Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə18/196
tarix02.01.2022
ölçüsü3,42 Mb.
#2713
1   ...   14   15   16   17   18   19   20   21   ...   196
Milli Kitabxana

39

edibdir.  Dünya  malı  bir  puç  şeydir.  Gedər  də,  gələr  də. Ər  odur  ki,  qara  gündə



arvadla yoldaş olub, bir-birinə can deyib, can eşidələr.

Ə h  m ə d.  Ana,  bəs  sən  deyirdin  ki,  dayın sənə qənfet verəcəkdir,  bəs  niyə

vermir?

H a c ı M u r a d. Oğlum, qənfet pis şeydir. Adamın boğazını ağrıdır. Sən yekə

oğlansan. Qənfeti neynirsən.

Ə h  m ə d.  Ana,  Gülzar  bacımgilin  bağçasında  elə çox  alma  var  ki,  gələndə

gördüm.

H a c ı M u r a d. Yox, oğlum, dəymə, yetişəndə yığıb sənə göndərəcəyəm.

Ə h m ə d. Mənim özüm burada olacağam. Dəyəndə yığaram.

H a c ı  M u r a d  (kənara).  Bunda  yaxşı xəbər  var.  Deyəsən  Şərəf  çox

qalacaqdır.

Ş ə r ə f  x a n ı m.  Sizin  dərdiniz  öz  dərdimi  də yaddan  çıxartdı. Əhməd

böyüyübdür, oxumaq vaxtı keçir, dedim gətirim sizdə qoyum, həm məktəbə getsin,

həm də Gülzara hayan olsun.

H a c ı M u r a d (kənara). Mazandaranda çaqqal az idi, biridə gəmi ilə gəldi.

(Şərəfə)  Yox,  yox,  saxlaya  bilmərəm.  Özgə uşağını  saxlamaq  bir  xata  şeydir.

Bunun  korluğu  var.  Azarlaması  var.  Ağacdan  yıxılması  var.  Anasız  ona  kim

baxacaqdır.

Ş ə r ə f  x a n ı m. Əhməd dinc  uşaqdır.  Heç  kəsə korluğu  olmaz.  O  ki  qaldı

azarlamağı, ondan da arxayın ol. Gülzar ona analıq edər.

G ü l z a r. Bibi, arxayın ol. Onu özümdən yaxşı saxlaram.

H a c ı M u r a d.  Yox,  yox,  Gülzar  bilmir.  Uşağın  tarpına  dözmək  olmaz.

İmranda görmüşəm. Məni qocaldan o olmuşdur. Evimi dağıdan o olmuşdur.

G ü l z a r (kənara). Allah, xəcalətimdən bibimin üzünə baxa bilmirəm.

Ş ə r ə f x a n ı m.A qardaş, bir uşağın yeməyi, içməyi nə olacaqdır ki, bu sənin

evini dağıda.

H a c ı M u r a d. Xülasə, mən razı deyiləm.

Ş ə r ə f  x a n ı m.  A qardaş,  bacının əli  aşağı düşəndə köməyə qardaşı  üstə

yüyürər.  İndi  mən  də qardaş  adı  ilə evimi  yiyəsiz  qoyub  yanına  gəlmişəm.  Eybi

yoxdur. Uşaq səni incidər, apararam. Ancaq səndən bir təvəqqəm var, məni ondan

naümid qaytarma. Ərimin beş yüz manat borcü var, borc sahibi pis adamın biridir.

Gündə qapımıza gedib-gəlməkdən bizi təngə gətiribdir. Kişiyə dedim ki, qardaşımı




Milli Kitabxana

40

görməyə gedirəm,  amma əsil  fikrim  o  idi  ki,  səndən  alıb  aparıb verəm.  Abrımız



açılmasın.

H a c ı M u r a d. A bacı, sən ki, özgəsi deyilsən, məgər mənim var-yoxumu

bilmirsən? Məndə pul hardandır ki, sənə verim?

Ş ə r ə f x a n ı m. Qardaş, burada xəsislik yeri deyil. Burada bacı namusu var.

Razı  olma  ki,  bacının  paltarları bazarlarda  tökülüb  satılsın və bir  də mən  səndən

borc istəyirəm. Sən gözləyə bilərsən. Amma özgəsi gözləyə bilmir.

H a c ı M u r a d. Axı nə üçün inanmırsan, sənə deyirəm ki, özüm  pul üzünə

həsrətəm.

Ş ə r ə f x a n ı m. Atamdan qalan pul və özün qazandığın pullar necə olmuşdur

ki, mənə beş yüz manat tapılmır. Sandıqların ağzını bərk bağla.

H a c ı M u r a d. A kişi, bu zalım uşaqlarını inandırmaq olmaz ki, buyur, bu

mənim ciblərim, bu da mənim sandığım. (Durub paltar sandığını açır.) Di gəl bax,

gör burada əsgi-üsgüdən başqa nə var. (Qorxa-qorxa o biri sandığa baxır.)

Ş ə r ə f x a n ı m. O biri sandığın ağzını aç.

H a c ı M u r a d. Sən mənim evimə pristav gəlmisən? Asmotr edirsən? Çox da

var, niyə verim. Çöldən tapmışam?

Ş ə r ə f x a n ı m (ayağa galxır.) Daha sənə nə deyim? Qarğış etməyə də yerim

yoxdur, çünki bura mənim atam evidir. Cəfər! Cəfər!

Cəfər daxil olur.

C ə f ə r. Nə buyurursan, xanım?

Ş ə r ə f x a n ı m. Cəfər, bu saat faytonu qoşdur, gedəcəyəm.

C ə f ə r. Xanım, gün keçibdir, gedib çatmaq olmaz.

Ş ə r ə f x a n ı m. Eybi  yoxdur, harada gecələrik, orada qalarıq, burada qala

bilmərəm. Gərək gedək.

C ə f ə r. Baş üstə, xanım. Ancaq faytonçunun pulu qalıbdır, istəyir.

Ş ə r ə f x a n ı m.  Özündə varsa ver,  yox  isə ala  bu  üzüyü  apar  sat ver.

(Barmağından üzüyünü çıxarıb verir.)

C ə f ə r. Xanım, lazım deyil, məndə var, verərəm. (Çıxır.)

G ü l z a r (ağlaya-ağlaya). Bibi, başına dönüm, bu gecə vaxtı getmə.

Ş ə r ə f

x a n ı m.  Yox,  Gülzar,  qala  bilmərəm.  Bu  ev  mənim üçün

cəhənnəmdir. Dur, oğlum, gedək.





Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin