Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə33/196
tarix02.01.2022
ölçüsü3,42 Mb.
#2713
1   ...   29   30   31   32   33   34   35   36   ...   196
Milli Kitabxana

75

Ə m i r a s l a n  a ğ a. Bəli, doğrudur.



M o l l a S a d ı q. Hacı gördün ki, mən yalan deyən adam deyiləm?

H a c ı İ m a m q u l u. Bəs onda fikriniz nədir?

M u x t a r b ə y. Nə olacaq? İrana qaçmaq.

M o l l a  S a d ı q.  Hacı  eşitdinmi?  Gördün  ki,  mənim  məsləhətim  bizi

düşməndən  xilas  edər.  Bəylər  də mən  deyənə gəlmişlər,  şəriət  də bunu əmr  edir,

hifz-bədəni vacib buyurmuş, bəla gəlməmiş, fərar et demiş.

M e h r ə l i b ə y. Molla Sadıq, sizin buyurduğunuza görə şəriətimiz: "Düşmən

vətəniniz  üstə

gəldikdə

qoy  qaç,  canını  qurtar"  demişdir?!  Bəs  onda

peyğəmbərimizin buyurduğu hübbil-vətən

1

harada qaldı.



Mo l l a S a d ı q. Orası səhih, lakin bolşeviklər bizim üçün bir bəlayi-əzimdir

ki, xudavəndaləm dutduğumuz əməlin cəzası üçün göndəribdir.

S ə l i m b ə y. Bəs o cəza İran əhli üçün göndərilməmişdir? Yoxsa oradakıların

hamısı əməli-saleh insanlardır? Əgər cəza varsa, bizi İranda da tutacaqdır, Turanda

da.

H e y d ə r b ə y. Molla Sadığın fikri budur ki, nə məsləhət olacaq isə olsun,



fəqət içində Arazı keçmək olsun. Hacı, sizin fikrinizi də bilmək istəyirik.

H a c ı İ m a m q u l u. Mənə qalsa, hökumətə itaət etmək. Biz hökm quluyuq,

başda kim duracaqsa dursun.

Ə m  i  r  a  s  l  a  n    a  ğ  a. Hec  dediyini  anlayırsan,  ağlını  itirmiş  kişi?  Məgər

bilməyirsən  ki,  bolşeviklərin ən  böyük  düşmənləri  biz  xanlar,  bəylər,  siz

sərvətdarlar  və Molla  Sadıq  kimi ruhanilərdir?  Onlar  bu  üç  sinfi yer  üzündən

götürmək  fikrindədirlər.  Yoxsa  fikrin  odur  ki,  bolşevik  zamanında  da  malı  beşə

alıb  yüz  beşə satacaqsan?  Onlar  alış-verişi  bilmərrə aradan  götürürlər.  İndi

anladınmı? Xəsis, malını yeməyən kişi?

M u x t a r b ə y. Hacı, bundan əlavə pul da aradan qaldırılır.

H a c ı İ m a m q u l u. Elə iş olarmı? Pulsuz da dünya yaşarmı?

M u x t a r b ə y. Hacı, onu get bolşeviklərdən soruş.

Ə m i r a s l a n a ğ a. Daha bitdi. Hacı İmamqulu və Molla Sadıq, hər birinizin

fikrini bildik. İndi bizim də fikrimizi bilin. Biz bəylər qət

Vətən sevgisi



Milli Kitabxana

76

etmişik ki, bolşevik hökumətinə tabe olmayaq. Bizim üstümüzə gəlsələr, müharibə



edib babalarımızın yurdunu müdafiə edəcəyik. Bu bizim qətnaməmiz! Buna siz də

tabe olmalısınız. Molla  Sadıq, siz Mehrəli bəyin itaətində olacaqsınız, hər  nə əmr

etsə,  fori  bitirəcəksiniz.  Hacı  İmamqulu,  siz  də Muxtar  bəyin əmrinə tabesiniz.

Millətdən topladığınız paranı millət yolunda məsrəf edəcəksiniz.

H a c ı İ m a m q u l u. Başınıza dönüm, Əmiraslan ağa, mənim param harada

idi ki, məsrəf edim?

Ə m i r a s l a n a ğ a. Onu Muxtar bəy bilər. O, onun vəzifəsidir.

M u x t a r b ə y. O, bizim xüsusi işimizdir. Əmrinizin dalını buyurunuz.

Ə m i r a s l a n a ğ a. Molla Sadıq, siz də o fəsahət, bəlağət qapısı olan ağzını

açıb  camaatı  bizim  itaətimizə çağıracaqsınız.  İndi  cümləniz  mürəxxəssiniz.

Gediniz,  iş  dalınca  olunuz.  (Ayağa  qalxırlar.)  O  da  məxfi  qalmasın  ki,  hər  kim

mənim əmrimdən baş qaçırarsa, güllə qabağına qoyulacaqdır.

M u x t a r b ə y. Hacı İmamqulu, eşitdinmi?

M e h r ə l i b ə y. Molla Sadıq, anladınmı?

B ə y l ə r. Əmiraslan ağa, xudahafiz.

Ə m i r a s l a n a ğ a. Xudahafiz, qeyrətli bəylərim.

Çıxırlar.

Pərdə

İKİNCİ PƏRDƏ

Birinci pərdənin səhnəsi.

P ə r i c a h a n x a n ı m  (yalqız).  Ah!  Nə dəhşətli xəbər!  Nə fənabir  hal!

Qırmızı Ordu tərəfindən kəndlər tutulmuş. Kəndlilər də bolşeviklərə qarışıb bəylər

üzərinə üsyan  edirlər.  Bizim  rəiyyətə də etibar  yoxdur.  Bu  axır  vaxtlar

xidmətçilərimizin  rəftarı  bizlə büsbütün  dəyişilib.  Xanədanımızda ən  müti, ən

fədakar sayılan Hadi lələ də yox olmuşdur. Yəqin o da bolşeviklər tərəfə keçibdir.

Daha  bundan  sonra  kimə ümid  bağlamalı?  Kimdən  nicat  gözləməli?  Ah,  harada

qalmışsan ey sevgili əmizadəm! Gəl, gəl, meydanda tək qalmış zavallı əmucənin





Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin