Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə26/196
tarix02.01.2022
ölçüsü3,42 Mb.
#2713
1   ...   22   23   24   25   26   27   28   29   ...   196
Pərdə


Milli Kitabxana

60

TÜRK BİRLİYİ



Bir pərdədə, məişətimizdən bir şəkil

İŞTİRAK EDƏNLƏR

H e y d ə r q u l u a ğ a

C ə f ə r b ə y

N ə c ə f b ə y

} Bəylər


S ə f ə r b ə y

F i r i d u n b ə y - təbib.

S ə m ə d b ə y - mühəndis.

} Ziyalılar

R ə s u l b ə y - vəkil.

M i r z ə K ə r i m - müəllim.

Ə l i b ə y - student.

H a c ı C ə b r a y ı l

K ə r b ə l a y ı H ü s e y n

}Tacirlər

M ə ş ə d i X u d a v e r d i

Əhvalat Qafqaz şəhərlərindən birində vaqe olur. Cəfər bəy axşam saat 7-də qonaqlarını

gözləyərək Heydərqulu ağa ilə söhbət edir.

C ə f ə r b ə y. Heydərqulu ağa, mən bu işi boynuma çəkmişəm və ümidvaram

ki,  yürüdəm,  ancaq  rica  edirəm  ki,  özünü  bir  az  saxlayasan.  Xasiyyətin  tünddür,

heç zad üstə barıt kimi partlayırsan.

H e y d ə r q u l u

a ğ a.  Cəfər  bəy,  sən  öləsən,  hərgah  məni  padşahlıq

dumasına vəkil seçməsələr - cəmi mülkümü, evimi, eşiyimi satıb Firəngistan deyə

birbaş gedəcəyəm. Mən belə xəcaləti, töhməti yeyə bilmərəm.

C ə f ə r b ə y.  İndi  mən  bu  məclisdə məsələnin  başını  açacağam  və səni  də

dövlət dumasına vəkil seçməyi işarə edəcəyəm.

H e y d ə r q u l u a ğ a. Nə üçün işarə edirsən? Açıq-aşkar de ki, Heydərqulu

ağadan layiqli heç kəs yoxdur. Gərək onu seçək.

C ə f ə r b ə y.  Odur  ki,  tədbirin  yoxdur. Əvvəl  camaatın  xahişini  duymaq

lazımdır. Sonra da ona görə iş görmək.




Milli Kitabxana

61

Bu halda Nəcəf bəy, Səfər bəy, Firidun bəy, Rəsul bəy, Hacı Cəbrayıl, Mirzə Kərim və



sair qonaqlar daxil olurlar.

C ə f ə r b ə y. Ya allah. Xoş gəlmisiniz. Buyurunuz, buyurunuz. Nəcəf bəy,

Səfər bəy,  siz  buraya  buyurunuz.  Hacı əmi,  Mirzə Kərim  buyurunuz  buraya,

divanın üstə əyləşiniz.

Qonaqlar otururlar.

H e y d ə r q u l u a ğ a (Əli bəyə). Qardaşoğlu, kefin necədir? Görünür student

paltarını çox sevirsiniz.

Ə l i b ə y. Əmi,  işarənizi  başa  düşürəm,  ancaq  təqsir  məndə deyil.  Özünüzə

məlumdur ki, bu son illərdə Rusiyada elm təhsil etmək çox çətindir.

H e y d ə r q u l u a ğ a. Məncə təqsir özünüzdədir, mənim təsəvvürümə görə

studentlər dərslərini buraxıb padşahlıq işlərinə qarışmaqları eyn səfahətdir. Bunlar

tətil  edib  dərs  oxumamaqdan  dövlətə nə zərər  toxunacaqdır.  Mənə görə hökumət

dəxi də şad olur ki, universitetlər bağlanıb padşahlığın xərci azalar.

S ə m ə d

b ə y.  Xeyr, Heydərqulu ağa,  səhv edirsiniz.  Darülfünunların

bağlanması  dövləti  neçə il  geriyə salıb  böyük  zərərlərə bais  olur.  Bu  saat

mühəndislərə böyük ehtiyac vardır.

F i r i d u n b ə y. Həkimlərə də həmçinin.

M i r z ə K ə r i m.  Doğrudanda,  studentlər hürriyyət uğrunda çalışıb böyük

qurbanlar verirlər. Bunu inkar etmək olmaz.

R ə s u l b ə y. Biz də student vaxtında az çalışmamışıq, padşahlıq dumasının

açılmasında bizim də payımız var.

N ə c ə f b ə y.  Onlar hamısı  cavanlıq əlamətidir.  Mənim  kibi  sinnə dolanda

unudulub gedir.

H a c ı C ə b r a y ı l. Bunu Nəcəf bəy doğru deyir. Mənim oğlumda göydən

gedir.  Deyirəm  oğul,  sənin  Germaniyada  aldığın  təhsil  mənə qızıl  xəzinəyə

durubdur. İndi çalış pul qazan. Bu gün, sabah evlənib arvad-uşaq sahibi olacaqsan.

Pulsuz adamın nə dili var, nə hörməti. Hamıya gərək bəli, bəli, deyəsən.

C ə f ə r b ə y. Camaat, şair deyir ki:

Məsudimiz nə qəhvə və nə qəhvəxanədir,

Didari-yarı görməyə bunlar bəhanədir.




Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin