Milli Kitabxana
73
Ə m i r a s l a n a ğ a. İrəli gəliniz! Qulaq asınız. Bax bu gündən bəy, xan, ağa,
nökər, qulluqçu aradan götürülür. İndi cümləmiz bərabər olduq. Daha siz ilə məndə
heç fərq yoxdur. Buyurunuz, əyləşiniz. Biz bəylər ilə söhbət ediniz. Yeyiniz, içiniz,
kef ediniz. Niyə dayanmısınız? Oturunuz (xidmətçilər durduqları yerdə diz üstə
çökürlər.) Orada yox, buyurunuz bu divanlar üstə, bu sandalyalarda əyləşiniz! (Heç
kəs yerindən qalxmır.) A gədə Əhməd! Qalx, buraya gəl. Sənəm sən də. (Qorxa-
qorxa gəlirlər.) Sən burada, sən də orada oturunuz.
Ə h m ə d. Ağa, mən ona cürət edə bilmərəm. Məni başına çevir, azad et. Mən
ağaların hüzurunda necə əyləşim?
S ə n ə m (ağlar səslə). Ağa, məni o qırmancın ilə döy, amma bu işə əmr etmə.
Ə m i r a s l a n a ğ a. (əlini xidmətçilərə tərəf uzadaraq). Bu dilsiz-ağızsız
heyvanlardanmı hökumət qurulacaqdır? Deyirəm dünya dəli olub, mənə
inanmırsınız. (Ayağını yerə çırpır.) Durun! Sürünün!
Xidmətçilər qaçırlar. Bir qədər sükutdan sonra.
Ə d i l b ə y. Sizin bu imtahanınız mənə bir şey vermədi. Əmiraslan ağa, siz
kəndli, işçi, yoxsul kütləsi ilə heç bir zaman oturub-durmamısınız, ona görə də
təcrübəniz yoxdur. Qırmızı Ordu Bakıdan bu tərəfə yürüş edərsə, etməsinə də
şübhə yoxdur, çünki Azərbaycan bir Bakıdan ibarət deyil, o vaxtı indi hüzurunuzda
qoyun kimi diz üstə çökən xidmətçi əhmədlər, səmədlər, səfərlər və qeyriləri
bolşevik tərəfinə keçib sizə düşmən olacaqlar; çünki sizin zülmünüzdən xilas
olmaq yolu yalnız odur. Mənfəətləri də oradadır.
Ə m i r a s l a n a ğ a. Heç vaxt! Kəndlilər bolşevik tərəfinə keçməzlər.
Sübutum on səkkizinci il.
Ə d i l b ə y. O başqa zaman və başqa hal idi. İndini onunla müqayisə etmə,
yeni hökumətə tabe olmaqdan başqa yol yoxdur.
Ə m i r a s l a n a ğ a. Heç vaxt! Onları Kürdən bu tərəfə keçməyə qoymarıq.
Gürcüstan və Ermənistanı da unutma.
Ə d i l b ə y. Baxarıq.
Çıxır, bəylər məyus, başlarını aşağı salıb sükuta gedirlər.
Ə m i r a s l a n a ğ a. Nə sükuta getmişsiniz. Yoxsa gopçu Ədilin sözündən
xofa düşmüsünüz?
Milli Kitabxana
74
H e y d ə r
b ə y. Xofa düşməyə haqqımız var, çünki Şura hökumətinin
qanununda torpaq kəndlinindir.
Ə m i r a s l a n a ğ a. O niyə? Yer kəndlinin dədəsindən qalıb, ya babasından?
Bu torpaqların üstündə babalarımız su yerinə qan axıtmışlar. Onun bir addımını
kimsəyə vermərəm.
M u x t a r b ə y. Şura hökumətinin qanunda nəinki torpaq, heç xüsusi mal-
mülk yoxdur.
Ə m i r a s l a n a ğ a. Deməli, bu ev də mənim deyil?
M u x t a r b ə y. Bəli.
Ə m i r a s l a n a ğ a. Daha kifayətdir. Bəs beləmi hökumətə tabe olmaq
istəyirsiniz. Mülkümüzü, ev-eşiyimizi alıb özümüzü də Rusiya mülkədarları kimi
güllə qabağına qoyub tələf etdikdə bizə nə yol qalır? Tabe olmaqmı?
M e h r ə l i b ə y. Xeyr, mən bu ana kimi şərəflə yaşamışam. İndi də lazım
gələrsə, qeyrətlə ölərəm.
Ə m i r a s l a n a ğ a. Qəhrəman bəyin nəvəsindən başqa cavab gözləmək
olmazdı. Siz necə?
M u x t a r b ə y, S ə l i m b ə y, H e y d ə r b ə y. Bizdə bu fikirdəyik.
Ə m i r a s l a n a ğ a. Sağ olunuz! Ümidvaramki, sizlərin köməkliyi ilə
babalarımızın yurdunu düşməndən müdafiə edə billəm. Qırmızı Ordudan əsla xof
etməyin. O, nizami qoşun deyil, əlsiz-ayaqsız, aciz, kasıb-kusublardan toplanmış
dəstədir. Bizim igid dəliqanlıların müqabilində əsla durmazlar, fəqət səy və qeyrət
lazımdır. Siz bu gündən işə şüru ediniz. Dəstələr toplayınız, ləvazimat cəm ediniz.
Kəndliləri hər vasitə ilə olmuş-olursa öz tərəfinizə çəkiniz. Onları bolşeviklərin
vəhşiliyi ilə qorxudunuz. Deyiniz ki, bolşeviklər dini, məzhəbi, şəriəti aradan
götürürlər. Nigahı ortadan qaldırıb, arvadlar hamıya məxsus olur. Ruhaniləri,
ticarət əhlini köməyə çağırınız.
Bu halda Hacı İmamqulu və Molla Sadıq daxil olurlar.
H a c ı İ m a m q u l u, M o l l a S a d ı q. Salaməleyküm.
Ə m i r a s l a n a ğ a. Əleyküməssalam. Buyurunuz əyləşiniz. Yaxşı vaxtda
gəlmişsiniz.
H a c ı İ m a m q u l u. Əmiraslan ağa, Bakıdan gələn xəbər səhihdirmi?
Ə m i r a s l a n a ğ a. Hansı xəbər, hacı?
H a c ı İ m a m q u l u. Bolşeviklərin Bakını almaq xəbəri.
|