Milli Kitabxana
21
İ m r a n. Sənin məndə heç bir haqqın yoxdur, mənim səndə var. Hələ atam
Şeyx Əli sənə elədiyi yaxşılıq və qoyduğu dövlət dursun kənarda. Mən özüm gecə
və gündüz çalışıb sənə pul qazanmışam. Amma bu vaxta kimi heç bir şeyə
ixtiyarım yoxdur ki, əl vuram. Yığ, yığ görək kimə qalacaqdır... (Çıxır.)
H a c ı M u r a d. Ümid ol, sənə qalacaqdır. Çox tələsmisən. Yox, dəxi
dayanmaq yeri deyil. Lazımdır tezliklə Gülzarı bir dövlətli yerə verib İmranı
qovmaq. Baxaq görək, şəhərimizdə arvadsız dövlətli kimdir. Kərbalayı Cəfər.
Yaxşı dövləti var. Amma irəliki arvaddan beş oğlu var, dörd də ayı kimi qızı. Heyf,
bunlardan mənə heç şey düşməz. Hacı İmanqulu. Malı-dövləti çox, özünün də sill
azarı var. Bu gün-sabah təşrif aparacaqdır. Amma bu bədbəxt də molla, seyidin
kələyinə düşüb cəmi dövlətini məscidə vəqf etmiş. Bəs kim qaldı? (Fikirləşir.)
Tapdım, Məhərrəm bəy. Yaxşı pulu, mülkü var. Qapısında nökər-qulluqçunun
sayı-hesabı yoxdur. Heç bir övladı da, qohum-əqrəbası da yoxdur. Sinni də mənə
yovuqdur. Qulu! Qulu!
Qulu daxil olur.
Q u l u. Nə buyurursan, ağa?
H a c ı M u r a d. Qulu, bir az naxoş kimiyəm, tezdən yatacağam, heç kəsi
buraya qoymazsan. Gələn olsa, deyərsən ki, ağam azarlıdır, yatıb. Di get.
Q u l u. Ağa, bəs plov yeməyəcəksən?
H a c ı M u r a d. Xeyr, ağan İmran yesin. (Qulu çıxır.) Durum mücrü üçün yer
qazım. (Durub qapıları bağlayır, tiyəni götürüb yeri qazır.) İndi, oğrular, tapın
görüm Muradın pulu haradadır? Heç şeytanın da ağlına gəlməz ki, mən burada pul
basdırmışam. Qulu demiş, tiyə elə kütdür ki, yeri də qazmır. (Mücrünü basdırıb
üstünü torpaqla örtur.) Daha təşvişdən qurtardım. Gör ürəyim necə atdanır. (Bu
halda Qulunun papağı şüşəni sındırıb pəncərədən içəri düşür, Hacı Murad
diksinib qalxdıqda ayağını tiyə kəsir. Bərkdən qışqırır. Sonra Qulunun papağını
görür.) Bu yenə zalım oğlu Qulunun işidir. (Durub qapını açır və çağırır.) Qulu!
Qulu!
Qulu başı açıq daxil olur.
H a c ı M u r a d (papağı göstərir.) Bu nədir, a kafir oğlu?
Milli Kitabxana
22
Q u l u. Ağa, vallah, təqsir məndə deyil, Nabatdadır. Aydınlıq gecdir, həyəti
süpürməyə başladım. Nabat gəlib birdən başıma bir qapaz salıb qaçdı. Mənim də
elimə bir şey düşmədi, papağı dalınca atdım, gəlib pəncərəndən içəri düşdü.
H a c ı M u r a d. Kafir uşaqları kafir. Yeyin mənim yağlı-yağlı xörəklərimi,
sonra qızışıb şıllağa durun. Görün sizin başınıza nə gətirəcəyəm. Elə indicə yuxuya
getmişdim, şüşənin səsindən diksinib qalxdıqda tiyə ayağımı kəsdi.
Q u l u (kənara). A... indi basdırdığı yeri də bildim.
H a c ı M u r a d. Get, zirzəmidə divarın çatlağında pambıq gizlətmişəm və
küncdə əsgi var. Tap buraya gətir.
Qulu gedir.
H a c ı M u r a d. Bu zalım uşaqlarının əlindən bir saat da rahatlığım yoxdur.
Gərək adamın arvadı ola ki, canı rahat ola yoxsa arvadsız kişinin günü it günüdür.
Yəni bir tərəfə də baxanda arvada da etibar yoxdur. Evin baş oğruları onların
özləridir. (Qulu axsaya-axsaya daxil olur.) Tez gəl, tənbəl oğlu tənbəl. Məni görüb
ayağı da axsamağa başladı.
Q u l u. Ağa, mən də sən düşən günə düşdüm. Ayağıma mıx batdı.
H a c ı M u r a d. Çox yaxşı oldu. Əlbəttə, ağasına xəyanət edəni allah elə edər.
İndi gəl ayağımı sarı.
Q u l u (Hacı Muradın ayağını bağlarkən kənara). Xəsis kaftar. İt sümük yığan
kimi, anbarı doldurubdur mıx ilə, nal parçası ilə, kəndir qırığı ilə, əsgi ilə, əlinə hər
nə düşübdür, siçan kimi yuvasına yığıbdır.
H a c ı
M u r a d. İndi həkim olsaydı, bir parça pambıqdan ötrü əpteyə
göndərib məndən xeyli pul çıxartmışdı. Adam belə olmasa pul yığa bilməz.
Q u l u. Ağa, vallah mən belə pul yığsaydım, indi mənim də sənin kimi
dövlətim vardı.
H a c ı M u r a d. Sən niyə zəhmət çəkəsən? Ağanın min əziyyətlə
qazandığından yeyib eşşək kimi şıllaq atırsan. Mən olmuşam bir leş, siz olmusunuz
bir ac qurd. Hərəniz bir tərəfdən soxulub cəmdəyimi didirsiniz. Hə, qurtardın? İndi
get orda dur. (Çağırır.) Nabat, Nabat! (Nabat daxil olur.) Xanım, indi de
papaqaldıqaç oynuyursan?
N a b a t. Ağa, vallah, Qulu yalan deyir, nahaq yerdən gəlib məni sənə
çuğullayır.
|