Milli Kitabxana
103
Onlar kağızın nə olduğuna fikir verməyib möhürdən qorxurlar.
A ğ a S a l e h. Molla əmi, biz sənlə zarafat edirdik.
V ə l i b ə y və A ğ a Ş i r ə l i. Buyurunuz bizə qonaq olunuz. Molla
Nəsrəddin. Görürəm mənim gəlməyimdən ovqatınız təlx olubdur. Çox şadıq.
Keçmiş günahlarımızı boynumuza alırıq.
A ğ a Ş i r ə l i. Xeyr, xeyr. (Oxuyurlar.)
Söylədik aldatmıyalım fəhləni, fəhləni,
Əldə də oynatmayalım fəhləni, fəhləni.
Yer verin azad eliyək kəndlini, kəndlini
Dəhridə dilşad eliyək kəndlini, kəndlini
Biz vəli bunlara qulaq vermədik, vermədik
Bu gələcək işləri biz görmədik, görmədik.
Pərdə
ÜÇÜNCÜ ŞƏKİL
Səhnə bir küçə göstərir, Molla Nəsrəddin sabiq ağaların əlindən xilas olduqdan sonra
kommunxoz idarəsinə getmək istəyir. Lakin o sözü unudub küçədən gedən adamlardan
soruşmaq istəyir. Rəcəb ilə Cavadı dayandırıb soruşur.
M o l l a N ə s r ə d d i n. A yoldaşlar, bircə dayanın, sizdən bir soruşmalım
var.
R ə c ə b. Bizim molla ilə yoldaşlığımız tutmaz. Bizim sənətimiz başqa şeydir.
C a v a d. Rəcəb, qoy kişi sözünü desin. Kim bilir, bəlkə yoldaşlığımız tutdu.
Görmürsən ki, bura adamına oxşamır. Bəlkə molla libasında... o söz.
R ə c ə b. Doğru deyirsən. Molla əmi, buyur görək, bizdən nə soruşmaq
istəyirsən?
M o l l a N ə s r ə d d i n. Sizdən bir söz soruşmaq istəyirəm. Ancaq yadımdan
çıxıbdır. Nə edim, qoca kişiyəm, hafizəm yoxdur. Pinəçi Qafar ilə Mirzə Fərəc
öyrətdilər, yenə də unutdum. Belə qozdur, xozdur, buna oxşayan bir sözdür.
C a v a d. Molla dayı, bizdən çəkinmə, malıym əsil adını de.
R ə c ə b. Molla əmi, biz də aramızda sövdə edəndə guya qoz alırıq, kişmiş
satırıq, deyirik. Lakin əsil alış-verişimiz başqa şeydir... o söz.
Milli Kitabxana
104
M o l l a N ə s r ə d d i n. A balam, mən sizi başa düşə bilmirəm, açıq danışın.
C a v a d. Düzü, biz qızıl alış-verişi edirik. Bizə speklyant deyərlər. Sən,
deyəsən, İrandan gəlmişsən. Qrandan, lirədən, dollardan nəyin var isə qiymətini de,
sövdəni başlayaq.
M o l l a N ə s r ə d d i n. Düzdür, mən İrandan gəlmişəm, lakin siz deyən
şeylər məndə yoxdur.
R ə c ə b. Sənə demədim ki, bizim molla ilə yoldaşlığımız tutmaz. Onlardan
kim xeyir görmüş ki, biz də görək.
C a v a d. Rəhmətliyin oğlu, bizi işdən, gücdən qoyubdur ki, nə var, sizdən söz
soruşacağam.
R ə c ə b. Gəl gedək. İndi malakan bağında rəqiblərimiz işlərini düzəltdilər.
C a v a d. İndi allah bilir, bu qoca kaftar bizə neçə milyon zərər vurdu!
Gedirlər.
M o l l a N ə s r ə d d i n. Bolşeviklərin də möhtəkirliklərlə bacarmadıqlarını
görürəm! (Erməni keşişini görüb.) Axper, bir dayan!
K e ş i ş. Kila niyə dayanmıram, dayanaram. Görürəm sən də mən dərdlisən.
Gəl iki badbaxt ürəyimizi bir-birimizə boşaldax. Kila, a Molla! Gördün ki, bu
şeytan bolşeviklər biz ruhanilərin başına nə gətirdilər?
M o l l a N ə s r ə d d i n. Nə gətirdilər, axper?
K e ş i ş. Daha nə gətirəcəklər? Kila, bu evi bərbad olmuş bolşeviklər
çörəyimizi kəsdilər.
M o l l a N ə s r ə d d i n. Necə?
K e ş i ş. İndi heç kəs gəlib bizə kəbin kəsdirmir. Hamı dindan, masapdan
çıxıbdır. Kila, indi oğlan qıza deyir: Bana gələrsən? Kila, qız da oğlana deyir,
gələrəm. İş bunla qurtarır. Daha bizə işləri yoxdur.
M o l l a N ə s r ə d d i n. Axper, burada təqsir kimdədir?
K e ş i ş. Kimdə olacaq? Əlbəttə, bolşeviklərdədir.
M o l l a N ə s r ə d d i n. Xeyr, axper, bizdədir. Biz din, məzhəbilə alış-veriş
edib ciblərimizi pul ilə doldururduq. Molla ilə keşişin cibinin böyüklüyü də zərb-
məsəl olmuşdur.
K e ş i ş. Ban elə bildim ki, molladan bolşevik olmaz. Sən, kila, bolşeviklərin
atasısanmış. Banım sənlə söhbətim tutmaz. Kila, xudahafis. (Gedir.)
|