Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə3/196
tarix02.01.2022
ölçüsü3,42 Mb.
#2713
1   2   3   4   5   6   7   8   9   ...   196
Milli Kitabxana

6

Azərbaycan  Mərkəzi  İcraiyyə



Komitəsi  1932-ci  ildə

Süleyman  Sani

Axundovun  pedaqoji-ədəbi,  həmçinin  ictimai-mədəni  fəaliyyətini  nəzərə alaraq

ona Əmək qəhrəmanı adı vermişdir.

Süleyman  Sani Axundov  1939-cu  il  mart  ayının  29-da  Bakıda  vəfat  etmişdir.

Onun qəbri Bakıda Fəxri dəfn xiyabanındadır.

Süleyman  Saninin  yaradıcılığı  zəngin  və çoxcəhətlidir.  M.F.Axundov  realist

ədəbi  məktəbi  zəminində yetişən  Süleyman  Sani  ictimai-bədii  fikir  tariximizdə

hekayə

ustası,  görkəmli  dramaturq,  komedioqraf,  məşhur  xalq  müəllimi,



mədəniyyət xadimi kimi də tanınmışdır.

Süleyman  Sani  dramaturgiyamıza  M.F.Axundovun  məşhur  "Hacı  Qara"

əsərinin  təsiri  ilə yazdığı  "Tamahkar"  (1899) komediyası  ilə gəlmişdir.  Bu

pyesində o,  dövrün  bir  sıra  mənfiliklərinə,  o  cümlədən  xəsisliyə,  tamahkarlığa,

qadın əsarətinə qarşı  çıxmış,  feodal  adət, ənənələrinə nifrət  edən  İmran,  Gülzar,

Şərəf xanım kimi müsbət surətlər yaradaraq, yeni nəsli həqiqətə, fədakarlığa sövq

etməyə, oxucu və tamaşaçılarda gözəl həyat arzuları oyatmağa çalışmışdır.

"Tamahkar"  sadə,  aydın  dildə yazılmış  realist  komediyadır.  Bu əsərdə müəllif

gülüşün muxtəlif təsvir vasitələrindən təbii şəkildə istifadə edir. Oxucu və tamaşaçı

burada  yazıçının  real  surətlər  arxasında  onun  müsbət  idealını  aydın  görür.  Gənc

dramaturq,  M.F.Axundovun  realizmindən  yaradıcı  şəkildə faydalanaraq  feodal

cəmiyyətindəki  "həyati  hadisələrlə həyatın  mahiyyəti və mənası  arasında  olan

təzadı"  (Belinski)  duymuş,  ictimai  komizmin  bir  sıra  orijinal  nümunələrini

yaratmışdır.

Əsərin  mənfi  komik  qəhrəmanı  Hacı  Muraddır.  Dramaturqun  realizminin

qüvvətli cəhətlərindən biri Hacı Muradın  yadda qalan səciyyəvi  xüsusiyyətlərini -

xəsisliyini, tamahkarlığını, qorxaqlığını, ikiüzlülüyünü, hiyləgərliyini və sair çirkin

sifətlərini  onun  sözləri  ilə hərəkətlərinin  vəhdətində əks  etdirməsindədir.  Yazıçı,

satirik  obrazının  mənfi,  eybəcər  sifətlərini  nümayiş  etdirib  ona  gülməklə

kifayətlənmir, xəsisin mənfiliyini, mənəvi boşluğunu, gülünclüyünü, onun mənsub

olduğu  zümrəyə də şamil  edir.  Bu  cəhəti  ümumiləşdirmək  üçün  o,  Hacı  Muradla

ikinci  xəsis  Məhərrəm  bəyi  qarşılasdırır.  Qarşılaşdırma  prosesində hər  iki  mənfi

tipin  varlanmaq  üçün  bir-birinə hiylə gəlmələri,  xəsis  və tamahkarlıqla,

fərdiyyətçilikləri aydın nəzərə çarpır. Məsələn, Hacı Murad 18 yaşlı, gözəl, ağıllı,

ismətli  qızı  Gülzarı qoca  Məhərrəm  bəyə satmaq  niyyəti  ilə özü  kimi  heç  bir

təqdirəlayiq olmayan bu xəsisi aslana, tərlana, gənc və sədaqətli İmranı isə tülküyə,

sara bənzədir. Dramaturq, bununla tamahkar Hacı Muradın nifrətəlayiq gülünc



Milli Kitabxana

7

qayəsini,  böhtançı  sifətini  onun  öz  sözləri  ilə ifşa  etmişdir.  Müəllifin  xəsislərə



nifrəti  onların  varlanmasına  şərait  yaradan  cəmiyyətə nifrət  səviyyəsinə qalxır.

Yeri  gəlmişkən  xatırladaq  ki,  Süleyman  Sani  ilə dostluq,  yaradıcılıq əlaqələri

olmuş Nəriman Nərimanov "Həftə fəryadı" adlı felyetonunda (Bax: "Həyat" qəzeti,

19 may 1906-cı il) 'Tamahkar"dakı realizmin bu cəhətinə yüksək qiymət vermişdir.

Yazıçı realizminin qüvvətli cəhətlərindən biri də feodal adət-ənənələrinə nifrətinin

işıqlı


gələcəyi  olan  gənclərə

məhəbbətindən  doğduğunu

əks  etdirməyə

çalışmasındadır. Bu da onun mütərəqqi demokratizm humanizmi ilə bağlıdır.

1906-cı  ildə Süleyman  Sani  burjua  cəmiyyətini və əxlaqını  ifşa  edən  kiçik

formalı komediyalarını - "Dibdat  bəy" və "Türk  birliyi"ni  yazır.  Bu  pyeslərdə o,

duma  seçkilərinə mollanəsrəddinçilər  mövqeyindən  baxmışdır.  Hər  iki  komediya

ilə S.S.Axundov dramaturgiyamıza ictimai-siyasi mövzu gətirmişdir.

S.Saninin  bədii  yaradıcılığının yeni  yüksəliş  mərhələsi  1920-ci  illərdən

başlayır. O, sovet dövrü Azərbaycan dramaturgiyasında ilk dramın -"Laçın yuvası"

(1921)  müəllifi  olduğu  kimi,  inqilabi  mövzulu  pyeslər;  "Çərxi-fələk"  (1921),

"Qaranlıqdan işığa"  (1921),  realist  faciə- "Eşq və intiqam"  (1922)  və komediya

janrının  ilk  nümunələri  də - "Molla  Nəsrəddin  Bakıda"  (1921),  "Şahsənəm  və

Gülpəri" (1921), "Bir eşqin nəticəsi" (1922), "Yeni həyat" (1923) onun qələmindən

çıxmışdır.

S.S.Axundovun  Azərbaycan  dramaturgiyası  tarixində novatorluğu  ondadır  ki,

o, zamanın yeni tələblərini, yeni inqilabi məsələlərini 1921 -ci ilin aprelində yazıb

qurtardığı "Laçın yuvası" dramında və bir sıra başqa pyeslərində göstərə bilmişdi.

Yuxarıda  adlarını  çəkdiyimiz  səhnə əsərlərində S.Saninin  realizmi  yeni  keyfiyyət

kəsb edir.

Bu  keyfiyyətin sovet dövrü  Azərbaycan ədəbiyyatında  ilk  nümunəsini  "Laçın

yuvası"nda  görürük.  Yazıçı  bu əsərində dramaturgiyamıza  qəhrəmanlıq  pafosu,

xalq  mənafeyini  hər  şeydən  üstün  tutan  Cahangir  kimi  bir  surət  gətirmişdir.

Akademik  M.Arif  "Laçın  yuvası"  haqqında  yazır ki,  bu  dram,  eyni  zamanda,

ədəbiyyatımızın böyük bir qələbəsi idi.

Əsərdə inqilabi  qüvvələrin əksinqilabçılarla  apardığı  mübarizə barışmaz

toqquşmalarda  təzahür  edir.  Mülkədar Əmiraslan  ağa  ilə Cahangirin  mübarizəsi

daban-dabana  zidd  olan  ideyaların  çarpışmasıdır.  Yeniliklə köhnəliyin,  sosialist

şüuru  ilə bəy,  mülkədar  şüurunun  mübarizəsi əsərdə əsas  konflikt  kimi

sakitləşməyən,  hadisədən-hadisəyə

gərginləşən  situasiyalarda

verilir.  Belə

barışmaz  konflikti  dramaturgiyamıza  gətirməklə Süleyman  Sani  böyük  bir

sənətkarlıq istedadı nümayiş etdirmişdir.





Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin