Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ


Pərdə Milli Kitabxana 96 MOLLA NƏSRƏDDİN BAKIDA



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə43/196
tarix02.01.2022
ölçüsü3,42 Mb.
#2713
1   ...   39   40   41   42   43   44   45   46   ...   196
Pərdə


Milli Kitabxana

96

MOLLA NƏSRƏDDİN BAKIDA



Bir pərdəli, dörd şəkilli pyes

İŞTİRAK EDƏNLƏR

M o l l a N ə s r ə d d i n.

P i n ə ç i Q a f a r.

M i r z ə F ə r ə c.

V ə l i b ə y - sabiq mülkədar bəy.

A ğ a S a l e h - zavod sahibi.

A ğ a Ş i r ə l i - burjua.

E r m ə n i k e ş i s i.

İ v a n o v a - rus qadını.

C a v a d

R ə c ə b

}spekulyantlar

M i l i s i o n e r.

M e m a r - rus.

Ş a h s ə n ə m - Qafarın arvadı.

G ü l p ə r i - Mirzə Fərəcin arvadı.

Ç ö r ə k ç i.

BİRİNCİ ŞƏKİL

Səhnə bir  karvansara  qapısını  göstərir.  Qapının  sağ  tərəfində Mirzə Fərəc əlləri

qoynunda qəmgin oturub məktub  yazdıran gözləyir. Onun qabağında bir balaca  masa, üstə

kağız,  qələmdan və bir  balaca  kasa  içində məktub  qurulamaq  üçün  qum.  Digər  tərəfdə

Pinəçi Qafar çust yamayır.

P i n ə ç i Q a f a r (oxuyur.)

Pinəçi mənəm, işləsəm mədarım keçməz mənim.

Bu qışı burada qışlamasam mədarım keçməz mənim.

(Mirzə Fərəcə) Kişi keyfin olsun! Sən də mənim kimi oxu, gül, de, danış.

M i r z ə F ə r ə c.  Sənin  keyfin  kökdür,  onun  üçün  də oxuyursan.  Mən  niyə

oxuyum? Gündəlik çörək pulumu qazana bilmirəm.



Milli Kitabxana

97

Molla Nəsrəddin daxil olur.



M o l l a N ə s r ə d d i n. Səlaməleyküm, ey bitli-sirkəli qardaşlarım! Çoxdan

bəridir sizdən xəbərim yoxdur. Gəldim, görüm ruzigarınız necə keçir?

P i n ə ç i Q a f a r. Və əleyküməssəlam, Molla əmi! Sən buraya xoş gəlmisən.

Dayan, sənin üçün bu saat bir hava da oxuyacağam. (Oxuyur.)

Molla dayı sən bura xoş gəlmisən,

Harada idin bəs niyə gec gəlmisən?

Ağaları əski haldan salmışıq,

Mülklərini əllərindən almışıq.

M o l l a N ə s r ə d d i n. Mirzə Fərəc, Pinəçi Qafarın keyfi ulduza hürür. Sən

niyə gəmilərini bolşeviklər almış xozeyinlər kimi qəm dəryasına batmısan?

M i r z ə F ə r ə c. Molla dayı, Pinəçi Qafarın keyfi ulduza hürür. Kommunxoz

yoldaşın dövlətindən  mən  də dilənçi  halına  düşmüşəm.  Tovariş  Narkomprosun

əməlindən.

M o l l a N ə s r ə d d i n.  Hə, başa düşürəm,  yəqin Pinəçi Qafara amerikalı

yoldaşı kommunxozdan böyük pul çatıbdır. Onun üçün də keyfi kökdür.

P i n ə ç i  Q a f a r  (gülür.)  Molla əmi,  yoxsa  badı-buduçu  Məşədi

Məhəmmədəlini deyirsən?

M o l l a N ə s r ə d d i n. Hə, hə, onu deyirəm, sənin dostunu. Tiflisdə badı-

budu  satardı.  Səhərdən  axşama  kimi  səsi  kücələrdən  kəsilməzdi.  Oylə çağırardı:

badı-buduya, sibindiyya, ay badı-budu!

Gülüşürlər.

P i n ə ç i Q a f a r. Məşədi Məhəmmədəli bir yerdə oturmağı sevməzdi. Badı-

budu sata-sata, gəzməmiş şəhər qoymamışdı.

M o l l a N ə s r ə d d i n. Bir gün Məşədi Məhəmmədəli idarəyə gəlib dedi:

Molla əmi  jurnalında  yaz  ki,  badı-budu  satan  Məşədi  Məhəmmədəli  Amerikaya

badı-budu  satmağa  gedir.  Şəklimi  də çək.  Məni  də bərk  tərif  et.  Yaz  ki,  dünyada

birinci badı-buduçudur. Hər kəs onun noğul kimi badı-budusunu yesə, ömrü uzun

olar, özü də cavanlaşar. Dedim, a lotu, kələyin nədir? Dedi: Molla əmi, xozeyin




Milli Kitabxana

98

olmaq  istəyirəm.  Deyirlər  Amerikada  adamlar  çox  tez  pullanır.  Sənin  jurnalın  da



dünyanın  hər  yerinə gedir.  Qoy  amerikalılar  oxuyub  mənim  pişvazıma  çıxsınlar.

Onda  işim  xod  olar.  Bir  az  müddətdən  sonra  eşidərsən  ki,  Məşədi  Məhəmmədəli

Amerikada milyonçu olubdur.

P i n ə ç i

Q a f a r.  Amerikaya  gedəndə mənə yazmışdı  ki,  səni  Molla

Nəsrəddin əmiyə tapşırmışam  ki,  Ağa  Şirəli kirayə üstə incitsə onu  jurnalında

hədələsin.

M o l l a N ə s r ə d d i n. Doğru deyirsən, gedəndə tapşırmışdı. İndi de görüm,

tapmışammı? Məşədi Məhəmmədəli Amerikada kommunxoz olubdur, sənə də pul

göndəribdir.

Gülüşürlər.

M i r z ə F ə r ə c. A Molla əmi, indi tap görüm məni bu bəlaya salan tovariş

Narkompros kimdir?

M o l l a N ə s r ə d d i n. Zənnimcə Bakıda "Tovariş Narkompros" adında bir

əcnəbi  şirkət əmələ gəlibdir.  Savadsız  adamlara  məktublar  yazıb  ciblərini  pul  ilə

doldururlar. Sən yazığın da çörəyini kəsirlər.

M i r z ə F ə r ə c. Molla əmi, bəli, doğrudur. Mən zavallının çörəyin kəsən o

evi  bərbad  olmuş  Narkomprosdur.  Lakin  o,  şirkət  deyil,  məktəblərə baxan  böyük

müdirdir.

M o l l a N ə s r ə d d i n. Hə, başa düşdüm. Görünür o Narkompros Bakıda

savad  fabriki  açıbdır.  Məmməd  Cəfərləri,  tükəzbanları  orada  oxudub  savadlı  edir

və sənin  də çörəyinə bais  olur.  Yaxşı iş  deyil!  İranda  da  bir  zaman  istədilər

dəmiryol  salsınlar.  Müctəhid  ağa  mane  oldu  ki,  o,  şeytan əməlidir.  İslam övladı

gərək  bu  fani  dünyada  zillət, əziyyət,  məşəqqət  çəksin.  Ta  ki,  axirətdə huri,

qılmanlara nail olsunlar.

P i n ə ç i Q a f a r. Molla əmi,  kommunxoz  bilirmisən  nədir?  Belə irəlidə

şəhərlərdə dum olardı. Yadındadırmı?

M o l l a N ə s r ə d d i n. Yaxşı  yadımdadır.  Xozeyinlər  yığıncağı.  Onlara

qlasni deyərdilər. Başda durana da qalava.

P i n ə ç i Q a f a r. Odu, odu, indi o dum işinə kommunxoz baxır.

M o l l a N ə s r ə d d i n. Qafar, yaxşı yadıma saldın. Buraya gəlincə küçələrdə

igirmi  iki  dəfə səcdəyə getmişəm.  Oylə ayaq  atmışam,  başmağım  çuxura  düşüb

yıxılmışam.  Onun  qulluğuna  getməliyəm. Öz  aramızdır,  deyəsən,  bu  kommunxoz

da köhnə xozeyinlər kimi işə kəm baxır.





Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin