Milli Kitabxana
15
TAMAHKAR
Beş pərdəli məzhəkə
İŞTİRAK EDƏNLƏR:
H a c ı M u r a d - 60 yaşında.
İ m r a n - 25 yaşında.
G ü l z a r – Hacı Muradın qızı, 18 yaşında.
M ə h ə r r ə m b ə y - 55 yaşında, xəsis bir mülkədar.
H a c ı S a l e h - 48 yaşında, tacir.
Ş ə r ə f x a n ı m - Hacı Muradın həmşirəsi
1
.
Ə h m ə d - Şərəfin oğlu, 10 yaşında.
N a b a t - Hacı Muradın xidmətçisi, 25 yaşında.
Q u l u - Hacı Muradın nökəri.
Ə l i q u l u - Məhərrəm bəyin sabiq nökəri.
Q u r b a n
Qulunun yoldaşları.
N i y a z
BİRİNCİ PƏRDƏ
Hacı Muradın otağı. İki qapısı və iki pəncərəsi var. Otaq fərşlə döşənmiş. Sol tərəfdə
Hacı Muradın paltarı, sağ tərəfdə pul və cavahir sandıqları qoyulmuş. Qapı tərəfdə bir dolab.
Yanında bir əl ağacı. Pərdə açıldıqda Qulu otağı süpürərək öz-özünə söylənir.
Q u l u. Deyən gərək, a qoca kaftar, bu pulları kimə yığırsan, niyə yemirsən?
Arvadın yox, oğlun yox, bir qızın var, o da bu gün-sabah çıxıb allah bəndəsinin
birinə gedər. Yenidən evlənməyə ömrün yox; çünki yaşın altmışdan ötmüşdür. Bəs
bu pulları kimə yığırsan? Adam pulu qazanar ya bu dünya üçün, ya axirət üçün. Bu
dünyada yeyər, içər, aşna-dosta xərclər, kef edər. Axirət üçün də məscid-mədrəsə
tikdirər, fağıra pul verər, yetimə paltar alıb qarnını doydurar. Amma bu zalım
oğlunda bunların heç biri yoxdur. Nə deyim, allahın sirrinə təəccüb qalmalıdır...
Pulu götürüb belə xəsisə verir ki, sandığa doldurub
Bacısı
Milli Kitabxana
16
gecə-gündüz keşiyini çəkir və mənim kimi bazburudlu oğlanı da ona nökər edir,
yəni belə malınyeməzin malını yemək haramdır? Vallahi, mənə görə halaldan da
halaldır. Ancaq açarları əlimə sala bilmirəm və özü də nə duyursa, məni otağına
qoymur. İndi gəlib məni burada görsə həşirimi qatacaqdır. (Pəncərədən baxır.)
Odur, gəlir, dədəmin evi yıxıldı.
Süpürgəni yerə atıb tez qaçır, Hacı Murad o biri qapıdan daxil olur.
H a c ı M u r a d. Bu süpürgə burada nə gəzir? Yoxsa yenə zalım oğlu Qulu
burada imiş. Qulu! Qulu! Kar olsan. Nabat! Nabat!..
Nabat daxil olur.
N a b a t. Nə buyurursan, ağa?
H a c ı M u r a d. Qulu haradadır? Bu süpürgə burada nə gəzir?
N a b a t. Qulu indicə əlində süpürgə buraya girdi.
H a c ı M u r a d. Kafir uşaqları kafir, min dəfə demişəm ki, mənim otağıma, ta
özüm çağırmasam girməyəsiniz. Sizin əlinizdən rahat bayıra da çıxa bilmirəm. Bəs
Qulunun özü haradadır?
N a b a t. Ağa, bilmirəm.
H a c ı M u r a d. Get bu saat harada isə tap buraya göndər. (Nabat gedir.)
Axırı bu zalım oğlu Qulu mənim başıma bir iş gətirəcəkdir. Murdar oğlunu görmək
istəmirəm. Üzündən-gözündən oğurluq yağır. (Qulu daxil olur.) Qulu, harada idin?
Səni çağırıram heç səs də vermirsən.
Q u l u. Ağa, bağçada çarhovuza su buraxmışdım.
H a c ı M u r a d.Bu süpürgə burada nə gəzir?
Q u l u. Ağa, gəldim, səndən izin alıb evi süpürəm, gördüm evdə yoxsan,
çıxdım. Özün buyurubsan ki, izinsiz sənin otağına girməyim.
H a c ı M u r a d. Yaxşı, itil get. (Qulu çıxır.) Durum sandığı yoxlayım. Yoxsa
Quluya etibar eləmək olmaz. Xoş o adamın halına ki, pulu əlçatmaz və möhkəm
yerdədir. O gün də Məhərrəm bəy deyir ki, mən pullarımı bangə verirəm. A kişi,
adam da gözü görə-görə pullarını özgəyə verərmi? Bu dünya elə dünyadır ki,
adama bir qəpik də etibar etmək olmaz. Yaxşı, birdən o bangdə pullar itdi, ya
vermədilər, onda mən kimdən alım? Yox, səfih işdir. (Papağının içindən əsgiyə
Dostları ilə paylaş: