Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə20/196
tarix02.01.2022
ölçüsü3,42 Mb.
#2713
1   ...   16   17   18   19   20   21   22   23   ...   196
Milli Kitabxana

43

Q u l u.  Mən  də gedib  Hacı  Muradı  qorxudacağam,  pullarımı  alacağam.  Di



vaxtı itirmə, tez get. (Nabat qaçaraq gedir.) Arvadın ağlı, ya uşağın ağlı, hər şeyə

o saat inanır.

Fit ilə yoldaşlarını çağırır. Bu səsə Niyazla Qurban, üstlərində əsləhə

1

gəlirlər.



Q u r b a n. Qulu, nə çox ləngidin?

N i y a z. Bir şey bildin, ya yox?

Q u l u. Yoldaşlar, işimiz çox rast gətiribdir. Evdə bir Hacı Muraddan və bir də

Əliquludan başqa heç kəs yoxdur. Qızı bu saat İmrana qoşulub qaçdı. Qulluqçunu

da mən aldatmışam ki, səni götürüb qaçacağam. İndi gedib yolumu gözləyir.

N  i  y  a  z.  Bəs Əliquluya  nə tədbir  çəkmisən?  Qulu,  doğrusu,  mənim  ondan

gözüm su içmir. Çox usta, hiyləgər adama oxşayır. Qorxuram bizi aldadıb, divana

məlum edə. Hamımızı tutdura.

Q u r b a n. Niyaz doğru deyir, çox şübhəli adama oxşayır.

Q u l u.  Yoldaşlar,  mən  elə iş  tutmaram  ki,  ondan  bizə xəta  gələ. Əliqulu

divandan  elə qorxur,  necə ki,  it  dəyənəkdən.  Bu  barədə arxayın  olun. Əliqulu  bu

işdən qaça bilməz.

N i y a z. Söylə görək, onu haradan bildin?

Q  u  r  b  a  n. Əlbəttə,  söylə,  yoldaşımızın  necə adam  olduğunu  gərək  biz  də

bilək.

Q u l u. Yoldaşlar, indi onun vaxtı deyil. Sonra sizə danışaram.



N i y a z. Bəs niyə dayanmışıq? Hacı Muradın qulluğuna gedək də.

Q u l u. Yox, gərək gözləyək. Əliqulu özü buraya gələsidir. Odur gəlir.

Əliqulu gəlib çatır.

Ə l i q u l u. Hacı Muradın əziz qonaqları, xoş gəlmişsiniz. Ancaq ərbabın bir

balaca nəqahəti var. Sizi qəbul edə bilməyəcəkdir.

Q u l u. Əliqulu, zarafatı burax. Niyə belə gec gəldin. Bir şey var?

Ə l i q u l u. Yoldaşlar, gərək işi sabaha qoyaq.

Q u l u. Nə səbəbə?

Ə l i q u l u.  Çünki  Hacı  Murad  Məhərrəm  bəygilə gedəsi  olmadı.  Özü

Məhərrəm bəyi gözləyir və evdəkilərin hamısı da oyaqdır amma

Silah



Milli Kitabxana

44

sabah axşam Məhərrəm bəyə qonaqdır. Otağın açarı da məndə olacaqdır.



Q u r b a n. Yoldaşlar, nahaq yerə vaxt itiririk. İndi Məhərrəm bəy gəlincə mən

min  ev  yarmışdım.  O  ki  qaldı  Hacı  Murada,  boğazından  elə basaram  ki,  bir  də

qiyamətdə oyanar.

Ə l i q u l u. Xeyr, mən buna razı deyiləm. İş gərək tədbirlə ola. Yoxsa içindən

xata çıxar.

N  i  y  a  z.  Görünür, Əliqulu  işdən  baş  qaçırır.  Amma  Qulu  bizə özgə cürə

demişdi.

Q u l u. Niyaz doğru deyir, Əliqulu əmi başqa fikrə düşübdür, amma bilsin ki,

baş tutası iş deyil. Onun fikri bu gecə Hacı Muradın pullarına yaxşıca qulluq edib

Araz çayını aşmaqdır. (Üzünü Əliquluya tutub) Belədirmi, Səfdər əmi?

Ə l i q u l u (diksinmiş). Nə dedin, mən Səfdər...

Q u l u.  Bəli,  Tehran  həbsxanasından  qaçmış  oğrubaşı  Səfdərsən.  Mən  də

Quluyam. Yaxşı tanı. Məni aldatmaq olmaz.

N i y a z, Q u r b a n. Oğrubaşı?!.

Q u l u. İndi, Tehran lotusu Səfdər, bizə yoldaşsanmı?

Ə l i q u l u. Yoldaşam, hər nə buyursanız əmrinizə tabəyəm.

Q u l u.  Ha  beləcə, Əliqulu əmi,  yoldaş  yoldaş  ilə tən  gərək,  tən  olmasa,  gen

gərək. İndi de görüm, Gülzarın İmran ilə qoşulub qaçmağından xəbərin varmı?

Ə l i q u l u. Bəli, var.

Q u l u. Bəs Nabat haradadır?

Ə l i q u l u. Göndərmisən gedib yolunu gözləyir.

Q u l u. Oda düzdür. Hərif olmağını bəyənirəm. İndi bir sual qaldı. De görüm.

doğrudanmı Hacı Murad Məhərrəm bəyi gözləyir?

Ə l i q u l u. Bəli, gündüzdən məni göndərmişdi ki, Məhərrəm bəyi bu axşama

məsləhətə çağırım. Ancaq bəy dedi ki, Hacıya de qonaqlarım var, gec gələcəyəm.

Q  u l u.  Bu  daha  yaxşı  oldu.  İndi,  yoldaşlar,  hazır  olun, Hacı  Muradın

qulluğuna gedək. Əliqulu əmi sən ağsaqqalsan, qabağa düş.

Gedirlər.



Pərdə


Milli Kitabxana

45

BEŞİNCİ PƏRDƏ



Səhnə Hacı Muradın otağını göstərir.

H a c ı M u r a d (yalqız). İmranı qovdum getdi, amma qız yenə də razı olmur.

Məhərrəm  bəy  gəlsin,  görək  işə nə əncam  çəkirik.  İmran  da  istədi  ki,  atası  Şeyx

Əlidən  qalan  malı  məndən  istəsin,  gördü  ki,  xeyr  o  girən  kol  deyil.  Elə hesab

verdim  ki,  papağını  da  götürüb  qaçdı.  Durum  Şeyx Əlidən  qalan  cavahir və

qızılları  yoxlayın.  (Durub  sandığı açır.)  Pəh,  pəh,  pəh... almazların  şəfəqi

gözlərimi  qamaşdırır.  Bu  irilikdə mirvari,  bu  rəngdə yaqut  heç  Xəta  padşahının

xəzinəsində də tapılmaz.

Qulu, Niyaz, Qurban daxil olurlar.

Q u l u. Sənin kimi xəsis, tamahkar da dünyada tapılmaz.

H a c ı M u r a d (sandığın qapağını salıb). A zalımlar, siz kimsiniz? Məndən

nə istəyirsiniz?

Q u l u. Hacı Murad, nökərin Qulunu tanımırsan? Nə tez yadından çıxartmısan?

H a c ı M u r a d. Qulu, sənsən? Buyur əyləş, yoldaşların da xoş gəlibdir. Mənə

görə nə qulluğun  var?  Yəqin  məvacibinin  dalınca  gəlmisən,  mən  özüm  də səni

axtarırdım ki, haqqını verəm.

Q  u l u.  Haqqım  çox  ağırdır,  qorxuram  öz  ixtiyarın ilə verməyəsən.  (Sandığa

tərəf gedir.)

H a c ı M u r a d (onun əlindən tutub). Nə istəyirsən? Qoymaram!

Q u l u.  Demədimmi,  öz  ixtiyarınla verməyəcəksən.  Qurban  tut,  Niyaz,

qollarını bağla!

H a c ı M u r a d. Ay aman, qoymayın! Məni öldürürlər!

Q u r b a n (xəncəri sivirib). A kişi, səsini kəs, yoxsa qarnına soxaram. (Əllərini



bağlayır.)

H a c ı M u r a d. Ay haray! Ay aman! Ay Əliqulu!

Ə l i q u l u (daxil olur.) Nə buyurursan, ağa can?

Yoldaşları gülüşürlər.

H a c ı M u r a d. Tez get divana məlum elə!

Ə l i q u l u.  Ağa  can,  indi  sənin  hakimi-şərin  bunlardır,  bu  saat  divan

edəcəklər. Cəza-fəza etmək artıqdır.

Hacı Murad. Əliqulu, sən də bunların yoldaşı imişsən? Ay aman, qoymayın!




Milli Kitabxana

46

Q u r b a n. A kişi, qoysanız xəncəri soxum rədd olsun.



Q u l u. Yox, öldürmə. O gərək ölümdən artıq cəza çəkə. Ağzını bağlayın, səs

çıxarmasın.  (Hacı  Muradın əl-ayağını  bağlayıb yerə qoyurlar.)  Qurban,  gəl

sandığən qapağını tut. (Qurban tutur, Qulu  mücrünü çıxarıb Niyaza verir.) Niyaz,

bunu  al.  İndi,  yoldaşlar,  gəlin  buraya, Əliqulu əmi,  de  görüm  bundan  xəbərin  var

idi,  ya  yox?  Niyaz,  o  döşəkçəni,  palazı  qaldır.  (Niyaz  qaldırır.)  Qurban,  gəl

xəncərlə bu yeri qaz. (Qurban qazır, Qulu bir başqa mücrü çıxardır.) Əliqulu əmi

bu sirri bilirdinmi?

Ə l i q u l u.  Bəli,  duymuşdum  ki,  orada bir şey var, çünki Hacı Murad oranı

tez-tez yoxlayırdı.

H a c ı M u r a d (başını qaldırıb xırıltılı səslə deyir.) Evim yıxıldı.

Q u r b a n. Sus!..

Q u l u. Yoldaşlar, daha dayanmaq yeri deyil. İndi o biri kaftar da gəlib çıxar.

N i y a z. Eybi yoxdur, onu da hacının gününə salarıq.

Q u l u.  Hacı  Murad,  xudahafiz.  Hərgah  Ağa  Qulunu  axtarsan,  Şama  gəl.  Siz

öləsiz, nəinki Şama, hətta Hindistana da gəlib çıxar.

Hamı gedir, pərdə bir müddət açıq qalır, sonra Məhərrəm bəy daxil olur.

M ə h ə r r ə m b ə y. Evdə, həyətdə heç kəsi tapmadım, bunlar necə olmuşlar?

Bu  palazı,  döşəkçəni  niyə buraya  çəkiblər?  Yoxsa,  evə oğru  gəlmişdir.  Elədi  ki,

var.  Bəs  Hacı  Murad  haradadır?  (Bucaqdan  Hacı  Muradın  xırtltısı  gəlir.)  Budur

burada. Bunun əl-ayağını kim bağlamış? (Açır.)

H a c ı M u r a d. Məhərrəm bəy, evim yıxıldı...

M ə h ə r r ə m b ə y.  Hacı əmi,  de  görüm,  sənə nə olub? Əl-ayağını  kim

bağlayıb?

H a c ı M u r a d.  Qulu  zalım  oğlu. Əliqulu  da  ona  yoldaş  idi.  Evim  yıxıldı,

tarmar  oldu.  (Gedir  sandığa  baxır.)  Hanı  şəfəqin,  gözəl  cəvahir,  haradasan  zərif

qızıllar?!  Məhərrəm  bəy,  tez  get  divana  məlum  et. O quldurları tutdurub,  mənim

pullarımı qaytar.

Nabat təngnəfəs daxil olur.

N a b a t. Ağa, İmran Gülzar xanımı götürüb qaçdı.

Məhərrəm bəy və Hacı mat qalırlar.

M ə h ə r r ə m bəy. Əlimdən mal-dövlət çıxdı.


Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin