Cədvəl M S
Sıra
sayı
Kateqoriyalar
1913
1920
1940
1950
1
Qaramal
63,7
50,7
87,6
85,9
2
Qoyunlar
102,2
39,4
102,6
158,7
3
Keçilər
4,8
-
57,8
44,4
4
Donuzlar
13,8
5,9
26,1
31,7
Cəmi:
184,5
96,0
274,1
320,2
Cədvəldən göründüyü kimi 1950-ci ildə mal-qaranm
saymda 1940-ci ilə nisbətən 15 faiz artım olmuşdur. 1940-
cı illə müqayisədə 1950-ci ildə heyvandarlıq məhsullan
istehsalında da yüksək artım müşahidə edilmişdir. Belə ki,
bəhs edilən illərdə mal-qara və quş əti (diri çəkidə) 142,7
tondan 2480 tona, süd məhsulları 2,6 min tondan 5,1 min
tona, yumurta 289 miıı ədəddən 1857 min ədədə, yun 109
tondan 206 tona çatmışdır53,
Arıçılıq Dağlıq Qarabağ ərazisində yaşayan əhalinin
qədim məşğuliyyətlərindən biridir. Xüsusilə subalp və
dağətəyi qurşaqlarda küllı miqdarda bitən şirəli bitkilər
DQMV-də arıçılıq işinin inkişaf etməsi üçün əlverişli
79
şərait yaratmışdır. Arıçılıq prespektivli və gəlirli sahə
olduğundan Dağlıq Qarabağm hər yerində əhali arı
saxlayırdı. Məlum hadisə ilə bağlı XX əsrin 40-cı illərinin
birinci yarısmda arıçılıq sahəsində geriləmə halı müşahidə
edilmişdir. Azərbaycan höküməti 1946-cı ildə Xankəndi
Arı Damazlıq Mərkəzinin işini yenidən qurması üçün
vəsait ayırdı. Bölgəyə yeni aıı aiiələri gətirildi. 1946-1950-
ci illərdə DQMV-də arıçılıq həm eninə, həm də dərininə
inkişaf etdi. Belə ki, 1934-cü ildə vilayətin 41 kolxozunda,
1940-cı ildə 58 kolxozunda arı saxlanılırdısa, 1950-ci ildə
bu rəqəm 70-ə çatmışdır54. Şişkinin rəhbərlik etdiyi
Xankəndi An Damazlıq Mərkəzi vilayətdə yeni,
məhsuldar növlər yetişdirməyə başladı. Nəticədə hər
pətəkdən 25-35 kloqram bal əldə edildi. 1940-cı ildə
müqayisədə 1950-ci ildə DQMV-də arı ailələrinin sayı 2
dəfədən çox artdı. Belə ki, müvafiq illərdə vilayətdə arı
ailələri 4944-dən 9972-yə çatdı. 1950-ci ildə bal istehsalı
1927-ci illə müqayisədə 3 dəfə çoxaldı55. Beləliklə, 1946-
1950-ci
illərdə
DQMV-nin
xalq
təsərrüfatınm
müvəffəqiyyətlə bərpa edilməsi, dördüncü beşilliyin əsas
istehsal tapşırıqlarımn yerinə yetirilməsi, sənayenin, kənd
təsərrüfatınm, tikintinin, nəqliyyat və rabitənin texniki
səviyyəsinin daha da yüksəlməsi ilə əlamətdar oldu.
Sənayedə müharibədən sonrakı birinci beşillik plan 4 il
müddətində yerinə yetirildi. 1940-cı ildə nisbətən 1950-ci
ildə DQMV sənayesinin ümumi rnəhsulu 74 faizi ötüb
keçdi. Belə ki, xam ipək istehsalı 22 faiz, ipək parça
istehsalı 36 faiz, şərab istehsalı 50 faiz, konyak istehsalı 5
dəfə, yağ istehsalı 4,9 dəfə, yağlı pendir istehsalı 85 faiz,
mebel istehsalı 6,8 dəfə, əhəng 10 faiz, kərpic 4,5 dəfə,
kirəmid 12 faiz, ağac materialları istehsalı 65 faiz, elektrik
enerjisi istehsalı 3 dəfə artdı56. DQMV-də fəaliyyət
göstərən iri müəssisələr - Qarabağ ipək emalı müəssisəsi,
80
Qarabağ Şərab Tresti, Yağ-pendir zavodu, Mebel fabrik,
Qarabağ tikiş fabriki, Çörək fabriki və başqa müəssisələr -
Azərbaycan höküməti tərəfindən avadanlıqlarla təmin
edilirdi. Nəticədə isə istehsalm gücü artırıldı, məhsullarm
çeşidləri genişləndirildi və keyfıyyəti yaxşılaşdı. DQMV-
nin kənd təsərrüfatı bitkilərinin əlcin sahəsi 1950-ci ildə
1945-ci ilə nisbətən 4 min hektar artaraq 79,1 min hektara
çatdı və ümumi məhsul istehsalımn həcmi 1940-cı illə
müqayısədə 32 faiz çox oldu. Belə ki, taxıl yığımı 654 ton,
üzüm 2081 ton, diri çəkidə mal-qara və quş əti 1053 ton,
süd və süd məhsullan 2,5 ton, yumurta 1568 min ədəd,
barama 38 ton, xırda buynuzlu heyvanlar 27 faiz,
donuzların sayı 22 faiz artdı57. Beləliklə, Azərbaycanda və
onun ayrılmaz tərkib hissəsi olaıı DQMV-də Mərkəzi
hökümətin həyata keçirdiyi tədbirlər nəticəsində yeraltı və
yerüstü sərvətlərimiz bir yerdə və hazır şəkildə cəmləşərək
«beynəlmiləlçilik» şüarı altmda Errnənistana və Rusiyaya
daşınır, talan edilirdi.
81
V FƏSİL
AZƏRBAYCAN SSR DQMV-də MƏDƏNİ
QURUCULUQ (1946-1950-ci illər)
1946-1950-ci illəri əhatə edən bərpa dövründə sənaye
və kənd təsərrüfatı ilə yanaşı mədəni quruculuq sahəsində
də bir sıra vəzifələr müəyyənləşdirildi. Azərbaycanın hər
yerində, o cümlədən DQMV-də xalq maarifı şəbəkəsinin
tədris-maddi bazasmı möhkəmləndirmək, məktəbləri
pedaqoji kadrlarla təmin etmək, təlim və tərbiyə sistemini
yaxşılaşdırmaq, tədrisin səviyyəsini
yüksəltmək üçün
əməli tədbirlər həyata keçirmək və sair nəzərdə
tutulmuşdu. 1946-cı ilin avqust aymda Azərbaycan
müəllimlərinin III qurultayı keçirildi. Həmin qurultayda
1946-1950-ci illər üçün yeni dövrün tələblərinə uyğun xalq
maarifinin vəzifələri tam müəyyən edildi. Həmin planda
DQMV-də məktəblərin saymı 200-ə məktəblilərin saymı
33,5 minə, müəllimlərin sayını 2000-ə çatdırmaq, ali
təhsilli müəllimlərin saymı artırmaq, yaşlı nəsil arasmda
savadsızlığı ləğv etmək, bütün məktəbləri texniki təlim
vasitələri və dərs vəsaitləri ilə təmin etmək və sair
planlaşdırılmışdı1.
1946-cı ildə DQMV-də mədəni inkişafa 25 milyon
428 min manat vəsaıt ayrıldı ki, bundan 7 milyon 570 min
manatı orta ixtisas məktəblərinin genişləndirilməsinə sərf
edilməli idi2.
Plana uyğun olaraq Azərbaycan hökümətinin
ayırdığı vəsait hesabına 1946- 1950-ci illərdə DQMV-də 10
yeni məktəb binası tikilib istifadəyə verildi3. Köhnə
məktəblərdə isə təmir - abadlıq işləri aparıldı. 1940/1941-
ci
tədris ilində DQMV-də 196 məktəb var idisə,
1950/1951-ci tədris ilində bu rəqəm 206-ya çatmışdır4.
Burada təhsil alan şagirdlərin sayı isə son 25 ildə 7
82
dəfədən çox artaraq 36000 nəfərə çatmışdır5. Həmin
məktəblərdə isə dərs deyən müəllimlərin sayı 2000-i
keçmişdir6.
DQMV-də
maarif sahəsindəki
böyük
nailiyyətlərdən
biri
də
Xankəndində
müəllimlər
institutunun açılması ilə bağlıdır. 1938-ci ildə açılmış bu
institut DQMV-dəki yeddillik məktəblərini hazırlıqlı
müəllimlərlə təmin edir.
1940-cı ildə institutun iki (Azərbaycan və erməni)
bölmələri, 15 müəllimi, 150 tələbəsi var idi7. Sonralar bu
institutu 2 müstəqil instituta bölündü. Xankəndində
Azərbaycan Müəllimlər İnstitutu yarandı. 1950-ci ildə
Xankəndi Müəllimlər İnstitutu genişlənərək daha 3 şöbəsi
yarandı. Artıq İnstitutun 5 şöbəsi8: erməni dili və
ədəbiyyatı, rus dili və ədəbiyyatı, fizika riyaziyyat, tarix,
təbiət və coğrafiya şöbələri fəaliyyət göstərir. 1950-ci ildə
burada 450 nəfərdən artıq tələbə oxuyurdu. İnstitut hər il
respublikamızm məktəbləri üçün 60-a qədər müəllim
buraxırdı. 1950-ci ildə İnstitutda 6 nəfər elmlər namizədi
admı almış alim var idi9. İnstitut DQMV-də fəaliyyət
göstərən məktəbləri ali təhsilli mütəxəssislərlə təmin
olunmasmda xüsusi əhəmiyyətə malik idi. Belə ki,
1923/1924 tədris ilində DQMV-də 1 nəfər ali, 24 nəfər
orta
təhsilli müəllim var idisə 1950/1951-ci ildə
məktəblərdə dərs deyən ali təhsilli müəllimlərin sayı 212-
yə, orta-ali təhsilli müəllimlərin sayı isə 1949 nəfərə
çatmışdır10. Azərbaycan höküməti DQMV-də işləyən
yaxşı müəllimlərin əməyini yüksək qiymətləndirmiş,
onlardan 13 nəfəri əməkdar müəllim adma layiq görülmüş,
onlarla müəllim isə orden və medallarla təltif edilmişdir11.
Hətta DQMV-nin müəllimləri arasında «Şərəf nişanı»
ordeninə layiq görülən, Azərbaycan SSR Ali Sovetinə,
SSRİ Ali Sovetinə deputat seçilən müəllimlərdə vardır.
Lakin çox təəssüflər olsun ki, yüksək ada layiq görülən
83
müəllimlər arasmda bir nəfərdə olsun azərbaycanlı
familiyasma rast gəlmədik.
1950-ci ildə DQMV-də 4 texnikom fəaliyyət
göstərirdi. Həmin texnikomlaıda oxuyan tələbələrin sayı
827-yə, oram qurtaranlarm sayı isə 227-yə çatırdı (1950-ci
ildə)12.
Böyük Vətərı Müharibəsində əhalinin müharibəyə
səfərbər edilməsi ilə əlaqədar azyaşlı uşaqlar arasmda
azalma halı müşahidə edilmişdir. 1940-cı illə müqayisədə
1950-ci ildə DQM V-nin uşaq bağçalarmda uşaqların sayı
1221-dən 694-ə, tərbiyəçi müəllimlərin sayı 95-dən 56-ya,
uşaq bağçalarmm sayı isə 35-dən 24-ə enmişdir. Bəhs
etdiyimiz illərdə uşaq evlərində uşaqlarm sayı 1183-dən
563-ə, uşaq evlərirıin sayı isə 33-dən 20-dək azalmışdı13.
Aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki,
DQMV-i ərazisində 1946-1950-ci illərdə fəaliyyət göstərən
44 uşaq bağçası və evlərindən yalmz 2-si Şuşada fəaliyyət
göstərirdi. Qalan 42 uşaq müəssisəsi ermənilərin daha çox
cəmləşdiyi kəndlərdə yaradılmışdır.
Bəhs etdiyimiz dövrdə DQMV-də fəhlə və kəndli
gənclər məktəbləri də yaradılmışdı. 1946-1950-ci illərdə
burada 321 şagirdi olan 3 fəhlə gənclər məktəbi, 473
şagirdi olan 17 qiyabi yeddillik və orta yaşlılar məktəbi
yaradılmışdı14. Bəlıs etdiyimiz dövrdə Bakıda, Naxçıvan
MR-da isə 6 qiyabi yeddillik və orta yaşlılar məktəbi var
idi15. Əlbətdə axırıncı müqayisəni nəzərdən keçirərkən
Azərbaycan hökümətinin DQMV-nə nə dərəcədə qayğı
göstərdiyinin şahidi oluruq.
1940-1950-ci illər ərzində Azərbaycan SSR DQMV-
də təhsilin və təlim-tərbiyə müəssisələrinin necə inkişaf
etdiyini aşağıdakı cədvəldən də aydm görmək olar:
84
Dostları ilə paylaş: |