Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə15/196
tarix02.01.2022
ölçüsü3,42 Mb.
#2713
1   ...   11   12   13   14   15   16   17   18   ...   196
Milli Kitabxana

33

Yaxşısı  budur  ki,  elə bu  saat  imtahana  çəkim.  Yoxsa  sonra  peşmançılığını



çəkərəm. Yaxşısı budur ki, yerə pul atım. Qızıl pul atım ya gümüş? Elə bu abbasını

ataram. Aza tamah edən çoxa da edər. (Abbasını yerə atır.) Əliqulu! Əliqulu!

Əliqulu daxil olur.

Ə l i q u l u. Nə buyurursan, ağa?

H a c ı M u r a d. Mən bağçaya gedirəm, gələnə kimi bu otağı süpür.

Ə l i q u l u. Baş üstə, ağa can.

Hacı Murad çıxır

Ə l i q u l u. (yalqız). Çox çalışdıın ki, Məhərrəm bəy məni kəndə göndərsin,

orada ona bağban, ya bostançı olum, razı olmadı. Dedi gərək sən şəhərdə qalasan.

Burada  da  mənə qulluq  edəsən,  ev işində qabilsən.  Amma  mən  də şəhərdə

qalmaqdan qorxuram, çünki burada çox İran əhli var. Məni tanıyıb konsula məlum

edər,  tutdurar,  onda  qolu  bağlı  Tehrana  sürgün  olub,  həbsxanada  çürüyəcəyəm.

Yox, burada yaşamaq mənim üçün qorxuludur. Tezliklə puldan-şeydən əlimə salıb

qaçmaq lazımdır. (Abbasını götürüb) Bu kimin ola? (Fikir edir.) Hə, bildim. Yəqin

Hacı  Murad  məni  imtahana  çəkib,  onda  da  bu  abbası  ilə,  ay  qoca  kaftar,  mənə

Tehran  lotusu  Səfdər  deyərlər,  belə abbası  ilə mənim əlimdən  qurtara  bilməzsən.

Pulların, qızılların yerini göstər. Allah mənimkini yetiribdir. Hacı Murad, Qulunun

əlindən qurtarıb Əliqulunun çənginə düşdün.

H a c ı M u r a d. (daxil olur.) Otağı təmiz etdinmi?

Ə l i q u l u. Bəli, ağa, süpürəndə bunu tapdım, buyurunuz. (Abbasını verir.)

H a c ı M u r a d. Mərhəba, mərhəba, görürəm, sən düz adamsan, sənə arxayın

ola bilərəm. Bunu Qulu tapsaydı, heç vaxt verməzdi.

Ə l i q u l u. Ağa, bayaq ərz etdim ki, mənim dünya malında tamahım yoxdur.

H a c ı M u r a d. Çox yaxşı. Get Gülzar xanımı buraya çağır. (Əliqulu çıxır.)

Heç  bu  zamana  adamına  oxşamır.  Amma  Gülzar  tərəfdən  ürəyim  rahat  deyil.

Görək nə təhər olacaqdır. Bu gecə də pis yuxu görmüşəm, allah axırını xeyir etsin.

Məni o gördüyüm şeytanın şərindən



Milli Kitabxana

34

hifz etsin. (Gülzar qorxa-qorxa içəri girir.) Qızım, niyə qorxa-qorxa girirsən? İrəli



gəl, əyləş.  Bir  az  ata-bala  dərdləşək.  Heç,  qızım,  gəlib əhvalımı  soruşmursan.

Demirsən ki, bir qoca atam var, qoy gedim dərdi nədir, səri nədir.

G ü l z a r (kənara). Xudaya, görəsən nə var. Bu məni əbəs yerə çağırmaz.

H a c ı M u r a d. Qızım, səni həmişə qəmgin, bikef görürəm, niyə dinmirsən?

Danışmırsan? Nəyin əskikdir. De alım.

G ü l z a r. Ağa, hər şeyim var, şükür allaha, heç bir zaddan kəsirim yoxdur.

H a c ı M u r a d.  Bəs niyə heç  qaşqabağın  açılmır?  Elə bil  ki,  gəmilərin

dəryaya  batıb,  qərq  olubdur.  Allaha  şükür,  mənim  kimi  atan  var,  sən  niyə qəm

çəkəsən?

G ü l z a r.  Xeyr,  ağa,  bir  qəmim  yoxdur.  Hərgah  danışmıram,  ona  da  səbəb

yoldaşsızlıqdır.

H a c ı


M u r a d.  Doğru  deyirsən.  Yoldaş  lazımdır.  Can  yoldaşı.  Axirət

yoldaşı. Bəs elə bilirsən, atan sənin fikrini çəkmir? Sənə yoldaş axtarmır? Bu qoca

atan  sənə bir  elə yoldaş  tapıbdır  ki,  çıraq  götürüb  cəmi  dünyanı  axtarsan,  tayı-

bərabəri tapılmaz.

G ü l z a r. Xeyr, ağa, mən elə yoldaş demirəm.

H a c ı M u r a d. Bilirəm, qızım, atan bir o qədər də qoca deyil ki, cavan qıza

nə təhər  yoldaş lazım olduğunu bilməsin.  Ah qızardın.  Ha-ha-ha! İndi tap  görüm,

kimi  deyirəm.  Tapa  bilmirsən? Əlbəttə,  elə şəxsdir  ki,  yatsan  yuxuna  da  girməz.

Dövləti,  pulu  həddən aşıbdır.  Qapısında  xidmətçinin  sayı-hesabı  yoxdur.  Özü  də

şəhərimizin  birinci  bəyidir.  Yenə tapa  bilmirsən?  Nökəri  də qapımızda  xanıma

müntəzirdir.

G ü l z a r (təşvişlə). Məhərrəm bəy?!

H a c ı M u r a d. Afərin, qızım, yaxşı tapdın, heç belə nişanlı ağlına gələrdimi?

Özü gəlib mənə elçi düşdü.

G ü l z a r. Ağa, mən heç kəsə ərə getmək istəmirəm.

H a c ı M u r a d. Bilirəm,  qızım,  məni  çox  istəyirsən.  Məndən  ayrılmaq

istəmirsən.  Doğrudur,  mənim  üçün  də çətindir,  ancaq  görürsən  ki,  mən  də günü

gündən  geri  gedirəm.  Bir  ayağım  burdadır,  bir  ayağım  gorda.  Səni  belə qoyub

getsəm,  qəbrdə rahat  olmaram.  Amma  indi  arxayınam.  Bilirəm  ki,  qızımı  bir  elə

şəxsə vermişəm  ki,  hər  böyük  məclisdə hamı  xanımlardan  başda əyləşəcəkdir.

Zərif  paltarlar  geyib,  cavahirləri  üstünə taxıb,  yanında  qul-qaravaşla  qonaqlığa

gedəndə,




Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin