Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə35/196
tarix02.01.2022
ölçüsü3,42 Mb.
#2713
1   ...   31   32   33   34   35   36   37   38   ...   196
atarkən.) Bu mənim birinci cavabım. (Sonra boynundan qızıl medalyonu, içindəki

Cahangirin rəsmi ilə bərabər çıxarıb Hadi lələyə atır.) Al, tam üç ildir ki, bu rəsmi

ürəyim  üstə sevə-sevə saxlamışam.  Gecələr  onu  bağrıma  basıb əzizləmişəm,

öpmüşəm. Ta hicran oduna dözüb təsəlli tapmışam. Hadi kişi...

H a d i l ə l ə.  Pəricahan  xanım,  kifayətdir.  Məni  oda  yaxma.  Mən  sənin

lələnəm.  Səni  də Cahangir  ağa  kimi  bu əllərim  üstə bəsləmişəm.  Mənə Hadi  kişi

demə.


P ə r i c a h a n x a n ı m.  Bolşevik  tərəfinə keçmiş  lələni  mən  istəmirəm.

Dinlə, üçüncü verəcəyim cavab qaldı. Bilirsənmi o nədir?

H a d i l ə l ə. Xeyr, xanım.

P ə r i c a h a n x a n ı m. İndi görərsən, çıx, ey itlərcə qəlbimdə məskən etmiş

ilan!  Çıx,  ey  zəhərli,  məni  atəşə yaxan  məhəbbət.  Orada  indi  başqa  məhəbbət,

başqa eşq aşiyan edəsidir. Hadi kişi, Cahangirə de ki, Pəricahanın ürəyi onun üçün

daha qapanmışdır. Açmaq istəsə xəncərlə gəlsin. İndi gedə bilərsən.



Milli Kitabxana

79

H a d i l ə l ə. Pəricahan xanım, belə etmə, gəl, sən qoca lələnin  məsləhətinə



qulaq as. Bu xanədanın dağılıb pərakəndə düşməyinə bais olma.

P ə r i c a h a n x a n ı m. Bais olan sənin ağan Cahangirdir. Bu nəsihəti ona et.

Daha bitdi. Gedə bilərsən!

H a d i l ə l ə. Cahangir ağa, Cənnət əlinin evində sənin cavabına müntəzirdir.

Onda buyurunuz gedək, mənə verdiyin cavabı onun özünə ver, yoxsa, mən bu ağır

məsuliyyəti öhdəmə götürməkdən qorxuram.

P ə r i c a h a n x a n ı m. Hə, indi başa düşdümki, Cənnətəlininoğlu Həsənqulu

nə üçün  yoldan  çıxmayıb,  mənə elə sərt  cavab verirdi.  Demək,  Cənnətəlinin

ailəsinin Cahangir ağa ilə əlaqəsi varmış.

H a d i l ə l ə. Bəli.

P ə r i c a h a n  x a n ı m. Mən, başına qırmanc çəkdiyim Həsənqulunun evinə

getmərəm. Ağan Cahangirin cürəti varsa, buyurub buraya gəlsin.

H a d i l ə l ə.  Cahangir  ağanın  cürətini sən  məndən  yaxşı  bilirsən.  Buraya

gələrsə,  ona  heç  bir  xəta  toxunmaz,  çünki  sizi əhatə edənlərin  hamısı  onun

tərəfdarlarıdır.  Başından  bir  tük  düşməyə qoymazlar. Əmiraslan  ağanın  bu  saat

harada  olduğu  və atdığı  hər  qədəm  bizə məlumdur.  Baş  üstə,  cavabını Cahangir

ağaya deyərəm, lazım bilsə gələr, bilməsə qoşuna hücum əmrini verər. Daha başqa

əmrin yoxdur ki?

P ə r i c a h a n  x a n ı m. Yoxdur.

H a d i l ə l ə (gedərkən).  Pəricahan  xanım,  fikirləş.  Son  peşmançılıq  fayda

verməz. (Çıxır.)

P ə r  i  c  a  h  a  n    x  a  n  ı  m (tək).  Ah!  Bu  gün  başlanacaq  müharibən  xatırıma

gətirməkdən  qorxuram.  Bütün  bədənim titrəyir. Əmucəm  yanında  təslim  adını

çəkmək  mümkündürmü?  O  öz əlləri  ilə cəmi  evini-eşiyini  atəşə tutub  yandırar,

fəqət  təslim  olmaz.  (Çağırır.) Əhməd! Əhməd!  (Səs vermir.)  Səməd!  Səməd!

Bunlar harada batmışlar? Səfər! Səfər!

Sənəm daxil olur.

S ə n ə m. Nə buyurursan, xanım?

P ə r i c a h a n x a n ı m. A  qız,  nökərlər  haradadır?  Heç  səsimə səs verən

yoxdur.


S ə n ə m. Xanım, evdə heç kəs yoxdur.

P ə r i c a h a n x a n ı m. Haraya getmişlər? (Sənəm başını aşağı salıb cavab



vermir.) Niyə cavab vermirsən?


Milli Kitabxana

80

S ə n ə m. Xanım, qorxuram.



P ə r i c a h a n x a n ı m. Kimdən?

S ə n ə m. Ərim Əhməddən!

P ə r i c a h a n x a n ı m. Nə üçün?

S ə n ə m. Xanım,  xidmətçilərin  hamısı  bolşevikləri  gözləyirlər.  Onlar  tərəfə

keçəcəklər. Nökərlər Cənnətəligilə getmişlər. Onun oğlu Həsənqulu bolşevikdir.

P ə r i c a h a n x a n ı m. Sənəm, sən də onların tərəfdarısan?

S ə n ə m. Mən yox... Ancaq qorxuram. Əhməd deyir ki, bizim sirrimizi ağalara

versən,  səni  öz əlimlə boğub  öldürəcəyəm.  Xanım,  bir  Hadi  lələdən  başqa,  heç

kimə bel bağlamayın. O da burada yoxdur.

P ə r i c a h a n x a n ı m. Ah,  safqəlbli,  sadədil  Sənəm,  indi  heç  özümə də

inanmıram. Qorxma, sirrini bir kəsə demərəm, ancaq Əhmədi buradan rədd etmək

lazımdır.  Başqalarını da  o  yoldan  çıxarıbdır.  Onu  özüm  kəndə göndərəcəyəm.

Əmməm necədir?

S ə n ə m.  Müdam  böhran  içindədir.  Ayılanda  da  su  istəyir.  Xanım,  izin ver

mən gedim.

P ə r i c a h a n x a n ı m. Yaxşı, sən get, yanında ol, bir azdan sonra mən də

gələcəyəm.  (Sənəm  gedir.)  Ey  zavallı  ana,  heç  bilirsənmi ki,  yolunu  gözlədiyin

oğlun  nə fikirdədir?  Baba  yurdunu  tapdayıb,  sən  xəstə anasının başına  güllələr

yağdıracaq!  Yox,  yox, əgər  indi  buraya  gələrsə,  sağ  buraxmaram.  (Divardan


Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin