Milli Kitabxana
37
Ş ə r ə f x a n ı m. A qardaş, nə zəif düşmüsən, nə qocalmısan?
H a c ı M u r a d. Niyə qocalmayım, niyə zəif düşməyim. Bu günü ki, mən
çəkirəm, hər kəs olsaydı yeddi kəfən çürütmüşdü.
Ş ə r ə f x a n ı m. A qardaş, sən niyə pis gün çəkirsən,nəyin əskikdir? Malın
var, pulun var. Gülzar kimi qızın, qapında da xidmətçilərin. Sən otur, qoy sənə
qulluq eləsinlər.
H a c ı M u r a d. Elə ki onlar mənə qulluq edirlər, etməsələr ondan yaxşıdır. O
ki İmrandır, əlini ağdan-qaraya vurmur. Az qalıbdır ki, məndən xanlıq iddiası etsin.
Gülzar xanım da atam yoxdur deyir. Ağa, xanım belə olanda, nökər-qulluqçudan
nə ummaq.
Ş ə r ə f x a n ı m. İmran gərək elə oğlan olmasın. Onun tərifi hər yerdə
söylənir. Gülzardan narazı olmağına təəccüb edirəm. Mən ona elə tərbiyə
verməmişəm ki, atasının əmrindən çıxa, zəhmətindən incinə.
H a c ı M u r a d. Görürəm, çox yaxşı tərbiyə vermisən.
Ş ə r ə f x a n ı m. Heç vaxt inanmaram, sənin xasiyyətin pisdir. Mənim özüm
də qız vaxtı nə qədər sənə yaxşı qulluq edirdim, yenə razı qalmırdın. Gülzar, bu nə
işdir? (Gülzar başım aşağı salıb ağlayır.) Qızım, ağlayırsan? (Hacı Murada)
Görürəm qızı nə hala salmısan. Saraldıb heyvaya döndərmisən, on səkkiz yaşında
cavanı qocaldıb qarı eləmisən.
H a c ı M u r a d. Mən ona nə edirəm ki, sarala. Durub təzədən ona nənəlik edə
bilmərəm ki. Nökəri var, qulluqçusu var, yesin, içsin, geyinsin, gəzsin. O ki qaldı
qocalmasına, ona da bais özüdür. Məhərrəm bəy kimi adam özü gəlib mənə elçi
düşüb, qızımı istəyir, Gülzar xanım deyir ki, özümü öldürərəm, ona getmərəm.
Daha mən nə deyim. Adam da bu dərəcədə dəli olub elə mal-dövlətdən əl çəkərmi?
Ş ə r ə f x a n ı m. A qardaş, nə danışırsan? Sən təmiz ağlını itirmisən. Dünya
malı gözlərini pərdələmişdir. Məhərrəm bəy nədir, zad nədir? Qızının nişanlısı on
iki ildir sənə zəhmət çəkib pul qazanıbdır. İndi nə olubdur ki, əhdindən dönüb
qızını öz yaşında yoldaşına verirsən? Eşidənlər nə deyərlər?
H a c ı M u r a d. Buyur, bu da ağıllımız. Yaxşı deyiblərki, arvadın ağlı olmaz.
Eşidənlər mənə dəli deyər ki, qızımı İmrana verib Məhərrəm bəy kimi adamı
əlimdən cıxaram.
Ş ə r ə f x a n ı m. Eşidənlər sənə ağıllı deyərlər ki, qızını İmrana verib ata
yurdunu abad edirsən.
Milli Kitabxana
38
H a c ı M u r a d. Əcəb buyurursan, Şərəf xanım. Məhərrəm bəy mənim atamın
yurdunu tar-mar edər, amma gədənin biri abad edər. Arvadların ağlı belədir. Mən
qızımın xoşbəxtliyini istəyirəm.
Ş ə r ə f x a n ı m. Yaxşı, hərgah qızın könülü Məhərrəm bəydə yoxdur, onun
malına tamah etmir, onda o necə xoşbəxt ola bilər?
H a c ı M u r a d. Qız heç yediyini-içdiyini başa düşə bilmir. O xoşbəxtliyini nə
anlayacaqdır? Arvad mal-dövlətin qədrini onda anlayır ki, uşaqları artıb, ana, mənə
cörək ver deyəndə, təknədə olmaya.
Ş ə r ə f x a n ı m. A kişi, sənin puluna, dövlətinə nə gəlibdir ki, qızın İmranda
çörəksiz qala? Bundan əlavə İmran elə oğlandır ki, öz əlinin zəhməti ilə arvadını
xandan, bəydən yaxşı saxlar.
H a c ı M u r a d. Pulum haradadır, malım haradadır? Zurna çalıb aləmə səs
salmısınız ki, Hacı Muradın pulunu sandıqlar tutmur. Bilmirəm pulu mənə kim
qoyubdur. Atam qoyubdur, babam qoyubdur.
Ş ə r ə f x a n ı m. Sənin ağlamaq qədim xasiyyətindir. Bir şeydən kəsirin
olmaz, amma özünü dilənçi yerinə qoyarsan. Xülasə, Məhərrəm bəy fikrindən
bilmərrə daşınarsan. Mən heç razı ola bilmərəm ki, Gülzarı bədbəxt edib altmış
yaşında qocaya verəsən.
H a c ı M u r a d. Buyur, bu da ağbirçək bibisi. Ağıl öyrətməkdən ağzına dil
verir. Ay qız ey, raen dediyimdən dönmərəm, İmranı bilmərrə unudarsan.
Bilmirəm bu mənə nə İmran oldu. And olsun allaha onu bundan sonra bir saat da
evimə qoymaram, qoy getsin, gör onu da necə Qulu kimi qovaram.
Ş ə r ə f x a n ı m. Elə bil o qalmışdı ki, qızını bir qoca, xəsis kaftarın puluna
satasan.
H a c ı M u r a d. Bilmirəm bu hardan gəlib çıxdı. Niyə qoca olur? Nökər
dalında, qızılquş əlində atdanıb ova çıxanda elə bil ki, bir laçındır. Daha bəsdir.
İndi de görüm, sən özün necə dolanırsan?
Ş ə r ə f x a n ı m. Nə deyim. Allah dərd-qəm yaradanda bizim üçün yaradıbdır.
Uşaqlar artıbdır. Kişinin də əli aşağı düşmüşdür. Gecə-gündüz işləməkdən əllərim
qabar olmuşdur.
H a c ı M u r a d. Buyur, bu da sənin öz başına gələn. Daha Gülzara niyə razı
olmursan? Rəhmətlik atama dedim ki, kişi, Şərəfi bu kasıba vermə, neçə dövlətli
istəyir, onların birinə ver. Dedi yox. Bu ağıllı, kamallı adamdır. Bunda Şərəf
xoşbəxt olar.
Ş ə r ə f x a n ı m. Xeyr, atam səhv etməyibdir. Mən ərimdən çox razıyam.
özüm də çox xoşbəxtəm ki, allah məni bu cür adama qismət
|