Milli Kitabxana
109
M i r z ə F ə r ə c. Molla əmi, qaradovoy yox, milisioner.
Q a f a r. A kişi, sözü yenə qələt deyirsən, "milisner".
Ş a h s ə n ə m. Daha bəsdir, yenə mübahisəni başlamayın. Qoyun kişi sözünü
desin.
M o l l a N ə s r ə d d i n. Qoyun əhvalatı nəql edim, sonra ikinizin də qələtinizi
tutacağam. Mən çasta gedəsi Azərbaycanın daxili komissarı, orada olası. O mənim
əski dostumdur. Məni görcək dedi: A Molla əmi, sən bura xoş gəlmisən! Dedim:
Ay oğlum, xoş ilə gəlməmişəm, məni zor ilə gətiriblər. Əhvalatı nəql etdim. Çox
güldü, dedi: Sən həmişə fəhlə-kəndli tərəfdən olmuşsan. Biz sənin qədrini bilirik.
Sonra mənə bir sizinki kimi, bir də başqa kağız verdi. Dedi: Molla əmi, indi hansı
idarəyə istəsən, gedə bilərsən, qüsurlarımızı da göstərə bilərsən. Biz tənqiddən
qorxmarıq. Sonra öz avtomobili ilə buraya göndərdi. Yolda ağaların üçün də bir
yerdə gedən gördüm. Mənə elə bellərini büküb baş əydilər ki, heç keçmiş vaxt
kəndli, fəhlə də onlara öylə baş əyməmişdi.
Gülüşürlər.
M i r z ə F ə r ə c. Molla əmi, gərək mənim də işimə bir əncam çəkəsən.
M o l l a N ə s r ə d d i n. Hansı işinə, a Mirzə Fərəc?
M i r z ə F ə r ə c. Narkomprosa deyəsən məni şkola müəllim təyin etsin.
Ş a h s ə n ə m. Elə bir o qalmışdı ki, sənin kimi qocalara uşaq tapşırsınlar!
Q a f a r. Arvad, sən bu işlərə qarışma...
M o l l a N ə s r ə d d i n. Mirzə Fərəc! Şahsənəm doğru deyir. Sən ilə mənim
mollalığım keçdi. İndi cavan adamlar lazımdır.
M i r z ə F ə r ə c. Molla əmi, başına and olsun məndən çox qoca adamları
müəllim təyin ediblər. Heç olmasa, mən də gecə kurslarına dərs deyərəm.
M o l l a N ə s r ə d d i n. İndi səni imtahan edərəm. Bu təzə dili bilsən, mən də
təvəqqə edərəm. (Qoltuğundan dəftərçəsini çıxarıb baxır.)
M o l l a N ə s r ə d d i n. De görüm, idarələrin ən böyüyü hansıdır?
M i r z ə F ə r ə c. Sovkom.
M o l l a N ə s r ə d d i n. Qafar, belədir?
Q a f a r. Xeyr, Molla əmi, Narsovkom?
Milli Kitabxana
110
M i r z ə F ə r ə c. Adə, sən get pinəçiliyini elə! Belə şeyləri bilməzsən. Molla
əmi, sən ona qulaq asma, mən deyənə bax.
Q a f a r. Mirzə Fərəc, bir mənə qulaq ver. Kişi, bu yeni dildə "kom", "sov",
"nar" sözləri çox işlənir. Mən bunların mənasını bilmirəm. Bunu boynuma alıram.
Ancaq onu bilirəm ki, "nar" böyüklük göstərir. Hansı komun başına qonursa onu
böyük edir. İndi anladınmı?
M o l l a N ə s r ə d d i n. A Şahsənəm, deyəsən bunların heç biri bu təzə dili
yaxşı bilməyir.
Ş a h s ə n ə m. Molla əmi, yaxşı başa düşmüsən. Bunları qoyasan oylə
mübahisə edələr. Mən də, Gülpəri də bunların sözləşməsindən təngə gəlmişik. Kişi,
belə söyüşməyə, davaya çıxırlar. Həftələrlə küs baxılırlar.
M i r z ə F ə r ə c. A Molla əmi, sən özün bizə həkəm ol. Mən deyirəm bu
"dankom sözü bizim "dam" sözündəndir. Qafar deyir xeyr, urusun "dom"
sözündəndir. Hansımız düz deyirik?
M o l l a N ə s r ə d d i n. Hansınız düz deyirsiniz mən də bilmirəm. Ancaq bu
gün məni bəlaya salan o "dom" sözü oldu. Oylə ki, o matışkaya dedim: - madam,
bacalıska poydom domoy - mənim üstümə qışqırıb rayona apardı. O dostum böyük
idarələrin adlarını dedi mən də bu dəftərimə yazdım. Hə, tapdım "sovnarkom"
gördünüz ki, ikiniz də qələt deyirsiniz.
Q a f a r. Molla əmi, sənin dostun səhv edir. Kişi, "nar" gərək başda dursun.
Ş a h s ə n ə m. Aley, kül sənin o höcət başına. O hökumət adamı bilmədi, sən
Pinəçi Qafar bildin?
M o l l a N ə s r ə d d i n. Burada ən böyük idarənin adını yazmışam, amma
özüm də oxuya bilmirəm. Tərs kimi zirzəbərin də qoymamışam.
Q a f a r. Molla əmi, sən ora-burasından de, mən düzəldərəm.
M o l l a N ə s r ə d d i n. Baş kəlməni aydın oxuyuram. "Az"tsik...
Q a f a r. Hə, Aztsika.
M o l l a N ə s r ə d d i n. Yox, Qafar, sən də düz demirsən. Qoy qalsın. Bu dili
yaxşı biləndən öyrənərik. Ay uşaqlar, dil bəlasını çəkdiyimiz zaman ortalığa əlifba
bəlası gəldi. Deyəsən, bu ərəb əlifbasının dəyişilmək zamanı gəlib çatmışdır.
M i r z ə F ə r ə c. Kişi, nə danışırsan?
M o l l a N ə s r ə d d i n. İran durur, sən durursan.
Milli Kitabxana
111
Ş a h s ə n ə m. Molla əmi, izin ver süfrəni salım.
M o l l a N ə s r ə d d i n. Çox gözəl olar.
Ş a h s ə n ə m ilə G ü l p ə r i süfrə salmağa məşğul olurlar.
M i r z ə F ə r ə c. Molla əmi, bolşeviklər hər şeyə əl atırlar. Qorxuram, sən
demiş, bu əlifbaya əl atalar.
M o l l a N ə s r ə d d i n. Mirzə Fərəc, əlifba məsələsi çoxdandır. Dəyişilməsi
əski hökumətlərə sərfə deyil idi. Onun üçün də qoymayırdılar. İndi Şura hökuməti
latın hərflərinə keçəcəklər.
Q a f a r. Molla əmi, bu bədbəxt heç indikini yaxşı bilməyir. O təzəni necə
öyrənəcəkdir?
M i r z ə F ə r ə c. Qafar! Sən pinəçi adamsan, nə üçün aləm işinə qarışırsan?
Ş a h s ə n ə m. Molla əmi, süfrə hazırdır. Buyur.
Qalxıb süfrə tərəfə gedirlər.
Molla əmi, gəl irəli.
Şahsənəmin can pitisi
Gör nə pişib lap yeməli
Dərdinə dərman pitisi.
Dostları ilə paylaş: |