Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ


Pərdə Milli Kitabxana 157 İKİ YOL



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə12/196
tarix02.01.2022
ölçüsü3,42 Mb.
#2713
1   ...   8   9   10   11   12   13   14   15   ...   196
Milli Kitabxana

27

H a c ı M u r a d. Mərhəba, mərhəba, a kişi, bu zamana adamı belə iş elərmi?



M ə h ə r r ə m  b ə y. Ay  hacı,  indiki  adamlarda  halal,  haram  nədir? Borc

vermək nədir?

H a c ı M u r a d. Doğru buyurursunuz, bu saat bazardan gəlirəm. Səhərdən o

dükanın,  bu  dükanın  qabağını  kəsdirib,  müamiləsiz-zadsız verdiyim  borcları  ala

bilmirəm. (İmrana) İmran, qadan alım, zəhmət çək Quluya de çay gətirsin.

İmran çıxır

M ə h ə r r ə m b ə y. İndi de görüm, qardaş sən nə tövr gün keçirirsən?

H a c ı M u r a d. Heç  soruşma,  mənim günüm it  günü.  Adamın bişirib-

düşürəni  gərəkdir,  qulluq  edəni  gərəkdir,  yoxsa  nökər-qulluqçudan  nə rahatlıq

olacaqdır?

M ə h ə r r ə m b ə y. Hacı, niyə evlənmirsən? Bir az ömrün var, evlən, günün

rahatlıq ilə keçsin.

H a c ı M u r a d.  Ay  sağ  olmuş.  Mənim  ömrüm  keçmişdir,  qocalıqda  nə

yorğalıq. Mən sənə təəccüb edirəm ki, indiyə kimi nə üçün evlənməmisən? Allaha

şükür,  nəyin əskikdir?  Altı-yeddi  mədaxil  gətirən  göyçək  qız  al,  gətir  evinə qoy,

gecə-gündüz başına dolansın.

M ə h ə r r ə m b ə y. Hacı, doğru buyurursan. Özümündə xahişimdən  keçir,

ancaq hanı elə qız?

H a c ı M u r a d. Qıza nə gəlibdir. Ancaq sən məni vəkil elə, gör sənə necə qız

alıram?


M ə h ə r r ə m  b ə y.  Mən  hazıram  və səni  də o  işdə vəkil  edirəm.  Ancaq

bayzadələrdən olmasın. Özün bilirsən ki, mənim onlarnan qədimdən aram yoxdur.

H a c ı M u r a d. Yaxşı, bəylərə qələmçəkdik. Qaldı sövdəgər sinfi. Onlar da

neçə qisimdir. İndi, de görüm, üzümü hansı tərəfə tutum?

M ə h ə r r ə m b ə y. Sövdəgər qismindən hamıdan artıq həqiqi dostum sənsən.

Mən özümü çox xoşbəxt hesab edərdim ki, səninlə qohumlaşmaq mümkün olaydı.

O da ki, mənim bəxtimdən mümkün deyil. Xülasə, birdəfəlik səni vəkil edirəm nə

tövr istəyirsən elə et.

H a c ı M u r a d. Çox əcəb. İndi ki, sənin xahişin mənlə qohum olmaqdır, dəxi

nə üçün özgə qapısına gedək? Əvvəl evin içi, sonra bayırı.




Milli Kitabxana

28

M ə h ə r r ə m b ə y.  Hacı, hərgah öz qızınızı buyurursunuzsa,  mən  onu



İmrana nişanlı bilirəm.

H a c ı M u r a d.  A pir  olmuş,  aslan  meydanına tülkü  çıxa  bilərmi?  Tərlan

yerini sar tuta bilərmi? Bir de öz qapımdakı gədəyə qız vermək mənə eyib gətirər.

M ə h ə r r ə m b ə y (kənara). Kəməndime yaxşı düşdü, bu gün-sabah təşrif

aparar,  pulları  da  mənə qalar.  (Hacı  Murada)  Ancaq,  hacı,  bir  iş  var,  bəlkə qız

mənə gəlmək istəmədi?

H a c ı M u r a d. Ne danışırsan, a kişi? Atanın xahişi olanda qızın nə ixtiyarı

var razı olmaya (kənara). Yaxşı düşdü toruma, bu  gün-sabah təşrif aparar, pulları

mənə qalar.

M ə h ə r r ə m b ə y. Hacı əmi, indi işi qət olunmuş hesab edək?

H a c ı M u r a d.  Bəli,  bəli.  Ancaq  özünüz  bilirsiniz  ki,  mənim  heç  zadım

yoxdur, gərək hər bir xərc sizinlə ola və sonra da mən qocanı nəzərdən salma.

M ə h ə r r ə m b ə y. Əlbəttə,  hər  bir  xərci  öhdəmə götürərəm  və sonra  da

mənim evimin və qeyri şeyimin ixtiyarı sənnən olacaqdır.

H a c ı M u r a d.  Çox  gözəl,  çox  yaxşı.  Allah  bu  qohumluğu  qayim-qədim

etsin. (Qulu podnosda üç stəkan çay gətirir. Verəndə birini salıb sındırır.) Ay ayı

oğlu ayı, üsullu tərpənə bilmirsənmi, istəkan niyə üçdü? Biz ki iki adamıq.

Q u l u. Ağa elə bildim ki, İmran ağa da buradadır.

H a c ı M u r a d. Çox qələt etdin.  Adam  gəlib əvvəl qonağın hesabını bilər.

Sonra da ona görə çay gətirər.

Q u l u. Baş  üstə, ağa, bundan sonra buraya qonaq  gəlsə, çayı qonağın sayına

görə gətirərəm.

H a c ı M u r a d. Bəs niyə qənd gətirməmisən?

Q u l u. Ağa qənd salmışam.

H a c ı  M u r a d.  Yenə də qələt etmisən.  Bəlkə biri  çayı  şirin  içməyəcəkdir.

Dişləmə içəcəkdir.

Q u l u. Ağa, dedim yanında qonaq var, bəlkə salma içəcəksiniz.

H a c ı M u r a d. Zalımoğlu, hər şeyə cavab verməsə olmaz. Di itil get.

Q u l u (gedirkən kənara). Deyəsən Məhərrəm əmi də ova çıxıbdır.

H a c ı M u r a d. Görürsən bu zalım uşaqları mənim başıma nə iş gətirir?

M ə h ə r r ə m b ə y. Bəli, yaxşı nökər adamın canını rahat edər, amma pisi

ömrünü azaldar. Hacı, bu günlərdə əlimə bir həmşəri düşübdür,





Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin