Milli Kitabxana
65
LAÇIN YUVASI
Drama 3 pərdədə
İŞTİRAK EDƏNLƏR
Ə m i r a s l a n a ğ a - 50 yaşında, böyük mülkədar.
C a h a n g i r a ğ a - onun oğlu, 22 yaşında, bolşevik.
P ə r i c a h a n x a n ı m - onun qardaşı qızı, Cahangirin nişanlısı, 20 yaşında.
G ö v h ə r x a n ı m - Əmiraslan ağanın arvadı.
Ə d i l b ə y - Cahangir ağanın dayısı, bolşeviklərin tərəfdarı.
H a d i l ə l ə - Cahangirin lələsi.
S ə l i m b ə y
H e y d ə r b ə y
}Bəylər.
M u x t a r b ə y
M e h r ə l i b ə y
H a c ı İ m a n q u l u - tacir, 60 yaşında.
M o l l a S a d ı q - axund.
Cəfərqulu - qolçomaq,
S ə n ə m
S ə f ə r
}Əmiraslan ağanın xidmətçiləri.
Ə h m ə d
Bir neçə qoşun əhli, bir neçə kənd əhli.
B İ R İ N C İ P Ə R D Ə
Hadisə ilk baharda, böyük mülkədar Əmiraslan ağanın dağ döşündəki kəndində vaqe
olur. Kəndin üst tərəfində hasarlanmış əski bir köşk (qala), onun yaxınlıgında Əmiraslan
ağanın evi. Səhnə Əmiraslan ağanın otağını göstərir. Otağın divarları və səqfi Firdovsinin
"Şahnamə"
əsərinin qəhrəmanlarının rəsmi ilə
müsevver, pəncərələrin şüşələri
rəngbərəngdir. Açıq pəncərələrdən dağlar, çay və qala görünür.
G ö v h ə r x a n ı m (tək). Xudaya, mən nə günahın sahibiyəm ki, məni belə
böyük bir bəlaya giriftar etdin? Tam üç ildir ki, gözlərimin nuru, ciyərparəm,
yurdumun çırağı, tək bir övladımın həsrətini çəkirəm. Cahangirim, gözəl oğlum,
cavan oğlum, başına nə bəla gəldi ki, bu uzun müddətdə gəlib əziz vətəninə çıxa
bilmədin? Söyləyirlər ki, Rusiyada inqilabdır. Orada su yerinə qan axır. İnsanlar
acından
Milli Kitabxana
66
tələf olurlar. Ya rəbbi! Bu tökülən göz yaşıma rəhmin gəlsin. Ey uca tanrı! Ey
böyük allah! Ey cəmi yaranmışın pənahgahı! Oğlumu səndən istəyirəm.
Ciyərparəmi tezliklə mənə yetir (Hadi lələ daxil olur. Gövhər xanım iztirab ilə.)
Hadi lələ, nə xəbərlə gəlmisən? Oğlumdan bir şey bildinmi?
H a d i l ə l ə (məyus bir hal ilə). Xeyr, xanım, şəhərdə bir adam qalmadı ki,
ondan Cahangir ağanı soruşmamış olam. Lakin bir şey hasil olmadı. Rusiya yolu
hər tərəfdən bağlı, bir gediş-gəliş yox...
G ö v h ə r x a n ı m (ağlar səslə). Demək,heç ümid yox, çarə yox...
H a d i l ə l ə. Xanım, bircə çarə var...
G ö v h ə r x a n ı m. O nə çarədir? Tez ol, de, ürəyim tab etmir!
H a d i l ə l ə. Xanım, sənə məlumdur ki, Cahangir ağanı bu əllərim üstə
böyütmüşəm. Gecələr nağıl deyib yatırtmışam. Gündüzlər gəzdirib muğayat
olmuşam. Mən bilirdim ki, onun ayrılığına dözə bilməyəcəyəm. Onun üçün də
Rusiyaya gedən zaman Əmiraslan ağanın ayaqlarına yıxılıb yalvardım ki, məni
Cahangir ağadan ayırma, onunla Rusiyaya getməyə, mənə də izin ver, razı olmadı.
Bu əhvalat yadındadırmı?
G ö v h ə r x a n ı m. Bəli, yadımdadır. Sənin də yadındadırmı, mən onun
ayaqlarına düşüb yalvardım ki, məni bədbəxt etmə, bu səkkiz il oxuduğu kifayət
edər. Bir belə mal-dövlət sahibidir. Daha nəyə ehtiyacı var ki, cavan ömrünü
qürbət ölkədə çürüdə. Mənim də sözümə qulaq asmadı. Dedi: "Gərək mənim
oğlum universitet qurtara!" Özün de bilirsən ki, istər dünya alt-üst olsun,
Əmiraslan ağa dediyindən dönməz.
H a d i l ə l ə. Ağanın o xasiyyətini mən də bilirəm. İndi fikrim budur ki,
Bakıya gedəm, oradan bir xəbər biləm. Bu da mümkün olmasa, Rusiyaya gedərəm,
ağamı axtarıb taparam.
G ö v h ə r x a n ı m (təəccüblə). Sənmi?
H a d i l ə l ə. Bəli, mən. Gecələr yata bilmirəm, xəyalıma cürbəcür fikirlər
gəlir. Deyirəm, bəlkə, o təhlükədədir, məni imdada çağırır, mənsə burada istirahət
edirəm. Yox, xanım, daha səbir edə bilmərəm, getməliyəm.
G ö v h ə r x a n ı m. Hadi lələ, Əmiraslan ağa səni buraxarmı?
H a d i l ə l ə. Bilirəm, buraxmaz, lakin mən ondan izinsiz gedəcəyəm və bir də
ağanın mənə nə ehtiyacı var? Qulluğunda duran xidmətçilər çoxdur. Mənim
getməyimdən xəbəri olmayacaqdır. Sizin də bu sirri kimsəyə deməyəcəyinizə
əminəm.