C ə b i. Pravilo belədir, əzizim.
Milli Kitabxana
51
N ə b i. İndi kart qoyun.
Cəbi (
stolun üstdəki basqa kaloddan kart çəkib üzü üstə qoyur.) Xalı beş manat.
O v a n e s. Kartı on manat.
N ə b i (kartı çevirir.) Beşlik üzdədir, kartınızı açın. Vəli bəy səninki üzdədir.
İyirmi manatı bangə at, qadanı alım. Saşa bəy, bu saat sənin üçün də bir onluq
getirərəm (kartı sağa və sola paylayır.) Sən vurdun, buyur, Saşa bəy, bu da sənin
on manatın.
O v a n e s. Qoy bangda dursun. Uqol gedəcəyəm.
N ə b i. Çox yaxşı, get (kartı çalır.) Buyurun kəsin. (Ovanes kəsir.)
C ə b i. Xalı üç manat.
O v a n e s. Uqol, kela, xalına da on manat.
N ə b i. Pəh, Saşa bəy yenə azartnı elədi. Xeyr, vermirəm. Sənə xalı üç
manatdan artığa xod yoxdur.
O v a n e s. Kartın təpədir.
N ə b i. Onda eybi yoxdur. Mehdi bəy, şahid ol ki, Saşa bəyin kartı təpə olmasa,
pul verməyəcəyəm. (Kartı çevirib sağ-sola paylayır.) Saşa bəy, bu da təpə.
O v a n e s. O deyil, eybi yoxdur, o olmasın, bu olsun. Xalı üç manatdan edər
altı manat. Bangdan istərsən dörd manat. Vəli bəy kartının üzünü aç.
C ə b i. Surət gətir.
N ə b i (sağa və sola paylayır.) Bu da surət.
C ə b i. O deyil.
N ə b i. Buyur, bu da surətin o birisi.
C ə b i. O da deyil.
N ə b i. Mehdi bəy, kartını aç, yoxsa getmərəm.
C ə b i. Nə, kartın dalını çək deyim.
N ə b i (səsini ucaldır.) Vallah çəkmərəm. Canım, surətin ikisi çıxıbdır.
C ə b i. Sən öl, o kartın dalını çək, göstərim.
N ə b i. Pəh, Vəli bəy, yenə höcətə saldın? İbişin canına çəkmərəm. Di inan...
S ə f d ə r q u l u b ə y (o biri otaqdan). Vəli bəy, tuz gətir. Mehdi həmişə onu
qoyar.
N ə b i. Ha beləcə... Zalım kartın gücünü gördünüzmü? Uşaqlar, cəld kürsüləri
kənara qoyun. Kartı gizlədin, indi siz bayıra çıxın, məni gözləyin.
Milli Kitabxana
52
C ə b i, O v a n e s çıxırlar.
S ə f d ə r q u l u b ə y (
başıaşağı cibindən pul çıxarıb). Vəli bəy, qız da! Bu on
manat (başını qaldırır.) Nəbi!
N ə b i. Bəli.
S ə f d ə r q u l u b ə y. A gədə, bəylər hanı?
N ə b i. Ağa, bəylər yoxdur.
S ə f d ə r q u l u b ə y. Ay gədə, nə deyirsən? Vot tebe na. İndicə səsləri
gəlirdi. Qumar oynayırdılar.
N ə b i. Ağa, bəlkə, yuxunda görmüsən?
S ə f d ə r q u l u b ə y. Ay gədə, nə deyirsən? Vot tebe na. Başına at təpibdir
nədir? İndicə buradan Vəli bəyin, Mehdi bəyin səsləri gəlirdi. Piyan saldat kimi,
vot tebe na, evə gəlib gedəndən də xəbərin yoxdur. O biri otağa bax. Gör
oradadırlarmı?
N ə b i. Bu saat oradan gəlirəm, heç kəs yoxdur.
S ə f d ə r q u l u
b ə y. Allahü əkbər, vot tebe na. Ay gədə, mən dəli
olmamışam ki, indicə bu qulaqlarımla eşitdim ki, vot tebe na, Vəli bəy Mehdi bəyə
deyirdi ki, kartını açmasan getmərəm.
N ə b i. Ağa, and içkinən ki, sənə acığım tutmayacaq, düzunü deyim.
S ə f d ə r q u l u b ə y. Yaxşı, acığım tutmaz, de görüm.
N ə b i. Xeyr, Mələknisa xanımın goruna and iç, deyim.
S ə f d ə r q u l u b ə y. And olsun Mələknisa xanımın goruna. Vot tebe na!
Acığım tutmaz. İndi de.
N ə b i. Ağa, özün buyurmuşdun ki, məni tez oyat, axşama qonaqlarım var,
gərək bazarlıq edəm. Mən də nə qədər çağırdım, qışqırdım, oyanmadın. Axırda
naəlac qalıb Cəbi və Ovanes ilə bəylərin qumar oynamaq təqlidini çıxartdım ki,
bəlkə onların səslərinə oyanasan. Düzü budur.
S ə f d ə r q u l u b ə y. Ha-ha-ha... Ay gədə, Nəbi, sən nə lotusan. Bəs Cəbi,
Ovanes hanı?
N ə b i. Ağa, onlar səsini eşitcək qorxub bayıra qaçdılar.
S ə f d ə r q u l u b ə y. Çağır buraya gəlsinlər.
N ə b i (qapını açıb çağırır.) Cəbi, Ovanes, buraya gəlin, ağa çağırır. Cəbi və
Ovanes daxil olurlar, baş eyirlər.
S ə f d ə r q u l u
b ə y. Adə, siz nə bicsiniz, indi də bizim təqlidimizi
çıxardırsınız? Vot tebe na. Cəbi, de görüm Mehdi bəy nə tövr karta gedir?