Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə39/196
tarix02.01.2022
ölçüsü3,42 Mb.
#2713
1   ...   35   36   37   38   39   40   41   42   ...   196
Milli Kitabxana

87

C ə f ə r q u l u. İkinci səbəb qırmızıların başında duran şəxs...



Ə m i r a s l a n a ğ a. O kimdir?

C ə f ə r q u l u. Cahangir ağa!

H a m ı. Ah!

Ə m  i  r  a  s  l  a  n

a  ğ  a (əlini  xəncərin  dəstəsinə qoyur )  Sus!  Qorxudan

gözlərinizə qaranlıq  çöküb,  kimi  isə mənim  oğluma  oxşatmışsınız.  Mənim

nəslimdən Həsən kimi öz vətəninə xain çıxmaz.

Ədil bəy və Hadi lələ daxil olurlar.

Ə d i l  bəy.  Bu  partıltını,  gurultunu  eşitmirsiniz?  Bu  nə toplaşıb  söhbət

etməkdir?

M e h r ə l i b ə y. Biz sənin kimi millətə xain olub, vətəni satmamışıq. Onun

uğrunda canlar fəda etməyə yığışmışıq.

Ə d i l b ə y. Mehrəli bəy, bu yalançı sözləri burax. Mən sizin əsil məqsədinizi

gözəlcəsinə bilirəm. Nə üçün "vətən, millət" deyə bağıraraq, bu məzlum kəndliləri

qırdırırsınız?  Onların çoxu  hələ öz  mənfəətlərini  anlamamışlar,  onun  üçün  də

qırmızılarla  müharibə edirlər.  Fəqət  tezliklə anlayacaqlar.  Onda  süngünü

bolşeviklərə yox, sizin üzərinizə çevirəcəklər. Siz, qəhrəman, tac-taxtları zəlzələyə

salan  Qırmızı  Ordunun  müqabilindəmi  durmaq istəyirsiniz?  Necə oldu  kolçaqlar,

yudeniçlər, denikinlər?

Məni  bölük  komandiri  axırıncı  dəfə olaraq  sizin  yanınıza  göndərmiş.  Qan

tökülməmiş təslim olmağınızı tələb edir.

S ə l i m b ə y. Bizə birinci dəfədir ki, təslim təklif olunur. Amma siz axırıncı

dəfə olaraq, deyirsiniz.

Ə d i l b ə y. Birinci dəfə bu Hadi-lələ təslim əmrini gətirmişdir.

Ə m i r a s l a n a ğ a. Elə təklif olmamış, ola da bilməz.

Ə d i l b ə y. Pəricahan vasitəsi ilə, belədirmi, Hadi lələ?

H a d i l ə l ə. Bəli.

Ə m i r a s l a n a ğ a. Pəricahan mənə bir şey deməmişdir.

H a d i l ə l ə. Xanım məktubu oxuduqdan sonra cırıb atdı.

Ə m i r a s l a n a ğ a. Ah, nə gözəl cavab! Yaşasın qəhrəman qızım! (Qışqırır.)

Pəricahan!

Pəricahan xanım çərkəs libasında, üstü əslihəli daxil olur.

P ə r i c a h a n x a n ı m. Məni çağırırsan, əmücəm?



Milli Kitabxana

88

Ə m  i  r  a  s  l  a  n a  ğ  a. Bəli,  səni,  qeyrətli  qardaşımın  igid  qızı!  De  görüm



cırdığın  məktub  kimdən idi? (Pəricahan xanım başını aşağı salıb dinmir.) Qızım,

niyə dinmirsən?

P ə r i c a h a n x a n ı m. Məktub qırmızıların komandiri Cahangirdən idi.

Ə m i r a s l a n a ğ a (yerindən cəld qalxıb). Ah! Cəfərqulu doğru deyirmiş!

Ağalar,  bu  divarda  çəkilmiş  rəsmlərə baxınız.  Bu,  Rüstəm  zalın,  o  da  oğlu

Söhrabın  rəsmidir.  Rüstəm  müharibədə övladını tanımamış,  onun  sinəsini

paralamışdır.  Mən  isə bu  gün  mənə xain  olmuş  ciyərparəmi  bu  xəncər  ilə qətl

edəcəyəm. İndi Qırmızı Orduya hücumu mən başlayıram. Qalxın, haydı, ardımca!

Ə d i l b ə y və H a d i lələdən başqa qeyriləri çıxırlar.

Ə d i l b ə y. Bacım Gövhər əhvalatı biiirmi?

H a d i

l ə l ə.  Xeyr,  x’stəliyi  c’hətinc’ deməyi  məsləhət  bilmədim  və

başqalarına da tapşırmışam ki, deməsinlər.

Ə d i l b ə y. Yaxşı tədbirdir. Sən get vəziyyəti Cahangirə söylə, mən də bacımı

yoxlayıb gəlirəm.

Çıxırlar.



Pərdə

ÜÇÜNCÜ PƏRDƏ

İkinci pərdənin səhnəsi.

Əmiraslan  ağa,  Mehrəli

bəy,  Səlim

bəy,  Muxtar

bəy,  Heydərbəy, Cəfərqulu,

Pəricahan, Molla Sadıq, Hacı İmamqulu oturub müşavirə edirlər.

Ə m  i  r  a  s  l  a  n a  ğ  a.  Qeyrətli  bəylər,  bolşevik  Cahangir  bu məktubla  bizi

təslimə təklif edir. Yazır:

"Sizdən,  aldanmış  kəndlilərin  qanları daha  tökülməsin  məqsədi  ilə,  təslim

olmağınızı  tələb  edirəm.  Bizə məlumdur  ki,  o  biçarələri  "gürcü,  erməni  və türk

köməkləri gələcəkdir" deyə aldadıb qırdırırsınız. Onu da bilməlisiniz, təslimi rədd

edib qovğada davam etsəniz,





Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin