qızı
Tibb-sanitariya batalyonuna
rəis təyin edilmişdir. Dərin zəkaya malik cərrah Aliyə
minlərlə insanı ölümün pəncəsındən xilas etmişdir. 1941-ci
ilin əvvəllərində yaralanaraq əsir düşən Aliyə, 1942-ci ilin
əvvəllərində əsirlikdən qaçmış və Smolenskdə partizanlara
qoşulmuşdur. Cəmi 35 bahar yaşayan həssas, nikbin,
qeyrətli Vətən övladı 1942-ci ildə qəhrəmancasma həlak
olmuşdur22. Təlim, tərbiyə və təhsilini Şuşada alan və
ölümündən sonra «Böyük Vətən Müharibəsi Qəhrəmanı»
adma layiq görülən «Partizan Aliyə» ilə bütün Azərbaycan
xalqı fəxr edə bilər.
Sovet İttifaqmm donanma admiralı İ.S.İsakov
Böyük Vətən müharibəsi illərində qoşunlara bacarıqlı
rəhbərlik etdiyinə, igidlik və qəhrəmanlıq göstərdiyinə
görə Sovet İttifaqı Qəhrəmanı adı almış, 6 Lenin ordeni, 3
Qırmızı Bayraq Ordeni, 2 dəfə biriııci dprəcəli Uşakov
ordeni, birinci dərəcəli Vətən Müharibəsi və Qırmızı
Ulduz ordenləri ilə, bir çox medallarla, habelə bir sıra
xarici dövlətlərin ordenləri ilə təltif olunmuşdur23.
Rostov şəhərinin xatirə lövhəsində bir igid şuşalınm
da adı həkk olub: «Qaraşov Aslan Məmməd oğlu
(10.XI.1919, Şuşa - 12.02.1943, Rostov)». Aslan 1939-cü
ildə ordu sıralarına çağırılmış və
Böyük Vətən
müharibəsində artilleriya batareyasmm komandiri təyin
edilmişdir. O, Şimali Qafqazm azad edilməsində böyük
60
igidlik göstərmişdir. Rostovun Semernikova kəndində
gedən döyüşlərdə cəsur döyüşçü Aslan düşmənin 8 tankım
yandırmış və özü də həlak olmuşdur. Möhkəm əqidəli
şuşalı balasına Böyük Vətən Müharibəsi qəhrəmanı adı
verilmiş, «Qırmızı Bayraq» ordeni və çoxlu medallarla
təltif edimişdir.
Təhsilini Leninqrad və Moskva hərbi məktəbində
almış A.F.Vəzirov Böyük Vətən müharibəsi illərində
Zaqafqaziya cəbhəsi Şimal ordu qrupunun 5-ci dağ
minaatan - mühəndis briqadasmın, 3-cü Ukrayna
cəbhəsinin Qırmızı Bayraq Ordenli 51-ci mühəndis-
istehkam briqadasmm tərkibində olmuş və sonra
briqadaya komandirlik etmişdir. Polkovnik A.F.Vəzirov
göstərdiyi şücaətə görə Sovet
İttifaqı Qəhrəmam, 4
Qırmızı Bayraq Ordeni, II dərəcəli Boqdan Xmelnistki
ordeni və medallarla təltif olunmuşdur25.
Xocavənd rayonunda anadan olmuş M.A.Parseqov
1940-cı ildən aıtilleriya diviziyasma komandirlik etmişdir.
O,
Mannerheym xəttinin dağıdılmasında,
Kiyevin
müdafıəsində,
Yapon
militaristlərinin
darmadağm
edilməsində fəal iştirak etmiş və öz əsgər borcunu şərəflə
yerinə yetirmişdir. Göstərdiyi xidmətlərə görə general-
polkovnik M.A.Parseqova Sovet İttifaqı Qəhrəmanı adı
verilmişdir26.
Bütün Azərbaycan xalqınm fəxri sayılan Quliyev
Yaqub Allahqulu oğlu 1900-cu ildə Şuşada dünyaya göz
açmışdır.
1920-ci
illərdə
vzvod
komandiri,
rota
komandiri, türkmən süvari polkunun qərargahınm rəisi,
1938-ci ildə Türküstan dağ-süvari briqadası qərargahmm
rəisi, 1939-cu ildə Orta Asiya Hərbi dairə qərargahmm
rəis müavini, 1942-ci ildə 97-ci süvari diviziyasmm
komandiri vəzifələrində işləmişdir. Dərin düşüncəli Yaqub
sovet hərbi xadimi adına layiq görülmüş və general mayor
rütbəsi almışdır. İgid şuşalı Stalinqrad vuruşmasmda
qəhrəmancasına
həlak
olmuşdur.
Xalqımız
ölməz
qəhrəmanı ilə fəxr edə bilər. Onun adı Mamay təpəsindəki
xatirə ansamblma yazılmış, Türkmənistanda Yaqubun
adına abidə qoyulmuş və bir məşhur küçəyə Y.Quliyevin
adı verilmişdir. Ölümündən sonra Y.A.Quliyev Lenin
ordeni, sağlığmda isə 2 dəfə «Qırmızı Bayraq» ordeni ilə
təltif olunmuşdur. Lenin ordenli generalm adma Şuşada
da küçə vardır27.:
DQMV-nin Hadrut rayonunun Metstağlar kəndində
anadan olmuş S.A.Xudyakov general və aviasiya marşalı
rütbəsinədək yüksəlmişdir. O, Moskva ətrafında gedən
döyüşlərdə,
Kursk,
Oryol,
Belqrad
və
solsahil
Ukraynasınm
azad
olunmasında,
Y assı-Kişinov
əməliyyatlarmda fəal iştirak etmişdir. İgidlik və mərdlik
nümayiş etdirdiyinə görə S.A.Xudyakov bir sıra orden və
medallarla təltif ol unmuşdur.
Dərin düşüncəsi, möhkəm iradəsi, qibtə olunan
vətənpərliyi ilə xalqımızm sevimlisinə çevrilmiş, həm
zahirən, həm də mənən əsl azərbaycanlı və türk oğlu adma
layiq olan Xəlil Mərnməd oğlu Məmmədov gözəlliklər
diyarı Şuşada dünyaya göz açmışdır (1916). 1940-cı ildə
tank batalyonunun alay məktəbini bitirən Xəlil tank
komandiri təyin: edilmişdir. Böyük Vətən müharibəsində
rota və batalyon komandirləri vəzifəsində işləyən
X.Məmmədov Kerç, Kıım, Şimali Qafqaz, Ukrayna,
Moldava, Ruminiyamn azad edilməsində qəhrəmanlıqlar
göstərmişdir. Göstərdikləri qəhrəmanhqlara görə Xəlil
Məmmədova 1945-ci ildə Sovet İttifaqı Qəhrəmanı adı
verilmiş və general-mayor rütbəsinədək yüksəlmişdir.
X.Məmmədov Qırmızı Bayraq, Aleksandr Netski, 2
Qırmızı Ulduz, Şərəf nişam ordenləri və medallarla təltif
62
edilmişdir. Qəhrəmanın həyatı bugünkü gəncliyimizə gözəl
örnəkdir.
Bütün Taqanrok sakinləri arasında «məğlubedilməz»
ləqəbi ilə tanman Şuşa rayonunun Zarıslı kənd sakini Əli
Rza oğlu Bədəlov müharibə başlayan vaxtdan öz ərizəsi
ilə cəbhəyə getdi. Cəsur topçu Ə.R.Bədəlov Mozdok,
Taqanrok, Melitopol, Kişinyov ətrafmda, Macarıstan və
Polşada gedən döyüşlərdə yüzlərlə alman tankmı məhv
etmişdir. Ali Baş Komandanlığınm imzaladığı təşəkkür
əmrində onun adı həmişə birinci çəkilmişdir.
Şuşalı Əmir Məmmədoğlu Rüstəmov müharibə
dövründə,
azərbaycanlılar arasmda birinci
texnik-
mühəndis olmuşdur. 1942-ci ildə Qafqaz uğrunda gedən
döyüşlərdə düşmən obyektlərinin yerini və hücum üçün
plam Ə.Rüstəmov çox dəqiqliklə çəkmişdir. Kapitan
Ə.Rüstəmov 1942-ci ilin yanvarmda 56-cı orduya, sonra
isə 25-ci minaaxtaranlar briqadasma komandirlik
etmişdir. General-mayor rütbəsinədək >üksələn komandir
çoxlu orden və medalların sahibidir. Böyük Vətən
müharibəsi dövründə Dağlıq Qarabağdan onlarca döyüşçü
- Sovet İttifaqı qəhrəmanı A-C.Qasparov, Bəylər və Əşrəf
Cahangirovlar, Musa, Baxış və Alyoşa Hüseynov
qardaşları, Kamran Məmmədov və başqaları fövqəladə
mərdlik göstərmişdilər.
Beləliklə, Böyük Vətən müharibəsi SSRİ-nin qələbəsi
ilə başa çatdı. Qələbənin əldə edilməsində bütün
Azərbaycan xalqınm, o cümlədən DQMV-nin əhalisinin
böyük xidmətləri ölmuşdur. Alman faşizm üzərində qələbə
əldə edilməsinin ən başlıca səbəbi ölkənin və xalqın bütün
gücünün səfərbər edilməsində idi.
Həmçinin ölkə
rəhbərliyi inzibati idarəçilik metodlarmı daha da
möhkəmləndirib, iqtisadiyyatı qısa bir zamanda hərbin
tələbləri əsasında yenidən qura bildi və xalqlarm iqtisadi,
63
hərbi, mənəvi qüvvələrini birləşdirdi. Azərbaycan xalqı
ikinci düııya müharibəsində SSRİ-nin qalib çıxmasına öz
layiqli töhfəsini vermiş, adı XX əsrdə qəsbkarlığa və
mürtəce qüvvələrə qarşı mütərəqqi qüvvələrin tarixi
səlnaməsinə qızıl hərflərlə əbədi həkk olunmuşdur.
Azərbaycan xalqı Böyük Vətən müharibəsinin ağır yükünü
öz çiyinlərində daşımış və faşizm üzərində tarixi qələbə
qazanılmasmda mühüm rol oynamışdır. Ümummilli
liderimiz H.Ə.Əliyev çıxışlarmdan birində qeyd etmişdir:
«1941-1945-ci illər Azərbaycan xalqımn tarixində çox
görkəmli yer tutur və xalqımızm tarixində parlaq
səhifələrdəndir... İkinci dünya müharibəsi əyani şəkildə
bir daha təsdiq etdi ki, Azərbaycaıı xalqı ən ağır
smaqlardan üzüağ çıxmağa, misilsiz şücaət və rəşadət
nümunələri göstərməyə qadir olan çox dözümlü və
qəhrəman xaJqdır. Faşizm üzərində qələbədən sonra
xalqımızm keçdiyi yol Azərbaycanın gələcək milli
azadlığma,
müstəqilliyinə
gedən
yol
olmuşdur...
Azərbaycan yüksək inkişaf yolu keçdi və böyük iqtisadi,
intellektual potensial topladı. Bunlarm əsasmda xalqımız
öz müstəqilliyini əldə etdi və dünya birliyində öz yerini
tutdu»28.
64
Dostları ilə paylaş: |