  tətbiq  olunmağa  başlandı.  Belə 

ki,  həmin  əsərlər  sırasmda  «Dənli  bitki  toxumçuluğu  və 

onun  DQMV  rayonları  arasmda  bölüşdürülməsi», 

«Meyvə 

verən 


növ 


tut 

ağacınm 


biokimyəvi 

xüsusiyyətləri», «Kiçik Qafqaz sıra dağlarmdakı yaylaqlar 

və  bunlardan  Lisaqorsk  sovxozunda  istifadə  etmək 

haqqmda»,  «Şahtut  ağacları  və  bunlarm  DQMV-də 

yetişdirilməsi», 

«DQMV-nin  qabaqcıl 

kolxozlarımn 

iqtisadiyyatı», 

«DQMV-də 

ipəkçilik 

sənayesinin 

yerləşməsi  və  inkişafı»,  «Cəkilliklərin  və  yay  otlaqlarmm 

yaxşılaşdırılması»,  «Spiı*t  çəkildikdən  sonra  tut  tör- 

töküntüsündən  yem  hazıdamaq  üsulları»  və  başqa 

mövzular var idiJ7.

Elmi 


işçilər 

təkcə 


elmi 

əsərlər 


yazmaqla 

kifayətlənmirdilər. 

Onlar 

eyni 


zamanda 

vilayət 


zəhmətkeşlərinə  otlaqlardan yaxşı istifadə  olunması,  mal- 

qaranm  otarılmasının  düzgün  təşkil  edilməsi,  əməyin 

təşkili  və  heyvandarlıq  məhsullarmın  hesaba  alınması,  ot

86

çalımı və yem basdırılması,  bağ-bostanlara xidmət və  sair 



bu  kimi  müxtəlif məsələlər  üzrə  məsləhətlər  də  verirdilər. 

Onlar  təkcə  1950-ci  ildə  DQMV-nin  müxtəlif  idarə  və 

müəssisələrində  40-a  qədər  mühazirə  oxumuş,  yerli 

mətbuatda  və  respublika  qəzetlərində  elmi-kütləvi 

məqalələrlə çıxış etmişdilər. Vilayətin elm mərkəzinin elmi 

işçiləri  öz  işlərini  DQMV-nin  xalq  təsərrüfatmm  əməli 

məsələləri ilə sıx əlaqələndiridilər.

DQMV-də fəaliyyət göstərən elm mərkəzinin bölgədə 

xalq  təsərrüfatmın  bərpa  və  inkişafı  üçün  irəli  sürdükləri 

elmi tövsiyyələr yüksək qiymətləndirilsə-də, burada  mənfl 

hallarda  mövcud  olmuşdur.  Belə  ki,  aparılan  elmi 

araşdırmalar  nəticəsində  məlum  olur  ki,  Xankəndində 

fəaliyyət  göstərən  Elmlər  Akademiyasınm  bütün  heyyət 

üzvləri  (işçiləri)  hamılıqla  milliyyətcə  ermənilərdən  ibarət 

idi.  Həmçinin  Azərbaycan  SSR  EA-nm  Xankəndi 

şöbəsinin  elmi  katibi  Q.A.Mıkırtıçıyanm  yazdığma  görə 

burada  tədqiq  olunan  əsərlər  erməni  dilində  çap  edilir, 

yalnız DQMV- ərazisində və Ermənistanda yayılırdı18.  Bu 

fakt  isə  erməni  alimlərinin  nə  dərəcədə  «humanist» 

olduqlarmı sübut edir.

1946-1950-ci 

illərdə 


DQMV-də 

inkişaf 


edən 

sahələrdən  biridə  mədəni-maarif  müəssələri  olmuşdur. 

Hələ  1945-ci  ilin  sonlarmda  Azərbaycan  XKS-nin 

nəzdində  yaradılmış  Mədəni  Maarif Müəssələri  Komitəsi 

Vilayətdə  mədəni-maarif  işinin  inkişafı  üçün  tədbirlər 

plam  işləyib  hazırlandı.  İlk  növbdə  DQMV  İcraiyyə 

Komitəsi 

nəzdində 

Mədəni 

Maarif  İşləri 

şöbəsi 

yaradıldı19. 

Mədəni-maarif 

müəssələri 

içərisində 

kitabxanalarm  inkişafı  xüsusi  əhəmiyyət  kəsb  edirdi.

1946-1950-ci  illər  üçün  qəbul  edilmiş  «Mədəni  maarif 

müəssələrinin  bərpa  və  inkişafına  dair  beşillik  plan»a 

uyğun 

olaraq 


1950-ci 

ilədək 


DQMV-də 

kütləvi


87


kitabxanalarm 

sayının 


116-ya, 

bütövlükdə 

isə 

kitabxanalarm  sayını  265-ə  çatdırmaq  proqramı  tərtib 



edilmişdi20. 

Azərbaycan 

höküməti 

DQMV-də 


kitabxanalarm  nıadcli-texniki  bazasma  əsaslı  vəsait 

qoyuluşunu  1940-ci  illə  müqayisədə  2  dəfə  artırdı. 

DQMV-də 

1950-ci 


ildə 

təkcə 


kitabxanadarın 

kompleksləşməsinə  qoyulan  vəsait  166  min  manat  idi21. 

İlk  növbədə  DQMV-də  1946-1950-ci  illərdə  117  yeni 

kitabxana  yaradılmışdı. 

1940-ci  ildə  vilayətdə 

66 


kitabxana var idisə  1950-ci ilin sonlarmda bu rəqəm  183-ə 

çatdı.  Bundan  1  vilayət  kitabxanası,  3  şəhər,  5  rayon,  38 

kənd,  4  uşaq,  74  klub,  55  kolxoz,  3  həmkarlar  ittifaqı 

kitabxanaları və 47 qiraət koması idi22.  Halbuki əhalisinin 

sayı  DQMV-dən  çox  olan  Naxçıvan  MR-da 

Respublika,  5  uşaq,  124  kənd  kitabxanası  (cəmi  130 



kitabxana)  42  qiraət  koması fəaliyyət  göstərirdi23.  1950-ci 

ildə  DQMV-də  kütləvi  kitabxanaların  kitab  fondu  150 

min nüsxəyə çatdı  Vilayətdə hər 

1000 


nəfərə 2 kitabxana, 

hər  bir  sakinə  18  kitab  düşürdü.  Kənd  kitabxanalarmm 

fondunda  isə  98  min  nüsxə  müxtəlif  ədəbiyyat  var  idi25. 

Lakin  bütün  bunlarla  yanaşı  vilayətin  erməni  rəhbərliyi 

yeni 

kitabxanaların 



açılmasmda 

və 


kitabların 

komplektləşməsində  azərbaycanlılar  yaşayan  ərazilərə 

ögey  münasibət  göstərmişdilər.  Kitabxanalar  yalmz 

erməni  dilli  kitablarla  zənginləşdiriiirdi.  Belə  ki,  aparılan 

tədqiqatlar  nəticəsində  məlum  olur  ki, 

1951-ci  ildə 

DQMV-nin  Hadmt rayonunda  48,  Xocavənd  rayommda 

47,  Ağdərə  rayonunda  59,  Xankəndi  rayonunda  50 

kitabxana  olduğu  halda,  əsasən  azərbaycanlılar  yaşayan 

Şuşa  rayonunda  cəmi  8  müstəqil  dövlət  kitabxanası  və  6 

klub kitabxanası fəaliyyət göstərirdı26.  Xankəndi rayonun 

ermənilər yaşayan  bütün kəndlərində kitabxanalar olduğu 

halda,  rayonun  azərbaycanlılar  yaşayan  10  kənddən

88

yalnız  Kərkicahan  və  Kosalarda  kitabxana  var  idi. 



DQMV-nin 

azərbaycanhlar 

yaşayan 

kəndlərdəki 

kitabxanalar  erməni  dilində  olan  ədəbiyyat  daha  çox 

gətirilirdi. 

Məsələn,  təkcə  1950-ci  ildə  Xocavənd 

rayonunun  Muğanlı  kənd  kitabxanasma  daxil  olan  249 

nüsxə  ədəbiyyatm  200  nüsxəsi  erməni,  27  nüsxəsi  rus, 

yalnız  22  nüsxəsi  Azərbaycan  dilində  olmuşdu.  Bütün 

bunlara  baxmayaraq  Azərbaycan  höküməti  DQMV-də 

mədəni-maarif  işinin  inkişafı  üçün  öz  qayğısım  davam 

etdirirdi.

Mədəni-maarif  işinin  ən  kütləvi  vasitələrindən  biri 

kino  idi.  1946-1950-ci  illərdə  Azərbaycan  höküməti 

DQMV-nə  16 yeni kinoqurğusu göndərdi.  Bölgədəki kino 

qurğularmın sayı  1923-cü ildə  1,  1940-cı ildə 22 ədəd idisə, 

1950-ci  ildə  artırılaraq  38-ə  çatdı27.  Bu  kinoqurğulardan 

24-ü  stasionar,  14-ü  isə  səyyari  idi.  Vilayətdə  xalqm 

mariflənməsi işində kinolarm rolu böyük olmuşdur.  1950- 

ci  ildə  DQMV-i  ərazisində  göstəriləıı  kinolarm  sayı 

288000-ə  bərabər  idiki  bu  da  1940-cı  illə  müqayisədə  35 

faiz artıq demək idi28.

Azərbaycanda  1946-1950-ci illərdə mədəni-marif işini 

inkişaf  etdirmək  məqsədilə  1947-ci  ildə  «Azərbaycan 

Siyasi  və  Elmi  Birlikləri  Yayan  Cəmiyyət»  yaradıldı29. 

Həmin  Cəmiyyət  1947-1949-cü  illərdə  öz  sıralarında  2,2 

min  ziyalını  və  istehsalat  qabaqcılmı  birləşdirniişdi30. 

Cəmiyyətin  DQMV-də  də,  fılyalı  yaradılmış  və  əhali 

arasında  mədəni-marif  işinin  aparılmasında  xeyli  işlər 

görmüşdü.  Xalqm  mariflənməsi  işində  teatrm  rolunu 

xüsusi  qeyd  etmək  lazımdır.  1950-ci  ildə  Azərbaycanda 

cəmi  9  teatr  fəaliyyət  göstərirdi  ki,  bunlardan  biridə 

DQMV-nin  payına  düşürdü31.  M.Qorki  adına  Xankəndi 

Dövlət  Dram  Teatrı  XX  əsrin  20-ci  illərində  həvəskar 

dram dərnəyi şəklində fəaliyyətə başlamış və  1932-ci ildən

89



dövlət  teatrı  kimi  təşkil  edilmişdir32,  Dram  Teatrı  1946- 

1950-ci  iliərdə  DQMV-nin  kəndlərində  səyyari  tamaşalar 

göstərirdilər.  Aparalan  araşdırmalar  nəticəsində  məlum 

olur  ki,  tamaşalar  yalmz  ermənilər  yaşayan  kəııdlərdo 

nümayiş  etdirilirdi.  Bunun  əsas  səbəbi,  bir  tərəfdən 

azərbaycanlılar yaşayan  kəndlərdə tamaşanm göstərilməsi 

üçün  yer  problemi  ilə  bağlı  idisə,  ikinci  bir  tərəfdən  teatr 

truppasınm  tərkibinin  sırf  ermənilərdən  ibarət  olması  ilə 

əlaqəli  olmuşdur.  XX  yüziİliyin  40-cı  illərinin  sonlarmda 

Dağlıq 


Qarabağ 

rəhbərliyi 

xalqımıza 

qarşı 


öz 

«etibarlılığını»  bir  daha  nümayiş  etdirdi.  Belə  ki,  əsası 

Ə.Haqverdiyev  tərəfindən  XIX  əsrin  sonlarmda  qoyulan 

Şuşa Teatrı namərd «gülləsinə» tuş gələrək bağlandı33.

1946-1950-ci  illərdə  DQMV-də  klublarm  saymda  da

35  faiz artım müşahidə edilmişdir.  Belə ki, vilayətdə  1927- 

ci ildə 28,  1933-cii ildə  83  (80-ni kəııddə),  1940-cı ildə  151 

(147-si  kənddə)  klub  fəaliyyət  göstərirdisə,  1950-ci  ildə 

klublarm  sayı  artaraq  204-ə  (buııdan  193-ü  kənddə) 

çatmışdır34.  Klublar  yaradılarkən  də  azərbaycanlılar 

yaşayan kəndlər diqqətdən kənarda qalmışdır.

1950-ci ildə DQMV-də əhali arasmda mədəni-maarif 

işi  aparan  2  muzey  fəaliyyət  göstərirdi.  Bu  muzeylərdən 

biri 


1946-1950-ci 

illərdə 


Xankəndiııdə 

yaranmış 

ölkəşünaslıq  muzeyi  idi. 

1950-ci  ildə  DQMV-də 

muzeylərə  gələnləri  sayı  12000  nəfər  olmuşdu35.  Muzey 

daxilində keçirilən elmi-kütləvi iş, habelə muzeylərin təşkil 

etdikləri 

ekskursiyalar, 

səyyar 

sərgilər, 

müharibə 

veteranları  və  əmək  qəhrəmanları  ilə  görüşlər  əhali 

arasmda  rəğbətlə  qarşılanırdı.  Lakin  mədəni-maarif 

idarələrinin fəaliyyətində formalizm və rəsmiyyətçilik kimi 

ünsürlər  qalmaqda  idi  və  xalqm  lazımi  qaydada 

tərbiyələnməsində  həmin  müəssisələrin  güciindən  kifayət 

qədər istifadə edilmirdi.

90

Bəhs  etdiyimiz dövrdə DQMV-də  Azərbaycan  Sovet 

Yazıçılar İttifaqmın Xankəndi şöbəsi,  120 mədəniyyət evi, 

istirahət  və  mədəniyyət  parklaıı  və  sair  fəaliyyət 

göstərirdi.  1946-1950-ci  illərdə  DQMV-də  mətbuat  və 

radio  verilişi  sahəsində  böyük  müvəffəqiyyətlər  əldə 

edilmişdir.  Vilayətdə  6  adda  qəzet  nəşr  olunur  ki, 

bunlarda  4-ü  erməni  dilində,  1-i  Azərbaycan  dilində,  1-i 

isə  rus  dilində  buraxılır36.  Xankəndində  buraxılan  qəzet 

«Sovetakan  Karabax»  («Sovet  Qarabağı»)  adlamr  və 

erməni  dilində  nəşr  edilir.  Sonralar  Xankəndində 

«Sovetskiy  Karabax»  qəzeti  nəşr  edilməyə  başlanmışdır. 

Ağdərə rayonunda «Barekamutyun» («Dostluq»), Hadrut 

rayonıında 

«Koltntesekan» 

(«Kolxozçu»), 

Şuşa 

rayonunda  «Şuşa»  qəzeti  (sonralar  bu  qəzetin  adı 



məqsədli  şəkildə  dəyişdirilib  «Sosialist  maldarlığı» 

adlandırıldı)  Xocavənd  rayonunda  isə  «Aşxatanq» 

(«Əmək»)  qəzeti  nəşr  edilirdi.  Lakin  əvvəlki  dövrlərlə 

müqayisədə  DQMV-də  qəzetlərin  illik  tirajmda  azalma 

halı  müşahidə  edilmişdi37.  Məsələn,  1937-ci  ildə  15,2  min 

tirajla,  1940-cı  ildə  18,4  min  tirajla  buraxılırdısa,  1950-ci 

ildə bu rəqəm  11,8  minə enmişdi38.  Bəhs  etdiyimiz dövrdə 

«Sovetakan  Karabax»  qəzeti  bütün  qəzetlərdən  10  dəfə 

artıq tirajla nəşr edilir və yayılırdı.

1946-1950-ei  illərdə  DQMV-də  xalq  təsərrüfatı, 

mədəniyyət  və  maarifm  inkişafı  ilə  yanaşı  səhiyyənin  də 

inkişafmda 

irəliləyiş 

diqqəti 


cəlb 

edirdi. 


Dağlıq 

Qarabağda  insanlara  tibbi  xidmət  ilbəil  yaxşılaşır, 

əhalinin sağlamhğmm mühafizəsinə sərf edilən vəsait artır, 

müalicə-profilaktika  müəssisələrin  şəbəkəsi  genişlənirdi. 

Belə  ki,  1913-cü  ildə  Dağlıq  Qarabağa  daxil  olan 

ərazilərdə  30  çarpayılıq  xəstəxana,  !926-cı  ildə  150 

çarpayılıq  5  xəstəxana,  1940-cı  ildə  372  çarpayılıq  15 

xəstəxana  olduğu  halda,  1950-ci  ildə  587  çarpayılıq  16



91


xəstəxana var idi39.  Bu zaman Azərbaycanda cəmi  12 min 

çarpayısı olan 222 xəstəxana fəaliyyət göstərirdi40.

Həkimlərin və orta tibb işçilərinin sayı da durmadan 

artırdı.  Belə ki,  1913-cü ildə  bölgədə cəmi 2 həkim olduğu 

halda,  1940-cı  ildə  həkimləıin  sayı  86-ya  (bundan  46-sı 

kənddə),  1950-ci  ildə  isə  təxminən  2  dəfə  artaraq  153-ə 

(bundan  64-ü  kənddə)  çatmışdı41.  Bundan  əlavə  DQMV- 

də  42  hərbi  həkim  var  idi.  Ayrı-ayn  ixtisaslar  üzrə 

həkimlərin  sayı  1950-ci  ildə  aşağıdakı  kimi  olmuşdur. 

Cərrahlar  20  nəfər  can  həkimi  58  nəfər,  qadm  həkimi  15 

nəfər,  uşaq  həkimi  30  nəfər,  göz  həkimi  5  nəfər,  yolxucu 

xəstəliklərə qarşı mübarizə həkimi  16 nəfər,  burun, qulaq, 

boğaz  həkimi  3  nəfər,  əsəb  xəstəlikləri  həkimi  3  nəfər, 

vərəm  həkimi  9  nəfər,  Dəri-zöhrəvi  xəstəlikləri  həkimi  5 

nəfər,  rentgen  şüaları  ilə  müalicə  həkimi  6  nəfər,  Ağız 

boşluğu,  çənə  ilə  bağlı  olan  xəstəliklərə  qarşı  mübarizə 

həkimi 11  nəfər, diş həkimi  14 nəfər42.

1932-ci  ildə  Xankəndində  açılan  tibb  məktəbi 

DQMV-nin  xəstəxanalarmı  ixtisaslı  mütəxəssislərlə  təmin 

etməkdə  böyük  işlər  görmüşdü.  1940-1950-ci  illər  ərzində 

orta tibb işçilərinin saymda çox böyük  irəliləyiş  müşahidə 

edilmişdir.  Belə  ki,  1940-c  ildə  Dağlıq  Qarabağ  müalicə 

müəssisələrində 260 orta tibb işçisi var idisə (bundan  160-ı 

kənddə),  1950-ci ildə onlarm sayı 621-ə (bundan 356 nəfər 

kənddə)  çatmışdır.  1950-ci  ildə  Xankəndində  daha  bir 

xəstəxana  tikilib  istifadəyə  verilmişdir.  200  çarpayılıq  bu 

xəstəxanada  cərrahlıq,  daxili  xəstəliklər,  əsəb  xəstəlikləri, 

mamaçalıq,  qadm  xəstəlkləri,  uşaq  xəstəlikləri,  yoluxma 

xəstəlikləri  şöbələri  təşkil  olunmuşdur.  Burada  aptek, 

laboratoriya və müxtəlif kabinələr yaradılmışdır. Vilayətin 

bütün  rayonlarmda  xəstəxanalar  fəaliyyət  göstərirdi. 

Şuşada  2,  Ağdərədə  5,  Hadrudda  3,  Xocavənddə  2, 

Xankəndində 4 xəstəxana  var  idi.  Bundan  başqa  1950-ci

92

ildə  DQMV-də  8  polilklinika,  6  qadın  və  uşaq 

məsləhətxanası,  68  feldşer  -   analıq  məntəqəsi  və 

amblatoriyalar fəaliyyət göstərirdi43.

1940-1950-ci  illərdə  Azərbaycan  SSR-də  əhalinin 

artım  tempi  aşağı  düşmüşdü.  Bunun  ən  başlıca  səbəbi 

ikinci  dünya  müharibəsində  xalqımızın  iştirakı  və  yüz 

minlərlə  insanm  dünyasmı  dəyişməsi  və  müharibədən 

sonrakı ilk ağır illərin iqtisadi, sosial və mənəvi çətinlikləri 

ilə  bağlı idi.  1940-cı  ildə Azərbaycanda  3  milyon  205  min 

nəfər  əhali  yaşayırdısa  1950-ci  ildə  bu  göstərici  2  mlyon 

859 minə enmişdi44. Azərbaycanm hər yerində o cümlədən 

DQMV—də bu cür azalma halı müşahidə edilmişdir.  Belə 

ki,  DQMV-də  1950-ci  ildə  1940-cı  ilə  nisbətən  22  min 

nəfər  azalmışdı.  Dağlıq  Qarabağda  əhalinin  sayı  1940-cı 

ildə  150  min,  1945-ci  ildə  135  min,  1950-ci  ildə  128  min 

nəfər  olmuşdur45.  Bəhs  etdiyimiz  dövrdə  əhalinin  sosial 

strukturunda  da  dəyişikliklər  müşahidə  edilmişdir.  Fəhlə 

sinifinin  və  qulluqçularm  saymda  nisbi  irəliləmə  halları 

müşahidə  edilmişdir.  Məlum  hadisələrlə  bağlı  kişilərin 

sayı qadmlardan aşağı idi. Səhiyyənin vilayətdə inkişafı ilə 

bağlı əhali arasmda ölüm halları əvvəlki illərlə müqayisədə 

aşağı düşmüşdü.  Məsələn,  1940-cı ildə hər  1000 nəfər  13,5 

nəfər  ölüm  olmuşdursa,  1950-ci  ildə  bu  rəqəm  9,5  nəfərə 

enmişdi.  DQMV-də  1940-cı  ildə  hər  1000  nəfərə  artım

35,2 nəfər idisə,  1950-ci ildə bu rəqəm 31,4 nəfər olmuşdu. 

Naxçıvan  Muxtar  Respublikasmda  müvafıq  illərdə  bu 

göstərici 30,9 və 30,2 arasında dəyişmişdir46.

Dünya  müharibəsi  əhalinin  həyat  səviyyəsinin  aşağı 

düşməsinə  səbəb  olmuşdu.  Əhalinin  ərzaq  məhsullarına 

olan  tələbatım  ödəmək  üçün  dövlət  1944-cü  ildən 

kommersiya 

ticarətinə 

icazə 


verdi. 

Kommersiya 

ticarətində mallar  kartoçkälarla, lakin yüksək  qiymətlərlə 

satılırdı. 

Kommersiya 

ticarəti 

kolxoz 

bazarında



93


qiymətbrin  aşağı  düşməsinə  kömək  edir və  azad  ticarətin 

inkişafına  təkan  verircli.  1940-cı  illə  müqayisədə  1950-ci 

ildə  DQMV-də  illik  mal  dövriyyəsində  böyük  irəliləmə 

müşahidə edilmişdir.  Belə ki, müvafiq  illərdə  5950000-dən 

12770000-ə  qalxmışdır47.  Bundan  kommersiya  ticarətinin 

illik mal dövriyyəsi 4255000-dən 8835000-ə, dövlət ticarəti 

mal-dövriyyəsi isə  1695000-dən 3935000-ə çatmışdır48.

Müharibə  illərində  şəhər  əhalisinin  mühüm  ərzaq  və 

sənaye  malları  ilə  təchizi  üçün  kartoçka  sistemi  tətbiq 

edilmiş,  1947-ci  ilə isə  ləğv  edilərək,  onların  vahid  dövlət 

pərakəndə  qiymətləri  ilə  satışına  keçirilmişdir.  Bəhs 

etdiyimiz  dövrdə  pul  islahatı  da  keçirilmişdir  ki,  bu  da 

kənddə 

pul 


sisteminin 

möhkəmlənməsinə 

imkan 

vermişdir.  İstehsahn  ardıcıl  olaraq  artması  DQMV-də 



əhalinin  gəlirləriniıı  çoxalmasma  səbəb  olmuşdur.  1945-

1947-ci illər ərzində fəhlə və qulluqçularm orta aylıq əmək 

haqqı  3  faiz  artmışdırsa,  1950-ci  ildə  isə  1940-cı  illə 

müqayisədə  81  faizi  ötüb  keçmişdir49.  Vilayətdə  əhalinin 

gəlirlərinin 

çoxalmasmı 

əmanət 

kassalarımn 

və 

əmanətçilərin saymm artması faktlannda da  görmək olar. 



Belə ki,  1950-ci ildə Vilayətdə əmanət kassalarmm sayı 34, 

əmanətçilərin  sayı  isə  11237-ə  çatırdı.  Bu  isə  əvvəlki 

dövrlərlə müqayisədə 2 dəfə artıq deınək  idi.  1948-ci ildən 

başlayaraq  ərzaq  və  qeyri-ərzaq  məhsullarmın  pərakəndə 

satışı  qiymətlərində  aşağı  enmə  halı  müşahidə  edilmişdir. 

1950-ci  ildə  1947-ci  illə  müqayisədə  ümumi  pərakəndə 

satış  qiymətJəri  43  faiz,  ərzaq  məhsulları  47  faiz,  sənaye 

malları  35  faiz  aşağı  düşmüşdii51.  Lakin  əhalinin  alıcılıq 

qabiliyyəti hələ ki, lazımi səviyyədə deyildi.

1946-1950-ci illərdə DQMV-də kənd  təsərrüfatındakı 

irəliləmələr  -   istehsalm  artması,  heyvandarlıq  məhsulları 

tədarükünün  mütləq  normalarınm  azaldılması,  kənd 

təsərrüfatı 

məhsullarmm 

tədarük 

və 


satınalma

94

qiymətlərinin artırılması kolxozçuların maddi vəziyyətinin 

yaxşılaşmasına  kömək  edirdi.  1950-ci  ildə  DQMV-də 

kolxozçuların  pul  gəliri  1940-cı  ildəkindən  1,5  dəfə  çox 

idi52.

1946-1950-ci  illərdə  DQMV-də  nəqliyyat  sahəsində 



də  xeyli  müvəffəqiyyətlər  əldə  edilmişdi.  Həmin  dövrdə 

planda  nəzərdə  tutulmuşdu:  «Yol  azlığmı  tamamilə 

aradan  qaldırmaqdan,  hərəkət  surəıi  artmış  olduğu 

şəraitdə  avtomabil  nəqliyyatı  vasitəsilə  və  yükdaşmması 

sahəsində  artan  tələbatı  ödəyə  biləcək  təkmilləşdirilmiş 

möhkəm  yollar  yaratmaq  üçün  yol  təsərrüfatını  əsaslı 

surətdə 

dəyişib 


yenidən 

qurmaqdan 

ibarətdir». 

Azərbaycan  höküməti  DQMV-də  yollarm  uzunluğunu  2 

dəfə,  o  cümlədən  şosse  yollarını  6  dəfə  artırmağı,  yeni 

dəmir  yolu  xəttini  çəkmək  və  Xankəndi  Yevlax  təyyarə 

xəttini  açmağı  qarşıya  məqsəd  qcymuşdu53.  Bütün 

bunların  həyata  keçirilməsi  üçün  dövlətimiz  1940-cı  illə 

müqayisədə  1946-cı  ildə  DQMV-də  yol  tikinti  abadlıq 

işlərinə  2,5  dəfə  artıq  vəsait  ayırmışdı.  Bəhs  etdiyimiz 

dövrdə Hadruddan  Gizləyə  bərk örtüklə  yol  çəkildi.  Eyni 

zamanda  Tərtər-İstisu  yolunun  inşasında  xeyli  işlər 

görüldü.  1950-ci  ildə  Yevlax-Xankəndi  dəmiryolu  çəkilib 

istifadəyə  verildi.  Xankəndi-Yevlax  tsyyarə  xətti  açıldı. 

Beləliklə,  1950-ci ildə  DQMV-də yolların  uzunluğu  1923- 

cü  illə  müqayisədə  2,2  dəfə,  o  cümlədən  şosse  yollarmın 

uzunluğu 7 dəfə artmışdı54.

Beş il ərzində vilayətdə nəqliyyatm təkmilləşdirilməsi 

sayəsində  mühüm  nailiyyətlər  qazanılmışdır.  1950-ci  ildə 

avtomobil  nəqliyyatmm  yük  dövriyyəsi  1940-cı  ilə 

nisbətən  3,5  dəfə,  ümumi  istifadədə  olan  avtomobil 

nəqliyyatı ilə sərnişin daşmması isə 2 dəfə artdı.

1946-1950-ci  illərdə  DQMV -də  radiorabitə  vasitələri 

böyük  sürətlə  inkişaf  edirdi.  1950-ci  ildə  vilayətdə  3



95


radioverilişi 

nöqtəsi, 

radioqovşağı 



və 

2705 


radioqəbuledici  nöqtoləri fəaliyyət  göstərirdi.  Ümumilikdə 

Azərbaycanda radioqəbuledicilərin  sayı  181  minə  çatırdı. 

Naxçıvanda  isə  bu  göstərici  1927-yə  bərabər  idi55. 

Əhalinin  sağlamlığmm  mühavizəsində  sanatoriya-kurort 

müalicə  və  istirahət  evləri  mühüm  rol  oynayırdı.  1950-ci 

ildə Azərbaycanda  38  istirahət evi və sanatoriya  fəaliyyət 

göstərirdi  ki,  bunlardan  biri  də  Şuşa  şəhərinin  payma 

düşürdü.  Şuşa  şəhəri  özünün  təbii  mənərəsi,  gözəl  havası, 

saf  suyu,  tərifli 

İsa  bulağı,  Turş  suyu  ilə  hamımn 

hörmətini qazanmışdır.  Şuşa Azərbaycanm  gözəl  istirahət 

şəhəri,  Sağlamlıq  və  gümrahlıq  ınəskənidir.  1946-1950-ci 

illərdə  Şuşada  istirahət  və  müalicə  ocaqlarmm  sayı  xeyli 

artmışdır.  Bəhs  etdiyimiz  dövr  ərzində  respublikamızın 

müxtəlif  rayonlarından  minlərlə  insan  Şuşaya  istirahətə 

gəlmiş, xəstələr burada şəfa tapmışlar.  1950-ci ildə Şuşada 

istirahət edənlərin sayı  1940-cı illə  müqayisədə  3  dəfə çox 

olmuşdur.  1947-ci ildə Şuşada Ümumittifaq maliyyə-bank 

işçilərinin  sanatoriyasmda  420  nəfər  respublikamızm 

vətəndaşları  istirahət  etmiş  və  1948-ci  ildə  həmin 

sanatoriya istirahət evinə çevrilmişdir.  1950-ci  ildə  həmin 

istirahət  evində  1800 nəfər istirahət  etmişlər.  Ümumilikdə 

1950-ci  ilin  yaymda  Şuşada  2500  nəfər  insan  istirahət 

etmişdir56.  Havasınm  və  suyunun  təmizliyinə  görə,  1946- 

1950-ci  illərdə  Azərbaycanm  ayrı-ayrı  rayonları  Şuşa 

şəhərində  pioner  düşərgələri  açmışdılar. 

Uşaqlarm 

sağlamlığmı  təmin  etmək  üçün  Şuşada  «Respublika 

sağlamlıq məktəbi» yaradılmışdır.  Həmin məktəbdə  1948- 

ci  ildə  Azərbaycanm  3  rayonundan  gələn  160  uşaq 

istirahət  edirdi.  İlbəil  həmin  uşaqlarm  sayı  artır.  Həmin 

məktəbdə uşaqlarm təlim-tərbiyəsi və sağlamlıq işləri üçün

1947-ci  ildə  1150000  manat,  1948-ci  ildə  1406000  manat

96

vəsait  xərclənmişdirsə  1950-ci  ildə  həmin  vəsait  1554000 

manata çatmışdır.

Bundan  əlavə  I946-1950-ci  illərdə  Şuşa  şəhərində 

«Respublika  Uşaq  Sanatoriyası»da  fəaliyyət  göstərirdi. 

1950-ci  ildə  bu ; sanatoriyada  olaıı  uşaqların  sağlamlığı 

üçün 2340000 maiıat vəsait xərclənmişdir.

1946-1950-ci  illərdə  Şuşadakı  «Xan  qızı»  və 

«Tətavüz»  su  kəmərləri  əsaslı  təmir  edilib  istifadəyə 

verilmişdir.  Təəssüflər  olsun  ki,  1992-ci  il  mayın  8-dən 

basılmazlıq,  əyilməzlik  rəmzi  olan  qala  divarları,  igidlər 

oylağı  Cıdır düzü,  gözəllik  çələngi  Topxana  meşəsi,  həzin 

zümzüməli Daşaltı çayı, məşhur İsa bulağı, min  bir dərdin 

dərmanı  olan  yaylaqlarımız,  təbiətin  möcüzəsi  hesab 

olunan  Xarı  bülbül  -   Qala  adı  ilə  taııman  Şuşamız  yad 

əllərdədir.

1946-1950-ci  illərdə  Xankəndinin  abadlaşdırılmasma 

xüsusi  diqqət  yetirilmişdir.  Xankəndi  şəhər  zəhmətkeş 

deputatları 

Sovetinin 

icraiyyə 

komitəsinin 

sədri 

V.Stepanyanm  yazdıqlarma  görə,  «son  20  il  ərzində 



Xankəndinin  siması  əsaslı  surətdə  dəyişilib  tanmmaz 

olmuşdur.  25  il  bundan  öncə  bir  neçə  evdən  və 

zirzəmilərdən  ibarət  olan,  Qarabağ  xanlığmm  axırıncı 

xanı Mehdiqulu xanm mülkü olan Xankəndi  Azərbaycan 

dövlətinin  qayğısı  sayəsində  respublikamızm  mədəni  və 

abad şəhərlərindən birinə çevrilmişdir»57.

Bir  həqiqəti  qeyd  etmək  yerinə  düşərdi  ki, 

Azərbaycan  dövlətinin  başçısı  Mir  Cəfər  Bağırov  bəhs 

etdiyimiz  dövrdə  Xankəndinin  inkişafına  xüsusi  diqqət 

yetirmişdir.  Mir  Cəfər  Bağırovun  çıxışlarından  da  bunu 

aydm  görmək  olar:  «Keçmişdə  Xankəndi  adlanan 

bugünki  Sovet  Stepanakertinə  bir  nəzər  salm.  Doğrudur 

onun  əhalisi  o  qədərdə  çox  deyil,  çoxmilyonlu  şəhərə 

çevrilməyib,  cəmi  15.000  əhalisi  var.  ancaq  mən  arzu



97


edərdim  ki,  İşverənin  ən  gözəl  şəhəri  bu  günkü 

Stepanakertə 

bənzəsin»58. 

DQMV-nin 

mərkəzinə 

çevrilmiş  Xankəndi  şəhərinin  necə  inkişaf  etdiyini 

aşağıdakı faktlardanda, görmək olar.  Belə ki,  1929-cu ildə 

Xankəndində  ən  yeni  avadanlıqlarla  təchiz  olunub 

mexanikləşdirilmiş  böyük  ipək  sarıma  fabriki  tikilmiş  və 

40-cı 


illərin  sonlarında  burada  böyük 

toxuculuq 

kombinatı  da  tikilmişdir.  İpək  sarıma  fabrikinin  yanmda 

gözəl  ikimərtəbəli  evləri,  yaşıl  bağları  və  məkiəbəqədər 

tərbiyə  ocaqları  olan  böyük  fəhlə  qəsəbəsi  likilmişdir. 

1946-1950-ci  illərdə  Xankəndi  şəhərində  yerli  sənaye  və 

sənət  kooperasiyası  şəbəkəsi  genişlənmişdir.  Burada 

fəaliyyət  göstərən  zavod  ildən-ilə  böyüyərək  DQMV-nin 

kolxoz  və  müəssələrinin  ehtiyaclarmı  ödəyirdi.  Xankəndi 

yerli  sənaye  fabrikası  özünüıı  zərif və  möhkəm  mebeli  ilə 

yalnız  DQMV-də  deyil  bütün  respublikada  şöhrət 

qazanmışdır.  Xankəndi  sənət  kooperasiyasınm  artelləri 

əhalinin  ehtiyaclarım  ödəmək  üçün  çoxişlənən  mallar: 

ayaqqabı,  üst  və  alt  paltarlar  trikotaj  malları,  qab-qacaq 

və  sair  buraxır.  1926,  1939  və  1959-cu  illərdə  əhalinin 

siyahıya  almması  zamanı  məlum  olur  ki,  Xankəndi 

şəhərində  əhalinin  sayı  çox  sürətlə  artmışdır.  Belə  ki, 

həmin  illərdə  Xankəndi  şəhərində  əhalinin  sayı  6,2  dəfə 

çoxalaraq  3,2  min  nəfərdən  19,7  min  nəfərədək 

yüksəlmişdir  (1926-1959-cu illərdə).  Bəhs  edilən illərdə isə 

şuşa  şəhərində  əhalinin  sayı  5,1  min  nəfərdən  6,1  min 

nəfərədək qalxmışdır59. (Artım 0,2 dəfə).

1940/1941-ci  tədris  ilində  DQMV-də  35  orta məktəb 

var idi ki, bunun 5-i Xankəndinin payma düşürdü.  Burada 

1946-1950-ci  illərdə  axşam  məktəbləri,  kənd  təsərrüfatı 

texnikomu, tibb və musiqi məktəbləri yaradılmışdır.  1947- 

ci  ildə  həmin  məktəblərdə  3500  nəfər  oğlan  və  qız 

oxuyurdu.  Xankəndində fəaliyyət göstərən  12 körpələr evi



98

və  uşaq  bağçasmda  500-ə  qədər  uşaq  tərbiyə  edllirdi. 

Burada  müalicəxana,  xəstəxana,  uşaq  rnəsləhətxanası  və 

başqa  səhiyyə  müəssisələri  yaradılmış,  əhaliyə  göstərilən 

tibb  xidməti  yaxşılaşdırılmışdır.  Xankəndində  fəaliyyət 

göstərən Maksim Qorki adma dram teatrı burada yaşayan 

əhalinin  böyik  rəğbətini  qazanmışdır.  Şəhərin  qış  və  yay 

kino-teatrlarıııda  əhali  ölkəmizin  ən  yaxşı  filmlərinə 

tamaşa  edirdi.  1946-1950-ci  illərdə  Xankəndi  şəhərinin 

küçələri  qaydaya  salmmış,  ağaclar  əkilmiş  və  başqa 

abadlıq 

işləri:  görülmüşdür. 

Burada 

yaradılmış

xəstəxanalarm ərazisində yeni parklar yaradılmışdır.

Xankərdində  mövcud  su-elektrik  stansiyasından 

əlavə  400  kilovat-saat  qüvvəsində  yeni  stansiya  1948-ci 

ildə  işə  salmmışdır60.  Şəhərin  işıqlandırılmasmda  həmin 

stansiyanm  gücündən  geniş  istifadə  edilirdi.  Bütün 

bunlarla  yanaşı  Xankəndi  şəhərində  Azərbaycan  Elmlər 

Akademiyasmm  və  Yazıçılar  ittifaqmm  Xankəndi  fılialı, 

pedaqoji  institut  və  istirahət  mərkəzi  də  fəaliyyət 

göstərirdi. Beləliklə DQMV-nin Xankəndi şəhərində  1946- 

1950-ci illərdə böyük  dəyişikliklər baş verdi.  Yeni yaşayış 

binaları,  idman  qurğuları,  klub,  kinoteatr  binaları  və sair 

tikilib burada yaşayanların istifadəsinə verildi.  1946-1950- 

ci  illərdə DQMV kəndlərinin siması xeyli dəyişmişdi.  Belə 

ki,  kəndlərin əksəriyytəinə yeni yollar çəkilmiş, çoxlu evlər 

tikilmiş,  mağazalar,  xəstəxanalar,  məktəblər  inşa  edilib 

yerli  əhalinin istifadəsinə verilmişdir.  Lakin  çox  təəssüflər 

olsun 

ki, 


DQMV-də  azərbaycanlılarm  yaşadıqları 

kəndlərə  biganəlik  göstərilmiş  və  həmişə  məqsədli  şəkildə 

diqqətdən  kənarda  qalmışdı.  Məsələn,  1300  əhalini  və  4 

yaşayış  məskənini  özündə  birləşdirən  Xocalıda  orta 

məktəb  olmadığı  halda,  1  yaşayış  məskəni  və  500  nəfər 

əhalisi  olan erməni kəndlərində nəinki orta məktəb, hətta, 

kitabxana, 

uşaq 


bağçaları, 

müalicə 


profılaktika

99


mərkəzləri,  idman  qurğuları,  radioqovşağı  və 

sair 


yaradılmışdı.

Beləliklə,  1946-1950-ci  iliərdə  DQMV-nin  erməni 

rəhbərliyinin  hə}'ata  keçirdiyi  «kompleks  tədbirlər» 

nəticəsində  vilayətdə  milliyyətcə  azərbaycanlı  olanlar 

sıxışdırılmağa  başlanıış.  erməni  əhalisinin  maddi  rifah 

halımn  yüksəldilməsi  təmin  olunmuş,  onların  əmək  və 

məişət  şəraiti  yaxşılaşmışdır.  Ümumilikdə  isə,  sovet 

imperiyasmm  DQMV-də  1940-19 50-ci  illərdə  mədəni 

quruculuq  «siyasəti»  öz  bəhrəsini  verdi.  İlk  növbədə 

DQMV-də  erməııi  və  rus  dilində  məktəblərin  geniş 

şəbəkəsinin  yaradılmasma  nail  olurıdu.  Müxtəlif  ixtisaslı 

erməni,  rus  və digər millətlərdən  olan  kadrlarm  sayı  xeyli 

artırıldı  və  onlarm  yerləşdirilməsinə  «beynəlmiləlçilik» 

pərdəsi  altında  xüsusi  diqqət  verildi.  Milliyyətcə  qeyri- 

azərbayçanlılarm  vilayətin  dövlət  idarə  orqanlarmda  işlə 

təmin  olunması  Sovet imperiyasımn  bölgədə dayaqlarınm 

daha da möhkəmləndirilməsinə ciddi təsir göstərdi.

100



Yüklə 4,24 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin