Azərbay can ssr dağliq



Yüklə 4,24 Mb.
Pdf görüntüsü
səhifə12/34
tarix02.01.2022
ölçüsü4,24 Mb.
#2711
1   ...   8   9   10   11   12   13   14   15   ...   34
Cədvəl M  3

Sıra


JVTe-si

Əkin sahəsinin növləri

1940

1950


1

Ümumi əkin sahəsi

82,0

79,1


2

Dənli bitkilər

70,6

67,8


a.

Buğda


41,9

39,7


b.

Arpa


17,3

3

Texniki bitkilər



4,1

2,4


73


o cümlədəıı

a.

Pambıq



3,0

1,3


b.

Tütün


0,3

4

Kartof və tərəvəz



2,3

2,2


o cümlədəıı

a.

Kartof



r"  1,5

1,4


b.

Tərəvəz


0,5

0,6


5

Yembitkiləri

5,0

6,7


DQMV-nin  iqtisadiyyatmda  ən  mühlim  sahələrdən 

biri  taxılçılıqdır.  Azərbaycan  lıöküməti  DQMV-də 

taxılçılığın  inkişafı  üçün  yeni  növ  taxıl  «Arandəni» 

buğdası  və  «Şirvandəni»  arpası  toxumaları  verdi. 

«Arandəni»  buğdası  vilayətdə  daha  yüksək  effekt  verdiyi 

üçün  1949-cü  ildə  bütün  əkin  sahəsinin  dörddə  üçündə 

əkilməyə  başlandı30.  Dənli  bitkilər  Dağlıq  Qarabağm 

bütün  rayonlarında  əkilirdi:  1940-cı  ildə  dənli  bitkilər 

ümumi  əkin  sahəsinin  86  faizini  təşkil  edirdi.  Yəni  81969 

hektar  ümumi  əkin  sahəsindən  70609  hektarmda  dənli 

bitkilər  əkilmişdi?l.  1950-ci  ildə  isə  79152  hektar  ümumi 

əkin 


sahəsindən 

67768 


hektannda 

dənli 


bitkilər 

əkilmişdi32.  Faiz  hesabı  ilə  götürüldükdə  bu  ümumi  əkin 

sahəsinin 85,6 faizini təşkil edir. Taxıl əkini sahəsinin nisbi 

azalmasına  baxmayaraq  yeni  aqrotexnika  üsullarınm 

tətbiqi,  becərmə  işlərinin  yaxşılaşdırılması,  toxumçuluq 

işlərinin  düzgün  qurulması  nəticəsində  DQMV-də  əkin 

sahələrinin  məhsuldarlığı  xeyli  artmışdı.  Belə  ki,  1940-cı 

ildə DQMV-də dövlətə  7014 ton  taxıl təhvil verilmişdirsə, 

1950-ci  ildə  bu :göstərici  7668  tona  çatmışdır33.  Dağlıq 

Qarabağm  kənd  təsərrüfatında  pambıqçılıq  xüsusi  yer 

tutur.  DQMV-nin  Ağdərə  rayonunda  pambıq  əkini  ilə 

daha geniş məşğul olurdular.  1913-cü ildə DQMV-də cəmi

74

500  hektar  sahədə  pambıq  əkilirdisə  1946-1948-ci  illərdə 



1500  hektar  şahədə  pambıq  əkilmişdi34.  Qabaqcıl 

aqrotexnikadan  və  zəngin  təcrübədən  istifadə  əsasında 

pambıq  tarlalarınm  becərilməsi  xeyli  yaxşılaşdırılmış  və 

tarlalardan yüksək məhsul götürülmüşdür.  1947-ci ildə hər 

hektardan  13,1  sentner əvəzinə  16,2 sentner,  yəni  1913-cü 

illə  müqayisədə  3  dəfədən  artıq  məhsul  götürülmüşdür. 

DQMV-nin pambıqçıları  1940-cı ildə dövlətə  3,1  min  ton 

pambıq təhvil vermişdilərsə  1948-ci ildə bu göstərici 4 min 

tonu keçmişdi35.

Azərbaycan SSR XKS-nin  1944-cü il qərarına əsasən

1949-1950-ci  illərdə  DQMV-də  pambıq  sahələri  ixtisar 

edilməyə,  əvəzində  yeni  bir  bitki-qvaula  əkilməyə 

başlandı.  Hələ,  1928-ci  ildən  Ağdərənin  Marquşadan 

sovxozunun  elmi-tədqiqat  stansiyasmda  qvaula  bitkisinin 

toxumçuluğu  və  aqrotexnikası  ilə  məşğul  olmağa 

başlamışdılar. Ağdərə rayonunun iqlimı və torpağı qvaula 

əkini  üçün  yarärlı  olduğundan  1929-cu  ildən  burada 

həmin  bitki  əkilməyə  başlanmışdır.  DQMV-də  əsas 

etibarilə  avqustifolum  «Pioner-Qarabağ»  çeşidi  əkilirdi. 

Həmin  növ  9-10  faiz  kauçuk  veridi36.  1946-cı  ildə 

Ağdərənin  Talış,  Madaqız,  Çaylı,  Marağa,  Marquşavan, 

Həsənqaya,  Levonarx,  Lüləsər,  Maqavuz,  Seysulan, 

Maxrataq,  Orataq,  Ksabet,  Gülyataq  və  Canyataq 

kəndlərində  156  hektar  sahədə  qvaula  bitkisi  əkilmişdir. 

36  hektar  saədə  isə  ştillik  sahnmışdır.  Qvauladan  təbii 

kauçuk  əldə  etməkdən  ötrü  və  xammal  bazasınm  təşkil 

edilməsi  üçün  DQMV-də  zavod  tikilməsi  zərurəti  ortaya 

çıxmışdır.  Belə bir zavod  1946-cı ildə Ağdərənin  Madağız 

kəndində tikilmişdir37.  Sonrakı illərdə həmin  bitkinin əkin 

sahəsi  genişləndirilmiş  və  DQMV-də  böyük  həcmdə 

qvauladan  yüksək  keyfiyyətli  kauçuk  almaq  üçün  əsas 

baza təşkil olunmuşdur.

75



İpəkçilik  Dağlıq  Qarabağ  zəhmətkeşlərinin  ən  çox 

sevdiyi peşələrdən bıridir.  1946-1950-ci illərdə Azərbaycan 

dövləti  bu sahəyə  də  xüsusi diqqət yetirmiş  və  DQMV-də 

tut  və  çəkil  bağlarmın  sahəsiııi  xeyli  genişləndirmiş, 

bölgəyə  yeni  növ,  daha  məhsuldar  barama  qurdu  vermiş 

və  ixtisaslı  mütəxəssislər  göndərmişdir.  1940-cı  illə 

müqayisədə  1950-ci  ildə  tut  bağları  2  dəfə  artırılaraq  883 

hektara  çatmışdır38.  Barama  qurdu  becərmək  texnikasmı 

öyrənmək  sahəsində  barama  məhsulu  xeyli  yüksəlmişdir.

1924-cü  ildə  hər  qutu  barama  qurdundan  18,5  kiloqram 

barama  götürüldüyü  halda39,  1950-ci  ildə  bu  rəqəm  50,4 

kiloqrama çatmışdır.  DQMV-nin  kumdarları  1950-ci ildə 

dövlətə  122  ton  barama  təhvil  vermişdilər40  ki,  bu  da

1924-cü illə müqayisədə 2 dəfə,  1940-cı illə müqayisədə isə 

20  faiz  artıq  idi.  DQMV-nin  kumdarları  Qarabağ  ipək 

emalı sənayesinin əsas xammal bazası hesab olunurdu.

1946-1950-ci  illərdə  bağçılıq,  xüsusilə  üzümçülük 

DQMV-də  kolxozlarm  iqtisadiyyatmda  əsas  sahələrdən 

birini  təşkil  edirdi.  Azərbaycan  höküməti  bölgadə 

üzümçülüyün  inkişafı  üçün  bir  sıra  tədbirlər  həyata 

keçirdi.  Belə  ki,  üzüm  bağlarım  1940-cı  ildəki  1970 

hektardan  2408  hektaradək  genişləndirdi  (1950-ci  ildə)41. 

Bağlar  salınarkən  mexanizasiyadan  istifadə  etməyi 

nəzərdə  tutan  mütərəqqi  üsullar  tətbiq  .olundu.  Bütün 

sahələrdə  cərgə  ilə  dəmir-beton  dayaqlarla  üzüm  əkininə 

başlandı. Yeni və daha məhsuldar üzüm növləri gətirilərək 

DQMV-də əkilməyə başlandı. Əvvəllər üzüm bağları təkcə 

Xocavənd  və  Hadrud  rayonlarında  əkilirdisə,  indi 

Xankəndi  və  Ağdərə  rayonlarmda  da  yeni  üzüm  bağları 

salmdı. 


Azərbaycan  hökümətinin  gördüyü  tədbirlər 

nəticəsində  əmək  məsrəfı  azalaraq,  üzümün  maya  dəyəri 

aşağı düşdü və məhsuldarlıq artdı.  Bütün bunların nəticəsi 

idi  ki,  1940-cı  ildə  DQMV-də  1565  ton  üzüm  yığımı

76

artaraq  1950-ci ildə 3646 tona çatmışdır42.  Tədarük edilən 



üzüm  isə  işlənmək  üçün  Qarabağ  şərab  sənayesi  trestinə 

verilirdi.

DQMV-nin  çoxillik  bitkiləri  içərisində  şahtut 

ağacları  görkəmli yer  tutur.  Çox  qulluq  tələb  etməyən  bu 

ağac Dağlıq Qarabağ ərzisində qədimdən becərilirdi.  Şah- 

tut  spirt  istehsalında  əsas  xammaldır.  Bundan  başqa 

ondan  bəhməz,  mürəbbə  hazırlamr  və  təzə  halda  yeyilir. 

Şah-tut digər tut növlərindən fərqli olaraq çoxlu bar verir, 

dadlıdır və şəkərlilik faizi 32-yə bərabərdir43.  Müharibənin 

başlanması  ilə  əlaqədar  baxımsızlıq  ucbatından  şah-tut 

bağları  1945-ci  ildə  1940-cı  illə  müqayisədə  2  dəfə 

azalmışdı.  1946-1950-ci  illərdə  yeni  şah-tut  bağları 

yaradılmış və  1950-ci ildə şah-tut bağlarmın ümumi sahəsi 

1734 hektara  çatmışdır44.  Bu isə  1940-cı illə müqayisədə 2 

dəfə artıq demək idi.

1946-1950-ci  illərdə  DQMV-də  tütün  istehsalı 

sahəsində də xeyli irəliləyişlər əldə edildi.  1946-cı ildə əkin 

sahəsi  artırıldı  və  yeni  növ  tütün  bölgədə  əkilməyə 

başlandı. Nəticədə tütün istehsalı  1940-cı ildə 99 ton  idisə, 

1950-ci  ildə  artaraq  164  tona  çatdı45.  Tütün  DQMV-də 

yüksək  gəlirli  və  prespektivli  sahə  olduğundan  sonrakı 

illərdə bu sahəyə.xüsusi diqqət yetirildi.

1946-1950-ci illəri əhatə edən beşillik planda DQMV- 

də  tərəvəz,  kartof və  yem  bitkiləri  sahələrinin  də  inkişafı 

nəzərdə  tutulmuşdu.  1940-cı  ildə  Vilayətin  təsərrüfatlan 

1537 hektarda kartof, 543 hektarda tərəvəz və 4966 hektar 

sahədə  yem  bitkiləri  əkmişdilərsə,  1950-ci  ildə  yem 

bitgiləri  6740  hektar,  kartof  1431  hektar,  tərəvəz  568 

hektarda  əkilmişdi46.  Müvafıq  illərdə  DQMV-də  kartof 

istehsalı  1137  tondan  1229  tona,  tərəvəz  istehsalı  503 

tondan  544 tona, yem bitkiləri isə  5000 tondan 6700 tona

77



çatdı47.  Onu  da  qeyd  edək  ki,  kartof  və  tərəvəz  yerli 

əhaliııin tələbatını ödəyirdi.

1940-cı  illə  müqayisədə  1950-ci  ildə  ümumi  əkirı 

sahəsinin  azalmasına  baxmayaraq  kənd  təsərrüfatı 

məhsulları  istehsalmda  artım  müşahidə  edilmişdir  ki, 

bunu aşağıdakı cədvəldən də aydm görmək olar:




Yüklə 4,24 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin